Dünyada qara kürü ilə məşğul olub, ziyanla işləyən şirkət ola bilərmi?! .....                     "Sabah"dan sabah üçün YAXŞI ZƏMİN... .....                     Ərdoğan Türkiyəni HARA GÖTÜRÜR... .....                     Üzlərində daş ifadə, eyni geyim... Türkmənistanı xatırlatdı! .....                     Axı İslam dininin mahiyyəti onların şəxsi istəklərindən ibarət deyil... .....                     Şəhid qardaşından AZERCELL-ə SƏRT ETİRAZ .....                     Rəşad Dağlı və zülm çəkən qadın arasındakı ayrı-seçkilik... .....                     Binəqədidə maklerlər “at oynadır”... .....                     Azərbaycanda TORPAQ DAVASI... .....                     SOCAR Kulevi Neft Terminalından nə qədər qazanır? .....                     Ermənistanda küçə mübarizəsi mütləq olacaq .....                     Rusiyadakı benzin böhranı Azərbaycana necə təsir edəcək? .....                     Azərbaycanda hakim özü-özünə etiraz etdi .....                     Zelenski Ankarada NATO sammitində Azərbaycana təşəkkür edib .....                     Bakıda məhbus həbsxanadan qaçdı: Əməliyyat keçirilir .....                     AZAL Qars şəhərinə uçuşlara başlayır .....                     Xaçınçay su anbarında çimmək tamamilə qadağandır .....                     "Restoran biznesi mənlik olmadı" .....                     Trampın “Ərdoğanı sevindirəcək addım” mesajı nə vəd edir? .....                     Bakıda məşhur restoranın ətrafında QALMAQAL .....                     Xanəndənin atası yol qəzasında öldü .....                     “Rabitəbank”ın Marketinq departamentinə yeni rəhbər təyin olunub .....                     “Azərbaycan Sənaye Sığorta”da yeni təyinat olub .....                     Hərbi əməliyyatlar müvəqqəti dayandırılıb .....                     Şəki Şəhər İcra Hakimiyyəti başçısına birinci müavin təyin olunub .....                     Monqolustandan Azərbaycana ət neçəyə gətirilir? .....                     Vaşinqton artıq Cənubi Qafqaza əvvəlki prizmadan baxmır .....                     "Arzum"un apellyasiyası gündəmdə: Məlikov ölümcül qəzadan yayına bilərdi? .....                     Biləsuvarda əmi qardaşı oğlunu vurdu, .....                     "Bakı-Tbilisi-Bakı qatarında ciddi qiymət endirimləri müzakirə olunmur" .....                     Naxçıvan Səhiyyə Nazirliyi LƏĞV OLUNMALIDIR! .....                     Ermənistan müxalifəti Paşinyanı devirmək üçün planını açıqladı: .....                     “Rusiya qazı kəsərsə, Azərbaycan variantı var” .....                     Yevlaxda 35 yaşlı kişi ögey qardaşını öldürdü: “Anamla məni hədələyirdi” .....                     “TuranBank”ın borcları kəskin şəkildə artaraq .....                     Paşinyanın Avropa arzusu puç oldu: .....                     Ədliyyə Nazirliyinin qurumlarından .....                     Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərilib .....                     Generala yüksək vəzifə verildi .....                     Keçmiş nazirdən vahid müəllim formasına etiraz: .....                 

Mübariz Mənsimova ŞOK İTTİHAM... - Məşhur dənizçi İŞİD-FETÖ-Eldar Mahmudov üçbucağında
Tarix: 3-06-2020, 12:35 | Çap et
Mübariz Mənsimova ŞOK İTTİHAM...
“Palmali” Holdinqin həbsdə olan prezidenti Mübariz Mənsimovla bağlı hər gün yeni detallar üzə çıxmaqdadır. Uzun illər özünü uğurlu biznesmen kimi təqdim etməyə çalışan Mənsimovun bu qədər boş adam durumuna düşməsinə nə səbəb oldu? Onda yaranan bu böyük boşluğu uzun illər kim doldurmuşdu? Palmali şefinin üzərində açılmış “qoruyucu mələyin” qanadları hara yoxa çıxdı?

Əgər biz insan taleyi ilə bağlı “Səbəb” və “Nəticə” qanununa inansaq, o zaman M. Mənsimovun bu gün yaşadıqları nəticələrdir. Və onun səbəblərinə qısa ekskurs etsək, əminliklə söyləyə bilərik ki, gələcəkdə üz-üzə qalacağı nəticələr daha çox və ağır olacaq. İndikilər isə başlanğıc hesab oluna bilər.

Bəs səbəblər nədir? Okeanlardakı burulğanlardan sağ-salamat çıxmağı bacaran Mənsimovu bu dəfə niyə bir qaşıq suda boğulmaqdan xilas etmədilər? O, qoruyucu mələklər hara uçdular?

M. Mənsimovun biznesdə böyük irəliləyişinin Eldar Mahmudovun Milli Təhlükəsizlik naziri təyin olunmasından sonrakı dövrə təsadüf etdiyi danılmaz həqiqətdir. Amma bu təsadüf deyildi, iş adamının yaranmış situasiyadan fayda götürmək üçün düşünülmüş gedişlərinin nəticələri idi. Mahmudov qısa müddət ərzində Mənsimovu öz çetesinə daxil etmişdi. Kriminal qrupun ən üzüyola üzvlərindən olan M. Mənsimov öz liderinə layiq xidmət göstərrməyə çalışırdı. Bunu qarşılığını isə artıqlaması ilə alırdı.

Ölkədə onun üzünə bağlı heç bir qapı qalmamışdı. Ölkənin bütün KİV-i, telekanallar və radiolar Mübarizin PalSüd-ünü, PalDad-ı reklam edirdi. Qısa vaxt ərzində bu məhsul ölkənin süd məhsulları sektorunda bir nömrəli brendə çevirildi. Bütün marketlərin vitrinləri PalSüd, PalDad məhsulları ilə doldurulmuşdu. Və bunun nəticəsi olaraq bazarda böyük monopoliya yarandı. Mənsimovun cibinə isə milyonlar axmağa başladı.

Sonra M. Mənsimov öz rəhbərinə xidmətdə bulunmaq üçün, sevgi və hörmətinin sonsuz olduğunu nümayiş etdirmək məqsədi ilə Eldar Mahmudovun atası – Əhməd Mahmudovun adını gəmilərindən birinə verdi. Bunun üçün böyük şou təşkil edildi. Azərbaycan və Türkiyə mediası bu şounu manşet xəbəri olaraq təqdim etdilər. Atasının adını gəmidə görən E. Mahmudov timsah göz yaşları ilə şouda şampan partlatdı. Daha sıx “dostluq” isə bundan sonra başladı. Mübariz sürətlə şişirdildi, böyüdü və iqtisadi sektorda öz şərtlərini diktə etmək cəsarəti “tapdı”. Amma bu da ona azlıq etdi...

Kriminal yolla asan pul qazanmağın mümkün olduğunu görən M. Mənsimov daha da həvəsləndi. Sonrakı dönəmdə artıq Mahmudov kimi xırda kriminal ünsürlərlə deyil, beynəlxalq terror təşkilatları ilə də əməkdaşlığa meylləndi.

Azərbaycan və Türkiyə mediasında hələ illər öncə yayılan məlumatlarda Mənsimovun son illərin qanlı terror təşkilatı olan İŞİD-lə əməkdaşlığı üzə çıxmışdı. Həmin xəbərlər bu gün də bir çox internet resurslarında qalmaqdadır. Məlumatda qeyd edilirdi ki, ABŞ Maliyyə Nazirliyinin terrorizm və maliyyə kəşfiyyat idarəsinin açıqladığı xəbərə görə, İŞİD-in Suriya və İraqda ələ keçirdiyi mədənlərdə gündə 50 min barel neft istehsal edilir. Hesablamalara görə, İŞİD neft satışından gündə təxminən 1 milyon dollar qazanırmış. Və bu neftin satışa çıxarılmasında M. Mənsimovun böyük əməyinin və payının olduğu bildirilirdi.

Mahmudovun əlinin altında hərəkət edərək Azərbaycanda heç bir maneə ilə üzləşməyən Palmali liderinin terror təşkilatı ilə əlaqələri kimin vasitəsi ilə qurması haqda detallar güman ki, Türkiyədə hazırda aparılan istintaq zamanı üzə çıxacaq.

Azərbaycanda isə onun kitabı 17 oktyabr 2015-ci ildə bağlandı. Eldar Mahmudov vəzifəsini və bütün dayaqlarını itirən gün. Elə həmin gündən Mübarizin Azərbaycandan qaçışı başladı. Mahmudova görə onunla əməkdaşlıq etməyə məcbur olan bütün iş adamları, məmurlar onun ikiüzlü oyunlarında rol almaq istəmədilər. Təbii ki, belə bir durumda Mübariz ən asan yolu seçərək ölkədən qaçdı.

“Dayı” yoxdursa, iş də yoxdur. Əvvəlcə “Xəzər Lənkəran”ın qapısına qıfıl vuruldu. Klubun onlarla əməkdaşı və idmançılarına zəhməthaqları verilmədi. Həmin borclar bu günə qədər qalmaqdadır. Məşhur oyunçular belə M. Mənsimovun onlara borclu olduqlarını xəbər saytlarında, sosial şəbəkələrdə afişa etməyə məcbur oldular. Amma heç birinin haqqı tanınmadı. Əvəzində M.Mənsimovun yaxınları tərəfindən təhqirlərə məruz qaldılar.

Ardınca PalSüd və Paldad eyni aqibətlə üzləşdilər. “PalSüd” zavodunun Lənkəranın Boladi, Şağlaser, Vilvan, Veravul, Separadi, Zövlə, Masallının Mahmudavar, Miyonki (M.Mənsimovun ata yurdudur), Xıl, Şərəfə kəndində yüzlərlə insana 2016-cı ildən bu günə qədər borclar qalıb. Bəyəm, bu müddət ərzində Mübarizin həmin borcları qaytarmaq imkanı yox idimi? Həmin zavodların əməkdaşları dəfələrlə öz haqlarını tələb etmək üçün kütləvi aksiyalar keçirdilər, öz əllərinin qabarlarının haqqını bu mafioz qırıntısından tələb etdilər. Nəticə isə sıfır oldu... Onların haqqı yeyildi. İlahi ədalət isə həmin haqqı bu gün “xeyriyyə kralına” qusdurmaqdadır.

M. Mənsimov təkcə ikitərəfli deyil, çoxtərəfli oynayırdı. Hansı addımın ona pul gətirəcəyini, dollar iyini gözəl duyurdu. Ona görə də əyilərək keçdiyi qapılardan biri FETÖ də oldu. Onların da əlini öpdü və yollarını təmizlədi. Bu haqda son vaxtlar mediada çox yazıldığından detallara getməyə ehtiyac yoxdur. Sadəcə onu xüsusi qeyd edək ki, Palmali prezidentinin hazırda ittiham olunduğu maddələrdən biri də məhz FETÖ ilə əməkdaşlıqdır.

Bu gün Mübarizin özü həbsxanada, dostu Eldar Mahmudov qeyri-müəyyən durumdadır. Vaxtilə Palmalinin ən pestijli gəmisi olan “Əhməd Mahmudovu”un isə taleyindən heç bir xəbər yoxdur. MTN şefi taxtdan salınandan sonra Mənsimov qatı müxalifətçiyə çevirildi. Onda Elçibəy, Rəsulzadə sevgisi baş qaldırdı. Amma xilas ola bilmədi. Maraqlıdır, görəsən, o həbsxanada kimi “sevəcək?”.
//yenisabah.az//







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dünyada qara kürü ilə məşğul olub, ziyanla işləyən şirkət ola bilərmi?! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 04:43
"Sabah"dan sabah üçün YAXŞI ZƏMİN... - QOL SAATI
Bu gün, 04:32
Ərdoğan Türkiyəni HARA GÖTÜRÜR... - İNCƏLƏMƏ
Bu gün, 04:28
Üzlərində daş ifadə, eyni geyim... Türkmənistanı xatırlatdı! - REPLİKA
Bu gün, 04:21
Axı İslam dininin mahiyyəti onların şəxsi istəklərindən ibarət deyil... - Azər Qasımov yazır...
Bu gün, 03:58
Şəhid qardaşından AZERCELL-ə SƏRT ETİRAZ - "Dedim ki, şəhid anasıdır..."
Bu gün, 03:48
Rəşad Dağlı və zülm çəkən qadın arasındakı ayrı-seçkilik... - AXI NİYƏ?..
Bu gün, 03:24
Binəqədidə maklerlər “at oynadır”... - Böyükşor gölünü qurudub hissə-hissə “rasxoda” verən kimlərdir?
Bu gün, 03:18
Azərbaycanda TORPAQ DAVASI... QAÇILMAZDIR!
Bu gün, 03:13
SOCAR Kulevi Neft Terminalından nə qədər qazanır? - DETALLAR
Dünən, 18:02
Ermənistanda küçə mübarizəsi mütləq olacaq - Samvel Karapetyan
Dünən, 17:48
Rusiyadakı benzin böhranı Azərbaycana necə təsir edəcək? - MÜHÜM NÜANSLAR
Dünən, 17:32
Azərbaycanda hakim özü-özünə etiraz etdi
Dünən, 17:27
Zelenski Ankarada NATO sammitində Azərbaycana təşəkkür edib
Dünən, 17:24
Bakıda məhbus həbsxanadan qaçdı: Əməliyyat keçirilir - 15 saylı cəzaçəkmə müəssisəsindən...
Dünən, 17:21
AZAL Qars şəhərinə uçuşlara başlayır - DİQQƏT
Dünən, 17:10
Xaçınçay su anbarında çimmək tamamilə qadağandır - Ekspertdən XƏBƏRDARLIQ
Dünən, 17:01
"Restoran biznesi mənlik olmadı" - Eldəniz Məmmədov
Dünən, 16:57
Trampın “Ərdoğanı sevindirəcək addım” mesajı nə vəd edir? - Türkiyə ilə bağlı ŞOK SSENARİ
Dünən, 16:55
Bakıda məşhur restoranın ətrafında QALMAQAL - TƏFƏRRÜAT
Dünən, 16:38
Xanəndənin atası yol qəzasında öldü
Dünən, 16:29
“Rabitəbank”ın Marketinq departamentinə yeni rəhbər təyin olunub - DOSYE
Dünən, 16:25
“Azərbaycan Sənaye Sığorta”da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 16:23
Hərbi əməliyyatlar müvəqqəti dayandırılıb - Zülfüqarov
Dünən, 16:22
Şəki Şəhər İcra Hakimiyyəti başçısına birinci müavin təyin olunub - FOTO
Dünən, 16:16
Monqolustandan Azərbaycana ət neçəyə gətirilir? – MƏHSULLAR, QİYMƏTLƏR
Dünən, 16:13
Vaşinqton artıq Cənubi Qafqaza əvvəlki prizmadan baxmır - ŞƏRH
Dünən, 16:07
"Arzum"un apellyasiyası gündəmdə: Məlikov ölümcül qəzadan yayına bilərdi? - ARAŞDIRMA
Dünən, 15:57
Biləsuvarda əmi qardaşı oğlunu vurdu, məhkəmə hökm çıxardı
Dünən, 15:55
"Bakı-Tbilisi-Bakı qatarında ciddi qiymət endirimləri müzakirə olunmur" - ADY rəsmisi
Dünən, 15:53
Naxçıvan Səhiyyə Nazirliyi LƏĞV OLUNMALIDIR! - ÇAĞIRIŞ...
Dünən, 15:47
Ermənistan müxalifəti Paşinyanı devirmək üçün planını açıqladı: - Hərəkat başlayır
Dünən, 15:24
“Rusiya qazı kəsərsə, Azərbaycan variantı var” - Miskaryan
Dünən, 15:18
Yevlaxda 35 yaşlı kişi ögey qardaşını öldürdü: “Anamla məni hədələyirdi” - TƏFƏRRÜAT
Dünən, 15:05
“TuranBank”ın borcları kəskin şəkildə artaraq 284 milyon manata çatıb
Dünən, 15:00
Paşinyanın Avropa arzusu puç oldu: - Ermənistan yenə Rusiyanın "qapısını döyəcək"
Dünən, 14:59
Ədliyyə Nazirliyinin qurumlarından - 4 YENİ TENDER
Dünən, 14:57
Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərilib
Dünən, 14:55
Generala yüksək vəzifə verildi - TƏYİNAT
Dünən, 14:51
Keçmiş nazirdən vahid müəllim formasına etiraz: - "Vallah, gülməlidir”
Dünən, 14:48
Pensiya almaq çətinləşəcək? - Azərbaycana dair MÜHÜM PROQNOZ
Dünən, 14:45
Bu xəstəxanaya müvəqqəti rəhbər təyin olundu - FOTO
Dünən, 14:43
Görün, millətə NƏ YEDİRİRLƏR... - FOTO
Dünən, 13:12
Köçəryanın bloku “qollarını çırmaladı”: - Konstitisiya dəyişikliyinə qarşı
Dünən, 13:05
Ləğv olunan dövlət şirkətinin 8,5 milyon manat vergi borcu var - TƏFƏRRÜAT
Dünən, 13:01
“MJ Financial Services BOKT” – 2 MİLYON MANAT BORCLANIR
Dünən, 12:56
Bakı–Tiflis–Bakı qatarlarında sərnişin tutumu artırılır - NƏHAYƏT...
Dünən, 12:53
Makron Dəməşqdəki partlayışlardan sonra xəsarət almayıb - Yelisey sarayından AÇIQLAMA
Dünən, 12:25
SOS: Cəlilabadda heyvanlar kütləvi qırılır - NAZİRİN NƏZƏRİNƏ...
Dünən, 12:25
Erməni müxalifətindən Rusiyaya gözlənilməz İTTİHAM
Dünən, 12:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru