SOCAR Kulevi Neft Terminalından nə qədər qazanır? .....                     Ermənistanda küçə mübarizəsi mütləq olacaq .....                     Rusiyadakı benzin böhranı Azərbaycana necə təsir edəcək? .....                     Azərbaycanda hakim özü-özünə etiraz etdi .....                     Zelenski Ankarada NATO sammitində Azərbaycana təşəkkür edib .....                     Bakıda məhbus həbsxanadan qaçdı: Əməliyyat keçirilir .....                     AZAL Qars şəhərinə uçuşlara başlayır .....                     Xaçınçay su anbarında çimmək tamamilə qadağandır .....                     "Restoran biznesi mənlik olmadı" .....                     Trampın “Ərdoğanı sevindirəcək addım” mesajı nə vəd edir? .....                     Bakıda məşhur restoranın ətrafında QALMAQAL .....                     Xanəndənin atası yol qəzasında öldü .....                     “Rabitəbank”ın Marketinq departamentinə yeni rəhbər təyin olunub .....                     “Azərbaycan Sənaye Sığorta”da yeni təyinat olub .....                     Hərbi əməliyyatlar müvəqqəti dayandırılıb .....                     Şəki Şəhər İcra Hakimiyyəti başçısına birinci müavin təyin olunub .....                     Monqolustandan Azərbaycana ət neçəyə gətirilir? .....                     Vaşinqton artıq Cənubi Qafqaza əvvəlki prizmadan baxmır .....                     "Arzum"un apellyasiyası gündəmdə: Məlikov ölümcül qəzadan yayına bilərdi? .....                     Biləsuvarda əmi qardaşı oğlunu vurdu, .....                     "Bakı-Tbilisi-Bakı qatarında ciddi qiymət endirimləri müzakirə olunmur" .....                     Naxçıvan Səhiyyə Nazirliyi LƏĞV OLUNMALIDIR! .....                     Ermənistan müxalifəti Paşinyanı devirmək üçün planını açıqladı: .....                     “Rusiya qazı kəsərsə, Azərbaycan variantı var” .....                     Yevlaxda 35 yaşlı kişi ögey qardaşını öldürdü: “Anamla məni hədələyirdi” .....                     “TuranBank”ın borcları kəskin şəkildə artaraq .....                     Paşinyanın Avropa arzusu puç oldu: .....                     Ədliyyə Nazirliyinin qurumlarından .....                     Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərilib .....                     Generala yüksək vəzifə verildi .....                     Keçmiş nazirdən vahid müəllim formasına etiraz: .....                     Pensiya almaq çətinləşəcək? .....                     Bu xəstəxanaya müvəqqəti rəhbər təyin olundu .....                     Görün, millətə NƏ YEDİRİRLƏR... .....                     Köçəryanın bloku “qollarını çırmaladı”: .....                     Ləğv olunan dövlət şirkətinin 8,5 milyon manat vergi borcu var .....                     “MJ Financial Services BOKT” .....                     Bakı–Tiflis–Bakı qatarlarında sərnişin tutumu artırılır .....                     Makron Dəməşqdəki partlayışlardan sonra xəsarət almayıb .....                     SOS: Cəlilabadda heyvanlar kütləvi qırılır .....                 

Məhbuslar taleyin ümidinə buraxılıb? - NARAZILIQ!
Tarix: 6-01-2021, 10:50 | Çap et
Məhbuslar taleyin ümidinə buraxılıb?
Azərbaycanda cəzaçəkmə müəssisələrində məhkumlar arasında koronavirusa yoluxma hallarının kəskin artdığı bildirilir. Nardaran hadisələrinə görə həbsdə olan Ağəli Yəhyayevin bacısı Elnarə Eldar AzadlıqRadiosuna həbs yerlərində vəziyyətin gərgin olduğunu bildirib. Onun sözlərinə görə, söhbət təkcə qardaşının saxlandığı 1 saylı Cəzaçəkmə Müəssisəsindən getmir: "Başqa cəzaçəkmə müəssisələrində saxlanılan məhbusların yaxınlarıyla da əlaqəm var. Onlardan eşitdiklərim, öz bildiklərim də göstərir ki, vəziyyət acınacaqlıdır".

E.Eldar virus daşıyıcısı olan məhkumların təcrid olunmadığını, nəticədə digərlərinə də yoluxduğunu deyir. Onun bildirdiyinə görə, vəziyyəti çox ağırlaşan məhkumlar Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürülür.

"Məndə olan məlumata görə, məhkumlar arasında koronavirusdan xeyli sayda vəfat edənlər var. Bəzi cəzaçəkmə müəssisələrində məhbuslar xəstəliyi elə müəssisənin daxilində - başqa dustaqlarla təmasda ola-ola keçirirlər. Nəticədə virus daha çox yayılır. Lap ağır xəstələri "tubzon"a köçürürlər. Məhkumlar arasında şəkərli diabet xəstələri çoxdur, onlar da koronavirus məsələsində risk qrupuna daxildir. Bu üzdən ölüm sayı da çoxdur", – E.Eldar belə deyir.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, məhkumların müayinə və müalicəsi Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin həkimlərinin səlahiyyətindədir. Onlar da kimliyindən asılı olmayaraq, cəzaçəkmə müəssisələrindəki hər bir məhkuma ehtiyac olduğu halda tibbi yardım göstərirlər: "İstənilən halda, ola bilməz ki, məhkumun müayinəyə, müalicəyə ehtiyacı olsun, amma ona tibbi yardım göstərilməsin. Çünki hər bir məhkumun sağlam olması, virusun yayılmaması Penitensiar Xidmət olaraq bizim də, Tibb Baş İdarəsinin də marağındadır. Ona görə də hansısa məhkumun səhhətində problem yaranan kimi dərhal zəruri addımlar atılır".

Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov da virusa yoluxan məhkumlara vaxtında lazımi tibbi yardım göstərilməməsi haqda iddiaları təkzib edib.

İ.Qurbanov AzadlıqRadiosuna bildirib ki, hazırda heç bir cəzaçəkmə müəssisəsində epidemioloji baxımdan gərgin mühit yoxdur. Rəis müavininin sözlərinə görə, əksinə, koronavirusa yoluxma hallarıyla bağlı cəmiyyətdəki azalma tempi həbs yerlərində də müşahidə olunur.

"Virusa yoluxma halı aşkar edildikdə dərhal şəxs müalicəyə cəlb olunur. Hətta profilaktik müayinələr üçün nümunələr götürülür ki, xəstəlik varsa da, vaxtında aşkarlansın. Bütün lazımi tədbirlər müntəzəm aparılır, profilaktik işlər həyata keçirilir. Bütün bu işlər həm Ədliyyə Nazirliyinin, həm Penitensiar Xidmətin, həm də Tibb Baş İdarəsinin nəzarətindədir", - İ.Qurbanov bildirib.

Rəis müavini məhkumlar arasında koronavirusa yoluxma hallarıyla bağlı statistika aparıldığını söyləsə də, rəqəmi açıqlamayıb.

Hüquq müdafiəçisi Anar Məmmədli deyir ki, Azərbaycandakı həbsxana, cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarının əksəriyyətində saxlanma şəraiti çox pisdir. Onun sözlərinə görə, məhkumlara verilən yeməklərin keyfiyyəti aşağıdır, sanitar-gigiyenik normalara əməl olunmur. Üstəlik, hər bir müəssisədə məhkumların sayının da normadan xeyli artıq olduğunu deyən hüquq müdafiəçisi belə bir şəraitdə virusun yayılma riskinin də daha çox olduğunu vurğulayıb.

A.Məmmədlinin fikrincə, hazırda çıxış yollarından biri amnistiya və ya əfv sərəncamı vasitəsilə məhkumların sayının azaldılmasıdır: "Vətəndaşı riskə atmağın, təhlükə altında saxlamağın heç bir mənası yoxdur. İndiki vəziyyətdə Amnistiya aktının qəbul olunması məqsədəuyğundur".

Yanvarın 4-nə olan məlumata görə, Azərbaycanda indiyədək ümumilikdə 220 min 599 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 196 min 734 nəfər sağalıb, 2 min 761 nəfər vəfat edib, aktiv xəstə sayı 21 min 104 nəfərdir.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
SOCAR Kulevi Neft Terminalından nə qədər qazanır? - DETALLAR
Bu gün, 18:02
Ermənistanda küçə mübarizəsi mütləq olacaq - Samvel Karapetyan
Bu gün, 17:48
Rusiyadakı benzin böhranı Azərbaycana necə təsir edəcək? - MÜHÜM NÜANSLAR
Bu gün, 17:32
Azərbaycanda hakim özü-özünə etiraz etdi
Bu gün, 17:27
Zelenski Ankarada NATO sammitində Azərbaycana təşəkkür edib
Bu gün, 17:24
Bakıda məhbus həbsxanadan qaçdı: Əməliyyat keçirilir - 15 saylı cəzaçəkmə müəssisəsindən...
Bu gün, 17:21
AZAL Qars şəhərinə uçuşlara başlayır - DİQQƏT
Bu gün, 17:10
Xaçınçay su anbarında çimmək tamamilə qadağandır - Ekspertdən XƏBƏRDARLIQ
Bu gün, 17:01
"Restoran biznesi mənlik olmadı" - Eldəniz Məmmədov
Bu gün, 16:57
Trampın “Ərdoğanı sevindirəcək addım” mesajı nə vəd edir? - Türkiyə ilə bağlı ŞOK SSENARİ
Bu gün, 16:55
Bakıda məşhur restoranın ətrafında QALMAQAL - TƏFƏRRÜAT
Bu gün, 16:38
Xanəndənin atası yol qəzasında öldü
Bu gün, 16:29
“Rabitəbank”ın Marketinq departamentinə yeni rəhbər təyin olunub - DOSYE
Bu gün, 16:25
“Azərbaycan Sənaye Sığorta”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 16:23
Hərbi əməliyyatlar müvəqqəti dayandırılıb - Zülfüqarov
Bu gün, 16:22
Şəki Şəhər İcra Hakimiyyəti başçısına birinci müavin təyin olunub - FOTO
Bu gün, 16:16
Monqolustandan Azərbaycana ət neçəyə gətirilir? – MƏHSULLAR, QİYMƏTLƏR
Bu gün, 16:13
Vaşinqton artıq Cənubi Qafqaza əvvəlki prizmadan baxmır - ŞƏRH
Bu gün, 16:07
"Arzum"un apellyasiyası gündəmdə: Məlikov ölümcül qəzadan yayına bilərdi? - ARAŞDIRMA
Bu gün, 15:57
Biləsuvarda əmi qardaşı oğlunu vurdu, məhkəmə hökm çıxardı
Bu gün, 15:55
"Bakı-Tbilisi-Bakı qatarında ciddi qiymət endirimləri müzakirə olunmur" - ADY rəsmisi
Bu gün, 15:53
Naxçıvan Səhiyyə Nazirliyi LƏĞV OLUNMALIDIR! - ÇAĞIRIŞ...
Bu gün, 15:47
Ermənistan müxalifəti Paşinyanı devirmək üçün planını açıqladı: - Hərəkat başlayır
Bu gün, 15:24
“Rusiya qazı kəsərsə, Azərbaycan variantı var” - Miskaryan
Bu gün, 15:18
Yevlaxda 35 yaşlı kişi ögey qardaşını öldürdü: “Anamla məni hədələyirdi” - TƏFƏRRÜAT
Bu gün, 15:05
“TuranBank”ın borcları kəskin şəkildə artaraq 284 milyon manata çatıb
Bu gün, 15:00
Paşinyanın Avropa arzusu puç oldu: - Ermənistan yenə Rusiyanın "qapısını döyəcək"
Bu gün, 14:59
Ədliyyə Nazirliyinin qurumlarından - 4 YENİ TENDER
Bu gün, 14:57
Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərilib
Bu gün, 14:55
Generala yüksək vəzifə verildi - TƏYİNAT
Bu gün, 14:51
Keçmiş nazirdən vahid müəllim formasına etiraz: - "Vallah, gülməlidir”
Bu gün, 14:48
Pensiya almaq çətinləşəcək? - Azərbaycana dair MÜHÜM PROQNOZ
Bu gün, 14:45
Bu xəstəxanaya müvəqqəti rəhbər təyin olundu - FOTO
Bu gün, 14:43
Görün, millətə NƏ YEDİRİRLƏR... - FOTO
Bu gün, 13:12
Köçəryanın bloku “qollarını çırmaladı”: - Konstitisiya dəyişikliyinə qarşı
Bu gün, 13:05
Ləğv olunan dövlət şirkətinin 8,5 milyon manat vergi borcu var - TƏFƏRRÜAT
Bu gün, 13:01
“MJ Financial Services BOKT” – 2 MİLYON MANAT BORCLANIR
Bu gün, 12:56
Bakı–Tiflis–Bakı qatarlarında sərnişin tutumu artırılır - NƏHAYƏT...
Bu gün, 12:53
Makron Dəməşqdəki partlayışlardan sonra xəsarət almayıb - Yelisey sarayından AÇIQLAMA
Bu gün, 12:25
SOS: Cəlilabadda heyvanlar kütləvi qırılır - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 12:25
Erməni müxalifətindən Rusiyaya gözlənilməz İTTİHAM
Bu gün, 12:15
Aktrisadan Xalq artistinə DƏSTƏK: - “O sənəti olmayan istedadsızlar…”
Bu gün, 12:14
"Söhbət puldan düşəndə ayrılmışıq, hansısa rejissorun cibini doldurmaq üçün..."
Bu gün, 12:06
Qalmaqallı eks-direktorun işi Ali Məhkəmədə - DETALLAR
Bu gün, 12:02
Türkiyəyə zərbə, yoxsa... – Tarazlıq təhlükədə
Bu gün, 12:01
ABŞ-nin məşhur “çaypulu”su turistləri narahat edir – SSRİ-də qadağan edilmişdi
Bu gün, 11:55
Paşinyana qarşı məhkəmə iddiası qaldırıldı - KİV
Bu gün, 11:40
Boşandıqdan sonra başqası ilə evlənirmiş - Kürəkənin güllələnməsinin təfərrüatı
Bu gün, 11:38
Başçı rəssama olan borcunu icra nümayəndələrinə ÖDƏTDİRİR... - AXI NİYƏ?..
Bu gün, 11:30
Bu binada hərənin ən azı İKİ VƏZİFƏSİ VAR... - AY MAŞALLAH...
Bu gün, 11:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru