Paşinyan Bayramovun açıqlamasına müsbət reaksiya verdi .....                     "Atamın aldığı oyuncaqları hələ də saxlayıram" .....                     “Çoban Bulağı” mənimdir, Mövlam Şıxəliyev əlimdən almışdı .....                     Vardanyanın arvadı Bakıya gəlməyə hazırlaşır .....                     “Rosko” məhsullarının MƏNŞƏYİ HARDANDIR? .....                     Ceyhun Cəlilov deyir ki, İŞIQLARI SÖNDÜRÜN... .....                     Paşinyan iyulun sonuna qədər məzuniyyətə çıxır .....                     "Rusiya təhdidləri NATO-nu daha da birləşdirdi" .....                     İran niyə İlham Əliyev və Ərdoğanı “şəxsən” gözləyirmiş? .....                     Böyük Britaniya Azərbaycanın “Zəngəzur” gəmisini sanksiya altından çıxarıb .....                     Pezeşkiyandan ermənicə təşəkkürnamə .....                     Qusarda alternativ su mənbəyi tikilir .....                     Trampın geosiyasi auditi və: .....                     “Qurtuluş” yenidən açılır: Ceyhun Salmanov görünüşü ilə diqqət çəkdi .....                     "Söyüş və qarğış silməkdən yorulmuşam" .....                     Elm və Təhsil Nazirliyi bu şirkətə daha 1,8 milyon manat ödəyəcək .....                     "Ezamiyyə xərclərimiz hələ də ödənilməyib..." .....                     Türkiyəli sürücülər Naxçıvandan olan sərnişini ÖLÜMÜNƏ DÖYDÜLƏR .....                     ABŞ-nin zərbələri nəticəsində iki gün ərzində .....                     Gənc xanıma yüksək vəzifə verildi .....                     Elşad Xosedən polisə şikayət olundu .....                     NATO qırıcılarına bu regionda hərbi hədəfləri məhv etməyə icazə verilib .....                     Başçı ilə idarə müdiri yola getmir... .....                     BU BİNA ELƏ BİL BOŞDUR: Rayonun nə yiyəsi var, nə də nəzarət edəni... .....                     Moskva indi ayılıb: İrəvan Hitlerin planlarını dəstəkləyir .....                     Ermənilər Sinirlioğlunun istefasını tələb edir .....                     İran hakimiyyəti Xameneyi ilə vida mərasimində Ərdoğan və Əliyevin şəxsən iştirakını gözləyirmiş... .....                     Arvadına mesaj yazan qonşusunu öldürən şəxslə bağlı .....                     AZAL Özbəkistan sərnişinləri üçün onlayn ödəniş imkanlarını genişləndirir .....                     Rusiyanın Ermənistandan bir tələbi var: TRIPP-dən imtina etmək .....                     Tikinti şirkətinin Müşahidə Şurasının sədri və üzvləri seçiləcək .....                     Azərbaycanda 16 yaşdan kiçiklər üçün sosial medianın qadağan edilməsinin mənfi tərəfləri .....                     Azərbaycan neftinin qiyməti 82 dolları keçib .....                     "Zirə" UEFA reytinqində Azərbaycanın əmsalını daha da artırıb .....                     Rusiyanın 5 quruşa dəyməyən əsgərlərinin Krımda .....                     ABŞ İrana zərbələri aylarla davam etdirmək variantına hazırlaşır .....                     Pul ayrılıbsa... iş görülübsə... və ortada xidmət yoxdursa... .....                     Real dünyanın .....                     Qobu susuzluqdan yanır, Su-kanal idarəsi SEYRƏ ÇIXIB... .....                     "Bunlar dolayıb hamımızı, cavab verməsəydilər, daha yaxşı olardı" .....                 

Fəthullah Gülən və Qərb kəşfiyyatları Bakıda UDUZDULAR - Gəlişmə...
Tarix: 20-09-2016, 10:31 | Çap et
Fəthullah Gülən və Qərb kəşfiyyatları Bakıda UDUZDULAR
Yaxın Şərqdə və Şimali Afrikada müstəqillik, insan haqları və demokratiya adı ilə dövlətlərin əsaslarının laxladılması, yırğalanıb dağıdılan idarəetmə sisteminin söykəndiyi sütunların altında qalan cəmiyyətlərin faciəsi adi insanların bəlaları səviyyəsindən çıxaraq qlobal problemə çevrilib.

Liviya eyni zamanda iki hökuməti və dövlət başçısı olan dövlətə, Yəmən vətəndaş savaşının qan içində boğduğu məkana, Tunis "vətəndaş cəmiyyəti quruculuğu"nun dövlət strukturlarını alt-üst etdiyi yerə, Suriya xaosun çulğadığı dağılan ölkəyə, İraq faktiki olaraq üç hissəyə parçalanmış əraziyə... Əlcəzair seçkilərin farsa çevrildiyi, Mərakeş terror hücumlarının səngimədiyi, Misir inqilabdan sonra daha da geriləyən dövlətə dönüb.

Fəthullah Gülən və Qərb kəşfiyyatları Bakıda UDUZDULAR

Faciələr, qəddarlıqlar, kütləvi qətllər, edamlar, dövlət qurumlarının ekstremistlər, terrorçular və dini qruplaşmalarla əvəzlənməsi; müxtəlif ölkələrin pulu, göstərişi və sifarişi ilə çalışan "siyasi partiya"ların caynaqlarında çırpınan cəmiyyətlərin çıxış yolu araması, bu dəhşətdən başlarını götürüb qaçan miqrantların can atdıqları Avropaya çatmamış Aralıq dənizində batmaları və ən nəhayət, müstəqil, suveren ölkələrin atəşə tutulması, bombardman edilməsi, vurulması, "kütləvi xalq etirazları" adı ilə qiyam, üsyan və hərbi çevriliş ssenarilərinin gerçəkləşdirildiyi məkanlara çevrilməsi də reallıqdır.

Qərb, xüsusilə də ABŞ bu minvalla ölkələrə demokratiya apardığını deyir, amma o ölkələrin insanlarına verilən "bəxşiş" qan, müharibə, bombardmanlar, kütləvi iğtişaşlar və yaşadıqları məkanların viran qalmasıdır.
Belə proseslərin cərəyan etdiyi bir məqamda sosial partlayışlar, vətəndaş müharibələri, dini ekstremizm və terrorizmin tüğyan etdiyi areala Azərbaycanı da qatmaq istəyənlər var.

Fəthullah Gülən və Qərb kəşfiyyatları Bakıda UDUZDULAR

Həmin qüvvələrin avanqardında Türkiyədə hərbi çevrilişə cəhdin ssenari müəllifi və rəhbəri, "Hizmet" hərəkatının lideri Fəthullah Gülənlə bu marioneti idarə edən bir sıra Qərb ölkələrinin kəşfiyyat strukturları dururlar.

"Hücum zamanı" qismində isə Azərbaycanda Konstitusiya dəyişiklikləri ilə bağlı sentyabrın 26-da keçiriləcək referendum ərəfəsi seçilib.
Müsəlman Şərqində xaos girdabına sürüklənməyən, vətəndaşların dini və ya siyasi mənsubiyyətə görə bir-birlərinə divan tutmadığı azsaylı ölkələrdən biri olan Azərbaycanda da sabitliyi alt-üst etmək, qarşıdurma yaratmaq üçün FETÖ təşkilatı ilə bəhs etdiyimiz kəşfiyyat strukturları birgə, unison fəaliyyətə başlayıblar.

Proses aylar əvvəl başlasa da, ötən ayın ortalarında, Müsavat, AXCP, Milli Şura və REAL-ın rəhbərlərinin Bakıdakı bir neçə xarici ölkə səfirliklərinə çağırılması, uzun-uzadı məsləhətləşmələrin aparılması, sonra bu vizitlərin intensivliyinin və habelə səfirlikdə aparılan müzakirələrin sürəyinin artması Bakıda da çirkin, təhlükəli ssenarinin işə salındığını göstərirdi.

Fəthullah Gülən və Qərb kəşfiyyatları Bakıda UDUZDULAR

Daha sonra "Demokratik Qüvvələrin Milli Şurası" adlanan absurd, indiyədək müxalifətin çoxsaylı birləşmələri, ittifaqları və alyansları təki sadəcə qısamüddətli maraqların təminatı üçün yaradılmış süni qurumun rəhbəri Cəmil Həsənli Strasburqa çağırıldı, bir qədər keçəndən sonra isə ABŞ Konqresində və Haaqada Azərbaycanla bağlı "dinləmələr" adı ilə faktiki hədəfə almaya start verildi.

FETÖ ilə Qərb kəşfiyyatı Azərbaycandakı planlarının ikinci mərhələsinə keçdilər: bu dəfə AXCP, Milli Şura və Müsavat "kütləvi etiraz aksiyaları"na nail olmalı, əhalini küçələrə çıxarmalı, yürüşlər və mitinqlər seriyasına başlamalı, sonucda hakimiyyət dəyişikliyinə, yəni çevrilişə nail olmalıydılar.
Qərb Suriyada planlarının alt-üst olmasının, Türkiyədə çevrilişin alınmamasının qisasını Bakıdan almaq, Azərbaycanı revanş məkanıa çevirmək istəyirdi.
Səbəb dəyişməyib: Azərbaycan müstəqil siyasət yürüdən, təzyiqləri rədd edərək təsirlərə boyun əyməyən ölkə olduğundan stabillik pozulmalı, dayanıqlı gərginlik yaradılmalıydı.

İyulun 15-də hərbi çevriliş cəhdinin qarşısını alan Türkiyə xarici siyasət orientirlərini dəyişməklə əslində, ondan əvvəl belə həmləyə məruz qalan dövlətlərin taktikasını təkrarladı.
Həmin taktika bəllidir: çevriliş, qiyam ssenarilərinin alınmadığı ölkələrin istisnasız olaraq hamısı Qərbin "demokratik etiraz"lar, "insan haqları tələbləri" sousu altındakı qeyri-stabillik ixracına müqavimət göstərməyə başlayıblar.

Azərbaycanı FETÖ və bu təşkilatın yerli buyruq qulları vasitəsilə qarşıdurma girdabına sürükləməyə çalışan Qərbin ssenarisinə görə, əldə ediləcək məqsədlər arasında ən başlıcası rəsmi Bakıya təzyiq rıçaqlarının gücləndirilməsi, Azərbaycana xarici və daxili siyasətin diqtə edilməsi, sonra stabilliyin pozulması strategiyasının domino effekti ilə digər ölkələrə yayılması və xaos müstəvisinin genişlənməsi idi.

Fəthullah Gülən və Qərb kəşfiyyatları Bakıda UDUZDULAR

Qərb indiyədək bir sıra ölkələrdə uğurla sınadığı məkrli ssenarini Bakıda da reallaşdırmaq istəyirdi. Hədəfə alınmış Azərbaycanda iğtişaşlar yaratmaq üçün Fəthullah Gülənin faktiki "mülayim nəzarət"indəki yerli siyasi partiyalar, təşkilatlar, QHT-lər, fondlar və s.-lər vasitəsilə gərginlik artırılmalı, insanlar küçələrə çıxarılmalı, hakimiyyət strukturlarına muzdlu "demokrat"ların rəhbərlki etdiyi təşkilatlar vasitəsilə təzyiqlər göstərilməli, daha sonra siyasi partiyalarla radikal dindarların ittifaqına nail olunmalı, bütün bunlar hərbi xuntanın hakimiyyəti ələ keçirməsi və bunun dərhal "demokratik seçkilər" şousu ilə qanuniləşdirilməsi vasitəsilə iqtidara Qərbin marionetkalarının gətirilməsi ilə başa çatması üçün fəal hərəkətlərə başlanmalıydı.

Bakıdakı "Məhsul" stadionunda sentyabrın 11-də, 17-də və 18-də keçirilən mitinqlər, daha doğrusu, AXCP, Milli Şura və Müsavatın siyasi rüsvayçılığı, göstərdi ki, Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı və İsa Qəmbərin siyasi karyeralarında ilk dəfə olaraq aşkar şəkildə radikal dini qruplaşmalara meyllənmələri, marazma qapılaraq cəmiyyəti "dindarlara və ateistlərə" bölmələri əslində həmin mitinqlərin vətəndaşların sərbəst toplaşmaq hüququndan bəhrələnməsi kimi yox, Azərabaycanda stabilliyin pozulmasında birbaşa maraqlı olan bir yox, bir neçə dövlətin planı kimi qəbul etməliyik.
Azərbaycanda xof, qorxu və vahimə mühiti yaratmaq istəyən FETÖ ilə bəhs etdiyimiz həmin dövlətlər üçün mitinqlər, həmin yığnaqların təşkilatçıları və ən pisi - aldanaraq o mitinqlərə yollananlar sadəcə, vasitə, istifadə üçün materialdır.

Həmin mitinqdə "Avropaya assosiativ üzv olmalıyıq!", "ABŞ Konqresindəki dinləmələr həyəcan siqnalıdır!" şüarlarının səslənməsi əsas sifarişçinin kimliyini, "İmanlı qardaşlarımıza azadlıq!", "Yezidlə mübarizə aparaq!" təki sarsaq şüarlar isə kölgədə duran "əlavə sifarişçi"nin qonşu dövlətlərdən biri olduğunu aşkar göstərdi.

Zatən hər şey daha öncədən AXCP və Milli Şuranın sentyabrın 11-dəki mitinqi ərəfəsində ABŞ səfirliyinə bir para siyasi partiya və QHT rəhbərlərinin çağırılaraq onlardan mitinqi dəstəkləmələrinin "xahiş" olunması sifarişlərin müəlliflərini bəlirləməyə imkan verirdi.

Fəthullah Gülən və Qərb kəşfiyyatları Bakıda UDUZDULAR

Yerli mediada israrla vurğulanan iddialara görə, AXCP-nin din altında pərdələnən Fəthullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqələrinə dair iddialar və faktlar var, partiya sədrinin köməkçisi və bir sıra AXCP üzvləri FETÖ ilə əlaqələrə görə həbs olunublar. Digər tərəfdən, mitinqdə "İslam Hərəkatı Birliyi"nin sədri Taleh Bağırzadənin və İslam partiyasının rəhbəri olmuş Mövsüm Səmədovun tərəfdarları aktiv iştirak ediblər. Həm FETÖ, həm "İslam Hərəkatı Birliyi" dövlət çevrilişinə cəhddə ittiham olunan qüvvələrdir, eyni zamanda, FETÖ-nun Türkiyədən sonra radikal müxalifət vasitəsilə Azərbaycanda da vəziyyəti gərginləşdirmək planı üzə çıxıb.

Belədirsə, Fəthullah Gülənin və Qərbin bəzi ölkələrinin kəşfiyyat strukturlarının Bakı ilə bağlı planları baş tutmadı.
Onlar uduzdular, çünki xalq siyasətçi səviyyəsində siyasət fiquranı və marionetka həddinə tənəzzül etmişlərin çağırışlarına inanmadı, onların ölkəyə və millətə heç bir xeyir verməyəcəyini bildiyi üçün "Məhsul"a üz tutmadı.

Fəthullah Gülən və Qərb kəşfiyyatları Bakıda UDUZDULAR

Son 3 mitinqin müxalifət üçün biabırçı statistikası isə bir daha göstərdi ki, müxalifətçi partiya liderlərinin hər çıxışlarında refren kimi adı təkrarlanan xalq bu insanlara inanmır.
Nə "səmimiyyət"inə, nə özlərinə.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan Bayramovun açıqlamasına müsbət reaksiya verdi - "İlin sonuna qədər..."
Bu gün, 13:18
"Atamın aldığı oyuncaqları hələ də saxlayıram" - Hacıbaba Bağırovun qızı 22 yaşında
Bu gün, 13:07
“Çoban Bulağı” mənimdir, Mövlam Şıxəliyev əlimdən almışdı - MƏHƏMMƏD BALAQADAŞOVLA BAĞLI OLAYIN SƏBƏBİ BƏLLİ OLDU
Bu gün, 13:03
Vardanyanın arvadı Bakıya gəlməyə hazırlaşır - KİV
Bu gün, 12:53
“Rosko” məhsullarının MƏNŞƏYİ HARDANDIR? - Ortada xeyli sual var...
Bu gün, 12:39
Ceyhun Cəlilov deyir ki, İŞIQLARI SÖNDÜRÜN... - Naxçıvanın MƏZƏLİ GÜNLƏRİ...
Bu gün, 12:36
Paşinyan iyulun sonuna qədər məzuniyyətə çıxır
Bu gün, 12:08
"Rusiya təhdidləri NATO-nu daha da birləşdirdi" - ŞƏRH
Bu gün, 12:06
İran niyə İlham Əliyev və Ərdoğanı “şəxsən” gözləyirmiş? - AKTUAL
Bu gün, 12:05
Böyük Britaniya Azərbaycanın “Zəngəzur” gəmisini sanksiya altından çıxarıb - TƏFƏRRÜAT
Bu gün, 12:02
Pezeşkiyandan ermənicə təşəkkürnamə - FOTO
Bu gün, 11:56
Qusarda alternativ su mənbəyi tikilir – Layihənin dəyəri 3.2 milyon manat
Bu gün, 11:52
Trampın geosiyasi auditi və: - NATO-nun yeni reallığı
Bu gün, 11:49
“Qurtuluş” yenidən açılır: Ceyhun Salmanov görünüşü ilə diqqət çəkdi - VİDEO
Bu gün, 11:41
"Söyüş və qarğış silməkdən yorulmuşam" - İlkin Misgərli autizmli uşaqla görüşəcək
Bu gün, 11:36
Elm və Təhsil Nazirliyi bu şirkətə daha 1,8 milyon manat ödəyəcək
Bu gün, 11:33
"Ezamiyyə xərclərimiz hələ də ödənilməyib..." - NARAZILIQ VAR...
Bu gün, 11:24
Türkiyəli sürücülər Naxçıvandan olan sərnişini ÖLÜMÜNƏ DÖYDÜLƏR - BU NƏDİ BELƏ?
Bu gün, 11:18
ABŞ-nin zərbələri nəticəsində iki gün ərzində İranda 14 nəfər ölüb, 78 nəfər yaralanıb
Bu gün, 11:05
Gənc xanıma yüksək vəzifə verildi - ƏMR
Bu gün, 10:59
Elşad Xosedən polisə şikayət olundu - TƏFƏRRÜAT
Bu gün, 10:57
NATO qırıcılarına bu regionda hərbi hədəfləri məhv etməyə icazə verilib - "Reuters"
Bu gün, 10:51
Başçı ilə idarə müdiri yola getmir... - belə deyirlər...
Bu gün, 10:41
BU BİNA ELƏ BİL BOŞDUR: Rayonun nə yiyəsi var, nə də nəzarət edəni... - ÖZBAŞINALIQ...
Bu gün, 10:31
Moskva indi ayılıb: İrəvan Hitlerin planlarını dəstəkləyir - Zaxarova deyir ki...
Bu gün, 10:25
Ermənilər Sinirlioğlunun istefasını tələb edir - QALMAQAL
Bu gün, 10:12
İran hakimiyyəti Xameneyi ilə vida mərasimində Ərdoğan və Əliyevin şəxsən iştirakını gözləyirmiş... - "ArmenPress"
Bu gün, 09:57
Arvadına mesaj yazan qonşusunu öldürən şəxslə bağlı QƏRAR
Bu gün, 09:55
AZAL Özbəkistan sərnişinləri üçün onlayn ödəniş imkanlarını genişləndirir - DİQQƏT
Bu gün, 09:48
Rusiyanın Ermənistandan bir tələbi var: TRIPP-dən imtina etmək - “Hraparak”
Bu gün, 09:43
Tikinti şirkətinin Müşahidə Şurasının sədri və üzvləri seçiləcək - TOPLANTI VAR...
Bu gün, 09:41
Azərbaycanda 16 yaşdan kiçiklər üçün sosial medianın qadağan edilməsinin mənfi tərəfləri - ARAŞDIRMA
Bu gün, 09:39
Azərbaycan neftinin qiyməti 82 dolları keçib
Bu gün, 09:36
"Zirə" UEFA reytinqində Azərbaycanın əmsalını daha da artırıb
Bu gün, 09:24
Rusiyanın 5 quruşa dəyməyən əsgərlərinin Krımda CAN BAZARLIĞI
Bu gün, 09:16
ABŞ İrana zərbələri aylarla davam etdirmək variantına hazırlaşır - "AXİOS"
Bu gün, 09:01
Pul ayrılıbsa... iş görülübsə... və ortada xidmət yoxdursa... - BU ARTIQ YEYİNTİ ŞÜBHƏSİDİR
Bu gün, 08:13
Real dünyanın KÖNTÖY GERÇƏYİ...
Bu gün, 07:58
Qobu susuzluqdan yanır, Su-kanal idarəsi SEYRƏ ÇIXIB... - NARAZILIQ VAR...
Bu gün, 07:51
"Bunlar dolayıb hamımızı, cavab verməsəydilər, daha yaxşı olardı" - partiya sədri
Bu gün, 07:32
Adı yoxdur!.. - MALƏSƏF...
Bu gün, 07:21
"Rəsmi dövlət dilinə bu münasibət nə deməkdir?" - ETİRAZ VAR!
Bu gün, 07:18
ASAN xidmət adı altında PUL TƏLƏSİ? - İş təcrübəçiyə həvalə olunursa...
Bu gün, 07:05
Xidmət haqqı tutulur, xidmət yoxdur! - ƏSL BAZARDIR!
Bu gün, 06:58
Gedişin ədəbi versiyası - Gec-tez o mina partlayacaq...
Bu gün, 06:51
Ukrayna Rusiyaya elə bir zərbə vurur ki... - SƏSİ HƏLƏ ÇOX ÇIXACAQ...
Bu gün, 06:47
"İnsanların aldığı ən ağır zərbələrin çoxu yadlardan deyil" - Nura Suri
Bu gün, 06:35
Ermənilərin absurd NAXÇIVAN TƏRANƏLƏRİ... - "O qədər mənasız və sarsaq fikirdir ki..."
Bu gün, 06:29
Allahşükür Paşazadəni tənqid etmək asandır, AMMA... - İNCƏ NÜANS
Bu gün, 06:25
Əmrullayev cəza tədbirini NİYƏ YUBADIR? - ortada RƏSMİ İTTİHAM var...
Bu gün, 06:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru