"İndi efirdə olan müğənniləri əvvəllər pulla da verilişə buraxmırdılar" .....                     Putin üçün BRİKS və: Kremlin niyyətinin baş tutmadığı sammit .....                     “Yaxın zamanda sülh müqaviləsinə şahid ola bilərik” .....                     "Bu təşəbbüs Ermənistanın Baş naziri tərəfindən irəli sürülüb" .....                     Azərbaycan güləşçisi dünya çempionu olub .....                     Pul ödəməyənlər tibbi sığortadan istifadə etməyəcək? .....                     "Bizimlə münasibətdə olan hər bir ölkə rəhbərliyi görür ki, Azərbaycan sülh tərəfdarıdır" .....                     Şarl Mişel Azərbaycanı haqlı çıxardı .....                     Bakıda 88 yaşlı MTK sədri elektron qolbağda gəzəcək .....                     “Ermənistanın silahlanması fonunda ata biləcəyimiz yeganə addım budur ki...” .....                     Avropa Parlamentinin addımları Cənubi Qafqazda sabitliyi pozmaq cəhdidir .....                     Zelenski Quterreşin Kiyevə səfər istəyini qəbul etməyib .....                     “Avropa Parlamentinin qətnaməsi kağız parçasıdır” .....                     Şoltsun Putinlə gizli ittifaqı? .....                     Pulunu banka qoyan vətəndaş indi onu geri ala bilmir .....                     Bakıdakı separatçılarla bağlı yeni təklif: beynəlxalq tribunala çıxarılsınlar! .....                     Mərhum Tağı Əhmədovun oğlunun verdiyi QƏRAR DA LƏĞV OLUNDU .....                     Əliyev bu sənədi niyə Kazan görüşündən sonra imzaladı? .....                     Peter Mixalko XİN-ə çağırılıb, etiraz notası təqdim edilib .....                     Tramp Harrislə savaşır: Bakının məsələyə nə dəxli var? .....                     İqtisadi Zonaların İnkişafı Agentliyinin sədr müavini .....                     Bu il Azərbaycanda 30 məktəb şagirdi məhkum olunub .....                     Ararat Mirzoyan COP29-a dəvət alıb .....                     "MƏNİ KƏND SIXIR" DEYİB, ƏRİNİ TƏRK ETDİ... .....                     Bakıda ər arvadının intim videolarını aşkar etdi: “Sənin yox, onun arvadıyam...” .....                     Bakıda şirkət rəhbəri həbs edildi .....                     QARABAĞ QAZİSİ MADDİ İMKANSIZLIQ SƏBƏBİNDƏN ƏMƏLİYYAT OLUNA BİLMİR .....                     "Qısa zamanda sülh müqaviləsi imzalana bilər” .....                     Ermənistan prezidentinin iqamətgahı yaxınlığında mitinq keçirilir .....                     Ali məktəblərdə hansı ixtisaslar ləğv edilməlidir? .....                     Kərki ilə Qazaxın 3 kəndini nə vaxt qaytarırsınız, Nikol Paşinyan?! .....                     Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası davam edir .....                     Sabunçu rayonunda qaçırdıqları avtomobillə oğurqluqlara gedən iki qardaş saxlanılıb .....                     Paşinyan COP29-da iştirak üçün dəvət alıb .....                     ABŞ-ın məşhur biznes jurnalı “Fortune”də məşhur azərbaycanlı İŞ ADAMI... .....                     DEM partiyasının baş ofisinə hücum olub .....                     Ermənistan ərazi iddialarından rəsmən əl çəkməlidir .....                     Ermənistan prezidenti Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlamenti təsdiqləyib .....                     “Avropa liderləri İlham Əliyevdən dərs almalıdırlar" .....                     DİQQƏT! Avtomobil suya düşərsə, necə xilas ola bilərik? .....                 

İcra şöbəsindən məhkəmə qərarına hörmətsizlik - NARAZILIQ!
Tarix: 24-12-2020, 11:40 | Çap et
İcra şöbəsindən məhkəmə qərarına hörmətsizlik
Bugünlərdə redaksiyamızın elektron ünvanına Məhdud Məsuliyyətli “Firavan” Kredit İttifaqının İdarə Heyətinin sədri Faiq Nəcəfov tərəfindən şikayət məktubu daxil olub. Qeyd edək ki, həmin müraciətin bir nüsxəsi ədliyyə naziri Fikrət Məmmədova ünvanlanıb.

Beləliklə, şikayət ərizəsində deyilir ki, Salyan Rayon Məhkəməsinin 2(057)-160 6/2016 saylı 5 iyul 2016-cı il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Ələsgər Əvəzağa oğlu Mehdiyev tərəfindən “Firavan” Kredit İttifaqına 20 min manat vəsaitin ödənilməsi bu günədək icra edilməyib: “2017-ci ildə Ədliyyə Nazirliyinin “qaynar xətt”inə bir neçə dəfə bu barədə şikayət etmişəm. Təəssüf ki, qanunlara zidd olaraq, şikayətimi şikayətçi olduğum şəxslərə yönəldərək, guya hesabıma vəsaitin ödənildiyini mənə cavab olaraq bildirmişlər. O zaman Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəhbəri olan Nurəddin Mustafayevin qəbulunda iki dəfə olmuşam. Nurəddin Mustafayev günahkar şəxslər barəsində ciddi tədbir görəcəyini vəd etsə də, nəticəsi olmamışdır”.

“Gülməli isə odur ki, gah yazırlar hesabıma pul köçürdüblər, gah da yazırlar ki, hesab təqdim etməmişəm”

Bütün müraciətlərinin Salyan Rayon İcra və Probasiya şöbəsinin rəisi Ağahüseyn Qulam oğlu Fərzəliyevlə əlbir olan Şirvan Regional Ədliyyə İdarəsinin rəisi, bələdiyyələrin qənimi kimi ad qazanan Nizami Əli oğlu Hüseynova yönəldildiyini vurğulayan Faiq Nəcəfovun sözlərinə görə, bu dəfə də ona şablon cavab verilib: “Şablon cümlələrlə cavablar göndərərək, guya hesabıma 243 manat ödənildiyi və borclunun 500 manat cərimələndiyini bildirmişlər. Gülməli isə odur ki, gah yazırlar hesabıma pul köçürdüblər, gah da yazırlar ki, hesab təqdim etməmişəm. Hesabıma pul daxil olmadığından Nurəddin Mustafayevə yenidən müraciətim onun heç xoşuna gəlməsə də o, günahkar şəxslərin cəzalandırılacağına, borclunun əmək haqqından hər ay 50 faiz tutularaq hesabıma köçürüləcəyini vəd versə də, mənə aydın oldu ki, neçə ki, bu üçlük təşkil edən oliqarxların əlləri birgə bala batıb nəticə olmayacaq. Və mən nə zamansa ədalətin bərpa olunacağına inanaraq, üçlüyün layiqli cavablarını alacağı günü gözlədim. Bu ilin dekabr ayında Nurəddin Mustafayevin vəzifəsindən azad edildiyini öyrənib, nəhayət, ədalətin bərpa olunduğuna inanaraq yenidən Salyan rayon icra bölməsinə 02.11.2020-ci il tarixili 04 saylı məktubla müraciət etdim. Borcludan 8 min manat tutulduğunu, aylıq tutulmanı istədikləri kimi, yəni istədikləri aylar saxladıqlarını, 50 faizdən 25 faizə saldıqları barədə məlumat əldə etdiyimdən, məktuba hesabı bir daha əlavə edərək, vəsaiti hesabıma köçürməklərini və aylıq tutulmalarla bağlı müraciət etdim. Vətəndaşların müraciətlərinə baxılması və kargüzarlıq haqqında qaydaları kobud şəkildə pozan “məmur”lar yenidən öz ampluasında olduğundan İcra Baş İdarəsinə müraciət etdim. Komutatora (0124 4047171) cavab verən xanım rəhbərliyin vaxtı olmadığını bildirib, rayonun kuratoru olan Günel Hacıyeva ilə əlaqə yaratdı. Xanım Hacıyeva şikayəti dinləyib, rayonla əlaqə saxladıqdan sonra rayona müraciət etmədiyimi bildirdi. Mən isə Hacıyevadan elektron poçtunu öyrənib ona məktubu və hesabı qəbul etdiklərini imzaları ilə təsdiqlədiklərini göndərdim”.

Faiq Nəcəfov ədliyyə naziri Fikrət Məmmədova müraciət edərək, məsələnin araşdırılıb günahkar şəxslərin qanun qarşısında cavab vermələri üçün müvafiq tədbirlərin görülməsini xahiş edir

Bundan sonra Günel Hacıyevanın həftənin sonunadək ödəniş olmasa, yenidən ona müraciət etməyi məsləhət gördüyünü qeyd edən “Firavan” Kredit İttifaqının İdarə Heyətinin sədri bildirib ki, növbəti həftə ödəniş olmadığından yenidən müraciət etmək məcburiyyətində qalıb: “Hacıyeva maliyyə idarəsinin problem yaratdığını bildirdikdə rayon maliyyə idarəsi ilə əlaqə saxladım. İcraçı Vüqara sənədləri maliyyəyə göndərmədiyini dedikdə növbəti gün göndərəcəyini bildirsə də, sonradan telefon zənglərimə cavab vermədi. Beləliklə də o, bu günədək maliyyə idarəsinə ödəniş üçün sənədləri təqdim etməyərək, Baş İdarəni də aldatmasından bezərək, ədliyyə nazirinə müraciət etməli oldum”. Bu cür məmurların, vəzifə sahiblərinin vətəndaşları dövlətdən narazı saldıqlarını deyən Faiq Nəcəfov bir daha qəzetimiz vasitəsiylə ədliyyə naziri Fikrət Məmmədova müraciət edərək, məsələnin araşdırılıb günahkar şəxslərin qanun qarşısında cavab vermələri üçün müvafiq tədbirlərin görülməsini xahiş edir.

“Əlimizdə heç bir əsas olmadan müəssisəyə çatacaq pulu ona versək, sabah boğazımızdan yapışıb deyəcəklər ki, siz nə əsasla məhkəmə qərarını pozubsunuz, vəzifə səlahiyyətini aşıbsınız”

Biz isə “Hürriyyət” olaraq öz növbəmizdə, “Firavan” Kredit İttifaqının İdarə Heyətinin sədrinin müraciətində adıçəkilən Salyan Rayon İcra və Probasiya şöbəsinin rəisi Ağahüseyn Fərzəliyevlə əlaqə saxlayıb, ona bir neçə sual ünvanlamaqla məsələyə aydınlıq gətirməyə çalışdıq. İlk öncə onu qeyd edək ki, nə qədər qəribə olsa da, Ağahüseyn Fərzəliyev “Hürriyyət”ə açıqlamasında Faiq Nəcəfovun “Firavan” Kredit İttifaqının İdarə Heyətinin sədri olmadığını bildirdi: “O, İdarə Heyətinin sədri deyil, gərək düz müraciət etsin. Məhkəmə qərarı var və orada tələbkar Faiq Nəcəfov yox, “Firavan” Məhdud Məsuliyyətli Cəmiyyətdir. Faiq Nəcəfov deyir ki, mən oranın üzvüyəm. Üzv olmaq o demək deyil ki, müəssisəyə çatacaq pul ona verilməlidir. Ona deyildi ki, get məhkəmədən əlavə qərar al ki, pul sənə verilsin. Hazırda 10 minə yaxın pul yığılıb depozitdə qalıb. Müəssisənin isə hesabı bağlanıb, yoxdur. Biz müəssisənin pulunu başqa şəxsə verə bilmərik. Bundan başqa, o, sədr belə olsa, burda tələbkar hüquqi şəxs – müəssisədir. Məhkəmə də qərar verib ki, pul alınıb hüquqi şəxsə verilsin. Sədr isə istənilən şəxs ola bilər. Buna görə də əlimizdə heç bir əsas olmadan müəssisəyə çatacaq pulu ona versək, sabah boğazımızdan yapışıb deyəcəklər ki, siz nə əsasla məhkəmə qərarını pozubsunuz, vəzifə səlahiyyətini aşıbsınız”.

“04/11-10471 saylı 21.06.2017-cı il tarixli məktubla İcra Baş İdarəsinin rəisi Nurəddin Mustafayevin imzası ilə İttifaqın şikayətinə cavab olaraq bildirilib ki, borclunun pensiyasından hər ay 50 faiz tutulması üçün borcunun iş yerinə müraciət olunub. Bəs nə üçün və nə zaman aylıq tutulmanı 50 faizdən 25 faizə endirmisiniz?” sualını cavablandıran Ağahüseyn Fərzəliyev bunu Salyan Rayon İcra və Probasiya şöbəsinin müəyyən etdiyini dedi: “Onu biz müəyyən edirik, araşdırırıq ki, bunu neçə faiz etmək olar. Pandemiya dövrünü, həmin şəxsin ürək xəstəsi olmasını, dərmanla yaşamasını nəzərə alıb, 25 faiz deyil, 30 faiz müəyyən etmişik. Biz hər şeyi qanun daxilində etmişik. Bizim burda nə marağımız var?! Biri pul alıb, digəri isə pul verib. Burda bizlik nə var?!”

Ağahüseyn Fərzəliyev “İddia edilir ki, tələbkarın vəkilinə və səlahiyyətli nümayəndələrinə işlə tanış olmağa şərait yaratmırsınız. Bu, doğrudur?” sualını cavablandırarkən, bunun həqiqətə uyğun olmadığını qeyd etdi: “Belə bir şey yox. Lap özü gəlsin, nə sənəd istəyirsə çıxarıb “kopya”sını verək. Vəkili, özü, kim istəyirsə gəlsin, bütün sənədlərin surətini verək. Qanun buna icazə verir. Sadəcə olaraq, onun tələbi əsassızdır. Dəfələrlə nazirliyə, baş idarəyə gedib və biz onlara demişik ki vəziyyət belədir. Deyiblər ki, siz düz edirsiniz, çünki o, tələbkar deyil. Ona başa saldıq ki, məhkəməyə gedib əlavə qərar al ki, müəssisənin hesabı ləğv olunub, onun yiyəsi mənəm, qərar verin ki, həmin pul mənə verilsin. Sonra həmin qərarı gətirib versin, biz də pulu onun hesabına köçürək”.

Salyan Rayon İcra və Probasiya şöbəsinin rəisi Ağahüseyn Fərzəliyevə və Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi İlqar Cəfərova müraciətin də heç bir nəticəsi olmayıb

Bu arada, 02.11.2020-ci il tarixdə Salyan Rayon İcra və Probasiya şöbəsinin rəisi Ağahüseyn Fərzəliyevə və Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi İlqar Cəfərova rəsmi qaydada müraciət etdiyini vurğulayan “Firavan” Kredit İttifaqının İdarə Heyətinin sədri Faiq Nəcəfov isə Salyan Rayon İcra və Probasiya şöbəsinə iki dəfə vəkil göndərdiyini, lakin onlara işlə tanış olmağa imkan verilmədiyini bildirdi: “Həmin məktubda deyilir ki, Salyan Rayon Məhkəməsinin 2(057)-160 6/2016 saylı 5 iyul 2016-cı il tarixli qərarı Salyan Rayon İcra və Probasiya şöbəsi tərəfindən icra edilməyib. İcra şöbəsində olan vəkilimizə də sənədlərlə tanış olmağa imkan verilməyib. Bu isə “İcra haqqında” Qanunun 29-cu maddəsinin kobud surətdə pozulmasıdır. Belə ki, Qanunun 29-cu maddəsinə əsasən bizim icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək, bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrimizi bildirmək, icrada iştirak edən şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən şikayət etmək hüququmuz var. Odur ki, 02.11.2020-ci il tarixdə ünvanlanan məktubda Salyan Rayon İcra və Probasiya şöbəsinin rəisi Ağahüseyn Fərzəliyev və Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi İlqar Cəfərovdan, Salyan şəhər sakini, cavabdeh Ələsgər Əvəzağa oğlu Mehdiyevdən Məhdud Məsuliyyətli “Firavan” Kredit İttifaqının iddiası əsasında, məhkəmə qərarı ilə tutulmuş vəsaitlərin məbləği haqqında aylar üzrə məlumatların verilməsini, eyni zamanda tutulmuş vəsaitlərin məktubda əlavə olunmuş hesablaşma hesabına köçürülməsini xahiş etmişəm. Lakin bunun heç bir nəticəsi olmayıb”.

“Fəaliyyəti dayandırılmış müəssisə, şirkət və ya MMC-nin isə bütün əmlakı onun qanuni təmsilçisinə aiddir”

Məsələ ilə bağlı dəfələrlə Ağahüseyn Fərzəliyevlə danışdığını deyən Faiq Nəcəfovun sözlərinə görə, bu zaman müxtəlif bəhanələrlə rastlaşıb: “Vəlikdən başqa, “Firavan” Kredit İttifaqının rayondakı nümayəndəsini də Salyan Rayon İcra və Probasiya şöbəsinə göndərmişəm, lakin ona da işlə tanış olmağa imkan verilməyib. Hər dəfə müxtəlif bəhanələrlə qarşılammışıq. Gah deyiblər ki, icraçı burda yoxdur, gah deyirlər xəstədir, işə çıxmır və s. Burdan rayona gedən vəkil orda günlərlə, həftələrlə gözləyə bilməz, axı. Əgər icraçı yoxdursa, sonra rəsmi məktubla göndərsin, sorğulara cavab versin. Bir qədər öncə qeyd etdiyim kimi, 02.11.2020-ci il tarixdə Salyan Rayon İcra və Probasiya şöbəsinin rəisi Ağahüseyn Fərzəliyevə və Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi İlqar Cəfərova məktubla müraciət etmişəm. “Kargüzarlıq haqqında” Qanuna və digər qanunvericiliyə əsasən, məktub, ərizə və şikayətlərə baxılma müddəti maksimum bir aydır. Lakin qeyd etdiyim məktubun göndərilməsindən artıq 1 ay 22 gün keçir. Buna baxmayaraq, hələ də məktuba, bizim rəsmi sorğumuza cavab vermirlər. Bu isə artıq işlə tanış olmamağa şərait yaratmamaqdır. Hesabla bağlı məsələyə gəlincə, indiyə qədər bu problemi demirdilər. Bir qədər əvvəl də bildirdiyim kimi, bununla bağlı Ədliyyə Nazirliyinin kuratoru Günel Hacıyeva ilə danışmışam. O dedi ki, siz “Firavan” Kredit İttifaqında qanuni təmsilçi olduğunuzu təsdiqləyən reyestri göndərin və biz də onun əsasında ödənişi təmin edəcəyik. Lakin bundan sonra “bu gün ödəyəcəyik”, “tapşırmışam, həftənin axırına qədər ödəyəcəyik” və bu kimi digər bahənələrlə qarşılaşdım. Bundan sonra Salyan Rayon İcra və Probasiya şöbəsində Vüqar adlı icraçı ilə danışmışam. O deyib ki, reyestri göndər, mən onu Maliyyə İdarəsinə göndərim. Çünki Maliyyə İdarəsi deyir ki, onsuz pulu buraxa bilmərik. Maliyyə İdarəsinin müdiri Samir müəllimlə, onun müavini Şərif müəllimlə də danışmışam. Onlar deyiblər ki, heç bir problem yoxdur, əgər siz qanuni təmsilçisinizsə, pulu hesabınıza köçürə bilərik. Eyni sözü, Ədliyyə Nazirliyinin kuratoru da təsdiqləyib. Bundan başqa, onu da bildirim ki, 4 il öncə də Salyan Rayon İcra və Probasiya şöbəsinə şəxsi hesabımı vermişdim. Onlar isə rəsmi məktub yazıblar ki, hesabınıza 243 manat pul köçürtmüşük. Bu gün isə Ağahüseyn Fərzəliyev deyir ki, heç bir əsas olmadan müəssisəyə çatacaq pulu mənim hesabıma köçürə bilməzlər. Bu halda, nədən o zaman məktub göndərərək, hesabıma 243 manatın köçürüldüyünü bildirirdilər? Bu günə qədər məndə “Firavan” Kredit İttifaqının hesabını istəyən olmayıb. Qeyd etdiyim kimi, “Firavan” Kredit İttifaqının qanuni təmsilçisi mənəm. İttifaq qanuni olaraq fəaliyyətini dayandırıb və bunu rəsmi bəyan edib. Fəaliyyəti dayandırılmış müəssisə, şirkət və ya MMC-nin isə bütün əmlakı onun qanuni təmsilçisinə aiddir”.

Salyan Rayon İcra və Probasiya şöbəsi tərəfindən cavabdeh Ələsgər Mehdiyevin pensiyasından aylıq tutulmanın 50 faizdən 25 faizə endirilməsinə gəlincə, Faiq Nəcəfov bildirdi ki, adıçəkilən şəxsin kifayət qədər yaxşı imkanı var: “Həyat yoldaşının mülkü araşdırılmayıb. Odur ki, bu, əsas vermir ki, aylıq tutulma 50 faizdən 25 faizə salınsın. Bundan başqa, cavabdeh Ələsgər Mehdiyevi qəsdən 1 il ödəmədən yayındırıblar. Bu işlə bağlı o zaman İcra Baş İdarəsinin rəisinin qəbulunda olmuşam və o, inzibati iş qaldırılacağına dair vəd vermişdi. Guya onlar da şərti olaraq məhkəməyə verdilər, 500 manat da cərimə kəsdilər. Halbuki özləri danışıb, hər şeyi həll etmişdilər. Nə məhkəmə, nə də 500 manat cərimə oldu. Yəni bu cür oyunlarla məhkəmənin qərarının icrasını indiyə qədər yubadırlar”.

“Hürriyyət”in Araşdırma Qrupu









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"İndi efirdə olan müğənniləri əvvəllər pulla da verilişə buraxmırdılar"
Bu gün, 00:34
Putin üçün BRİKS və: Kremlin niyyətinin baş tutmadığı sammit - AKTUAL
Bu gün, 00:30
“Yaxın zamanda sülh müqaviləsinə şahid ola bilərik” - deputat
Bu gün, 00:02
"Bu təşəbbüs Ermənistanın Baş naziri tərəfindən irəli sürülüb" - deputat
Dünən, 21:38
Azərbaycan güləşçisi dünya çempionu olub
Dünən, 21:34
Pul ödəməyənlər tibbi sığortadan istifadə etməyəcək? - AKTUAL
Dünən, 19:00
"Bizimlə münasibətdə olan hər bir ölkə rəhbərliyi görür ki, Azərbaycan sülh tərəfdarıdır" - deputat
Dünən, 18:56
Şarl Mişel Azərbaycanı haqlı çıxardı - DETALLAR
Dünən, 18:10
Bakıda 88 yaşlı MTK sədri elektron qolbağda gəzəcək - 30 ildir 85 min dollar borcu var
Dünən, 18:08
“Ermənistanın silahlanması fonunda ata biləcəyimiz yeganə addım budur ki...” - GƏLİŞMƏ
Dünən, 18:05
Avropa Parlamentinin addımları Cənubi Qafqazda sabitliyi pozmaq cəhdidir - Rusiyalı eksperti
Dünən, 18:03
Zelenski Quterreşin Kiyevə səfər istəyini qəbul etməyib - KİV
Dünən, 17:43
“Avropa Parlamentinin qətnaməsi kağız parçasıdır” - Fəzail Ağamalı
Dünən, 17:39
Şoltsun Putinlə gizli ittifaqı? – Rusiya Avropanı belə parçalayır
Dünən, 17:36
Pulunu banka qoyan vətəndaş indi onu geri ala bilmir - GİLEY
Dünən, 17:29
Bakıdakı separatçılarla bağlı yeni təklif: beynəlxalq tribunala çıxarılsınlar! - AXI NİYƏ?..
Dünən, 17:15
Mərhum Tağı Əhmədovun oğlunun verdiyi QƏRAR DA LƏĞV OLUNDU - ÖZBAŞINALIĞA ACİL MÜDAXİLƏ...
Dünən, 17:12
Əliyev bu sənədi niyə Kazan görüşündən sonra imzaladı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:06
Peter Mixalko XİN-ə çağırılıb, etiraz notası təqdim edilib - RƏSMİ
Dünən, 17:04
Tramp Harrislə savaşır: Bakının məsələyə nə dəxli var? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 17:01
İqtisadi Zonaların İnkişafı Agentliyinin sədr müavini İŞDƏN ÇIXDI
Dünən, 17:00
Bu il Azərbaycanda 30 məktəb şagirdi məhkum olunub - BELƏ HARA GEDİRİK?
Dünən, 16:57
Ararat Mirzoyan COP29-a dəvət alıb - KİV
Dünən, 16:55
"MƏNİ KƏND SIXIR" DEYİB, ƏRİNİ TƏRK ETDİ... - Sabirabad sakini nəvələrinin qəyyumluğunun oğluna verilməsini istəyir...
Dünən, 16:50
Bakıda ər arvadının intim videolarını aşkar etdi: “Sənin yox, onun arvadıyam...” - TƏFƏRRÜAT
Dünən, 16:48
Bakıda şirkət rəhbəri həbs edildi - Yarım milyonluq fırıldaq
Dünən, 16:46
QARABAĞ QAZİSİ MADDİ İMKANSIZLIQ SƏBƏBİNDƏN ƏMƏLİYYAT OLUNA BİLMİR - Atası səlahiyyətli şəxslərdən kömək istəyir
Dünən, 16:41
"Qısa zamanda sülh müqaviləsi imzalana bilər” - deputat
Dünən, 16:37
Ermənistan prezidentinin iqamətgahı yaxınlığında mitinq keçirilir - BARIŞIQ İSTƏMİRLƏR...
Dünən, 16:34
Ali məktəblərdə hansı ixtisaslar ləğv edilməlidir? - AKTUAL
Dünən, 16:33
Kərki ilə Qazaxın 3 kəndini nə vaxt qaytarırsınız, Nikol Paşinyan?! - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:31
Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası davam edir - FOTO
Dünən, 16:27
Sabunçu rayonunda qaçırdıqları avtomobillə oğurqluqlara gedən iki qardaş saxlanılıb - FOTO, VİDEO
Dünən, 16:21
Paşinyan COP29-da iştirak üçün dəvət alıb - Ermənistan XİN
Dünən, 16:19
ABŞ-ın məşhur biznes jurnalı “Fortune”də məşhur azərbaycanlı İŞ ADAMI... - FOTO
Dünən, 16:17
DEM partiyasının baş ofisinə hücum olub
Dünən, 15:04
Ermənistan ərazi iddialarından rəsmən əl çəkməlidir - Başqa yolu yoxdur...
Dünən, 14:00
Ermənistan prezidenti Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlamenti təsdiqləyib
Dünən, 13:58
“Avropa liderləri İlham Əliyevdən dərs almalıdırlar" - Rusiyalı politoloq
Dünən, 13:56
DİQQƏT! Avtomobil suya düşərsə, necə xilas ola bilərik? - Ekspert AÇIQLADI
Dünən, 13:50
“Sabah”ın afrikalı uşaqlarının İsveçrə macərası: Azərbaycan futbolunu kimlər biabır edir? - FOTOLAR
Dünən, 13:42
Sülh sazişini bu formada imzalamağa hazırıq - Qriqoryan
Dünən, 13:39
"COP29 Azərbaycanın dünya əhəmiyyətli dövlətə çevrildiyini göstərir" - Vüqar Oruc
Dünən, 13:33
“İdarə rəhbərinin bizi görməyə gözü yoxdur...” - NARAZILIQ VAR...
Dünən, 13:30
Bakıda məşhur "AVVA" mağazalar şəbəkəsinin rəhbərinə cinayət işi açılıb - SƏBƏB
Dünən, 13:16
Həm maaş, həm də pensiya alan deputatlar - SİYAHI
Dünən, 13:09
Qonşu ölkədə dollar kəskin bahalaşdı – Azərbaycanı nə gözləyir?
Dünən, 13:01
Xankəndidə ölən erməni qadının qızı: “Bura gətirə bilmədik” - "Bir müddətdir anamla danışmırdım"
Dünən, 12:59
Bakıya getməyə məcburuq - Erməni jurnalist
Dünən, 12:57
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru