Onları Azərbaycan və Ermənistan kimi barışdıra biləcəyəm .....                     LGBT ətrafında bitməyən müzakirələr: Qərb nəyi hədəfləyir? .....                     Restoran müdiri Niyama ev hədiyyə etdi .....                     Milyonlar qazanan iki biznesmenin sonu: Biri özünü öldürdü, digəri... .....                     Şuşadan qaçan Ohanyan: .....                     “Eurohome”da mağazası yanan sahibkar: “Məni intihar həddinə çatdırıblar” .....                     Türk iş adamının Aynurə Cəfərova ilə bağlı iddiası yenidən araşdırılacaq .....                     Doğumla ölümün bərabərləşəcəyini deyən alim: .....                     Restoranda müştərini döydü, amnistiyaya düşdü, zərərçəkmiş yenidən şikayətçi oldu .....                     ATU 59 min manata nələr almağı planlaşdırır? .....                     “Stock Baku” QSC təsisçisi olduğu şirkətin kapitalını .....                     Mədəniyyət Nazirliyinin vəzifəli əməkdaşı Bakıda özünə obyekt tikdirib .....                     İrandan növbəti Zəngəzur XƏBƏRDARLIĞI .....                     İşdən çıxarılan müəllim Baş Prokurora müraciət etdi .....                     "Evə usta çağıranda ona pul verirlər, aktyoru da efirə çağıranda ona qonorar ödəmək lazımdır" .....                     Siyasi tamaşa: .....                     Separatçılar özlərinə “spiker” axtarır .....                     Paşinyan Rusiyadan əliboş döndü: .....                     Bir sıra diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbə verilib .....                     “Gesco” ASC dövlət qurumlarından 45 milyonluq mühafizə tenderi udub .....                     “Türkiyədə qayda-qanun var, bizdə isə...” .....                     Dövlət qurumu “Ağ Şəhər”dən 644 min manata ofis icarəyə götürdü .....                     YAP-ın Xaçmaz təşkilatının sədri saxlanıldı: HAKİM PARTİYA İSƏ... .....                     “Çiməndə qəfil sel aparıb” .....                     İdarədən vətəndaşlara təhdid bildirişləri gəlir: "Qazınızı kəsəcəyik" .....                     Naxçıvanın Baş naziri Xameneinin vida protokolunda niyə olmayıb? .....                     AMEA-nın həqiqi üzvü Əjdər Məcidov vəfat edib .....                     Nurəddin Mustafayevin himayə etdiyi quldurluq: Nazirə və Ali Məhkəmə sədrinə İMDAD MÜRACİƏTİ! .....                     Kənan Seyidova birinci müavin təyin edildi .....                     "Oğlumun musiqi alətini fırıldaqlıqla əlindən alıb..." .....                     Pezeşkian ABŞ-ı dünya çempionatına ev sahiblikdə rəqiblərə maneələr yaratmaqda ittiham edib .....                     Pit Heqset İsrailə səfərini ləğv edib .....                     Nazirliyin balansındakı heyvanları oğurladı .....                     "Sizi vəzifəyə qoymayıblar ki, kef edəsiz, yeyəsiz, sonra boğmalanasız..." .....                     DGK 1.5 milyon ayırdı, .....                     İran Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalayacaq .....                     “Bunu təkcə Rüfət Axundov bilirdi” .....                     Zabil Qəhrəmanovun məhkəməsi başlayıb .....                     Cənazədə ŞOK: Xameneinin ailəsi İrandan köçür? .....                     Fermer zəhmətlə yetişdirdiyi məhsulu niyə zibilliyə atır? .....                 

MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”
Tarix: 1-06-2019, 12:34 | Çap et
MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI”
Azərbaycanda uzun illər biznes subyektlərinin ən ağrılı yeri olan vergi və gömrük orqanlarının fəaliyyətində dönüş yaradılmasının əhəmiyyətini xüsusi vurğulamağa ehtiyac yoxdur. İnsafən hər iki orqanda, xüsusilə də vergi sistemində əhəmiyyətli dəyişikliklərin olduğu, sahibkarların nisbətən rahat nəfəs almağa başladığı müşahidə olunur.

Gömrük orqanlarında da ciddi islahatların aparıldığı, rüşvətin yığışdırıldığı və bu bu sahədə qanunların hər şeyin üzərində olduğuna dair qurum rəhbərliyi tərəfindən tez-tez bəyanatlar verilir. Lakin bu orqanla təmasda olan sahibkarlardan və fiziki şəxslərdən qurumun fəaliyyətilə bağlı şikayətlər kifayət qədər çoxdur. Şikayətlər birbaşa rüşvət alınması faktları ilə bağlı olmasa da, malların müxtəlif bəhanələrlə anbarlarda boşaldılması və buna görə əlavə haqq alınmasından tutmuş idxal olunan malların, avtomobillərin və s. məhsulların qiymətinin gömrük əməkdaşları tərəfindən real dəyərindən baha qiymətə rəsmiləşdirilməsinə, buna görə də artıq rüsum alınmasına qədər bir çox halları əhatə edir.

“Bu işə görə bir çox gömrük məmurları dəyişdirildi…”

Dövlət Gömrük Komitəsinin fəaliyyətindən narazılığa səbəb olan sahələrdən biri də karqolarla bağlıdır. Məlum olduğu kimi bir müddət əvvəl inhisarçılıqla, haqsız rəqabətlə və s. neqativ hallarla mübarizə elan edilərək, gömrükdə şəffaflıq yaradıldığı bildirildi. Artıq sahibkarların ölkəyə idxal etdikləri malları hansısa karqo şirkətləri tərəfindən deyil, öz “VÖEN”ləri vasitəsilə rəsmiləşdirməli olduqları elan olundu. Bundan sonra doğrudan da karqolar sahibkarlara əvvəlki “xidmətləri” göstərməkdən imtina etməyə başladılar. Bu o demək idi ki, nə sahibkarlar, nə də karqo şirkətləri vergidən yayına bilməyəcəkdi, ölkədə normal rəqabət mühiti yaranmasına və sahibkarların mal qalıqlarının “ağardılmasına” yəni rəsmiləşdirilməsinə imkan yaranacaqdı.

Lakin son zamanlar sahibkarlardan karqo şirkətlərinin yenidən “dövrəyə girdikləri” barədə məlumatlar daxil olmaqdadır. Məsələn, “AzPolitika.info”nun poçtuna özlərini türkiyəli iş adamları kimi təqdim edən sahibkarların adından daxil olan və Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə ünvanlanan məktubda deyilir ki, karqolar təkcə öz birbaşa vəzifələrilə, yəni sadəcə malların daşınmasıyla məşğul deyillər. Onlar, həm də idxal olunan malların vergi və gömrük rüsumundan müxtəlif yollarla yayındırılmaqla sənədləşdirilməsini həyata keçirirlər: “Ölkə rəhbərliyinin məlum qərarları ilə sahibkarlar xarici ölkələrdən idxal etdikləri malların gömrük rüsumlarını öz “VÖEN”ləri vasitəsilə ödəyəcəklərdi. Və bununla da məlum karqo sistemi ləğv olunacaqdı. Hətta bu işə görə bir çox gömrük məmurları da dəyişdirildi. Bəs hanı karqoların məlum “xidmətləri” ləğv ediləcəkdi, rəqabət olacaqdı, hər kəs gətirdiyi malların gömrük rüsumunu ödəyəcəkdi?…”

Qeyd olunur ki, söz verilsə də, bu sahədə nizam-intizam yaradılmayıb: “Eyni firmadan məhsul alan sahibkar öz adına mal gətirdiyi zaman gömrük rüsumu yüksək olur, amma karqo ilə gətirdikdə ucuz başa gəlir. Çünki sahibkar məhsulu öz adına gətirdikdə rəsmi faktura ilə sənədləşdirir. Karqolar isə fakturaları və məhsul kodlarını dəyişirlər. Nəticədə, qanuni şəkildə öz adına mal idxal edən sahibkar eyni məhsulu daha baha satmağa məcbur olur, karqo ilə gətirənlər isə gömrük xərcləri az olduğu üçün ucuz satırlar. Bununla da bazarda haqsız rəqabət yaranır. Həmçinin, bu yolla həm sahibkarlar həm də karqolar vergidən yayınmış olurlar.”

“Karqo şirkətləri saxta şirkətlər açaraq, malları öz adlarına rəsmiləşdirirlər…”

Sahibkarlar bildirirlər ki, əslində karqo şirkətləri gömrük rəsmiləşdirilməsində iştirak etməməlidir: “Ümumiyyətlə, dünya təcrübəsində karqo şirkətləri yalnız malın daşınması üçün göstərdikləri xidmətin haqqını almalıdırlar. Malların gömrük rəsmiləşdirilməsini sahibkarlar öz “VÖEN”lərilə həyata keçirməlidirlər. Bizdə isə karqo şirkətləri saxta şirkətlər açaraq, malları öz adlarına rəsmiləşdirir və vergi fakturasını dəyişərək, ölkəyə idxal edirlər. Hətta onlar malların gömrük kodlarını da dəyişirlər. Biz türk iş adamları olaraq, bu saxta, fakturasız mal satışlarından, qarşılığı olmayan bəyannamələrdən bezdik, usandıq. Nədən bizi karqo şirkətlərinin qucağına atdılar? Hanı karqo saxtakarları yox ediləcəkdi, hanı rəqabət olacaqdı, hanı hər kəs gətirdiyi malın vergisini ödəyəcəkdi?…”

O da bildirilir ki, karqo şirkətləri bir “tırın” içərisinə 20-30 iş adamının malını yükləyib, 5-6 fiziki şəxs adına rəsmiləşdirərək, Azərbaycana idxal edirlər. Nəticədə həm büdcəyə az vergi ödənir, həm də haqsız rəqabət mühiti yaranır.

Bütün bunlardan gömrük orqanlarının xəbərsiz olması isə o qədər də inandırıcı görünmür. Elə bu səbəbdəndir ki, bir çox iş adamları gömrük orqanlarını həmin karqo şirkətlərilə ya əlbir olmaqda, ya da bu şirkətlər hansısa iri məmur-oliqarxların himayəsində olduğundan onların fəaliyyətinə göz yummaqda günahlandırırlar.

Qeyd olunanlarla bağlı Dövlət Gömrük Komitəsinin də mövqeyini işıqlandırmağa hazırıq./azpolitika.info/








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Onları Azərbaycan və Ermənistan kimi barışdıra biləcəyəm - Tramp belə deyir...
Dünən, 17:35
LGBT ətrafında bitməyən müzakirələr: Qərb nəyi hədəfləyir? – Azərbaycan detalı
Dünən, 17:33
Restoran müdiri Niyama ev hədiyyə etdi - Saxta çıxdı
Dünən, 17:19
Milyonlar qazanan iki biznesmenin sonu: Biri özünü öldürdü, digəri... - TƏFƏRRÜAT
Dünən, 17:11
Şuşadan qaçan Ohanyan: - "İntiqam vaxtı gələcək"
Dünən, 17:08
“Eurohome”da mağazası yanan sahibkar: “Məni intihar həddinə çatdırıblar” - NARAZILIQ VAR...
Dünən, 16:56
Türk iş adamının Aynurə Cəfərova ilə bağlı iddiası yenidən araşdırılacaq - 5 kq-lıq qızıl qalmaqalı
Dünən, 16:48
Doğumla ölümün bərabərləşəcəyini deyən alim: - "Milli Məclisə bizi çağırsınlar, deyək"
Dünən, 16:46
Restoranda müştərini döydü, amnistiyaya düşdü, zərərçəkmiş yenidən şikayətçi oldu - TƏFƏRRÜAT
Dünən, 16:41
ATU 59 min manata nələr almağı planlaşdırır?
Dünən, 16:33
“Stock Baku” QSC təsisçisi olduğu şirkətin kapitalını 2.4 milyon manat artırır
Dünən, 16:24
Mədəniyyət Nazirliyinin vəzifəli əməkdaşı Bakıda özünə obyekt tikdirib - AY, NƏ GÖZƏL...
Dünən, 16:21
İrandan növbəti Zəngəzur XƏBƏRDARLIĞI – Tehranın “sancısı” nə?!
Dünən, 16:07
İşdən çıxarılan müəllim Baş Prokurora müraciət etdi - “Mənə qarşı qanunsuzluq edilib”
Dünən, 16:03
"Evə usta çağıranda ona pul verirlər, aktyoru da efirə çağıranda ona qonorar ödəmək lazımdır" - Xalq artisti
Dünən, 15:45
Siyasi tamaşa: - Minalanan torpaq Azərbaycanda, maşın isə Ermənistanda
Dünən, 15:36
Separatçılar özlərinə “spiker” axtarır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:35
Paşinyan Rusiyadan əliboş döndü: - Həlledici “döyüş” başlayır
Dünən, 15:28
Bir sıra diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbə verilib - SƏRƏNCAM
Dünən, 15:24
“Gesco” ASC dövlət qurumlarından 45 milyonluq mühafizə tenderi udub – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Dünən, 15:21
“Türkiyədə qayda-qanun var, bizdə isə...” - Bələdiyyələrlə bağlı acı reallıq açıqlandı
Dünən, 15:16
Dövlət qurumu “Ağ Şəhər”dən 644 min manata ofis icarəyə götürdü - DETALLAR
Dünən, 15:10
YAP-ın Xaçmaz təşkilatının sədri saxlanıldı: HAKİM PARTİYA İSƏ... - TƏFƏRRÜAT
Dünən, 15:01
“Çiməndə qəfil sel aparıb” – çayda batan Nüşrəvanın qardaşı elə şeylər danışdı ki...
Dünən, 14:59
İdarədən vətəndaşlara təhdid bildirişləri gəlir: "Qazınızı kəsəcəyik" – NƏ ETMƏLİ?
Dünən, 14:55
Naxçıvanın Baş naziri Xameneinin vida protokolunda niyə olmayıb? - AÇIQLADI
Dünən, 14:51
AMEA-nın həqiqi üzvü Əjdər Məcidov vəfat edib
Dünən, 14:48
Nurəddin Mustafayevin himayə etdiyi quldurluq: Nazirə və Ali Məhkəmə sədrinə İMDAD MÜRACİƏTİ! - Aldadılmış sahibkar İNTİHAR HƏDDİNDƏ...
Dünən, 14:39
Kənan Seyidova birinci müavin təyin edildi - ƏMR
Dünən, 14:36
"Oğlumun musiqi alətini fırıldaqlıqla əlindən alıb..." -ŞİKAYƏT
Dünən, 14:33
Pezeşkian ABŞ-ı dünya çempionatına ev sahiblikdə rəqiblərə maneələr yaratmaqda ittiham edib
Dünən, 14:28
Pit Heqset İsrailə səfərini ləğv edib
Dünən, 14:27
Nazirliyin balansındakı heyvanları oğurladı - Dövlətə 6 mindən çox ziyan vurdu
Dünən, 13:55
"Sizi vəzifəyə qoymayıblar ki, kef edəsiz, yeyəsiz, sonra boğmalanasız..." - ETİRAZ!
Dünən, 13:47
DGK 1.5 milyon ayırdı, şirkət isə 637 minə işi öhdəsinə götürüb
Dünən, 13:42
İran Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalayacaq - KİV
Dünən, 13:40
“Bunu təkcə Rüfət Axundov bilirdi” – Tanınmış müğənninin gizli saxladığı toyuq biznesi...
Dünən, 13:36
Zabil Qəhrəmanovun məhkəməsi başlayıb
Dünən, 13:33
Cənazədə ŞOK: Xameneinin ailəsi İrandan köçür? – SEPAH-la bağlı “satqınlıq” mesajı
Dünən, 13:24
Fermer zəhmətlə yetişdirdiyi məhsulu niyə zibilliyə atır? - AKTUAL
Dünən, 13:05
Gəlirləri 82 milyon manata çatan “Azərmaş Group”un mənfəəti 13%-dən çox AZALIB
Dünən, 13:02
Azərbaycanda bu şirkətə 2,5 milyon manata yaxın “maya” qoyuldu
Dünən, 13:00
UNEC-in mühafizəsinə 670 min xərclənəcək – TENDER NƏTİCƏSİ
Dünən, 12:59
"Ermənistan TRIPP layihəsinin Tehran üçün təhlükə yaratmayacağına zəmanət verib" - İran səfiri
Dünən, 12:57
NATO “ağıllandı”, ABŞ-ın hücumlarını dəstəklədi: - Vacibdir
Dünən, 12:50
BAKI-TİFLİS: bilet 240 manat, icazə verilən yük 20 kiloqram - NARAZILIQ VAR...
Dünən, 12:45
Benjamin Kərimovu təhqir etdi, cəzalandırıldı - TƏFƏRRÜAT
Dünən, 12:34
İranla atəşkəs başa çatıb - Tramp BƏYAN ETDİ
Dünən, 12:32
Azərbaycan Hava Yolları və “Sea Breeze” birgə lotereya kampaniyasına başlayır - DİQQƏT
Dünən, 12:21
Fransa sülhü dəstəkləyir, yoxsa “arsax mifi”ni? - İNCƏLƏMƏ
Dünən, 12:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru