Laçın sakininin Mikayıl Cabbarova sualı var... - "Görəsən, cənab nazirin xəbəri varmi ki"...
Tarix: 6-04-2016, 10:23 |
Çap et
DİA.AZ: Laçın rayon Şeylanlı kənd sakini Xudayarov Baxşeyiş Salyan oğlu tərfindən DİA.AZ-a şikayət məktubu ünvanlayıb. Həmin məktubda deyilir:
“Laçın rayon Təhsil Şöbəsinin müdri Malik Vəliyevin Təhsil Şöbəsində yol verdiyi ciddi qanun pozuntularını və yığdığı küllü miqdarda rüşvəti ort- bastır etmək üçün yuxarı dairələrdəki daydayılarının köməyinden istifadə edib , Təhsil Nazirliyindəki havadarına yüksək məbləğdə rüşvət verərək izi itirmək məqsədi ilə təhsil nazirliyinin yeni yaradılmış Tərtər regional təhsil idarəsinə müdir təyin olunmuşdur.
Fürsətdən istfadə edib Hörmətli Cənab Təhsil naziri Mikayıl Cabbarova təkcə bir sual ünvanlamaq istəyirəm. Abşeron rayonu Atyalı qəsəbəsində yerləşən Qozlu tam orta məktəbinin direktoru Səfərov Rəhman məktəbdə yol verdiyi ciddi qanun pozuntularına görə Cənab Təhsil naziri Mikayıl Сabbarov tərəfindən işdən çıxarılmış və Laçın rayon prokrorluğunda barəsində istintaq işi başladılmışdır. Görəsən, cənab nazirin xəbəri varmi ki M.Vəliyev Rəhman müəllimdən yüksək məbləğdə rüşvət alaraq direktor vəzifəsinə gəlinini təyin edib?”
Daha sonra dia-az.life-a yazan narazı vətəndaş belə bir iddianı da ortaya qoyur: “Laçın rayon Təhsil şöbəsini korrupsiya yuvasına çevrən Malik Vəliyev Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Xocavənd rayon təhsil şöbələrini də həraca çıxaracaq”.
Qarşı tərəfin də mövqeyini işıqlandılrmağa hazırıq...