"Böyük-kiçik hamımız canımızdan bezmişik..." - GİLEY
Tarix: 10-10-2019, 12:44 | Çap et
 “7 il əvvəl baş verən zəlzələdə evimiz uçub. İllərdir bir otağın içində 8 nəfər yaşayırıq. Kənddə tikilməmiş 4 qəzalı ev qalıb, biri bizimdir. Hələ ki, bizim evimizi tikmirlər”.
Balakənin Qazma kəndində yaşayan 57 yaşlı Şümeysət Əliyeva belə deyir. Bildirir ki, dəfələrlə evlərinə gəlib baxıblar, şəkillərin çəkiblər, qəzalı rəyi də veriblər, ancaq ev tikməyi günü-gündən uzadırlar. Artıq qəzalı evdə yaşamaq onlar üçün təhlükəli hal alıb:
“Deyirlər: “bəli, qəzalıdır”. Ancaq tikmirlər, uzadırlar. Nəticədə, biz 7 ildir ki, həmin qəzalı evdə yaşayırıq. Müraciət etmədiyimiz yer də qalmayıb. Kənd bələdiyyəsi, icra hakimiyyəti, hətta Fövqəladə Hallar Nazirliyi, hamısına yazmışıq. Hamısı da deyir ki, tikiləcək, narahat olmayın. Biz də gözləyirik”.
2012-ci il mayın əvvəli Zaqatala və Balakən rayonlarında daha çox hiss edilən zəlzələ olmuşdu. 7 bala çatan zəlzələ Azərbaycanın bir xeyli rayonunda, Qax, Şəki, Oğuz, Qazax, Tovuzda da hiss edilmişdi. Xüsusən, Zaqatala və Balakəndə bir neçə kənddə ciddi dağıntılar yaranmışdı. Hələ o vaxtdan bir xeyli qəzalı ev qeydə alınaraq, yenidən tikilmiş, əsaslı təmir edilmişdi.
Şümeysət Əliyeva deyir ki, belə şəraitdə yaşamaq çox çətindir. Evin bütün otaqlar sıradan çıxıb. Cəmi 1 otaq qalıb, orada da çox çətinliklə, birtəhər yaşayırlar:
“Ailəmiz 8 nəfərdən ibarətdir. 2 oğlum, 2 qızım, 2 nəvəm, yoldaşım və mən. Oğlumun biri Bakıda ofisiantlıq edir, orada yaşayır. Qalan 7 nəfər bir otağın içində qalırıq. Bunun nə demək olduğunu anlayırsız? Eyni otaqda yeyir, yatır, yemək bişiririk. Üstəlik, 2 uşaq var. Bu bir otağın içində dərs oxumalı, boş vaxtlarını keçirməlidirlər. Böyük-kiçik hamımız canımızdan bezmişik”.
Şikayətçi deyir ki, 7 ildir gözləyirlər, artıq səbirləri qalmayıb. Uşaqlar böyüyüb, böyüklərin yaşı artdıqca, bir otaqda yaşamaq çəkilməz olub:
“Faktiki kənddə dağılmış bir çox ev tikildi. Qaldı, 6 qəzalı ev. Onlardan da ikisini tikməyə başlayıblar. Qalıb 4-ü. Bir az tezləşdirsələr, nə olar ki? Kim bu şəraitdə 7 il yaşayar? Vallah pulumuz olsa, bu zülmə dözmək məcburiyyətində qalmazdıq”.
Şümeysət Əliyeva deyir ki, ailəsinin maddi durumu da yaxşı deyil. Yoxsa öz imkanları ilə evlərini tikib, bitirərdilər. Necə ki, bunu çoxu etdi:
“8 nəfərik. Bir oğlum dediyim kimi, Bakıdadır. Digəri kənddə fəhləlik edirdi. Bu yaxınlarda həkim dedi ki, olmaz. Belində problem var, ciddidir. İndi oturub evdə. Qızım da işləmir, 2 uşaqla ayrılıb, evi yoxdur, bizimlə yaşayır. Yoldaşım və mən də yaşlı adamlarıq, həm işləmirik, həm də istəsək belə, iş nə gəzir? Təkcə Bakıda işləyən oğlumun ümidinəyik. 5 böyük, 2 uşaq, hamımıza o baxır”.
Ailə yaşayışları, problemləri ilə bağlı dəfələrlə kənd icra nümayəndəliyinə, bələdiyyəyə, Balakən Rayon İcra Hakimiyyətinə müraciət edib. Hətta Bakıya, Fövqəladə Hallar Nazirliyinə də dəfələrlə məktub göndəriblər:“Cavab gəlib ki, tikiləcək, narahat olmayın. O tikilən, bu tikilən, artıq çox narahatıq. Evdə 2 xəstə var. Çətindir bir otağın içində. Nəvəmin ürək çatışmazlığı var. Mən də ürək xəstəliyindən, yüksək təzyiqdən əziyyət çəkirəm. Yaşam şəraitimizi yaxşılaşdırsınlar heç olmasa”.
Şümeysət Əliyeva deyir ki, hazırda qaldıqları bir otaq da yaxşı durumda deyil. Ev ötən əsrin 40-cı, otaq isə 60-cı illərdə tikilib:
“Mən gəlin gələndə bu otağı artırıblar. Digər hissələrlə arasında 10-15 il fərq olduğundan hər tərəf uçub, bura qalıb. Yoxsa çöldə qalardıq”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Restoranda müştərini döydü, amnistiyaya düşdü, zərərçəkmiş yenidən şikayətçi oldu - TƏFƏRRÜAT
Bu gün, 16:41 |
|
|
|
| • ATU 59 min manata nələr almağı planlaşdırır?
Bu gün, 16:33 |
|
|
|
| • “Stock Baku” QSC təsisçisi olduğu şirkətin kapitalını 2.4 milyon manat artırır
Bu gün, 16:24 |
|
|
|
| • Mədəniyyət Nazirliyinin vəzifəli əməkdaşı Bakıda özünə obyekt tikdirib - AY, NƏ GÖZƏL...
Bu gün, 16:21 |
|
|
|
| • İrandan növbəti Zəngəzur XƏBƏRDARLIĞI – Tehranın “sancısı” nə?!
Bu gün, 16:07 |
|
|
|
| • İşdən çıxarılan müəllim Baş Prokurora müraciət etdi - “Mənə qarşı qanunsuzluq edilib”
Bu gün, 16:03 |
|
|
|
| • "Evə usta çağıranda ona pul verirlər, aktyoru da efirə çağıranda ona qonorar ödəmək lazımdır" - Xalq artisti
Bu gün, 15:45 |
|
|
|
| • Siyasi tamaşa: - Minalanan torpaq Azərbaycanda, maşın isə Ermənistanda
Bu gün, 15:36 |
|
|
|
| • Separatçılar özlərinə “spiker” axtarır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 15:35 |
|
|
|
| • Paşinyan Rusiyadan əliboş döndü: - Həlledici “döyüş” başlayır
Bu gün, 15:28 |
|
|
|
| • Bir sıra diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbə verilib - SƏRƏNCAM
Bu gün, 15:24 |
|
|
|
| • “Gesco” ASC dövlət qurumlarından 45 milyonluq mühafizə tenderi udub – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Bu gün, 15:21 |
|
|
|
| • “Türkiyədə qayda-qanun var, bizdə isə...” - Bələdiyyələrlə bağlı acı reallıq açıqlandı
Bu gün, 15:16 |
|
|
|
| • Dövlət qurumu “Ağ Şəhər”dən 644 min manata ofis icarəyə götürdü - DETALLAR
Bu gün, 15:10 |
|
|
|
| • YAP-ın Xaçmaz təşkilatının sədri saxlanıldı: HAKİM PARTİYA İSƏ... - TƏFƏRRÜAT
Bu gün, 15:01 |
|
|
|
| • “Çiməndə qəfil sel aparıb” – çayda batan Nüşrəvanın qardaşı elə şeylər danışdı ki...
Bu gün, 14:59 |
|
|
|
| • İdarədən vətəndaşlara təhdid bildirişləri gəlir: "Qazınızı kəsəcəyik" – NƏ ETMƏLİ?
Bu gün, 14:55 |
|
|
|
| • Naxçıvanın Baş naziri Xameneinin vida protokolunda niyə olmayıb? - AÇIQLADI
Bu gün, 14:51 |
|
|
|
| • AMEA-nın həqiqi üzvü Əjdər Məcidov vəfat edib
Bu gün, 14:48 |
|
|
|
| • Nurəddin Mustafayevin himayə etdiyi quldurluq: Nazirə və Ali Məhkəmə sədrinə İMDAD MÜRACİƏTİ! - Aldadılmış sahibkar İNTİHAR HƏDDİNDƏ...
Bu gün, 14:39 |
|
|
|
| • Kənan Seyidova birinci müavin təyin edildi - ƏMR
Bu gün, 14:36 |
|
|
|
| • "Oğlumun musiqi alətini fırıldaqlıqla əlindən alıb..." -ŞİKAYƏT
Bu gün, 14:33 |
|
|
|
| • Pezeşkian ABŞ-ı dünya çempionatına ev sahiblikdə rəqiblərə maneələr yaratmaqda ittiham edib
Bu gün, 14:28 |
|
|
|
| • Pit Heqset İsrailə səfərini ləğv edib
Bu gün, 14:27 |
|
|
|
| • Nazirliyin balansındakı heyvanları oğurladı - Dövlətə 6 mindən çox ziyan vurdu
Bu gün, 13:55 |
|
|
|
| • "Sizi vəzifəyə qoymayıblar ki, kef edəsiz, yeyəsiz, sonra boğmalanasız..." - ETİRAZ!
Bu gün, 13:47 |
|
|
|
| • DGK 1.5 milyon ayırdı, şirkət isə 637 minə işi öhdəsinə götürüb
Bu gün, 13:42 |
|
|
|
| • İran Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalayacaq - KİV
Bu gün, 13:40 |
|
|
|
| • “Bunu təkcə Rüfət Axundov bilirdi” – Tanınmış müğənninin gizli saxladığı toyuq biznesi...
Bu gün, 13:36 |
|
|
|
| • Zabil Qəhrəmanovun məhkəməsi başlayıb
Bu gün, 13:33 |
|
|
|
| • Cənazədə ŞOK: Xameneinin ailəsi İrandan köçür? – SEPAH-la bağlı “satqınlıq” mesajı
Bu gün, 13:24 |
|
|
|
| • Fermer zəhmətlə yetişdirdiyi məhsulu niyə zibilliyə atır? - AKTUAL
Bu gün, 13:05 |
|
|
|
| • Gəlirləri 82 milyon manata çatan “Azərmaş Group”un mənfəəti 13%-dən çox AZALIB
Bu gün, 13:02 |
|
|
|
| • Azərbaycanda bu şirkətə 2,5 milyon manata yaxın “maya” qoyuldu
Bu gün, 13:00 |
|
|
|
| • UNEC-in mühafizəsinə 670 min xərclənəcək – TENDER NƏTİCƏSİ
Bu gün, 12:59 |
|
|
|
| • "Ermənistan TRIPP layihəsinin Tehran üçün təhlükə yaratmayacağına zəmanət verib" - İran səfiri
Bu gün, 12:57 |
|
|
|
| • NATO “ağıllandı”, ABŞ-ın hücumlarını dəstəklədi: - Vacibdir
Bu gün, 12:50 |
|
|
|
| • BAKI-TİFLİS: bilet 240 manat, icazə verilən yük 20 kiloqram - NARAZILIQ VAR...
Bu gün, 12:45 |
|
|
|
| • Benjamin Kərimovu təhqir etdi, cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 12:34 |
|
|
|
| • İranla atəşkəs başa çatıb - Tramp BƏYAN ETDİ
Bu gün, 12:32 |
|
|
|
| • Azərbaycan Hava Yolları və “Sea Breeze” birgə lotereya kampaniyasına başlayır - DİQQƏT
Bu gün, 12:21 |
|
|
|
| • Fransa sülhü dəstəkləyir, yoxsa “arsax mifi”ni? - İNCƏLƏMƏ
Bu gün, 12:12 |
|
|
|
| • İcra hakimiyyətinin "tədbir gördük" dediyi QANUNSUZ OBYEKT İŞ BAŞINDA! - Şağanda nələr baş verir?
Bu gün, 12:03 |
|
|
|
| • Peşə Təhsilində qiymət və bal qalmaqalı – Tələbələr etiraz edir
Bu gün, 11:53 |
|
|
|
| • Astaraya yeni baş memar təyin olundu - ƏMR
Bu gün, 11:36 |
|
|
|
| • Paşinyanı hakimiyyətdən “lom”la uzaqlaşdırmaq PLANI
Bu gün, 11:31 |
|
|
|
| • Vodolazkin və Vardanyan: - yeni “fəlsəfi” dostluq, "çarpayının altından məktublar"
Bu gün, 11:28 |
|
|
|
| • Emin Ağalarovun şirkəti İsrail klubunun əsas sponsoru olub – İldə 860 min dollar ödəyəcək
Bu gün, 11:25 |
|
|
|
| • Yüklədiyin pul niyə sayğacda əks olunmur ki? - GİLEY
Bu gün, 11:20 |
|
|
|
| • "Duzlu göl"lə bağlı TÜKÜRPƏDİCİ faktlar: - "Çirkab sular axıdılır, bədən səpə bilər"
Bu gün, 11:13 |
|
|
|
|