“Eurohome”da mağazası yanan sahibkar: “Məni intihar həddinə çatdırıblar” .....                     Türk iş adamının Aynurə Cəfərova ilə bağlı iddiası yenidən araşdırılacaq .....                     Doğumla ölümün bərabərləşəcəyini deyən alim: .....                     Restoranda müştərini döydü, amnistiyaya düşdü, zərərçəkmiş yenidən şikayətçi oldu .....                     ATU 59 min manata nələr almağı planlaşdırır? .....                     “Stock Baku” QSC təsisçisi olduğu şirkətin kapitalını .....                     Mədəniyyət Nazirliyinin vəzifəli əməkdaşı Bakıda özünə obyekt tikdirib .....                     İrandan növbəti Zəngəzur XƏBƏRDARLIĞI .....                     İşdən çıxarılan müəllim Baş Prokurora müraciət etdi .....                     "Evə usta çağıranda ona pul verirlər, aktyoru da efirə çağıranda ona qonorar ödəmək lazımdır" .....                     Siyasi tamaşa: .....                     Separatçılar özlərinə “spiker” axtarır .....                     Paşinyan Rusiyadan əliboş döndü: .....                     Bir sıra diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbə verilib .....                     “Gesco” ASC dövlət qurumlarından 45 milyonluq mühafizə tenderi udub .....                     “Türkiyədə qayda-qanun var, bizdə isə...” .....                     Dövlət qurumu “Ağ Şəhər”dən 644 min manata ofis icarəyə götürdü .....                     YAP-ın Xaçmaz təşkilatının sədri saxlanıldı: HAKİM PARTİYA İSƏ... .....                     “Çiməndə qəfil sel aparıb” .....                     İdarədən vətəndaşlara təhdid bildirişləri gəlir: "Qazınızı kəsəcəyik" .....                     Naxçıvanın Baş naziri Xameneinin vida protokolunda niyə olmayıb? .....                     AMEA-nın həqiqi üzvü Əjdər Məcidov vəfat edib .....                     Nurəddin Mustafayevin himayə etdiyi quldurluq: Nazirə və Ali Məhkəmə sədrinə İMDAD MÜRACİƏTİ! .....                     Kənan Seyidova birinci müavin təyin edildi .....                     "Oğlumun musiqi alətini fırıldaqlıqla əlindən alıb..." .....                     Pezeşkian ABŞ-ı dünya çempionatına ev sahiblikdə rəqiblərə maneələr yaratmaqda ittiham edib .....                     Pit Heqset İsrailə səfərini ləğv edib .....                     Nazirliyin balansındakı heyvanları oğurladı .....                     "Sizi vəzifəyə qoymayıblar ki, kef edəsiz, yeyəsiz, sonra boğmalanasız..." .....                     DGK 1.5 milyon ayırdı, .....                     İran Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalayacaq .....                     “Bunu təkcə Rüfət Axundov bilirdi” .....                     Zabil Qəhrəmanovun məhkəməsi başlayıb .....                     Cənazədə ŞOK: Xameneinin ailəsi İrandan köçür? .....                     Fermer zəhmətlə yetişdirdiyi məhsulu niyə zibilliyə atır? .....                     Gəlirləri 82 milyon manata çatan “Azərmaş Group”un mənfəəti .....                     Azərbaycanda bu şirkətə 2,5 milyon manata yaxın .....                     UNEC-in mühafizəsinə 670 min xərclənəcək .....                     "Ermənistan TRIPP layihəsinin Tehran üçün təhlükə yaratmayacağına zəmanət verib" .....                     NATO “ağıllandı”, ABŞ-ın hücumlarını dəstəklədi: .....                 

“Artıq dərəcədə xahiş edirəm ki, həmin mülki işi öz nəzarətinizə götürün...” - Nazirə müraciət...
Tarix: 25-09-2019, 10:23 | Çap et
“Artıq dərəcədə xahiş edirəm ki, həmin mülki işi öz nəzarətinizə götürün...”
Qarabağ qazisi, Bərdə rayonu Xəsisli kənd sakini Muğan İsmayıl oğlu Salmanov mənzil dələduzluğuna məruz qalıb. O, 2008-ci ildə mənzil alıb, illər sonra evinə köçmək istəyəndə isə bəlli olub ki, MTK-nın sahibi həmin evi başqa bir adama satıb. İndi nə ona yeni mənzil verilir, nə də halal pulu geri qaytarılır...

Qarabağ qazisi üzləşdiyi qanunsuzluqla bağlı redaksiyamıza müraciətində başına gələnləri nəql edib.

Vətəndaş yazır: “Mən Bərdə rayonu Xəsisli kəndində yaşayıram və orada maldarlıq, əkinçiliklə məşğul oluram. 4 övladım var. Halal zəhmətimlə illərlə qazandığım vəsaiti toplayıb böyük oğlumun Bakıda yaşamasından ötrü ona mənzil almaq qərarına gəldik. 2008-ci ildə Bakı şəhərinin Yasamal rayonu ərazisində ”Kaspian İnşaat MB" MMC-nin tikdiyi çoxmərtəbəli binadan pulunu 2 hissədə ödəyib rəsmi maliyyə sənədləri və müqavilə əsasında 4 otaqlı mənzil aldım. Mən adıçəkilən MMC-dən mənzil alanda bina sonacan tikilib qurtarmamışdı. Bu səbəbdən və vəsaitim qalmadığından özümə məxsus mənzilin təmirinə başlaya bilmədim. 5 il bundan qabaq isə avtomobil qəzası keçirdim və uzun müddət yataq xəstəsi oldum. Buna görə də oğlum təsərrüfat işlərimizlə məşğul olmağa başladı və Bakıda yaşamaq fikrini dəyişdi. Mənzilimi təmir etdirməsəm də, hər dəfə Bakıya gələndə baş çəkirdim, ancaq qəzadan sonra Bakıya gələ bilmədim. Bundan istifadə edən adıçəkilən MMC-nin rəhbəri Bəxtiyar Məmmədov mənə məxsus mənzili təkrarən Paşayev Məmmədtağı Nağı oğluna satıb. Mənzilimi tələb edəndə MMC rəhbəri mənə başqa yerdə mənzil verəcəyini vəd etsə də, sonradan dedi ki, get nə bilirsən, et..."

Vətəndaş deyir ki, o, çıxış yolunu məhkəməyə üz tutmaqda görüb.

Məhkəməyə təqdim edilən iddiada göstərilir ki, M.Salmanov cavabdeh “Kaspian İnşaat MB” MMC ilə 06 may 2008-ci il tarixli, 73 nömrəli Sifariş müqaviləsi bağlayaraq Bakı şəhəri Yasamal rayonu, A.Salamzadə küçəsi, 1055-ci məhəllədə tikilən hündür mərtəbəli binada 2 saylı blokda 3-cü mərtəbədə sahəsi 170 kv.metr olan 4 otaqlı mənzil alıb: “Müqavilədə qeyd edilməsə də sonradan müəyyən olundu ki, mənə satılan mənzil 75 saylıdır. Adıçəkilən müqavilənin 3-cü bəndinə uyğun olaraq mən üzərimə düşən öhdəliyi yerinə yetirərək sifarişçi qismində mənzilin hər kvadrat metrinə görə 700 ABŞ dolları olmaqla, əvvəlcə 50.000 ABŞ dolları, daha sonra 69.000 ABŞ dolları - cəmi 119.000 ABŞ dolları icraçı müəssisəyə ödəmişəm və müəssisə bu barədə mənə həmin məbləğin Azərbaycan manatının məzənnəsinə uyğun maliyyə arayışları verib. 06 may 2008-ci il tarixli, 73 nömrəli ”Sifariş müqaviləsi"nin 4.3-cü bəndinə görə İcraçı sifariş edilən mənzilin tikintisini layihə sənədlərinə və tikinti normalarının tələblərinə uyğun, bu müqavilə ilə müəyyən edilmiş müddət ərzində başa çatdıraraq sifarişçiyə təhvil verməyi öhdəsinə götürüb. Sözügedən müqaviləni bağladıqdan sonra uzun müddət tikintinin başa çatmasını gözləmişəm, mənzilin qapısını bağlayaraq maddi imkanım olduğu vaxtda təmir işlərinə başlayacağımı qərarlaşdırmışam. 2019-cu ilin aprel ayında mənzilimə gələrkən müəyyən etmişəm ki, cavabdeh müəssisənin direktoru Bəxtiyar Məmmədov mənə məxsus mənzili qanunsuz olaraq cavabdeh Məmmədtağı Paşayevə satıb, sonuncu da mənzili təmir edərək orada yaşayır.

Bundan başqa, rəsmi müqavilə bağlamasaq da, cavabdeh Bəxtiyar Məmmədova 20.000 ABŞ dolları verərək sahəsi 20 kv.metr olan yeraltı qarajı da almışdım. Lakin cavabdeh bu qarajı da mənə verməkdən imtina edib. Beləliklə, cavabdehlər “Kaspian İnşaat MB” MMC və Məmmədov Bəxtiyar Sabir oğlu həm müqavilə, həm də mülki qanunvericiliklə üzərlərinə düşən vəzifəni yerinə yetirməmiş, mənə məxsus mənzili başqasına satmış, cavabdeh Məmmədtağı Paşayevlə birlikdə mənə məxsus mənzili zəbt edərək birlikdə mülkiyyət hüququmu pozmuşlar".

Şikayətçi qeyd edir ki, işə hazırda Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılır: “Mülki iş hakim Emin Mehdiyevin icraatındadır. 10 sentyabr 2019-cu il tarixdə işə baxılarkən Bəxtiyar Məmmədov öz qanunsuz hərəkətlərini ört-basdır etmək və məsuliyyətdən yayınmaq üçün ağlasığmaz varianta əl atdı. İddia etdi ki, guya onun mənə verdiyi - tərəfimdən məhkəməyə təqdim edilən möhürlü və imzalı müqavilə və maliyyə arayışlarındakı imzalar onun imzası deyil. Guya mən möhürü skan edərək saxtalaşdırmışam. Bəxtiyar Məmmədovun vəkilinin vəsatəti ilə iş üzrə məhkəmə ekspertizası təyin edildi və məhkəmə iclası təxirə salındı. Biz vəkilimlə birgə zalı tərk etdik, koridorda Bəxtiyar kinayə ilə mənə dedi: ”Ekspert rəy verər ki, möhür və imza saxtadır, ondan sonra görüm nə edəcəksən". Bundan əvvəl isə məhkəmə zalında Bəxtiyar vəkilimi hədələyərək ona “gör sənin başına nə oyun açacam” demişdi. Hazırda təşviş içindəyəm ki, özünü “qüdrətli iş adamı” adlandıran Bəxtiyar Məmmədov növbəti qanunsuz addım atmağa - guya mənim müqavilə və maliyyə arayışlarındakı imzanı və möhürü saxtalaşdırmağıma dair saxta rəy almağa nail ola bilər.

Mən kənd adamıyam, heç vaxt kiminsə malını yeməmişəm. Bütün həyatımı zəhmətlə, halal ruzi ilə yaşamışam. Qarabağ döyüşlərində könüllü iştirak edib Vətənimizi qorumuşam. Yaxın-qohum əqrəbamdan xeyli adam Vətənimizin müdafiəsində yaxından iştirak edərək vətəndaşlıq borcunu layiqincə yerinə yetiriblər. Onlardan Fariz Çoban oğlu Qəhrəmanov Azərbaycanın Milli Qəhrəmanıdır.

Artıq dərəcədə xahiş edirəm ki, ailəmizin halal mənzilinin geri qaytarılmasına, Bəxtiyar Məmmədovun barəmdə törətdiyi cinayət əməlinə görə məsuliyyətə alınmasına görə müvafiq qurumlar bizə köməklik göstərsin".

M.Salmanov bildirdi ki, o, başına gələnlərlə bağlı ölkə rəhbərliyinə də müraciət edib.

Yaxın qohumunun başına gələnlərlə bağlı Milli Qəhrəman Fariz Çoban oğlu Qəhrəmanov isə ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova müraciət ünvanlayaraq, bu işi nəzarətə götürməsini xahiş edib. O, müraciətində Muğan Salmanovun başına gələnləri nəql edərək, ona köməklik göstərilməsini xahiş edib: “Heç vaxt ola bilməz ki, Muğan başqasının haqqına girsin, saxta yolla mənzilə sahib olmaq istəsin. Sizdən artıq dərəcədə xahiş edirəm ki, həmin mülki işi öz nəzarətinizə götürərək Muğanın ailəsinə məxsus halal mənzilinin geri qaytarılmasına, Bəxtiyar Məmmədovun törətdiyi cinayətə görə məsuliyyətə alınmasına köməklik göstərəsiniz”.
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Eurohome”da mağazası yanan sahibkar: “Məni intihar həddinə çatdırıblar” - NARAZILIQ VAR...
Bu gün, 16:56
Türk iş adamının Aynurə Cəfərova ilə bağlı iddiası yenidən araşdırılacaq - 5 kq-lıq qızıl qalmaqalı
Bu gün, 16:48
Doğumla ölümün bərabərləşəcəyini deyən alim: - "Milli Məclisə bizi çağırsınlar, deyək"
Bu gün, 16:46
Restoranda müştərini döydü, amnistiyaya düşdü, zərərçəkmiş yenidən şikayətçi oldu - TƏFƏRRÜAT
Bu gün, 16:41
ATU 59 min manata nələr almağı planlaşdırır?
Bu gün, 16:33
“Stock Baku” QSC təsisçisi olduğu şirkətin kapitalını 2.4 milyon manat artırır
Bu gün, 16:24
Mədəniyyət Nazirliyinin vəzifəli əməkdaşı Bakıda özünə obyekt tikdirib - AY, NƏ GÖZƏL...
Bu gün, 16:21
İrandan növbəti Zəngəzur XƏBƏRDARLIĞI – Tehranın “sancısı” nə?!
Bu gün, 16:07
İşdən çıxarılan müəllim Baş Prokurora müraciət etdi - “Mənə qarşı qanunsuzluq edilib”
Bu gün, 16:03
"Evə usta çağıranda ona pul verirlər, aktyoru da efirə çağıranda ona qonorar ödəmək lazımdır" - Xalq artisti
Bu gün, 15:45
Siyasi tamaşa: - Minalanan torpaq Azərbaycanda, maşın isə Ermənistanda
Bu gün, 15:36
Separatçılar özlərinə “spiker” axtarır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 15:35
Paşinyan Rusiyadan əliboş döndü: - Həlledici “döyüş” başlayır
Bu gün, 15:28
Bir sıra diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbə verilib - SƏRƏNCAM
Bu gün, 15:24
“Gesco” ASC dövlət qurumlarından 45 milyonluq mühafizə tenderi udub – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Bu gün, 15:21
“Türkiyədə qayda-qanun var, bizdə isə...” - Bələdiyyələrlə bağlı acı reallıq açıqlandı
Bu gün, 15:16
Dövlət qurumu “Ağ Şəhər”dən 644 min manata ofis icarəyə götürdü - DETALLAR
Bu gün, 15:10
YAP-ın Xaçmaz təşkilatının sədri saxlanıldı: HAKİM PARTİYA İSƏ... - TƏFƏRRÜAT
Bu gün, 15:01
“Çiməndə qəfil sel aparıb” – çayda batan Nüşrəvanın qardaşı elə şeylər danışdı ki...
Bu gün, 14:59
İdarədən vətəndaşlara təhdid bildirişləri gəlir: "Qazınızı kəsəcəyik" – NƏ ETMƏLİ?
Bu gün, 14:55
Naxçıvanın Baş naziri Xameneinin vida protokolunda niyə olmayıb? - AÇIQLADI
Bu gün, 14:51
AMEA-nın həqiqi üzvü Əjdər Məcidov vəfat edib
Bu gün, 14:48
Nurəddin Mustafayevin himayə etdiyi quldurluq: Nazirə və Ali Məhkəmə sədrinə İMDAD MÜRACİƏTİ! - Aldadılmış sahibkar İNTİHAR HƏDDİNDƏ...
Bu gün, 14:39
Kənan Seyidova birinci müavin təyin edildi - ƏMR
Bu gün, 14:36
"Oğlumun musiqi alətini fırıldaqlıqla əlindən alıb..." -ŞİKAYƏT
Bu gün, 14:33
Pezeşkian ABŞ-ı dünya çempionatına ev sahiblikdə rəqiblərə maneələr yaratmaqda ittiham edib
Bu gün, 14:28
Pit Heqset İsrailə səfərini ləğv edib
Bu gün, 14:27
Nazirliyin balansındakı heyvanları oğurladı - Dövlətə 6 mindən çox ziyan vurdu
Bu gün, 13:55
"Sizi vəzifəyə qoymayıblar ki, kef edəsiz, yeyəsiz, sonra boğmalanasız..." - ETİRAZ!
Bu gün, 13:47
DGK 1.5 milyon ayırdı, şirkət isə 637 minə işi öhdəsinə götürüb
Bu gün, 13:42
İran Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalayacaq - KİV
Bu gün, 13:40
“Bunu təkcə Rüfət Axundov bilirdi” – Tanınmış müğənninin gizli saxladığı toyuq biznesi...
Bu gün, 13:36
Zabil Qəhrəmanovun məhkəməsi başlayıb
Bu gün, 13:33
Cənazədə ŞOK: Xameneinin ailəsi İrandan köçür? – SEPAH-la bağlı “satqınlıq” mesajı
Bu gün, 13:24
Fermer zəhmətlə yetişdirdiyi məhsulu niyə zibilliyə atır? - AKTUAL
Bu gün, 13:05
Gəlirləri 82 milyon manata çatan “Azərmaş Group”un mənfəəti 13%-dən çox AZALIB
Bu gün, 13:02
Azərbaycanda bu şirkətə 2,5 milyon manata yaxın “maya” qoyuldu
Bu gün, 13:00
UNEC-in mühafizəsinə 670 min xərclənəcək – TENDER NƏTİCƏSİ
Bu gün, 12:59
"Ermənistan TRIPP layihəsinin Tehran üçün təhlükə yaratmayacağına zəmanət verib" - İran səfiri
Bu gün, 12:57
NATO “ağıllandı”, ABŞ-ın hücumlarını dəstəklədi: - Vacibdir
Bu gün, 12:50
BAKI-TİFLİS: bilet 240 manat, icazə verilən yük 20 kiloqram - NARAZILIQ VAR...
Bu gün, 12:45
Benjamin Kərimovu təhqir etdi, cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 12:34
İranla atəşkəs başa çatıb - Tramp BƏYAN ETDİ
Bu gün, 12:32
Azərbaycan Hava Yolları və “Sea Breeze” birgə lotereya kampaniyasına başlayır - DİQQƏT
Bu gün, 12:21
Fransa sülhü dəstəkləyir, yoxsa “arsax mifi”ni? - İNCƏLƏMƏ
Bu gün, 12:12
İcra hakimiyyətinin "tədbir gördük" dediyi QANUNSUZ OBYEKT İŞ BAŞINDA! - Şağanda nələr baş verir?
Bu gün, 12:03
Peşə Təhsilində qiymət və bal qalmaqalı – Tələbələr etiraz edir
Bu gün, 11:53
Astaraya yeni baş memar təyin olundu - ƏMR
Bu gün, 11:36
Paşinyanı hakimiyyətdən “lom”la uzaqlaşdırmaq PLANI
Bu gün, 11:31
Vodolazkin və Vardanyan: - yeni “fəlsəfi” dostluq, "çarpayının altından məktublar"
Bu gün, 11:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru