"Heç olmasa icra hakimiyyəti Bakıya məktub göndərsin..." - GİLEY
Tarix: 28-04-2020, 09:54 | Çap et
 “Kənd sakinləri ismarıc yazıb, vaxt götürür, ancaq dağdan aşağı düşüb rayon mərkəzinə getmək, bazarlıq etmək, xəstəxana, poçt işləri xeyli vaxt aparır. İşlərimizi bitirib kəndə qayıdanda yolda tutub cərimələyirlər”. DİA.AZ-ın məlumatına görə, Tovuzun Yoğunbulaq kənd sakini Ağamir Məmmədov danışır ki, yaşadığı kənddə xeyli insan karantin rejimini pozmaqla əlaqəli cərimələnib. Kənd sakinləri bu cərimələrlə razılaşmır. Onlar bunu yaşayış yerini tərk etmək üçün verilən müddətin azlığı ilə əsaslandırırlar. Düşünürlər ki, hökumət dağ kəndlərində yaşayanların yaşayış yerini tərk etməsi ilə bağlı icazə müddətini uzatmalıdır:
“Rayon mərkəzində yaşayan çıxıb bazarlığını edib, girir evinə… Bizimlə rayon mərkəzi arasında xeyli məsafə var. 2 saat idi, indi bu gündən 3 saat oldu, bu vaxtın çox hissəsi elə bizim yol gedib-gəlməyimizə sərf olunur. Çünki yollarımız da bərbaddır, təmiri yarımçıq qalıb. Bu isə yolda ləngiməyimizin əsas səbəblərindən biridir. O gün biri getdi 190 manatı almağa, poçtda növbədə ilişib qaldı, geri qayıdanda tutub cərimələdilər. Bədbəxt oğlunun aldığı 190 manatın 100 manatı cəriməyə gedəcək. Bu yaxınlarda özünüz Sarıtala kəndində oldunuz, gördünüz ki, xəstəxanamız yox, aptekimiz yox… Kəndlimiz qızını xəstəxanaya apardı, xəstəxana yalnız xəstəyə görə arayış verdi, geri qayıdanda saxlayıb yanındakı anasını da, qardaşını da cərimələdilər. Aptek yoxdur, birinin başı, o birinin qarnı ağrıyanda, məcburdular ki, ən yaxınlığımızda yerləşən Qovlara getsinlər. Orayla da məsafəmiz o tərəf-bu tərəf 60 kilometrdir. Kənddə bankomat yoxdur, anamın pensiyası üçün rayon mərkəzinə getməli oldum, orda da uzun-uzadı növbə vardı, geri qayıdanda partizan kimi gizlənə-gizlənə, alternativ yollar axtara-axtara qayıtdım ki, polis saxlayıb anamın 230 manat pensiyasının yarısını cəriməyə tutmasın. Biz tələb edirik ki, hökumət dağ kəndlərində yaşayan insanları karantin dövründə yüklədiyi cərimələrdən azad etsin”.
Kənd sakinlərini narahat edən məsələlərdən biri də karantin dövründə 190 manat birdəfəlik yardım üçün etdikləri müraciətlərə görədir: “Kəndin yarısı yerli-dibli cavab almayıb, yarısına da cavab gəlib ki, pay torpağın var, sənə düşmür… Tutaq ki, mənim 5-10 sot pay torpağım var, başınıza dönüm, bu torpağı 3 günün içində əkib, becərib, məhsul toplayıb satası deyiləm ki, o pulla çörək alam. Əgər bu yardım karantin dövründə ac qalmamaq üçün verilirsə, bunun torpaqla nə əlaqəsi? Kəndli torpaq yeyəsi deyil ki…”
Kənd sakinləri cərimə məsələsiylə bağlı Tovuz rayon İcra Hakimiyyətinə müraciət etdiklərini deyirlər: “Müraciət etmişik ki, dəniz səviyyəsindən 2400 metr hündürlükdə, rayon mərkəzindən 45 kilometr aralıda yerləşirik. Heç olmasa icra hakimiyyəti Bakıya aidiyyəti qurumlara məktub göndərsin, müraciət eləsin, dağ kəndində yaşayanların vəziyyətlərinin nəzərə alınmasını xahiş eləsin. Kəndlinin gəlir yeri yox, torpağı bir qisim insan əkib-becərir, məhsul götürür, örüş sahələrimiz zəbt olunub, sabah bu cərimələri necə ödəyəcəyik? İnsanları yükləməklə məsələ həll olmur. Vaxtında kənddə normal şəraiti olan xəstəxana tiksəydilər, indi belə bir vaxtda qıçımızı sındırıb oturardıq kəndimizdə, xəstəmiz olanda rayon mərkəzinə üz tutmazdıq, aptek, bir-iki market açsaydılar, adamlar alacaqları üçün 45 kilometr o tərəfə getməzdi. Vaxtında gətirib kəndin iki yerinə bankomat quraşdırsaydılar, indi əhali pensiya üçün rayon mərkəzinə axışmazdı, cərimələnməzdi”.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Dünyada qara kürü ilə məşğul olub, ziyanla işləyən şirkət ola bilərmi?! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 04:43 |
|
|
|
| • "Sabah"dan sabah üçün YAXŞI ZƏMİN... - QOL SAATI
Bu gün, 04:32 |
|
|
|
| • Ərdoğan Türkiyəni HARA GÖTÜRÜR... - İNCƏLƏMƏ
Bu gün, 04:28 |
|
|
|
| • Üzlərində daş ifadə, eyni geyim... Türkmənistanı xatırlatdı! - REPLİKA
Bu gün, 04:21 |
|
|
|
| • Axı İslam dininin mahiyyəti onların şəxsi istəklərindən ibarət deyil... - Azər Qasımov yazır...
Bu gün, 03:58 |
|
|
|
| • Şəhid qardaşından AZERCELL-ə SƏRT ETİRAZ - "Dedim ki, şəhid anasıdır..."
Bu gün, 03:48 |
|
|
|
| • Rəşad Dağlı və zülm çəkən qadın arasındakı ayrı-seçkilik... - AXI NİYƏ?..
Bu gün, 03:24 |
|
|
|
| • Binəqədidə maklerlər “at oynadır”... - Böyükşor gölünü qurudub hissə-hissə “rasxoda” verən kimlərdir?
Bu gün, 03:18 |
|
|
|
| • Azərbaycanda TORPAQ DAVASI... QAÇILMAZDIR!
Bu gün, 03:13 |
|
|
|
| • SOCAR Kulevi Neft Terminalından nə qədər qazanır? - DETALLAR
Dünən, 18:02 |
|
|
|
| • Ermənistanda küçə mübarizəsi mütləq olacaq - Samvel Karapetyan
Dünən, 17:48 |
|
|
|
| • Rusiyadakı benzin böhranı Azərbaycana necə təsir edəcək? - MÜHÜM NÜANSLAR
Dünən, 17:32 |
|
|
|
| • Azərbaycanda hakim özü-özünə etiraz etdi
Dünən, 17:27 |
|
|
|
| • Zelenski Ankarada NATO sammitində Azərbaycana təşəkkür edib
Dünən, 17:24 |
|
|
|
| • Bakıda məhbus həbsxanadan qaçdı: Əməliyyat keçirilir - 15 saylı cəzaçəkmə müəssisəsindən...
Dünən, 17:21 |
|
|
|
| • AZAL Qars şəhərinə uçuşlara başlayır - DİQQƏT
Dünən, 17:10 |
|
|
|
| • Xaçınçay su anbarında çimmək tamamilə qadağandır - Ekspertdən XƏBƏRDARLIQ
Dünən, 17:01 |
|
|
|
| • "Restoran biznesi mənlik olmadı" - Eldəniz Məmmədov
Dünən, 16:57 |
|
|
|
| • Trampın “Ərdoğanı sevindirəcək addım” mesajı nə vəd edir? - Türkiyə ilə bağlı ŞOK SSENARİ
Dünən, 16:55 |
|
|
|
| • Bakıda məşhur restoranın ətrafında QALMAQAL - TƏFƏRRÜAT
Dünən, 16:38 |
|
|
|
| • Xanəndənin atası yol qəzasında öldü
Dünən, 16:29 |
|
|
|
| • “Rabitəbank”ın Marketinq departamentinə yeni rəhbər təyin olunub - DOSYE
Dünən, 16:25 |
|
|
|
| • “Azərbaycan Sənaye Sığorta”da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 16:23 |
|
|
|
| • Hərbi əməliyyatlar müvəqqəti dayandırılıb - Zülfüqarov
Dünən, 16:22 |
|
|
|
| • Şəki Şəhər İcra Hakimiyyəti başçısına birinci müavin təyin olunub - FOTO
Dünən, 16:16 |
|
|
|
| • Monqolustandan Azərbaycana ət neçəyə gətirilir? – MƏHSULLAR, QİYMƏTLƏR
Dünən, 16:13 |
|
|
|
| • Vaşinqton artıq Cənubi Qafqaza əvvəlki prizmadan baxmır - ŞƏRH
Dünən, 16:07 |
|
|
|
| • "Arzum"un apellyasiyası gündəmdə: Məlikov ölümcül qəzadan yayına bilərdi? - ARAŞDIRMA
Dünən, 15:57 |
|
|
|
| • Biləsuvarda əmi qardaşı oğlunu vurdu, məhkəmə hökm çıxardı
Dünən, 15:55 |
|
|
|
| • "Bakı-Tbilisi-Bakı qatarında ciddi qiymət endirimləri müzakirə olunmur" - ADY rəsmisi
Dünən, 15:53 |
|
|
|
| • Naxçıvan Səhiyyə Nazirliyi LƏĞV OLUNMALIDIR! - ÇAĞIRIŞ...
Dünən, 15:47 |
|
|
|
| • Ermənistan müxalifəti Paşinyanı devirmək üçün planını açıqladı: - Hərəkat başlayır
Dünən, 15:24 |
|
|
|
| • “Rusiya qazı kəsərsə, Azərbaycan variantı var” - Miskaryan
Dünən, 15:18 |
|
|
|
| • Yevlaxda 35 yaşlı kişi ögey qardaşını öldürdü: “Anamla məni hədələyirdi” - TƏFƏRRÜAT
Dünən, 15:05 |
|
|
|
| • “TuranBank”ın borcları kəskin şəkildə artaraq 284 milyon manata çatıb
Dünən, 15:00 |
|
|
|
| • Paşinyanın Avropa arzusu puç oldu: - Ermənistan yenə Rusiyanın "qapısını döyəcək"
Dünən, 14:59 |
|
|
|
| • Ədliyyə Nazirliyinin qurumlarından - 4 YENİ TENDER
Dünən, 14:57 |
|
|
|
| • Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərilib
Dünən, 14:55 |
|
|
|
| • Generala yüksək vəzifə verildi - TƏYİNAT
Dünən, 14:51 |
|
|
|
| • Keçmiş nazirdən vahid müəllim formasına etiraz: - "Vallah, gülməlidir”
Dünən, 14:48 |
|
|
|
| • Pensiya almaq çətinləşəcək? - Azərbaycana dair MÜHÜM PROQNOZ
Dünən, 14:45 |
|
|
|
| • Bu xəstəxanaya müvəqqəti rəhbər təyin olundu - FOTO
Dünən, 14:43 |
|
|
|
| • Görün, millətə NƏ YEDİRİRLƏR... - FOTO
Dünən, 13:12 |
|
|
|
| • Köçəryanın bloku “qollarını çırmaladı”: - Konstitisiya dəyişikliyinə qarşı
Dünən, 13:05 |
|
|
|
| • Ləğv olunan dövlət şirkətinin 8,5 milyon manat vergi borcu var - TƏFƏRRÜAT
Dünən, 13:01 |
|
|
|
| • “MJ Financial Services BOKT” – 2 MİLYON MANAT BORCLANIR
Dünən, 12:56 |
|
|
|
| • Bakı–Tiflis–Bakı qatarlarında sərnişin tutumu artırılır - NƏHAYƏT...
Dünən, 12:53 |
|
|
|
| • Makron Dəməşqdəki partlayışlardan sonra xəsarət almayıb - Yelisey sarayından AÇIQLAMA
Dünən, 12:25 |
|
|
|
| • SOS: Cəlilabadda heyvanlar kütləvi qırılır - NAZİRİN NƏZƏRİNƏ...
Dünən, 12:25 |
|
|
|
| • Erməni müxalifətindən Rusiyaya gözlənilməz İTTİHAM
Dünən, 12:15 |
|
|
|
|