Pul ayrılıbsa... iş görülübsə... və ortada xidmət yoxdursa... .....                     Real dünyanın .....                     Qobu susuzluqdan yanır, Su-kanal idarəsi SEYRƏ ÇIXIB... .....                     "Bunlar dolayıb hamımızı, cavab verməsəydilər, daha yaxşı olardı" .....                     Adı yoxdur!.. .....                     "Rəsmi dövlət dilinə bu münasibət nə deməkdir?" .....                     ASAN xidmət adı altında PUL TƏLƏSİ? .....                     Xidmət haqqı tutulur, xidmət yoxdur! .....                     Gedişin ədəbi versiyası .....                     Ukrayna Rusiyaya elə bir zərbə vurur ki... .....                     "İnsanların aldığı ən ağır zərbələrin çoxu yadlardan deyil" .....                     Ermənilərin absurd NAXÇIVAN TƏRANƏLƏRİ... .....                     Allahşükür Paşazadəni tənqid etmək asandır, AMMA... .....                     Əmrullayev cəza tədbirini NİYƏ YUBADIR? .....                     ABŞ-nin İrana yeni zərbələri daha genişmiqyaslı olacaq .....                     AQTA rəsmən BAHALAŞMAya səbəb olur .....                     AHİK şefi ilə bağlı ŞOK İDDİA .....                     Rusların SOCAR HƏMLƏSİ .....                     Fermerlərə problem yaşadan başçı... .....                     "Əgər həftəiçi 5 gün veriliş aparacağamsa... .....                     ABŞ İranın hər hücumuna qarşı 20 hücumla cavab verməyə hazırdır .....                     Azərbaycanlıların quzu sevgisi: Həm bahalı, həm ziyanlı .....                     Onları Azərbaycan və Ermənistan kimi barışdıra biləcəyəm .....                     LGBT ətrafında bitməyən müzakirələr: Qərb nəyi hədəfləyir? .....                     Restoran müdiri Niyama ev hədiyyə etdi .....                     Milyonlar qazanan iki biznesmenin sonu: Biri özünü öldürdü, digəri... .....                     Şuşadan qaçan Ohanyan: .....                     “Eurohome”da mağazası yanan sahibkar: “Məni intihar həddinə çatdırıblar” .....                     Türk iş adamının Aynurə Cəfərova ilə bağlı iddiası yenidən araşdırılacaq .....                     Doğumla ölümün bərabərləşəcəyini deyən alim: .....                     Restoranda müştərini döydü, amnistiyaya düşdü, zərərçəkmiş yenidən şikayətçi oldu .....                     ATU 59 min manata nələr almağı planlaşdırır? .....                     “Stock Baku” QSC təsisçisi olduğu şirkətin kapitalını .....                     Mədəniyyət Nazirliyinin vəzifəli əməkdaşı Bakıda özünə obyekt tikdirib .....                     İrandan növbəti Zəngəzur XƏBƏRDARLIĞI .....                     İşdən çıxarılan müəllim Baş Prokurora müraciət etdi .....                     "Evə usta çağıranda ona pul verirlər, aktyoru da efirə çağıranda ona qonorar ödəmək lazımdır" .....                     Siyasi tamaşa: .....                     Separatçılar özlərinə “spiker” axtarır .....                     Paşinyan Rusiyadan əliboş döndü: .....                 

Göygöldə məmur özbaşınalıqları - ŞİKAYƏT VAR
Tarix: 2-07-2016, 13:39 | Çap et
Göygöldə məmur özbaşınalıqları
Redaksiyamıza daxil olmuş növbəti oxucu müraciətində Göygöl rayonunda yaşanan məmur özbaşınalıqlarından bəhs olunur. Maraqlıdır ki, bizimdovr.az-a müraciətində, şikayətçi vətəndaş ilk növbədə özünün pozulmuş hüquqlarından söz açsa da, daha sonra onun verdiyi açıqlamalar bütün rayon miqyasında rəhbərlik tərəfindən yol verilən qanun pozuntularını əhatə edir. Amma vətəndaşın şikayət ərizəsində yazılanlara keçməzdən öncə, onun öz xahişini nəzərə alaraq, belə bir məqamı da vurğulamaq istərdik ki, bu iki azyaşlı uşaq anası olan gənc xanım, Göygöl rayonunun icra orqanlarının yüksək vəzifəli məmurlarının adlarını öz açıqlamalarında hallandırdığına görə, özünün və övladlarının təqib və təzyiqlərə məruz qalacağını düşünür. Buna görə də, şikayətçi xanım rayonun hüquq-mühafizə orqanlarından onun bu ehtimalını nəzərə almalarını xahiş edir.

Beləliklə, redaksiyamıza dünən müraciət etmiş, Göygöl şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 36 ünvanında yaşayan vətəndaş Nazilə Süleymanova hazırda iki azyaşlı övladı ilə birgə yaşadıqları evin qəzalı vəziyyətdə olmasından son dərəcə narahatdır. Onun sözlərinə görə, yaranmış vəziyyətə görə dəfələrlə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidova, başçının Göygöl şəhəri üzrə nümayəndəsi Mirzə müəllimə və yaşadıqları binanın balansında olduğu MİS-in rəisi Səfiyar müəllimə müraciətlər etsə də, bunların heç bir nəticəsi olmamışdır. Laki gəlin bütün bu təfsilatlarla Nazilə Süleymanovanın öz dediklərindən tanış olaq: “Yaşadığımız iki mərtəbəli bina köhnə tikilidir. Deyirlər, guya bu binanın inşasında hələ müharibədə əsir düşən almanlar da iştirak ediblər. Mən özüm və iki azyaşlı övladım birinci mərtəbədə, bir otaqda yaşayırıq. Hər necə də olsa, bina hal-hazırda qəzalı vəziyyətdədir. Təqdim etdiyim şəkildən də aydın görünür ki, ikinci mərtəbənin eyvanını saxlayan taxta tirin altı çürüyüb və hal-hazırda boşluqdur. Yəni bu tir istənilən zaman çökə bilər. Bundan başqa, mənim mənzilimin qarşısı əvvəllər açıq eyvan idi. 2014-cü ildə şəhərdə abadlaşma işləri aparıldı. Bizim mənzilin də qarşısını bir daş enində hörüb, otaq etdilər. Amma məsələ bundadır ki, görülən işlərin pulunu Fövqəladə Hallar Nazirliyi ödəsə də, tikintinin layihəsini RİH-nin Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Hacıyevtəqdim etmişdi. Və necə olubsa, divarın tikintisi özül qoyulmadan aparılıb. Köhnə eyvan üçün özül rolunu taxta tir oynayırdı. Elə yeni daş divarı da məhz həmin tirin üzəri ilə inşa ediblər. İndi isə, divar tədricən çökür. Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidova, başçının Göygöl şəhəri üzrə nümayəndəsi Mirzə müəllimə və bu binanın balansında olduğu MİS-in rəisi Səfiyar müəllimə müraciət edəndə isə, mənə deyirlər ki, FHN-ə müraciət edim. Bilmirəm niyə?

Mən öhdəmdə iki azyaşlı uşaq olan tənha anayam. Uşaqlardan biri də xəstədir. Məgər bu icra orqanlarının bir az da olsa qayğılarına mənim haqqım çatmır? 2015-ci ildə MİS-in balansında olduğuna görə, guya ki, mənzilimizi təmir etdilər. İki uşaqla, bütün ev əşyalarımla bizi tökdülər küçəyə. Bir otaqlı mənzilin təmiri nə qədər çəkər? Bizimki düz 5 ay çəkdi. Beş ay faktiki olaraq küçədə yaşadıq. Mebelim, əşyalarım sıradan çıxdı. Səhhətimizə nə qədər ziyan dəydi. İcra başçısı bu beş ayda neçə dəfə öz maşınında yanımızdan keçdi. Bircə dəfə də maraqlanmadı ki, bu ailə niyə çölə tökülüb? Əgər evləri təmir olunursa, onları niyə müvəqqəti yaşayış yeri ilə təmin etməyiblər? Nəticədə isə, mənzilin təmiri çox keyfiyyətsiz şəkildə başa çatdırıldı. Heç təəccüblü də deyil. Sonradan maraqlanıb öyrəndim ki, ötən il şəhərimizin abadlaşdırılmasına dövlət tərəfindən 300 min manat vəsait ayrılıb, amma bu məbləğin yalnız 80 mini təyinatı üzrə xərclənib...

2008-ci ildə və 2010-cu ildə mənzil şəraitimizin yaxşılaşdırılması üçün mənə torpaq sahəsi ayrılması xahişilə icra hakimiyyətinə müraciət etmişəm. Amma bizə torpaq ayırmayıblar. Deyiblər ki, sizə düşmür. Necə olur ki, Göygölün mərkəzi xəstəxanasının yanından düz avtovağzala qədər uzanan yolkənarı ərazilərdə cənab Arif Seyidova hektarlarla torpaq sahələri də düşür, bu sahələrin üzərində kommersiya obyektləri tikmək də, onları başqa-başqa qohumlarının

adına sənədləşdirib sonra icarəyə vermək də düşür, biz sadə insanlara isə, 5-6 sot torpaq düşmür? Bu torpağı isə, icra hakimiyyətinin tapşırığı ilə bələdiyyələr bizə 1 sotunu 1000 manata təklif edirlər.

Bu il Göygöldə də sosial binaların tikintisinə başlanılır. Artıq bu binalarda mənzil veriləcək insanların siyahısı da tutulur. Mən də siyahıya alınmaq üçün müraciət etdim. Amma yenə də məni rədd etdilər. Halbuki, mən iki azyaşlı uşaqla bu gün 28 kv.m-lik mənzildə yaşayıram. Buna baxmayaraq, bu dəfə də başçının Göygöl şəhəri üzrə nümayəndəsi Mirzə müəllim dedi ki, o mənzil mənə düşmür. Amma Mirzə müəllimin özünə köhnə uşaq poliklinikasının binasını əvvəl zəbt edib, sonra özəlləşdirib, sonra da özünün şəxsi mülkünə çevirmək düşür. Həmçinin Mirzə müəllimə şəhərimizin “çay bağı” deyilən ərazisini də, bu ərazidə yerləşən gölü də zəbt eləmək düşür. Hələ bir zəbt etdiyi göldə balıqçılıq təsərrüfatı yaratmaq da, həmin ərazidə şəxsi meyvə bağı salmaq da Mirzə müəllimə düşür. Yalnız biz kasıb-kusuba heç nə düşmür...

Yeri gəlmişkən, bizim şəhərin başbilənləri dövlətə məxsus binaları zəbt etmək üsullarına çoxdan yiyələniblər. Elə bir müddət əvvəl VVAQ və notariusun yerləşdiyi, Heydər Əliyev prospektindəki 33 saylı binanı da başçı Arif Seyidov necə özəlləşdirib qızının cehizliyi kimi, öz qudası Fikrət müəllimə necə təqdim etdisə, heç kimin ruhu da

incimədi. Evi-evə qatdılar, soruşana da dedilər ki, bu bina elə əvvəldən fikrət müəllimin olub. VVAQ və notarius kimi dövlət idarələri isə, orada icarədə oturublar. Halbuki, bu idarələrin həmin binada hələ özəlləşdirməyə qədərki dövrdə yerləşdiklərini hamı bilir.

Bütün bunların müqabilində isə, Göygöl şəhərinin problemləri gündən günə artır. İlk növbədə bir ana kimi məni daha çox narahat edən problemlərdən biri də, şəhərimizin məktəblərində və uşaq bağçalarında mövcud olan vəziyyətlə bağlıdır.

Dövlətimizin və şəxsən ölkə prezidentinin bu sahəyə ayırdığı xüsusi diqqət və qayğının müqabilində, bu sahədə Göygöldə vəziyyət olduqca bərbaddır. Şəhərimizin uşaq bağçalarında mövcud neqativ halların aradan qaldırılması üçün heç bir tədbir görülmür. Rayon rəhbərliyinin tələbilə orta məktəblərdə və bağçalarda sürəkli pul yığımları həyata keçirilir. Bağçalara uşaqların qəbulu da yalnız ödəniş əsasında həyata keçirilir. Bununla yanaşı, rayonda elə bağçalar var ki, otaqlarda döşəmə də çürüyüb və ot-alaq həmin döşəmələrdən keçib otaqlarda boy atır. Məktəblərdə isə, iş o yerə çatıb ki, hətta şagirdlərdən hansısa tamaşaya görə bilet pulu yığırlar, sonra isə, tamaşa da təxirə salınır...”

Nazilə Süleymanovanın təqdim etdiyi açıqlamalarda hələ bir çox digər problemlərdən, o cümlədən Göygölün məişət problemlərindən, susuzluq problemindən və sairədən bəhs olunur. Növbəti saylarımızda bu mövzunu davam etdirəcəyik








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Pul ayrılıbsa... iş görülübsə... və ortada xidmət yoxdursa... - BU ARTIQ YEYİNTİ ŞÜBHƏSİDİR
Bu gün, 08:13
Real dünyanın KÖNTÖY GERÇƏYİ...
Bu gün, 07:58
Qobu susuzluqdan yanır, Su-kanal idarəsi SEYRƏ ÇIXIB... - NARAZILIQ VAR...
Bu gün, 07:51
"Bunlar dolayıb hamımızı, cavab verməsəydilər, daha yaxşı olardı" - partiya sədri
Bu gün, 07:32
Adı yoxdur!.. - MALƏSƏF...
Bu gün, 07:21
"Rəsmi dövlət dilinə bu münasibət nə deməkdir?" - ETİRAZ VAR!
Bu gün, 07:18
ASAN xidmət adı altında PUL TƏLƏSİ? - İş təcrübəçiyə həvalə olunursa...
Bu gün, 07:05
Xidmət haqqı tutulur, xidmət yoxdur! - ƏSL BAZARDIR!
Bu gün, 06:58
Gedişin ədəbi versiyası - Gec-tez o mina partlayacaq...
Bu gün, 06:51
Ukrayna Rusiyaya elə bir zərbə vurur ki... - SƏSİ HƏLƏ ÇOX ÇIXACAQ...
Bu gün, 06:47
"İnsanların aldığı ən ağır zərbələrin çoxu yadlardan deyil" - Nura Suri
Bu gün, 06:35
Ermənilərin absurd NAXÇIVAN TƏRANƏLƏRİ... - "O qədər mənasız və sarsaq fikirdir ki..."
Bu gün, 06:29
Allahşükür Paşazadəni tənqid etmək asandır, AMMA... - İNCƏ NÜANS
Bu gün, 06:25
Əmrullayev cəza tədbirini NİYƏ YUBADIR? - ortada RƏSMİ İTTİHAM var...
Bu gün, 06:15
ABŞ-nin İrana yeni zərbələri daha genişmiqyaslı olacaq - "Reuters"
Bu gün, 06:01
AQTA rəsmən BAHALAŞMAya səbəb olur - BELƏ HARA GEDİRİK?
Bu gün, 05:50
AHİK şefi ilə bağlı ŞOK İDDİA - BU NƏDİ BELƏ?
Bu gün, 05:46
Rusların SOCAR HƏMLƏSİ - NƏ ETMƏLİ?
Bu gün, 05:42
Fermerlərə problem yaşadan başçı... - TENDER KEÇİRİR
Bu gün, 05:37
"Əgər həftəiçi 5 gün veriliş aparacağamsa... ...bu, digər işlərimə problem yaradacaq"
Bu gün, 05:32
ABŞ İranın hər hücumuna qarşı 20 hücumla cavab verməyə hazırdır - Tramp belə deyir...
Bu gün, 05:29
Azərbaycanlıların quzu sevgisi: Həm bahalı, həm ziyanlı - AKTUAL
Bu gün, 05:27
Onları Azərbaycan və Ermənistan kimi barışdıra biləcəyəm - Tramp belə deyir...
Dünən, 17:35
LGBT ətrafında bitməyən müzakirələr: Qərb nəyi hədəfləyir? – Azərbaycan detalı
Dünən, 17:33
Restoran müdiri Niyama ev hədiyyə etdi - Saxta çıxdı
Dünən, 17:19
Milyonlar qazanan iki biznesmenin sonu: Biri özünü öldürdü, digəri... - TƏFƏRRÜAT
Dünən, 17:11
Şuşadan qaçan Ohanyan: - "İntiqam vaxtı gələcək"
Dünən, 17:08
“Eurohome”da mağazası yanan sahibkar: “Məni intihar həddinə çatdırıblar” - NARAZILIQ VAR...
Dünən, 16:56
Türk iş adamının Aynurə Cəfərova ilə bağlı iddiası yenidən araşdırılacaq - 5 kq-lıq qızıl qalmaqalı
Dünən, 16:48
Doğumla ölümün bərabərləşəcəyini deyən alim: - "Milli Məclisə bizi çağırsınlar, deyək"
Dünən, 16:46
Restoranda müştərini döydü, amnistiyaya düşdü, zərərçəkmiş yenidən şikayətçi oldu - TƏFƏRRÜAT
Dünən, 16:41
ATU 59 min manata nələr almağı planlaşdırır?
Dünən, 16:33
“Stock Baku” QSC təsisçisi olduğu şirkətin kapitalını 2.4 milyon manat artırır
Dünən, 16:24
Mədəniyyət Nazirliyinin vəzifəli əməkdaşı Bakıda özünə obyekt tikdirib - AY, NƏ GÖZƏL...
Dünən, 16:21
İrandan növbəti Zəngəzur XƏBƏRDARLIĞI – Tehranın “sancısı” nə?!
Dünən, 16:07
İşdən çıxarılan müəllim Baş Prokurora müraciət etdi - “Mənə qarşı qanunsuzluq edilib”
Dünən, 16:03
"Evə usta çağıranda ona pul verirlər, aktyoru da efirə çağıranda ona qonorar ödəmək lazımdır" - Xalq artisti
Dünən, 15:45
Siyasi tamaşa: - Minalanan torpaq Azərbaycanda, maşın isə Ermənistanda
Dünən, 15:36
Separatçılar özlərinə “spiker” axtarır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:35
Paşinyan Rusiyadan əliboş döndü: - Həlledici “döyüş” başlayır
Dünən, 15:28
Bir sıra diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbə verilib - SƏRƏNCAM
Dünən, 15:24
“Gesco” ASC dövlət qurumlarından 45 milyonluq mühafizə tenderi udub – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Dünən, 15:21
“Türkiyədə qayda-qanun var, bizdə isə...” - Bələdiyyələrlə bağlı acı reallıq açıqlandı
Dünən, 15:16
Dövlət qurumu “Ağ Şəhər”dən 644 min manata ofis icarəyə götürdü - DETALLAR
Dünən, 15:10
YAP-ın Xaçmaz təşkilatının sədri saxlanıldı: HAKİM PARTİYA İSƏ... - TƏFƏRRÜAT
Dünən, 15:01
“Çiməndə qəfil sel aparıb” – çayda batan Nüşrəvanın qardaşı elə şeylər danışdı ki...
Dünən, 14:59
İdarədən vətəndaşlara təhdid bildirişləri gəlir: "Qazınızı kəsəcəyik" – NƏ ETMƏLİ?
Dünən, 14:55
Naxçıvanın Baş naziri Xameneinin vida protokolunda niyə olmayıb? - AÇIQLADI
Dünən, 14:51
AMEA-nın həqiqi üzvü Əjdər Məcidov vəfat edib
Dünən, 14:48
Nurəddin Mustafayevin himayə etdiyi quldurluq: Nazirə və Ali Məhkəmə sədrinə İMDAD MÜRACİƏTİ! - Aldadılmış sahibkar İNTİHAR HƏDDİNDƏ...
Dünən, 14:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru