“Bunu təkcə Rüfət Axundov bilirdi” .....                     Zabil Qəhrəmanovun məhkəməsi başlayıb .....                     Cənazədə ŞOK: Xameneinin ailəsi İrandan köçür? .....                     Fermer zəhmətlə yetişdirdiyi məhsulu niyə zibilliyə atır? .....                     Gəlirləri 82 milyon manata çatan “Azərmaş Group”un mənfəəti .....                     Azərbaycanda bu şirkətə 2,5 milyon manata yaxın .....                     UNEC-in mühafizəsinə 670 min xərclənəcək .....                     "Ermənistan TRIPP layihəsinin Tehran üçün təhlükə yaratmayacağına zəmanət verib" .....                     NATO “ağıllandı”, ABŞ-ın hücumlarını dəstəklədi: .....                     BAKI-TİFLİS: bilet 240 manat, icazə verilən yük 20 kiloqram .....                     Benjamin Kərimovu təhqir etdi, cəzalandırıldı .....                     İranla atəşkəs başa çatıb .....                     Azərbaycan Hava Yolları və “Sea Breeze” birgə lotereya kampaniyasına başlayır .....                     Fransa sülhü dəstəkləyir, yoxsa “arsax mifi”ni? .....                     İcra hakimiyyətinin "tədbir gördük" dediyi QANUNSUZ OBYEKT İŞ BAŞINDA! .....                     Peşə Təhsilində qiymət və bal qalmaqalı .....                     Astaraya yeni baş memar təyin olundu .....                     Paşinyanı hakimiyyətdən “lom”la uzaqlaşdırmaq .....                     Vodolazkin və Vardanyan: .....                     Emin Ağalarovun şirkəti İsrail klubunun əsas sponsoru olub .....                     Yüklədiyin pul niyə sayğacda əks olunmur ki? .....                     "Duzlu göl"lə bağlı TÜKÜRPƏDİCİ faktlar: .....                     “Makler” saxta çıxarışlarla ev satışı görüntüsü yaradaraq .....                     "Direktor təyin olunmağım üçün 60 min manat istənildi" .....                     Nazir bu agentliyə sədr müavini təyin etdi .....                     Lənkəranda bir məktəb yararsız vəziyyətdə, digərində ibtidai siniflər ləğv edilir .....                     İrandan Ermənistana verilən o VƏD... .....                     İranın İrəvan şəbəkəsi çökdürüldü .....                     Simonyan TƏŞVİŞDƏ .....                     “Messini yarışda saxlamaq istəyirlər...” .....                     SOCAR-da iş və mənzil vədi ilə həmcinsindən 21 min manat alan qadınla bağlı .....                     Tora salınmış iş adamı Nazim Tahirovla bağlı ELƏ FAKTLARI AÇIQLADI Kİ... .....                     Musiqi kollecinə direktor müavini təyin etdirmək adı ilə dələduzluq etdi .....                     Pensiya kapitalı birdəfəyə şəxsə verilə bilər: BU ŞƏRTLƏRLƏ .....                     “Sabah” Azərbaycanın UEFA reytinqinə xal qazandırdı .....                     Məhkəmə 200 min manatlıq dələduzluq edən müəllimlə bağlı .....                     Azərbaycanın pambıq şirkətinin Müşahidə Şurasının üzvləri seçiləcək .....                     Rusiyanın əsas hədəfi müxalifəti Ermənistan parlamentinə daşımaq idi .....                     Rusiya elitası birinci sinif şagirdlərinə qarşı: .....                     İranda Paşinyana sensasion Zəngəzur xəbərdarlığı .....                 

Azərbaycanın efir məkanında qazanılan şübhəli milyonlar... - İlginc araşdırma
Tarix: 8-07-2015, 10:56 | Çap et
Azərbaycanın efir məkanında qazanılan şübhəli milyonlar...
Azərbaycan telekanallarının efir siyasəti ilə bağlı narazılıqlar özünün pik həddinə çatıb. Telekanallarımızdakı nəzarətsizlik elə bir dözülməz vəziyyət yaradıb ki, artıq uşaqdan böyüyə hər kəs bu rüsvayçılığın bir qədər əvvəl durdurulmasının vacibliyini vurğulayır. “Space” və ATV-nin efirində mütəmadi olaraq təkrarlanan “ÇP”lər isə artıq bu problemin vaxt itirmədən həll olunması məsələsini gündəmə daşımaqdadır.

Plagiat layihələr,
küçə söyüşləri...

Qeyd edək ki, televiziyaların yayım siyasəti zaman-zaman tənqidlərin hədəfinə çevrilib, bununla bağlı hətta yüksək mənsəbli dövlət təmsilçiləri də narazılıqlarını ifadə ediblər. Amma, telekanallar tənqidlərdən nəticə çıxartmaq əvəzinə daha böyük rüsvayçılıqlara imza atır. Elə bunun nəticəsidir ki, Azərbaycan cəmiyyətinin ziyalı təbəqəsi bəzi kanallar istisna olunmaqla yerli telekanallara baxmaqdan faktiki olaraq imtina edib. Sıravi vətəndaşların əksəriyyəti isə çıxış yolunu ya türk, ya da rus kanallarına baxmaqda görür. Bu isə hər şeydən öncə ölkəmizin informasiya təhlükəsizliyi baxımından qəbul olunası hal deyil. Təbii ki, burada tamaşaçını qınamaq fikrində deyilik, hər halda Azərbaycan telekanalları rəqabətə davamlı tele layihələr reallaşdıra bilsəydi, düşündürücü və intellektual verilişlərə üstünlük versəydi tamamilə başqa mənzərənin şahidi olardıq. Fakt isə ondan ibarətdir ki, yerli telekanallarımız əsasən plagiat layihələrə üz tutur, dedi-qodu səviyyəsində hazırlanan şou verilişləri ilə efiri doldurmağa çalışırlar. Bütün bunların acı nəticəsi isə göz önündədir.

Əyləncəli veriliş yoxsa, tərbiyyəsizlik...

Yerli televiziyaların proqram siyasətində ciddi boşluqlar var. Müharibə şəraitində olan ölkənin televiziya kanalları buna adekvat proqramlar yayımlamırlar. Əsasən Qarabağla, şəhidlərlə, qazilərlə bağlı verilişlərə üstünlük verilməlidir. Bəs bizim telekanallar nə edir? Bozbaş iyi verən mətbəx verilişləri, vulqar ifadələrin yer aldığı, adına “əyləncəli proqram” deyilən verilişlər və s. Əslində isə dünyanın ən nüfuzlu telekanallarında da əyləncəli verilişlər var və bu olmalıdır. Amma bizim telekanalların bizə təqdim etdikləri adətən əyləncə yox, sırf tərbiyyəsizlikdir.
Bir məsələni də qeyd etmək olduqca vacibdir ki, televiziyalar dil baxımından örnək olmalıdırlar. Ancaq çox təəssüf ki, aparıcıların əksəriyyəti ya ləhcə ilə danışır, ya da dil normalarını ciddi şəkildə pozurlar.Bəzən elə fikirlər səsləndirirlər ki, cəmiyyətdə qıcıq yaradır. Bunlar isə Azərbaycan telekanallarında peşəkarlığın hansı səviyyədə olduğunu əyani şəkildə göstərir. Elə bunun nəticəsidir ki, televiziyalarda aparıcıların və yaxud verilişə dəvət olunan şəxslərin əndazədən çıxan davranış və hərəkətlər nümayiş etdirmələri, cəmiyyət və onun dəyələrini təhqir etməsi bir növ dəb halını alıb. Bu günlərdə “Space” televiziyasında yayımlanan “Günaydın” verilişində baş verənləri isə əsl biabırçılıq adlnadırmaq olar.
“Space”nin efirində “fahişə” söhbəti – Bu artıq ciddi siqnaldır!!!

Xatırladaq ki, “Space”də Vüsalə Kərimovanın aparıcılıq etdiyi verilişdə müğənni yazar Əziz Musaoğlu Mətanət Əsədovanın ünvanına işlətdiyi “fahişə” ifadəsi isə artıq telekanallardakı durumun nə qədər dramatik olduğunu təsdiqlədi. Onların bu hərəkətinə mətbuatda, sosial şəbəklərdə tənqidi reaksiyalar gəlib. Mütəxəsislər isə bildirirlər ki, verilişdə başqasının şərəf və ləyaqətinin təhqir olunması məqamı var. Bu isə proqrama verilən tələblərin pozulması deməkdir.Veriliş zamanı açıq aydın görünürdü ki,bu cür qeyri-etik dialoqlar gedir, amma aparıcı nədənsə məsələyə müdaxilə etmək istəmir. Sanki burda çox dəyərli dialoq gedir və bu dialoqu pozmaq istəmir. Söhbətin getdikcə dramatikləşdiyini görən rejissor məsələyə müdaxilə etməli idi. Lakin görünür ki, rejissor da hadisələrin axınına tabe olub.
Amma unutmaq olmaz ki, bu kimi olaylarda televiziya rəhbərliyinin günahı daha çoxdur. “Space” telekanalının prezidenti, rejissor, ssenarist Vaqif Mustafayevin baş verənlərlə bağlı susqunluğu və reaksiyasızlığı isə başadüşülən deyil. Hər halda bu kimi hallar Vaqif Mustafayevin ictimai nüfuzunu zədələməklə yanaşı, ona olan etimadı da sıfıra endirməkdədir. Bununla belə efir rüsvayçılığının yalnız “Space”də müşahidə olunduğu fikrini də təlqin etmək niyyətində deyilik.
Ümumiyyətlə əksər telekanallarda durum oxşardır. Hətta ictimai rəydə ciddi obraza sahib olan AzTV-də belə müəyyən boşluqlar var. İstər rəsmi xəbərlərin təqdimatında, istər dövlət başçısının səfər və görüşlərinin təqdimatındakı operativlikdə peşəkarlıq nümayiş etdirən AzTV digər sahələrdə nəzərə çarpacaq dərəcədə “axsayır”. Sosial problemlərin işıqlandırılmamasından tutmuş, məmur özbaşınalıqları ilə bağlı AzTV-nin nümayiş etdirdiyi susqunluq cəmiyyətdə haqlı narazılıqlar yaradır.
ANS-lə bağlı vəziyyət də ürəkaçan deyil. Vaxtilə ətrafına ciddi tamaşaçı auditoriyası toplamağa nail olmuş ANS son zamanlar efirində elə bağışlanmaz yanlışlıqlara yol verir ki, bu da peşəkarlıq səviyyəsinin əvvəlki ölçüdə olmadığını təsdiqləyir. Azərbaycan efirində ən ciddi problemlər isə məhz ATV kanalındadır. Adıçəkilən kanalın rəhbərliyi bütün məsələlərə biznes maraqları prizmasından yanaşdığından buradakı çatlar daha dərindir.
ATV reklamlardan
ildə 24 milyon manat əldə edir,
bəs keyfiyyət hanı?

Öncə qeyd edək ki, ATV kanalı yarandığı gündən şou proqramlara üstünlük verib və bu, kanalın demək olar ki, prioritet istiqamətidir. Yarandığı gündən bu vaxta qədər çoxsaylı layihələrə müəlliflik etmiş ATV bir vaxtların ən baxımlı kanallarından idi. Elə bu səbəbdən də ATV ölkə televiziyaları içərisində ən çox reklam əldə edən kanallardandır. Əldə etdiyimiz məlumatlara görə, ATV reklamlardan ay ərzində təxminən 2 milyon manat həcmində gəlir götürür. Bu məbləğin illik toplamı isə 24 milyon manat deməkdir ki, bunun da yalnız çox cüzi bir hissəsi yaradıcı kollektivin əmək haqqına və texniki xərclərə sərf olunur. Belə olan halda, ATV prezidenti Vüqar Qaradağlının cavablandırması gərəkən bir sual ortaya çıxır: Bəs, yerdə qalan milyonlarla manatın aqibəti necə olur? Axı, fakt ondan ibarətdir ki, ATV özəl layihələrə pul ayırmır, işçilərinin maaşı digər telekanallardakı əmək haqlarından heç nə ilə fərqlənmir və s. Hesab edirik ki, evimizə vulqar ifadələr və küçə söyüşləri daşıyan ATV-nin maliyyə durumu ilə bağlı da ciddi araşdırmalara ehtiyac var.
Bununla belə həlli vacib olan bir nömrəli məsələ isə Azərbaycan tele efirində baş alıb gedən rüsvayçılığa “dur” deməkdir. Artıq Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli, eləcə də digər rəsmilər telekanallardakı dözülməz vəziyyətlə bağlı ciddi araşdırmalara başlandığını bəyan edib.

“Telekanallar iki
nəfəri atır ortaya,
onları dalaşdırırlar”...

“Son zamanlar şou proqramlarda belə bir dəb düşüb. İki nəfər qonağı qladiator kimi atırlar ortaya. Onları döyüşdürürlər, vuruşdururlar. Özləri də kənardan baxıb gülürlər ki, alındı. Bu cür yaramaz”. Bu sözləri ötən gün mətbuata verdiyi açıqlamada Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədr müavini Qafar Cəbiyev deyib. Sədr müavini bildirib ki, haqqında ciddi tədbir görüləcək verilişlərin sayı günbəgün artmaqdadır: “Həmin verilişlərin sayı kifayət qədər çoxdur. Daha bir səhv, daha bir pozuntu artıq həmin verilişlə bağlı ciddi tədbir görülməsinə gətirib çıxaracaq. Biz indiyə kimi telekanallara şifahi şəkildə xəbərdarlıq etməklə kifayətləndik. Artıq bundan sonra belə olmayacaq”.
Q. Cəbiyev qeyd edib ki, şou proqramlara cavabdeh olan şəxslər lazımi səviyyədə verilişlərə nəzarət etmir: “Görünür son vaxtlar telekanallarda efirə gedən şou verilişlərə montaj zamanı redaktorlar, məsləhətçilər, veriliş üçün cavabdeh olan insanlar lazımınca nəzarət etmirlər. Efirdə aparıcı və ya qonaq səhv edə bilər. Bəs verilişi hazırlayıb efirə buraxanlar? Əsas məsuliyyət onların üstündədir. Montaj, redaktə nədən ötrüdür? Elə “Space”dəki məlum hadisəni götürək. Axı həmin veriliş canlı deyildi. Həmin hissəni kəsə, redaktə edə bilərdilər ki, həmin hissə heç efirə getməzdi”.

Son əvəzi...

Mövzunun əhəmiyyəti həm də ondadır ki, telekanallar yetişən gəncliyin psixologiyasına əhəmiyyətli dərəcədə təsir göstərirlər. Bu baxımdan efir siyasətinin düzgün qurulmaması, təsadüfi şəxslərin efirdə nalayiq ifadələr işlətməsi bütövlükdə cəmiyyət olaraq mənəvi aşınmaya gətirib çıxardır. Belə bir acınacaqlı aqibətlə qarşılaşmamağımız üçünsə indidən tədbirlər görülməlidir: Evimizə söyüş daşıyan telekanallara “dur” deyilməli, efir siyasətində ciddi dəyişikliklərə imza atılmalı və Azərbaycan tamaşaçısının etimadı yenidən qazanılmalıdır. Ümid etmək istərdik ki, belə də olacaq....
\\unikal.org\\







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Bunu təkcə Rüfət Axundov bilirdi” – Tanınmış müğənninin gizli saxladığı toyuq biznesi...
Bu gün, 13:36
Zabil Qəhrəmanovun məhkəməsi başlayıb
Bu gün, 13:33
Cənazədə ŞOK: Xameneinin ailəsi İrandan köçür? – SEPAH-la bağlı “satqınlıq” mesajı
Bu gün, 13:24
Fermer zəhmətlə yetişdirdiyi məhsulu niyə zibilliyə atır? - AKTUAL
Bu gün, 13:05
Gəlirləri 82 milyon manata çatan “Azərmaş Group”un mənfəəti 13%-dən çox AZALIB
Bu gün, 13:02
Azərbaycanda bu şirkətə 2,5 milyon manata yaxın “maya” qoyuldu
Bu gün, 13:00
UNEC-in mühafizəsinə 670 min xərclənəcək – TENDER NƏTİCƏSİ
Bu gün, 12:59
"Ermənistan TRIPP layihəsinin Tehran üçün təhlükə yaratmayacağına zəmanət verib" - İran səfiri
Bu gün, 12:57
NATO “ağıllandı”, ABŞ-ın hücumlarını dəstəklədi: - Vacibdir
Bu gün, 12:50
BAKI-TİFLİS: bilet 240 manat, icazə verilən yük 20 kiloqram - NARAZILIQ VAR...
Bu gün, 12:45
Benjamin Kərimovu təhqir etdi, cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 12:34
İranla atəşkəs başa çatıb - Tramp BƏYAN ETDİ
Bu gün, 12:32
Azərbaycan Hava Yolları və “Sea Breeze” birgə lotereya kampaniyasına başlayır - DİQQƏT
Bu gün, 12:21
Fransa sülhü dəstəkləyir, yoxsa “arsax mifi”ni? - İNCƏLƏMƏ
Bu gün, 12:12
İcra hakimiyyətinin "tədbir gördük" dediyi QANUNSUZ OBYEKT İŞ BAŞINDA! - Şağanda nələr baş verir?
Bu gün, 12:03
Peşə Təhsilində qiymət və bal qalmaqalı – Tələbələr etiraz edir
Bu gün, 11:53
Astaraya yeni baş memar təyin olundu - ƏMR
Bu gün, 11:36
Paşinyanı hakimiyyətdən “lom”la uzaqlaşdırmaq PLANI
Bu gün, 11:31
Vodolazkin və Vardanyan: - yeni “fəlsəfi” dostluq, "çarpayının altından məktublar"
Bu gün, 11:28
Emin Ağalarovun şirkəti İsrail klubunun əsas sponsoru olub – İldə 860 min dollar ödəyəcək
Bu gün, 11:25
Yüklədiyin pul niyə sayğacda əks olunmur ki? - GİLEY
Bu gün, 11:20
"Duzlu göl"lə bağlı TÜKÜRPƏDİCİ faktlar: - "Çirkab sular axıdılır, bədən səpə bilər"
Bu gün, 11:13
“Makler” saxta çıxarışlarla ev satışı görüntüsü yaradaraq 70 400 manatlıq dələduzluq etdi
Bu gün, 11:11
"Direktor təyin olunmağım üçün 60 min manat istənildi" - Milli Qəhrəmanın qızını işdən çıxardılar
Bu gün, 11:03
Nazir bu agentliyə sədr müavini təyin etdi - FOTO
Bu gün, 10:58
Lənkəranda bir məktəb yararsız vəziyyətdə, digərində ibtidai siniflər ləğv edilir - Rəsmilərsə deyir ki...
Bu gün, 10:50
İrandan Ermənistana verilən o VƏD... – Bakının gözləntisi
Bu gün, 10:43
İranın İrəvan şəbəkəsi çökdürüldü - “Üçbaşlı casus əjdaha”sının başı İranın adamı çıxdı
Bu gün, 10:39
Simonyan TƏŞVİŞDƏ - "Vəziyyət daha da pis olacaq"
Bu gün, 10:34
“Messini yarışda saxlamaq istəyirlər...” – Misirin məşqçisi FIFA-ya od yağdırdı
Bu gün, 10:29
SOCAR-da iş və mənzil vədi ilə həmcinsindən 21 min manat alan qadınla bağlı QƏRAR
Bu gün, 10:28
Tora salınmış iş adamı Nazim Tahirovla bağlı ELƏ FAKTLARI AÇIQLADI Kİ... - "...ölümlə hədələyirdilər"
Bu gün, 10:16
Musiqi kollecinə direktor müavini təyin etdirmək adı ilə dələduzluq etdi – HƏBS
Bu gün, 09:37
Pensiya kapitalı birdəfəyə şəxsə verilə bilər: BU ŞƏRTLƏRLƏ - Ekspert deyir ki...
Bu gün, 09:35
“Sabah” Azərbaycanın UEFA reytinqinə xal qazandırdı
Bu gün, 09:34
Məhkəmə 200 min manatlıq dələduzluq edən müəllimlə bağlı QƏRAR ÇIXARDI
Bu gün, 09:32
Azərbaycanın pambıq şirkətinin Müşahidə Şurasının üzvləri seçiləcək
Bu gün, 09:30
Rusiyanın əsas hədəfi müxalifəti Ermənistan parlamentinə daşımaq idi - Ermənişünas alim
Bu gün, 09:29
Rusiya elitası birinci sinif şagirdlərinə qarşı: - “günah” yenə miqrantlardadır?
Bu gün, 09:24
İranda Paşinyana sensasion Zəngəzur xəbərdarlığı - Pezeşkianın hədəfi Bakı olub?
Bu gün, 09:20
Küçədə tanımadığı şəxsi bıçaqlayan qazi məhkəmə zalında həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 09:16
Rusiya gecə ərzində 400-dən çox Ukayna PUA-sını məhv edib
Bu gün, 09:13
"Zirə" bu gün "Torpedo" ilə üz-üzə gələcək - UEFA Konfrans Liqası
Bu gün, 09:12
Rusiyadakı azərbaycanlılara “çamadan xəbərdarlığı” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 09:09
Gədəbəydə dəhşətli qətlin təfərrüatı: "Al, bu da sənə qızıllar" deyərək damdan aşağı atıbmış – AĞIR CƏZA
Bu gün, 09:08
Nazirliklərdə yeni müavin postlarının pərdəarxası - AKTUAL
Bu gün, 09:07
SEPAH ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirdiyini açıqlayıb - "Tasnim"
Bu gün, 09:02
Naxçıvan TV-yə NİYƏ PUL AYRILIR Kİ? - ETİRAZ!
Bu gün, 08:57
"Bu ağılla Sərdar Cəlaloğlu gərək söyləyəydi ki, öncə Qərbə bağlı olub, sonra Rusiyaya yönəlib" - deputatdan partiya sədrinə SƏRT REAKSİYA
Bu gün, 08:44
ADPU-nun filial direktoru Passivləşdirdiyi vergi statusunu yenidən aktiv etdi - FOTO
Bu gün, 07:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru