Pul ayrılıbsa... iş görülübsə... və ortada xidmət yoxdursa... .....                     Real dünyanın .....                     Qobu susuzluqdan yanır, Su-kanal idarəsi SEYRƏ ÇIXIB... .....                     "Bunlar dolayıb hamımızı, cavab verməsəydilər, daha yaxşı olardı" .....                     Adı yoxdur!.. .....                     "Rəsmi dövlət dilinə bu münasibət nə deməkdir?" .....                     ASAN xidmət adı altında PUL TƏLƏSİ? .....                     Xidmət haqqı tutulur, xidmət yoxdur! .....                     Gedişin ədəbi versiyası .....                     Ukrayna Rusiyaya elə bir zərbə vurur ki... .....                     "İnsanların aldığı ən ağır zərbələrin çoxu yadlardan deyil" .....                     Ermənilərin absurd NAXÇIVAN TƏRANƏLƏRİ... .....                     Allahşükür Paşazadəni tənqid etmək asandır, AMMA... .....                     Əmrullayev cəza tədbirini NİYƏ YUBADIR? .....                     ABŞ-nin İrana yeni zərbələri daha genişmiqyaslı olacaq .....                     AQTA rəsmən BAHALAŞMAya səbəb olur .....                     AHİK şefi ilə bağlı ŞOK İDDİA .....                     Rusların SOCAR HƏMLƏSİ .....                     Fermerlərə problem yaşadan başçı... .....                     "Əgər həftəiçi 5 gün veriliş aparacağamsa... .....                     ABŞ İranın hər hücumuna qarşı 20 hücumla cavab verməyə hazırdır .....                     Azərbaycanlıların quzu sevgisi: Həm bahalı, həm ziyanlı .....                     Onları Azərbaycan və Ermənistan kimi barışdıra biləcəyəm .....                     LGBT ətrafında bitməyən müzakirələr: Qərb nəyi hədəfləyir? .....                     Restoran müdiri Niyama ev hədiyyə etdi .....                     Milyonlar qazanan iki biznesmenin sonu: Biri özünü öldürdü, digəri... .....                     Şuşadan qaçan Ohanyan: .....                     “Eurohome”da mağazası yanan sahibkar: “Məni intihar həddinə çatdırıblar” .....                     Türk iş adamının Aynurə Cəfərova ilə bağlı iddiası yenidən araşdırılacaq .....                     Doğumla ölümün bərabərləşəcəyini deyən alim: .....                     Restoranda müştərini döydü, amnistiyaya düşdü, zərərçəkmiş yenidən şikayətçi oldu .....                     ATU 59 min manata nələr almağı planlaşdırır? .....                     “Stock Baku” QSC təsisçisi olduğu şirkətin kapitalını .....                     Mədəniyyət Nazirliyinin vəzifəli əməkdaşı Bakıda özünə obyekt tikdirib .....                     İrandan növbəti Zəngəzur XƏBƏRDARLIĞI .....                     İşdən çıxarılan müəllim Baş Prokurora müraciət etdi .....                     "Evə usta çağıranda ona pul verirlər, aktyoru da efirə çağıranda ona qonorar ödəmək lazımdır" .....                     Siyasi tamaşa: .....                     Separatçılar özlərinə “spiker” axtarır .....                     Paşinyan Rusiyadan əliboş döndü: .....                 

Bakıda "SÜS mobil” MMC maxinasiyaları - ŞİKAYƏT VAR
Tarix: 28-06-2016, 09:45 | Çap et
Bakıda "SÜS mobil” MMC maxinasiyaları
"SÜS mobil” MMC-nin qanunsuz fəaliyyətində seçdiyi əsas hədəf orduda xidmət göstərən əsgər və hərbiçilərimizdir. "SÜS mobil” MMC-nin hədəfinə tuş gələn zərərçəkənlərdən biri də mənim oğlum müddətdən artıq hərbi xidmət edən əsgər Bağırov Elvin Saleh oğludur. Belə ki, müxtəlif yerlərdə hərbi hissələrin əsgərlərini şirinikdirərək cəlb edir və aldadaraq məzmunundan xəbərsiz olduqları nisyə alqı-satqı müqaviləsi ilə dəyərindən dörd-beş dəfə yüksək qiymətə bir ədəd əşya (noutbuq və ya mobil telefon) satır. Bir neçə ay keçdikdən sonra isə ödənişləri geçikdirməsi bəhanəsi ilə həmin əsgərlərə qarşı məhkəmədə borc tələbinə dair iddia qaldırır". Bu sözlər zərərçəkmiş Bağırov Elvin Saleh oğlunun atası Bağırov Salehin Xeber.İnfo-a göndərdiyi məktubda əks olunub. Həmin məktubu olduğu kimi təqdim edirik:

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Surəti: Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının sədri Cənab Fikrət Məmmədova
Surəti: Azərbaycan Respublikasının Vergilər Naziri cənab Fazil Məmmədova
Surəti: Azərbaycan Respublikasının Baş Prokuroru Yanında Koorupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Kamran Əliyev
Surəti: Bakı şəhəri Xətai Rayon Məhkəməsinə
Gəncə şəhəri, İ.Məmmədov küç. I dön. ev 95 ünvanında yaşayan əsgər atası Bağırov Saleh Ağa oğlu tərəfindən tel: (055) 820 44 92
Ə R İ Z Ə

Hörmətli cənab prezident! Mən, bir əsgər atası olaraq Sizə müraciət edirəm. Bildirirəm ki, mən, övladımın Azərbaycan ordusunda xidmət etməsindən qürur duyuram və övladımın əsgər olmasından asılı olmayaraq düşünürəm ki, ordumuza və əsgərlərimizə dəstək olmaq hər bir azərbaycanlının vətəndaşlıq borcu olmalıdır. Təəssüf ki, bəzi üzdəniraq şəxslər var ki, nəinki əsgərlərimizə dəstək olmur, əksinə məqsədyönlü olaraq, mütəşəkkil qaydada, kütləvi şəkildə əsgərlərimizi və hərbiçilərimizi aldadaraq saxta sənədlərlə borca salır və sonradan pul tələbi ilə iddia qaldıraraq məhkəmələrdə süründürür, əsgərin canı, qanı bahasına qazandığı pulu şər, böhtanla əlindən alırlar. Belə şəxslərdən biri də mobil telefonların və elektronika avadanlıqlarının satışı ilə məşğul olan "SÜS mobil” MMC adı ilə qeydə alınmış hüquqi şəxsdir. Qeyd etmək istəyirəm ki, "SÜS mobil” MMC 2012-ci ildə təsis edilmiş və 2013-cü ildə VÖEN-ni bağlatdıraraq fəaliyyətini rəsmi qaydada dayandırmışdır. VÖEN-nin bağlı olmasına baxmayaraq "SÜS mobil” MMC fəaliyyətini qanunsuz olaraq davam etdirmiş və guya "STAR GSM” mağazalar şəbəkəsinin tərkibində fəaliyyət göstərdiyini bildirmişdir. Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsindən verilən rəsmi məlumata əsasən "Star GSM” mağazalar şəbəkəsi ilə "SÜS mobil” MMC arasında hüquqi bağlılığı təsdiq edən heç bir sənəd aşkar edilməmişdir. Göründüyü kimi "SÜS mobil” MMC uzun müddət açıq-aşkar fəaliyyət göstərərək külli miqdar gəlir əldə etməsinə baxmayaraq qanunsuz olaraq vergi ödəməkdən yayınmaqla təkcə vətəndaşları deyil, dövləti də aldatmışdır. "SÜS mobil” MMC-nin qanunsuz fəaliyyətində seçdiyi əsas hədəf orduda xidmət göstərən əsgər və hərbiçilərimizdir. "SÜS mobil” MMC-nin hədəfinə tuş gələn zərərçəkənlərdən biri də mənim oğlum müddətdən artıq hərbi xidmət edən əsgər Bağırov Elvin Saleh oğludur. Belə ki, müxtəlif yerlərdə hərbi hissələrin əsgərlərini şirinikdirərək cəlb edir və aldadaraq məzmunundan xəbərsiz olduqları nisyə alqı-satqı müqaviləsi ilə dəyərindən dörd-beş dəfə yüksək qiymətə bir ədəd əşya (noutbuq və ya mobil telefon) satır. Bir neçə ay keçdikdən sonra isə ödənişləri geçikdirməsi bəhanəsi ilə həmin əsgərlərə qarşı məhkəmədə borc tələbinə dair iddia qaldırır. "SÜS mobil” MMC öz qanunsuz hərəkətlərini daha əlverişli və rahat yolla həyata keçirmək üçün nisyə alqı-satqı müqaviləsinə imperativ normalara zidd olaraq qondarma bir bənd əlavə etmiş və həmin maddəyə əsasən tərəflər arasında mübahisəyə "SÜS mobil” MMC-nin hüquqi ünvanının yerləşdiyi ərazinin məhkəməsində baxıla bilər. Müqavilənin qeyd olunan bəndi Mülki Prosessual Məcəllənin 40.3-cü maddəsinə ziddir, həmin maddənin tələbinə əsasən tərəflər arasında saziş yalnız o zaman ola bilər ki, o, müəyyən məhkəmə işinə və ya mübahisəsinə əsaslanmış olsun. Yəni hələ nisyə alqı-satqı müqaviləsi bağlanan zaman tərəflər arasında hər hansı mübahisə olmadığı üçün həmin vaxt müqavilədə həmin bəndin göstərilməsi tamamilə qanuna ziddir. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən "SÜS mobil” MMC iddianı cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində qaldırmalı idi. Hazırda Xətai Rayon Məhkəməsində "SÜS mobil” MMC tərəfindən hərbiçilərə və əsgərlərimizə qarşı borc tələbinə dair çoxsaylı məhkəmə iddiaları qaldırılıb. Təəssüf ki, "SÜS mobil” MMC-nin qaldırdığı çoxsaylı iddiaların ərazi aidiyyatı qaydalarına zidd olmasına baxmayaraq Xətai Rayon Məhkəməsində icraata qəbul edilərək baxılır. Biz, məhkəmədə vəsatət verərək məhkəmə işinin ərazi aidiyyatına uyğun olaraq cavabdehin qeydiyyat yerinə uyğun Gəncə şəhərinə göndərilməsini xahiş etsək də məhkəmə vəsatəti təmin etməmişdir. Ümumiyyətlə, Xətai Rayon Məhkəməsi "SÜS mobil” MMC-nin qaldırdığı iddialarda birtərəfli mövqe tutur və açıq-aşkar "SÜS mobil” MMC-nin mövqeyini dəstəkləyir. Belə ki, "SÜS mobil” MMC əvvəl məhkəməyə ərizə ilə müraciət edərək oğlum Bağrov Elvin Saleh oğluna qarşı borcun ödənilməsinə dair məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Ərizədə kifayət qədər mübahisəli, ziddiyyətli və araşdırılmalı məqamların olmasına baxmayaraq Xətai Rayon Məhkəməsinin hakimi Raziyya Ataşova heç bir araşdırma aparmadan borcun ödənilməsinə dair əmr vermişdir (əmrin surəti əlavə edilir). Biz, məhkəmə əmrinə etiraz yazdıqdan sonra əmr ləğv edilmiş və iş araşdırılmaq üçün iddia icraatına keçirilmişdir. Belə çıxır ki, əgər biz, məhkəmənin mövcud prosessual qaydalarını bilməsək, vaxtında etiraz verməsəydik heç bir araşdırma aparılmadan qüvvəyə minmiş məhkəmə əmri icra edilməli və əsassız olaraq pul borcludan məcburi qaydada tutulmalı idi. Biz, qanunun tələbinə uyğun olaraq, işin daha obyektiv və ədalətli araşdırılması, həqiqətin üzə çıxarılması naminə məhkəmədə yaşayış ünvanları və xidmət göstərədiyi yerlər tamamilə fərqli olan, bir-birlərini tanımayan əsgərlərimizə qarşı eyni zamanda qaldırılan oxşar iddiaların birləşdirilərək birgə baxılması barədə vəsatət vermişik (bir neçə müqavilələrin və müqaviləyə əlavə edilən sənədlərin surəti nümunə üçün əlavə edilir). Təəssüf ki, hakim R.Ataşova mübahisədə həqiqətin üzə çıxarılması üçün tamamilə əverişli fürsət sayıla biləcək zəruri vəsatəti heç bir əsas olmadan təmin etməyib. Bundan əlavə alqı-satqı müqaviləsinin bağlandığı dövrdə "SÜS mobil” MMC-nin fəaliyyətinin aktiv olub-olmaması haqqında Vergilər Departamentinə sorğunun göndərilməsi barədə vəsatətimiz məhkəmədə rəsmi qaydada təmin edilsə də sonradan icra edilməmişdir. Ümumiyyətlə iş üçün əhəmiyyətli çoxsaylı vəsatətlərimizdən bəziləri təmin edilməmiş, bəziləri baxılmamış saxlanılmış (vəsatət əsaslıdırsa təmin edilməli, əsassızdırsa rədd edilməlidir, hakimin vəsatəti baxılmamış saxlamasının nə anlam daşıdığı bəlli deyil), bəziləri isə təmin edilsə də icra edilməmişdir. Nisyə alqı-satqı müqaviləsində, "SÜS mobil” MMC-nin məhkəməyə təqdim etdiyi ərizədə və məhkəmə əmrində borcluya yalnız bir əşyanın (mobil telefonun) satıldığı bildirilsə də, sonradan satılan əşyaların sayını artıraraq beş əşya göstəriblər və bu barədə işə ayrıca qaimə əlavə ediblər. Əgər beş əşya satılmışdısa nə üçün müqavilədə, məhkəməyə verilən ərizədə və məhkəmə əmrində borcluya cəmi bir əşyanın satıldığı göstərilib. Müqavilədəki əşyanın qiymətinin real bazar qiymətindən beşqat artıq göstərilməsi, satıcının malın üzərinə əlavə faiz qoymaqla qanunsuz və icazəsiz kredit fəaliyyəti göstərdiyini təsdiq etmiş olur. Buna görə sonradan əlavə edilən qaimə ilə həmin pul bir neçə əşya arasında bölüşdürüıüb. "SÜS mobil” MMC adi bir satış mağazası olmaqla malların satışını qanunun tələbinə uyğun olaraq manatla aparmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin üçüncü hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Valyuta Tənzimi haqqında AR qanunun 3-cü maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasında xarici valyutanın alınması və satılması Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qaydada müvəkkil banklar vasitəsi ilə həyata keçirilir. Müvəkkil bankların iştirakı olmadan xarici valyutanın alınması və satılmasına icazə verilmir. Həmin qanunun 3-cü maddəsinin 3-cü bəndinə əsasən bu maddənin 1-ci və 2-ci bəndlərinin müddəalarını pozmaqla bağlanan xarici valyutanın alğı-satqısı əqdləri etibarsız sayılır. Nisyə alqı-satqı müqaviləsində qiymət dollarla göstərilib və ilkin ödəniş də dollarla qəbul edilib, yəni malın satışı dollarla aparılıb. Təkcə bu fakt alqı-satqı müqaviləsinin ləğv edilməsi üçün yetərlidir. Biz, məhkəmədə qarşılıqlı iddia qaldıraraq nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə iddia qaldırmışıq. Mənim oğlum həmin mağazadan yalnız bir əşya – noutbuq alıb və həmin əşyanın dəyərini də ödəməyə hazırdır. Xətai Rayon Məhkəməsində əsgər və hərbiçilərimizi arxadan zərbə vurmaqla təhdid edən "SÜS mobil” MMC mifinə nəhayət son qoyulmalıdır. Əks halda "SÜS mobil” MMC bundan sonra da qanunsuz əməllərini davam etdirəcəkdir. Hörmətli cənab prezident! Yuxarıda göstərilənləri nəzərə alaraq Sizdən "SÜS mobil” MMC adlı mağazanın dələduzluq və qanunsuz vergidən yayınma hərəkətlərinin qarşısının alınması və Xətai Rayon Məhkəməsində əsgərlərimizə qarşı qaldırdığı qərəzli məhkəmə işlərinin nəzarətə götürülməsi barədə göstəriş verməyinizi xahiş edirəm. Qoşma: 1. Bakı VD Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsindən verilən məktub; 2. Məhkəmə əmrinin surəti; 3. Alqı-satqı müqavilələri və ona əlavə edilmiş sənədlərin surətləri.
İmza: Bağırov Saleh Ağa oğlu 14 iyun 2016-cı il"








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Pul ayrılıbsa... iş görülübsə... və ortada xidmət yoxdursa... - BU ARTIQ YEYİNTİ ŞÜBHƏSİDİR
Bu gün, 08:13
Real dünyanın KÖNTÖY GERÇƏYİ...
Bu gün, 07:58
Qobu susuzluqdan yanır, Su-kanal idarəsi SEYRƏ ÇIXIB... - NARAZILIQ VAR...
Bu gün, 07:51
"Bunlar dolayıb hamımızı, cavab verməsəydilər, daha yaxşı olardı" - partiya sədri
Bu gün, 07:32
Adı yoxdur!.. - MALƏSƏF...
Bu gün, 07:21
"Rəsmi dövlət dilinə bu münasibət nə deməkdir?" - ETİRAZ VAR!
Bu gün, 07:18
ASAN xidmət adı altında PUL TƏLƏSİ? - İş təcrübəçiyə həvalə olunursa...
Bu gün, 07:05
Xidmət haqqı tutulur, xidmət yoxdur! - ƏSL BAZARDIR!
Bu gün, 06:58
Gedişin ədəbi versiyası - Gec-tez o mina partlayacaq...
Bu gün, 06:51
Ukrayna Rusiyaya elə bir zərbə vurur ki... - SƏSİ HƏLƏ ÇOX ÇIXACAQ...
Bu gün, 06:47
"İnsanların aldığı ən ağır zərbələrin çoxu yadlardan deyil" - Nura Suri
Bu gün, 06:35
Ermənilərin absurd NAXÇIVAN TƏRANƏLƏRİ... - "O qədər mənasız və sarsaq fikirdir ki..."
Bu gün, 06:29
Allahşükür Paşazadəni tənqid etmək asandır, AMMA... - İNCƏ NÜANS
Bu gün, 06:25
Əmrullayev cəza tədbirini NİYƏ YUBADIR? - ortada RƏSMİ İTTİHAM var...
Bu gün, 06:15
ABŞ-nin İrana yeni zərbələri daha genişmiqyaslı olacaq - "Reuters"
Bu gün, 06:01
AQTA rəsmən BAHALAŞMAya səbəb olur - BELƏ HARA GEDİRİK?
Bu gün, 05:50
AHİK şefi ilə bağlı ŞOK İDDİA - BU NƏDİ BELƏ?
Bu gün, 05:46
Rusların SOCAR HƏMLƏSİ - NƏ ETMƏLİ?
Bu gün, 05:42
Fermerlərə problem yaşadan başçı... - TENDER KEÇİRİR
Bu gün, 05:37
"Əgər həftəiçi 5 gün veriliş aparacağamsa... ...bu, digər işlərimə problem yaradacaq"
Bu gün, 05:32
ABŞ İranın hər hücumuna qarşı 20 hücumla cavab verməyə hazırdır - Tramp belə deyir...
Bu gün, 05:29
Azərbaycanlıların quzu sevgisi: Həm bahalı, həm ziyanlı - AKTUAL
Bu gün, 05:27
Onları Azərbaycan və Ermənistan kimi barışdıra biləcəyəm - Tramp belə deyir...
Dünən, 17:35
LGBT ətrafında bitməyən müzakirələr: Qərb nəyi hədəfləyir? – Azərbaycan detalı
Dünən, 17:33
Restoran müdiri Niyama ev hədiyyə etdi - Saxta çıxdı
Dünən, 17:19
Milyonlar qazanan iki biznesmenin sonu: Biri özünü öldürdü, digəri... - TƏFƏRRÜAT
Dünən, 17:11
Şuşadan qaçan Ohanyan: - "İntiqam vaxtı gələcək"
Dünən, 17:08
“Eurohome”da mağazası yanan sahibkar: “Məni intihar həddinə çatdırıblar” - NARAZILIQ VAR...
Dünən, 16:56
Türk iş adamının Aynurə Cəfərova ilə bağlı iddiası yenidən araşdırılacaq - 5 kq-lıq qızıl qalmaqalı
Dünən, 16:48
Doğumla ölümün bərabərləşəcəyini deyən alim: - "Milli Məclisə bizi çağırsınlar, deyək"
Dünən, 16:46
Restoranda müştərini döydü, amnistiyaya düşdü, zərərçəkmiş yenidən şikayətçi oldu - TƏFƏRRÜAT
Dünən, 16:41
ATU 59 min manata nələr almağı planlaşdırır?
Dünən, 16:33
“Stock Baku” QSC təsisçisi olduğu şirkətin kapitalını 2.4 milyon manat artırır
Dünən, 16:24
Mədəniyyət Nazirliyinin vəzifəli əməkdaşı Bakıda özünə obyekt tikdirib - AY, NƏ GÖZƏL...
Dünən, 16:21
İrandan növbəti Zəngəzur XƏBƏRDARLIĞI – Tehranın “sancısı” nə?!
Dünən, 16:07
İşdən çıxarılan müəllim Baş Prokurora müraciət etdi - “Mənə qarşı qanunsuzluq edilib”
Dünən, 16:03
"Evə usta çağıranda ona pul verirlər, aktyoru da efirə çağıranda ona qonorar ödəmək lazımdır" - Xalq artisti
Dünən, 15:45
Siyasi tamaşa: - Minalanan torpaq Azərbaycanda, maşın isə Ermənistanda
Dünən, 15:36
Separatçılar özlərinə “spiker” axtarır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:35
Paşinyan Rusiyadan əliboş döndü: - Həlledici “döyüş” başlayır
Dünən, 15:28
Bir sıra diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbə verilib - SƏRƏNCAM
Dünən, 15:24
“Gesco” ASC dövlət qurumlarından 45 milyonluq mühafizə tenderi udub – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Dünən, 15:21
“Türkiyədə qayda-qanun var, bizdə isə...” - Bələdiyyələrlə bağlı acı reallıq açıqlandı
Dünən, 15:16
Dövlət qurumu “Ağ Şəhər”dən 644 min manata ofis icarəyə götürdü - DETALLAR
Dünən, 15:10
YAP-ın Xaçmaz təşkilatının sədri saxlanıldı: HAKİM PARTİYA İSƏ... - TƏFƏRRÜAT
Dünən, 15:01
“Çiməndə qəfil sel aparıb” – çayda batan Nüşrəvanın qardaşı elə şeylər danışdı ki...
Dünən, 14:59
İdarədən vətəndaşlara təhdid bildirişləri gəlir: "Qazınızı kəsəcəyik" – NƏ ETMƏLİ?
Dünən, 14:55
Naxçıvanın Baş naziri Xameneinin vida protokolunda niyə olmayıb? - AÇIQLADI
Dünən, 14:51
AMEA-nın həqiqi üzvü Əjdər Məcidov vəfat edib
Dünən, 14:48
Nurəddin Mustafayevin himayə etdiyi quldurluq: Nazirə və Ali Məhkəmə sədrinə İMDAD MÜRACİƏTİ! - Aldadılmış sahibkar İNTİHAR HƏDDİNDƏ...
Dünən, 14:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru