“Cənab prezident, Azərbaycan elmini məhv edirlər” - Bu fakt bariz şəkildə PA-nın müdaxiləsinin sübutu deyilmi? – AMEA qalmaqalı davam edir
Tarix: 23-07-2014, 12:06 | Çap et
DİA.AZ: - AMEA-dakı seçkilərlə bağlı qalmaqal davam etməkdədir. Belə ki, DİA.AZ-a daxil olan məlumatdan aydın olur ki, hətta həmin qalmaqallı seçkiyə etiraz edən elm adamları prezidentə də müraciətlər ünvanlamaqdadırlar. Onlardan birini olduğu kimi diqqətinizə təqdim edirik:
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına açıq məktub Hörmətli Cənab Prezident!
AMEA-ya “seçkilər” marafonu 2 il yarımdan sonra nəhayət ki, adəti kimi PA-dan gələn təyinat siyahısı üzrə keçirildi və 30 iyunda başa çatdı. Bu dəfə hətta əlavə yerlər üzrə belə əlavə siyahı göndərildi. Fizika üzrə müxbir üzvlüyə namizəd idim. Baxmayaraq ki, elmi işlərimə sitatların sayi, Hirş indeksim AMEA da ən yüksəkdir (bütün elm sahələri üzrə), mən AMEA-dan kənarda qaldım (Fizika üzrə 7 müxbir üzv, 3 həqiqi üzv təyin edilib.)
Geniş oxucu kütləsi üçün Hirş indeksi haqqında: bir alimin (olkənin, jurnalın, istiqamətin) Hirş indeksinin məsələn 5 olması o deməkdir ki, o alimin (olkənin, jurnalın, istiqamətin) ən azından 5 məqaləsinə ən azı 5 sitat var. Çox maraqlı bir faktı qeyd edim ki, Nobel mükafatı alanların az qala 90 faizinin Hirş indeksi 30-u keçir, onlarla məqalələrinə isə minlərlə və yüzlərlə sitatlar edilir.
Sözsüz ki, bu, AMEA tarixində ən ədalətsiz, qeyri-obyektiv seçkilər idi. Əsas məsələ isə dəfələrlə bu cür keçirilmış seckilərin Azərbaycan elminə vurduğu öldürücü təsiridir. Aşağıda başlanğic üçün üç Cənubi Qafqaz ölkəsin elminin müqayisəli təhlilı ilə Sizləri tanış etmək istərdim. Görün ki, az-çox Hirş indeksi olan,məqalələri Azərbaycan elminə sitatlar gətirən alimlərə qarşı Akademiya rəhbərliyinin (indiki prezident 20 il vitse –prezident olmuşdur), PA–da elmə kuratorluq edən yüksək çinli məmurların düşmən münasibəti Azərbaycan elmini necə fəlakətə aparır. Məlumatlar açıq domendədir http://www.scimagojr.com/countryrank.php
Müasir dünyada elmi işlərin keyfiyyəti məqalələrə olan sitatların sayı, bir məqaləyə olan orta sitat, Hirş indeksi ilə ölçülür. Bundan əlavə hazırda dünyada akademiyalara seçkilər, qrantların verilməsi, elmi vəzifələrə seçkilər də bu meyarlara əsaslanlanır.
Müqayisə 1996-2012 ci illəri əhatə edir və 238 ölkənin (orta) göstəriciləri bütün elm sahələrini özündə ehtiva edir. Beləliklə, sitat olunmuş məqalələrin sayına görə:
Ermənistan (76 yer)- 9365, Gürcüstan (84 yer)- 7490, Azərbaycan (85 yer)- 7472;
Hirş indeksi (Hİ) üzrə göstəricilər belədir: Ermənistan (64 yer)- Hİ=105, Gürcüstan ((86 yer)- Hİ=78. Azərbaycan (127 yer)- Hİ=45;
Məqalələrə sitatların sayina görə
Ermənistan (80 yer)- 73659, Gürcüstan (89 yer)- 50895. Azərbaycan (117 yer) -18607;
Bir məqaləyə olan sitatın sayına görə
Ermənistan (149 yer)-8,78 , Gürcüstan ((176 yer)- 7,74. Azərbaycan (230 yer)- 3;
Nəzərə alsaq ki, Ermənistanın əhalisi (2,5 mln) Gürcüstanın əhalisindən 2 dəfə, Azərbaycanın əhalisindən isə 4 dəfə azdır, fərqin hansı masştabda olmağı hər bir vətəndaşı dəhşətə gətirməlidir.
Cənab Prezident, xahiş edirəm ki, diqqət yetirin:qrup, qohumluq, yaxınlıq, dostluq, sirdaşlıq meyarları əsasında təyin olunmalar Azərbaycan elminə hansı sağalmaz yaralar vurub. Qabiliyyətli alimləri ruhlandırmaq əvəzinə onlarda qəsdən ruh düşkunlüyü yaradılır, işləyənləri işlərindən etmək üçün konfliktlərə yol açilir, və sair.
Cənab Prezident, nə qədər gec deyil, Azərbaycan elmini, 20 ildir bu sahəyə kuratorluq edən onu bu vəziyyətə salan, elm adamlarına yaxşı bəlli olan yüksək çinli PA məmurundan xilas edəsiniz. Bir məsələni də xüsusi olaqar vurğulamaq istəyirəm. Görəsən dünyanı idarə edən inkişaf etmiş dövlətlər elmi bu vəziyyətdə olan millətə imkan tanıyarlarmı ki, ərazilərini işğaldan azad edə bilsin. Bu konteksdə Azərbaycan elmini bu vəziyyətə salanların fəaliyyəti düşmən dəyirmanına su tokmək deyilmi?
Cənab Prezident!
Aşağida bir sıra təyin edilmişlərin bəzilərinin sitatları Thomson Reuters- in Web of Knowledge bazasından, bəzilərinin ki isə SCOPUS data bazasından götürülüb. Məsələ ondadir ki, hər iki verilənlər bazası bəlli səbəblərdən (sitatları çox aşağıdi deyə AMEA rəhbərliyində maraq yoxdur) Azərbaycan alimlərinin üzünə bağlıdır. Yalnız 2012-ci ildə TR bir müddət öz bazasını alimlərimiz üçün açmışdı. SCOPUS –dakı məlumatları isə hərdən Elsevier jurnalları üçün resenziya fəaliyyəti ilə məşğul olduğumdan və bir müddətə SCOPUS-a girış icazəsi verildiyindən mən özüm tərtib etmışəm.). Scholar.google.com isə açıq domendir, amma ordakı sitatlar konservativ deyil. Buna baxmayaraq, müəyyən korreksiya əmsalı ilə SCOPUS və Thomson Reuters-dəki statlar haqqinda da təxmini bilgi almaq olar
Fizika üzrə müxbir üzvlüyə təyin edilənlər arasında 1986-cı ildən xaricdə bir məqalə dərc etdirməyən, Azərbaycanda isə yalnız bir məqalə dərc etdirmış Rauf Hüseynov var. O, ilin çoxunu ABŞ-da yaşayir və elmi işlə məşğul olmur, amma Fizika İnstitutunda laboratoriyaya rəhbərlik edir (Thomson Reuters-də-cəmi 25 sitat). Analoji dövr üçün Thomson Reuters-də mənim işlərimə sitatların sayi 601 olub.
Görəsən onda o elmin inkişafında hansı xidmətlətinə, hansı qiymətli təqdiqatlarına görə belə yüksək elmi rütbəyə layiq görülüb? Sualın cavabı çox sadədir: Belə bir adamın müxbir üzv təyin edilməsi ölkənin onlarla istedadlı elmi işçilərini ələ salmaq, elmi ictimaiyyəti məsxərəyə qoymaq, ona meydan oxumaqdır. Mesaj belədir ki, biz bizim Elmlər Akademiyasına elmlə məşğul olmayan adamı təyin edırik, təki “bizim adam” olsun. Çox güman ki, bu tendensiya elmi gözdən salmaq üçün düşünülmüş addımdır.
Digər təyin edilmış müxbir üzv-İskəndər Cəfərov öz yazılı ərizəsi ilə sənədlərini geri almış, sonradan PA-dan göstəriş əasasında sənədlərini geri qaytarmışdır. Maraqlıdir ki, onun adı elektorat üçün dərc olunmuş məlumat kitabçasında olmayıb. Elmi ışlərinə istinadlar hətta scholar.google.com-da belə yox dərəcəsindədir. Bu fakt bariz şəkildə PA-nın müdaxiləsinin sübutu deyilmi? Bəs görəsən belə elmi nəticələrə malik İskəndər Cəfərov hansı xidmətlərinə görə təyin edilib?.
Təyin edilmışlər arasında 22 ildir Azərbaycandan kənarda Türkiyə və indi Almaniyada yaşayan, yalnız 2013-da doktorluq diplomunu almış (ilkin müdafiəsini Skype-la yaşadığı Almaniyadan etmış), ikili vətəndaşlığına aid ciddi şübhələr olan, elmi işlərinə ən konservativ data bazası olan SCOPUS-da cəmi əlli sitat olan Ənvər Nəhmədov da var. Onun protejesi- PA-da elm adamlarına yaxşi məlum olan yüksək cinli bir məmurun Fizika İnstitutunda çalışan həyat yoldaşı, faktiki kurator olan Oktay Ələkbərovdur. Yaşı 70-i haqlayan bu şəxs son 3-4 il ərzində Ənvər Nəhmədovun müəllifi olduğu məqalələrə həmmüəlliflik edərək çox nüfuzlu Physical Review jurnallarında məqalə dərc etdirmış azsaylı Azərbaycanlı alimlərin siyahısına daxiı olmuşdur. Şəxsi maraqlarını hər şeydən üstün tutan bu şəxsin təyin etdrdiyi ikinci adam- fizika üzrə baza təhsili olmayan, yalnız bir neçə aydır ki, direktor təsdiq olunmuş Nazim Məmmədovdur. Ümumiyyətlə, hər şeyin təyinatla həll olunduğu bir seçkidə belə bu şəxs özu haqqında yalan məlumat verməkdən çəkinməyib. Yuxarıda qeyd olunan elektorat üçün dərc olunmuş məlumat kitabçasında Nazim Məmmədov iddia edir ki, o, ona yaxin elmlər manizədi və doktoru yetişdirib. Bu barədə hətta AMEA-nın rəsmi saytında belə onun 60 illiyi ilə əlaqədar Fəxri Fərmanla təltif olunması haqqında yazıda da məlumat verib. Belədirsə, qoy o, 4-5 rəhbərlik etdiyi namizəd və doktorun avtoreferatlarını nümayiş etdirsin. Özünü Osaka Universitetinin Professoru hesab edən Nazim Məmmədov görəsən doğrudanda 5 elmlər namizədi yetişdiribsə niyə AAK-dan professor rütbəsini hələ də almayıb.
Maraqlıdır ki, Elmin İnkişaf Fondunun (EİF) indyə qədər Azərbaycan elminə qoyduğu vəsaitin az qala ücdə biri Nazim Məmmədovun adının keçdiyi Pilot və sair layihələrə ayrılıb. Nazim Məmmədovun işlərinə SCOPUS-da yalnız 257 sitat var. Çox qəribədir ki, bu sitatların az qala yarısı Türkiyədə çalışan bir Azərbaycanlı alim tərəfindən edilib.Onun məqalələrinin əksəriyyəti konfrans materialları kimi dərc olunub. Görəsən bu necə beynəlxalq konfransdır ki, bir konfrans materialında bir adamın 8-9 təqdimatını çap etdirir. Digər ilginc bir məqam isə milyonlarla qrant almasına baxmayaraq Nazim Məmmədov yalnız tək-tük məqalələrində aparici müəllif kimi çap olunub, əksəriyyət məqalələrdə isə o ya sonununcu və ya 5-ci, 6-cı yerlərdə qərar tutub. Elm adamları üçün cavablar çox maraqlı olardı.Əlbəttə müasir elm xarici alimlərlə geniş əməkdaşlıqdan keçir. Amma hər şeyin həddi var!. Nazim Məmmədovun həmişə məşğul olduğu mövzu marginal bir mövzu olduğundan o bir az aktual sahələrə baş vurmağa calışır, gah topoloji izolyatorlara aid məqalələrə həmmüəlliflik edir, gah AMEA Rəyasət Heyətində ona qətiyyən aidiyyəti olmayan kristalloqrafiya sahəsində aktual bir bir təqdimatda həmməruzəçi kimi çıxış edir, gah da doktotluq dissertasiyaları hazır olmuş alimlərə ( görünür asan müdafiə müqabilində) məsləhətçilik edir.
Bax indi sual olunur ki, görəsən yenicə direktor təsdiq edilmiş Nazim Məmmədov elmin inkişafında hansı xidmətlərinə və hansı qiymətli tədqiqatlarına görə ən yüksək elmi rütbələrdən birinə layiq görülüb?
Cox maqarlı bir faktı da qeyd etmək istəyirəm. Nədənsə İnstitutda olan müşahidə kameralarının mönitorinq mərkəzi Oktay Ələkbərovun otağında yerləşir. Deyəsən, doğrudan da “ 1984” uzadqa deyil. Digər bir təəccüb doğuran fakt ondan ibarətdir ki, Oktay Ələkbərov bütün məsuliyyət həddini aşaraq, işlərini pis-yaxşı tamamlamış bəzi biçarə aspirantlardan, dissertantlardan tələb edir ki, filan elmi rəhbərinizdən imtina edin ki, mən sizi müdafiəyə buraxım, təsdiqdə probleminiz olmasın və sair. Şəxsi simpatiyası əsasında mütamadi olaraq İnstitut direktorlarından (həm indiki, həm də əvvəlki direktorlardan) tələb edib ki, mənim filan adamlardan xoşum gəlmir, onları vəzifədən çıxart, işdən çıxart və sair. Məgər bu İnstitutu o, özəlləşdirib? O hansı haqla təyin edilmiş direktorlara regentlik edir?
Oktay Ələkbərov Administrasiyada yüksək çinli bir məmurun həyat yoldaşı olduğundan onun bu kaprizləri barəsində Akademiya rəhbərliyinə müraciət etməyin heç bir mənası yoxdur, çünki qənaət belədir ki, Fizika İnstitutu Akademiyadan yox, PA-dan idərə olunur. Danışırlar ki, bir dəfə Oktay Ələkbərov Rəyasət Heyətində Akademiya prezidentinə yaxın bir vitse prezidentə Ənvər Nəhmədovun müdafiəsi ilə bağli bir təşkilatı sualına elə cavab vermişdir ki, həmin vitse-prezident çox miskin bir vəziyyətə düşmüşdü.
Cənab Prezident! Xahiş edirəm ki, fizika-riyaziyat-texnika elmlərini Oktay Ələkbərovun əsarətindən xilas edəsiniz.
Cənab Prezident! Fizika üzrə müxbir üzvlüyə təyin edilmişlər arasında Aydın Kazimzadənin işlərinə Thomson Reuters-də cəmi 111 sitat var, İsmət Nəcəfovun işlərinə isə cəmi 75 sitat olub. (Müqayisə üçün deyim ki, Thomson Reuters-də mənim işlərimə sitatların sayi 601 olub.) Övsət Abdinovun islərinə isə Thomson Reuters-də 200-ə yaxın sitat olub. Bura onun 3 minlik müəlliflər kollektivi tərkibində CERN-dəki Kollaborasiya işlərinə sitatlar daxil edilməyib. Çünki elmə Hirş ineksini daxil edən alimin təklifinə əsasən belə hallarda sitatların sayi müəlliflərin sayına bölunməlidir (bax: J.E. Hirsch, An index to quantify an individual’s scientific research output, Proceedings of the National Academy of Sciences of the United States, v.102, N46, pp.16569-16572,2005) Bundan əlavə Azərbaycan bir tərəfdaş ölkə kimi CERN-dəki Proyektlərdə iştirak üçün hər il böyük vəsait ayırır və orada Ovsət Abdinovdan başqa daha bir neçə Azərbaycanlı alim iştirak edir. Bu konteksdə çox maraqlı daha bir məlumat: Seçkilər qabaq Övsət Abdinov Dubnadakı Nüvə Mərkəzindəki Səlahiyyəti Nümayəndə postunu “uğurla” nüvə fizikasında mütəxəssis olmayan Nazim Məmmədova təhvil vermişdir. Halbuki həmisə həmin nümayəndə nüvə fiziki olmuşdur.
Cənab Prezident! Həqiqi üzvlərə gəlincə isə,həqiqi uzv təyin edilmış Bahadur Tagıyevin işlərinə SCOPUS da cəmi 132 sitat (Hirş indeksi-6), Təyyar Cəfərovun işlərinə 165 sitat(Hirş indeksi-7) var; Cavad Abdinovun işlərinə isə sitatlar çox aşağı iki rəqəmli ədədlə ifadə olunur, Hirş indeksindən isə danışmağa belə dəyməz.
Yenə müqayisə üçün xarırladım ki, mənim işlərimə SCOPUS-da 549 sitat var, Hirş indeksim isə 12-dir. Bildirmək istəyirəm ki, göstəricilərim bütün AMEA üzvləri arasında bütün elm sahələri üzrə ən yüksəkdır və istər Azərbaycanda, istərsə də xarıcdə çalışan bütün həmvətənlərimiz arasında belə ən yaxşılarındandır.
Görəsən demək olar ki, konservativ verilənlər bazasında yox dərəcəsində istinadları olan Cavad Abdinov hansı geniş tədqiqatlarına, hansı elmə gətirdiyi yeni biliklərə görə, hansı tanınmış elmi məktəblərinə görə belə ən yüksək elmi rütbəyə layiq görülüb? O necə yeni biliklərdir ki, tanınmış data bazalarında Azərbaycan elminə demək olar ki, sitatlar gətirə bilmir. Bu sualı həm də digər iki təyin edilmış akademiklər haqqında səsləndirmək olar.
Bu konteksdə bir məsələyə də toxunmaq istəyirəm. Son vaxtlar elmi işlərinə citatların sayi yox dərəcəsində olan bəzi alimlərimiz onlarla elmlər namizədi yetişditməklərini qabartmağa çalışır. 40-50 il elmi fəaliyyətlə məşğul olan alim neşə ola bilər ki, 30-40 davamçı yetişdirsin. Belə çıxır ki, 30-40+1 kollekivi uzun illər Azərbaycan elminə sitatlar gətirməyən işlər dərc etdirmışdir. Birdə ki, elmin xususiyyətini yaxşı bilən alim başa düşür kü, bir alimin bu qədər işlərə rəhbərlik eləməsi fantaziyadır. Bu işlər ən yaxşi halda bir-birindən illərlə köçürmə, kompilyasiya sayəsində yaranmışdır. Azərbaycanda elmı işlərə sitatların az olmasının əsas səbəblərindən biri də budur. Bir də ki, Azərbaycanda hamı bilr ki, bu işlər bir çox hallarda necə və nəyin hesabına yazılır.Görəsən bu alimlərin bu sahədə beynəlxalq təcrübədən heç olmasa xəbəri varmı?. Ən tanınmış beynəlxalq səviyyəli alimlər (bəzi istisnalar olmaqla) həyatı boyunca 5-6 davamçı hazirlaya bilirlərsə, bu böyük uğur sayılır.
Belə ğörünür ki, PA-nın təyinat siyahısı elmin inkişafına yox, əksinə onun tənəzzülünə yönəlmış düşünülmüş bir addımdır, çünki bu təyinatlar elmdə ən yüksək rütbələrin layiq olmayanlara verilmiş hədiyyədir, AMEA-da çalişan onlarla istedadlı alimlərə mesajdır ki, biz elmi nailiyyətləri sivil dünyada qəbul olunan qaydalara görə yox, öz şəxsi istəyimizə görə, bizə sərf edən formada qiymətləndiririk. Belə özbaşınalıq tarixdən bir Roma umperatorunun öz atını senata üzv təyin etməsi əhvalatını xatırlatmırmı?
Heç də təsadüfi deyil ki, AMEA-nın Thomson Reuters, SCOPUS ilə onların məlumat bazasına girişlə bağlı apardığı danışıqlar illərdir ölü nöqtədən tərpənmək bilmir. EİF-ə ayrılan vəsaitlərin az bir hissəsi kifayətdir ki, bu danışıqlar Azərbaycan alimlərinə bütün dünyada istifadə olunan məlumat bazalarına girişi təmin etsın. Əvəzində EİF ildən-ilə beylnəlxalq qrantlar almayan eyni adamlara külli miqdarda qrant ayırmaqla məşğuldur.
Fizika üzrə təyin edilmışlərin siyahısından görünür kü, siyahı sərti olaraq üç güç mərkəzinin konsensusudur: PA , nüfuzlu bir akademiya və PA HS şöbəsi.
Cənab Prezident! Geniş yayılmış məlumatlara görə, təyin edilmiş həqiqi və müxbir üzvlər arasında ən azı beş nəfərin ikili vətandaşlığı var. Bu, Akademiya Nizamnaməsinə və ən əsası Azərbaycan Konstitutsiyasına ziddir. Xahis edirəm ki, bu məsələnin araşdırılmasına dair müvafiq qurumlara gostərişlərinizi verəsiniz.
Cənab Prezident! AMEA-nın Nizamnaməsinə əsasən a) elmin elmin müvafiq istiqamətlərində geniş tədqiqatlar aparan, onu yeni biliklərlə zənginləşdirən, tanınmış elmi məktəblər yaradan Azərbaycan Respublikasının vətəndaşları və bir qayda olaraq AMEA-nın müxbir üzvü olan alimlər AMEA-nın həqiqi üzvü seçilirlər; b) elmin inkişafında görkəmli xidmətləri olan, onu qiymətli tədqiqatları ilə zənginləşdirən və Azərbaycan Respublikasının vətəndaşları olan alimlər AMEA-nın müxbir üzvü seçilirlər; c) AMEA üzvünün başlıca vəzifəsi şəxsi tədqiqatları və elmi tədqiqatlara rəhbərlik yolu ilə elmi yeni nailiyyətlərlə zənginləşdirməkdir.
Cənab Prezident! Xahiş edirəm ki, yaranmış vəziyyətdə seçkilərin AMEA Nizamnaməsinə uyğun keçirilmədiyini nəzərə alaraq seçkilərin ləğv edilməsi və elm adamları üçün yeni seçkilərin keçirilməsi üçün müvafiq qurumlara göstərişlərinizi verəsiniz.
Hörmətlə Elman Şahverdiyev AMEA Fizika İnstitutu”
ELMAN ŞAHVERDİYEV KİMDİR?
Elman Məhəmməd oğlu Şahverdiyev 1958-ci ildə Cəbrayıl rayonunda anadan olub. Moskva Mühəndis-Fizika İnstitutunu bitirib. Moskvada Ümumi Fizika İnstitutunda namizədlik dissertasiyası müdafiə edib. 1997-ci ildən fizika-riyaziyyat elmləri doktorudur. AMEA Fizika İnstitutunda laboratoriya rəhbəridir və dinamik sistemlərdə xaosun idarə olunması problemləri ilə məşğul olur.Bu istiqamət dünya elmı üçün də nisbətən yenidir (20 il). Elmi biliklərə təsirinə görə xaosun kəşfini kvant nəzəriyyəsinin yaranması ilə müqayisə edirlər. Elman Şahverdiyev Azərbaycanda müxtəlif elm sahələrinin qovşağında (multidisciplinar) yerləşən bu sahənin yaradıcısıdir və beynəlxalq səviyyədə qəbul olunan aparıcı mütəxəssisdir. Science Citation indeks jurnallarında 60-dan yuxarı məqalə dərc etdirib. Demək olar ki, bütün məqalələri ingilis dilli jurnallarda dərc olunub. Aldığı fundamental nəticələr proqnozlaşdırmada, informasiya mübadiləsi zamanı məxfiliyin artırılmasında, kompakt və daha sürətli kompyuterlərin yaradılmasında, sistemlərlin fəaliyyətinin optimallaşdırılmasında, epidemik xəstəliklərin yayılmasının qarşısının alınmasında, yüksək sürətli wi-fi sistemlərində, distant security scan məsələlərində və sair istifadə oluna bilər. Elmi fəaliyyəti elmimizin dünya elminə inteqrasiyası istiqamətində davam edir. İndiyə qədər on dörd beynəlxalq qrant alıb (Yaponiya, Böyük Britaniya, İtaliya, Portuqaliya, Almaniya Universitetlərindən.).30 ildən artıq fəaliyyət göstərən Avropa İttifaqı Cərçivə Proqramları daxilində İndividual qrantı alan yeganə azərbaycanlı alimdir. İşləri haqqında Beynəlxalq mediada 25-ə yaxın populyar məqalələr dərc olunmuşdur. Nüfuzlu “London Press Service” 4 Dekabr, 2001 ci ildə Elman Şahverdiyevin də həmmüəllifi olduğu məqaləyə aid yazısında bu məqalədə alınan nəticəni Minilliyin ən mühüm experimentlərindən biri kimi xarakterizə etmışdir. 20-dən yuxarı Beynəlxalq jurnallarda resenzent kimi fəaliyyət göstərir. Amerikada dərc olunan -Dynamical and Control Systems (IASR) Jurnalının Editorlarından biridir. Məqalələrinə olan sitatların sayı 1000-dən yuxarıdır(scholar.google.com). Ən çox sitatları olan ilk iki məqaləmin hərəsinə 200 -ə yaxın sitat verilib. Hirş indeksi isə 15-dir. Bu göstəricilər Azərbaycan alimləri arasında bütün elm sahələri üzrə ən yaxşılarındandır. 4 Oktyabr, 2012-ci ildə Thomson Reuters Korporasiyası Azərbaycan fizikləri arasında Elman Şahverdiyevi “Fizikada Mükəmməlliyə” diplomu ilə təltif etmişdir. Bu barədə məlumat nüfuzlu Wall Street Jurnalda da dərc olunmuşdur (11 Oktyabr, 2012).
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Dünən, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Dünən, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Dünən, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Dünən, 14:49 |
|
|
|
|