Naxçıvan Səhiyyə Nazirliyi LƏĞV OLUNMALIDIR! .....                     Ermənistan müxalifəti Paşinyanı devirmək üçün planını açıqladı: .....                     “Rusiya qazı kəsərsə, Azərbaycan variantı var” .....                     Yevlaxda 35 yaşlı kişi ögey qardaşını öldürdü: “Anamla məni hədələyirdi” .....                     “TuranBank”ın borcları kəskin şəkildə artaraq .....                     Paşinyanın Avropa arzusu puç oldu: .....                     Ədliyyə Nazirliyinin qurumlarından .....                     Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərilib .....                     Generala yüksək vəzifə verildi .....                     Keçmiş nazirdən vahid müəllim formasına etiraz: .....                     Pensiya almaq çətinləşəcək? .....                     Bu xəstəxanaya müvəqqəti rəhbər təyin olundu .....                     Görün, millətə NƏ YEDİRİRLƏR... .....                     Köçəryanın bloku “qollarını çırmaladı”: .....                     Ləğv olunan dövlət şirkətinin 8,5 milyon manat vergi borcu var .....                     “MJ Financial Services BOKT” .....                     Bakı–Tiflis–Bakı qatarlarında sərnişin tutumu artırılır .....                     Makron Dəməşqdəki partlayışlardan sonra xəsarət almayıb .....                     SOS: Cəlilabadda heyvanlar kütləvi qırılır .....                     Erməni müxalifətindən Rusiyaya gözlənilməz .....                     Aktrisadan Xalq artistinə DƏSTƏK: .....                     "Söhbət puldan düşəndə ayrılmışıq, hansısa rejissorun cibini doldurmaq üçün..." .....                     Qalmaqallı eks-direktorun işi Ali Məhkəmədə .....                     Türkiyəyə zərbə, yoxsa... .....                     ABŞ-nin məşhur “çaypulu”su turistləri narahat edir .....                     Paşinyana qarşı məhkəmə iddiası qaldırıldı .....                     Boşandıqdan sonra başqası ilə evlənirmiş .....                     Başçı rəssama olan borcunu icra nümayəndələrinə ÖDƏTDİRİR... .....                     Bu binada hərənin ən azı İKİ VƏZİFƏSİ VAR... .....                     "Lukoil"dən narazılıq: "Yanacağı az vururlar" .....                     Goranboyda Prezidentə yalan danışanlar kimlərdir? .....                     Sabiq xanım deputata yeni vəzifə verildi .....                     AZAL-ın Yay Təcrübə Proqramına müraciətlər 4 dəfədən çox artıb .....                     "Güdün, görüm nə vaxta qədər güdəcəksiz?" .....                     Restorana sərxoş vəziyyətdə daxil olmaq istəyən şəxs mühafizəçini bıçaqladı .....                     Rüşvətlə vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxslərin istintaqı başa çatıb .....                     Nazim Tahirovun FIRILDAQ ŞƏBƏKƏSİ: Nə yoğurdum, nə yapdım... HAZIR BİNA TAPDIM! .....                     Keçmiş icra başçının imzasını saxtalaşdıran eks-bələdiyyə əməkdaşı ilə bağlı .....                     Bilgəh Kardioloji Sanatoriyasındə dincələnlər üçün "LAQONDA" SİMFONİYASI... .....                     Səhiyyə nazirinə yeni müavin təyin edilib .....                 

Binəqədidə yaşıllıqlara qənim kəsilən kimdir? - Şok vandalizm aktı
Tarix: 26-02-2014, 13:37 | Çap et
Binəqədidə yaşıllıqlara qənim kəsilən kimdir?
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yaşıllıqları məhv edən şəxslərə qarşı ən sərt tədbirləri həyata keçirsə də, bəzi tikinti şirkətlərinin rəhbərləri, eləcə də müxtəlif məmurlar ağacları qırmaqda israrlıdır. Son vaxtlar paytaxt rayonlarının ərazisində В«yaşıl soyqırımВ» daha geniş vüsət alıb desək, yəqin səhv etmərik. Bəzi hallarda yerli icra hakimiyyəti orqanları ilə В«razılaşanВ» iş adamları böyük yaşıllıq sahələrini hasara alaraq burda öz məqsədlərini həyata keçirirlər. Ağacların kəsilməsi hesabına göydələnlər, müxtəlif ticarət obyektləri və əyləncə mərkəzləri tikilir. Ölkə prezidenti İlham Əliyev yaşıllıqlara qarşı amansız münasibət bəsləyən şəxslərin ağır formada cəzalanması üçün lazımi instansiyalara öz göstərişlərini verib.

Dünən Binəqədi rayonu ərazisində üzləşdiyimiz mənzərələr isə bizi sözün əsl mənasında şoka saldı. В«CeyhunВ» şadlıq sarayının arxa tərəfində təxminən iki hektara yaxın yaşıllıq sahəsi В«OrbitaВ» Mənzil Tikinti Kooperativi (MTK) tərəfindən daş hasara alınıb. Ərazidə çəkiliş apardığımızı görən yaxınlıqdakı binada yaşayan sakinlərdən biri bizə tərəf gələrək ağacları gözləyən acı aqibət və ərazidə göydələn tikən şirkətlə bağlı maraqlı məlumatları dilə gətirdi. Firudin İsayev bildirdi ki, zeytun ağacları ilə bol olan sahə təxminən üç ay əvvəl В«OrbitaВ» MTK-nın rəhbərliyi tərəfindən satın alınaraq daş hasara çəkilib: В«Sizdən xahiş edirəm ki, hər şeyi çəkib ictimaiyyətə və aidiyyəti qurumların nəzərinə çatdırasınız. Burda gördüyünüz ağacları şəxsən öz əllərimlə sulayıb qulluq göstərmişəm. Tikinti şirkətinin nümayəndələri isə ağacları məhv etmək üçün bir sıra üsullardan istifadə edir. Onlar ağacların dibinə beton qatışıqlı palçıq tökürlər ki, kökü qurusun. Artıq bir neçə ağacı bu yolla məhv ediblər. MTK rəsmilərinin niyyəti ərazidə gözə dəyən bütün ağacları qırıb yerində hündürmərtəbəli bina tikməkdir. Qarşıda yerləşən göydələn məhz bu şirkət tərəfindən inşa olunub. Qonşularla birlikdə neçə dəfə müvafiq qurumlara şikayət etmişik, amma bizə qulaq asan yoxdur. Ömrümün çox hissəsini burdakı ağacların böyüməsinə həsr etmişəm ki, indi hansısa şirkət gəlib onları kəssin? Yalan danışmaqla qətiyyən aramyoxdur. Nə qədər imkanım var, yaşıllıqların məhvinə qarşı mübarizə aparacam. Mənə təzyiqlər edilsə də, geri addım atan deyiləmВ». Qeyd edək ki, hasara alınan ərazidə yaxınlıqdakı binalarda yaşayan sakinlərin bağı var. Firudin müəllim bildirdi ki, yay vaxtı məhəllə sakinləri - qocalar, cavanlar, uşaqlar həmin ağacların kölgəsində oturaraq istirahət edir: В«Qoca adamam. Yay aylarında burda başımı qatıb ağaclara qulluq etməklə vaxtımı keçirirəm. Ağacları qırıb yerində bina tiksələr, biz harda istirahət edəcəyik? Bunu niyə nəzərə almırlar? Ərazidə yüzlərlə ağac var.

Onların kəsilməsinə heç vaxt icazə vermərik. Sakinlərin inadını görən şirkət işçiləri bilərəkdən ağacların dibinə kimyəvi maddələr və beton töküb qurudurlar. Qəzet vasitəsilə əlaqədar dövlət orqanlarından xahiş edirəm ki, bu biabırçılığa son qoysunlarВ». Biz isə öz növbəmizdə bəzi məsələləri qabartmaq istəyirik. Bildirək ki, qanunların kifayət qədər sərt olmaması meşə sahələrinin, yaşıllıq zolaqlarının qorunmasını çətinləşdirir. Belə ki, ağac kəsən şəxslər cərimə ödəməklə canlarını həbs cəzasından qurtarırlar. Mövcud qanunda qeyd edilir ki, ağac kəsən şəxsi 850-1000 manat məbləğində cərimə gözləyir. Ağacın yaşı, cinsi və digər faktları da nəzərə alanda məbləğ 2000 manata qədər artır. Vaxtilə bu məbləğ çox cüzi idi. ETSN-in təşəbbüsü, təklifləri ilə İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi və cərimələr bir qədər artırıldı. Sözügedən ərazidə yaşıllıqları məhv etməyi planlaşdıran В«OrbitaВ» MTK-nın rəhbərliyi ən ağır formada cəzalandırılmalıdır. Şirkətin sahibi məgər bilmirmi ki, ölkə başçısı ağacları kəsən şəxslərə qarşı hansı münasibəti bəsləyir? MTK-nın başında dayanan şəxs bilmirmi ki, rəhmətlik Heydər Əliyev vaxtilə В«bir ağac kəsəndə, sanki mənim qolumu kəsirlərВ» deyib? Yəqin ki, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun və ETSN rəsmilərinin ərazidə aparılan В«yaşıl vandalizmВ»dən xəbərləri yoxdur. Biz hər iki qurumun rəhbər şəxslərinə məsləhət görürük ki, elə günü bu gün В«OrbitaВ» MTK tərəfindən hasarlanan əraziyə baş çəkib ağacların başına gətirilən dəhşətləri canlı şəkildə izləsinlər. Onu da qeyd edək ki, artıq В«OrbitaВ» MTK ilə bağlı araşdırmalara başlamışıq. Gələn saylarımızda şirkətin kimə məxsus olması, arxasında hansı məmurun dayanması, MTK-da çalışan fəhlələrin əmək müqavilələrinin olub-olmaması, təhlükəsizlik qaydalarına əməl edilib-edilməməsi və digər ilginc məqamlarla bağlı geniş yazı dərc edəcəyik. Bizi izləyin.

Qarşı tərəfin də münasibət bildirmək hüququ var. \\ В«Gündəlik BakıВ» \\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvan Səhiyyə Nazirliyi LƏĞV OLUNMALIDIR! - ÇAĞIRIŞ...
Bu gün, 15:47
Ermənistan müxalifəti Paşinyanı devirmək üçün planını açıqladı: - Hərəkat başlayır
Bu gün, 15:24
“Rusiya qazı kəsərsə, Azərbaycan variantı var” - Miskaryan
Bu gün, 15:18
Yevlaxda 35 yaşlı kişi ögey qardaşını öldürdü: “Anamla məni hədələyirdi” - TƏFƏRRÜAT
Bu gün, 15:05
“TuranBank”ın borcları kəskin şəkildə artaraq 284 milyon manata çatıb
Bu gün, 15:00
Paşinyanın Avropa arzusu puç oldu: - Ermənistan yenə Rusiyanın "qapısını döyəcək"
Bu gün, 14:59
Ədliyyə Nazirliyinin qurumlarından - 4 YENİ TENDER
Bu gün, 14:57
Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərilib
Bu gün, 14:55
Generala yüksək vəzifə verildi - TƏYİNAT
Bu gün, 14:51
Keçmiş nazirdən vahid müəllim formasına etiraz: - "Vallah, gülməlidir”
Bu gün, 14:48
Pensiya almaq çətinləşəcək? - Azərbaycana dair MÜHÜM PROQNOZ
Bu gün, 14:45
Bu xəstəxanaya müvəqqəti rəhbər təyin olundu - FOTO
Bu gün, 14:43
Görün, millətə NƏ YEDİRİRLƏR... - FOTO
Bu gün, 13:12
Köçəryanın bloku “qollarını çırmaladı”: - Konstitisiya dəyişikliyinə qarşı
Bu gün, 13:05
Ləğv olunan dövlət şirkətinin 8,5 milyon manat vergi borcu var - TƏFƏRRÜAT
Bu gün, 13:01
“MJ Financial Services BOKT” – 2 MİLYON MANAT BORCLANIR
Bu gün, 12:56
Bakı–Tiflis–Bakı qatarlarında sərnişin tutumu artırılır - NƏHAYƏT...
Bu gün, 12:53
Makron Dəməşqdəki partlayışlardan sonra xəsarət almayıb - Yelisey sarayından AÇIQLAMA
Bu gün, 12:25
SOS: Cəlilabadda heyvanlar kütləvi qırılır - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 12:25
Erməni müxalifətindən Rusiyaya gözlənilməz İTTİHAM
Bu gün, 12:15
Aktrisadan Xalq artistinə DƏSTƏK: - “O sənəti olmayan istedadsızlar…”
Bu gün, 12:14
"Söhbət puldan düşəndə ayrılmışıq, hansısa rejissorun cibini doldurmaq üçün..."
Bu gün, 12:06
Qalmaqallı eks-direktorun işi Ali Məhkəmədə - DETALLAR
Bu gün, 12:02
Türkiyəyə zərbə, yoxsa... – Tarazlıq təhlükədə
Bu gün, 12:01
ABŞ-nin məşhur “çaypulu”su turistləri narahat edir – SSRİ-də qadağan edilmişdi
Bu gün, 11:55
Paşinyana qarşı məhkəmə iddiası qaldırıldı - KİV
Bu gün, 11:40
Boşandıqdan sonra başqası ilə evlənirmiş - Kürəkənin güllələnməsinin təfərrüatı
Bu gün, 11:38
Başçı rəssama olan borcunu icra nümayəndələrinə ÖDƏTDİRİR... - AXI NİYƏ?..
Bu gün, 11:30
Bu binada hərənin ən azı İKİ VƏZİFƏSİ VAR... - AY MAŞALLAH...
Bu gün, 11:25
"Lukoil"dən narazılıq: "Yanacağı az vururlar" - VİDEO
Bu gün, 11:15
Goranboyda Prezidentə yalan danışanlar kimlərdir? - Yeni çəkilən yol və körpü heç bir il dözmədi...
Bu gün, 11:04
Sabiq xanım deputata yeni vəzifə verildi - FOTO
Bu gün, 10:58
AZAL-ın Yay Təcrübə Proqramına müraciətlər 4 dəfədən çox artıb - FOTO
Bu gün, 10:56
"Güdün, görüm nə vaxta qədər güdəcəksiz?" - Firəngiz Mütəllimova ona yazılan mənfi rəylərdən danışdı
Bu gün, 10:53
Restorana sərxoş vəziyyətdə daxil olmaq istəyən şəxs mühafizəçini bıçaqladı - MƏHKƏMƏ
Bu gün, 10:47
Rüşvətlə vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxslərin istintaqı başa çatıb - TƏFƏRRÜAT
Bu gün, 10:46
Nazim Tahirovun FIRILDAQ ŞƏBƏKƏSİ: Nə yoğurdum, nə yapdım... HAZIR BİNA TAPDIM! - Aldadılmış iş adamı şok faktları açıqlayır
Bu gün, 10:45
Keçmiş icra başçının imzasını saxtalaşdıran eks-bələdiyyə əməkdaşı ilə bağlı QƏRAR
Bu gün, 10:18
Bilgəh Kardioloji Sanatoriyasındə dincələnlər üçün "LAQONDA" SİMFONİYASI... - NARAZILIQ VAR...
Bu gün, 10:12
Səhiyyə nazirinə yeni müavin təyin edilib - DOSYE
Bu gün, 09:57
Ağstafa rayonunda dövlət tenderlərini kimlər udur? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Bu gün, 09:54
“Qala Həyat”nın İdarə Heyətinə yeni təyinat olacaq - TƏDARÜK VAR...
Bu gün, 09:52
Bakıdan Kişinyova: Narışkin və Mehdiyevin bağlanan casus “evləri” - Agent şəbəkəsinin təmizlənməsi
Bu gün, 09:44
Bakı–Naxçıvan marşrutu üzrə aviareyslər bərpa olunub - DİQQƏT!
Bu gün, 09:38
Naxçıvanda BEYNƏLXALQ SƏVİYYƏLİ SAXTAKARLIQ! - SƏN DEMƏ...
Bu gün, 09:22
Enişdə olan Almaniya üçün Azərbaycan nümunəsi... - GƏLİŞMƏ
Bu gün, 08:28
"Qonşularımızdan bu məsələdə də geri qalırıq..." - partiya sədri
Bu gün, 08:25
"Nə vaxta qədər pul oğurlamağa davam edəcəksiniz?" - ETİRAZ VAR!
Bu gün, 08:21
ABŞ İranın Hörmüz boğazında kommersiya gəmilərinə raket hücumu etdiyini düşünür - "Axios"
Bu gün, 08:11
Ankara və İrəvan arasında görünməmiş yenilik: Hazırlıq başladı – Bakının qərarı…
Bu gün, 08:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru