Dünyada qara kürü ilə məşğul olub, ziyanla işləyən şirkət ola bilərmi?! .....                     "Sabah"dan sabah üçün YAXŞI ZƏMİN... .....                     Ərdoğan Türkiyəni HARA GÖTÜRÜR... .....                     Üzlərində daş ifadə, eyni geyim... Türkmənistanı xatırlatdı! .....                     Axı İslam dininin mahiyyəti onların şəxsi istəklərindən ibarət deyil... .....                     Şəhid qardaşından AZERCELL-ə SƏRT ETİRAZ .....                     Rəşad Dağlı və zülm çəkən qadın arasındakı ayrı-seçkilik... .....                     Binəqədidə maklerlər “at oynadır”... .....                     Azərbaycanda TORPAQ DAVASI... .....                     SOCAR Kulevi Neft Terminalından nə qədər qazanır? .....                     Ermənistanda küçə mübarizəsi mütləq olacaq .....                     Rusiyadakı benzin böhranı Azərbaycana necə təsir edəcək? .....                     Azərbaycanda hakim özü-özünə etiraz etdi .....                     Zelenski Ankarada NATO sammitində Azərbaycana təşəkkür edib .....                     Bakıda məhbus həbsxanadan qaçdı: Əməliyyat keçirilir .....                     AZAL Qars şəhərinə uçuşlara başlayır .....                     Xaçınçay su anbarında çimmək tamamilə qadağandır .....                     "Restoran biznesi mənlik olmadı" .....                     Trampın “Ərdoğanı sevindirəcək addım” mesajı nə vəd edir? .....                     Bakıda məşhur restoranın ətrafında QALMAQAL .....                     Xanəndənin atası yol qəzasında öldü .....                     “Rabitəbank”ın Marketinq departamentinə yeni rəhbər təyin olunub .....                     “Azərbaycan Sənaye Sığorta”da yeni təyinat olub .....                     Hərbi əməliyyatlar müvəqqəti dayandırılıb .....                     Şəki Şəhər İcra Hakimiyyəti başçısına birinci müavin təyin olunub .....                     Monqolustandan Azərbaycana ət neçəyə gətirilir? .....                     Vaşinqton artıq Cənubi Qafqaza əvvəlki prizmadan baxmır .....                     "Arzum"un apellyasiyası gündəmdə: Məlikov ölümcül qəzadan yayına bilərdi? .....                     Biləsuvarda əmi qardaşı oğlunu vurdu, .....                     "Bakı-Tbilisi-Bakı qatarında ciddi qiymət endirimləri müzakirə olunmur" .....                     Naxçıvan Səhiyyə Nazirliyi LƏĞV OLUNMALIDIR! .....                     Ermənistan müxalifəti Paşinyanı devirmək üçün planını açıqladı: .....                     “Rusiya qazı kəsərsə, Azərbaycan variantı var” .....                     Yevlaxda 35 yaşlı kişi ögey qardaşını öldürdü: “Anamla məni hədələyirdi” .....                     “TuranBank”ın borcları kəskin şəkildə artaraq .....                     Paşinyanın Avropa arzusu puç oldu: .....                     Ədliyyə Nazirliyinin qurumlarından .....                     Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərilib .....                     Generala yüksək vəzifə verildi .....                     Keçmiş nazirdən vahid müəllim formasına etiraz: .....                 

“Alimpaşa idi, “xan” oldu, indi də “şahlıq” eşqinə düşüb” - İş adamından şok ittiham
Tarix: 2-05-2020, 12:53 | Çap et
“Alimpaşa idi, “xan” oldu, indi də “şahlıq” eşqinə düşüb”
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) bir sıra rayonlarda korrupsiyaya qarşı apardığı mübarizə çərçivəsində İcra hakimiyyətlərinin rəhbər kadrlarını həbs etməsi Şəmkir əhlini də xeyli ümidləndirib. Şəmkirlilər də digər rayon sakinləri kimi DTX-nın yaxın günlərdə onların qapısını döyəcəyinə inanır və bu günü böyük səbrsizliklə gözləyirlər.

Maraqlıdır ki, rayonda bu arzuya qapılanlar təkcə yetim-yesirlər, aztəminatlı ailərlər də deyil. Şəmkirin ən iri təsərrüfat sahibləri belə, eyni ümidlə yatıb dururlar. Onlardan bəzilər bu ümidlərini ürəklərində gizli saxlasalar da, bəziləri açıq şəkildə dilə gətirməkdən çəkinmirlər. Şəmkir Şampan Şərabları ASC-nin Müşahidə Şuradının sədri Hafiz İbrahimov da belə azsaylı cəsur iş adamlarındandır.

Xatırlayırsınızsa, bir müddət əvvəl Prezident İlham Əliyevin Koronavirusla Mübarizə Fonduna birillik maaşını hədiyyə etməsiylə başlayan yardım kampaniyasına Şəmkir İcra Hakimiyyətindən laqeyd qalması iş adamı Hafiz İbrahimovun diqqətindən yayınmamışdı. O da etməyib tənbəllik, özünün facebook səhifəsindən icra başçısı Alimpaşa Məmmədova “səmərəli təkliflərdə” bulunmuşdu. Status-təklifində icra başçısını digər həmkarlarından geri qalmamağı çağıran iş adamı yardım ediləcək vəsaitin ünvanını da göstərmişdi:

Şəmkir cayının qarşısında iki milyon manata tikdirdiyi Qızıl Balıq Yetişdirmə Zavodundan;
Şəmkir bələdiyyələrinin adına götürdüyü 38 milyon kreditdən;
Rayon Sovetinin dördmərtəbəli binasının yerini satdığı bir milyon manatdan;
Uşaq xəstəxanasının beş hektara yaxın yerini satdığı 4.5 milyon manadan;
S. Vurgun kücəsində Prezidentin göstərişi ilə vətəndaşların mənzil şəraitinin yaxşılaşdırlması məqsədi ilə qəzalı olan ikimərtəbəli binanın sakinləri yeni mənzillərə köcürülündən sonra binanın yerini satdığı 230 min manatdan;
Yenə Cənab Prezidentin Sərəncamıyla vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq ücün üc qəzalı vəziyyətdə olan binanın sakinləri yeni təmir olunmuş mənzillərlə təmin olunmuşdu. Şəmkir icra başcısı və bandası 60 sota yaxın ərazini sotu 10 mindən satdığı vəsaitdən;
İcra Hakimiyyətinin həyətinin bir hissəsini yaxınlıqdakı restorana kabinetlər tikilməsi ücün satdığı vəsaitdən;
Morul arxının kənarını bütövlükdə qanunsuz olaraq-ayrı ayrı iş adamlarına obyekt yeri kimi satdığı vəsaitlərdən”.

Göründüyü kimi, icra başçısına edilən təkliflər arasında açıq şəkildə rüşvət və korrupsiya faktları barədə ciddi ittihamlar da yer alırdı. Görünür, icra başçısı məhz bu səbəbdən iş adamını məhkəməyə verib. Fəqət bu məsələdə də qanunun tələblərini pozub. Belə ki, Hafiz İbrahimov Bakı qeydiyyatında qeydiyyatda olduğu və qələmə aldığı statusu öz evində yazdığı halda nədənsə Şəmkir rayon Məhkəməsinə şikayət edilib. Qanunvericiliyə əsasən isə, hər hansı əməlin hüquqi qiyməti ya cinayətin baş verdiyi, ya da şikayət edilən tərəfin yaşadığı ərazidəki məhkəmə tərəfindən verilə bilər.

Hafiz İbrahimov əməkdaşımızla söhbətində bildirib ki, Alimpaşa Məmmədovun qanunvericiliyin bu tələbini pozması təsadüfi deyil: “O, məni özünün hegemoniyası altında əsir vəziyyətə saldığı rayon məhkəməsində udmaq istəyir. Ümid edir ki, rayon məhkəməsi icra başçısının sifarişini yerinə yetirib məni cəzalandıracaq”.

Məhkəmənin ədaləti təmsil etdiyini, sifarişli hökmlərin artıq keçmişdə qalmalı olduğu düşünən iş adamı ötən gün Prezident İlham Əliyevin yeni Baş prokuror Kamran Əliyevə tapşırıqlarını xatırladıb. Onun sözlərinə görə, ölkə başçısı həmin videogörüşdə indiyədək məhkəmələrin ədalətsiz hökmlər çıxardığını, bunun ictimai narazılıqlara yol açdığını etiraf edərək demişdi ki, artıq o era bitdi: “Bundan sonra qanunun aliliyi prinsipi əldə rəhbər tutulmalı, sifarişli məhkəmə prosesinə cəhd edənlər mütləq cəzalandırılmalı, işdən kənarlaşdırılmalıdır”.

H.İbrahimov Şəmkir icra başçısının hələ də özünü rayonun “xanı” kimi gördüyünü, rayonu Stalinsayağı məhkəmə prosesləri ilə idarə edəcəyinə inandığını düşünür və özünün başına gələnləri bu iddiaların ən bariz nümunəsi hesab edir: “Alimpaşa Məmmədov məni idarə etdiyi rayon məhməməsi vasitəsilə cəzalandırmağa çalışması onu göstərir ki, paytaxt Bakıda alınan qərarların, Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlərin Şəmkirə qətiyyən dəxli yoxdur. Şəmkir Alimpaşa Məmmədov həzrətlərinin şəxsi təsərrüfatıdır, oranı istədiyi kimi idarə edə bilər. Sabir demişkən,

“Şah bilər, ölkədə hər nə götürər, hər nə qoyar,
Gah cibin, gah dərisin hər kimin, istərsə soyar,
Baş kəsər, ev dağıdar, can çıxarar, göz də oyar,
Çıxsa da göylərə əfqanları Şəmkirlilərin”…

Sabirin sözü olmasın, Alimpaşa müəllim əvvəl yenə “xanlıq” iddiasında idi. İndi o, Prezidentin ölkədə apardığı mütərəqqi hüquqi islahatları öz əbasına yaraşdırmağından şahlıq eşqinə düşüb”.

İş adamı, icra başçısının bu “şahlıq iddialarının” qarşısını almaq üçün Şəmkir rayon Məhkəməsinə ərizə ilə müraciət edib. Ərizədə deyilir:

“Yazıb Sizə bildirirəm ki, mən illərdir ki, Bakı şəhəri, Səbail rayonu, T.Elçin küçəsi, ev 6, mənzil 22 ünvanında qeydiyyatdayam və həmin ünvanda yaşayıram və bunu Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı Alimpaşa Məmmədov və onun tabeçiliyində işləyən Şəmkir şəhəri üzrə İcra Nümayəndəsi Pərviz İbrahimov da yaxşı bilirlər. Onlar onu da yaxşı bilirlər ki, yaşayış yeri haqqında Şəmkir rayon Məhkəməsinə təqdim edilməli olan arayışlar İcra Nümayəndəliyindən deyil, Şəmkir rayon Polis Şöbəsinin Şəxsiyyət Vəsiqəsi və Qeydiyyat Bölməsindən alınmalı idi. Lakin İcra Başçısı Alimpaşa Məmmədov öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Şəmkir rayon Məhkəməsinin hakimlərinə təzyiq göstərərək işi udacağı ümidi ilə Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Şəmkir şəhəri üzrə İcra Nümayəndəsi Pərviz İbrahimovu mənim qeydiyyatda olduğum ünvan barədə saxta arayış verməyə vadar vermişdir.

Hörmətli Azər müəllim! Yazdıqlarımı nəzərə alaraq, Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Şəmkir şəhəri üzrə İcra Nümayəndəsi Pərviz İbrahimovun mənim qeydiyyatda olduğum ünvan barədə Şəmkir rayon Məhkəməsinə saxta arayış verməsinin səbəbinin və məqsədinin araşdırılması üçün fakta görə Azərbaycan Respublikası CM-nin müvafiq maddəsi ilə cinayət işinin başlanması və əməlində vəzifə cinayətlərinin tərkibinin olmasını nəzərə alaraq Pərviz İbrahimovun cinayət məsuliyyətinə cəlb edilməsi üçün aidiyyəti istintaq orqanına göstəriş verməyinizi xahiş edirəm.
Hörmətlə, İbrahimov Hafiz Məmməd oğlu.
30 aprel 2020-ci il”.

Hafiz İbrahimov saytımız vasitəsilə Prezidentə müraciət də ünvanlayıb. Müraciəti olduğu kimi təqdim edirik.

Cənab Prezidentimiz, bizlər sizin yanınızdayıq, apardığınız islahatları alqışlayırıq.
Cənab Baş prokurora işlərində uğurlar arzulayırıq.
Sizin icra strukturlarındakı korrupsioner məmurlara qarşı aparılan əməli tədbirlər bizlərə cox ümud verir və tam inanırıq ki, bu iş davam etdiriləcəkdir.
Bir Azərbaycan vətəndaşı kimi deməyə borcluyam; Şəmkir rayonunda da rüşvətxorluq, özbaşınalıq baş alıb gedir, rəsmi olaraq iki ilə yaxındır ki, Alimpaşa Məmmədovun qanunsuz əməlləri haqqında həm dövlət strukturlarına ünvanladığım şikayətlərlə, həm də sosial şəbəkələrdə paylaşdığım materiallarla bu həqiqəti ifşa etmişəm.

Cənab Prezident, bu haqda araşdırma aparılmasına göstəriş vermənizi xahiş edirəm!
Mən - İbrahimov Hafiz Məmməd oğlu; 2-ci qrup əliləm, hal-hazırda Şəmkir Şampan Şərabları ASC-nin Müşahidə Şuradının sədriyəm.
//OVQAT.COM//







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dünyada qara kürü ilə məşğul olub, ziyanla işləyən şirkət ola bilərmi?! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 04:43
"Sabah"dan sabah üçün YAXŞI ZƏMİN... - QOL SAATI
Bu gün, 04:32
Ərdoğan Türkiyəni HARA GÖTÜRÜR... - İNCƏLƏMƏ
Bu gün, 04:28
Üzlərində daş ifadə, eyni geyim... Türkmənistanı xatırlatdı! - REPLİKA
Bu gün, 04:21
Axı İslam dininin mahiyyəti onların şəxsi istəklərindən ibarət deyil... - Azər Qasımov yazır...
Bu gün, 03:58
Şəhid qardaşından AZERCELL-ə SƏRT ETİRAZ - "Dedim ki, şəhid anasıdır..."
Bu gün, 03:48
Rəşad Dağlı və zülm çəkən qadın arasındakı ayrı-seçkilik... - AXI NİYƏ?..
Bu gün, 03:24
Binəqədidə maklerlər “at oynadır”... - Böyükşor gölünü qurudub hissə-hissə “rasxoda” verən kimlərdir?
Bu gün, 03:18
Azərbaycanda TORPAQ DAVASI... QAÇILMAZDIR!
Bu gün, 03:13
SOCAR Kulevi Neft Terminalından nə qədər qazanır? - DETALLAR
Dünən, 18:02
Ermənistanda küçə mübarizəsi mütləq olacaq - Samvel Karapetyan
Dünən, 17:48
Rusiyadakı benzin böhranı Azərbaycana necə təsir edəcək? - MÜHÜM NÜANSLAR
Dünən, 17:32
Azərbaycanda hakim özü-özünə etiraz etdi
Dünən, 17:27
Zelenski Ankarada NATO sammitində Azərbaycana təşəkkür edib
Dünən, 17:24
Bakıda məhbus həbsxanadan qaçdı: Əməliyyat keçirilir - 15 saylı cəzaçəkmə müəssisəsindən...
Dünən, 17:21
AZAL Qars şəhərinə uçuşlara başlayır - DİQQƏT
Dünən, 17:10
Xaçınçay su anbarında çimmək tamamilə qadağandır - Ekspertdən XƏBƏRDARLIQ
Dünən, 17:01
"Restoran biznesi mənlik olmadı" - Eldəniz Məmmədov
Dünən, 16:57
Trampın “Ərdoğanı sevindirəcək addım” mesajı nə vəd edir? - Türkiyə ilə bağlı ŞOK SSENARİ
Dünən, 16:55
Bakıda məşhur restoranın ətrafında QALMAQAL - TƏFƏRRÜAT
Dünən, 16:38
Xanəndənin atası yol qəzasında öldü
Dünən, 16:29
“Rabitəbank”ın Marketinq departamentinə yeni rəhbər təyin olunub - DOSYE
Dünən, 16:25
“Azərbaycan Sənaye Sığorta”da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 16:23
Hərbi əməliyyatlar müvəqqəti dayandırılıb - Zülfüqarov
Dünən, 16:22
Şəki Şəhər İcra Hakimiyyəti başçısına birinci müavin təyin olunub - FOTO
Dünən, 16:16
Monqolustandan Azərbaycana ət neçəyə gətirilir? – MƏHSULLAR, QİYMƏTLƏR
Dünən, 16:13
Vaşinqton artıq Cənubi Qafqaza əvvəlki prizmadan baxmır - ŞƏRH
Dünən, 16:07
"Arzum"un apellyasiyası gündəmdə: Məlikov ölümcül qəzadan yayına bilərdi? - ARAŞDIRMA
Dünən, 15:57
Biləsuvarda əmi qardaşı oğlunu vurdu, məhkəmə hökm çıxardı
Dünən, 15:55
"Bakı-Tbilisi-Bakı qatarında ciddi qiymət endirimləri müzakirə olunmur" - ADY rəsmisi
Dünən, 15:53
Naxçıvan Səhiyyə Nazirliyi LƏĞV OLUNMALIDIR! - ÇAĞIRIŞ...
Dünən, 15:47
Ermənistan müxalifəti Paşinyanı devirmək üçün planını açıqladı: - Hərəkat başlayır
Dünən, 15:24
“Rusiya qazı kəsərsə, Azərbaycan variantı var” - Miskaryan
Dünən, 15:18
Yevlaxda 35 yaşlı kişi ögey qardaşını öldürdü: “Anamla məni hədələyirdi” - TƏFƏRRÜAT
Dünən, 15:05
“TuranBank”ın borcları kəskin şəkildə artaraq 284 milyon manata çatıb
Dünən, 15:00
Paşinyanın Avropa arzusu puç oldu: - Ermənistan yenə Rusiyanın "qapısını döyəcək"
Dünən, 14:59
Ədliyyə Nazirliyinin qurumlarından - 4 YENİ TENDER
Dünən, 14:57
Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərilib
Dünən, 14:55
Generala yüksək vəzifə verildi - TƏYİNAT
Dünən, 14:51
Keçmiş nazirdən vahid müəllim formasına etiraz: - "Vallah, gülməlidir”
Dünən, 14:48
Pensiya almaq çətinləşəcək? - Azərbaycana dair MÜHÜM PROQNOZ
Dünən, 14:45
Bu xəstəxanaya müvəqqəti rəhbər təyin olundu - FOTO
Dünən, 14:43
Görün, millətə NƏ YEDİRİRLƏR... - FOTO
Dünən, 13:12
Köçəryanın bloku “qollarını çırmaladı”: - Konstitisiya dəyişikliyinə qarşı
Dünən, 13:05
Ləğv olunan dövlət şirkətinin 8,5 milyon manat vergi borcu var - TƏFƏRRÜAT
Dünən, 13:01
“MJ Financial Services BOKT” – 2 MİLYON MANAT BORCLANIR
Dünən, 12:56
Bakı–Tiflis–Bakı qatarlarında sərnişin tutumu artırılır - NƏHAYƏT...
Dünən, 12:53
Makron Dəməşqdəki partlayışlardan sonra xəsarət almayıb - Yelisey sarayından AÇIQLAMA
Dünən, 12:25
SOS: Cəlilabadda heyvanlar kütləvi qırılır - NAZİRİN NƏZƏRİNƏ...
Dünən, 12:25
Erməni müxalifətindən Rusiyaya gözlənilməz İTTİHAM
Dünən, 12:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru