Azərbaycanda hakim özü-özünə etiraz etdi .....                     Zelenski Ankarada NATO sammitində Azərbaycana təşəkkür edib .....                     Bakıda məhbus həbsxanadan qaçdı: Əməliyyat keçirilir .....                     AZAL Qars şəhərinə uçuşlara başlayır .....                     Xaçınçay su anbarında çimmək tamamilə qadağandır .....                     "Restoran biznesi mənlik olmadı" .....                     Trampın “Ərdoğanı sevindirəcək addım” mesajı nə vəd edir? .....                     Bakıda məşhur restoranın ətrafında QALMAQAL .....                     Xanəndənin atası yol qəzasında öldü .....                     “Rabitəbank”ın Marketinq departamentinə yeni rəhbər təyin olunub .....                     “Azərbaycan Sənaye Sığorta”da yeni təyinat olub .....                     Hərbi əməliyyatlar müvəqqəti dayandırılıb .....                     Şəki Şəhər İcra Hakimiyyəti başçısına birinci müavin təyin olunub .....                     Monqolustandan Azərbaycana ət neçəyə gətirilir? .....                     Vaşinqton artıq Cənubi Qafqaza əvvəlki prizmadan baxmır .....                     "Arzum"un apellyasiyası gündəmdə: Məlikov ölümcül qəzadan yayına bilərdi? .....                     Biləsuvarda əmi qardaşı oğlunu vurdu, .....                     "Bakı-Tbilisi-Bakı qatarında ciddi qiymət endirimləri müzakirə olunmur" .....                     Naxçıvan Səhiyyə Nazirliyi LƏĞV OLUNMALIDIR! .....                     Ermənistan müxalifəti Paşinyanı devirmək üçün planını açıqladı: .....                     “Rusiya qazı kəsərsə, Azərbaycan variantı var” .....                     Yevlaxda 35 yaşlı kişi ögey qardaşını öldürdü: “Anamla məni hədələyirdi” .....                     “TuranBank”ın borcları kəskin şəkildə artaraq .....                     Paşinyanın Avropa arzusu puç oldu: .....                     Ədliyyə Nazirliyinin qurumlarından .....                     Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərilib .....                     Generala yüksək vəzifə verildi .....                     Keçmiş nazirdən vahid müəllim formasına etiraz: .....                     Pensiya almaq çətinləşəcək? .....                     Bu xəstəxanaya müvəqqəti rəhbər təyin olundu .....                     Görün, millətə NƏ YEDİRİRLƏR... .....                     Köçəryanın bloku “qollarını çırmaladı”: .....                     Ləğv olunan dövlət şirkətinin 8,5 milyon manat vergi borcu var .....                     “MJ Financial Services BOKT” .....                     Bakı–Tiflis–Bakı qatarlarında sərnişin tutumu artırılır .....                     Makron Dəməşqdəki partlayışlardan sonra xəsarət almayıb .....                     SOS: Cəlilabadda heyvanlar kütləvi qırılır .....                     Erməni müxalifətindən Rusiyaya gözlənilməz .....                     Aktrisadan Xalq artistinə DƏSTƏK: .....                     "Söhbət puldan düşəndə ayrılmışıq, hansısa rejissorun cibini doldurmaq üçün..." .....                 

“Rafael Cəbrayılov işi” "DALAN"DA... - Zərərçəkənlər istintaqın ləngliyindən narazıdırlar
Tarix: 21-01-2021, 11:50 | Çap et
“Rafael Cəbrayılov işi” "DALAN"DA...
Borclu olması səbəbindən deputat mandatını girov qoyması və çoxsaylı dələduzluq əməllərinə görə gündəmdən düşməyən Milli Məclisin keçmiş deputat Rafael Cəbrayılovdan şikayətçi olan vətəndaşların sayı artmaqdadır.

Rafael Cəbrayılovun külli miqdarda maddi zərər vurduğu şəxslərdən biri olan Bəhruz Məmmədov Yenicag.az-ın redaksiyasına müraciətində keçmiş deputatın “tor”una necə düşməsindən danışıb.

Bəhruz Məmmədov bildirib ki, dostu vasitəsilə Rafael Cəbrayılova 2 il əvvəl verdiyi pulu hələ də geri ala bilmir:

“Texniki Universitetdə təhsil alarkən müəllimim olmuş Fərhad Kərimov vasitəsi ilə Tibb Universitetinin daxili xəstəliklər kafedrasının dosenti vəzifəsində işləyən Mirəsgər Əsgərovla tanış olmuşam. Bu tanışlıq daha sonra dostluğa çevrilmişdi. Mirəsgər Əsgərov həkimdir. O, biləndə ki, əmimin nəvəsinin İqtisad Universitetində problemi var, dedi, dostum Rafael Cəbrayılov vasitəsi ilə tələbənin problemini həll edə bilərik.

Tələbənin atası ilə Mirəsgəri görüşdürdüm. Onların arasında pul sövdələşməsi olub. Amma mən bu işə müdaxilə etməmişəm. Mirəsgər görüşdə bildirdi ki, Rafael Cəbrayılovla danışmışam, 20 min manata məsələni həll edəcək. Görüşümüz Nəsmi rayonu ərazisindəki “Semaşko” xəstəxanasının yaxınlığında baş tutdu. Mirəsgər məni həmin ünvanda gözlədi, gedib 20 min manatı gətirib ona verdim.

Rafael Cəbrayılovla danışdı, “Gənclik” mehmanxanasının arxasındakı qızıl dükanları olan yerdə görüşdük. 03 mart 2019-cu ildə Mirəsgər Əsgərov avtomobildən düşdü və pulu aparıb Rafael Cəbrayılovun əyləşdiyi maşında ona təqdim etdi. Mirsəgər qayıdıb gəldi, bildirdi ki, narahat olma, hər şey yaxşı olacaq”.

Şikayətçinin sözlərinə görə, Rafael Cəbrayılov pulu alsa da, tələbənin problemini həll etməyib:

“Rafael Cəbrayılova zəng etdim. Birinci danışığımızda mənə dedi ki, o tələbə Mirsəgər tərəfindən deyilib, İqtisad Universitetinin rektoru Ədalət Muradova xahiş etmişəm, o tələbəyə kömək olunmalı idi. “Hələ də həll olunmayıb?”, – deyə sual verdi.

Bizdən bir həftə vaxt istədi. Müddət başa çatdıqda, ona zəng etdim, tələbinin probleminin həll olması üçün yenə vaxt istəyəndə, dedim, vaxt istəmirik, pulumuzu qaytarın. Cavab verdi ki, pulunuzu bir həftədən sonra Mirsəgərə verəcəm, o da sizə qaytaracaq.

Mirsəgər bir həftə sonra bizə dedi ki, ona pul verilməyib, Rafael Cəbrayılova zəng et. Cəbrayılova zəng edəndə dedi ki, gələn həftənin ikinci gününə qədər Mirsəgər səndən alınan əmanəti qaytarmasa, “Mütəşəkkil”ə (Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi – red.) deyəcəm, onun qulağından tutub, atsın içəri.

Növbəti dəfə zəng vuranda isə məni təhqir etdiyi üçün ona artıqlaması ilə cavab verdim. Bundan sonra zənglərimizə cavab vermədi. Tələbənin valideyini Rafael Cəbrayılova zəng edəndə ona bildirdi ki, mən pulu sizdən almamışam, Mirəsgər alıb, o da qaytaracaq.

Bu proseslər çirkinləşdikdə, Mirsəgərin qudası hal-hazırda Milli Məclis sədrinin müavinlərindən biri olan Fəzail İbrahimli ilə telefon əlaqəsi yaratdım. Fəzail İbrahimli bizimlə söhbətdə Rafael Cəbrayılovla bağlı çox sayda şikayətlərin olduğunu dedi. Mənə təklif etdi ki, problemin həlli üçün spiker Oktay Əsədovun qəbuluna düşüm. Ancaq spikerin qəbuluna getsəm də, onunla görüşə bilmədim.

Məcbur olub yenidən Fəzail İbrahimli ilə əlaqə saxladım. O bildirdi ki, bəli, Mirsəgər Əsgərov mənim qudamdır, ancaq o ailənin nicatı Mirsəgər Əsgərovun ölümündədir. Artıq biz onun əlindən boğaza yığılmışıq, bununla bağlı mənə zəng etmə.

Bundan sonra Mirsəgər Əsgərovun özünü Dövlət Təhülkəsizliyi Xİdmətinin əməkdaşı kimi təqdim edən oğlu İslam Əsgərovla telefon əlaqəsi yaratdım. O da məni təhdid edərək dedi ki, bir də onu narahat etsəm, cibimə nəşə atıb, tutduracaq. Mirsəgər Əsgərovun evinə getdim, onun həyat yoldaşı mənə dedi ki, bizim Rafael Cəbrayılova gücümüz çatmır”.

İş bi həddə çatdıqdan Bəhruz Məmmədov problemin həlli üçün hüquq-mühafizə orqanlarına üz tutub:

“Bütün materiallar toplanaraq Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərildi və araşdırılma başlanıldı. Araşdırma zamanı dediklərim tam sübuta yetrildiyi üçün və Mirsəgər Əsgərovon pulu bizdən alıb Rafael Cəbrayılova verməsinə dair 5 qəbz, Mirsəgər Əsgərovun səs yazısını və mesajlarını təqdim etdiyimə görə cinayət işi başlanıldı”.

Bununla belə, şikayətçi istintaqın çox ləng aparılmasından, dəyən maddi zərərin hələ də ödənilməməsindən narazıdır:

“İstintaq bir ilə yaxındır davam etsə də, nə Rafael Cəbrayılov, nə də Mirsəgər Əsgərov barəsində həbs qətimkan tədbiri seçilməyib, mənə və digər zərərçəkmişlərə dəyən zərər ödənilməyib. İstintaqı aparan baş müstəntiq Ceyhun Rzayev bu işdə süründüməçiliyə yol verir. Görünür, Rafael Cəbrayılovun deputat mandatını itirsə də, özünün təsir imkanlarını qoruyub saxlayıb. Rafael Cəbrayılov şəxsən özü telefonda mənə deyib ki, iki qızının Tibb Universitetini bitiriməsinə Mirsəgər Əsgərov kömək edib”.

Qeyd edək ki, son bir neçə ildə sabiq deputat Rafael Cəbrayılovun çoxsaylı dələduzluq əməlləri ilə bağlı mediada saysız-hesabsız materialların dərc edilməsinə baxmayaraq, geridə qalan müddət ərzində nə onun barəsində ciddi tədbir görülüb, nə də maddi ziyana uğrayan vətəndaşlara vurulan zərər ödənilib.

Çox maraqlıdır, Bəhruz Məmmədovun da qeyd etdiyi kimi, ortada konkret faktlar olduğu halda, istintaq çox anlaşılmaz qaydada təhqiqatı uzadır, bununla da keçmiş deputatın öz layiqli cəzasını alması və vətəndaşlara dəyən ziyanın ödənilməsini ləngidir.

Mövzunu davam etdirəcəyik.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda hakim özü-özünə etiraz etdi
Bu gün, 17:27
Zelenski Ankarada NATO sammitində Azərbaycana təşəkkür edib
Bu gün, 17:24
Bakıda məhbus həbsxanadan qaçdı: Əməliyyat keçirilir - 15 saylı cəzaçəkmə müəssisəsindən...
Bu gün, 17:21
AZAL Qars şəhərinə uçuşlara başlayır - DİQQƏT
Bu gün, 17:10
Xaçınçay su anbarında çimmək tamamilə qadağandır - Ekspertdən XƏBƏRDARLIQ
Bu gün, 17:01
"Restoran biznesi mənlik olmadı" - Eldəniz Məmmədov
Bu gün, 16:57
Trampın “Ərdoğanı sevindirəcək addım” mesajı nə vəd edir? - Türkiyə ilə bağlı ŞOK SSENARİ
Bu gün, 16:55
Bakıda məşhur restoranın ətrafında QALMAQAL - TƏFƏRRÜAT
Bu gün, 16:38
Xanəndənin atası yol qəzasında öldü
Bu gün, 16:29
“Rabitəbank”ın Marketinq departamentinə yeni rəhbər təyin olunub - DOSYE
Bu gün, 16:25
“Azərbaycan Sənaye Sığorta”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 16:23
Hərbi əməliyyatlar müvəqqəti dayandırılıb - Zülfüqarov
Bu gün, 16:22
Şəki Şəhər İcra Hakimiyyəti başçısına birinci müavin təyin olunub - FOTO
Bu gün, 16:16
Monqolustandan Azərbaycana ət neçəyə gətirilir? – MƏHSULLAR, QİYMƏTLƏR
Bu gün, 16:13
Vaşinqton artıq Cənubi Qafqaza əvvəlki prizmadan baxmır - ŞƏRH
Bu gün, 16:07
"Arzum"un apellyasiyası gündəmdə: Məlikov ölümcül qəzadan yayına bilərdi? - ARAŞDIRMA
Bu gün, 15:57
Biləsuvarda əmi qardaşı oğlunu vurdu, məhkəmə hökm çıxardı
Bu gün, 15:55
"Bakı-Tbilisi-Bakı qatarında ciddi qiymət endirimləri müzakirə olunmur" - ADY rəsmisi
Bu gün, 15:53
Naxçıvan Səhiyyə Nazirliyi LƏĞV OLUNMALIDIR! - ÇAĞIRIŞ...
Bu gün, 15:47
Ermənistan müxalifəti Paşinyanı devirmək üçün planını açıqladı: - Hərəkat başlayır
Bu gün, 15:24
“Rusiya qazı kəsərsə, Azərbaycan variantı var” - Miskaryan
Bu gün, 15:18
Yevlaxda 35 yaşlı kişi ögey qardaşını öldürdü: “Anamla məni hədələyirdi” - TƏFƏRRÜAT
Bu gün, 15:05
“TuranBank”ın borcları kəskin şəkildə artaraq 284 milyon manata çatıb
Bu gün, 15:00
Paşinyanın Avropa arzusu puç oldu: - Ermənistan yenə Rusiyanın "qapısını döyəcək"
Bu gün, 14:59
Ədliyyə Nazirliyinin qurumlarından - 4 YENİ TENDER
Bu gün, 14:57
Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərilib
Bu gün, 14:55
Generala yüksək vəzifə verildi - TƏYİNAT
Bu gün, 14:51
Keçmiş nazirdən vahid müəllim formasına etiraz: - "Vallah, gülməlidir”
Bu gün, 14:48
Pensiya almaq çətinləşəcək? - Azərbaycana dair MÜHÜM PROQNOZ
Bu gün, 14:45
Bu xəstəxanaya müvəqqəti rəhbər təyin olundu - FOTO
Bu gün, 14:43
Görün, millətə NƏ YEDİRİRLƏR... - FOTO
Bu gün, 13:12
Köçəryanın bloku “qollarını çırmaladı”: - Konstitisiya dəyişikliyinə qarşı
Bu gün, 13:05
Ləğv olunan dövlət şirkətinin 8,5 milyon manat vergi borcu var - TƏFƏRRÜAT
Bu gün, 13:01
“MJ Financial Services BOKT” – 2 MİLYON MANAT BORCLANIR
Bu gün, 12:56
Bakı–Tiflis–Bakı qatarlarında sərnişin tutumu artırılır - NƏHAYƏT...
Bu gün, 12:53
Makron Dəməşqdəki partlayışlardan sonra xəsarət almayıb - Yelisey sarayından AÇIQLAMA
Bu gün, 12:25
SOS: Cəlilabadda heyvanlar kütləvi qırılır - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 12:25
Erməni müxalifətindən Rusiyaya gözlənilməz İTTİHAM
Bu gün, 12:15
Aktrisadan Xalq artistinə DƏSTƏK: - “O sənəti olmayan istedadsızlar…”
Bu gün, 12:14
"Söhbət puldan düşəndə ayrılmışıq, hansısa rejissorun cibini doldurmaq üçün..."
Bu gün, 12:06
Qalmaqallı eks-direktorun işi Ali Məhkəmədə - DETALLAR
Bu gün, 12:02
Türkiyəyə zərbə, yoxsa... – Tarazlıq təhlükədə
Bu gün, 12:01
ABŞ-nin məşhur “çaypulu”su turistləri narahat edir – SSRİ-də qadağan edilmişdi
Bu gün, 11:55
Paşinyana qarşı məhkəmə iddiası qaldırıldı - KİV
Bu gün, 11:40
Boşandıqdan sonra başqası ilə evlənirmiş - Kürəkənin güllələnməsinin təfərrüatı
Bu gün, 11:38
Başçı rəssama olan borcunu icra nümayəndələrinə ÖDƏTDİRİR... - AXI NİYƏ?..
Bu gün, 11:30
Bu binada hərənin ən azı İKİ VƏZİFƏSİ VAR... - AY MAŞALLAH...
Bu gün, 11:25
"Lukoil"dən narazılıq: "Yanacağı az vururlar" - VİDEO
Bu gün, 11:15
Goranboyda Prezidentə yalan danışanlar kimlərdir? - Yeni çəkilən yol və körpü heç bir il dözmədi...
Bu gün, 11:04
Sabiq xanım deputata yeni vəzifə verildi - FOTO
Bu gün, 10:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru