Beyləqanda Qarabağ döyüşçüsünün başına oyun açırlar... - ŞİKAYƏT VAR
Tarix: 9-04-2016, 14:13 |
Çap et
Beyləqan qaz istismar sahəsinin sabiq rəisi Sabir Mustafayevin qanunsuz əməlləri ifşa olunandan sonra onun yerinə təyin olunanların da fəaliyyəti qaneedici olmayıb
Rayonun Eyvazalılar kənd sakini Fəxri Rüstəmovun Sonolay.org -un redaksiyasına verdiyi məlumata görə, onun evinin qaz təchizatını qabaqcadan heç bir xəbərdarlıq etmədən kəsiblər. O da məlumdur ki, göstərişi verən təzə rəis qazı kəsilən abonentin həmkəndlisidir. Nəzərə alsaq ki, F. Rüstəmov müharibə iştirakçısı olmaqla bərabər, həm də veteran hüquqlarının müdafiəçisi kimi tanınır, təxmin etmək olar ki, həmkəndlilərin maraqları təkcə təchizatçı-istehlakçı münasibətləri çərçivəsində deyil, başqa müstəvidə də toqquşub.
Yəqin başa düşüləndir ki, cəbhədə gərginliyin davam etdiyi, xalqımızın vətənpərvərlik hisslərinin coşduğu indiki məqamda I Qarabağ müharibəsi iştirakçısının qazını kəsmək, hətta o borclu olsa belə yenə də bəyənilən əməl deyildir. Bu qərarı bir qədər təxirə də salmaq olardı. Qİİ rəisi bu adi aksiomu başa düşmürsə, yaxud, başa düşmək istəmirsə, o özü vətənpərvərlik hissindən kasadddır desək, yanılmarıq.