İranla atəşkəs başa çatıb .....                     Azərbaycan Hava Yolları və “Sea Breeze” birgə lotereya kampaniyasına başlayır .....                     Fransa sülhü dəstəkləyir, yoxsa “arsax mifi”ni? .....                     İcra hakimiyyətinin "tədbir gördük" dediyi QANUNSUZ OBYEKT İŞ BAŞINDA! .....                     Peşə Təhsilində qiymət və bal qalmaqalı .....                     Astaraya yeni baş memar təyin olundu .....                     Paşinyanı hakimiyyətdən “lom”la uzaqlaşdırmaq .....                     Vodolazkin və Vardanyan: .....                     Emin Ağalarovun şirkəti İsrail klubunun əsas sponsoru olub .....                     Yüklədiyin pul niyə sayğacda əks olunmur ki? .....                     "Duzlu göl"lə bağlı TÜKÜRPƏDİCİ faktlar: .....                     “Makler” saxta çıxarışlarla ev satışı görüntüsü yaradaraq .....                     "Direktor təyin olunmağım üçün 60 min manat istənildi" .....                     Nazir bu agentliyə sədr müavini təyin etdi .....                     Lənkəranda bir məktəb yararsız vəziyyətdə, digərində ibtidai siniflər ləğv edilir .....                     İrandan Ermənistana verilən o VƏD... .....                     İranın İrəvan şəbəkəsi çökdürüldü .....                     Simonyan TƏŞVİŞDƏ .....                     “Messini yarışda saxlamaq istəyirlər...” .....                     SOCAR-da iş və mənzil vədi ilə həmcinsindən 21 min manat alan qadınla bağlı .....                     Tora salınmış iş adamı Nazim Tahirovla bağlı ELƏ FAKTLARI AÇIQLADI Kİ... .....                     Musiqi kollecinə direktor müavini təyin etdirmək adı ilə dələduzluq etdi .....                     Pensiya kapitalı birdəfəyə şəxsə verilə bilər: BU ŞƏRTLƏRLƏ .....                     “Sabah” Azərbaycanın UEFA reytinqinə xal qazandırdı .....                     Məhkəmə 200 min manatlıq dələduzluq edən müəllimlə bağlı .....                     Azərbaycanın pambıq şirkətinin Müşahidə Şurasının üzvləri seçiləcək .....                     Rusiyanın əsas hədəfi müxalifəti Ermənistan parlamentinə daşımaq idi .....                     Rusiya elitası birinci sinif şagirdlərinə qarşı: .....                     İranda Paşinyana sensasion Zəngəzur xəbərdarlığı .....                     Küçədə tanımadığı şəxsi bıçaqlayan qazi məhkəmə zalında həbs edildi .....                     Rusiya gecə ərzində 400-dən çox Ukayna PUA-sını məhv edib .....                     "Zirə" bu gün "Torpedo" ilə üz-üzə gələcək .....                     Rusiyadakı azərbaycanlılara “çamadan xəbərdarlığı” .....                     Gədəbəydə dəhşətli qətlin təfərrüatı: "Al, bu da sənə qızıllar" deyərək damdan aşağı atıbmış .....                     Nazirliklərdə yeni müavin postlarının pərdəarxası .....                     SEPAH ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirdiyini açıqlayıb .....                     Naxçıvan TV-yə NİYƏ PUL AYRILIR Kİ? .....                     "Bu ağılla Sərdar Cəlaloğlu gərək söyləyəydi ki, öncə Qərbə bağlı olub, sonra Rusiyaya yönəlib" .....                     ADPU-nun filial direktoru Passivləşdirdiyi vergi statusunu yenidən aktiv etdi .....                     İranın Keşm və Xark adalarında partlayışlar baş verib .....                 

Biləcəri Dəmiryol Xəstəxanasının ərazisi kimə və nə üçün satılıb? - Özbaşınalıq...
Tarix: 23-06-2015, 14:27 | Çap et
Biləcəri Dəmiryol Xəstəxanasının ərazisi kimə və nə üçün satılıb?
Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi məhəllə 5025 ünvanında yerləşən, "Azərbaycan Dəmir Yolları" QSC-nin nəzdində fəaliyyət göstərən Mərkəzi Dəmir Yol Xəstəxanasında vəziyyət heç də ürəkaçan deyil. Əldə etdiyimiz bilgilərə görə, adıçəkilən tibb müəssisəsinin baş həkimi Adil Tağıyev rəhbərlik etdiyi xəstəxanada yaşanan bir sıra xoşagəlməz olayların mətbuatdan gizli saxlanılmasına, olub-bitənlərin ört-basdır edilməsinə çalışır. Elə bu səbəbdən də dünən, el arasında Biləcəri Dəmiryol Xəstəxanası kimi tanınan səhiyyə ocağına yollandıq.

İlk öncə onu qeyd edək ki, xəstəxanının həyəti kifayət qədər böyük olsa da, baxımsızlıqdan tibb müəssisəsinin əsas binası və korpusları bərbad hala düşüb. Xəstəxanada olduğumuz müddət ərzində öyrəndik ki, bu tibb ocağında qəbul, ümumi terapiya, kliniki diaqnostik laboratoriya, kardiologiya şöbəsi və intensiv terapiya bloku, endiokrinologiya, nifrologiya, mama-ginekologiya, cərrahiyyə, travmatologiya, urologiya, burun-boğaz cərrahiyəsi, oftalmologiya, reanimasiya, funksional diaqnostika, fizioterapiya, rentgen və uşaq şöbələri fəaliyyət göstərir. Biləcəri sakinlərinin sözlərinə görə, bu, Binəqədi rayonunda fəaliyyət göstərən ən böyük xəstəxanadır.

Ərazini gəzirik. Məlum olur ki, paytaxtın bəlkə də ən yöndəmsiz, ən çirkli xəstəxanalarından biri Biləcəri Dəmiryol Xəstəxanasıdır. Beş-altı addımdan sonra qarşımıza zibilxana olan bir yer çıxır. Kol-kosun arasında tək-tük ağac gözə dəyir. Hiss olunur ki, bura əvvəllər yaşıllıq zonası kimi xəstələrə xidmət edib. Yəni müalicə almağa gələn xəstələr burda istirahət edirmiş. İndi isə burda üfunətdən durmaq olmur. Xəstəxananın həyətində 30-dan çox xarici avtomobil gözə dəyir. Xəstəxanının tibb personalından öyrəndik ki, bu maşınların çoxu həkimlərindir. Lakin qəbula yazılan xəstələrin də arasında maşınla gələn var.

Bayaqdan xəstəxananın həyətində var-gəl edən yaşlı qadına yaxanlaşırıq. O, qohumuyla ilə birlikdə qardaşını xəstəxanaya gətirdiyini deyir: "Oğul, Biləcəri Dəmiryol Xəstəxanası bir vaxtlar nəinki Azərbaycanın, hətta bütün sovet ittifaqının dəmiryolçularının üzünə açıq olan şəfa ocağı idi. İndi isə bərbad vəziyyətdədir. Qardaşım uzun illər dəmiryolunda çalışıb, maşinist olub. İndi yeriməkdə çətinlik çəkir. Sovetin vaxtından bəri bura məsləhətli xəstəxana kimi tanınıb. Lakin indiki vəziyyətinə bax, xəstəxanadan əsər-əlamət qalmayıb. Qardaşım dəmiryolçu olduğuna görə pul ödəmir. Buna görə də həkimlər, tibb bacıları tərəfindən münasibət də soyuqdur. Odur ki, məcbur olub arada həkimləri görüm-baxım edirik. Yoxsa xəstəmizlə heç maraqlanan da olmaz". Daha sonra həyətdə qarşımıza çıxan qəsəbə sakini ilə söhbətləşirik. Bu zaman məlum olur ki, sovet vaxtı Biləcəri Dəmiryol Xəstəxanasına müraciət edənlərin sayı-hesabı yox idi: "Hər yerdən bura insanlar gəlirdi. Həm ərazisi geniş idi, həm də yaxşı müalicə aparılırdı. İndi isə əvvəlki dövr deyil. Bir də görəcəyik ki, bina camaatın başına uçub".

Beləcə, əsas korpusa yollanırıq. Pilləkənlərlə əsas korpusun mərtəbələrini gəzirik. Qarşımıza çıxan tibb işçisi kim olduğumuzu soruşur. Ona "xəstə yanına gəlmişik" deyib yolumuza davam edirik. Otaqlara nəzər yetiririk. Palataların birində xəstə qoca var. Ona yaxınlaşıb hal-əhval tuturuq. Elə bizi görcək ağsaqqal başlayır gileylənməyə: "Bala, bura 68-ci ildən bəri fəaliyyət göstərir. Bu gün bu xəstəxana suyu çəkilmiş dəyirmanı xatırladır. Hamı deyir ki, xəstəxananın böyük bir hissəsi artıq satılıb. Deyilənlərə görə, nazirlərdən biri xəstəxanının yarısını alıb. Bu il bu xəstəxanaya eyni xəstəliklə bağlı 2-ci gəlişimdir. Müalicənin effekti cəmi 5-6 ay çəkir, sonra yenidən ağrılar başlayır, mən də yenidən həkimlərə üz tutmağa məcbur oluram. Bala, özəl xəstəxanalar çox baha olduğundan bura gəlməkdən başqa çarəm yoxdur. Yəni pulum bura çatır. Xoşagəlməz şeylər çoxdu burda. Həkimlər pul verməsən, səni heç adam yerinə də qoymurlar. Gecələr növbətçi tibb bacısını tapmaq mümkün deyil. Bunun üçün gərək səhər onlara pul verəsən ki, axşam işin düşəndə yanında olsunlar. Gördüyün kimi, xəstəxana bərbad gündədir. Mebelləri də, tibbi avadanlıqları da köhnədir. Palatalar isə yayda isti, qışda soyuq olur. Mətbəx, ayaqyolu və hamamda antisanitariyadır. Xəstəxanının həyətyanı sahəsi viran qalıb".

Qəsəbə sakinləri ilə söhbət zamanı bəlli oldu ki, Biləcəri Dəmiryol Xəstəxanasının bir hissəsi həqiqətən də nüfuzlu şəxslərdən birinə satılıb. Həmin şəxsin nəqliyyat naziri Ziya Məmmədov olduğunu deyən sakinlər iddia edirlər ki, həmin ərazi iki il öncə satılıb: "Bundan başqa, yaxınlıqdakı kafenin yerləşdiyi ərazi də bir zamanlar Biləcəri Dəmiryol Xəstəxanasının balansında olub. Ümumiyyətlə, Biləcəri qəsəbəsində nəqliyyat nazirinin iki mülkü də var. Onlardan biri villa, digəri isə istirahət mərkəzidir. Həmin istirahət mərkəzinin ərazisi isə əvvəllər park olub. Sonradan parkın ərazisi özəlləşdirilib və yerində nəhəng obyekt inşa edilib". Qəsəbə sakinlərinin sözlərinə görə, son zamanlar Biləcəri Dəmir Yol Xəstəxanasının doğum şöbəsində qanunsuz abortların sayı xeyli artıb: "İş o yerə çatıb ki, artıq xəstəxananın doğum şöbəsində qanunsuz abortların aparılması adiləşib.

Adil Tağıyevin rəhbərlik etdiyi xəstəxanada xoşagəlməz halların tez-tez baş verdiyini qeyd edən qəsəbə sakinlərinin sözlərinə görə, Biləcəri Dəmir Yol Xəstəxanasında ana olmaq istəyən qadınlara 700 manatdan başlayan qiymət təklif olunur: "Lakin hər zaman olduğu kimi bu məbləğ də son deyil. Doğuş həkiminin sizə söylədiyi qiymətin real olmadığının şahidi olacaqsınız. Doğuşun çətinliyindən asılı olaraq və xəstəxanada qalma günlərinin sayı artdıqca sizə pul üçün uzanan əllər də çoxalacaq. Bu məbləğ isə növbə dəyişdikcə artacaq. Qaldığınız 3 gün müddətində sizə qulluq edən tibb bacıları, sanitarlar, qapı gözətçisinin dilində "şirinlik" sözləri və əllərinizə həsrətlə dikilən gözlərin şahidi olacaqsınız. Xəstəxanaya gələn hər bir yaxınınız belə qarşılanacaq, sizi və körpəni görmək üçün əlini cibinə salmalı olacaq. Digər xərclər - dərman, uşağın pampersi və digər ləvazimatlar da hesablandıqda məbləğ 1000 manatdan artıq edir".

Bu arada, əldə etdiyimiz bilgilərə görə, ötən ilin noyabr ayının 5-də sözügedən xəstəxanada ana ölümü baş verib. Belə ki, 1990-cı il təvəllüdlü Həlimə Akif qızı Əzimova doğuş zamanı dünyasını dəyişib. Hadisənin həkimlərin səhvi ucbatından baş verdiyi bildirilir. Bundan başqa, Yasamal rayonu, Şahbazi küçəsi 100 aünvanında yaşayan 46 yaşlı Qalib Əsədullayev 2013-cü ilin may ayında burun çəpəri əməliyyatından sonra Biləcəri Dəmiryol Xəstəxanasında dünyasını dəyişib. O zaman mərhumun qardaşı Həsənağa Əsədullayev bildirmişdi ki, Qalib Əsədullayev burun çəpərinin əyriliyinin düzəldilməsi üçün iki dəfə əməliyyat olunub. Hər iki əməliyyatı adıçəkilən xəstəxananın qulaq, burun və boğaz xəstəlikləri şöbəsinin müdiri professor Rafiq Rzayev edib. Həkim xəstəni iki dəfə əməliyyat etməsinin səbəbini birinci əməliyyatın uğursuz alınması ilə izah edib: "Həkim ona (söhbət mərhumdan gedir-red.) deyib ki, sənin qığırdağını kəsmişəm ki, yaxşı nəfəs alasan, bunu tibbdə heç kim etməyib, mən etmişəm. Qardaşım da bu eksperimentin qurbanı oldu. 2000 manat da pul verib ona. Qanaxmadan öldü". Qalib Əsədullayevi həkim Rafiq Rzayev ikinci dəfə 2013-cü il aprel ayının 17-də əməliyyat edib. Əməliyyatdan sonra xəstənin burnundan 5 dəfə qan açılıb. Qanaxmanın çoxalması xəstədə anemiya yaradıb. Bu səbəbdən Əsədullayevlər ailəsi Qalibi mayın 4-də yenidən xəstəxanaya aparıblar. Lakin bu, Qalib Əsədullayevin ölümü ilə nəticələnib.

Ötən ilin noyabr ayında isə Biləcəri Dəmir Yol Xəstəxanasının kardiologiya şöbəsində ağır vəziyyətdə olan xəstəni həkim artıq müalicənin xeyri olmadığı üçün evə yola salıb. İkinci mərtəbədən xəstəni xərəkdə aşağı düşürdükləri vaxt xəstənin qohumları göz yaşı içində ağır vəziyyətdə olan insanı təcili tibbi yardım maşınına yerləşdiriblər. Xəstəni təcili tibbi yardım maşınına yerləşdirəndən sonra onun yaxınları evə getmək üçün avtomobillərə əyləşiblər. Bu vaxt qapıda dayanan xəstəxananın işçisi xəstənin qohumlarından birini çağıraraq "Ay oğlan, bu "nasılka"nı gəlin qaldırın da yuxarı. Kim qaldıracaq" deyib. Xəstənin yaxınları bu sözün qarşısında şoka düşüblər. Hətta bir nəfər özünü toparlayaraq "Siz necə insansız? Vicdanınız olsun. Bu halda biz "nasılka" qaldırmalıyıq" deyib. Qeyd edək ki, bu hadisənin şahidlərindən biri də telekanalların birinin əməkdaşı olub. O, bu hərəkətə görə qapıçıya etirazını bildirib.

Ümumiyyətlə, bu kimi hallar xəstəxanada dəfələrlə müşahidə edilsə də, nə baş həkim Adil Tağıyev, nə "Azərbaycan Dəmir Yolları" QSC, nə də Səhiyyə Nazirliyi məsələyə müdaxilə edir…

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İranla atəşkəs başa çatıb - Tramp BƏYAN ETDİ
Bu gün, 12:32
Azərbaycan Hava Yolları və “Sea Breeze” birgə lotereya kampaniyasına başlayır - DİQQƏT
Bu gün, 12:21
Fransa sülhü dəstəkləyir, yoxsa “arsax mifi”ni? - İNCƏLƏMƏ
Bu gün, 12:12
İcra hakimiyyətinin "tədbir gördük" dediyi QANUNSUZ OBYEKT İŞ BAŞINDA! - Şağanda nələr baş verir?
Bu gün, 12:03
Peşə Təhsilində qiymət və bal qalmaqalı – Tələbələr etiraz edir
Bu gün, 11:53
Astaraya yeni baş memar təyin olundu - ƏMR
Bu gün, 11:36
Paşinyanı hakimiyyətdən “lom”la uzaqlaşdırmaq PLANI
Bu gün, 11:31
Vodolazkin və Vardanyan: - yeni “fəlsəfi” dostluq, "çarpayının altından məktublar"
Bu gün, 11:28
Emin Ağalarovun şirkəti İsrail klubunun əsas sponsoru olub – İldə 860 min dollar ödəyəcək
Bu gün, 11:25
Yüklədiyin pul niyə sayğacda əks olunmur ki? - GİLEY
Bu gün, 11:20
"Duzlu göl"lə bağlı TÜKÜRPƏDİCİ faktlar: - "Çirkab sular axıdılır, bədən səpə bilər"
Bu gün, 11:13
“Makler” saxta çıxarışlarla ev satışı görüntüsü yaradaraq 70 400 manatlıq dələduzluq etdi
Bu gün, 11:11
"Direktor təyin olunmağım üçün 60 min manat istənildi" - Milli Qəhrəmanın qızını işdən çıxardılar
Bu gün, 11:03
Nazir bu agentliyə sədr müavini təyin etdi - FOTO
Bu gün, 10:58
Lənkəranda bir məktəb yararsız vəziyyətdə, digərində ibtidai siniflər ləğv edilir - Rəsmilərsə deyir ki...
Bu gün, 10:50
İrandan Ermənistana verilən o VƏD... – Bakının gözləntisi
Bu gün, 10:43
İranın İrəvan şəbəkəsi çökdürüldü - “Üçbaşlı casus əjdaha”sının başı İranın adamı çıxdı
Bu gün, 10:39
Simonyan TƏŞVİŞDƏ - "Vəziyyət daha da pis olacaq"
Bu gün, 10:34
“Messini yarışda saxlamaq istəyirlər...” – Misirin məşqçisi FIFA-ya od yağdırdı
Bu gün, 10:29
SOCAR-da iş və mənzil vədi ilə həmcinsindən 21 min manat alan qadınla bağlı QƏRAR
Bu gün, 10:28
Tora salınmış iş adamı Nazim Tahirovla bağlı ELƏ FAKTLARI AÇIQLADI Kİ... - "...ölümlə hədələyirdilər"
Bu gün, 10:16
Musiqi kollecinə direktor müavini təyin etdirmək adı ilə dələduzluq etdi – HƏBS
Bu gün, 09:37
Pensiya kapitalı birdəfəyə şəxsə verilə bilər: BU ŞƏRTLƏRLƏ - Ekspert deyir ki...
Bu gün, 09:35
“Sabah” Azərbaycanın UEFA reytinqinə xal qazandırdı
Bu gün, 09:34
Məhkəmə 200 min manatlıq dələduzluq edən müəllimlə bağlı QƏRAR ÇIXARDI
Bu gün, 09:32
Azərbaycanın pambıq şirkətinin Müşahidə Şurasının üzvləri seçiləcək
Bu gün, 09:30
Rusiyanın əsas hədəfi müxalifəti Ermənistan parlamentinə daşımaq idi - Ermənişünas alim
Bu gün, 09:29
Rusiya elitası birinci sinif şagirdlərinə qarşı: - “günah” yenə miqrantlardadır?
Bu gün, 09:24
İranda Paşinyana sensasion Zəngəzur xəbərdarlığı - Pezeşkianın hədəfi Bakı olub?
Bu gün, 09:20
Küçədə tanımadığı şəxsi bıçaqlayan qazi məhkəmə zalında həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 09:16
Rusiya gecə ərzində 400-dən çox Ukayna PUA-sını məhv edib
Bu gün, 09:13
"Zirə" bu gün "Torpedo" ilə üz-üzə gələcək - UEFA Konfrans Liqası
Bu gün, 09:12
Rusiyadakı azərbaycanlılara “çamadan xəbərdarlığı” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 09:09
Gədəbəydə dəhşətli qətlin təfərrüatı: "Al, bu da sənə qızıllar" deyərək damdan aşağı atıbmış – AĞIR CƏZA
Bu gün, 09:08
Nazirliklərdə yeni müavin postlarının pərdəarxası - AKTUAL
Bu gün, 09:07
SEPAH ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirdiyini açıqlayıb - "Tasnim"
Bu gün, 09:02
Naxçıvan TV-yə NİYƏ PUL AYRILIR Kİ? - ETİRAZ!
Bu gün, 08:57
"Bu ağılla Sərdar Cəlaloğlu gərək söyləyəydi ki, öncə Qərbə bağlı olub, sonra Rusiyaya yönəlib" - deputatdan partiya sədrinə SƏRT REAKSİYA
Bu gün, 08:44
ADPU-nun filial direktoru Passivləşdirdiyi vergi statusunu yenidən aktiv etdi - FOTO
Bu gün, 07:57
İranın Keşm və Xark adalarında partlayışlar baş verib
Bu gün, 07:54
Messi dahidir... - QOL SAATI
Bu gün, 07:08
Ermənistanın Azərbaycanla sərhəddə sülhə risk yaradan təlimi - NƏ BAŞ VERİR?
Bu gün, 07:02
"Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sadə işçiyə hansı real faydanı verir?" - ETİRAZ VAR!
Bu gün, 06:58
Azərbaycanda ət qadağası: Qiyməti bahalaşdıracaq - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:47
İran ABŞ-nin Hörmüz boğazının idarəçiliyinə müdaxilə etməsinə icazə verməyəcək - "Xatəm əl-Ənbiya"
Bu gün, 06:44
"MESTONATMIKS GROUP" MMC-nin dövlətə yarım milyon manata yaxın vergi borcu yaranıb - FOTO
Bu gün, 06:42
Paşinyan Bakının tələbini bu yolla reallaşdıracaq – Yeni planı üzə çıxdı
Bu gün, 06:37
Dünyada qara kürü ilə məşğul olub, ziyanla işləyən şirkət ola bilərmi?! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 04:43
"Sabah"dan sabah üçün YAXŞI ZƏMİN... - QOL SAATI
Bu gün, 04:32
Ərdoğan Türkiyəni HARA GÖTÜRÜR... - İNCƏLƏMƏ
Bu gün, 04:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru