SOCAR Kulevi Neft Terminalından nə qədər qazanır? .....                     Ermənistanda küçə mübarizəsi mütləq olacaq .....                     Rusiyadakı benzin böhranı Azərbaycana necə təsir edəcək? .....                     Azərbaycanda hakim özü-özünə etiraz etdi .....                     Zelenski Ankarada NATO sammitində Azərbaycana təşəkkür edib .....                     Bakıda məhbus həbsxanadan qaçdı: Əməliyyat keçirilir .....                     AZAL Qars şəhərinə uçuşlara başlayır .....                     Xaçınçay su anbarında çimmək tamamilə qadağandır .....                     "Restoran biznesi mənlik olmadı" .....                     Trampın “Ərdoğanı sevindirəcək addım” mesajı nə vəd edir? .....                     Bakıda məşhur restoranın ətrafında QALMAQAL .....                     Xanəndənin atası yol qəzasında öldü .....                     “Rabitəbank”ın Marketinq departamentinə yeni rəhbər təyin olunub .....                     “Azərbaycan Sənaye Sığorta”da yeni təyinat olub .....                     Hərbi əməliyyatlar müvəqqəti dayandırılıb .....                     Şəki Şəhər İcra Hakimiyyəti başçısına birinci müavin təyin olunub .....                     Monqolustandan Azərbaycana ət neçəyə gətirilir? .....                     Vaşinqton artıq Cənubi Qafqaza əvvəlki prizmadan baxmır .....                     "Arzum"un apellyasiyası gündəmdə: Məlikov ölümcül qəzadan yayına bilərdi? .....                     Biləsuvarda əmi qardaşı oğlunu vurdu, .....                     "Bakı-Tbilisi-Bakı qatarında ciddi qiymət endirimləri müzakirə olunmur" .....                     Naxçıvan Səhiyyə Nazirliyi LƏĞV OLUNMALIDIR! .....                     Ermənistan müxalifəti Paşinyanı devirmək üçün planını açıqladı: .....                     “Rusiya qazı kəsərsə, Azərbaycan variantı var” .....                     Yevlaxda 35 yaşlı kişi ögey qardaşını öldürdü: “Anamla məni hədələyirdi” .....                     “TuranBank”ın borcları kəskin şəkildə artaraq .....                     Paşinyanın Avropa arzusu puç oldu: .....                     Ədliyyə Nazirliyinin qurumlarından .....                     Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərilib .....                     Generala yüksək vəzifə verildi .....                     Keçmiş nazirdən vahid müəllim formasına etiraz: .....                     Pensiya almaq çətinləşəcək? .....                     Bu xəstəxanaya müvəqqəti rəhbər təyin olundu .....                     Görün, millətə NƏ YEDİRİRLƏR... .....                     Köçəryanın bloku “qollarını çırmaladı”: .....                     Ləğv olunan dövlət şirkətinin 8,5 milyon manat vergi borcu var .....                     “MJ Financial Services BOKT” .....                     Bakı–Tiflis–Bakı qatarlarında sərnişin tutumu artırılır .....                     Makron Dəməşqdəki partlayışlardan sonra xəsarət almayıb .....                     SOS: Cəlilabadda heyvanlar kütləvi qırılır .....                 

“KredoBank”la bağlı dəhşətli faktlar üzə çıxdı - “Aqro-Star Plyus” MMC-nin “Krodo-Bank” ASC ilə hansı bağlantıları var?
Tarix: 6-11-2014, 12:57 | Çap et
“KredoBank”la bağlı dəhşətli faktlar üzə çıxdı
Ötən sayımızda dərc olunmuş yazıda “KredoBank” ASC-dən 15 milyon türk lirəsinin (Azərbaycan manatının kursu ilə təxminən 7, 5 milyon manat) Müşahidə Şurasının sədri Müşfiq Vəkilovun himayəsində olan “İnter-Alyans” və “Trans-Alyans” MMC-lərə köçürülərək mənimsənilməsi ilə bağlı bəzi faktlara aydınlıq gətirilmişdi. Həmçinin qeyd edilmişdi ki, uzun müddətdir adı çəkilən bankla “Aqro-Star Plyus” MMC arasında yaşanan kredit qalmaqalına dair aşağı məhkəmə instansiyalarının qərarlarına Ali Məhkəmə 30 oktyabr 2014-cü ildə son verib. Belə ki, “KredoBank” ASC-nin Müşahidə Şurasının sədri Müşfiq Vəkilovun iddia tələbinin əsassız olduğu barədə qəti qərar verilib.

Bəs “Aqro-Star Plyus” MMC-nin “Krodo-Bank” ASC ilə hansı bağlantıları var?

Redaksiyamıza təqdim olunmuş sənədlərdən məlum olur ki, adı çəkilən və başı qalmaqallı MMC sıradan bir şirkət deyil. Həmin şirkətin Vergilər Nazirliyindən 23 may 2011-ci ildə alınmış “Dövlət Reyestrindən Çıxarış”ından məlum olur ki, adı çəkilən MMC-nin 3 payçısı olub: Ələddin Ağca oğlu Yusifov (75 pay), İlham Səməd oğlu Mustafayev (15 pay) və Səfərov Zöhrab Məmməd oğlu (10 pay).
Diqqəti çəkən isimlərdən Zöhrab Səfərovla bağlı maraqlı fakt üzə çıxır. Bu həmin Z.Səfərovdur ki, Müşfiq Vəkilova məxsus, Bakıda yerləşən (Bayılda) “KROWN-OTEL”in icraçı direktorudur. O, əvvəllər Müşfiq Vəkilovun atası İsa Vəkilovun sürücüsü işləyib və hazırda Bakının Babək prospektində yerləşən “555” adlı avtosalonun da rəhbəridir. Bundan əlavə, ötən yazıda da qeyd olunduğu kimi, 09.01.2013-cü ildə Müşfiq Vəkilov rəhbəri olduğu “KredoBank” ASC-dən “İnter-Alyans” və “Trans-Alyans” MMC-lərə 15 milyon türk lirəsi köçürülərək mənimsənilmişdir. Sənədlərdən bəlli olur ki, (Türkiyə Dövlət Notariusunda təsdiqlənən köçürmə sənədinin surəti təqdim olunur) bu vəsaitin 2 milyon 250 min lirəsi Zöhrab Səfərov adlı iş adamının adına 15 faizlik pay kimi keçir.

Bəs Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi iş adamı Cavidan Hacıyevi necə həbs edib?

“Təzadlar”a daxil olmuş sənədlərdən birindən o da məlum olur ki, “KredoBank” ASC-dən “İnter-Alyans” və “Trans-Alyans” MMC-lərə köçürülərək mənimsənilmiş 15 milyon türk lirəsinin taleyi ilə bağlı cinayət işi başlanılmışdır. Nəticədə Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cavidan Hacıyev adlı iş adamı həbs olunmuşdur. Belə ki, Baş Prokurorluğun mətbuat xidmətinin hələ bu ilin martın 28-də yaydığı rəsmi açıqlamada bildirilirdi ki, “Bank Technique” ASC-dən (keçmiş “Texnikabank”) qanunsuz yolla 45 milyon manata yaxın kredit götürən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib : “”Bank Technique” ASC-dən daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.
İstintaq zamanı “İnter-Alyans” MMC-nin təsisçisi Cavidan Hacıyevin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə “Trans-Alyans”, “Qarant-Ko” MMC və digər şirkətlər yaratmaqla onların adına “Bank Technique” ASC-dən müxtəlif vaxtlarda hissə-hissə cəmi 18 milyon 715 min 552 manat məbləğində kredit rəsmiləşdirməklə götürüb mənimsəməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq davam etdirilir”.

Bəs Cavidan Hacıyev niyə həm də “KredoBank” ASC ilə məhkəmə çəkişməsində olub?

Apardığımız araşdırmalarla başqa bir maraqlı fakt üzə çıxdı. Məlum olur ki, Cavidan Hacıyevlə “KredoBank” ASC arasında da oxşar əməliyyat baş tutub. Məsələn, yuxarıda qeyd olunduğu kimi, adı çəkilən bankdan Cavidan Hacıyevin təsisçisi olduğu “İnter-Alyans” və “Trans-Alyans” MMC-lərə 15 milyon türk lirəsi köçürülərək mənimsənilib və həmin pul vəsaiti banka qaytarılmayıb... Sonradan C.Hacıyev “KredoBank”dan yenə də külli miqdarda kredit götürüb, həmin vəsait mənimsənilib. Sonradan adı çəkilən bank Suraxanı rayon Məhkəməsində mahiyyəti üzrə iddia qaldırıb. Məhkəmə bankın iddiasını təmin edib. Lakin “Təzadlar”a məlumat verən mənbə bildirir ki, əslində, bu əməliyyatlar bank rəhbərliyi ilə Cavidan Hacıyevin birgə məqsədlərinə xidmət edib. Ona görə də bank rəhbərliyi formal olaraq belə bir məhkəmə qərarının əldə olunmasına nail olub, məqsəd diqqəti bu korrupsiya hərəkətindən yayındırmaqdır.
Onu da öyrəndik ki, Suraxanı rayon Məhkəməsinin həmin qərardadı Bakı Apellyasiya Məhkəməsində qarşı tərəfin formal şikayəti əsasında baxılıb və 11 fevral 2013-cü il tarixdə hakim Azad İmanovun sədrliyi ilə keçirilən iclasda həmin qərardad dəyişdirilmədən qüvvədə saxlanılıb (İddiaçı: “KredoBank” ASC, cavabdeh: “Trans-alyans” MMC və qeyrilərinin kredit müqaviləsinin ləğv edilməsi, ipoteka müqaviləsinin etibarlı hesab edilməsi, kredit üzrə borcun ödənilməsi və digər tələblər).
Biz “Trans-Alyans” MMC-nin barəsində məlumat axtardıq. Əldə olunan məlumatlar belə oldu: “Trans-Alyans” MMC, AZ1048, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəs. ŞTQ Nizami İsmayılov (Qaraçuxur, ev.2).

Kredit fırıldağının sonunda görünməz əl...

Baş Prokurorluğun yuxarıda təqdim olunan rəsmi açıqlamasına bir daha diqqəti çəkmək istəyirik: “İstintaq zamanı “İnter-Alyans” MMC-nin təsisçisi Cavidan Hacıyevin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə “Trans-Alyans”, “Qarant-Ko” MMC və digər şirkətlər yaratmaqla onların adına “Bank Technique” ASC-dən müxtəlif vaxtlarda hissə-hissə cəmi 18 milyon 715 min 552 manat məbləğində kredit rəsmiləşdirməklə götürüb mənimsəməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq davam etdirilir”.
Hazırda istintaqın hansı qənaətə gəlməsindən məlumatsız olsaq da, bir məsələni qeyd etmək yerinə düşər ki, Cavidan Hacıyev eyni üsulla müxtəlif vaxtlarda “Bank Technique” ASC-yə qarşı dələduzluq əməli törədib. Sual yaranır: banklar, adətən kred müqaviləsi bağlanarkən vətəndaşlardan götürülən məbləğin əvəzində ən azı 3 dəfə bahalı əmlak (girov) tələb edirlər. Təsəvvür edin, əgər C.Hacıyev “Bank Technique”dən 18 milyon 715 min 552 manat məbləğində kredit rəsmiləşdirməklə götürüb mənimsəyibsə, deməli, o, banka ən azı 50-60 milyon manat dəyərində girov qoymalı idi. Bəs bank rəhbərliyi doğrudanmı Cavidan Hacıyevin bu qədər manat dəyərində girov əmlakını görüb qiymətləndirmiş və akt tərtib etmişdilər? Və Cavidan Hacıyev eyni qayda ilə həm də “KredoBank” ASC-dən də krediti götürüb mənimsəmişdi. Bu bankın rəhbərliyi necə, C.Hacıyevin girov əmlakının olub-olmadığını bilirdimi?

Kredit dələduzluğu Türkiyədə kimləri ayıltdı?

Qeyd edək ki, Cavidan Hacıyevlə yanaşı, “Bank Technique” ASC-yə qarşı dələduzluq əməli törətmiş başqa bir iş adamı Rauf Kərimovun da adı keçir. Onui da C.Hacıyevlə birgə həbs ediblər. Sonradan məlum oldu ki, kredit dəluduzları Türkiyədə bu ölkənin iş adamı olan Atif Fərmandala, Hollandiya vətəndaşı Ronald Rudolfa və əslən türk olan Ərcan Cana da fırıldaq gəliblər. Məsələn, bir müddət əvvəl ölkə KİV-lərində belə məlumatlar dərc olundu ki, 2008-ci ildə A.Fərmandal və R.Rudol ortaq biznes layihəsi tərtib edərək Bodrumda istirahət evləri tikməyi planlaşdırıblar. Bodrumdakı ərazi Atif Fərmandala məxsus olub. Cavidan Hacıyev və Rauf Kərimov Bodrum təsisatının həlledici - 77 faizlik payla əsas sahiblərinə çevrilir. Amma az sonra C.Hacıyev və R.Kərimov bizneslərində “fors-major” yaşandığını Türkiyəli şəriklərinə çatdırıblar. Onlar “Bank Melli İran” və onun Türkiyədəki şöbəsini dövriyyəyə cəlb edirlər. Ekspertlər Bodruma gəlib, inşaatı 100 milyon avroya dəyərləndirib 30 milyon avroluq kredit verə biləcəklərini deyirlər. Amma bunun üçün Ərcan Canın razılığı tələb olunub. O isə Azərbaycandan olan şəriklərə güvənmədiyini deyib və müxtəlif bəhanələrlə razılıq verməkdən imtina edib. Sonda isə Ərcan Canın evinə hücum edib, onu bu sənədə imza atmamağa məcbur edirlər.
Cavidan Hacıyev və Rauf Kərimov sənədləri İran Milli Bankına verərək ilkin olaraq, 3 milyon 608 min avroluq kredit tranşını öz hesablarına köçürtdürür və İrandan Azərbaycana sement komponentinin ixracı əməliyyatını davam etdirirlər... Sonradan Türkiyə məhkəməsinin qərarına əsasən Atif Fərmandal həbs edilir, Ərcan Cana Türkiyədən çıxmaq yasaq olunur. Cavidan Hacıyev və Rauf Kərimov haqda isə axtarış elan olunur... Nəhayət, onlar bu ilin martında Azərbaycanda həbs olunurlar.
Göründüyü kimi, bu iki şəxs analoqu olmayan cinayət əməli törədərək başqalarına məxsus əmlakları (təbii ki, bankların rəhbərliyinin himayəsi ilə) girov qoyaraq kredit götürüb mənimsəyiblər.
“Təzadlar”ın Araşdırma Qrupu








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
SOCAR Kulevi Neft Terminalından nə qədər qazanır? - DETALLAR
Dünən, 18:02
Ermənistanda küçə mübarizəsi mütləq olacaq - Samvel Karapetyan
Dünən, 17:48
Rusiyadakı benzin böhranı Azərbaycana necə təsir edəcək? - MÜHÜM NÜANSLAR
Dünən, 17:32
Azərbaycanda hakim özü-özünə etiraz etdi
Dünən, 17:27
Zelenski Ankarada NATO sammitində Azərbaycana təşəkkür edib
Dünən, 17:24
Bakıda məhbus həbsxanadan qaçdı: Əməliyyat keçirilir - 15 saylı cəzaçəkmə müəssisəsindən...
Dünən, 17:21
AZAL Qars şəhərinə uçuşlara başlayır - DİQQƏT
Dünən, 17:10
Xaçınçay su anbarında çimmək tamamilə qadağandır - Ekspertdən XƏBƏRDARLIQ
Dünən, 17:01
"Restoran biznesi mənlik olmadı" - Eldəniz Məmmədov
Dünən, 16:57
Trampın “Ərdoğanı sevindirəcək addım” mesajı nə vəd edir? - Türkiyə ilə bağlı ŞOK SSENARİ
Dünən, 16:55
Bakıda məşhur restoranın ətrafında QALMAQAL - TƏFƏRRÜAT
Dünən, 16:38
Xanəndənin atası yol qəzasında öldü
Dünən, 16:29
“Rabitəbank”ın Marketinq departamentinə yeni rəhbər təyin olunub - DOSYE
Dünən, 16:25
“Azərbaycan Sənaye Sığorta”da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 16:23
Hərbi əməliyyatlar müvəqqəti dayandırılıb - Zülfüqarov
Dünən, 16:22
Şəki Şəhər İcra Hakimiyyəti başçısına birinci müavin təyin olunub - FOTO
Dünən, 16:16
Monqolustandan Azərbaycana ət neçəyə gətirilir? – MƏHSULLAR, QİYMƏTLƏR
Dünən, 16:13
Vaşinqton artıq Cənubi Qafqaza əvvəlki prizmadan baxmır - ŞƏRH
Dünən, 16:07
"Arzum"un apellyasiyası gündəmdə: Məlikov ölümcül qəzadan yayına bilərdi? - ARAŞDIRMA
Dünən, 15:57
Biləsuvarda əmi qardaşı oğlunu vurdu, məhkəmə hökm çıxardı
Dünən, 15:55
"Bakı-Tbilisi-Bakı qatarında ciddi qiymət endirimləri müzakirə olunmur" - ADY rəsmisi
Dünən, 15:53
Naxçıvan Səhiyyə Nazirliyi LƏĞV OLUNMALIDIR! - ÇAĞIRIŞ...
Dünən, 15:47
Ermənistan müxalifəti Paşinyanı devirmək üçün planını açıqladı: - Hərəkat başlayır
Dünən, 15:24
“Rusiya qazı kəsərsə, Azərbaycan variantı var” - Miskaryan
Dünən, 15:18
Yevlaxda 35 yaşlı kişi ögey qardaşını öldürdü: “Anamla məni hədələyirdi” - TƏFƏRRÜAT
Dünən, 15:05
“TuranBank”ın borcları kəskin şəkildə artaraq 284 milyon manata çatıb
Dünən, 15:00
Paşinyanın Avropa arzusu puç oldu: - Ermənistan yenə Rusiyanın "qapısını döyəcək"
Dünən, 14:59
Ədliyyə Nazirliyinin qurumlarından - 4 YENİ TENDER
Dünən, 14:57
Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərilib
Dünən, 14:55
Generala yüksək vəzifə verildi - TƏYİNAT
Dünən, 14:51
Keçmiş nazirdən vahid müəllim formasına etiraz: - "Vallah, gülməlidir”
Dünən, 14:48
Pensiya almaq çətinləşəcək? - Azərbaycana dair MÜHÜM PROQNOZ
Dünən, 14:45
Bu xəstəxanaya müvəqqəti rəhbər təyin olundu - FOTO
Dünən, 14:43
Görün, millətə NƏ YEDİRİRLƏR... - FOTO
Dünən, 13:12
Köçəryanın bloku “qollarını çırmaladı”: - Konstitisiya dəyişikliyinə qarşı
Dünən, 13:05
Ləğv olunan dövlət şirkətinin 8,5 milyon manat vergi borcu var - TƏFƏRRÜAT
Dünən, 13:01
“MJ Financial Services BOKT” – 2 MİLYON MANAT BORCLANIR
Dünən, 12:56
Bakı–Tiflis–Bakı qatarlarında sərnişin tutumu artırılır - NƏHAYƏT...
Dünən, 12:53
Makron Dəməşqdəki partlayışlardan sonra xəsarət almayıb - Yelisey sarayından AÇIQLAMA
Dünən, 12:25
SOS: Cəlilabadda heyvanlar kütləvi qırılır - NAZİRİN NƏZƏRİNƏ...
Dünən, 12:25
Erməni müxalifətindən Rusiyaya gözlənilməz İTTİHAM
Dünən, 12:15
Aktrisadan Xalq artistinə DƏSTƏK: - “O sənəti olmayan istedadsızlar…”
Dünən, 12:14
"Söhbət puldan düşəndə ayrılmışıq, hansısa rejissorun cibini doldurmaq üçün..."
Dünən, 12:06
Qalmaqallı eks-direktorun işi Ali Məhkəmədə - DETALLAR
Dünən, 12:02
Türkiyəyə zərbə, yoxsa... – Tarazlıq təhlükədə
Dünən, 12:01
ABŞ-nin məşhur “çaypulu”su turistləri narahat edir – SSRİ-də qadağan edilmişdi
Dünən, 11:55
Paşinyana qarşı məhkəmə iddiası qaldırıldı - KİV
Dünən, 11:40
Boşandıqdan sonra başqası ilə evlənirmiş - Kürəkənin güllələnməsinin təfərrüatı
Dünən, 11:38
Başçı rəssama olan borcunu icra nümayəndələrinə ÖDƏTDİRİR... - AXI NİYƏ?..
Dünən, 11:30
Bu binada hərənin ən azı İKİ VƏZİFƏSİ VAR... - AY MAŞALLAH...
Dünən, 11:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru