Onun da gedəcəyi deyilir... - İDDİA
Tarix: 3-03-2021, 09:47 | Çap et
 “Pensiya yaşı əsasən şəxsin istirahət etməsi və əmək qabiliyyətinin effektiv olmamasından irəli gələn məsələdir . Artıq 68 yaşda insanın fiziki imkanları məhdudlaşmaq üzrədir. Həmin şəxsin daha çox istirahətə ehtiyacı var. Yəni əmək qabiliyyəti aşağı düşür. Bu qanunvericilikdən baxdığımız zaman çox güman ki, yaxın müddətdə Ali Məhkəməyə yeni sədr təyinatı gündəmə gələcək”
Ali Məhkəmənin sədri Ramiz Rzayevin iki gün əvvəl 68 yaşı tamam olub. Məhkəmə və hakimlər haqqında qanunun 96-cı maddəsinin 2-ci bəndinə əsasən, hakimlərin son yaş həddi 68-dir. Bəs, Ramiz Rzayev nə üçün qanunun tələbinə əməl etmir?
Hüquqşünas Bəhruz Bayramov “Hürriyyət”ə açıqlamasında 68 yaşın son yaş həddi olduğunu təsdiqləsə də, bildirdi ki, Ramiz Rzayev 69 yaşa keçid etdiyi zaman vəzifədən getməli olacaq: “Qanunda son yaş həddi 68 nəzərdə tutulub. Bu baxımdan onun vəzifədə qalması qanuni tələblərə uyğundur. Qanuna uyğun olaraq Ali Məhkəmənin sədri təyin edilir. 68 yaş son yaş həddidir. 69 yaşa keçdikdə artıq vəzifədə qala bilməz”.
Hüquqşünas Roman Qaraşov bildirdi ki, həmin vəzifəyə yeni təyinat olana qədər həmin şəxs vəzifəsini davam etdirə bilər: “Qanuna əsasən, həmin vəzifəyə yeni şəxs təyin edilənədək vəzifəsini davam etdirə bilər. Bu baxımdan, vəzifəsində qalır. Hətta bu yaxında Konistitusiya Məhkəməsində belə bir hal olub. Hakimlərdən biri pensiya yaşını da keçmişdi. Lakin yerinə təyinat olana qədər vəzifəsini davam etdirib. Daha sonra Milli Məclis tərəfindən yeni namizədlər təsdiqlənəndən sonra vəzifəsindən kənarlaşdırıldı. Əgər vəzifədə son yaş həddi 68-dirsə, o demək deyilki həmin yaşda da vəzifəsindən getməlidir. Mütləq həmin yerə təyinat olmalıdır. Daha sonra yaş həddi çatan şəxs vəzifəsindən gedə bilər”.
Hüquqşünas Ələsgər Məmmədli isə deyir ki, Ali Məhkəmənin sədri qanunla müəyyən olunan yaş həddinə gəldiyi üçün qısa müddətdə əlində olan işləri yekunlaşdıraraq vəzifədən getməlidir: “Ümumiyyətlə, dövlət sistemində işləyən hər kəsin müəyyən yaş limiti var. Buna pensiya yaşı deyilir. Pensiya yaşı əsasən şəxsin istirahət etməsi və əmək qabiliyyətinin effektiv olmamasından irəli gələn məsələdir . Artıq 68 yaşda insanın fiziki imkanları məhdudlaşmaq üzrədir. Həmin şəxsin daha çox istirahətə ehtiyacı var. Yəni əmək qabiliyyəti aşağı düşür. Bu qanunvericilikdən baxdığımız zaman çox güman ki, yaxın müddətdə Ali Məhkəməyə yeni sədr təyinatı gündəmə gələcək. Çünki, yaş məhdudiyyəti dövlət qulluğu və digər dövlət strukturlarında mövcuddur. Bu sistemli şəkildə nəzərdə tutulan bir prosesdir. Ali Məhkəmənin sədri də qanunla müəyyən olunan yaş həddinə gəldiyi üçün qısa müddətdə əlində olan işləri yekunlaşdıraraq vəzifədən getməlidir. Yerinə yeni təyinat olmalıdır”.
Qanuna görə, Ali Məhkəmənin hakimləri üçün son yaş həddi 68, digər instansiya məhkəmələrinin hakimləri üçün 66 yaşdır. Hakimlər vəzifələrini nümunəvi yerinə yetirdikdə, uzun müddət və qüsursuz işlədikdə, habelə öz fəaliyyəti ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfələr verdikdə Məhkəmə-Hüquq Şurası onlar barədə həvəsləndirmə tədbirləri görülür.
Görünür, qanunun 96-cı maddəsindəki hakimlərin səlahiyyət müddəti ilə bağlı bənd həqiqətən də pozulur. Həmin bənddə göstərilir ki, hakim vəzifəsinə hakimlər ilk dəfə üç il müddətinə təyin olunurlar. Həmin müddət ərzində onlar ildə ən azı bir dəfə tədris kurslarına cəlb edilirlər. Bu müddətin sonunda hakimlərin fəaliyyəti qiymətləndirilir. Qiymətləndirmə nəticəsində hakimin fəaliyyətində peşəkar çatışmazlıq aşkar edilməzsə, Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyətləri son yaş həddinədək – 65 yaşınadək uzadılır. Son yaş həddinə çatmış hakimin peşəkarlığından istifadə edilməsinə ehtiyac olduqda Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyət müddəti 70 yaşınadək artırıla bilər. Əgər, akimlərin səlahiyyət müddəti başa çatarsa, onların səlahiyyəti həmin işə baxılıb qurtaranadək davam edir.
Qeyd edək ki, sosial mediada Ali Məhkəmənin sədri Ramiz Rzayevin yola salınmasıyla bağlı məlumatlar da paylaşılıb. Belə iddianı tanınmış vəkil Cavad Cavadov irəli sürüb. Vəkilin sözlərinə görə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsində hökümətin nümayəndəsi Çingiz Əsgərovun Ali Məhkəmənin sədri təyin edilməsi ehtimalı yüksəkdir. Onun bu posta gətiilməsinin səbəblərindən biri də Avropa Məhkəməsinə göndərilən işlərin qarşsının alınmasına hesablana bilər.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Yevlaxda 35 yaşlı kişi ögey qardaşını öldürdü: “Anamla məni hədələyirdi” - TƏFƏRRÜAT
Bu gün, 15:05 |
|
|
|
| • “TuranBank”ın borcları kəskin şəkildə artaraq 284 milyon manata çatıb
Bu gün, 15:00 |
|
|
|
| • Paşinyanın Avropa arzusu puç oldu: - Ermənistan yenə Rusiyanın "qapısını döyəcək"
Bu gün, 14:59 |
|
|
|
| • Ədliyyə Nazirliyinin qurumlarından - 4 YENİ TENDER
Bu gün, 14:57 |
|
|
|
| • Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərilib
Bu gün, 14:55 |
|
|
|
| • Generala yüksək vəzifə verildi - TƏYİNAT
Bu gün, 14:51 |
|
|
|
| • Keçmiş nazirdən vahid müəllim formasına etiraz: - "Vallah, gülməlidir”
Bu gün, 14:48 |
|
|
|
| • Pensiya almaq çətinləşəcək? - Azərbaycana dair MÜHÜM PROQNOZ
Bu gün, 14:45 |
|
|
|
| • Bu xəstəxanaya müvəqqəti rəhbər təyin olundu - FOTO
Bu gün, 14:43 |
|
|
|
| • Görün, millətə NƏ YEDİRİRLƏR... - FOTO
Bu gün, 13:12 |
|
|
|
| • Köçəryanın bloku “qollarını çırmaladı”: - Konstitisiya dəyişikliyinə qarşı
Bu gün, 13:05 |
|
|
|
| • Ləğv olunan dövlət şirkətinin 8,5 milyon manat vergi borcu var - TƏFƏRRÜAT
Bu gün, 13:01 |
|
|
|
| • “MJ Financial Services BOKT” – 2 MİLYON MANAT BORCLANIR
Bu gün, 12:56 |
|
|
|
| • Bakı–Tiflis–Bakı qatarlarında sərnişin tutumu artırılır - NƏHAYƏT...
Bu gün, 12:53 |
|
|
|
| • Makron Dəməşqdəki partlayışlardan sonra xəsarət almayıb - Yelisey sarayından AÇIQLAMA
Bu gün, 12:25 |
|
|
|
| • SOS: Cəlilabadda heyvanlar kütləvi qırılır - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 12:25 |
|
|
|
| • Erməni müxalifətindən Rusiyaya gözlənilməz İTTİHAM
Bu gün, 12:15 |
|
|
|
| • Aktrisadan Xalq artistinə DƏSTƏK: - “O sənəti olmayan istedadsızlar…”
Bu gün, 12:14 |
|
|
|
| • "Söhbət puldan düşəndə ayrılmışıq, hansısa rejissorun cibini doldurmaq üçün..."
Bu gün, 12:06 |
|
|
|
| • Qalmaqallı eks-direktorun işi Ali Məhkəmədə - DETALLAR
Bu gün, 12:02 |
|
|
|
| • Türkiyəyə zərbə, yoxsa... – Tarazlıq təhlükədə
Bu gün, 12:01 |
|
|
|
| • ABŞ-nin məşhur “çaypulu”su turistləri narahat edir – SSRİ-də qadağan edilmişdi
Bu gün, 11:55 |
|
|
|
| • Paşinyana qarşı məhkəmə iddiası qaldırıldı - KİV
Bu gün, 11:40 |
|
|
|
| • Boşandıqdan sonra başqası ilə evlənirmiş - Kürəkənin güllələnməsinin təfərrüatı
Bu gün, 11:38 |
|
|
|
| • Başçı rəssama olan borcunu icra nümayəndələrinə ÖDƏTDİRİR... - AXI NİYƏ?..
Bu gün, 11:30 |
|
|
|
| • Bu binada hərənin ən azı İKİ VƏZİFƏSİ VAR... - AY MAŞALLAH...
Bu gün, 11:25 |
|
|
|
| • "Lukoil"dən narazılıq: "Yanacağı az vururlar" - VİDEO
Bu gün, 11:15 |
|
|
|
| • Goranboyda Prezidentə yalan danışanlar kimlərdir? - Yeni çəkilən yol və körpü heç bir il dözmədi...
Bu gün, 11:04 |
|
|
|
| • Sabiq xanım deputata yeni vəzifə verildi - FOTO
Bu gün, 10:58 |
|
|
|
| • AZAL-ın Yay Təcrübə Proqramına müraciətlər 4 dəfədən çox artıb - FOTO
Bu gün, 10:56 |
|
|
|
| • "Güdün, görüm nə vaxta qədər güdəcəksiz?" - Firəngiz Mütəllimova ona yazılan mənfi rəylərdən danışdı
Bu gün, 10:53 |
|
|
|
| • Restorana sərxoş vəziyyətdə daxil olmaq istəyən şəxs mühafizəçini bıçaqladı - MƏHKƏMƏ
Bu gün, 10:47 |
|
|
|
| • Rüşvətlə vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxslərin istintaqı başa çatıb - TƏFƏRRÜAT
Bu gün, 10:46 |
|
|
|
| • Nazim Tahirovun FIRILDAQ ŞƏBƏKƏSİ: Nə yoğurdum, nə yapdım... HAZIR BİNA TAPDIM! - Aldadılmış iş adamı şok faktları açıqlayır
Bu gün, 10:45 |
|
|
|
| • Keçmiş icra başçının imzasını saxtalaşdıran eks-bələdiyyə əməkdaşı ilə bağlı QƏRAR
Bu gün, 10:18 |
|
|
|
| • Bilgəh Kardioloji Sanatoriyasındə dincələnlər üçün "LAQONDA" SİMFONİYASI... - NARAZILIQ VAR...
Bu gün, 10:12 |
|
|
|
| • Səhiyyə nazirinə yeni müavin təyin edilib - DOSYE
Bu gün, 09:57 |
|
|
|
| • Ağstafa rayonunda dövlət tenderlərini kimlər udur? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Bu gün, 09:54 |
|
|
|
| • “Qala Həyat”nın İdarə Heyətinə yeni təyinat olacaq - TƏDARÜK VAR...
Bu gün, 09:52 |
|
|
|
| • Bakıdan Kişinyova: Narışkin və Mehdiyevin bağlanan casus “evləri” - Agent şəbəkəsinin təmizlənməsi
Bu gün, 09:44 |
|
|
|
| • Bakı–Naxçıvan marşrutu üzrə aviareyslər bərpa olunub - DİQQƏT!
Bu gün, 09:38 |
|
|
|
| • Naxçıvanda BEYNƏLXALQ SƏVİYYƏLİ SAXTAKARLIQ! - SƏN DEMƏ...
Bu gün, 09:22 |
|
|
|
| • Enişdə olan Almaniya üçün Azərbaycan nümunəsi... - GƏLİŞMƏ
Bu gün, 08:28 |
|
|
|
| • "Qonşularımızdan bu məsələdə də geri qalırıq..." - partiya sədri
Bu gün, 08:25 |
|
|
|
| • "Nə vaxta qədər pul oğurlamağa davam edəcəksiniz?" - ETİRAZ VAR!
Bu gün, 08:21 |
|
|
|
| • ABŞ İranın Hörmüz boğazında kommersiya gəmilərinə raket hücumu etdiyini düşünür - "Axios"
Bu gün, 08:11 |
|
|
|
| • Ankara və İrəvan arasında görünməmiş yenilik: Hazırlıq başladı – Bakının qərarı…
Bu gün, 08:09 |
|
|
|
| • Savaşın xarakteri dəyişir, Qərb orduları geri qalır - NZZ
Bu gün, 08:06 |
|
|
|
| • Bakıdan Tiflisə gedən vətəndaş GERİ QAYIDA BİLMİR - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:04 |
|
|
|
| • NATO sammiti, yoxsa 256 illik məğlubiyyətin revanşı? - İNCƏLƏMƏ
Bu gün, 07:57 |
|
|
|
|