Moskvada rekord temperatur qeydə alındı .....                     Arvadının saçını keçəl edən ərə .....                     Rusiya Ermənistana xəbərdarlıq etdi .....                     İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi .....                     Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında .....                     Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı .....                     Moskvanın seçim tələbinə İrəvandan cavab: .....                     Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib .....                     Azərbaycanda daha bir aqropark yaradılıb .....                     Qurultayda qarşıdurma gözlənilir .....                     Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? .....                     Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq .....                     Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib .....                     `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub .....                     Tap.az-da saxta torpaq elanları ilə dələduzluq .....                     Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır .....                     Metronun "Həzi Aslanov" stansiyasındakı təmir .....                     Dünyanın ən gözəl şəhərləri açıqlandı .....                     Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? .....                     Sasanilər dövründə Azərbaycan .....                     Nizami küçəsində qalmaqal .....                     Rus ordusu Voloxovkanı işğal etdi .....                     Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir .....                     “Bank Avrasiya”nın səhmdarları toplanır .....                     Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır? .....                     “Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” .....                     TƏBİB-in sistemi yenidən çökdü .....                     Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı .....                     Hövsanda 10-cu sinif şagirdi müəmmalı şəkildə ölüb .....                     NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...” .....                     Paşinyan erməniləri Qarabağı unutmağa .....                     Bakı-Tiflis qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək .....                     “İrşad” BOKT ötən il pis işləyib: AKTİVLƏRİ KİÇİLİB .....                     “Qurban bazarı”nda son vəziyyət: .....                     Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” .....                     112 ölkə üzrə kibertəhlükəsizlik reytinqi açıqlanıb .....                     Az yağış yağacağı ehtimalı var .....                     AQP-yə görə Azərbaycan, Gürcüstan və Ermənistanda əməkhaqqı nə qədərdir? .....                     SSRİ bayrağı qaldıran, polis rəisini söyən sabiq sədrin məhkəməsi başlayır .....                     “Vəziyyət belə davam etsə, evləri də su basacaq” .....                 

Cəlilabadda "torpaq davası" - Vətəndaş hakim özbaşınalığından yazır
Tarix: 6-08-2020, 11:01 | Çap et
Cəlilabadda "torpaq davası"
Cəlilabad rayonu Muğan kənd sakini Ağayev Abasqulu Məşi oğlu məhkəmənin qətnaməsindən, hakimdən və köməkçisindən narazıdır.
Şikayətçi "Demokratik.Az"-a müraciətində yazır ki, Cəlilabad rayon Məhkəməsinin hakimi Elxan Əmirəliyev rüşvət alaraq başına oyunlar açıb.
"Cəlilabad rayonunun Muğan kəndində 62 sot həyətyanı torpağım, yanında da 68 sot pay torpağım var. Hər birinin də tam qaydasında sənədləri, yəni çıxarışı, texniki pasportu, torpaq sahəsinin plan və ölçüsü var. Yerim bərəkətli yerdir, 5 metrdən su çıxır, qara torpaqdır, nə əkirsən əla məhsul verir. Lakin mənim yerimə göz dikənlər var. Məhz torpağımın münbit və bərəkətli yerdə olmasına görə torpağıma bəzi kəndçilərim göz dikib və əlimdən almaq istəyirlər. Bu işdə onlara Cəlilabad rayon Məhkəməsinin bədnam və rüşvətxor hakimi Elxan Əmirəliyev kömək edir. Saxta sənədləri məhkəməyə doldururlar, Elxan Əmirəliyev də onların əsas götürərək iddianı qəbul eləyir. Neçə illərdi ki, Elxan Əmirəliyev məni girinc eləyib, çünki qarşı tərəfdən rüşvət alıb, çalışır işi həll etsin"-deyə vətəndaş şikayətində bildirir.
Abasqulu Ağayevin sözlərinə görə, ilk əvvəl Ağayev Murtuz Mirzağa oğlu adlı kəndçisi məhkəmədə ona qarşı iddia qaldırıb ki, guya onun yerində iddiaçının 12 sot torpağı var. Və O, məhkəməyə saxta kopya təqdim edib. Hakim Elxan Əmirəliyev də onun iddiasını kopya sənədlə qəbul edib. Halbuki praktikaya əsasən, sənədlərin əsli olmadan, kopya ilə işə baxılmaz.
Həmin kopya sənədlə 1 ildən çox məhkəmələrə çəkilən, mübahisələr edən şikayətçi idda edir ki, davalar düşüb, xəstələnərək sonda infarkt vəziyyətinə gəlib.

"Görün bu hakim puldan, rüşvətdən sarı mənim başıma nə oyunlar açdı! Tək mənim yox, rüşvət alaraq çox qurama iddialara baxıb, kopya, saxta sənədlərlə məhkəmələr aparıb, qeyri-qanuni qərarlar çıxarıb ki, bu barədə gələcəkdə sizlərə yazacam. Məni məhkəməyə verən Ağayev Murtuz Mirzağa oğlu sonra boynuna aldı ki, həmin kopya sənədi kompüterdə saxta yolla düzəldib hakimə vermişdi, çünki mən çox yerə yazdım, şükayətlər etdim, Elxan Əmirəliyev də məcbur qalıb iddianı təmin etmədi. 1 il məni aparıb gətirəndən, üzücü məhkəmə proseslərinə çəkəndən, dalbadal ekspertizalar göndərəndən, mənim ömrümü-günümü çürüdəndən sonra nəhayət iddianı təmin etmədi və məni rahat buraxdı.
Mən yalnız Apelyasiya Məhkəməsində bilmişəm ki, Elxan Əmirəliyev 1 il imiş saxta, kopya sənədlə mənim işimə baxırmış. 1 il imiş mən əbəs yerə gedib gəlirmişəm. Elxan Əmirəliyev sadəcə tamaşa qurub məni ələ salırmış. Bundan sonra əsəbdən infarkt keçirtdim.
Bundan bir neçə ay keçmiş Elxan Əmirəliyev həmin Ağayev Murtuzla əlbir olan Bayramova Qaraqız Tvox qızını yanına çağırdı, onu öyrətdi ki, iddia qaldır, təmin edəcəm. 4-5 aydır ki indi də Bayramova Qaraqız ilə məhkəmələşirəm ki, gedib gəlirik, hakim Elxan Əmirəliyev də bizə yox, qarşı tərəfə kömək edir. Təsəvvün edin ki, 65-66 yaşlı qoca arvad iddia qaldırıb ki, mənim 68 pay torpağıma verilmiş çıxarış, planı və ölçüsü ləğv edilsin. Onun burda nə marağı var? Cəlilabadda hamı bilir ki, Elxan Əmirəliyev kupça ləğv etmək üzrə mütəxəssisdir. O hamıya deyir ki, Kərəm Həsənovun, Əmlak Komitəsinin Cəlilabadda verdiyi kupçalar saxtadır. Neçə-neçə kupçanı ləğv elətdirir, Əmlak Komitəsini pis vəziyyətdə qoyur və işini pozur, insanlarda dövlət sənədinə şübhələr yaradır, ailələr arasında qırğınlar salır. Budur Elxanın fəaliyyətinin nəticəsi! Dövlət bu hakimin fəaliyyətinə hüquqi qiymət verməlidir"-deyə şikayətçi əlavə edir.
Vətəndaş ardınca daha sərt ifadələrlə belə yazır:
"Mənim kupçam var, amma Qaraqızın sənədinə fikir verin! Qaraqız da Murtuz kimi məhkəməyə saxta sənəd verib və Elxan da həmin sənədi əsas götürərək məni ittiham edir. Qaraqız məhkəməyə qeyri-qanuni yollarla alınmış sənəd verib ki, bu sənəddə göstərilir ki, guya Muğan kənd Bələdiyyəsi Şurası onlara pay torpağını verib, hətta alqı-satqı da edib. Bu harda görünüb? Azərbaycan qanunlarına görə Bələdiyyə pay torpağını alqı-satqı edə bilməz, sata bilməz, təkcə icarəyə verə bilər! Məgər Elxan bunu bilmir? Bilir, sadəcə rüşvət aldığına görə həmin sənədə əsasən “qaldırılmış” iddianı qəbul edib.
Məqsəd nədir? Elxan bayaq dediyim Ağayev Murtuzdan rüşvət almışdı, saxta kopya ilə onun düz 1 il məhkəmə işini apardı, amma aşıra bilmədi, pul batdı. İndi Qaraqızı Murtuzun yanına qoşub ki, onun vasitəsilə mənə qarşı olan işi həll etsin, “borcdan” çıxsın. Mənim çıxarışım ləğv olunanda avtomatik torpağım havada qalacaq, onda Murtuz 12 sot yox, daha çox torpağa sahiblənə biləcək. Məqsəd budur. Elxan borcunu qaytarsın!
Bunu da qeyd edim. Təsəvvür edin ki, Qaraqız o qədər arxayınlaşıb ki, həmin ərazidə ev tikib. Pay torpağında! Azərbaycanda harda görünüb ki, pay torpağında ev tikilsin? Bu qanunla qadağandır, çünki dövlət pay torpaqlarını vacib olan kənd təsərrüfatı məhsullarının əkilməsi üçün ayırır. Təyinatı da budur. Ev tikmək üçün isə ayrıca həyətyanı torpaq sahəsi verilir. Lakin Elxan bunlara göz yumur, çünki qarşı tərəfdən rüşvət alıb. Dövlət orqanları bilməlidir ki, hakim Elxan Əmirəliyev Cəlilabadda partapart Əmlak Komitəsinin verdiyi çıxarışları ləğv edir, pay torpaqlarına camaatı buraxıb evlər tikdirir. Puluna minnət. Cəlilabad Məhkəməsi açıb bazardır.
Tək mən deyiləm, Elxan çoxlu adamın kupçasını ləğv edib. Tanışım, Abışabad kənd sakini Həsənov Rəhimin ailəsinin kupçasını da ləğv etdi. Qadının qaynı idda qaldırdı ki, o vaxt mən miras ərizəsinə qol çəkməmişəm, imzam saxtadır. Elxan Əmirəliyev də imzanı ekspertizaya göndərmək əvəzinə çıxarışı ləğv etdi, nəticədə qaynı qadını 4 uşaqla evdən çıxardı, çölə tulladı. Niyə belə etdi? Çünki Elxan Əmirəliyev katibi və dəllalı Şahin Sultanzadə vasitəsilə həmin adamdan 500 manat rüşvət almışdı. Hal-hazırda iş Şirvan Apelyasiyadadır. Elxan Əmirəliyev 500 manata dövlətin verdiyi kupçaları ləğv edir.
Onu da deyim ki, Elxan Əmirəliyev əvvəl Şirvan Apelyasiyasında hakim işləyib, ona görə də qorxmur, arxayındır, bilir ki, Şirvan Məhkəməsindəki dost-tanışlara deyəcək, onlar da qətnamənin qüvvədə qalmasına “dəstək” verəcəklər. Odur ki, rahatlıqla pul alaraq kupçaların ləğv edilməsi ilə məşğul olur. Halbuki Əmlak Komitəsində əsassız kupça verilmir, sənədlər çoxlu instansiyada yoxlanılır və tam dəqiqləşəndən sonra kupça verilir. Elxan Əmirəliyev isə dövlətin kupçalaşma siyasətinə şübhələr yaradır.
Elxan Əmirəliyev artıq saxta işlərlə məşğul olmaqda professionallaşıb. O saxta, kopya sənədlərlə çoxlu işlərə baxıb. Təkcə mənə qarşı saxta sənədlərlə 2 iş aparıb. Həmin sənədləri hüquq mühafizə orqanlarına göndərmişəm ki, həqiqiliyi, düzgünlüyü araşdırılsın və cinayət işi qaldırılsın. Dövlət orqanlarından xahiş etmişəm, o cümlədən media orqanlarından da istəyim budur ki, mənim işimlə maraqlanasanız. Araşdırın görün hakim Elxan Əmirəliyev bu saxta, kopya, girdirmə sənədləri necə, hansı “maraqlar çərçivəsində” qəbul edib, bunların əsasında necə işə baxır?"...
imza: Ağayev Abasqulu Məşi oğlu
Cəlilabad rayonu Muğan kəndi
Demokratik.Az olaraq yazıda adıkeçən hakimlə və köməkçisi ilə telefon əlaqəsi yaratmağa çalışsa da cəhdlərimiz uğursuz alındı...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moskvada rekord temperatur qeydə alındı
Bu gün, 18:02
Arvadının saçını keçəl edən ərə - Hökm oxundu
Bu gün, 17:48
Rusiya Ermənistana xəbərdarlıq etdi
Bu gün, 17:44
İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi - BUNDAN SONRA...
Bu gün, 17:16
Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 17:09
Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı - FOTO
Bu gün, 16:59
Moskvanın seçim tələbinə İrəvandan cavab: - Günbəgün Avropa İttifaqına yaxınlaşırıq
Bu gün, 16:53
Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib - AÇIQLAMA
Bu gün, 16:49
Azərbaycanda daha bir aqropark yaradılıb
Bu gün, 16:47
Qurultayda qarşıdurma gözlənilir - İttifaq katibindən XƏBƏRDARLIQ
Bu gün, 16:43
Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC...
Bu gün, 16:35
Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq
Bu gün, 16:27
Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib - SİYAHI
Bu gün, 16:22
`Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Bu gün, 16:11
Tap.az-da saxta torpaq elanları ilə dələduzluq - TƏFƏRRÜAT
Bu gün, 16:05
Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır - Eldar Əzizov
Bu gün, 15:59
Metronun "Həzi Aslanov" stansiyasındakı təmir BU TARİXDƏ bitəcək
Bu gün, 15:47
Dünyanın ən gözəl şəhərləri açıqlandı - Cənubi Qafqazdan hansı var?
Bu gün, 15:43
Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? - AKTUAL
Bu gün, 15:41
Sasanilər dövründə Azərbaycan
Bu gün, 15:33
Nizami küçəsində qalmaqal - Yaşayış binasının həyətində qanunsuz kulinariya sexi açılıb
Bu gün, 15:10
Rus ordusu Voloxovkanı işğal etdi
Bu gün, 15:08
Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir - “Eurasianet”
Bu gün, 15:03
“Bank Avrasiya”nın səhmdarları toplanır
Bu gün, 15:00
Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır?
Bu gün, 14:59
“Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” - Samirə Yusifqızından QALMAQALLI MÜSAHİBƏ
Bu gün, 14:57
TƏBİB-in sistemi yenidən çökdü - Növbələr yarandı
Bu gün, 14:54
Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı - KİV
Bu gün, 14:51
Hövsanda 10-cu sinif şagirdi müəmmalı şəkildə ölüb – İcra nümayəndəsinin oğludur
Bu gün, 14:46
NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...” - NƏDƏN SİYAHIDA YOXDUR.?!
Bu gün, 14:30
Paşinyan erməniləri Qarabağı unutmağa ÇAĞIRDI
Bu gün, 13:17
Bakı-Tiflis qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək - RƏSMİ
Bu gün, 13:13
“İrşad” BOKT ötən il pis işləyib: AKTİVLƏRİ KİÇİLİB – ZƏRƏRİ 2 DƏFƏ ARTIB
Bu gün, 13:06
“Qurban bazarı”nda son vəziyyət: - Ən ucuz və ən bahalı heyvanlar
Bu gün, 13:02
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ
Bu gün, 12:59
112 ölkə üzrə kibertəhlükəsizlik reytinqi açıqlanıb - SİYAHI
Bu gün, 12:53
Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:51
AQP-yə görə Azərbaycan, Gürcüstan və Ermənistanda əməkhaqqı nə qədərdir? - CƏDVƏL
Bu gün, 12:49
SSRİ bayrağı qaldıran, polis rəisini söyən sabiq sədrin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:47
“Vəziyyət belə davam etsə, evləri də su basacaq” – Niyə tədbir görülmür?
Bu gün, 12:32
Ermənistanda gərginlik artır: - Paşinyanın aqibəti necə olacaq?
Bu gün, 12:27
Müğənni Nura Suri və bələdiyyə sədri arasında QALMAQAL
Bu gün, 12:23
Kannı silkələyən azərbaycanlı aktyor - Şahmar Ələkbərovun nəvəsi Hollivudun diqqət mərkəzində
Bu gün, 12:20
Baş Prokuror “Aqrar Kredit”in qanunsuzluğunu nəzarətə götürdü - TƏFƏRRÜAT
Bu gün, 12:16
Güney Qafqazın taleyi HƏLL OLUNUR... - GƏLİŞMƏ
Bu gün, 12:04
2025-ci il "Xəmsə Sığorta və Təkrarsığorta Brokeri üçün uğursuz olub - ŞİRKƏT GERİLƏYİR
Bu gün, 12:00
Rahidəni PƏRT ETDİLƏR - “Oğlanın qulağına dedi ki, bu, nə günə qalıb”
Bu gün, 11:57
Rusiya Pekinin təsiri altına düşür... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:49
İqtisadiyyat Nazirliyi TƏSDİQLƏDİ: "Bakı-Tiflis-Bakı sərnişin qatarları bərpa olunur" - 26 maydan etibarən...
Bu gün, 11:42
"Bizi niyə xərcə salırlar?" - NAXÇIVANDA NARAZILIQ
Bu gün, 11:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru