Məmur korrupsiyaya yol versə, lakin kimlərəsə kömək etsə, onun adı "çörəkverən kişi" qalır... .....                     Sabunçuda iki nəfərin ölümünə səbəb olan tuneli tikən şirkətdən AÇIQLAMA .....                     Azərbaycan Mərkəzi Bankı .....                     Bütün ermənilərin katolikosu Bakıya gələ bilər .....                     Əvvəl sevindi, bir neçə dəqiqə sonra isə həbsə getdi .....                     Qiymətləndiricilərin peşə bacarığı səviyyəsinin yüksəldilməsi məqsədilə növbəti kurs keçirilib .....                     Zaqatalalı “Dadaş”, “Silvestr” və lənkəranlı avtoritetlər .....                     Ramiz Mehdiyevin kürəkəni hüquqdan sui-istifadə edir .....                     Gözətçi "Kapital Bank"a kredit almağa getdi .....                     İcra başçısının oğlu 1 milyon manat vergini ödəməmək üçün Azərbaycandan qaçdı .....                     Ana məktəbli övladına ayaqqabı belə ala bilmir... .....                     Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib .....                     Qarabağ belə azad edilib: .....                     Ora da Azərbaycanındır, geri çəkilməliyik .....                     HƏMAS-ın Siyasi Bürosunun sədr müavini .....                     Dillər Universitetində satışda VƏZİFƏLƏR VAR... .....                     Paşinyan özü Bakıya gəlmək istəyir, amma umacağı var .....                     Evləri zərər görmüş vətəndaşlara kompensasiya veriləcək? .....                     Neft tədarükünün və ixracının azalması .....                     İsraildə tutulan Azərbaycan əsilli İran casuslarından YENİ XƏBƏR .....                     “McDonald`s”dakı təhlükə: .....                     Dədə Süleymanın .....                     "Blinkenin Yaxın Şərqə səfəri yenə də nəticəsiz qalacaq" .....                     Həkimlərə 30 xəstə limiti? .....                     Atlantikdən gələn təhlükə: .....                     Ermənistan ordusunda "bardaq" hökm sürür .....                     İcra məmuru yarım milyon manat zərər pulunu naməlum hesaba köçürüb .....                     MN-in sabiq şöbə rəisi ilə bağlı hökmdən verilən protest üzrə .....                     Arabir duman olacaq .....                     İki insanın ölümünə səbəb olan tunel .....                     Bakıda 371 min manatlıq fırıldaq .....                     Ermənistan Ukraynadakı müharibə hesabına qazanc əldə edir .....                     Məhkəmə 100 min manatlıq dələduzluqla bağlı bəraət alan ər-arvadın işi üzrə qərar verib .....                     “Deyirlər ki, siz şikayət edin, biz 20-30 min verib susdurarıq” .....                     Azərbaycan müdafiə naziri qırğızıstanlı həmkarı ilə görüşüb .....                     Dilarə Aygün Kazımovanı “Eurovision”da görmək istəyir .....                     Misir Mərdanovun qardaşı otel tikdirib, ustaların pulunu vermir .....                     Sülh danışıqlarında erməni quyuları: .....                     DİN “ASAN xidmət” mərkəzlərində vakant olan vəzifələrə qəbulla əlaqədar müsabiqə elan edib .....                     "Gör, ölkənin akademikləri hansı niyyətin sahibidirlər?!" .....                 

Bələdiyyə sədri öz işçisinin paxırlarını açdı... - Bunları sıradan işçi təkbaşına edə bilməzdi...
Tarix: 22-03-2016, 15:53 | Çap et
Bələdiyyə sədri öz işçisinin paxırlarını açdı...
Ötən saylarımızda Xəzər rayonunun Buzovna qəsəbəsi, Koroğlu küçəsi, ev 55 ünvanında yaşayan birinci qrup əlil Quliyeva Firəngiz Hüseyn qızının respublikanın güc strukturlarının rəhbərlərinə və surəti redaksiyamıza ünvanlanmış şikayət məktubunu dərc etmişdik. Şikayət məktubunda 2010-cu ildə Xəzər rayonu ərazisindən keçən dövlət əhəmiyyətli dairəvi yolun çəkilişində dairəvi yolun keçdiyi əraziyə torpaq sahələri düşən vətəndaşların hüquqlarının pozulmasından bəhs olunurdu.

Şikayətçilər onlar üçün dövlət büdcəsindən ayrılmış külli miqdarda kompensasiyanın mənimsənildiyini deyir. Bu qanunsuzluqda “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti ilə yanaşı, Buzovna qəsəbə bələdiyyəsinin də adı hallanır. Redaksiyamıza daxil olan bu məzmunlu müraciətlərin çoxluq təşkil etdiyini nəzərə alıb məsələ ilə bağlı Buzovna qəsəbə bələdiyyəsinin rəisi Mətləb Əliyevin mövqeyini öyrənmək istədik.
M.Əliyev isə deyəcəklərinin çox olduğunu bildirərək, bayram günü olmasına baxmayaraq, bizi iş yerinə dəvət etdi. Odur ki, bələdiyyə sədri ilə görüşüb məsələyə aydınlıq gətirməyə çalışdıq. O, rəhbərlik etdiyi qurum və özü ilə bağlı səslənən bəzi iddialara da aydınlıq gətirdi.
- Mətləb müəllim, telefonda qeyd etdiyimiz kimi, redaksiyamıza daxil olan şikayət məktublarında rəhbərlik etdiyiniz Buzovna qəsəbə bələdiyyəsinin və sizin adınız torpaq qalmaqallarında hallanır. Əvvəlcə, bir məsələyə aydınlıq gətirməyinizi xahiş edirik: 2010-cu ildə Xəzər rayonu ərazisindən keçən dövlət əhəmiyyətli dairəvi yolun çəkilişində Buzovna qəsəbə bələdiyyəsinin rolu nədən ibarət olub?
- Sualınıza cavab olaraq onu deyə bilərəm ki, sözügedən dövlət əhəmiyyətli dairəvi yolun çəkilişi zamanı Buzovna qəsəbəsindən keçən həmin dairəvi yolun keçdiyi əraziyə torpaq sahələri düşən vətəndaşların dəqiqləşdirilməsi ilə əlaqədar “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin işçi qrupu tərəfindən qəsəbə icra nümayəndəliyinə və bələdiyyəsinə rəsmi sorğu daxil oldu. Biz də tərəfimizdən dairəvi yolun keçdiyi əraziyə torpaq sahələri düşən vətəndaşların kimliyini dəqiqləşdirərək sorğunu cavablandırdıq. Yəni dairəvi yolun çəkilişi ilə bağlı Buzovna qəsəbə bələdiyyəsinin rolu yalnız bundan ibarət olub.

«Son vaxtlar xəbər tutmuşuq ki, Mətanət Əkbərova bələdiyyənin «çətiri altında» hansı işlərlə məşğul olurmuş»

- Lakin öncə qeyd etdiyimiz kimi, «Təzadlar» qəzetinin redaksiyasına daxil olan müraciətlərdə, eləcə də Buzovna qəsəbəsi, Koroğlu küçəsi, ev 55 ünvanında yaşayan birinci qrup əlil Quliyeva Firəngiz Hüseyn qızının respublikanın güc strukturlarının rəhbərlərinə və surəti redaksiyamıza ünvanlanmış şikayət məktubunda həm sizin, həm də Buzovna qəsəbə bələdiyyəsinin işçisi Mətanət Əkbərovanın ünvanına ciddi ittihamlar irəli sürülür. Kimdir Mətanət Əkbərova?
- Mətanət Əkbərova bizim bələdiyyədə 2009-cu ildən vergi müfəttişi kimi əmək müqaviləsi əsasında çalışır. Doğrusu, Mətanət Əkbərova ilə bağlı bu son günlərə qədər onun haqqında gəzən neqativ söhbətlər və buraxdığı ciddi nöqsanlar barəsində nə bələdiyyə sədri olaraq mənin, nə də bələdiyyə üzvlərinin heç bir məlumatı olmayıb. Biz son vaxtlar xəbər tutmuşuq ki, Mətanət Əkbərova bələdiyyənin «çətiri altında» hansı işlərlə məşğul olurmuş. Biz bunu bilən kimi dərhal həmin zərərçəkən insanları bələdiyyəyə dəvət edərək, dinləyib ərizələrini aldıq. Söhbət zamanı məlum oldu ki, onalrın torpaq sahələri olub və dairəvi yolun keçdiyi əraziyə düşüb. Həmin ərəfədə Mətanət Əkbərova Firəngiz Quliyeva ilə görüşüb və onlara köməklik göstərə biləcəyini deyib. Yəni sənədlərin toplanmasında, torpağa görə dövlət tərəfindən ayrılmış kompensasiyanın alınmasında onlara kömək edəcəyini bildirib və çox yaxından iştirak edib.
Firəngiz xanımın və həyat yoldaşı Hacı Ağasadığın dediyinə görə, onlara 30 min manat verilib, qalan 42 min manatın ödənilməsi üçün Mətanət Əkbərova yazılı şəkildə söz verib. Və yazdığı kağızı imzalayıb ki, bir həftəyə, uzağı on günə qalan 42 min manatı da onlara verəcək. Bugünkü günə qədər həmin pul hələ də ödənilməyib. Firəngiz xanımın və onun həyat yoldaşı Hacı Ağasadığın istəyi odur ki, Mətanət Əkbərova onların pullarının qalan hissəsini də versin. Lakin mənim üçün təəccüblüdür ki, vətəndaşların torpağına görə verilmiş kompensasiyanı Mətanət Əkbərova hansı yolla alıb? Axı bu, onun vəzifəsi və səlahiyyətində olan məsələ deyil. Bu işlə bağlı Firəngiz xanımla Mətanət Əkbərova arasında böyük mübahisə yaranıb. Qeyd etdiyim kimi, məsələ ilə bağlı biz Firəngiz xanımın şikayət ərizəsini də almışıq.
Hal-hazırda Mətanət Əkbərovanın bu çirkin əmələlri barəsində hüquq-mühafizə orqanlarında araşdırma aparılır. Yəqin ki, yaxın gələcəkdə ictimaiyyətə bu haqda geniş məlumat veriləcək.

«Mətanət Əkbərovanın qanunsuz əməlləri yalnız bununla bitmir»

- Qeyd etdiniz ki, Mətanət Əkbərova bələdiyyədə 2009-cu ildən əmək müqaviləsi əsasında çalışır. Yəqin ki, hər il onun əmək müqaviləsi yenilənib. Təbii ki, biz əlimizdə hər hansı məhkəmə qərarı olmadan kimisə dələduz adlandıra bilmərik. Lakin redaksiyamıza daxil olan şikayətlərdə Mətanət Əkbərovanın müxtəlif vədlərlə vətəndaşların etibarından sui-istifadə edərək onlara maddi və mənəvi ziyan vurduğu bildirilir. Belə olan halda, bələdiyyədə Mətanət Əkbərovanın uzun müddət işləməsinə, yaxud belə demək mümkünsə, dəstəklənməsinə səbəb nədir?
- Doğrusu, Firəngiz xanımın və onun həyat yoldaşı Hacı Ağasadığın, eləcə də Buzovna qəsəbə sakini Şəfiqə Hüseynovanın bizə müraciətindən sonra Mətanət Əkbərovanın hansı qaranlıq işlərlə məşğul olduğu üzə çıxıb. Hətta bizə daxil olan məlumata görə, Mətanət Əkbərovanın qanunsuz əməlləri yalnız bununla bitmir. Amma bələdiyyə olaraq bizim onun hərəkətlərinə hüquqi qiymət etmək səlahiyyətimiz yoxdur. Lakin məndə olan məlumata görə, vətəndaşların şikayəti əsasında artıq Mətanət Əkbərova ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdrma aparılır, onun əməllərinə hər halda hüquqi qiymət veriləcək.

«Söhbət zamanı Mətanət Əkbərovanın dediklərinin yalan və həmin 30 min manatın həqiqətən də kompensasiya pulu olduğuna bir daha əmin oldum»

- Firəngiz Quliyevanın dediyinə görə, dövlət əhəmiyyətli dairəvi yolun çəkilişi zamanı plana düşən torpaqlarının kompensasiyasının ödənilməsinə vasitəçilik edən Mətanət Əkbərova onlara bildirib ki, “Azəryolservis” veriləcək kompensasiyanın 50 faizini istəyib. Məsələ ilə bağlı Mətanət Əkbərovanın və “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin işçi qrupunun direktoru Faiq Məmmədovun mövqeyini öyrənərkən, onlar bunu təkzib etdilər. Lakin şikayətçilərin redaksiyamıza təqdim etdiyi bir səs yazısında Mətanət Əkbərova şikayətçilərə bildirir ki, “Azəryolservis” belə bir şərt qoyur: alacağımız məbləğin 50 faizi onların, 50 faizi sizin olacaq, əks halda, heç kim torpaq pulunu almayacaq.
Onu da qeyd edim ki, həmin söhbətdə iştirak edən şəxslərdən biri də sizsiniz.
- Bilirsiniz, qeyd etdiyim kimi, Firəngiz Quliyevanın bələdiyyəyə şikayəti daxil olana qədər mən bu məsələlərdən xəbərsiz idim. Lakin vətəndaşların şikayətində Buzovana bələdiyyəsinin və Mətanət Əkbərovanın adı hallandığı üçün Firəngiz xanımı və onun həyat yoldaşı Hacı Ağasadığı bələdiyyəyə dəvət edərək, Mətanət Əkbərovanın iştirakı ilə onları dinlədim. Əslində, bu məsələnin bələdiyyəyə aidiyyəti olmasa da, daxil olan şikayətə baxmalı idim. Çünki bu qalmaqalda Buzovna bələdiyyəsinin və mənim adım hallanırdı. Söhbət zamanı Mətanət Əkbərova həqiqətən də 50 faiz məsələsinə toxundu. Şəxsən mən həmin kompensasiyadan 50 faizin Mətanət Əkbərovaya çatacağının qulaq şahidi oldum. Lakin həmin 50 faizdən başqa kimlərə nə qədər verilib-verilməyəcəyini deyə bilmərəm. Çünki bu barədə məlumatsızam. Bir məqamı da qeyd edim ki, şikayətçilərlə söhbət etdikdən sonra təklikdə Mətanət Əkbərova ilə yenidən danışdım. O, mənə dedi ki, elə məsələlər var, onu şikayətçilərin yanında aça bilmədim. Mən də dedim ki, şikayətçilərin yanında demədiyin məsələləri indi de, mən də bilim. O, qayıtdı ki, yox, deyə bilmərəm, çünki o məsələ sakinlərlə mənim aramda gizli qalası söhbətdir.
Ancaq sonradan bu mübahisələr ortaya çıxanda Mətanət Əkbərova ilə bir də söhbət elədim. O dedi ki, Firəngiz Quliyevaya verdiyi 30 min manat kompensasiya pulu deyil, onlardan almaq istədiyi torpaq sahəsinin puludur. Mətanət Əkbərova daha sonra dedi ki, «Firəngizgilin bir neçə yerdə torpaq sahəsi var. 72 min manata danışmışdıq. 30 min manatını verdim, danışdıq ki, 42 min manatını da sonra verərəm. Lakin sonra qalan pulu düzəldə bilmədim. İndi də verdiyim 30 min manatı geri ala bilmirəm».
Lakin söhbət zamanı Mətanət Əkbərovanın dediklərinin yalan və həmin 30 min manatın həqiqətən də kompensasiya pulu olduğuna bir daha əmin oldum.

«Əgər Mətanət Əkbərova pulu mənimlə gətiribsə, mənə çatacaq 30 min manatı niyə əvvəlcədən yox, sonra verməli idi?»

- Yeri gəlmişkən, şikayətçi Firəngiz Quliyevanın dediyinə görə, Mətanət Əkbərova 2014-cü il oktyabrın 3-də, axşam saat 19:00 radələrində onlara sizin maşınla gəlib. Onlara deyib ki, bankdan pulu sizinlə gedib alıb. Hətta Mətanət Əkbərova deyib ki, 30 min manatı sizə verəcək, 30 min manatı da Firəngiz Quliyeva gilə gətirib. Oktyabrın 5-də isə camaatın və onların qalan pulunu gətirib verəcək. Mətanət 30 min manatı verəndə qəbz də verib, öz əl xətti ilə yazıb ki, sənə 42000 manat borcum qaldı və öz imzası ilə təsdqiləyib gedib.
- Mən bu məsələni eşidəndə Firəngiz xanım və Hacı Ağasadıqla söhbət elədim. Onların dediyinə görə, Mətanət Əkbərova onlara pulu gətirən axşam onun çantasında yalnız 30 min manat deyil, daha artıq məbləğdə pul olub. Qeyd etdiyiniz kimi, Mətanət Əkbərova 30 min manatı Firəngiz xanıma verəndə deyib ki, 30 mini də bələdiyyə sədrinə verəcək. Sonra da deyib ki, «30 min manatı bələdiyyə sədrinə verməsəm, məni işdə saxlamaz, bu onun qohumunun puludur». Hətta deyib ki, bələdiyyə sədri mənimlə gəlib, bayırda gözləyir. Mən sonra Hacı Ağasalıqla söhbət etdim, ondan soruşdum ki, həmin gecə məni gördünüzmü? Dedi, yox, görməmişəm. Bir də ki, əgər Mətanət Əkbərova pulu mənimlə gətiribsə, mənə çatacaq 30 min manatı niyə əvvəlcədən yox, sonra verməli idi?

«Mətanət Əkbərova bələdiyyəmizdə hökm sürən bu ab-havanı, qəsəbə sakinləri ilə münasibətlərimizi pozmağa cəhd göstərir»

- Mətləb müəllim, Firnəgiz Quliyeva və digər vətəndaşlar aidiyyəti orqanlara şikayət edəndən sonra Mətanət Əkbərova onlara bildirib ki, məhkəməyə müraciət etmək lazımdır. Həmin vətəndaşlar da 13.06.2013-cü ildə məhkəməyə müraicət edib. 7 ay məhkəmə davam etdikdən sonra Mətanət Əkbərova şikayətçilərə bildirib ki, “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin işçi qrupunun direktoru Faiq Məmmədov deyir ki, sənədləri məhkəmədən geri götürsünlər, pulları ödəyəcək. Şikayətçilərlə bərabər məhkəmədə iştirak edən “Azəryolservis”in hüquqşünası Şaiq adlı şəxs də təsdiqləyib ki, Faiq müəllim deyirsə, verəcək. Beləliklə, məhkəmə işə baxmayıb, sənədlər geri qaytarılıb. Şikayətçilərin dediyinə görə, onların xəbəri olmadan məhkəməyə verilmiş ərizələrdə əlavə tanımadıqları dörd nəfərin də adını görüblər. Faiq Məmmədovun istəyini şikayətçilərə çatdıran Mətanət Əkbərova bildirib ki, “Azəryolservis” belə bir şərt qoyur: alınacaq məbləğin 50 faizi onların, 50 faizi sakinlərin olacaq və «Azəryolservis»in adamı olan Abbasov Sarvan Yusif oğluna pulların alınması üçün etibarnamə vermək lazımdır. Şikayətçilərin sözlərinə görə, torpaq pulunu almayan 7 nəfərdən 4 nəfəri bu şərtlə razılaşıb, qalan üç nəfər isə razılaşmayıb. Həmin dörd nəfər Sarvan Abbasova pulların alınması üçün etibarnamə verib. Məhkəmədən sənədlər geri götürüləndə sənədlərə qatılmış digər dörd nəfərin sənədi olub. Belə ki, qanuni torpaqların çertyojlarının üzü çıxarılaraq bu dörd nəfər üçün də təsdiq edilib. Həmin dörd nəfərin də Sarvan Abbasova etibarnaməsi verilib. Sonradan məlum olur ki, şikayətçilərin tanımadığı, qəsəbədə torpağı olmayan 4 nəfərdən biri sizin qohumunuz Telman Qəniyevdir. Buna necə aydınlıq gətirə bilərsiniz?
- Bilirsiniz, Mətanət Əkbərova mənim qohumum Telman Qəniyevi tanıyırdı. Bir gün Mətanət Əkbərova bildirdi ki, 1 hektar 80 sot torpaq sahəsi alıb və onu hissə-hissə tanıdığı adamların adına sənədləşdirmək niyyətindədir. Sonra da dedi ki, özü beş-on adam tapıb, ancaq həmin torpağın 10 sotunu Telman Qəniyevin, 10 sotunu da Telmanın qohumu Nəsiman Babayevin adına sənədləşdirmək istəyir. O, hər ikisinin razılığını alandan sonra deyib ki, torpağı özəlləşdirmək üçün onun vəkilinə öz adlarından etibarnamə versinlər. Onlar da etibarnamə verib. Mətanət Əkbərova nəin ki, Telmanın, yaxud Nəsimanın, çox adamın adından etibarnamə əldə edib. Sonradan məlum olub ki, həmin etibanamələr kompensasiya almaq üçün imiş. Halbuki qohumum Telman Qəniyevin nə plana düşən torpağı olub, nə də Mətanət Əkbərovanın vəkilinə verdiyi etibarnamənin kompensasiya üçün istifadə edilməsindən xəbəri.
İndi məlum olur ki, onun aldatdığı insanlar təkcə bir neçə nəfər deyil. Bunlar kimi onlarla vətəndaşın haqqı tapdanıb, pulları mənimsənilib.
Qeyd etdiyim kimi, Mətanət Əkbərovanın qanunsuz əməlləri ilə bağlı aidiyyəti qurumlara çoxsaylı şikayətlər təqdim edilib. Artıq araşdırmalara başlanılıb.
Aldığım məlumatlara görə, indi Mətanət Əkbərova mənim də haqqımda artıq-əskik danışır. Hətta mənə və bələdiyyəmizə qarşı qarayaxma kampaniyasına başlayıb. Deyib ki, əgər lazım gələrsə, adamlarını gətirib üzümə duracaq və s. Mətanət Əkbərovanın arxalandığı adamların kimliyini artıq müəyyən etmişəm. Lakin onun badə dostları ilə birləşib bələdiyyəmizə zərbə vurmasına imkan verməyəcəyik. Mətanət Əkbərovanın cavabını vermək üçün bayramdan sonra bələdiyyə üzvlərinin iştirakı ilə onun məsələsini müzakirəyə çıxaracağıq. Bizim üçün bələdiyyəmizin nüfuzu hər şeydən üstündür. Çünki seçkili orqan olan bələdiyyəmizin fəaliyyəti sağlam təməl üzərində formalaşıb. Və bu, bizim üçün önəmli məsələdir. Bizim məqsədimiz qəsəbəmizin sakinlərinin maraqlarını və haqlarını müdafiə etməkdir. Biz fəaliyyətimizi bu məqsədə doğru davam etdiririk. Ancaq Mətanət Əkbərova bələdiyyəmizdə hökm sürən bu ab-havanı, qəsəbə sakinləri ilə münasibətlərimizi pozmağa cəhd göstərir. Bu səbəbdən də biz bələdiyyəmizə zərbə vuranların cavabsız qoyulmasına imkan verməyəcəyik.

«Siyahı Mətanət Əkbərova və onun adamları tərəfindən saxtalaşdırılıb»

- Mətləb müəllim, ancaq bizim üçün bir çox məsələlər yenə qaranlıq qalır. Ən vacibi budur ki, məlum kompensasiyalara Buzovna bələdiyyəsinin işçisi Mətanət Əkbərovanın nə aidiyyəti var? Şikayətdə adı keçən Abbasov Sarvan Yusif oğlu əməkdaşımızla görüşündə Mətanət Əkbərovanı yol tikintisi işləri ilə əlaqədar tanıdığını demişdi. Eyni zamanda, bildirmişdi ki, bankdan 1 manat da olsun pul götürməyib. Redaksiyamıza daxil olan sənədlərdən isə məlum olur ki, Bakı şəhəri 7 saylı notariat kontoru tərəfindən Sarvan Abbasovun adına 33 nəfərin etibarnaməsi verilib. Bu hələ əlimizdə olan bir notariat kontorundan verilən etibarnamələrdir. Ancaq S.Abbasov deyib ki, o, heç bir etibarnamə görməyib. Bəs görəsən, bu qədər insanın səlahiyyətlərinin S.Abbasova verilməsində səbəb nədir?
Şikayətçilərin dediyinə görə, çoxsaylı vətəndaşlar var ki, onların plana düşən heç bir torpaq sahəsi yoxdur və həmin adamların adı torpağı plana düşən 7 nəfərin sənədləri üzərində saxtalaşdırılıb.
Diqqət çəkən məqamlardan biri də budur ki, həmin etibarnamələrdə Buzovana qəsəbə sakinlərindən başqa Bakının Mərdəkan, Maştağa qəsəbəsi, eləcə də Cəlilabad, Göygöl, Cəbrayıl, Laçın və digər rayon sakinlərinin də adı var…
Təbii ki, hal-hazırda Bakı şəhər Baş Polis İdarəsində aparılan ilkin araşdarmada müəyyən olunacaq ki, bu etibarnamələrdən bank əməliyyatlarında necə istifadə edilib, ümumiyyətlə, Sarvan Abbasovun adına pul götürülübmü? Lakin Buzovna qəsəbə bələdiyyəsinin rəhbəri olaraq sizdən bir məsələyə cavab verməyinizi xahiş edirik. Torpağı plana düşən qəsəbə sakinlərinin arasında tanımadıqlarnız varmı?
- Əlbəttə, var. Kompensasiya verilməsi üçün təqdim olunan məlum siyahıdakı əksər insanları tanımıram. Ola bilər ki, mən tanımayım. Halbuki bələdiyyə üzvləri də həmin adamları tanımırlar. Deməli, bu siyahı Mətanət Əkbərova və onun adamları tərəfindən saxtalaşdırılıb. Əgər bununla bağlı bizə Bakı şəhər Baş Polis İdarəsi sorğu göndərsə, onda biz cavab verəcəyik.

«İşgüzar nüfuzuma, şərəf və /ləyaqətimə ziyan vuran Mətanət Əkbərovanın hərəkətləri barədə hüquq-mühafizə orqanlarına müvafiq qaydada şikayət edəcəyəm»

- Məsələ ilə bağlı apardığımız öncəki araşdırmada Mətanət Əkbərovanı dəstəkləməyinizə səbəb nə idi?
- Çünki mənim onun qaranlıq işlərindən heç vaxt xəbərim olmayıb və kimin kimi aldatmasından da xəbərim yox idi. Firəngiz Quliyeva, Hacı Ağasadıqla, Şəfiqə Hüseynova ilə söhbət etdikdən, onları dinlədikdən sonra Mətanət Əkbərovanın qanunsuz əməlləri ortaya çıxdı. Vətəndaşların başdan bəri öz şikayətlərində nə qədər haqlı olduqları bir daha təsdiqini tapdı.
- Bundan sonra hansı addımları atacaqsınız?
- Belə absurd yalan iddiaları ilə mənim işgüzar nüfuzuma, şərəf və /ləyaqətimə ziyan vuran Mətanət Əkbərovanın hərəkətləri barədə hüquq-mühafizə orqanlarına müvafiq qaydada şikayət edəcəyəm.

Mövzunu diqqətdə saxlayacağıq.

«Təzadlar»ın Araşdırma Qrupu









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məmur korrupsiyaya yol versə, lakin kimlərəsə kömək etsə, onun adı "çörəkverən kişi" qalır... - NİYƏ BELƏDİR?
Bu gün, 15:33
Sabunçuda iki nəfərin ölümünə səbəb olan tuneli tikən şirkətdən AÇIQLAMA - Günah sifarişi verəndədir
Bu gün, 15:26
Azərbaycan Mərkəzi Bankı "Cüzdan"a lisenziya verib
Bu gün, 15:21
Bütün ermənilərin katolikosu Bakıya gələ bilər - KİV
Bu gün, 15:19
Əvvəl sevindi, bir neçə dəqiqə sonra isə həbsə getdi - TƏFƏRRÜAT
Bu gün, 15:08
Qiymətləndiricilərin peşə bacarığı səviyyəsinin yüksəldilməsi məqsədilə növbəti kurs keçirilib - FOTO
Bu gün, 15:03
Zaqatalalı “Dadaş”, “Silvestr” və lənkəranlı avtoritetlər – Azərbaycan MAFİYASI NECƏ YARANDI?
Bu gün, 15:00
Ramiz Mehdiyevin kürəkəni hüquqdan sui-istifadə edir – Yenə məhkəməni təxirə saldırdı
Bu gün, 14:54
Gözətçi "Kapital Bank"a kredit almağa getdi - 200 manat cərimələndi
Bu gün, 14:48
İcra başçısının oğlu 1 milyon manat vergini ödəməmək üçün Azərbaycandan qaçdı - TƏFƏRRÜAT
Bu gün, 14:46
Ana məktəbli övladına ayaqqabı belə ala bilmir... - GİLEY
Bu gün, 14:32
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Bu gün, 14:21
Qarabağ belə azad edilib: - Ermənistan rəsmi şəkildə etiraf etdi
Bu gün, 14:17
Ora da Azərbaycanındır, geri çəkilməliyik - Simonyan
Bu gün, 14:15
HƏMAS-ın Siyasi Bürosunun sədr müavini Moskvada səfərdədir
Bu gün, 14:14
Dillər Universitetində satışda VƏZİFƏLƏR VAR... - İLGİNC İDDİA
Bu gün, 14:08
Paşinyan özü Bakıya gəlmək istəyir, amma umacağı var - RƏY
Bu gün, 14:02
Evləri zərər görmüş vətəndaşlara kompensasiya veriləcək? - AÇIQLANDI
Bu gün, 14:00
Neft tədarükünün və ixracının azalması Azərbaycan iqtisadiyyatını nə ilə təhdid edir?
Bu gün, 14:00
İsraildə tutulan Azərbaycan əsilli İran casuslarından YENİ XƏBƏR - TƏFƏRRÜAT
Bu gün, 13:56
“McDonald`s”dakı təhlükə: - Uşaqlarda mədə-bağırsaq infeksiyaları yaradır
Bu gün, 13:50
Dədə Süleymanın ANIM GÜNÜDÜR
Bu gün, 13:37
"Blinkenin Yaxın Şərqə səfəri yenə də nəticəsiz qalacaq" - Al Jazeera
Bu gün, 13:29
Həkimlərə 30 xəstə limiti? - RƏSMİ CAVAB
Bu gün, 13:27
Atlantikdən gələn təhlükə: - İki ölkə donacaq, Azərbaycan isə...
Bu gün, 13:24
Ermənistan ordusunda "bardaq" hökm sürür - erməni mediası
Bu gün, 13:15
İcra məmuru yarım milyon manat zərər pulunu naməlum hesaba köçürüb - məhkəməni də saymır
Bu gün, 13:10
MN-in sabiq şöbə rəisi ilə bağlı hökmdən verilən protest üzrə MƏHKƏMƏ BAŞLAYIB
Bu gün, 13:08
Arabir duman olacaq - belə deyirlər...
Bu gün, 13:07
İki insanın ölümünə səbəb olan tunel - Günahkar tapılacaq?
Bu gün, 13:05
Bakıda 371 min manatlıq fırıldaq - Şirkət rəhbərinə cinayət işi açıldı
Bu gün, 13:02
Ermənistan Ukraynadakı müharibə hesabına qazanc əldə edir - "Euronews"
Bu gün, 12:54
Məhkəmə 100 min manatlıq dələduzluqla bağlı bəraət alan ər-arvadın işi üzrə qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:52
“Deyirlər ki, siz şikayət edin, biz 20-30 min verib susdurarıq” - Tağı İbrahimova məxsus “Qlobal SF” MMC-dən ŞİKAYƏT
Bu gün, 12:51
Azərbaycan müdafiə naziri qırğızıstanlı həmkarı ilə görüşüb - FOTO
Bu gün, 12:43
Dilarə Aygün Kazımovanı “Eurovision”da görmək istəyir
Bu gün, 12:39
Misir Mərdanovun qardaşı otel tikdirib, ustaların pulunu vermir - VİDEO
Bu gün, 12:36
Sülh danışıqlarında erməni quyuları: - Paşinyanla Simonyan üz dəyişirlər
Bu gün, 12:32
DİN “ASAN xidmət” mərkəzlərində vakant olan vəzifələrə qəbulla əlaqədar müsabiqə elan edib - DİQQƏT
Bu gün, 12:28
"Gör, ölkənin akademikləri hansı niyyətin sahibidirlər?!" - ETİRAZ VAR...
Bu gün, 12:25
İran kəşfiyyatında Azərbaycan izi: 600-ə yaxın tapşırıq yerinə yetirilib - “Eronews”
Bu gün, 12:17
Keçmiş deputatdan cinayət işi ilə bağlı açıqlama - "İstintaqa cəlb olunmamışam..."
Bu gün, 12:15
Azərbaycan Prezidenti “BRICS+” formatında iştirak etmək üçün Kazana səfər edib
Bu gün, 12:14
BRİCS toplantısı ərəfəsində vacib razılaşma əldə olundu - İNCƏLƏMƏ
Bu gün, 12:12
“Bakı Hərrac Mərkəzi”nə yeni direktor təyin olunub - DOSYE
Bu gün, 12:09
“Finca Azerbaijan”ın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - Bununla da...
Bu gün, 12:07
Pirşağıda işbazlar dəniz qumunu belə daşıyır - FOTO
Bu gün, 12:04
Gürcüstan müxalifəti zorla hakimiyyət dəyişikliyi etmək istəyən “5-ci kolon” kimi fəaliyyət göstərir
Bu gün, 11:59
Siqaret tullantılarına görə bu qədər cərimə doğru deyil - ETİRAZ
Bu gün, 11:49
Kürdəmir İcra Hakimiyyətinin sabiq vəzifəli şəxslərinin bəzilərinin müsadirə edilmiş əmlaklarının yarısı geri qaytarılıb
Bu gün, 11:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru