Paşinyan iyulun sonuna qədər məzuniyyətə çıxır .....                     "Rusiya təhdidləri NATO-nu daha da birləşdirdi" .....                     İran niyə İlham Əliyev və Ərdoğanı “şəxsən” gözləyirmiş? .....                     Böyük Britaniya Azərbaycanın “Zəngəzur” gəmisini sanksiya altından çıxarıb .....                     Pezeşkiyandan ermənicə təşəkkürnamə .....                     Qusarda alternativ su mənbəyi tikilir .....                     Trampın geosiyasi auditi və: .....                     “Qurtuluş” yenidən açılır: Ceyhun Salmanov görünüşü ilə diqqət çəkdi .....                     "Söyüş və qarğış silməkdən yorulmuşam" .....                     Elm və Təhsil Nazirliyi bu şirkətə daha 1,8 milyon manat ödəyəcək .....                     "Ezamiyyə xərclərimiz hələ də ödənilməyib..." .....                     Türkiyəli sürücülər Naxçıvandan olan sərnişini ÖLÜMÜNƏ DÖYDÜLƏR .....                     ABŞ-nin zərbələri nəticəsində iki gün ərzində .....                     Gənc xanıma yüksək vəzifə verildi .....                     Elşad Xosedən polisə şikayət olundu .....                     NATO qırıcılarına bu regionda hərbi hədəfləri məhv etməyə icazə verilib .....                     Başçı ilə idarə müdiri yola getmir... .....                     BU BİNA ELƏ BİL BOŞDUR: Rayonun nə yiyəsi var, nə də nəzarət edəni... .....                     Moskva indi ayılıb: İrəvan Hitlerin planlarını dəstəkləyir .....                     Ermənilər Sinirlioğlunun istefasını tələb edir .....                     İran hakimiyyəti Xameneyi ilə vida mərasimində Ərdoğan və Əliyevin şəxsən iştirakını gözləyirmiş... .....                     Arvadına mesaj yazan qonşusunu öldürən şəxslə bağlı .....                     AZAL Özbəkistan sərnişinləri üçün onlayn ödəniş imkanlarını genişləndirir .....                     Rusiyanın Ermənistandan bir tələbi var: TRIPP-dən imtina etmək .....                     Tikinti şirkətinin Müşahidə Şurasının sədri və üzvləri seçiləcək .....                     Azərbaycanda 16 yaşdan kiçiklər üçün sosial medianın qadağan edilməsinin mənfi tərəfləri .....                     Azərbaycan neftinin qiyməti 82 dolları keçib .....                     "Zirə" UEFA reytinqində Azərbaycanın əmsalını daha da artırıb .....                     Rusiyanın 5 quruşa dəyməyən əsgərlərinin Krımda .....                     ABŞ İrana zərbələri aylarla davam etdirmək variantına hazırlaşır .....                     Pul ayrılıbsa... iş görülübsə... və ortada xidmət yoxdursa... .....                     Real dünyanın .....                     Qobu susuzluqdan yanır, Su-kanal idarəsi SEYRƏ ÇIXIB... .....                     "Bunlar dolayıb hamımızı, cavab verməsəydilər, daha yaxşı olardı" .....                     Adı yoxdur!.. .....                     "Rəsmi dövlət dilinə bu münasibət nə deməkdir?" .....                     ASAN xidmət adı altında PUL TƏLƏSİ? .....                     Xidmət haqqı tutulur, xidmət yoxdur! .....                     Gedişin ədəbi versiyası .....                     Ukrayna Rusiyaya elə bir zərbə vurur ki... .....                 

Beynəlxalq Bankın filialında dələduzluq - İTTİHAM VAR
Tarix: 3-09-2016, 11:25 | Çap et
Beynəlxalq Bankın filialında dələduzluq
Hələ bir il bundan əvvələ qədər Azərbaycan Beynəlxalq Bankının (ABB) əksər filiallarının fəaliyyətinə dair ölkə mətbuatında tənqid xarakterli materialların dərc olunması az qala bir normaya çevrilmişdi. Vətəndaşların bu xüsusda mətbuata verdikləri açıqlamalarda ABB filiallarında yer almış bir sıra qanun pozuntularına dair kəskin ittihamlar yer almaqda idi. Bu kimi məlumatlarda fiziki şəxslərə kreditlərin ən azı 10-15%-i həcmində “şapka” alınmaqla verilməsi, bəzi filial müdirlərinin göstərişi ilə müəyyən şəxslərə sənədləşdirmə aparılmadan “faizə” pul verilməsi, həmçinin mütəmadi olaraq həyata keçirilən qeyri-leqal pul köçürmələri barədə faktlar təqdim olunurdu. Həmçinin əksər filiallarda fəaliyyət göstərən valyutadəyişmə məntəqələrinin işi ilə bağlı ciddi iradlar da var idi. Məsələn bildirilirdi ki, bir çox məntəqələrin vətəndaşlara göstərdiyi xidmətin sənədləşdirilməsi düzgün aparılmır və sairə...

Lakin ötən ilin yay aylarından bu kimi məlumatların axını birdən-birə dayandı. Səbəb isə, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri vəzifəsinə Elmar Məmmədovun təyinatı oldu. Məlum olduğu kimi, Elmar Məmmədov ABB səhmdarlarının 22 iyul 2015-ci il tarixində keçirilmiş yığıncağının qərarı ilə bankın İdarə Heyətinin sədri təyin edilib. Qeyd edək ki, Elmar Məmmədovun yüksək iş qabiliyyəti, prinsipiallığı və peşəkarlığı onun hələ “Kapitalbank”a rəhbərlik etdiyi vaxtdan məlumdur. Məhz buna görə də, son bir ildə ABB-nın fəaliyyətində müşahidə olunan pozitiv dəyişikliklərə də heç kim təəccüblənmir.

Əksinə, bu gün artıq Beynəlxalq Bankın hər hansı bir filialından müştərinin şikayət etməsi daha çox təəccüb doğura bilər. Etiraf edək ki, elə biz özümüz də dünən redaksiyamıza müraciət etmiş vətəndaş Məmmədov Kamil Dövlət oğlunun imzaladığı şikayət ərizəsinin mətni ilə tanış olduqdan sonra bir qədər təəccübləndik. Əslində, Kamil Məmmədovun başına gələnlər tamamilə absurd, mümkünsüz bir hal kimi qiymətləndirilə bilər. Belə ki, iddiaya görə, Beynəlxalq Bankın Səbail filialının rəhbərliyi, öz əməkdaşının yol verdiyi dələduzluq əməlinə görə, həmin əməkdaşı deyil, öz müştərisini “cəzalandırmaq” qərarına gəlib. Amma yaxşı olar ki, bütün baş verənlər barədə ərizədə yazılanlarla tanış olaq. Beləliklə, Kamil Məmmədov öz ərizəsində yazır: “Yazıb sizə bildirmək istəyirəm ki, 2011-ci ilin mart ayında VAZ-2107 markalı dövlət qeydiyyat nişanı 90 KT 171 olan avtomobili almaq məqsədi ilə Azərbaycan Beynəlxalq Bankına müraciət etdim. Nəticədə avtomobil almaq üçün sözügedən bankdan mənə avtomobil almaq məqsədilə 5700 (beş min yeddi yüz) manat məbləğində kredit vəsaiti ayrıldı. Krediti götürdüyüm gündən etibarən hər ay 212(iki yüz on iki) manat, kredit ödənişi cədvəli üzrə gecikdirmədən ödəyirdim. Lakin maliyyə vəziyyətimin pişləşməsi səbəbindən kredit borcumu ödəməkdə çətinlik çəkdiyim üçün məcburən avtomobili banka təhvil vermək qərarına gəldim və nəticədə bankın Səbail filialına yaxınlaşdım. Bu barədə bankın kredit şöbəsinin işçisi Abbasov Rəşad Ələsgər oğluna yaxınlaşaraq, onunla məsələni müzakirə etdim. Bankın işçisi, yuxarıda qeyd etdiyim şəxs məni aldadaraq, avtomobili banka təhvil ver və narahat olma, gələcəkdə heç bir zaman bank tərəfindən bir də narahat olunmayacaqsan deyərək, məni aldatdı. Mən də inanaraq, avtomobili Abbasov Rəşad Ələsgər oğluna 19.09.2012-ci il tarixində, mülki etibarnamə ilə təhvil verdim. Lakin bir neçə ay keçməmiş bankdan mənə zəng gəldi və məni banka yenidən dəvət etdilər. Bu dəfə isə, məlum oldu ki, bankın işçisi Abbasov Rəşad Ələsgər oğlu ona verdiyim etibarnamədən sui-istifadə edərək, avtomobili kimliyi banka məlum olmayan şəxsə, bankdan kənarda, müəyyən miqdarda pul müqabilində satmışdır. O, gündən etibarən avtomobil Abbasov Rəşad Ələsgər oğlunun satdığı 3-cü şəxs tərəfindən naməlum şəraitdə itirilmişdir və hal-hazırda axtarışdadır. Buna baxmayaraq mən dəfələrlə banka dəvət olunmuşam. Hər səfərdə bu məsələni bankın rəhbərliyinə desəm də, sübut olaraq bankın işçisinə etibarnamə verərək qarşılıqlı razılaşma ilə avtomobili banka təhvil verdiyimi söyləsəm də cavabında onlar məndən avtomobili tapmağımı və yaxud da borcunu banka ödədiyimi tələb edirlər.

Yuxarıda qeyd etdiklərimi və bank tərəfindən mənə vurulmuş ziyanın araşdırılmasını, məsələyə ədalətli mövqe bildirilməsini aidiyyatı olan qurumlardan xahiş edirəm”.

Biz isə ümid edirik ki, bu məsələ ilk növbədə Azərbaycan Beynəlxalq Bankının rəhbərliyi tərəfindən operativ və obyektiv şəkildə araşdırılacaq və müştərinin hüquqlarının pozulmasına qətiyyən yol verilməyəcək.

Qarşı tərəfin də məsələyə münasibətini işıqlandıra bilərik.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan iyulun sonuna qədər məzuniyyətə çıxır
Bu gün, 12:08
"Rusiya təhdidləri NATO-nu daha da birləşdirdi" - ŞƏRH
Bu gün, 12:06
İran niyə İlham Əliyev və Ərdoğanı “şəxsən” gözləyirmiş? - AKTUAL
Bu gün, 12:05
Böyük Britaniya Azərbaycanın “Zəngəzur” gəmisini sanksiya altından çıxarıb - TƏFƏRRÜAT
Bu gün, 12:02
Pezeşkiyandan ermənicə təşəkkürnamə - FOTO
Bu gün, 11:56
Qusarda alternativ su mənbəyi tikilir – Layihənin dəyəri 3.2 milyon manat
Bu gün, 11:52
Trampın geosiyasi auditi və: - NATO-nun yeni reallığı
Bu gün, 11:49
“Qurtuluş” yenidən açılır: Ceyhun Salmanov görünüşü ilə diqqət çəkdi - VİDEO
Bu gün, 11:41
"Söyüş və qarğış silməkdən yorulmuşam" - İlkin Misgərli autizmli uşaqla görüşəcək
Bu gün, 11:36
Elm və Təhsil Nazirliyi bu şirkətə daha 1,8 milyon manat ödəyəcək
Bu gün, 11:33
"Ezamiyyə xərclərimiz hələ də ödənilməyib..." - NARAZILIQ VAR...
Bu gün, 11:24
Türkiyəli sürücülər Naxçıvandan olan sərnişini ÖLÜMÜNƏ DÖYDÜLƏR - BU NƏDİ BELƏ?
Bu gün, 11:18
ABŞ-nin zərbələri nəticəsində iki gün ərzində İranda 14 nəfər ölüb, 78 nəfər yaralanıb
Bu gün, 11:05
Gənc xanıma yüksək vəzifə verildi - ƏMR
Bu gün, 10:59
Elşad Xosedən polisə şikayət olundu - TƏFƏRRÜAT
Bu gün, 10:57
NATO qırıcılarına bu regionda hərbi hədəfləri məhv etməyə icazə verilib - "Reuters"
Bu gün, 10:51
Başçı ilə idarə müdiri yola getmir... - belə deyirlər...
Bu gün, 10:41
BU BİNA ELƏ BİL BOŞDUR: Rayonun nə yiyəsi var, nə də nəzarət edəni... - ÖZBAŞINALIQ...
Bu gün, 10:31
Moskva indi ayılıb: İrəvan Hitlerin planlarını dəstəkləyir - Zaxarova deyir ki...
Bu gün, 10:25
Ermənilər Sinirlioğlunun istefasını tələb edir - QALMAQAL
Bu gün, 10:12
İran hakimiyyəti Xameneyi ilə vida mərasimində Ərdoğan və Əliyevin şəxsən iştirakını gözləyirmiş... - "ArmenPress"
Bu gün, 09:57
Arvadına mesaj yazan qonşusunu öldürən şəxslə bağlı QƏRAR
Bu gün, 09:55
AZAL Özbəkistan sərnişinləri üçün onlayn ödəniş imkanlarını genişləndirir - DİQQƏT
Bu gün, 09:48
Rusiyanın Ermənistandan bir tələbi var: TRIPP-dən imtina etmək - “Hraparak”
Bu gün, 09:43
Tikinti şirkətinin Müşahidə Şurasının sədri və üzvləri seçiləcək - TOPLANTI VAR...
Bu gün, 09:41
Azərbaycanda 16 yaşdan kiçiklər üçün sosial medianın qadağan edilməsinin mənfi tərəfləri - ARAŞDIRMA
Bu gün, 09:39
Azərbaycan neftinin qiyməti 82 dolları keçib
Bu gün, 09:36
"Zirə" UEFA reytinqində Azərbaycanın əmsalını daha da artırıb
Bu gün, 09:24
Rusiyanın 5 quruşa dəyməyən əsgərlərinin Krımda CAN BAZARLIĞI
Bu gün, 09:16
ABŞ İrana zərbələri aylarla davam etdirmək variantına hazırlaşır - "AXİOS"
Bu gün, 09:01
Pul ayrılıbsa... iş görülübsə... və ortada xidmət yoxdursa... - BU ARTIQ YEYİNTİ ŞÜBHƏSİDİR
Bu gün, 08:13
Real dünyanın KÖNTÖY GERÇƏYİ...
Bu gün, 07:58
Qobu susuzluqdan yanır, Su-kanal idarəsi SEYRƏ ÇIXIB... - NARAZILIQ VAR...
Bu gün, 07:51
"Bunlar dolayıb hamımızı, cavab verməsəydilər, daha yaxşı olardı" - partiya sədri
Bu gün, 07:32
Adı yoxdur!.. - MALƏSƏF...
Bu gün, 07:21
"Rəsmi dövlət dilinə bu münasibət nə deməkdir?" - ETİRAZ VAR!
Bu gün, 07:18
ASAN xidmət adı altında PUL TƏLƏSİ? - İş təcrübəçiyə həvalə olunursa...
Bu gün, 07:05
Xidmət haqqı tutulur, xidmət yoxdur! - ƏSL BAZARDIR!
Bu gün, 06:58
Gedişin ədəbi versiyası - Gec-tez o mina partlayacaq...
Bu gün, 06:51
Ukrayna Rusiyaya elə bir zərbə vurur ki... - SƏSİ HƏLƏ ÇOX ÇIXACAQ...
Bu gün, 06:47
"İnsanların aldığı ən ağır zərbələrin çoxu yadlardan deyil" - Nura Suri
Bu gün, 06:35
Ermənilərin absurd NAXÇIVAN TƏRANƏLƏRİ... - "O qədər mənasız və sarsaq fikirdir ki..."
Bu gün, 06:29
Allahşükür Paşazadəni tənqid etmək asandır, AMMA... - İNCƏ NÜANS
Bu gün, 06:25
Əmrullayev cəza tədbirini NİYƏ YUBADIR? - ortada RƏSMİ İTTİHAM var...
Bu gün, 06:15
ABŞ-nin İrana yeni zərbələri daha genişmiqyaslı olacaq - "Reuters"
Bu gün, 06:01
AQTA rəsmən BAHALAŞMAya səbəb olur - BELƏ HARA GEDİRİK?
Bu gün, 05:50
AHİK şefi ilə bağlı ŞOK İDDİA - BU NƏDİ BELƏ?
Bu gün, 05:46
Rusların SOCAR HƏMLƏSİ - NƏ ETMƏLİ?
Bu gün, 05:42
Fermerlərə problem yaşadan başçı... - TENDER KEÇİRİR
Bu gün, 05:37
"Əgər həftəiçi 5 gün veriliş aparacağamsa... ...bu, digər işlərimə problem yaradacaq"
Bu gün, 05:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru