Real dünyanın .....                     Qobu susuzluqdan yanır, Su-kanal idarəsi SEYRƏ ÇIXIB... .....                     "Bunlar dolayıb hamımızı, cavab verməsəydilər, daha yaxşı olardı" .....                     Adı yoxdur!.. .....                     "Rəsmi dövlət dilinə bu münasibət nə deməkdir?" .....                     ASAN xidmət adı altında PUL TƏLƏSİ? .....                     Xidmət haqqı tutulur, xidmət yoxdur! .....                     Gedişin ədəbi versiyası .....                     Ukrayna Rusiyaya elə bir zərbə vurur ki... .....                     "İnsanların aldığı ən ağır zərbələrin çoxu yadlardan deyil" .....                     Ermənilərin absurd NAXÇIVAN TƏRANƏLƏRİ... .....                     Allahşükür Paşazadəni tənqid etmək asandır, AMMA... .....                     Əmrullayev cəza tədbirini NİYƏ YUBADIR? .....                     ABŞ-nin İrana yeni zərbələri daha genişmiqyaslı olacaq .....                     AQTA rəsmən BAHALAŞMAya səbəb olur .....                     AHİK şefi ilə bağlı ŞOK İDDİA .....                     Rusların SOCAR HƏMLƏSİ .....                     Fermerlərə problem yaşadan başçı... .....                     "Əgər həftəiçi 5 gün veriliş aparacağamsa... .....                     ABŞ İranın hər hücumuna qarşı 20 hücumla cavab verməyə hazırdır .....                     Azərbaycanlıların quzu sevgisi: Həm bahalı, həm ziyanlı .....                     Onları Azərbaycan və Ermənistan kimi barışdıra biləcəyəm .....                     LGBT ətrafında bitməyən müzakirələr: Qərb nəyi hədəfləyir? .....                     Restoran müdiri Niyama ev hədiyyə etdi .....                     Milyonlar qazanan iki biznesmenin sonu: Biri özünü öldürdü, digəri... .....                     Şuşadan qaçan Ohanyan: .....                     “Eurohome”da mağazası yanan sahibkar: “Məni intihar həddinə çatdırıblar” .....                     Türk iş adamının Aynurə Cəfərova ilə bağlı iddiası yenidən araşdırılacaq .....                     Doğumla ölümün bərabərləşəcəyini deyən alim: .....                     Restoranda müştərini döydü, amnistiyaya düşdü, zərərçəkmiş yenidən şikayətçi oldu .....                     ATU 59 min manata nələr almağı planlaşdırır? .....                     “Stock Baku” QSC təsisçisi olduğu şirkətin kapitalını .....                     Mədəniyyət Nazirliyinin vəzifəli əməkdaşı Bakıda özünə obyekt tikdirib .....                     İrandan növbəti Zəngəzur XƏBƏRDARLIĞI .....                     İşdən çıxarılan müəllim Baş Prokurora müraciət etdi .....                     "Evə usta çağıranda ona pul verirlər, aktyoru da efirə çağıranda ona qonorar ödəmək lazımdır" .....                     Siyasi tamaşa: .....                     Separatçılar özlərinə “spiker” axtarır .....                     Paşinyan Rusiyadan əliboş döndü: .....                     Bir sıra diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbə verilib .....                 

4 saylı Vərəm Əleyhinə Dispanserdə nə baş verir? - ŞİKAYƏT VAR
Tarix: 15-06-2016, 12:19 | Çap et
4 saylı Vərəm Əleyhinə Dispanserdə nə baş verir?
Ölkəmizdə bəzi şəxslərin eyni zamanda bir neçə vəzifə daşıması tez-tez tənqid edilir və bu barədə sərt təpkilər ortaya qoyulur. Xatırladaq ki, bir müddət əvvəl Milli Məclisin deputatı Zahid Oruc qeyd olunan məsələ haqda iradlarını dilə gətirmişdi: В«Bir nazirin kafedra müdiri olması da düzgün deyil. Bu millət vəkillərinə də aiddir. Qoy Milli Məclis üzvlərindən başlayıb məmurlara qədər bu ixtisar prosesi davam etsin. Mən hesablamışam ki, bir neçə vəzifə daşıyanlar ixtisara salınsa, bununla ən azı 1000 boş vəzifə yeri yaranmış olarВ». Deputatın qabartdığı bu məqam günümüzün ən aktual problemlərindən biri hesab edilir. Axı bir nəfərin eyni zamanda 3, hətta 4 vəzifəni tutması nə dərəcədə məntiqə uyğundur? Bu adam gərək 4 yerə parçalansın ki, bu da mümkün olan iş deyil. Gundelik-baku.com-un araşdırmaları nəticəsində məlum olub ki, Milli Məclisin deputatı Sədaqət Vəliyeva da eyni anda 3 vəzifədə təmsil olunur. Belə ki, o həm deputatdır, həm YAP-ın Nizami rayon təşkilatının sədridir, həm də Sabunçuda yerləşən 4 saylı Vərəm Dispanserinin baş həkimidir. Məlumat üçün deyək ki, Vəliyeva Sədaqət Süleyman qızı 1954-cü il dekabrın 23-də Naxçıvan şəhərində anadan olub. 1972-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub, 1978-ci ildə institutu bitirib. Əmək fəaliyyətinə döş qəfəsi cərrahiyyəsi xəstəxanasında tibb bacısı işləyərək başlayıb. 1980-ci ildən isə Suraxanı 6 saylı Vərəm Xəstəxanasında həkim-ftiziatr işləməyə başlayıb. 1984-cü ildə isə 6 saylı Vərəm Xəstəxanasında baş həkimi 1985-ci ilədək əvəzləyib. 1985-ci ildən 1995-ci ilədək Suraxanı rayonu 6 saylı Vərəm Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. 1995-1996-cı illərdə Suraxanı rayon səhiyyə şöbəsinin müdiri işləyib. 1997-2002-ci illərdə yenidən Suraxanı rayonu 6 saylı Vərəm Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. 2002-ci ildən 2006-cı ilədək Sabunçu rayon səhiyyə şöbəsinə rəhbərlik edib. 2006-cı ildə Sabunçu rayon 4 saylı Vərəm Əleyhinə Dispanserin baş həkimi vəzifəsinə təyin edilib, hazırda bu vəzifədə çalışır. 1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür, 2008-ci ildən Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatının sədridir. 2010-cu ildə keçirilən IV çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilər zamanı 25 saylı Nizami ikinci seçki dairəsindən Milli Məclisin deputatı seçilib. Araşdırmalarımız göstərir ki, Sədaqət Vəliyeva tutduğu 3 vəzifənin heç birində özünü doğrulda bilmir. Məsələn, onun baş həkimi olduğu 4 saylı Vərəm Əleyhinə Dispanserdə rüşvət açıq şəkildə tüğyan etməkdədir. Etibarlı mənbənin sözlərinə görə, dispanserdə xəstələrdən hər addımbaşı pul tələb olunur: В«Xəstələr buna etiraz etsələr də, tələblər dəyişmir. Üstəlik, onlardan başqa məqsədlər üçün də pul istənilir ki, bu da ciddi narazılığa səbəb olub. 4 saylı Vərəm Əleyhinə Dispanserdə müalicə alanlara ümumiyyətlə, yemək verilmir və onlara ərzaq evlərindən gətirilir. Halbuki dövlət hər il vərəm xəstəliyindən əziyyət çəkənlərin müalicəsi üçün milyonlarla manat vəsait ayırır. Həmin vəsaitin böyük bir qismi isə dərman preparatlarının və qida məhsullarının alınması üçün nəzərdə tutulub. Ağır xəstəlikdən əziyyət çəkmələrinə baxmayaraq, səhiyyə ocağında çalışan həkim və tibb bacıları demək olar ki, xəstələri nəzarətsiz qoyurlar, onlara vurulacaq iynə və dərmanları xəstə yaxınlarına aldırırlar. Əgər xəstə yaxınlarının həmin dərmanları almağa maddi imkanları çatmırsa, o zaman həmin xəstələrə iynələr vurulmur və qeyd edilir ki, dispanserdə hazırda dərman preparatları yoxdur. Sədaqət Vəliyeva işdə demək olar ki, tapılmır. O ya məzuniyyətdə olur, ya da başqa işlərini bəhanə gətirərək dispanserə gəlmir. Bütün işləri müavinlərinə və şöbə müdirlərinə tapşırıb. Müavinlər və şöbə müdirləri hər ay baş həkimin payını çatdırırlar. Artıq 10 ildir ki, dispanserə rəhbərlik edən Sədaqət xanımın dəyişdirilməsinin vaxtı çoxdan çatıb. Bu xanım baş həkim kimi ona tapşırılan işlərin öhdəsindən uğurla gələ bilmir. Xəstələrdən müxtəlif ad altında pul istənməsi səngimirВ». Qeyd etdiyimiz kimi Azərbaycanda vərəm xəstələrinin müalicəsi tamamilə dövlətin hesabına həyata keçirilir. Xəstəliyin formasından asılı olmayaraq, müalicəyə sərf olunan dərmanlar da dövlət tərəfindən verilir. Dərmana davamlı formaların müalicəsi üçün xüsusi proqram hazırlanıb və həmin sənəd müvəffəqiyyətlə reallaşdırılır. Dövlət hər bir vərəmli xəstənin müalicəsi məqsədilə ildə təxminən 50 min manat vəsait ayırır. Əfsuslar olsun ki, Sədaqət Vəliyevanın rəhbərlik etdiyi 4 saylı Vərəm Əleyhinə Dispanserdə xəstələr dövlət qayğısını hiss etmirlər. Rüşvətin tüğyan etdiyi dispanserin rəhbərliyi özünü Dövlət Neft Şirkətinin başında duran şəxslərdən birinin qohumu kimi təqdim edərək özbaşına əməllər törədir. Biz isə hesab edirik ki, Sədaqət Vəliyeva Milli Məclisdə təmsil olunduğu üçün digər iki vəzifəsini- baş həkim və Nizami YAP-ın sədri postunu könüllü olaraq tərk etməlidir. Çünki bu vəzifələrə layiq olan yüzlərlə, minlərlə savadlı və gənc kadrlarımız var. Onlara yol açmaq lazımdır, Sədaqət xanım. 3 vəzifə tutursunuz, deyin görək bunların hansı birində uğur qazana bilmisiniz? Əlbəttə ki, heç birində. Qarşı tərəfin də cavab haqqını tanıyırıq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Real dünyanın KÖNTÖY GERÇƏYİ...
Bu gün, 07:58
Qobu susuzluqdan yanır, Su-kanal idarəsi SEYRƏ ÇIXIB... - NARAZILIQ VAR...
Bu gün, 07:51
"Bunlar dolayıb hamımızı, cavab verməsəydilər, daha yaxşı olardı" - partiya sədri
Bu gün, 07:32
Adı yoxdur!.. - MALƏSƏF...
Bu gün, 07:21
"Rəsmi dövlət dilinə bu münasibət nə deməkdir?" - ETİRAZ VAR!
Bu gün, 07:18
ASAN xidmət adı altında PUL TƏLƏSİ? - İş təcrübəçiyə həvalə olunursa...
Bu gün, 07:05
Xidmət haqqı tutulur, xidmət yoxdur! - ƏSL BAZARDIR!
Bu gün, 06:58
Gedişin ədəbi versiyası - Gec-tez o mina partlayacaq...
Bu gün, 06:51
Ukrayna Rusiyaya elə bir zərbə vurur ki... - SƏSİ HƏLƏ ÇOX ÇIXACAQ...
Bu gün, 06:47
"İnsanların aldığı ən ağır zərbələrin çoxu yadlardan deyil" - Nura Suri
Bu gün, 06:35
Ermənilərin absurd NAXÇIVAN TƏRANƏLƏRİ... - "O qədər mənasız və sarsaq fikirdir ki..."
Bu gün, 06:29
Allahşükür Paşazadəni tənqid etmək asandır, AMMA... - İNCƏ NÜANS
Bu gün, 06:25
Əmrullayev cəza tədbirini NİYƏ YUBADIR? - ortada RƏSMİ İTTİHAM var...
Bu gün, 06:15
ABŞ-nin İrana yeni zərbələri daha genişmiqyaslı olacaq - "Reuters"
Bu gün, 06:01
AQTA rəsmən BAHALAŞMAya səbəb olur - BELƏ HARA GEDİRİK?
Bu gün, 05:50
AHİK şefi ilə bağlı ŞOK İDDİA - BU NƏDİ BELƏ?
Bu gün, 05:46
Rusların SOCAR HƏMLƏSİ - NƏ ETMƏLİ?
Bu gün, 05:42
Fermerlərə problem yaşadan başçı... - TENDER KEÇİRİR
Bu gün, 05:37
"Əgər həftəiçi 5 gün veriliş aparacağamsa... ...bu, digər işlərimə problem yaradacaq"
Bu gün, 05:32
ABŞ İranın hər hücumuna qarşı 20 hücumla cavab verməyə hazırdır - Tramp belə deyir...
Bu gün, 05:29
Azərbaycanlıların quzu sevgisi: Həm bahalı, həm ziyanlı - AKTUAL
Bu gün, 05:27
Onları Azərbaycan və Ermənistan kimi barışdıra biləcəyəm - Tramp belə deyir...
Dünən, 17:35
LGBT ətrafında bitməyən müzakirələr: Qərb nəyi hədəfləyir? – Azərbaycan detalı
Dünən, 17:33
Restoran müdiri Niyama ev hədiyyə etdi - Saxta çıxdı
Dünən, 17:19
Milyonlar qazanan iki biznesmenin sonu: Biri özünü öldürdü, digəri... - TƏFƏRRÜAT
Dünən, 17:11
Şuşadan qaçan Ohanyan: - "İntiqam vaxtı gələcək"
Dünən, 17:08
“Eurohome”da mağazası yanan sahibkar: “Məni intihar həddinə çatdırıblar” - NARAZILIQ VAR...
Dünən, 16:56
Türk iş adamının Aynurə Cəfərova ilə bağlı iddiası yenidən araşdırılacaq - 5 kq-lıq qızıl qalmaqalı
Dünən, 16:48
Doğumla ölümün bərabərləşəcəyini deyən alim: - "Milli Məclisə bizi çağırsınlar, deyək"
Dünən, 16:46
Restoranda müştərini döydü, amnistiyaya düşdü, zərərçəkmiş yenidən şikayətçi oldu - TƏFƏRRÜAT
Dünən, 16:41
ATU 59 min manata nələr almağı planlaşdırır?
Dünən, 16:33
“Stock Baku” QSC təsisçisi olduğu şirkətin kapitalını 2.4 milyon manat artırır
Dünən, 16:24
Mədəniyyət Nazirliyinin vəzifəli əməkdaşı Bakıda özünə obyekt tikdirib - AY, NƏ GÖZƏL...
Dünən, 16:21
İrandan növbəti Zəngəzur XƏBƏRDARLIĞI – Tehranın “sancısı” nə?!
Dünən, 16:07
İşdən çıxarılan müəllim Baş Prokurora müraciət etdi - “Mənə qarşı qanunsuzluq edilib”
Dünən, 16:03
"Evə usta çağıranda ona pul verirlər, aktyoru da efirə çağıranda ona qonorar ödəmək lazımdır" - Xalq artisti
Dünən, 15:45
Siyasi tamaşa: - Minalanan torpaq Azərbaycanda, maşın isə Ermənistanda
Dünən, 15:36
Separatçılar özlərinə “spiker” axtarır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:35
Paşinyan Rusiyadan əliboş döndü: - Həlledici “döyüş” başlayır
Dünən, 15:28
Bir sıra diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbə verilib - SƏRƏNCAM
Dünən, 15:24
“Gesco” ASC dövlət qurumlarından 45 milyonluq mühafizə tenderi udub – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Dünən, 15:21
“Türkiyədə qayda-qanun var, bizdə isə...” - Bələdiyyələrlə bağlı acı reallıq açıqlandı
Dünən, 15:16
Dövlət qurumu “Ağ Şəhər”dən 644 min manata ofis icarəyə götürdü - DETALLAR
Dünən, 15:10
YAP-ın Xaçmaz təşkilatının sədri saxlanıldı: HAKİM PARTİYA İSƏ... - TƏFƏRRÜAT
Dünən, 15:01
“Çiməndə qəfil sel aparıb” – çayda batan Nüşrəvanın qardaşı elə şeylər danışdı ki...
Dünən, 14:59
İdarədən vətəndaşlara təhdid bildirişləri gəlir: "Qazınızı kəsəcəyik" – NƏ ETMƏLİ?
Dünən, 14:55
Naxçıvanın Baş naziri Xameneinin vida protokolunda niyə olmayıb? - AÇIQLADI
Dünən, 14:51
AMEA-nın həqiqi üzvü Əjdər Məcidov vəfat edib
Dünən, 14:48
Nurəddin Mustafayevin himayə etdiyi quldurluq: Nazirə və Ali Məhkəmə sədrinə İMDAD MÜRACİƏTİ! - Aldadılmış sahibkar İNTİHAR HƏDDİNDƏ...
Dünən, 14:39
Kənan Seyidova birinci müavin təyin edildi - ƏMR
Dünən, 14:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru