SOCAR Kulevi Neft Terminalından nə qədər qazanır? .....                     Ermənistanda küçə mübarizəsi mütləq olacaq .....                     Rusiyadakı benzin böhranı Azərbaycana necə təsir edəcək? .....                     Azərbaycanda hakim özü-özünə etiraz etdi .....                     Zelenski Ankarada NATO sammitində Azərbaycana təşəkkür edib .....                     Bakıda məhbus həbsxanadan qaçdı: Əməliyyat keçirilir .....                     AZAL Qars şəhərinə uçuşlara başlayır .....                     Xaçınçay su anbarında çimmək tamamilə qadağandır .....                     "Restoran biznesi mənlik olmadı" .....                     Trampın “Ərdoğanı sevindirəcək addım” mesajı nə vəd edir? .....                     Bakıda məşhur restoranın ətrafında QALMAQAL .....                     Xanəndənin atası yol qəzasında öldü .....                     “Rabitəbank”ın Marketinq departamentinə yeni rəhbər təyin olunub .....                     “Azərbaycan Sənaye Sığorta”da yeni təyinat olub .....                     Hərbi əməliyyatlar müvəqqəti dayandırılıb .....                     Şəki Şəhər İcra Hakimiyyəti başçısına birinci müavin təyin olunub .....                     Monqolustandan Azərbaycana ət neçəyə gətirilir? .....                     Vaşinqton artıq Cənubi Qafqaza əvvəlki prizmadan baxmır .....                     "Arzum"un apellyasiyası gündəmdə: Məlikov ölümcül qəzadan yayına bilərdi? .....                     Biləsuvarda əmi qardaşı oğlunu vurdu, .....                     "Bakı-Tbilisi-Bakı qatarında ciddi qiymət endirimləri müzakirə olunmur" .....                     Naxçıvan Səhiyyə Nazirliyi LƏĞV OLUNMALIDIR! .....                     Ermənistan müxalifəti Paşinyanı devirmək üçün planını açıqladı: .....                     “Rusiya qazı kəsərsə, Azərbaycan variantı var” .....                     Yevlaxda 35 yaşlı kişi ögey qardaşını öldürdü: “Anamla məni hədələyirdi” .....                     “TuranBank”ın borcları kəskin şəkildə artaraq .....                     Paşinyanın Avropa arzusu puç oldu: .....                     Ədliyyə Nazirliyinin qurumlarından .....                     Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərilib .....                     Generala yüksək vəzifə verildi .....                     Keçmiş nazirdən vahid müəllim formasına etiraz: .....                     Pensiya almaq çətinləşəcək? .....                     Bu xəstəxanaya müvəqqəti rəhbər təyin olundu .....                     Görün, millətə NƏ YEDİRİRLƏR... .....                     Köçəryanın bloku “qollarını çırmaladı”: .....                     Ləğv olunan dövlət şirkətinin 8,5 milyon manat vergi borcu var .....                     “MJ Financial Services BOKT” .....                     Bakı–Tiflis–Bakı qatarlarında sərnişin tutumu artırılır .....                     Makron Dəməşqdəki partlayışlardan sonra xəsarət almayıb .....                     SOS: Cəlilabadda heyvanlar kütləvi qırılır .....                 

Dövlət xəstəxanasındakı “dilənçilik”, borca salan özəl klinikalar... - Hippokratın gorunu çatladanlar...
Tarix: 23-10-2014, 13:35 | Çap et
Dövlət xəstəxanasındakı “dilənçilik”, borca salan özəl klinikalar...
“Atam qəflətən insult keçirmişdi. Evimizə yaxın olan Sabunçu xəstəxanasına apardıq. Təcili tibbi müdaxiləyə ehtiyacı olan atam ortalıqda qaldı. Həkimlər hər hansı yardım üçün barmaqlarını da tərpətmədilər, bir-birinin üstünə atdılar. Ailə üzvlərim qışqır-bağır saldı, “hörmət” edəcəyimizi dedik. Amma faydası olmadı. Dedilər, “gözləyin, tələsməyin”. Ağır xəstəmizi yaxınlıqdakı özəl xəstəxanalardan birinə apardıq. Bəlkə də belə cəld tərpənməsəydik, atamı itirmişdik.” Emil adlı şəxs dövlət xəstəxanalarının laqeydliyindən şikayətlənir. Onun sözlərinə görə, özəl xəstəxanalarda xidmət pullu olduğundan, həkimlər işlərinə məsuliyyətlə yanaşırlar. Pasiyent, xəstə yaxınları isə daha rahat olur. Əlbəttə ki, cib pulla dolu olanda özəl xəstəxana daha sərfəlidir. Hazırda ölkədə özəl xəstəxanaların sayı durmadan çoxalır. Bu artım isə təbii ki, hələ klinikaların peşəkarlığı, keyfiyyətli xidməti demək deyil. Bütün hallarda özəl xəstəxanaların qiymətləri baş gicəlləndirir. Amma buna baxmayaraq, borc-xərc də olsa, kim xəstəsinin rahatlığını, dövlət xəstəxanasındakı “dilənçilik”dən, pul söhbətlərindən qurtulmaq istəyirsə, yolunu oradan salmağa məcburdur.

Dövlət xəstəxanaları necə işləyir?

2008-ci il fevralın 1-dən səhiyyə nazirinin əmrinə əsasən dövlət xəstəxanalarında tibbi xidmət pulsuzdur. Bu, sadəcə, sözdə və sənəddə belədir. İndi dövlət xəstəxanasına daxil olanda hər yerdə “xidmət pulsuzdur” yazılsa da, xəstənin ən azı 10 manatı çıxır. Həkimin cibinə pul basılmasa, növbəti dəfə həmin həkimin qəbuluna çətin düşə bilərsən. Yenə də həkimlərimizi təqsirləndirmək istəməzdik, bu da bir başqa mövzudur. Amma maaşın azlığı, xəstəyə laqeydlik üçün əsas verə bilməz. Misal üçün, dövlət poliklinikalarının birində olarkən İradə adlı xanım deyir ki, qanda şəkər analizi üçün lobaranta pul vermədiyindən “şəkərli” cavabı alıb. Qorxuya düşən xanım növbəti dəfə verdiyi pullu analizinin cavabı isə “tam sağlam” olub. Bax, beləcə pul üçün xəstələrin taleyi ilə oynayan tibb işçiləri də var. Özəl xəstəxanaların bir üstünlüyü də ondadır ki, ora müasir tibbi avadanlıqlarla təhciz olunub. Doğrudur, son illər dövlət xəstəxanaları da təmir olunub, avadanlıqları var. Amma yenə də xəstələr özəl klinikalara getməklə daha rahat olacaqlarını düşünürlər. “Özəl xəstəxanalarda tibbi fəaliyyət” haqqında

Azərbaycan Respublikasının müvafiq qanunu var. 1999-cu ildə qəbul olunmuş bu qanunun 19 maddəsində hər məsələ əksini tapsa da, reallıq başqa “dildə danışır.”

Özəl klinikaların qiymətləri xəstəyə müalicə yox, çarəsizlik bəxş edir…

Özəl xəstəxanalardakı tibbi xidmətlər arasında ən bahalı olanı cərrahiyyə əməliyyatlarıdır. Xüsusilə ürək əməliyyatları orta hesabla 2000-8000 manat arasında dəyişir. Doğuş şöbəsindəki qiymətlər isə normal doğuşda 600-1000 manatla, qeysəriyyə kəsiyi əməliyyatı isə 1200-2000 manatla ölçülür. Qanın ümumi müayinələri orta hesabla 15-40 manat, ultrasəs müayinəsi 20-50 manat, tomoqrafiya müayinəsi isə 60-140 manatdır. Son zamanlar dəb halını alan plastik əməliyyatlar da özəl xəstəxanaların xidmətləri sırasındadır. Ən geniş yayılan rinoplastika( burunun korreksiyası) əməliyyatıdır ki, bu da 1500-2500 manat arasında dəyişir. Təkcə xəstə qəbulu, məsləhət özəl klinikalarda 30-50 manata başa gəlir. Xəstəni qəbul edən həkim əcnəbi və ya elmi dərəcəlidirsə, bu qiymət hətta 150 manata qədər artır. Bunun müalicəsi, sonrası da var hələ. Əksər hallarda xəstəni qəbul edən həkim onu yersiz müayinələrə, analizlərə, USM və s. aparatlardan keçməyə göndərir. Hər müayinəyə 30-50 manatdan ödəyən xəstəyə bir orqanın ağrımasına görə diaqnoz qoyulması orta hesabla azı 150 manatadək başa gələ bilər. Hələ, kompüter tomoqrafiyası, hepatit C-nin yoxlanması və s. bu kimi mürəkkəb müayinələri demirik. Müayinə və diaqnostikalardan sonra firma dərmanlarına yazılan reseptlərə xərclənən pullar da başqa bir araşdırmanın mövzusudur. Bütün bu mənzərədən məlum olur ki, Azərbaycanda sağalmaq üçün xeyli pul xərcləməlisən. Təəssüf ki, çox halda çarəsiz pasiyentlər bu səbəbdən evini belə satmalı, banklardan kreditlə borc götürmək məcburiyyətində qalırlar.

Tibb müəsisələrində istehlakçı hüquqlarının müdafiəsi komisiyyasının sədri Əhməd Rəhmanov məsələnin başqa tərəfini şərh edir. “Bilirsiz də, dövlət xəstəxanalarında olan həkimləri də qınamalı deyil. Misal üçün, rentgenoloqa dövlət 20 plyonka verir, bu isə yetmədikdə həkim cibindən pul verib almalı olur. Yaxud endokrinoloq dövlətin məhdud sayda bahalı dərmanını kimə verəcəyini bilmir. Özəl xəstəxanalarda isə həkim qəbul etdiyi xəstədən dərmanları öz apteklərindən almağı təkid edir. Bizim dövlət xəstəxanalarında işləyən həkimlərin çoxu özəl klinika ilə əməkdaşlıq etmək məcburiyyətindədir. Çox vaxt həkim və ya cərrah müayinə və əməliyyatlarını da orada etməyə həvəslidir. Çünki orada konkret tibbi xidmət haqları var. Həmin həkim də bilir ki, xəstənin pulunun 30-50%-i sözsüz ona çatacaq. Bütün bu hallara baxmayaraq, dövlət xəstəxanaları təcrübədə qabaqcıldır. Misal üçün, dövlət xəstəxanasında açıq travmatoloji əməliyyatlarda osteomilit ağırlaşması zamanı yaraların sağalma faizi daha yüksəkdir. Əlimdə bir fakt da var. Sabunçu xəstəxanasında cərrahlar əməliyyata öz pulu ilə aldığı alətlərlə gəlirlər. Cərrah neyləsin, dövlət vermir, köhnə alətlərlə də işləyə bilməz axı. Bundan xəbər tutan ora gələrmi?”

Yerli özəl xəstəxanaların gəlirinin bir hissəsi orada işləyən və dəvət olunmuş əcnəbi həkimlərdən əldə olunur. Hətta, bu sahəyə nəzarət məsələsi də havada qalıb. Səhiyyə Nazirliyi bu işə diqqət göstərdiyini desə də, dəfələrlə pasiyent narazılıqlarına rast gəlmişik. Hətta, səhiyyə naziri Oqtay Şirəliyev öz çıxışında əcnəbi həkimlərin bizim xəstələr üzərində təcrübə keçirdiyi fikrini də söyləmişdi. Nazir onların fəaliyyətinin qanuna zidd olduğunu bəyan etsə də, bu gün ən çox da tele-radio kanallarında açıq-aydın xarici mütəxəssislər haqqında elanları eşidirik. Bəs bu qanunsuzluğa göz yuman elə nazirliyin özu deyilmi?

Gəlin, qüvvədə olan qanunlarımıza diqqət edək. Əcnəbi həkimlərin ölkəmizdə işləməsi “Əhalinin sağlamlığının qorunması haqqında” qanunla, Nazirlər Kabinetinin müvafiq qərarı, Səhiyyə Nazirliyinin göztərişləri ilə, eləcə də “Reklam haqqında” qanunla tənzimlənir. Hüquqşünas Cavid Heydərov deyir ki, Nazirlər Kabinetinin “Əcnəbilərin və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin özəl tibbi praktika ilə məşğul olması üçün şərtlərin təsdiq edilməsi haqqında” 7 noyabr, 2001-ci il tarixli, 176 saylı qərarı var. “Bundan əlavə, Nazirlər Kabinetinin 12 yanvar, 1999-cu il tarixli “Əhalinin sağlamlığının qorunması haqqında” qanununun tətbiq edilməsi ilə bağlı bəzi məsələlər haqqında” 5 saylı qərarı var. Həmin qərarlara əsasən, xarici ölkələrdə tibb təhsili almış və hazırlıq keçmiş əcnəbilər, Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslər yalnız Səhiyyə Nazirliyinin şəhadətnaməsi ilə tibbi fəaliyyət göstərə bilərlər. Nazirlikdə 2007-ci ilin noyabrında bu işə nəzarətlə bağlı komissiya da yaradılıb. Nazirlər Kabinetinin əmrinə əsasən, həmin komissiya araşdırma aparandan sonra şəhadətnamə təqdim etməlidir. Əks halda Səhiyyə Nazirliyinin 13.12.2006-cı il tarixli əmri var. Həmin əmrdə lisenziyasız fəaliyyət göstərən klinikalara qarşı inzibati cəzalar müəyyənləşdirilib. Qanunsuz tibbi fəaliyyət göstərən klinikalar üstəlik xaricdən əcnəbi mütəxəssis dəvət edirlərsə, o zaman məsuliyyət artır.”

Məlum məsələdir ki, ölkəyə gələn əcnəbi həkimlərin, cərrahların çoxu qısa müddət ərzində burada işləyirlər. Onların pasiyentlərinin sonrakı taleyi necə olur? Axı bəzən müalicə, əməliyyatsonrası müayinələr uzun zaman alır. Hüquqşünas bu məsələyə də aydınlıq gətirir: “Azərbaycana dəvət edilmiş əcnəbi həkimlər Azərbaycan vətəndaşının sağlamlığına zərər vurduğu halda dəymiş zərər “Əhalinin sağlamlığının qorunması haqqında” qanunun 57-ci maddəsinə əsasən ödənilməlidir. Vurulan ziyanın ödənilməsi tibb və əczaçılıq işçilərini qanunvericilikdə nəzərdə tutulmuş intizam, inzibati, yaxud cinayət məsuliyyətindən azad etmir.”

Əcnəbi həkimlər məsuliyyətdən necə yayınırlar?

Məsələnin dərinliyinə getsək, xarici mütəxəssisin ölkədə fəaliyyəti üçün uzunmüddətli araşdırma getməlidir. Belə ki, xaricdən mütəxəssis dəvət etmək istəyən klinikalar həmin həkimin diplomunu Təhsil Nazirliyinə təqdim etməlidir. Təhsil Nazirliyinin araşdırma və arayışından sonra isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, xüsusilə də Dövlət Miqrasiya Xidmətinə məlumat verilməlidir. Həmin qurumlardan xarici mütəxəssisin Azərbaycanda uçota alınması və fəaliyyətinə icazə alınmalıdır. Bundan sonra Səhiyyə Nazirliyinin komissiyası tərəfindən həkim kimi fəaliyyət göstərməsinə icazəsi olduğuna dair şəhadətnamə verilir. Çətin ki, hər əcnəbi həkim üçün bu qədər “zəhmət” çəkilsin. Sübhəsiz ki, özəl klinikalar məsələni tezbazar həll etmək üçün qeyri-qanuni yollara da əl atırlar. Bu isə hamıya məlumdur. Fakt odur ki, indiyədək əcnəbi həkimlərə qarşı məhkəmə iddiası qaldırıldığını eşitməmişik. Bəzən əcnəbi həkimlərin xidmətindən narazı qalıb şikayət edənləri də aidiyyəti dövlət orqanları В«eşitməyibВ». Səhiyyə Nazirliyi əcnəbi həkimlərdən şikayətlər olduğunu desə də, həkimləri məhkəməyə vermə və pasiyent hüquqlarının təminatı ənənəsi formalaşmadığından qanunsuz işləyən əcnəbi həkimlərin cəzalandırılılmasına da rast gəlinmir.

Misal üçün, bir neçə il əvvəl özəl xəstəxanaların birində iranlı həkimin xəstələrə qeyri-qanuni dərman satması faktı vardı. Amma həkim ölkəsinə qaçdığından, araşdırma da dayandırıldı. Elə mütəxəssislərin fikrincə də, xaricdən dəvət edilən həkimlər müalicə etdikləri xəstələrin sonrakı sağlamlığına cavabdehlik daşımırlar. Bir-iki günlük səfərləri ilə xəstə toplayan belə həkimlər üçün pasiyentin sonrası maraqlı deyil. Əsas qazanc əldə etməkdir. Bir fakt da var ki, belə “mütəxəssislər”in çoxu ölkəyə ya internet vasitəsilə, ya da təsadüfi tanışlıqla dəvət edilir. Hətta, onların çox hissəsi ölkəsində işsiz, fəaliyyətindən uzaqlaşdırılan, cəzalı həkimlər də olur. Nəticədə isə yenə bizim xəstələr zərər çəkirlər.
\\ analitik.az \\







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
SOCAR Kulevi Neft Terminalından nə qədər qazanır? - DETALLAR
Dünən, 18:02
Ermənistanda küçə mübarizəsi mütləq olacaq - Samvel Karapetyan
Dünən, 17:48
Rusiyadakı benzin böhranı Azərbaycana necə təsir edəcək? - MÜHÜM NÜANSLAR
Dünən, 17:32
Azərbaycanda hakim özü-özünə etiraz etdi
Dünən, 17:27
Zelenski Ankarada NATO sammitində Azərbaycana təşəkkür edib
Dünən, 17:24
Bakıda məhbus həbsxanadan qaçdı: Əməliyyat keçirilir - 15 saylı cəzaçəkmə müəssisəsindən...
Dünən, 17:21
AZAL Qars şəhərinə uçuşlara başlayır - DİQQƏT
Dünən, 17:10
Xaçınçay su anbarında çimmək tamamilə qadağandır - Ekspertdən XƏBƏRDARLIQ
Dünən, 17:01
"Restoran biznesi mənlik olmadı" - Eldəniz Məmmədov
Dünən, 16:57
Trampın “Ərdoğanı sevindirəcək addım” mesajı nə vəd edir? - Türkiyə ilə bağlı ŞOK SSENARİ
Dünən, 16:55
Bakıda məşhur restoranın ətrafında QALMAQAL - TƏFƏRRÜAT
Dünən, 16:38
Xanəndənin atası yol qəzasında öldü
Dünən, 16:29
“Rabitəbank”ın Marketinq departamentinə yeni rəhbər təyin olunub - DOSYE
Dünən, 16:25
“Azərbaycan Sənaye Sığorta”da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 16:23
Hərbi əməliyyatlar müvəqqəti dayandırılıb - Zülfüqarov
Dünən, 16:22
Şəki Şəhər İcra Hakimiyyəti başçısına birinci müavin təyin olunub - FOTO
Dünən, 16:16
Monqolustandan Azərbaycana ət neçəyə gətirilir? – MƏHSULLAR, QİYMƏTLƏR
Dünən, 16:13
Vaşinqton artıq Cənubi Qafqaza əvvəlki prizmadan baxmır - ŞƏRH
Dünən, 16:07
"Arzum"un apellyasiyası gündəmdə: Məlikov ölümcül qəzadan yayına bilərdi? - ARAŞDIRMA
Dünən, 15:57
Biləsuvarda əmi qardaşı oğlunu vurdu, məhkəmə hökm çıxardı
Dünən, 15:55
"Bakı-Tbilisi-Bakı qatarında ciddi qiymət endirimləri müzakirə olunmur" - ADY rəsmisi
Dünən, 15:53
Naxçıvan Səhiyyə Nazirliyi LƏĞV OLUNMALIDIR! - ÇAĞIRIŞ...
Dünən, 15:47
Ermənistan müxalifəti Paşinyanı devirmək üçün planını açıqladı: - Hərəkat başlayır
Dünən, 15:24
“Rusiya qazı kəsərsə, Azərbaycan variantı var” - Miskaryan
Dünən, 15:18
Yevlaxda 35 yaşlı kişi ögey qardaşını öldürdü: “Anamla məni hədələyirdi” - TƏFƏRRÜAT
Dünən, 15:05
“TuranBank”ın borcları kəskin şəkildə artaraq 284 milyon manata çatıb
Dünən, 15:00
Paşinyanın Avropa arzusu puç oldu: - Ermənistan yenə Rusiyanın "qapısını döyəcək"
Dünən, 14:59
Ədliyyə Nazirliyinin qurumlarından - 4 YENİ TENDER
Dünən, 14:57
Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərilib
Dünən, 14:55
Generala yüksək vəzifə verildi - TƏYİNAT
Dünən, 14:51
Keçmiş nazirdən vahid müəllim formasına etiraz: - "Vallah, gülməlidir”
Dünən, 14:48
Pensiya almaq çətinləşəcək? - Azərbaycana dair MÜHÜM PROQNOZ
Dünən, 14:45
Bu xəstəxanaya müvəqqəti rəhbər təyin olundu - FOTO
Dünən, 14:43
Görün, millətə NƏ YEDİRİRLƏR... - FOTO
Dünən, 13:12
Köçəryanın bloku “qollarını çırmaladı”: - Konstitisiya dəyişikliyinə qarşı
Dünən, 13:05
Ləğv olunan dövlət şirkətinin 8,5 milyon manat vergi borcu var - TƏFƏRRÜAT
Dünən, 13:01
“MJ Financial Services BOKT” – 2 MİLYON MANAT BORCLANIR
Dünən, 12:56
Bakı–Tiflis–Bakı qatarlarında sərnişin tutumu artırılır - NƏHAYƏT...
Dünən, 12:53
Makron Dəməşqdəki partlayışlardan sonra xəsarət almayıb - Yelisey sarayından AÇIQLAMA
Dünən, 12:25
SOS: Cəlilabadda heyvanlar kütləvi qırılır - NAZİRİN NƏZƏRİNƏ...
Dünən, 12:25
Erməni müxalifətindən Rusiyaya gözlənilməz İTTİHAM
Dünən, 12:15
Aktrisadan Xalq artistinə DƏSTƏK: - “O sənəti olmayan istedadsızlar…”
Dünən, 12:14
"Söhbət puldan düşəndə ayrılmışıq, hansısa rejissorun cibini doldurmaq üçün..."
Dünən, 12:06
Qalmaqallı eks-direktorun işi Ali Məhkəmədə - DETALLAR
Dünən, 12:02
Türkiyəyə zərbə, yoxsa... – Tarazlıq təhlükədə
Dünən, 12:01
ABŞ-nin məşhur “çaypulu”su turistləri narahat edir – SSRİ-də qadağan edilmişdi
Dünən, 11:55
Paşinyana qarşı məhkəmə iddiası qaldırıldı - KİV
Dünən, 11:40
Boşandıqdan sonra başqası ilə evlənirmiş - Kürəkənin güllələnməsinin təfərrüatı
Dünən, 11:38
Başçı rəssama olan borcunu icra nümayəndələrinə ÖDƏTDİRİR... - AXI NİYƏ?..
Dünən, 11:30
Bu binada hərənin ən azı İKİ VƏZİFƏSİ VAR... - AY MAŞALLAH...
Dünən, 11:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru