Avropa Şurasının Azərbaycan həbsxanaları hesabatı .....                     QARA MALİYYƏNİN `BOZ KARDİNAL`I: Cavanşir Yusfiov YENƏ İŞ BAŞINDADIR .....                     Bakı İrəvandan tələb olunan təzminatdan imtina edir? .....                     Ermənistan ən müxtəlif bəhanələrlə onların qalmasını istəyirdi, amma... .....                     Anar Rzayevin ƏRKÖYÜN ŞİRKƏTİ: İstədiyini edir... .....                     Elan saytlarında vətəndaşları aldatmaqda şübhəli bilinən şəxs tutulub .....                     Bakı ilə əldə olunan strateji tərəfdaşlıq sənədi Moskvanı narahat edir .....                     SOCAR-da QANUNAZİDD KADR SİYASƏTİ... .....                     Trampın təminat verdiyi ZƏNGƏZUR DƏHLİZİ... .....                     Pezeşkianın Tehranı silkələyən Azərbaycan açıqlaması .....                     Ekstrasensdən bu ölkələrlə bağlı qorxunc proqnoz .....                     Yerdə min hoqqa verən İranın .....                     Zəngəzur həll edildi, növbədə oradır .....                     Alyaskada ABŞ-Rusiya sammiti və ya arxa plandakı Ukrayna .....                     Bakı nəhənglərin oyununa girib... .....                     Məhkəmə Roza Zərgərliyə BƏRAƏT VERDİ .....                     Vergi borcu olan şirkət icra hakimiyyətinin 430 min manatlıq tenderini uddu .....                     Təhsil sisteminin TƏHLÜKƏLİ CÜTLÜYÜ .....                     Əziz Quliyev azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır .....                     Məhkəmə İkinci Qarabağ Müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışova ilə bağlı hökm verib .....                     Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir .....                     Xaraba günə qalan ŞABRAN... .....                     Bu da generalın .....                     Azərbaycanda zamin üçün ölüm də qurtuluş deyil .....                     “Aqroservis” ASC-də TOTAL İSLAHATLAR .....                     İran niyə Zəngəzur dəhlizinin açılmasını istəmir? .....                     Atası partiyanı Günay Ağamalıya təhvil verir? .....                     Dövlət qurumları avtomobilləri kimdən alırlar? .....                     Vaxt gələcək, hər kəs Pezeşkiana "sağ ol" deyəcək .....                     "Amma qəlbləri yoxdur axı..." .....                     ABŞ siyahı yaydı: Azərbaycan ilk SIRADA .....                     Azərbaycan - Ermənistan Bəyannaməsi Tramp üçün çox vacibdir .....                     Elşad Məmmədovun barəsində olan cinayət işi üzrə istintaq başa çatdı .....                     Vaşinqton anlaşmasında nəzərə çarpan MÜHÜM NÜANS .....                     Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb .....                     Rusiya acizlikdən Azərbaycana qarşı yalnız çirkli oyunlar oynaya bilər .....                     “Rusiya Cənubi Qafqazı asanlıqla itirməyəcək” .....                     Sərxoş kişi yarışda idmançıları geridə qoydu .....                     "Buna susa, göz yuma bilmərəm" .....                     Artak Beqlaryandan Bakıdakı erməni məhbuslarla bağlı .....                 

Ramiz Yediyarov bu rayonun kralıdır... - Vəssalam...
Tarix: 25-05-2016, 10:05 | Çap et
Ramiz Yediyarov bu rayonun kralıdır...
Uzun illərdir ki, Gədəbəydə sahibkarlarla bağlı problemlər həllini tapmır. Belə olan halda hər kəsdə müəyyən fikir də formalaşır ki, Ramiz Yediyarovun həyata keçirdiyi idarəçilik yalnız zoraklığa və qanunsuzluğa söykənən idarəçilikdir. Artıq bir neçə ildir ki, təqribən 34 nəfər sahibkarın üz-üzə qaldıqları problemlər, hal-hazırda daha geniş ictimaiyyətin müzakirə etdiyi mövzulardan birinə də çevrilib. Düzdür, ötən illər ərzində onlar problemlərinin ədalətli həllinə nail olmaq istəsələr də, hələ ki, heç bir ümidverici ab-hava hiss olunmur. Bunun da başlıca səbəbi, rayon rəhbərliyi başda olmaqla, digər vəzifə sahiblərinin gədəbəyli sahibkarların müraciətlərini saya salmamalarıdır. Məsələn, əslən Gədəbəydən olan sahibkar Əliyev Oqtay Qara oğlu “Gündəm Xəbər”in əməkdaşına bildirir ki, “mən düz 15 aydan çoxdur ki, heç bir məhkəmə qərarı, hər hansı əsaslandırıcı sənəd olmadan, yalnız Gədəbəy rayon İcra Hakimiyyəti başçısının vermiş olduğu şifahi tapşırıq əsasında darmadağın edilən 38,5 kvm sahəsi olan obyektimlə bağlı problemin, bu gün də həllinə nail ola bilməmişəm. Maraq kəsb edən hal odur ki, obyektimlə bağlı qanuni sənədlərim olsa da, icra hakimiyyəti başçısının tapşırığı ilə altüst edilən və qısa vaxt ərzində də izi-tozu belə qalmayan obyektimin əvəzinə, bu gün nə yeni obyekt verirlər, nə də ki, qarşı tərəf ödəməli olduqları kompensasiyanı ödəyirlər. Diqqəti bir məqama da yönəldim ki, ötən 15 ay ərzində aidiyyəti qurumlara, o cümlədən Gədəbəy rayon İcra Hakimiyyəti Aparatına ünvanladığım müraciətlərin heç birinə rəsmi cavab da verilməyib. Düzdür, PA-na və digər dövlət qurumlarına ünvanladığım ərizələrimə, müraciətlərimə və.s “ünvanladığınız müraciətiniz tədbir görülməsi üçün, Gədəbəy rayon İcra Hakimiyyəti Aparatına göndərilmişdir” cavabı verilsə də, ötən illər ərzində daşdan səs çıxdı, amma icra hakimiyyəti aparatından bir səs çıxmadı. Bu da onu söyləməyə əsas verir ki, Ramiz Yediyarovun icra başçısı olduğu rayonda qanunçuluq deyil, birbaşa qanunsuzluq mühiti hökm sürməkdədir”. Oqtay Əliyev onu da vurğulayır ki, “üzləşdiyim problemlərin həll olunmaması qalsın bir yana, rayonda vəzifə sahibi olanlardan bəzilərinin məni ittiham etmələri də nə yerə, nə də ki, göyə sığası məsələdir. Çünki, bir neçə gün bundan əvvəl DİN-nə ünvanladığım müraciətimlə bağlı araşdırmalar aparılarkən, Gədəbəy rayon Polis Şöbəsi rəisinin müavini Bəhmən müəllimin iş otağında, rayon icra hakimiyyəti aparatının hüquq şöbəsinin müdiri Zülfüqar İsgəndərov və şəhər icra nümayəndəsi Şahbaz Bayramov bildirdilər ki, “Əliyev Oqtay Qara oğluna məxsus obyektin qanuni sənədləri olmayıb və obyektin söküntüsü həyata keçirilərkən, onun içərisində nə ərzaq məhsulları, nə də ki, hər hansı avadanlıqlar olub” dedikdə, mən onların danışdıqlarına qəti etirazımı bildirdim. Çünki, hər iki vəzifə sahibinin danışdıqları şifahi sözə, mənim söylədiklərim isə rəsmi sənədlərə əsaslanırdı. Ümumiyyətlə, adı çəkilən vəzifə sahibləri hər zaman yalan, şər-böhtan danışmağa aludə olduqlarından, mən onların danışdıqlarını növbəti fırıldaq əməli kimi də qiymətləndirdim. Çünki, Zülfüqar İsgəndərov vaxtilə ANS televiziya şirkətini də aldatmağa çalışmışdı. Yəni, üzləşdiyimiz problemlərlə bağlı vaxtilə Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirdikdən sonra, konfransın mahiyyəti ilə bağlı xəbərlər yayan ANS televiziya şirkətinə Zülfüqar İsgəndərov zəng edib bildirmişdi ki, “həmin sahibkarların səsləndirdikləri iddialar heç də həqiqəti ifadə etmir. Yəni, onların sənədləri qaydasında deyil” dedikdə, dərhal televiziya əməkdaşları bir neçə sahibkarı ləngimədən şirkətə dəvət etdi və bir daha onlara məxsus sənədlərlə yaxından tanış oldular. Elə ki, gədəbəyli sahibkarlara məxsus sənədlərin tam qaydasında olduğu aşkara çıxdı, o halda Zülfüqar İsgəndərovun niyyəti də hər kəsə bəlli oldu. Gədəbəydə vəzifə sahibi olanların məni müxalifətçilikdə ittiham etmələrini də, bu gün heç cür başa düşə bilmirəm. Çünki, onlar ən yuxarı səviyyədə mənimlə bağlı belə bir təbliğat aparırlar ki, guya mən müxalifəti təmsil edirəm. Çox maraqlı və gülünc doğuran təbliğatdır ki, həmin təbliğatın da başında, əldə etdiyim məlumatlara görə daha çox Zülfüqar İsgəndərov durur. O halda meydana belə bir sual çıxır. Bir kimsə müxalifəti təmsil edirsə, deməli həmin şəxs hansısa müxalif siyasi partiyanın üzvü olmalıdır və onun da biletini daşımalıdır. Əgər mən müxalif siyasi partiyalardan heç birinin ünvanını belə tanımıramsa, müxalif siyasi partiya nə olan şeydir, fəaliyyəti nələrdən ibarətdir, o haqda da heç bir təsəvvürüm yoxdursa, bəs Zülfüqar İsgəndərovu vadar edən səbəb nədir ki, o, bu gün də bu yöndə təbliğatını davam etdirməkdədir. Əgər mənimlə bağlı bu cür ucuz, əsası olmayan bir təbliğat aparılırsa, o halda Zülfüqar İsgəndərova demək istəyirəm ki, müxalifəti mən yox, məhz vaxtilə sənin özün təmsil etmisən. Çünki, AXCP-Müsavat cütlüyü hakimiyyətdə olduğu 1992-1993-cü illər ərzində müxalifətə xidmət edən, yəni Gədəbəy rayon İcra Hakimiyyəti Aparatında vəzifə sahibi olan, məhz sənin özün deyildinmi?. Baxmayaraq ki, illər ötdü, zaman dəyişdi və zamanın dəyişdiyi kimi, sən də siyasi mənsubiyyətini dəyişərək, böyük bir YAP-çı oldun. Mən 15 aydan çox müddət ərzində üz-üzə qaldığım problemimi həll edə bilmədiyim bir vaxtda, 14 saylı Ərazi Vergilər İdarəsi bu gün də məni unutmur. Yəni, qeyd olunan qurum tərəfindən yaşadığım ünvana adı çəkilən qurumun rəisinin imzası ilə, 04 aprel 2016-cı il tarixdə xəbərdarlıq məktubu göndərilir və 96.06 manat borclu olmağım da bildirilir. Maraqlı hal odur ki, vaxtilə “Rabitə Bank”ın 50 min manat dəyərində qiymətləndirdiyi obyektimin kompensasiyasını ala bilmədiyim halda, vergilər idarəsi 96.06 manat borclu olduğumu mənə xəbərdarlıq məktubunda bir daha bildirir.” Bütün bunlar 15 aydan bir qədər çox müddət ərzində PA-na, digər dövlət qurumlarına, daha çox isə Gədəbəy rayon İcra Hakimiyyəti Aparatına üz-üzə qaldığı problemlərlə bağlı müraciətlət, şikayət ərizələri, sayı-hesabı bilinməyən teleqrammalar vuran Əliyev Oqtay Qara oğlunun danışdıqlarıdır. O, nədənsə rayon icra hakimiyyəti aparatında vəzifə sahibi olan Zülfüqar İsgəndərovu, daha çox ittiham etməkdən də çəkinmir. Məsələn, Oqtay Qaraoğlu “Gündəm Xəbər”in əməkdaşına vurğulayır ki, “Zülfüqar İsgəndərov mənim qohumlarıma zəng edərək bildirir ki, “siz heç də narahat olmayın, onun problemini yaxın vaxtlarda həll edəcəyik” desə də, verdiyi vədlə atdığı addımlar heç də üstüstə düşmür. Ümumiyyətlə, Zülfüqar İsgəndərovla bağlı redaksiyamıza diqqəti cəlb edən məlumatlar da çatdırılıb. Yəni, çatdırılan məlumatlarda bildirilir ki, “o, bu gün Gədəbəy rayon İcra Hakimiyyəti Aparatında hüquq şöbəsinin müdiri vəzifəsini daşısa da, daşıdığı vəzifəsinə uyğun ixtisasın sahibi deyil. Zülfüqar İsgəndərov tarix təhsili almış kadr olmaqla bərabər, həm də sahib olduğu təhsilini qiyabi başa vurub. Digər tərəfdən onun iki oğul övladı olsa da, heç biri həqiqi hərbi xidmət keçməyiblər. Ona görə də, icra aparatında mühüm bir vəzifəyə sahib olan bu şəxsin övladlarının həm həqiqi hərbi xidmət məsələsi, həm də onların sahib olduqları diplomlarla bağlı problemlər, bu gün də müzakirə olunan mövzulardandır. Baxmayaraq ki, həqiqi hərbi xidmət keçməyən övladlarından biri, hal-hazırda SHXÇDX Gədəbəy rayon idarəsində hansısa vəzifəni də daşımaqdadır. Çatdırılan məlumatlarda o da bildirilir ki, onun oğlanlarından biri, bir müddət bundan əvvəl babasına məxsus veteran maşını ilə rayonun Qumlu kənd sakinini vurur. Həmin şəxs aldığı zərbədən şikəst olsa da, baş verən hadisə ilə bağlı onun oğlu heç bir məsuliyyətə cəlb olunmur. Çünki, atasının daşıdığı vəzifə törədilmiş yol-nəqliyyat hadisəsini ört-basdır etməyə imkan verir. Növbəti sayımızda daha ətraflı məlumatları diqqətinizə çatdırmağa çalışacağıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Avropa Şurasının Azərbaycan həbsxanaları hesabatı - NƏ ETMƏLİ?
Bu gün, 09:26
QARA MALİYYƏNİN `BOZ KARDİNAL`I: Cavanşir Yusfiov YENƏ İŞ BAŞINDADIR - İLGİNC FAKTLAR...
Bu gün, 09:23
Bakı İrəvandan tələb olunan təzminatdan imtina edir? - AKTUAL
Bu gün, 09:01
Ermənistan ən müxtəlif bəhanələrlə onların qalmasını istəyirdi, amma... - İLGİNC GƏLİŞMƏ
Bu gün, 08:59
Anar Rzayevin ƏRKÖYÜN ŞİRKƏTİ: İstədiyini edir... - AYNA şefi belə pul qazanır...
Bu gün, 08:57
Elan saytlarında vətəndaşları aldatmaqda şübhəli bilinən şəxs tutulub - TƏFƏRRÜAT
Bu gün, 08:54
Bakı ilə əldə olunan strateji tərəfdaşlıq sənədi Moskvanı narahat edir - Kremlin iki adamından isterik reaksiya
Bu gün, 08:40
SOCAR-da QANUNAZİDD KADR SİYASƏTİ... - BU NƏDİ BELƏ?!!
Bu gün, 08:35
Trampın təminat verdiyi ZƏNGƏZUR DƏHLİZİ... - sülh və rifah naminə...
Bu gün, 07:24
Pezeşkianın Tehranı silkələyən Azərbaycan açıqlaması – “Real İran” başlayır!
Bu gün, 07:20
Ekstrasensdən bu ölkələrlə bağlı qorxunc proqnoz
Bu gün, 07:17
Yerdə min hoqqa verən İranın GÖYDƏ BULUD DAVASI
Bu gün, 06:09
Zəngəzur həll edildi, növbədə oradır – Daha bir tarixi əraziyə qayıdış anonsu
Bu gün, 06:06
Alyaskada ABŞ-Rusiya sammiti və ya arxa plandakı Ukrayna - NƏ BAŞ VERİR?
Bu gün, 05:48
Bakı nəhənglərin oyununa girib... - İNCƏLƏMƏ
Bu gün, 05:46
Məhkəmə Roza Zərgərliyə BƏRAƏT VERDİ - QALMAQAL
Bu gün, 05:30
Vergi borcu olan şirkət icra hakimiyyətinin 430 min manatlıq tenderini uddu - FOTO
Bu gün, 05:27
Təhsil sisteminin TƏHLÜKƏLİ CÜTLÜYÜ - İTTİHAM VAR...
Bu gün, 05:24
Əziz Quliyev azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır - NARAZILIQ VAR...
Bu gün, 05:21
Məhkəmə İkinci Qarabağ Müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışova ilə bağlı hökm verib - TƏFƏRRÜAT
Bu gün, 05:15
Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir - belə deyirlər...
Bu gün, 05:11
Xaraba günə qalan ŞABRAN... - AXI NİYƏ?..
Bu gün, 05:06
Bu da generalın TENDER ORTAĞI
Bu gün, 05:02
Azərbaycanda zamin üçün ölüm də qurtuluş deyil - FAKT BUDUR!
Bu gün, 04:59
“Aqroservis” ASC-də TOTAL İSLAHATLAR - İLGİNC İDDİA
Bu gün, 04:58
İran niyə Zəngəzur dəhlizinin açılmasını istəmir? - ŞƏRH
Bu gün, 04:50
Atası partiyanı Günay Ağamalıya təhvil verir? - Yaxın günlərdə...
Bu gün, 04:47
Dövlət qurumları avtomobilləri kimdən alırlar? - ARAŞDIRMA
Bu gün, 04:45
Vaxt gələcək, hər kəs Pezeşkiana "sağ ol" deyəcək - HƏQİQƏTƏN DƏ...
Bu gün, 04:38
"Amma qəlbləri yoxdur axı..."
Bu gün, 04:35
ABŞ siyahı yaydı: Azərbaycan ilk SIRADA - SİYAHI
Bu gün, 04:31
Azərbaycan - Ermənistan Bəyannaməsi Tramp üçün çox vacibdir - Dövlət Departamenti
Bu gün, 04:24
Elşad Məmmədovun barəsində olan cinayət işi üzrə istintaq başa çatdı - TƏFƏRRÜAT
Dünən, 18:28
Vaşinqton anlaşmasında nəzərə çarpan MÜHÜM NÜANS - AYDIN OLUR Kİ...
Dünən, 18:25
Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb - SİYAHI
Dünən, 18:10
Rusiya acizlikdən Azərbaycana qarşı yalnız çirkli oyunlar oynaya bilər - Mixail Qonçar
Dünən, 18:08
“Rusiya Cənubi Qafqazı asanlıqla itirməyəcək” - İranın Azərbaycandakı keçmiş səfiri də “xoruzlandı”
Dünən, 18:03
Sərxoş kişi yarışda idmançıları geridə qoydu - GÖZLƏNİLMƏZ
Dünən, 17:59
"Buna susa, göz yuma bilmərəm"
Dünən, 17:54
Artak Beqlaryandan Bakıdakı erməni məhbuslarla bağlı ÇAĞIRIŞ
Dünən, 17:52
İmtahan müəmması: Suallar satılıb, yoxsa şagirdlər bir-birindən köçürüb? - BU NƏDİ BELƏ?
Dünən, 17:48
İş adamı Süleyman Babayev həbs edilib - Milyonlarla vergidən yayınma ittihamı
Dünən, 17:44
Azərbaycanın Ukraynaya humanitar dəstəyi davamlı olacaq - ÇÜNKİ...
Dünən, 17:39
Misir Mərdanov yeni vəzifəyə təyin oluna bilərmi? - ÖZÜ DEYİR Kİ...
Dünən, 17:33
“Ermənicə bilirəm, İrəvanda səfir işləməyə hazıram” – Hafiz Hacıyev
Dünən, 17:31
Azərbaycanda 16 sığorta agentinin lisenziyasının qüvvəsi 1 aylıq dayandırılıb - SİYAHI
Dünən, 17:23
Zakir İbrahimov nazir təyin olunur? - İLGİNC İDDİA
Dünən, 17:20
Şərtlərə cavab verən təklif tapılmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:18
Sülh sazişindən sonra müharibə filmləri necə çəkilməlidir? - “Mənə görə deyil”
Dünən, 17:13
Azərbaycanlı turist bir meyvəyə görə BIÇAQLANDI
Dünən, 17:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru