SOCAR Kulevi Neft Terminalından nə qədər qazanır? .....                     Ermənistanda küçə mübarizəsi mütləq olacaq .....                     Rusiyadakı benzin böhranı Azərbaycana necə təsir edəcək? .....                     Azərbaycanda hakim özü-özünə etiraz etdi .....                     Zelenski Ankarada NATO sammitində Azərbaycana təşəkkür edib .....                     Bakıda məhbus həbsxanadan qaçdı: Əməliyyat keçirilir .....                     AZAL Qars şəhərinə uçuşlara başlayır .....                     Xaçınçay su anbarında çimmək tamamilə qadağandır .....                     "Restoran biznesi mənlik olmadı" .....                     Trampın “Ərdoğanı sevindirəcək addım” mesajı nə vəd edir? .....                     Bakıda məşhur restoranın ətrafında QALMAQAL .....                     Xanəndənin atası yol qəzasında öldü .....                     “Rabitəbank”ın Marketinq departamentinə yeni rəhbər təyin olunub .....                     “Azərbaycan Sənaye Sığorta”da yeni təyinat olub .....                     Hərbi əməliyyatlar müvəqqəti dayandırılıb .....                     Şəki Şəhər İcra Hakimiyyəti başçısına birinci müavin təyin olunub .....                     Monqolustandan Azərbaycana ət neçəyə gətirilir? .....                     Vaşinqton artıq Cənubi Qafqaza əvvəlki prizmadan baxmır .....                     "Arzum"un apellyasiyası gündəmdə: Məlikov ölümcül qəzadan yayına bilərdi? .....                     Biləsuvarda əmi qardaşı oğlunu vurdu, .....                     "Bakı-Tbilisi-Bakı qatarında ciddi qiymət endirimləri müzakirə olunmur" .....                     Naxçıvan Səhiyyə Nazirliyi LƏĞV OLUNMALIDIR! .....                     Ermənistan müxalifəti Paşinyanı devirmək üçün planını açıqladı: .....                     “Rusiya qazı kəsərsə, Azərbaycan variantı var” .....                     Yevlaxda 35 yaşlı kişi ögey qardaşını öldürdü: “Anamla məni hədələyirdi” .....                     “TuranBank”ın borcları kəskin şəkildə artaraq .....                     Paşinyanın Avropa arzusu puç oldu: .....                     Ədliyyə Nazirliyinin qurumlarından .....                     Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərilib .....                     Generala yüksək vəzifə verildi .....                     Keçmiş nazirdən vahid müəllim formasına etiraz: .....                     Pensiya almaq çətinləşəcək? .....                     Bu xəstəxanaya müvəqqəti rəhbər təyin olundu .....                     Görün, millətə NƏ YEDİRİRLƏR... .....                     Köçəryanın bloku “qollarını çırmaladı”: .....                     Ləğv olunan dövlət şirkətinin 8,5 milyon manat vergi borcu var .....                     “MJ Financial Services BOKT” .....                     Bakı–Tiflis–Bakı qatarlarında sərnişin tutumu artırılır .....                     Makron Dəməşqdəki partlayışlardan sonra xəsarət almayıb .....                     SOS: Cəlilabadda heyvanlar kütləvi qırılır .....                 

Masallı rayon icra hakimiyyətinin başçısı 65 yaşlı qadından nə istəyir? - Rafil Hüseynovdan müdhiş haqsızlıq
Tarix: 13-10-2014, 14:08 | Çap et
Masallı rayon icra hakimiyyətinin başçısı 65 yaşlı qadından nə istəyir?
DİA.AZ: - Masallı rayon sakinlərinin şikayətlərinə və sözünü deyə bilməyən bir çox vətəndaşların fikirlərinə əsaslanaraq hazırlanmış və hər həftənin ikinci günü rayonun icra başçısı Rafil Hüseynovun qəbuluna düşmək ümidilə bura gələn yüzlərlə sakini narahat edən problemlərdən bəhs edən materiallar görəsən aidiyyatı olan orqanların diqqətini cəlb edə bilirmi? Yaşından asılı olmayaraq icra hakimiyyətinin qarşısında qəbul üçün ümidsizlik içərisində növbə gözləyən vətəndaşlarımızı, qəbuldan çıxan kasıb əhalinin göz yaşlarını görmək heç də ürəkaçan mənzərə deyil. Görəsən bir soruşan tapılacaqmı ki, 65 yaşlı qəddi bükülmüş bir ananı bura xahişə gəlməyə nə məcbur edib? Yəqin ki, tapılacaq. Amma bunun nə zaman olacağını kim bilir? Bizim isə əlimizdən gələn budur ki, şikayətçilərin fikirlərini qəzetimiz vasitəsilə yuxarı instansiyaların diqqətinə çatdıraq. Bu dəfə də Masallı rayon sakini Abbasova Gülsurə Əlirza qızına olunan haqsızlıqları qələmə almışıq. Daha doğrusu bu material Gülsurə ananın adından onun öz oğlu Nicat Abbasov tərəfindən hazırlanıb. Amma əslində bunun işin mahiyyətinə heç bir aidiyyatı yoxdur. Təki materialı oxuyub, bu işə bir əncam çəkən tapılsın...

DİA.AZ bildirir ki, Nicat Abbasov anası Gülsurə xanımın adından yazır:

“Ölkə prezidentimiz cənab İlham Əliyev öz xalqını sevir və xalqının rifahı üçün əlindən gələn hər bir köməkliyi göstərir. Hər bir məmura, rəhbər işçiyə də dönə-dönə tapşırır ki, çalışdıqları sahədən asılı olmayaraq, hər zaman xalqın mənafeyini qorusunlar. Sevindirici haldır ki, bütün rayonlarda abadlıq, quruculuq işlərinin görülməsi günü-gündən vüsətlənir. Lakin bu gün Masallıda həmin bu işlər sakinlərin rifahı naminə deyil, rayon rəhbərlərinin varlanması və eyni zamanda da ölkə rəhbərliyinə nə vasitə ilə olur-olsun hesabat verilmək məqsədilə görülür. Cənab İlham Əliyev deyib ki, “Mən hər bir Azərbaycan vətəndaşının prezidentiyəm. Mülk, ev, bir də hər hansı bir tikili sökülərsə, vətəndaş incidilmədən ona dəyən zərər ödənilməlidir. Hər nə ediriksə xalqımızın mənafeyi üçün, rifahının yaxşılaşdırılması üçün edirik, edəcəyik”. Bəs bu sözlərin müqabilində Rafil Hüseynov nə edir? Yol çəkilməsi adı ilə vətəndaşlardan rüşvət toplayır. İmkansızlıqdan bu rüşvəti verə bilməyənlərin isə mülkünü dağıdır, viran qoyur. Mənim rəhmətlik qaynatamdan rəhmətlik yoldaşıma və ondan da mənə, oğluma, gəlinimə və iki nəvəmə miras qalmış 6 sot mülkiyyətimdə olan torpaq üzərində dükanım var. Bunu sənədlərim də təsdiq edir ki, torpaq mənə mirasdır. 1992-ci il dekabr ayında yoldaşım rəhmətə gedəndən sonra, güzəranımızı təmin etmək üçün 1993-cü ilin may ayında dükan tikib qardaşımla işlətməyə başladım. 2005-ci ildə Masallı rayonuna Qəzənfər Ağayev RİH başçısı təyin olunanda, rayonda bütün dükan sahiblərinə göstəriş verdi ki, dukanlar yenidən qurulmalı və rayona gözəl görkəm verməsi üçün səliqəli olmalıdır. Düzəldilməyən dükanlar söküləcək. Mən də məcburiyyətdən banka girərək, boğazımızdan kəsərək və fəhləliyinə qədər özüm və oğlum edərək, 2010-cu ilin iyun ayında nəhayət ki, dükanı təmir edib gözəl görünüşlü mağaza vəziyyətinə gətirdik. Hələ də banklardan götürdüyüm vəsaitin faizlərini dükanın gəliri ilə bir təhər ödəyib, ailəmizin də dolanışığını təmin edib yaşayırdıq. Qəzənfər Ağayev başçı olan vaxt qəbulunda oldum və ondan tikiliyə görə sərəncam istədim. O da mənə sərəncam verə bilməyəcəyini dedi. Söylədi ki, sən dükanı indi tikməmisən və sənin həyətyanı sahəndə olduğundan sərəncam verə bilmərəm. Mən çıxarış almaq üçün Cəlilabad Rayonu Reyster İdarəsinə müraciət etdikdə, mənim adıma olan JN-305 A saylı torpaq şəhadətnaməsinin cizgizisi səhvən ayrı torpaqda göstərildiyindən çıxarış verə bilməyəcəklərini bildirərək, mənə Masallı Məhkəməsinə müraciət etməyi məsləhət gördülər. 2011-ci il 25 yanvarda məhkəmə qətnamə verərək torpaq, üzərində olan 5 otaqlı ev və 70 kv.m olan dükanı mənim adıma təsdiq edərək qərar çıxardı. Sonra mən Cəlilabad Rayon Reyster İdarəsinə çıxarış üçün müraciət etdikdə məndən 5000 AZN pul istədilər. Mən də bu pulu verə bilmədim və beləliklə çıxarış da ala bilmədim.

Bu ilin əvvəllərində Masallı rayonunda yol genişləndirilməsi və tikintisi ilə bağlı mənə bildirdilər ki, sənin dükanın sökülməlidir. Mən də sənədlərimi götürüb rayon icra hakimiyyətinə getdim ki, torpağa, evə və dükana aid olan sənədlərimi göstərim. Ordan mənə bildirdilər ki, sənin sənədlərin qanunsuzdur dükan sökülməlidir, icazəsiz tikilidir. Mənə miras qalmış torpaq üzərində 1993-cü ilin may ayında tikdiyim dükan necə icazəsiz tikili kimi ola bilər? Mənim adıma olan torpaq üstə tikdiyim dükan icazəsiz tikilidirsə, bu 21 il ərzində neçə icra başçısı təyin olunub və heç biri icazəsiz tikili olduğunu demədən, indi icazəsiz tikili kimi sökülməlidir? Abadlaşma ilə əlaqədar olaraq sökülməlidirsə, onda mənə dəyən zərər necə olsun? Mənə icra nümayəndəliyindən məktub göndərdilər ki, sənin dükanının pilləkəni plana düşür, sökülməlidir. Mən bununla razı oldum və pilləkəni söküb, ayrı istiqamətdən qoyaram dedikdə, üstümə hücum edib qışqırdılar ki, dükan sökülməlidir, başçı belə deyib, vəssalam. Bildirdim ki, axı cənab prezidentimiz öz çıxışlarında yerli icra orqanlarına çatdırır ki, bizim vəzifəmiz insanların rifahının yaxşılaşdırılması üçün düzgün xidmət etməkdir. Bundan sonra Rafil Hüseynov və işçiləri mənim həyətimə gələrək: “sən razılıq ver dükanın bir metrini sökək və olduğu kimi də təmir etdirəcəyik” - deyə söz verdilər. Mən razı olmadıqda başçı dedi ki, sənin əlində olan qətnaməni ləğv etdirmək üçün Apellyasiya məhkəməsinə müraciət edəcəyəm və qətnaməni də ləğv etdirəcəyəm.

2014-cü ilin aprel ayıda məni məhkəməyə verdilər. Mənə də Apellyasiya məhkəməsindən məktub gəldi ki, verilən qətnamə qüvvəsində qalır, heç bir əsası olmadan şikayət olunub icra hakimiyyəti tərəfindən. Sonra mənə dəfələrlə xəbər etdilər ki, razılaş dükanın bir metrini söküb özümüz də düzəldəcəyik. Mən də səmimiyyətimizdən, başçının müavinlərinin şirin vədlərinə inandığımdan razı oldum. Amma bu günə qədər hec bir təmir işi aparılmayıb. Artıq dükan qəza vəziyyətində olduğuna görə 2014-cü ilin sentyabr ayında mən yenə də başçının qəbuluna getdim. Mənə yüksək səslə: “get özün düzəlt, yoxsa səni verərəm məhkəməyə, qərarını ləğv edərəm” deyərək, əlini stola çırpdı. Mən: “məhkəmə qərarı qüvəsində saxladı” dedikdə isə, cavab verdi ki, boş şeydi, hər şey mənim əlimdədir, ləğv etdirərəm bu dəqiqə, məhkəmə də mən deyənləri deyəcək. Sonra məni təkrar Şirvan şəhər Apellyasiya məhkəməsinə verdiyindən: “get məhkəmədə qərar bilinəcək”-dedi. Nəhayyət Rafil Hüseynov istədiyini edib məhkəmədən güc yolu ilə (özlərinin dediyi kimi hakimlərə rüşvət verməklə), 29 sentyabr 2014-cü ildə qətnamənin ləğvinə qərar aldı. Özünün dediyi kimi , öz xeyrinə. Bu da bizim Şirvan “ədalət məhkəməsi”...

Indi özlərini daha da güclü göstərib, haqsız olaraq mənim dükanımın sökülməsini tələb edir. Niyə? Camaat görsün ki, başçı sözündə duran işgüzar insandır? Bu haqsızlıq deyilmi bizə qarşı? Nə istəyir Rafil Hüseynov? Bərdə rayonunun sakini gəlib məni ata-baba torpaqlarımızdan çıxarıb, qovub hara göndərəcək? O bizi məcburi köçkün, yoxsa didərgin etmək istəyir? Yoxsa bütün bu sualların cavabı kimi, barışıq olaraq rüşvətmi istəyir mən təqaüdçü qadından? Hazırda dükanımız darmadağın edilib, yağan yağışlar oranı pis vəziyyətə qoyub. Buna görə çəkdiyim maddi əzab bir yana, mənəvi əzaba kim cavabdeh olacaq?

Bu gün Masallıda Dövlət başçımız cənab İlham Əliyevin göstərişinə, tapşırıqlarına əməl olunmur, insanlar incidilir, məmurlar vəzifələrindən sui-istifadə etməklə haqlarımızı tapdalayırlar. Mən, 65 yaşlı anaya və ailəmə göstərilən təzyiqlərə izin verməyin, xahiş edirəm mənə köməklik göstərəsiniz.

Böyük hörmət və ehtiramla:
Abbasova Gülsurə Əlirza qızının adından oğlu Nicat Abbasov.”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
SOCAR Kulevi Neft Terminalından nə qədər qazanır? - DETALLAR
Dünən, 18:02
Ermənistanda küçə mübarizəsi mütləq olacaq - Samvel Karapetyan
Dünən, 17:48
Rusiyadakı benzin böhranı Azərbaycana necə təsir edəcək? - MÜHÜM NÜANSLAR
Dünən, 17:32
Azərbaycanda hakim özü-özünə etiraz etdi
Dünən, 17:27
Zelenski Ankarada NATO sammitində Azərbaycana təşəkkür edib
Dünən, 17:24
Bakıda məhbus həbsxanadan qaçdı: Əməliyyat keçirilir - 15 saylı cəzaçəkmə müəssisəsindən...
Dünən, 17:21
AZAL Qars şəhərinə uçuşlara başlayır - DİQQƏT
Dünən, 17:10
Xaçınçay su anbarında çimmək tamamilə qadağandır - Ekspertdən XƏBƏRDARLIQ
Dünən, 17:01
"Restoran biznesi mənlik olmadı" - Eldəniz Məmmədov
Dünən, 16:57
Trampın “Ərdoğanı sevindirəcək addım” mesajı nə vəd edir? - Türkiyə ilə bağlı ŞOK SSENARİ
Dünən, 16:55
Bakıda məşhur restoranın ətrafında QALMAQAL - TƏFƏRRÜAT
Dünən, 16:38
Xanəndənin atası yol qəzasında öldü
Dünən, 16:29
“Rabitəbank”ın Marketinq departamentinə yeni rəhbər təyin olunub - DOSYE
Dünən, 16:25
“Azərbaycan Sənaye Sığorta”da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 16:23
Hərbi əməliyyatlar müvəqqəti dayandırılıb - Zülfüqarov
Dünən, 16:22
Şəki Şəhər İcra Hakimiyyəti başçısına birinci müavin təyin olunub - FOTO
Dünən, 16:16
Monqolustandan Azərbaycana ət neçəyə gətirilir? – MƏHSULLAR, QİYMƏTLƏR
Dünən, 16:13
Vaşinqton artıq Cənubi Qafqaza əvvəlki prizmadan baxmır - ŞƏRH
Dünən, 16:07
"Arzum"un apellyasiyası gündəmdə: Məlikov ölümcül qəzadan yayına bilərdi? - ARAŞDIRMA
Dünən, 15:57
Biləsuvarda əmi qardaşı oğlunu vurdu, məhkəmə hökm çıxardı
Dünən, 15:55
"Bakı-Tbilisi-Bakı qatarında ciddi qiymət endirimləri müzakirə olunmur" - ADY rəsmisi
Dünən, 15:53
Naxçıvan Səhiyyə Nazirliyi LƏĞV OLUNMALIDIR! - ÇAĞIRIŞ...
Dünən, 15:47
Ermənistan müxalifəti Paşinyanı devirmək üçün planını açıqladı: - Hərəkat başlayır
Dünən, 15:24
“Rusiya qazı kəsərsə, Azərbaycan variantı var” - Miskaryan
Dünən, 15:18
Yevlaxda 35 yaşlı kişi ögey qardaşını öldürdü: “Anamla məni hədələyirdi” - TƏFƏRRÜAT
Dünən, 15:05
“TuranBank”ın borcları kəskin şəkildə artaraq 284 milyon manata çatıb
Dünən, 15:00
Paşinyanın Avropa arzusu puç oldu: - Ermənistan yenə Rusiyanın "qapısını döyəcək"
Dünən, 14:59
Ədliyyə Nazirliyinin qurumlarından - 4 YENİ TENDER
Dünən, 14:57
Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərilib
Dünən, 14:55
Generala yüksək vəzifə verildi - TƏYİNAT
Dünən, 14:51
Keçmiş nazirdən vahid müəllim formasına etiraz: - "Vallah, gülməlidir”
Dünən, 14:48
Pensiya almaq çətinləşəcək? - Azərbaycana dair MÜHÜM PROQNOZ
Dünən, 14:45
Bu xəstəxanaya müvəqqəti rəhbər təyin olundu - FOTO
Dünən, 14:43
Görün, millətə NƏ YEDİRİRLƏR... - FOTO
Dünən, 13:12
Köçəryanın bloku “qollarını çırmaladı”: - Konstitisiya dəyişikliyinə qarşı
Dünən, 13:05
Ləğv olunan dövlət şirkətinin 8,5 milyon manat vergi borcu var - TƏFƏRRÜAT
Dünən, 13:01
“MJ Financial Services BOKT” – 2 MİLYON MANAT BORCLANIR
Dünən, 12:56
Bakı–Tiflis–Bakı qatarlarında sərnişin tutumu artırılır - NƏHAYƏT...
Dünən, 12:53
Makron Dəməşqdəki partlayışlardan sonra xəsarət almayıb - Yelisey sarayından AÇIQLAMA
Dünən, 12:25
SOS: Cəlilabadda heyvanlar kütləvi qırılır - NAZİRİN NƏZƏRİNƏ...
Dünən, 12:25
Erməni müxalifətindən Rusiyaya gözlənilməz İTTİHAM
Dünən, 12:15
Aktrisadan Xalq artistinə DƏSTƏK: - “O sənəti olmayan istedadsızlar…”
Dünən, 12:14
"Söhbət puldan düşəndə ayrılmışıq, hansısa rejissorun cibini doldurmaq üçün..."
Dünən, 12:06
Qalmaqallı eks-direktorun işi Ali Məhkəmədə - DETALLAR
Dünən, 12:02
Türkiyəyə zərbə, yoxsa... – Tarazlıq təhlükədə
Dünən, 12:01
ABŞ-nin məşhur “çaypulu”su turistləri narahat edir – SSRİ-də qadağan edilmişdi
Dünən, 11:55
Paşinyana qarşı məhkəmə iddiası qaldırıldı - KİV
Dünən, 11:40
Boşandıqdan sonra başqası ilə evlənirmiş - Kürəkənin güllələnməsinin təfərrüatı
Dünən, 11:38
Başçı rəssama olan borcunu icra nümayəndələrinə ÖDƏTDİRİR... - AXI NİYƏ?..
Dünən, 11:30
Bu binada hərənin ən azı İKİ VƏZİFƏSİ VAR... - AY MAŞALLAH...
Dünən, 11:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru