Dünyada qara kürü ilə məşğul olub, ziyanla işləyən şirkət ola bilərmi?! .....                     "Sabah"dan sabah üçün YAXŞI ZƏMİN... .....                     Ərdoğan Türkiyəni HARA GÖTÜRÜR... .....                     Üzlərində daş ifadə, eyni geyim... Türkmənistanı xatırlatdı! .....                     Axı İslam dininin mahiyyəti onların şəxsi istəklərindən ibarət deyil... .....                     Şəhid qardaşından AZERCELL-ə SƏRT ETİRAZ .....                     Rəşad Dağlı və zülm çəkən qadın arasındakı ayrı-seçkilik... .....                     Binəqədidə maklerlər “at oynadır”... .....                     Azərbaycanda TORPAQ DAVASI... .....                     SOCAR Kulevi Neft Terminalından nə qədər qazanır? .....                     Ermənistanda küçə mübarizəsi mütləq olacaq .....                     Rusiyadakı benzin böhranı Azərbaycana necə təsir edəcək? .....                     Azərbaycanda hakim özü-özünə etiraz etdi .....                     Zelenski Ankarada NATO sammitində Azərbaycana təşəkkür edib .....                     Bakıda məhbus həbsxanadan qaçdı: Əməliyyat keçirilir .....                     AZAL Qars şəhərinə uçuşlara başlayır .....                     Xaçınçay su anbarında çimmək tamamilə qadağandır .....                     "Restoran biznesi mənlik olmadı" .....                     Trampın “Ərdoğanı sevindirəcək addım” mesajı nə vəd edir? .....                     Bakıda məşhur restoranın ətrafında QALMAQAL .....                     Xanəndənin atası yol qəzasında öldü .....                     “Rabitəbank”ın Marketinq departamentinə yeni rəhbər təyin olunub .....                     “Azərbaycan Sənaye Sığorta”da yeni təyinat olub .....                     Hərbi əməliyyatlar müvəqqəti dayandırılıb .....                     Şəki Şəhər İcra Hakimiyyəti başçısına birinci müavin təyin olunub .....                     Monqolustandan Azərbaycana ət neçəyə gətirilir? .....                     Vaşinqton artıq Cənubi Qafqaza əvvəlki prizmadan baxmır .....                     "Arzum"un apellyasiyası gündəmdə: Məlikov ölümcül qəzadan yayına bilərdi? .....                     Biləsuvarda əmi qardaşı oğlunu vurdu, .....                     "Bakı-Tbilisi-Bakı qatarında ciddi qiymət endirimləri müzakirə olunmur" .....                     Naxçıvan Səhiyyə Nazirliyi LƏĞV OLUNMALIDIR! .....                     Ermənistan müxalifəti Paşinyanı devirmək üçün planını açıqladı: .....                     “Rusiya qazı kəsərsə, Azərbaycan variantı var” .....                     Yevlaxda 35 yaşlı kişi ögey qardaşını öldürdü: “Anamla məni hədələyirdi” .....                     “TuranBank”ın borcları kəskin şəkildə artaraq .....                     Paşinyanın Avropa arzusu puç oldu: .....                     Ədliyyə Nazirliyinin qurumlarından .....                     Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərilib .....                     Generala yüksək vəzifə verildi .....                     Keçmiş nazirdən vahid müəllim formasına etiraz: .....                 

Xızının və Neftçalanın icra başcıları Aslanovu ölkədən qaçırmaq istəyirlər - Yarım milyon dolları əlindən alınan Əbülfəz Əliyev müraciət yaydı
Tarix: 12-02-2015, 12:09 | Çap et
Xızının və Neftçalanın icra başcıları Aslanovu ölkədən qaçırmaq istəyirlər
Qəzetimizin 28-31.01.2015 və 05-10. 02.2015-ci il saylarında redaksiyamıza şikayət ərizəsi ilə müraciət edən, vaxtilə hüquq-mühafizə orqanlarında məsul vəzifələrdə çalışan Əliyev Əbülfəz Cəlal oğlunun bəzi yüksək çinli məmurlar tərəfindən aldadılaraq külli miqdarda pulunun mənimsənildiyi barədə ətraflı məlumat vermişdik. Zərərçəkən bizimlə söhbətində bildirmişdi ki, Xızı Rayon İcra Hakimiyyətinin başcısı Xəzər Aslanovun qardaşı, Neftçala Rayon İcra Hakimiyyətinin başcısı İsmayıl Vəliyevin qaynı, vaxtilə Azərbaycan Respublikası FHN-nin Gəncə Regional Mərkəzinin rəisi vəzifəsində işləmiş, etdiyi özbaşnalığa görə tutduğu vəzifədən qovulmuş Aslanov Rövşən Qəşəm oğlu onun etibarından sui-istifadə edərək yarım milyon dollara qədər pulunu mənimsəyib:

"Aslanov Rövşənlə bizim yaxın münasibətimiz, hətta dost münasibətimiz olub. O mənə Türkiyənin İstanbul şəhərində tekstil fabriki aldığını və özünə şərik axtardığını bildirdi. Hətta qaynı olan Neftçala Rayon İcra Hakimiyyətinin başcısı İsmayıl Vəliyevin də şəriklər arasında olduğunu, bu işə kifayət qədər kapital yatırdığını bildirdi. O bildirdi ki, bu işdə yaxşı pul var, əgər şərik olsa ayda ən azı 20-30 min ABŞ dolları gəlir götürə bilərəm. Mən isə Aslanov Rövşənə inandığımdan onun təklifini qəbul etdim. Özümün, anamın və yaxın qohumlarımın evini banklarda girov qoyaraq, bəzi mülkləri isə sataraq (ümumilikdə mənə və ailə üzvlərimə məxsus 6 mülk satılmışdı) ayrı-ayrı vaxtlarda ümumilikdə 482.000 ABŞ dolları pul toplayıb Rövşən Aslanova verdim. O isə pulu alandan sonra mənə vəd verdi ki, yaxın zamanda kapital dəyəri 2 milyon dollar olan fabriklərinin 30 faizinə şərik olacaqsan. Amma aradan xeyli vaxt keçməsinə baxmayaraq, Rövşən mənə verdiyi vədi yerinə yetirməkdən yayındı. O kriminal aləmdə nüfuz sahibi olan bəzi şəxslərlə əlaqəyə girərək mənim verdiyim pulu mənimsədi. Və o gündən 2 ildən çox vaxt keçməsinə baxmayaraq, mən pulumu bu adamlardan ala bilmirəm.

Keçən sayımızda biz qeyd etmişdik ki, iki icra başcısının da adı hallanan 2 milyonluq şirkət qalmaqalında qarşı tərəfın mövqeyi məlum olub. Bəli, bizim də son iki həftə ərzində yazdığımız məqalələrə olan reaksiya sübut edir ki, qarşı tərəfin susaraq heç bir fikir bildirməməsi əslində, onların bu işdə haqsız olduqlarına sübutdur. Adətən "susmaq razılıq əlamətidir" fikri çox zaman xalq arasında sınanmış bir məsəldir. Bu baxımdan, Rövşən Aslanovun, onun qardaşı Xızının icra başcısı Xəzər Aslanov, qaynı və şəriki Neftcala Rayon İcra Hakimiyyətinin başcısı İsmayıl Vəliyevin 2 il ərzində susaraq, qaçıb gizlənməsi onların doğrudan da, bu işdə əli olduqlarını sübut etdiyi kimi, indi də heç bir mövqe bildirməməsi fikirlərimizdə haqlı olduğumuzu göstərir. Ona görə də mövqe bildirmək zamanı Prokurorluğun və digər hüquq-mühafizə orqanlarınındır. Öz paqon yoldaşlarını çıxılmaz vəziyyətə salan bu cür dələduzların cavabını verməyin vaxtı çoxdan çatıb. Əgər polkovnik rütbəsində fəaliyyət göstərərək dövlətinə və millətinə qulluq edən bir zabiti bu vəziyyətə salan bu cür məmurlar gör sıravi vətəndaşın başına nə oyunlar açırlar.

Dediyimiz kimi, bu mövzunu diqqətdə saxlayacağımızı və zərərçəkənlə daimi əlaqədə olacağımızı bildirmişdik. Bu baxımdan, növbəti dəfə redaksiyamıza müraciət edən Əliyev Əbülfəz Cəlal oğlu orijinal təkliflə çıxış etdi. O bu dəfə 4-cü hakimiyyətə- Azərbaycan Kütləvi İnformasiya Vasitələrində öz şərəfli peşəsinə sadiq olan jurnalistlərə müraciət etmək istədiyini bildirdi. Təbii ki, müraciətdən əvvəl bizim də bəzi suallarımız oldu.

- Əbülfəz müəllim, hadisədən təqribən 2 ildən çox vaxt keçib niyə məhz indi Azərbaycan mətbuatına müraciət edərək, məsələni ictimailəşdirmək qərarına gəldiniz?

- Fürsətdən istifadə edərək bildirim ki, qarşılaşdığım bu problemi ilk olaraq "Gündəlik Bakı" qəzeti önə çıxararaq işıqlandırdı və bu cür məmurların ifşa olunmasında mənə yardımçı oldu. Ona görə redaksiyanını rəhbərliyinə və kollektivinizə münnətdaram.

- Əslində, mən keçən söhbətimdə bildirmişdim ki, heç kimi nə tutdurmaq, nə də işdən qovulmasını istəmirəm. Sadəcə, pulumu tələb edirəm. Amma bu iki il ərzində apardığım şəxsi araşdırmalar zamanı müəyyən etdim ki, Rövşən Aslanov və ətrafı tək mənə yox, onlarla insanı bu və ya digər formada dələduzluq yolu ilə aldadaraq külli miqdarda pulunu mənimsəyib. Hətta FHN-nin rəhbəriliyi tərəfindən mənim pullarımın qaytarılması haqqında verilən tapşırığı yerinə yetirmədiyinə və digər qanunsuz əməllərinə görə, Rövşən Aslanov işdən qovulub. Buna görə də qərara gəldim ki, digər vətəndaşları da Rövşən Aslanovun bu cür məkrli və hiyləgər əməllərindən qorumaq üçün öz məsələm də daxil olmaqla onun törətdiklərini ictimailəşdirim. Qoy insanlarımız görsün və anlasın ki, bu cür "məmurlar" hansı yuvanın quşudur və onlara inanmaq olmaz. Mətbuat isə öz növbəsində ölkəmizdə dələduzluqla aparılan mübarizə çərçivəsində mənim timsalımda başıma gələn hadisəni işıqlandırmaqla vətəndaşlarımızı maarifləndirir. Digər tərəfdən, mən bu iki il ərzində dövlət orqanlarına etdiyim çoxsaylı şikayətlər və müraciətlər əsasında kifayət qədər yüksək vəzifədə olan insanların qəbulunda olmuşam. Dövlət tərbiyəsi görən bir insan kimi çox ciddi və rəsmi insanların mənə verdikləri vədə inanaraq bu günə qədər gözləmişəm. Digər tərəfdən Rövşən Aslanovun qardaşı Xızı Rayon İcra Hakimiyyətinin başcısı Xəzər Aslanov, qaynı və şəriki Neftçala Rayon İcra Hakimiyyətinin başcısı İsmayıl Vəliyev də dövlətin regionlardakı nüfuzlu və səlahiyyətli nümayəndəsi kimi mənə ciddi vədlər verərək pulumu qaytaracaqlarını bildirmişdilər. Lakin sonradan anladım ki, bu insanlar sadəcə olaraq, vaxt udaraq məsələni uzatmaq, köhnəltmək və unutdurmaq istəyirlər. Onu da qeyd edim ki, bu gün məndə Rövşən Aslanov və onun himayadarları haqqında elə faktlar mövcuddur ki, onu mətbuat vasitəsilə elan etmək istəmirəm. Bu məlumatlar daha çox hüquq-mühafizə orqanlarının səlahiyyətinə aiddir.

Sonda Əbülfəz Cəlal oğlu Əliyev Azərbaycan Kütləvi İnformasiya Vasitələrinə müraciət ünvanladı.

Hörmətli yazılı və elektron media nümayəndələri və baş redaktorlar!

Mən Əliyev Əbülfəz Cəlal oğlu Xızı Rayon İcra Hakimiyyətinin başcısı Xəzər Aslanovun qardaşı, Neftçala Rayon İcra Hakimiyyətinin başcısı İsmayıl Vəliyevin qaynı və şəriki vaxtilə Azərbaycan Respublikası FHN-nin Gəncə Regional Mərkəzinin rəisi vəzifəsində işləmiş, etdiyi özbaşnalığa görə tutduğu vəzifədən qovulmuş Aslanov Rövşən Qəşəm oğlu onun etibarından sui-istifadə edərək yarım milyon dollara qədər pulumu mənimsəyib. 2 ilə yaxın müddətdə etdiyim çoxsaylı müraciətlərın araşdırılması Rövşən Aslanov və himayadarları olan iki rayonun icra başcısı tərəfindən bu günə kimi qarşısı alıınmışdı.

Hörmətli yazılı və elektron media nümayəndələri və baş redaktorlar!

Bu müraciəti etməkdə məqsədim düşdüyüm bu çıxılmaz vəziyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və müvafiq dövlət qurumlarının rəhbərlərinə çatdırmaqla bərabər, sizin vasitənizlə bu cür "məmurların" əməllərini sıravi vətəndaşlara çatdırmaq üçün ictimailəşdirilməsini sizdən rica edirəm. Onu da qeyd etmək istəyriəm ki, bu "məmur"lar əmlakımı və pulumu mənimsəməklə bərabər, insanların mənə göstərdiyi etibara və etimada qarşı da dələduzluq ediblər. Rövşən Aslanov öz himayədarlarına güvənərək bu günədək öz dələduz əməllərini davam etdirir. Atdığım bu addımın hansı dərəcədə məsuliyyətli oduğunu bildiyimdən müvafiq dövlət qurumlarının nümayəndələrinə bildirmək istəyirəm ki, bu işin ictimailəşdirilməsində heç bir siyasi və digər marağım yoxdur. Sadəcə olaraq, çoxlu sayda insanlar tapdalanmış haqq və hüquqlarını mətbuat vasitəsilə ictimai qınaq yolu ilə öz hüquqlarını bərpa etdiklərini bildiyimdən mən də öz problemimi bu yolla həll etmək ehtimalını nəzərə alaraq bu cür addım atdım. Eyni zamanda bildirmək istəyirəm ki, başıma gələn bu hadisələr mənim siyasi və dövlətə olan əqidəmi dəyişməyib, dövlətimə və Prezidentim cənab İlham Əliyevə sadiq bir zabitəm.

Əvvəlcədən sizə minnətdarlığımı bildirir, mənim bu işimdə sizin aktiv iştirakınıza inanıram.

P.S. Ailəsinə yaxın insanlardan aldığımız məlumata görə, törətdiyi çoxsaylı əməllərə görə, qardaşı Xızının icra başcısı Xəzər Aslanov və qaynı Neftçalanın icra başcısı İsmayıl Vəliyevi Rövşən Aslanovu ölkədən qaçırmaq istəyirlər.
\\ GünBakı \\







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dünyada qara kürü ilə məşğul olub, ziyanla işləyən şirkət ola bilərmi?! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 04:43
"Sabah"dan sabah üçün YAXŞI ZƏMİN... - QOL SAATI
Bu gün, 04:32
Ərdoğan Türkiyəni HARA GÖTÜRÜR... - İNCƏLƏMƏ
Bu gün, 04:28
Üzlərində daş ifadə, eyni geyim... Türkmənistanı xatırlatdı! - REPLİKA
Bu gün, 04:21
Axı İslam dininin mahiyyəti onların şəxsi istəklərindən ibarət deyil... - Azər Qasımov yazır...
Bu gün, 03:58
Şəhid qardaşından AZERCELL-ə SƏRT ETİRAZ - "Dedim ki, şəhid anasıdır..."
Bu gün, 03:48
Rəşad Dağlı və zülm çəkən qadın arasındakı ayrı-seçkilik... - AXI NİYƏ?..
Bu gün, 03:24
Binəqədidə maklerlər “at oynadır”... - Böyükşor gölünü qurudub hissə-hissə “rasxoda” verən kimlərdir?
Bu gün, 03:18
Azərbaycanda TORPAQ DAVASI... QAÇILMAZDIR!
Bu gün, 03:13
SOCAR Kulevi Neft Terminalından nə qədər qazanır? - DETALLAR
Dünən, 18:02
Ermənistanda küçə mübarizəsi mütləq olacaq - Samvel Karapetyan
Dünən, 17:48
Rusiyadakı benzin böhranı Azərbaycana necə təsir edəcək? - MÜHÜM NÜANSLAR
Dünən, 17:32
Azərbaycanda hakim özü-özünə etiraz etdi
Dünən, 17:27
Zelenski Ankarada NATO sammitində Azərbaycana təşəkkür edib
Dünən, 17:24
Bakıda məhbus həbsxanadan qaçdı: Əməliyyat keçirilir - 15 saylı cəzaçəkmə müəssisəsindən...
Dünən, 17:21
AZAL Qars şəhərinə uçuşlara başlayır - DİQQƏT
Dünən, 17:10
Xaçınçay su anbarında çimmək tamamilə qadağandır - Ekspertdən XƏBƏRDARLIQ
Dünən, 17:01
"Restoran biznesi mənlik olmadı" - Eldəniz Məmmədov
Dünən, 16:57
Trampın “Ərdoğanı sevindirəcək addım” mesajı nə vəd edir? - Türkiyə ilə bağlı ŞOK SSENARİ
Dünən, 16:55
Bakıda məşhur restoranın ətrafında QALMAQAL - TƏFƏRRÜAT
Dünən, 16:38
Xanəndənin atası yol qəzasında öldü
Dünən, 16:29
“Rabitəbank”ın Marketinq departamentinə yeni rəhbər təyin olunub - DOSYE
Dünən, 16:25
“Azərbaycan Sənaye Sığorta”da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 16:23
Hərbi əməliyyatlar müvəqqəti dayandırılıb - Zülfüqarov
Dünən, 16:22
Şəki Şəhər İcra Hakimiyyəti başçısına birinci müavin təyin olunub - FOTO
Dünən, 16:16
Monqolustandan Azərbaycana ət neçəyə gətirilir? – MƏHSULLAR, QİYMƏTLƏR
Dünən, 16:13
Vaşinqton artıq Cənubi Qafqaza əvvəlki prizmadan baxmır - ŞƏRH
Dünən, 16:07
"Arzum"un apellyasiyası gündəmdə: Məlikov ölümcül qəzadan yayına bilərdi? - ARAŞDIRMA
Dünən, 15:57
Biləsuvarda əmi qardaşı oğlunu vurdu, məhkəmə hökm çıxardı
Dünən, 15:55
"Bakı-Tbilisi-Bakı qatarında ciddi qiymət endirimləri müzakirə olunmur" - ADY rəsmisi
Dünən, 15:53
Naxçıvan Səhiyyə Nazirliyi LƏĞV OLUNMALIDIR! - ÇAĞIRIŞ...
Dünən, 15:47
Ermənistan müxalifəti Paşinyanı devirmək üçün planını açıqladı: - Hərəkat başlayır
Dünən, 15:24
“Rusiya qazı kəsərsə, Azərbaycan variantı var” - Miskaryan
Dünən, 15:18
Yevlaxda 35 yaşlı kişi ögey qardaşını öldürdü: “Anamla məni hədələyirdi” - TƏFƏRRÜAT
Dünən, 15:05
“TuranBank”ın borcları kəskin şəkildə artaraq 284 milyon manata çatıb
Dünən, 15:00
Paşinyanın Avropa arzusu puç oldu: - Ermənistan yenə Rusiyanın "qapısını döyəcək"
Dünən, 14:59
Ədliyyə Nazirliyinin qurumlarından - 4 YENİ TENDER
Dünən, 14:57
Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərilib
Dünən, 14:55
Generala yüksək vəzifə verildi - TƏYİNAT
Dünən, 14:51
Keçmiş nazirdən vahid müəllim formasına etiraz: - "Vallah, gülməlidir”
Dünən, 14:48
Pensiya almaq çətinləşəcək? - Azərbaycana dair MÜHÜM PROQNOZ
Dünən, 14:45
Bu xəstəxanaya müvəqqəti rəhbər təyin olundu - FOTO
Dünən, 14:43
Görün, millətə NƏ YEDİRİRLƏR... - FOTO
Dünən, 13:12
Köçəryanın bloku “qollarını çırmaladı”: - Konstitisiya dəyişikliyinə qarşı
Dünən, 13:05
Ləğv olunan dövlət şirkətinin 8,5 milyon manat vergi borcu var - TƏFƏRRÜAT
Dünən, 13:01
“MJ Financial Services BOKT” – 2 MİLYON MANAT BORCLANIR
Dünən, 12:56
Bakı–Tiflis–Bakı qatarlarında sərnişin tutumu artırılır - NƏHAYƏT...
Dünən, 12:53
Makron Dəməşqdəki partlayışlardan sonra xəsarət almayıb - Yelisey sarayından AÇIQLAMA
Dünən, 12:25
SOS: Cəlilabadda heyvanlar kütləvi qırılır - NAZİRİN NƏZƏRİNƏ...
Dünən, 12:25
Erməni müxalifətindən Rusiyaya gözlənilməz İTTİHAM
Dünən, 12:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru