Adı yoxdur!.. .....                     "Rəsmi dövlət dilinə bu münasibət nə deməkdir?" .....                     ASAN xidmət adı altında PUL TƏLƏSİ? .....                     Xidmət haqqı tutulur, xidmət yoxdur! .....                     Gedişin ədəbi versiyası .....                     Ukrayna Rusiyaya elə bir zərbə vurur ki... .....                     "İnsanların aldığı ən ağır zərbələrin çoxu yadlardan deyil" .....                     Ermənilərin absurd NAXÇIVAN TƏRANƏLƏRİ... .....                     Allahşükür Paşazadəni tənqid etmək asandır, AMMA... .....                     Əmrullayev cəza tədbirini NİYƏ YUBADIR? .....                     ABŞ-nin İrana yeni zərbələri daha genişmiqyaslı olacaq .....                     AQTA rəsmən BAHALAŞMAya səbəb olur .....                     AHİK şefi ilə bağlı ŞOK İDDİA .....                     Rusların SOCAR HƏMLƏSİ .....                     Fermerlərə problem yaşadan başçı... .....                     "Əgər həftəiçi 5 gün veriliş aparacağamsa... .....                     ABŞ İranın hər hücumuna qarşı 20 hücumla cavab verməyə hazırdır .....                     Azərbaycanlıların quzu sevgisi: Həm bahalı, həm ziyanlı .....                     Onları Azərbaycan və Ermənistan kimi barışdıra biləcəyəm .....                     LGBT ətrafında bitməyən müzakirələr: Qərb nəyi hədəfləyir? .....                     Restoran müdiri Niyama ev hədiyyə etdi .....                     Milyonlar qazanan iki biznesmenin sonu: Biri özünü öldürdü, digəri... .....                     Şuşadan qaçan Ohanyan: .....                     “Eurohome”da mağazası yanan sahibkar: “Məni intihar həddinə çatdırıblar” .....                     Türk iş adamının Aynurə Cəfərova ilə bağlı iddiası yenidən araşdırılacaq .....                     Doğumla ölümün bərabərləşəcəyini deyən alim: .....                     Restoranda müştərini döydü, amnistiyaya düşdü, zərərçəkmiş yenidən şikayətçi oldu .....                     ATU 59 min manata nələr almağı planlaşdırır? .....                     “Stock Baku” QSC təsisçisi olduğu şirkətin kapitalını .....                     Mədəniyyət Nazirliyinin vəzifəli əməkdaşı Bakıda özünə obyekt tikdirib .....                     İrandan növbəti Zəngəzur XƏBƏRDARLIĞI .....                     İşdən çıxarılan müəllim Baş Prokurora müraciət etdi .....                     "Evə usta çağıranda ona pul verirlər, aktyoru da efirə çağıranda ona qonorar ödəmək lazımdır" .....                     Siyasi tamaşa: .....                     Separatçılar özlərinə “spiker” axtarır .....                     Paşinyan Rusiyadan əliboş döndü: .....                     Bir sıra diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbə verilib .....                     “Gesco” ASC dövlət qurumlarından 45 milyonluq mühafizə tenderi udub .....                     “Türkiyədə qayda-qanun var, bizdə isə...” .....                     Dövlət qurumu “Ağ Şəhər”dən 644 min manata ofis icarəyə götürdü .....                 

Sabiq nazir Naxçıvan MTN-nin xəzinəsində aşkar olunan dollarlları hansı məqsədlə saxlayırmış? - Vəli Ələsgərovla bağlı yeni ŞOK FAKTLAR
Tarix: 13-06-2016, 09:34 | Çap et
Sabiq nazir Naxçıvan MTN-nin xəzinəsində aşkar olunan dollarlları hansı məqsədlə saxlayırmış?
...Qapının sol tərəfində dayanan Vəli Ələsgərov onun sifət nahiyəsindən - gözünün altından yumruq zərbəsi endirib. Zərbədən onun başı qapıya dəyib və dodaqları partlayıb... Nazirin sifətinə vurduğu yumruq zərbəsindən bir anlığa huşunu itirib. Özünə gəldikdə sifətinin qan içində olduğunu görüb və bu zaman əlləri ilə üzünü tutaraq başıaşağı dayanıb. Az sonra başını yuxarı qaldırmaq istəyəndə Vəli Ələsgərov yenidən onu güclü zərbə ilə itələyib. Bu dəfə bel nahiyəsi masaya dəyib və o, yerə yıxılıb. Ayağa qalxmaq istədikdə, V.Ələsgərov onu divara sıxışdıraraq, təpiklə qarın və mədə hissəsinə zərbələr endirib...

...Vəli Ələsgərov “Damarına eroin vurub, üzərinə iki “karopka” tiryək qoyub, səni həbs etdirərəm” deyərək, onu təhdid edib. Odur ki, vəziyyətinin ciddiliyini görən N.Həsənov qaçaraq nazirin xidməti otağından çıxıb. Bundan sonra o, öz otağına gedib və sifətindəki zərbə yerləri görünməsin deyə, oradan götürdüyü dəsmalı üzünə tutaraq, nazirliyini həyətinə çıxıb. Həmin vaxt tədbirlərlə əlaqədar həyətdə heç bir əməkdaş olmayıb. O, nazirliyin binasından çıxdıqdan sonra, bir taksiyə oturaraq evə gedib...

Naxçıvan Muxtar Respublikasının (MR) Hərbi Məhkəməsində həbsdə olan sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Sabiq nazirin vəkili Vüqar Xasayev bildirib ki, prosesin baxış iclası iyunun 13-nə təyin edilib.
“Hürriyyət”in oxucularına artıq bəllidir ki, V.Ələsgərov Naxçıvan MR-in milli təhlükəsizlik naziri vəzifəsində çalışdığı 15 il ərzində çoxsaylı cinayətlərə yol verib. Belə ki, ötən saylarımızda Naxçıvan şəhərində anadan olan, hazırda şəhərin Təbriz küçəsi ev 1, mənzil 55-də yaşayan, 10 il Ağdamda döyüş bölgəsində kəşfiyyatçı kimi fəaliyyət göstərən və bir çox əməliyyatlarda iştirak edən Ağasiyev Nizami Rəsul oğlunun redaksiyamıza müracəti ilə oxucularımızı tanış etmişdik. Qeyd etmişdik ki, Naxçıvan MR-in keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərov şikayətçi Nizami Ağasiyevi həbs etdirərək, ona dəhşətli işgəncələr verdirib. Hansı ki, bu yazı Hurriyyet.org saytında və qəzetimizdə dərc olunandan sonra aidiyyatı qurumlar həmin vaxtadək ev dustaqlığında olan Vəli Ələsgərovun həbs-qəti imkan tədbirinin dəyişdirilməsinə qərar verdilər.

Sabiq nazirin maliyyə fırıldaqları...

Bu arada isə “Hürriyyət”in əməkdaşı özəl mənbələrdən Vəli Ələsgərovun maliyyə maxinasiyaları ilə bağlı şok faktlar əldə edib. Mənbənin sözlərinə görə, Naxçıvan MR Maliyyə Nazirliyinin “Ləğv edilmiş Naxçıvan MR Milli Təhlükəsizlik Nazirliyinin 01 fevral 2013-cü ildən 18 dekabr 2015-ci ilədək olan dövrlərin büdcə smetasının icrasının təftiş materialları”na dair akta əsasən apardığı yoxlama zamanı V.Ələsgərovun törətdiyi cinayət əməlini təsdiq edən sübutlar aşkara çıxarılıb. Bunlardan biri, 21 dekabr 2015-ci il tarixdə xəzinədə olan nəğd pul vəsaitlərinin qalığı qoxlanılarkən orada 81 094 manat (AZN) və 60 000 ABŞ dollarının aşkar edilməsi faktıdır. Nəzərə alsaq ki, Azərbaycan Respublikasında ödəniş vasitəsi yalnız mantdır, o halda xəzinədən 60 000 ABŞ dollarının aşkar edilməsi sabiq nazirin qanunsuz əməllərindən xəbər verir. Bu fakt göstərir ki, yoxlanan dövr ərzində Naxçıvan MR-in Milli Təhlükəsizlik naziri işləyən Vəli Ələsgərov dövlət büdcəsindən MTN-ə ayrılan pulları mənimsəyərək, bir qismini manat kimi, bir qismini isə xarici valyutaya – ABŞ dollarına dəyişərək, kassada saxlayıb.
Mənbə deyir ki, həmin pulların təqsirləndirilən şəxs Vəli Ələsgərov tərfindən mənimsənilməsi cinayət işi üzrə dindirilən şahidlərin ifadələri və digər sənədlərlə də tam sübut edilib.

Vəli Ələsgərov öz içşilərinə də işgəncə verib...

Əlbəttə, yuxarıda göstərilən fakt Vəli Ələsgərovun vəzifə səlahiyyətindən sui-istifadə edərək mənimsədiyi dövlət vəsaitinin cüzi bir hissəsidir. Biz “Hürriyyət” olaraq sabiq nazirin daha ciddi - milyonluq maliyyə yeyintiləri ilə bağlı növbəti saylarımızda oxucularımıza daha ətraflı məlumat verəcəyik. Hazırda isə V.Ələsəgərovun nəinki sıravi vətəndaşlara, hətta öz işçilərinə qarşı belə, çox böyük qəddarlıq etdiyi haqda faktları təqdim edirik.
Qeyd edək ki, Naxçıvan MR-in keçmiş milli təhlükəsizlik nazirinin işgəncə verdiyi insanlar arasında prezident İlham Əliyev tərəfindən 2006-cı il martın 27-də “Vətən uğrunda” medalı ilə təltif edilən MTN əməkdaşı, mayor Həsənov Nuşrəvan Səftər oğlu da olub.
N.Həsənov Naxçıvan MR MTN-də inspektorluq şöbəsinin rəisi işləyib. Onun sözlərinə görə, 2014-cü il aprel ayının 9-da xidməti otağında olarkən təxminən saat 16:00 radələrində nazir Vəli Ələsəgərov daxili telefonla ona zəng vurub. Həmin vaxt Azərbaycan prezidenti İlham Əlyev Naxçıvan MR-də səfərdə olub. Bu səbəbdən də N.Həsənov MTN-də yaradılmış qrupun üzvü kimi xidməti otağında olub. Bu zaman ona zəng vuran Vəli Ələsgərov heç bir əsas olmadan, telefonda qışqıraraq onu təhqir edib, ünvanına nalayiq sözlər işlədib. O, V.Ələsgərova nalayiq söz danışmamağı dedikdə, sabiq nazirin qəzəbinə tuş gəlib...
Qeyd edək ki, N.Həsənov adətən mühüm tədbirlərdə xidməti otağında olub. Çünki qeyri-əməliyyat yolu ilə hər hansı məlumat daxil olarsa, ona verilməliymiş. Həmin gün də nazirlikdə olmaq barədə tapşırıq alıb.
Məlumata əsasən, Vəli Ələsgərov ona zəng edən zaman telefonda “dediyim polisi tapdınızmı, kimdir?” – soruşub. O isə, “mənə belə bir tapşırıq verməmisiniz” deyə, cavab verib. Həmin vaxt nazir əsəbləşib və vəzifə səlahiyyətini aşaraq onu nalayiq sözlərlə təhqir edib.
Nuşirəvan Həsənovun məlumatına əsasən, bu hadisədən bir neçə ay əvvəl də Vəli Ələsgərov ona qarşı bu cür nalayiq sözlər işlədib. O isə, nazirdən “valideynlərimi nə üçün təhqir edirsən?” deyə soruşduqda, V.Ələsgərov “yaxşı eləyirəm” deyərək, yenidən onun atasını və anasını təhqir edərək, telefonun dəstəyini yerə qoyub.
Hətta Vəli Ələsgərov əvvəllər ona “mən buradan gedəndə səni burda qoymayacağam ki, arxamdan iş çevirəsən, ağıllı adamlar belə edir” – deyib.

Nazir işçisinə: “Sənin də qızlarla münasibətin olur?”

Nuşirən Həsənov deyib ki, Vəli Ələsgərov o, Culfa rayon şöbəsində işlədiyi vaxtdan onu davamlı təqib edib. Bir neçə dəfə onu iclasdan da qovub. Onun sözlərinə görə, Vəli Ələsgərov ümumiyyətlə nazirlikdə işləyən savadlı, nizam-intizamlı əməkdaşlardan narazı olub və hər zaman belə əməkdaşları incidib.
Hətta nazir bir dəfə ondan “sənin də qızlarla münasibətin olur?” – deyə soruşub. O isə nazirə cavabında belə əxlaqsızlıqla məşğul olmadığını bildirib. Bu zaman V.Ələsgərov ona qarşı “Kişi belə işlərlə məşğul olmursa, demək kişi deyil” kimi ifadələr işlədib.

İşdən çıxmaq barədə raport yazdı, döyüldü...

Nəhayət, Vəli Ələsgərovun təhqirlərinə dözməyən N.Həsənov işdən çıxmaq barədə raport yazmağı qərara alıb. Həmin vaxt Vəli Ələsgərov təkrarən daxili telefon vasitəsilə zəng vurub, onu əsəbi halda öz xidməti otağına çağırıb. O, dərhal nazirin xidməti otağına gedib. Həmin vaxt köməkçisi də qəbul otağında olub. İnspektorluq şöbəsinin rəisi içəri daxil olanda onu Vəli Ələsgərovun çağırdığını və otağına gedəcəyini bildirib.
Nuşirəvan Həsənov deyir ki, nazirin xidməti otağı ikiqapılı olduğundan, içəri keçəndə arxaya dönüb ikinci qapını da örtmək istəyib. Bu zaman qapının sol tərəfində dayanan Vəli Ələsgərov onun sifət nahiyəsindən - gözünün altından yumruq zərbəsi endirib. Zərbədən onun başı qapıya dəyib və dodaqları partlayıb. Dediyinə görə, bunu köməkçi görməsə də, Vəli Ələsgərovun onu döydüyünü eşitdiyinə şübhə yoxdur...

Nazirin zərbələrindən huşunu itirdi...

N.Həsənovun sözlərinə görə, nazirin sifətinə vurduğu yumruq zərbəsindən bir anlığa huşunu itirib. Özünə gəldikdə sifətinin qan içində olduğunu görüb və bu zaman əlləri ilə üzünü tutaraq başıaşağı dayanıb. Az sonra başını yuxarı qaldırmaq istəyəndə Vəli Ələsgərov yenidən onu güclü zərbə ilə itələyib. Bu dəfə bel nahiyəsi masaya dəyib və o, yerə yıxılıb. Ayağa qalxmaq istədikdə, V.Ələsgərov onu divara sıxışdıraraq, təpiklə qarın və mədə hissəsinə zərbələr endirib. O, təkrarən yerə yıxılsa da Vəli Ələsəgərov hərəkətlərini davam etdirib, yerdə ona bir neçə təpik də vurub. Sonra isə ona “ayağa qalx” deyə əmr edib.
MTN-in inspektorluq şöbəsinin rəisi ayağa qalxaraq Vəli Ələsgərova hərəkətlərinin qanunsuz olduğunu bildirib və hansı səbəbdən onu döydüyünü soruşub. Daha sonra isə nazirə onun rəhbərlik etdiyi təşkilatda işləməyəcəyini, bu hərəkətlərinin cavabını verməli olacağını bildirib. Vəli Ələsəgərov ona “sən mənə nə edə bilərsən, atan ölüb, şikayət etsən də mənim sözümü eşidəcəklər” – deyə cavab verib. Ona atasının ölmədiyini bildirdikdə, Vəli Əlsəgərov “Damarına eroin vurub, üzərinə iki “karopka” tiryək qoyub, səni həbs etdirərəm” deyərək, onu təhdid edib. Odur ki, vəziyyətinin ciddiliyini görən N.Həsənov qaçaraq nazirin xidməti otağından çıxıb. Bundan sonra o, öz otağına gedib və sifətindəki zərbə yerləri görünməsin deyə, oradan götürdüyü dəsmalı üzünə tutaraq, nazirliyini həyətinə çıxıb. Həmin vaxt tədbirlərlə əlaqədar həyətdə heç bir əməkdaş olmayıb. O, nazirliyin binasından çıxdıqdan sonra, bir taksiyə oturaraq evə gedib.

Nazir onu döyüb və sifətinə limon suyu qoymağı məsləhət bilib

Nuşirəvan Həsənovun sözlərinə görə, onun sifətini qan içində və qaralmış vəziyyətdə görən həyat yoldaşı bu hadisədən narahat olaraq ata-anasına və qohumlarına məlumat verib. Anası, atası və qohumları Vəli Ələsgərovun bu əməllərinə etiraz edərək, ondan şikayət etmək üçün Naxçıvan MR Ali Məclisinə getməsini istəyiblər. Bu zaman Azərbaycan prezidenti Naxçıvan MR-da olduğundan, N.Həsənov bu cür hərəkət etməyin məqsədəuyğun olmadığını deyib və valideynlərini, qohumlarını şikayət etməyə qoymayıb. Üstəlik, o, Vəli Ələsgərovun bu hərəkətləri bəlkə də qəsdən yaratdığını düşünüb...
MTN-in inspektorluq şöbəsinin rəisi deyib ki, sifətindəki zərbə izlərini ayrı-ayrı vaxtlarda qurumun əməkdaşlarından da görənlər olub(Həmin şəxslərin adları bizə məlum olsa da, bu haqda açıqlama verməyi məqsədəuyğun hesab etmirik - red.). O, bu döyülmə hadisəsindən sonra 35 gün evdə qalıb, işə getməyib. Amma hadisədən bir gün sonra Vəli Ələsgərov köməkçisi vasitəsilə ona zəng vuraraq peşmançılıq keçirdiyini və sifətindəki izlərin tez getməsi üçün limon suyu qoymağı məsləhət görüb.

Vəli Ələsgərovun qəbulunda..

Bu hadisədən 3 gün sonra Vəli Ələsgərovla köməkçi vasitəsilə əlaqə saxlayıb və əməkdaşlar görməsin deyə, nahar vaxtı onun qəbuluna gedib. Bu dəfə də nazirə onun rəhbərliyi altında işləmək niyyətində olmadığını bildirib.
N.Həsənovun istefa verməkdə israrlı olduğunu görən V.Ələsgərov, ona xidmət yerini Bakıya dəyişdirməyə çalığacağını deyib. Hətta onu da vurğulayıb ki, bunun üçün rəhbər şəxslərə guya həyat yoldaşının Naxçıvanda yaşamaq istəmədiyi bəhanəsindən istifadə edəcək.
Nazirlə görüşdən sonra evə qayıdan Nuşirəvan Həsənov Bakı şəhərində yaşayış yerinin olmamasını, paytaxtdakı yaşamağın maddi və mənəvi cəhətdən ağır olacağını, valideynlərinin, qardaş-bacısının Naxçıvanda yaşadığını, həmçinin işlədiyi strukturda kollektiv arasında müsbət mövqeyə malik olduğunu nəzərə alıb, MR-dən uzaqlaşmamağı qərara alıb. Yəni özlüyündə Vəli Ələsgərovun bu təklifini qəbul etməyəcəyi barədə mövqeyini qətiləşdirib.

35 gün sonra işə qayıtdıqda...

Nuşirəvan Həsənov 35 gün sonra işə qayıtdıqdan sonra Vəli Ələsgərov ona “sənin xidmət yerini dəyişdirə bilmədim” deyib. O isə, nazirə artıq bu niyyətdə olmadığını çatıdırb. Bundan sonra V.Əsəgərov ona nazirliyini katiblik şöbəsində yeni vəzifə təklif edib. Lakin o, bu təklifi qəbul etməyib və tutduğu vəzifəni davam etdirmək niyyətində olduğunu söyləyib.
N.Həsənovun məlumatına əsasən, Vəli Ələsgərov onu vurandan bir müddət sonra belində və ayaqlarında ağrı yaranıb. Bu səbəbdən idmandan uzaqlaşmaq məcburiyyətində qalıb. Dediyinə görə, bir dəfə həmin müddətdə qurumun əməkdaşlarıdan biri onu belə vəziyyətdə görüb və Naxçıvandakı “Şəfa” xəstəxanasında çalışan Namiq həkimin yanına göndərib. Namiq həkim yoxladıqdan sonra, ona ciddi xəstəliyinin olduğunu deyib və dəqiq analiz verməsini məsləhət bilib.
2015-ci ilin oktyabr ayında müalicə məqsədilə Bakı şəhərinə məzuniyyətə gəlib. Paytaxtda 1 saylı xəstəxanada “Şüa, diaqnostika şöbəsində” tomoqrafiya müayinəsindən keçib və ona 1-4 fəqərə cisminin oynaqdaxili kiçik xətti sınığı (post-travmatik) diaqnozu qoyulub. Xəstəxanada o da vurğulanıb ki, belə sınıq adətən yol qəzası, zərbə və yıxılma nəticəsində yarana bilər. Təbii ki, o, həmin vaxt Vəli Əiləsgərov tərəfindən zərbələr aldığını həkimə deyə bilməyib. Lakin özü əmin olub ki, bu travma Vəli Ələsgərov tərəfindən döyüldükdən sonra yaranıb.
N.Həsənov daha sonra Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda analiz verib. Bu zaman qanında iltihab olduğu aşkarlanıb. Odur ki, həmin institutun Poliklinika şöbəsinin Rəşid adlı həkimi onu müalicə etməyə başlayıb. Bəlli olub ki, fəqərəsindəki sınıq yerində iltihab yaranıb və nəticədə bu xəstəliyə düçar olub. Bir kurs müalicə aldıqdan sonra Naxçıvana qayıdıb.
Bir müddət sonra müalicəni davam etdirmək zərurəti yaransa da, Bakı şəhərinə gəlmək üçün maddi imkanı olmayıb. Bu səbəbdən hazırda da həmin xəstəlikdən əziyyət çəkir və ağrıkəsici dərmanların köməkliyi ilə yaşayır...

Ayxan İLDIRIMTÜRK

P.S. Növbəti sayımızda Naxçıvan MR-in sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovun zərəçəkən Muxtarov Tağı Mübariz oğlunun başına gətirdiyi dəhşətlərdən söhbət açacağıq. Eyni zamanda “Hürriyyət”in oxucuları tezliklə V.Ələsgərovun milyardlıq səltənəti və yaxınlarının adına olan obyektlərinin siyahısı ilə tanış ola biləcəklər. Bizi izləyin.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Adı yoxdur!.. - MALƏSƏF...
Bu gün, 07:21
"Rəsmi dövlət dilinə bu münasibət nə deməkdir?" - ETİRAZ VAR!
Bu gün, 07:18
ASAN xidmət adı altında PUL TƏLƏSİ? - İş təcrübəçiyə həvalə olunursa...
Bu gün, 07:05
Xidmət haqqı tutulur, xidmət yoxdur! - ƏSL BAZARDIR!
Bu gün, 06:58
Gedişin ədəbi versiyası - Gec-tez o mina partlayacaq...
Bu gün, 06:51
Ukrayna Rusiyaya elə bir zərbə vurur ki... - SƏSİ HƏLƏ ÇOX ÇIXACAQ...
Bu gün, 06:47
"İnsanların aldığı ən ağır zərbələrin çoxu yadlardan deyil" - Nura Suri
Bu gün, 06:35
Ermənilərin absurd NAXÇIVAN TƏRANƏLƏRİ... - "O qədər mənasız və sarsaq fikirdir ki..."
Bu gün, 06:29
Allahşükür Paşazadəni tənqid etmək asandır, AMMA... - İNCƏ NÜANS
Bu gün, 06:25
Əmrullayev cəza tədbirini NİYƏ YUBADIR? - ortada RƏSMİ İTTİHAM var...
Bu gün, 06:15
ABŞ-nin İrana yeni zərbələri daha genişmiqyaslı olacaq - "Reuters"
Bu gün, 06:01
AQTA rəsmən BAHALAŞMAya səbəb olur - BELƏ HARA GEDİRİK?
Bu gün, 05:50
AHİK şefi ilə bağlı ŞOK İDDİA - BU NƏDİ BELƏ?
Bu gün, 05:46
Rusların SOCAR HƏMLƏSİ - NƏ ETMƏLİ?
Bu gün, 05:42
Fermerlərə problem yaşadan başçı... - TENDER KEÇİRİR
Bu gün, 05:37
"Əgər həftəiçi 5 gün veriliş aparacağamsa... ...bu, digər işlərimə problem yaradacaq"
Bu gün, 05:32
ABŞ İranın hər hücumuna qarşı 20 hücumla cavab verməyə hazırdır - Tramp belə deyir...
Bu gün, 05:29
Azərbaycanlıların quzu sevgisi: Həm bahalı, həm ziyanlı - AKTUAL
Bu gün, 05:27
Onları Azərbaycan və Ermənistan kimi barışdıra biləcəyəm - Tramp belə deyir...
Dünən, 17:35
LGBT ətrafında bitməyən müzakirələr: Qərb nəyi hədəfləyir? – Azərbaycan detalı
Dünən, 17:33
Restoran müdiri Niyama ev hədiyyə etdi - Saxta çıxdı
Dünən, 17:19
Milyonlar qazanan iki biznesmenin sonu: Biri özünü öldürdü, digəri... - TƏFƏRRÜAT
Dünən, 17:11
Şuşadan qaçan Ohanyan: - "İntiqam vaxtı gələcək"
Dünən, 17:08
“Eurohome”da mağazası yanan sahibkar: “Məni intihar həddinə çatdırıblar” - NARAZILIQ VAR...
Dünən, 16:56
Türk iş adamının Aynurə Cəfərova ilə bağlı iddiası yenidən araşdırılacaq - 5 kq-lıq qızıl qalmaqalı
Dünən, 16:48
Doğumla ölümün bərabərləşəcəyini deyən alim: - "Milli Məclisə bizi çağırsınlar, deyək"
Dünən, 16:46
Restoranda müştərini döydü, amnistiyaya düşdü, zərərçəkmiş yenidən şikayətçi oldu - TƏFƏRRÜAT
Dünən, 16:41
ATU 59 min manata nələr almağı planlaşdırır?
Dünən, 16:33
“Stock Baku” QSC təsisçisi olduğu şirkətin kapitalını 2.4 milyon manat artırır
Dünən, 16:24
Mədəniyyət Nazirliyinin vəzifəli əməkdaşı Bakıda özünə obyekt tikdirib - AY, NƏ GÖZƏL...
Dünən, 16:21
İrandan növbəti Zəngəzur XƏBƏRDARLIĞI – Tehranın “sancısı” nə?!
Dünən, 16:07
İşdən çıxarılan müəllim Baş Prokurora müraciət etdi - “Mənə qarşı qanunsuzluq edilib”
Dünən, 16:03
"Evə usta çağıranda ona pul verirlər, aktyoru da efirə çağıranda ona qonorar ödəmək lazımdır" - Xalq artisti
Dünən, 15:45
Siyasi tamaşa: - Minalanan torpaq Azərbaycanda, maşın isə Ermənistanda
Dünən, 15:36
Separatçılar özlərinə “spiker” axtarır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:35
Paşinyan Rusiyadan əliboş döndü: - Həlledici “döyüş” başlayır
Dünən, 15:28
Bir sıra diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbə verilib - SƏRƏNCAM
Dünən, 15:24
“Gesco” ASC dövlət qurumlarından 45 milyonluq mühafizə tenderi udub – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Dünən, 15:21
“Türkiyədə qayda-qanun var, bizdə isə...” - Bələdiyyələrlə bağlı acı reallıq açıqlandı
Dünən, 15:16
Dövlət qurumu “Ağ Şəhər”dən 644 min manata ofis icarəyə götürdü - DETALLAR
Dünən, 15:10
YAP-ın Xaçmaz təşkilatının sədri saxlanıldı: HAKİM PARTİYA İSƏ... - TƏFƏRRÜAT
Dünən, 15:01
“Çiməndə qəfil sel aparıb” – çayda batan Nüşrəvanın qardaşı elə şeylər danışdı ki...
Dünən, 14:59
İdarədən vətəndaşlara təhdid bildirişləri gəlir: "Qazınızı kəsəcəyik" – NƏ ETMƏLİ?
Dünən, 14:55
Naxçıvanın Baş naziri Xameneinin vida protokolunda niyə olmayıb? - AÇIQLADI
Dünən, 14:51
AMEA-nın həqiqi üzvü Əjdər Məcidov vəfat edib
Dünən, 14:48
Nurəddin Mustafayevin himayə etdiyi quldurluq: Nazirə və Ali Məhkəmə sədrinə İMDAD MÜRACİƏTİ! - Aldadılmış sahibkar İNTİHAR HƏDDİNDƏ...
Dünən, 14:39
Kənan Seyidova birinci müavin təyin edildi - ƏMR
Dünən, 14:36
"Oğlumun musiqi alətini fırıldaqlıqla əlindən alıb..." -ŞİKAYƏT
Dünən, 14:33
Pezeşkian ABŞ-ı dünya çempionatına ev sahiblikdə rəqiblərə maneələr yaratmaqda ittiham edib
Dünən, 14:28
Pit Heqset İsrailə səfərini ləğv edib
Dünən, 14:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru