YAP-ın Xaçmaz təşkilatının sədri saxlanıldı: HAKİM PARTİYA İSƏ... .....                     “Çiməndə qəfil sel aparıb” .....                     İdarədən vətəndaşlara təhdid bildirişləri gəlir: "Qazınızı kəsəcəyik" .....                     Naxçıvanın Baş naziri Xameneinin vida protokolunda niyə olmayıb? .....                     AMEA-nın həqiqi üzvü Əjdər Məcidov vəfat edib .....                     Nurəddin Mustafayevin himayə etdiyi quldurluq: Nazirə və Ali Məhkəmə sədrinə İMDAD MÜRACİƏTİ! .....                     Kənan Seyidova birinci müavin təyin edildi .....                     "Oğlumun musiqi alətini fırıldaqlıqla əlindən alıb..." .....                     Pezeşkian ABŞ-ı dünya çempionatına ev sahiblikdə rəqiblərə maneələr yaratmaqda ittiham edib .....                     Pit Heqset İsrailə səfərini ləğv edib .....                     Nazirliyin balansındakı heyvanları oğurladı .....                     "Sizi vəzifəyə qoymayıblar ki, kef edəsiz, yeyəsiz, sonra boğmalanasız..." .....                     DGK 1.5 milyon ayırdı, .....                     İran Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalayacaq .....                     “Bunu təkcə Rüfət Axundov bilirdi” .....                     Zabil Qəhrəmanovun məhkəməsi başlayıb .....                     Cənazədə ŞOK: Xameneinin ailəsi İrandan köçür? .....                     Fermer zəhmətlə yetişdirdiyi məhsulu niyə zibilliyə atır? .....                     Gəlirləri 82 milyon manata çatan “Azərmaş Group”un mənfəəti .....                     Azərbaycanda bu şirkətə 2,5 milyon manata yaxın .....                     UNEC-in mühafizəsinə 670 min xərclənəcək .....                     "Ermənistan TRIPP layihəsinin Tehran üçün təhlükə yaratmayacağına zəmanət verib" .....                     NATO “ağıllandı”, ABŞ-ın hücumlarını dəstəklədi: .....                     BAKI-TİFLİS: bilet 240 manat, icazə verilən yük 20 kiloqram .....                     Benjamin Kərimovu təhqir etdi, cəzalandırıldı .....                     İranla atəşkəs başa çatıb .....                     Azərbaycan Hava Yolları və “Sea Breeze” birgə lotereya kampaniyasına başlayır .....                     Fransa sülhü dəstəkləyir, yoxsa “arsax mifi”ni? .....                     İcra hakimiyyətinin "tədbir gördük" dediyi QANUNSUZ OBYEKT İŞ BAŞINDA! .....                     Peşə Təhsilində qiymət və bal qalmaqalı .....                     Astaraya yeni baş memar təyin olundu .....                     Paşinyanı hakimiyyətdən “lom”la uzaqlaşdırmaq .....                     Vodolazkin və Vardanyan: .....                     Emin Ağalarovun şirkəti İsrail klubunun əsas sponsoru olub .....                     Yüklədiyin pul niyə sayğacda əks olunmur ki? .....                     "Duzlu göl"lə bağlı TÜKÜRPƏDİCİ faktlar: .....                     “Makler” saxta çıxarışlarla ev satışı görüntüsü yaradaraq .....                     "Direktor təyin olunmağım üçün 60 min manat istənildi" .....                     Nazir bu agentliyə sədr müavini təyin etdi .....                     Lənkəranda bir məktəb yararsız vəziyyətdə, digərində ibtidai siniflər ləğv edilir .....                 

Şəmkirdə Qarabağ qazisinin müəmmalı ölümünə prokurorluğun verdiyi reaksiya təlatüm yaratdı... - Təşvişə düşənlər kimdir?
Tarix: 24-08-2015, 12:40 | Çap et
Şəmkirdə Qarabağ qazisinin müəmmalı ölümünə prokurorluğun verdiyi reaksiya təlatüm yaratdı...
Etiraf edim ki, qəzet üçün hazırladığım materiallarda bəzən polis əməkdaşları tərəfindən bu və ya digər qanun pozuntusunun ört-basdır olunması və ya cəmiyyət üçün elə də böyük təhlükə törətməyən hər-hansı “xırda” cinayət hadisəsi törətmiş şəxsə qarşı qanuna müvafiq tədbirin görülməməsi barədə məlumatlardan istifadə edərkən, buna artıq nə özüm təəccüblənmirəm, nə də bu xüsusda açıqlamanın kimdəsə maraq doğura biləcəyini gözləmirəm. Amma bütöv bir şöbənin bir neçə rəhbər vəzifəli şəxsi, soyuqqanlılıqla qətl hadisəsi törətmiş bütöv bir qrupun üzvləri ilə razılığa gələrək, ağır cinayəti ört-basdır etməyə qərar verirlərsə, bu artıq mahiyyət etibarı ilə başqa bir məsələdir. Heç bir şübhə ola bilməz ki, belə insanlardan nəinki ictimai asayişin qorunmasını gözləmək olmaz, əksinə Vətənin dar günündə belələri çox asanlıqla xəyanətə, düşmənlə iş birliyinə də gedərlər. Şəxsən mən əminəm ki, belələrinə silah etibar etməyin özü belə son dərəcə böyük bir riskdir.Dünən redaksiyamıza ərizə ilə müraciət etmiş Göygöl rayon sakini Məmmədrzayev Sahib Əli oğlu da Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarını məhz ağır cinayət hadisəsinin gizlədilməsində ittiham edir. Aşağıda təsvir etməyə çalıcağımız hadisənin bütün təfərrüatlarını da biz bütünlüklə Sahib Məmmədrzayevin sözlərindən qeydə almışıq.

Sahibin mərhum qardaşı Elxan Məmmədrzayev Qarabağ müharibəsinin iştirakçısı olmuşdur. Sahibin deməyinə görə, müharibədə böyük şücaət göstərən Elxan hətta düşmənin iki tankını şəxsən özü ələ keçirmiş, bir neçə erməni döyüşçüsünü əsir almışdı. Lakin döyüşlərdən birində başından ağır zədə alan Elxan evə kontuziya ilə dönmüşdü. Təəssüflər olsun ki, onun bu halı ailəsini, daha dəqiq desək həyat yoldaşını narahat etməyə başlamış və nəticədə onlar ayrılmışlar. Sonradan Elxan özü də, onun keçmiş xanımı da yeni ailə qurmuş və münasibətləri normal saxlaya bilmişdilər. Ən azından Elxan mütəmadi olaraq birinci nigahdan olan övladlarına baş çəkir, onların dolanışıqları ilə maraqlanırdı. 2011-ci ilin noyabr ayında da Elxan Şəmkirə öz uşaqlarını görməyə gəlir. Həmin vaxt Elxanın keçmiş xanımı öz ailəsilə Şəmkirdə, Dəyanət Qurbanov adlı şəxsin (və ya onun Gülgəz adlı bacısının) evində kirayədə qalırlarmış. Lakin Elxan bu şəxslərin qapısını döyərkən məlum olur ki, onun axtardığı ailə artıq başqa evə köçüb. Ehtimal ki, Elxan qapıya çıxmış Gülgəzdən onların hara köçməsi barədə soruşur. Lakin tərəflər arasında anlaşılmazlıq yaranır və cəmi bir neçə dəqiqəyə bu anlaşılmazlıq əsil davaya çevrilir. Gülgəz və onun yanında olan Mələk və Şəhla adlı daha iki rəfiqəsi əllərinə bel, taxta parçası alaraq Elxanı döyməyə başlayırlar. Qadınların əllərindən qurtulmaq istəyən Elxan özünü müdafiə edə-edə yola tərəf çəkilməyə başlayır. Lakin bu zaman səsə Dəyanət Qurbanov özü də yetişir. Dərhal “davaya” qatılan Dəyanət əlindəki dəmir parçası ilə (lom və ya qalın armatur parçası) Elxana zərbələr endirməyə başlayır. Nəticədə Elxan huşunu itirərək hərəkətsiz vəziyyətdə yerə yıxılır. Dəstə üzvləri (onları sadəcə başqa cür adlandıra bilmirəm) Elxanı ölmüş bilib, onu sürüyüb yol kənarına atırlar. Lakin bir neçə an sonra Elxan özünə gələrək sürünə-sürünə hərəkət etməyə başlayır. Bu zaman artıq hadisə yerindən uzaqıaşmaqda olan dəstədəki qızlardan biri arxaya dönərək Elxanı görür və qışqırır: -baxın, o hələ sağdır. Bu zaman Dəyanət qapısında dayanan avtomobilə (VAZ 21011) tərəf gedir. Maşına oturan Dəyanət avtomobili Elxanın üzərinə sürərək onu vurur. Bununla da kifayətlənməyən qatil maşınla bir neçə dəfə artıq hərəkətsiz (və bəlkə də cansız) Elxanın üzərindən keçir. Yalnız bundan sonra dəstə üzvləri hadisə yerindən uzaqlaşırlar.Hər bir cinayətkar öz əməlinin gizli qalacağına ümid edir. Lakin, demək olar ki, hər dəfə bu ümidlər boşa çıxır. Dəyanətgilin də başları öz əməllərinə elə qarışır ki, bir qədər aralıda öz heyvanlarını otaran və bütün bu hadisəni müşahidə edən Rəna və Səyyarə adlı iki bacını heç görmürlər də. Bacılar isə bütün bu təfərrüatları görürlər və elə həmin gün Şəmkir Rayon Polis Şöbəsinə yollanaraq, gördüklərini o zaman şöbənin rəis müavini vəzifəsində çalışan İmaməddin Namazova və təhqiqat bölməsinin rəisi Vaqif Heydərova danışırlar. Vaqif Heydərov isə, bacılara çox maraqlı bir cavab verir: “Gülgəz bizim ictimai əlaqələr şöbəsinin rəisi Fəxrəddin müəllimlə gəzir. Odur ki, gedin evinizə, dilinizi də dinc saxlayın...” Bacılar belə də edirlər. Amma Elxan Məmmədrzayevin ölümü ilə bağlı Şəmkir RPŞ-də hər halda araşdırma aparılır və “müəyyən edilir” ki, guya Elxan Məmmədrzayev yolu keçərkən onu “Niva” markalı bir avtomobil vuraraq, ölümünə səbəb olub və hadisə yerindən uzaqlaşıb. Həm də həmin “Niva” hadisə yerindən elə uzaqlaşıb ki, onu indiyədək tapa bilmirlər. Beləliklə, aradan 4 ilə yaxın bir müddət keçib.Təxminən 8-9 gün bundan əvvəl isə, hadisənin davamı yaşanmağa başlayıb. Həmin gün Rəna və Səyyarə bacıları Elxanın keçmiş həyat yoldaşını gəlib tapırlar. Bütün bu illər ərzində vicdan əzabı çəkdiklərini və qorxu içərisində yaşadıqlarını bildirən bacılar, həm də son vaxtlar yuxularının qarışdığını və buna görə daha çox narahat olduqlarını söyləyirlər. Bundan sonra Rəna və Səyyarə bütün olanları Elxanın keçmiş həyat yoldaşına danışırlar. O isə, öz növbəsində eşitdiklərini keçmiş qaynına, Sahib Məmmədrzayevə çatdırır. Bundan sonra hadisələr sürətlə cərəyan etməyə başlayırlar. İlk növbədə Sahib Rəna və Səyyarə ilə görüşür və bütün təfsilatları onların özündən eşidir. Həm də Sahb bacıların danışdıqlarını həm yazılı formada, həm də audio qeydə alır. Bundan sonra Sahib Şəmkir RPŞ-yə yollanır. Burada Sahib əlindəki faktla müstəntiq Bəxtiyara müraciət edir. Lakin Bəxtiyar onun danışdıqlarını cəfəngiyyat adlandıraraq, Sahibi şöbədən qovur. Öz növbəsində bacılar Şəmkir rayon prokurorluğuna gedərək (3 gün bundan əvvəl), orada ifadə verirlər. Lakin evə döndükdən sonra, bacıları Dəyanət Qurbanovun adamları “ziyarət edirlər”. Məlumata görə həmin şəxslər bacıları döyərək, onlardan ifadələrini geri götürməyi tələb edirlər. Elə həmin gecə, saat təxminən 2 radələrində polis əməkdaşları gələrək bacıları Şəmkir RPŞ-yə aparırlar. Burada isə onlardan ifadələrini qismən dəyişmək tələb olunur: “Hadisəni necə görmüsünüz, elə də yazın. Amma, polisə bu barədə xəbər verdiyinizi ifadədən çıxarın”. Rəna və Səyyarə təhdid qarşısında ifadələrini dəyişirlər. Lakin şöbədən çıxan kimi, dərhal DİN-in 102 xidmətinə zəng vuraraq, başlarına gələni danışırlar və ilkin ifadələrinin doğruluğunu bir daha təsdiqləyirlər.Dünən isə, Sahib Məmmədrzayev Bakıya gələrək Baş Prokurorluğa müraciət edir və dediyinə görə şəxsən cənab Zakir Qaralovun qəbuluna düşür. Hadisəni bütün təfsilatı ilə danışan Sahib yenidən rayona qayıdır. Bu zaman məlum olur ki, Dəyanət Qurbanov artıq həbs olunub və Şəmkir rayon prokurorluğunda faktla bağlı cinayət işi açılıb. Günün “möhtəşəm” sonluğu isə, yenə də Şəmkir RPŞ-nin binası qarşısında baş verib. Belə ki, aldığımız məlumata görə Dəyanət Qurbanovun anası şöbəyə gələrək, öz etirazlarını təxminən belə ifadələrlə bildirib: “O vaxt məndən 80 min manat pul almısız. İndi oğlumu nə haqla tutrsuz? Əgər oğlumu buraxmasanız, özümü baradaca yandıracağam”.Vəssalam, dünənə aldığımız məlumatlar bu qədərdir. Yəqin ki, bu günlərdə hadisələrin inkişafı və istintaqın gedişi ilə bağlı yeni məlumatlar alacağıq. Təbii ki, həmin informasiya da tərəfimizdən dərhal ictimaiyyətə təqdim ediləcək. Materialın yekununda isə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna və şəxsən cənab Zakir Qaralova nümayiş etdirilmiş operativliyə görə bütün ictimaiyyət adından minnətdarlığımızı bildiririk.
\\bizimdovr.az\\







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
YAP-ın Xaçmaz təşkilatının sədri saxlanıldı: HAKİM PARTİYA İSƏ... - TƏFƏRRÜAT
Bu gün, 15:01
“Çiməndə qəfil sel aparıb” – çayda batan Nüşrəvanın qardaşı elə şeylər danışdı ki...
Bu gün, 14:59
İdarədən vətəndaşlara təhdid bildirişləri gəlir: "Qazınızı kəsəcəyik" – NƏ ETMƏLİ?
Bu gün, 14:55
Naxçıvanın Baş naziri Xameneinin vida protokolunda niyə olmayıb? - AÇIQLADI
Bu gün, 14:51
AMEA-nın həqiqi üzvü Əjdər Məcidov vəfat edib
Bu gün, 14:48
Nurəddin Mustafayevin himayə etdiyi quldurluq: Nazirə və Ali Məhkəmə sədrinə İMDAD MÜRACİƏTİ! - Aldadılmış sahibkar İNTİHAR HƏDDİNDƏ...
Bu gün, 14:39
Kənan Seyidova birinci müavin təyin edildi - ƏMR
Bu gün, 14:36
"Oğlumun musiqi alətini fırıldaqlıqla əlindən alıb..." -ŞİKAYƏT
Bu gün, 14:33
Pezeşkian ABŞ-ı dünya çempionatına ev sahiblikdə rəqiblərə maneələr yaratmaqda ittiham edib
Bu gün, 14:28
Pit Heqset İsrailə səfərini ləğv edib
Bu gün, 14:27
Nazirliyin balansındakı heyvanları oğurladı - Dövlətə 6 mindən çox ziyan vurdu
Bu gün, 13:55
"Sizi vəzifəyə qoymayıblar ki, kef edəsiz, yeyəsiz, sonra boğmalanasız..." - ETİRAZ!
Bu gün, 13:47
DGK 1.5 milyon ayırdı, şirkət isə 637 minə işi öhdəsinə götürüb
Bu gün, 13:42
İran Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalayacaq - KİV
Bu gün, 13:40
“Bunu təkcə Rüfət Axundov bilirdi” – Tanınmış müğənninin gizli saxladığı toyuq biznesi...
Bu gün, 13:36
Zabil Qəhrəmanovun məhkəməsi başlayıb
Bu gün, 13:33
Cənazədə ŞOK: Xameneinin ailəsi İrandan köçür? – SEPAH-la bağlı “satqınlıq” mesajı
Bu gün, 13:24
Fermer zəhmətlə yetişdirdiyi məhsulu niyə zibilliyə atır? - AKTUAL
Bu gün, 13:05
Gəlirləri 82 milyon manata çatan “Azərmaş Group”un mənfəəti 13%-dən çox AZALIB
Bu gün, 13:02
Azərbaycanda bu şirkətə 2,5 milyon manata yaxın “maya” qoyuldu
Bu gün, 13:00
UNEC-in mühafizəsinə 670 min xərclənəcək – TENDER NƏTİCƏSİ
Bu gün, 12:59
"Ermənistan TRIPP layihəsinin Tehran üçün təhlükə yaratmayacağına zəmanət verib" - İran səfiri
Bu gün, 12:57
NATO “ağıllandı”, ABŞ-ın hücumlarını dəstəklədi: - Vacibdir
Bu gün, 12:50
BAKI-TİFLİS: bilet 240 manat, icazə verilən yük 20 kiloqram - NARAZILIQ VAR...
Bu gün, 12:45
Benjamin Kərimovu təhqir etdi, cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 12:34
İranla atəşkəs başa çatıb - Tramp BƏYAN ETDİ
Bu gün, 12:32
Azərbaycan Hava Yolları və “Sea Breeze” birgə lotereya kampaniyasına başlayır - DİQQƏT
Bu gün, 12:21
Fransa sülhü dəstəkləyir, yoxsa “arsax mifi”ni? - İNCƏLƏMƏ
Bu gün, 12:12
İcra hakimiyyətinin "tədbir gördük" dediyi QANUNSUZ OBYEKT İŞ BAŞINDA! - Şağanda nələr baş verir?
Bu gün, 12:03
Peşə Təhsilində qiymət və bal qalmaqalı – Tələbələr etiraz edir
Bu gün, 11:53
Astaraya yeni baş memar təyin olundu - ƏMR
Bu gün, 11:36
Paşinyanı hakimiyyətdən “lom”la uzaqlaşdırmaq PLANI
Bu gün, 11:31
Vodolazkin və Vardanyan: - yeni “fəlsəfi” dostluq, "çarpayının altından məktublar"
Bu gün, 11:28
Emin Ağalarovun şirkəti İsrail klubunun əsas sponsoru olub – İldə 860 min dollar ödəyəcək
Bu gün, 11:25
Yüklədiyin pul niyə sayğacda əks olunmur ki? - GİLEY
Bu gün, 11:20
"Duzlu göl"lə bağlı TÜKÜRPƏDİCİ faktlar: - "Çirkab sular axıdılır, bədən səpə bilər"
Bu gün, 11:13
“Makler” saxta çıxarışlarla ev satışı görüntüsü yaradaraq 70 400 manatlıq dələduzluq etdi
Bu gün, 11:11
"Direktor təyin olunmağım üçün 60 min manat istənildi" - Milli Qəhrəmanın qızını işdən çıxardılar
Bu gün, 11:03
Nazir bu agentliyə sədr müavini təyin etdi - FOTO
Bu gün, 10:58
Lənkəranda bir məktəb yararsız vəziyyətdə, digərində ibtidai siniflər ləğv edilir - Rəsmilərsə deyir ki...
Bu gün, 10:50
İrandan Ermənistana verilən o VƏD... – Bakının gözləntisi
Bu gün, 10:43
İranın İrəvan şəbəkəsi çökdürüldü - “Üçbaşlı casus əjdaha”sının başı İranın adamı çıxdı
Bu gün, 10:39
Simonyan TƏŞVİŞDƏ - "Vəziyyət daha da pis olacaq"
Bu gün, 10:34
“Messini yarışda saxlamaq istəyirlər...” – Misirin məşqçisi FIFA-ya od yağdırdı
Bu gün, 10:29
SOCAR-da iş və mənzil vədi ilə həmcinsindən 21 min manat alan qadınla bağlı QƏRAR
Bu gün, 10:28
Tora salınmış iş adamı Nazim Tahirovla bağlı ELƏ FAKTLARI AÇIQLADI Kİ... - "...ölümlə hədələyirdilər"
Bu gün, 10:16
Musiqi kollecinə direktor müavini təyin etdirmək adı ilə dələduzluq etdi – HƏBS
Bu gün, 09:37
Pensiya kapitalı birdəfəyə şəxsə verilə bilər: BU ŞƏRTLƏRLƏ - Ekspert deyir ki...
Bu gün, 09:35
“Sabah” Azərbaycanın UEFA reytinqinə xal qazandırdı
Bu gün, 09:34
Məhkəmə 200 min manatlıq dələduzluq edən müəllimlə bağlı QƏRAR ÇIXARDI
Bu gün, 09:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru