“MÜXALİFƏT DÜŞƏRGƏSİNDƏKİ FƏALLAŞMA ZAHİRİ FƏALLAŞMADIR”
Tarix: 18-06-2012, 15:58 | Çap et
AİDP ŞEFİNDƏN AÇIQLAMA GƏLDİ
“Qarşıdan gələn 2013-cü il prezident seçkisi ilə bağlı müxalifət düşərgəsindəki fəallaşma zahiri bir fəallaşmadır, blok yaratma və s. kimi sosial sifarişlərə adekvat deyil”. Bu fikirləri Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Tahir Abbaslı partiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
T.Abbaslı bildirib ki, 5-10 nəfərin, hətta 1000 nəfərin fəallaşması ilə nə isə etmək mümkün deyil: “Konkret misal deyim. İctimai Palata inam qazana bilmir. Çünki digər qüvvələri, onların fikirlərini nəzərə almaq istəmir. Bu mənada İP formatındakı fəallaşma effekt vermir, əksinə bu hakimiyyətin dəyirmanına su tökür. Rəsul Quliyevin fəallaşması, bəzi açıqlamalar verməsi də effektli görünmür. Çünki bu fəallaşma da əlahiddə xarakter daşıyır. Cəmiyyətin deyil bir qrupun marağına xidmət edir”.
Müxalifət daxilində baş verən fəallaşmanın daha çox parçalanmaya xidmət etdiyini deyən AİDP sədrinin fikrincə bu proses hakimiyyətin xeyrinədir.
AİDP sədrinin fikrincə əvvəlki seçkilərdə olduğu kimi bu dəfə də mübarizə kapital üzərində qurulacaq: “Fikirlərə, ideyalara yenə yer yoxdur. Hesab edirəm ki, kapitalın əsas, birinci dərəcəli rol oynadığı mübarizəyə cəmiyyəti qoşmaq mümkün deyil”.
Partiya rəhbəri onu da deyib ki, müxalifət cəmiyyətin inamını qazana bilmədiyi kimi milli burjaziyanın da fikirlərində yəqinlik yarada bilməyib: “Yəni yerli varlılar da müxalifət hakimiyyətə gələrsə nə baş verəcəyini dəqiq bilmədiyindən bu düşərgəyə maliyyə dəstəyi göztərməkdən imtina edib. Hazırda hakimiyyətə olanı qorumağa daha çox üstünlük verir”.
T.Abbaslı hesab edir ki, istər müxalifətin pərakəndəliyə xidmət edən fəallaşması, istərsə də iqtidarın davam edən “Ərəb baharı” fonunda ölkədə demokratiyanın inkişafı, əhalinin sosial durumunun yaxşılaşması istiqamətində addım atmaması, xalqı bezdirən nazirləri vəzifədə saxlaması, özü üçün deyil, xalq üçün işləyən kadrlara yer verməməsi, rüşvətlə mübarizə məsələsində xalqı aldatması xarici qüvvələrin öz marağını daha rahat şəkildə reallaşdırması ilə nəticələnəcək: “Bax onda cəmiyyət yuxarıda sadaladığımız problemlər ucbatından nə müxalifətin, nə də iqtidarın sözünə baxacaq”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Masallıda 24 yaşlı oğlan xalası qızı ilə münasibətdə oldu: anası və atasına isə... - TƏFƏRRÜAT
Bu gün, 16:36 |
|
|
|
• Yusif İmanovdan qalmaqallı açıqlama: - "Mənə qarşı ayrıseçkilik edildi"
Bu gün, 16:33 |
|
|
|
• Süleyman Mikayılov səyyar görüş keçirdi
Bu gün, 16:25 |
|
|
|
• “Şərurlu İsfəndiyar” 5 milyonluq işlə maraqlanmır - “Vallah, mənə heç nə deməyiblər”
Bu gün, 16:18 |
|
|
|
• İrəvan Zəngəzur dəhlizinə ABŞ-nin nəzarətini istisna etmir - VİDEO
Bu gün, 16:16 |
|
|
|
• Çörəyin qiyməti ucuzlaşır? – AÇIQLAMA
Bu gün, 16:12 |
|
|
|
• Bəzi apteklərdəki əczaçılarla market satıcılarıın bilik səviyyəsində fərq yoxdur -Pediatrdan sərt tənqid
Bu gün, 16:09 |
|
|
|
• Lukaşenkoya etdiklərimiz HARAMI OLSUN... - HƏR HALDA...
Bu gün, 16:03 |
|
|
|
• Ağdam Sənaye Parkında yeni şirkət - Dəmir qapı istehsal edəcək
Bu gün, 16:01 |
|
|
|
• AMB “Xalq Sığorta” və “Azərbaycan Sənaye Sığorta”ya məcburi sərəncam verib
Bu gün, 15:50 |
|
|
|
• Məsud Pezeşkiana hücumlar - İran hakimiyyətinin köhnə prinsipləri
Bu gün, 15:41 |
|
|
|
• 15 mini icra başçısının sürücüsünə vermək adı ilə aldı - Sahibkarın başına iş gəldi
Bu gün, 15:36 |
|
|
|
• Xalq artistinə qarşı külli miqdarda DƏLƏDUZLUQ: - evini satmağa məcbur oldu
Bu gün, 15:35 |
|
|
|
• "DEDİ Kİ, OĞLUN MƏNİM ÜÇÜN QAZİ OLMAYIB..." - Astara sakini oğluna əlillik dərəcəsi verilməməsindən şikayətçidir
Bu gün, 15:19 |
|
|
|
• Qadın verdiyi 20 min borcu istədi, şantaj edildi - TƏFƏRRÜAT
Bu gün, 15:16 |
|
|
|
• Putinin danışan dilindən sərt açıqlamalar
Bu gün, 15:14 |
|
|
|
• “JOBS” MMC dələduzluqda İTTİHAM OLUNUR - VİDEO
Bu gün, 15:10 |
|
|
|
• ŞƏHİD BACISININ TORPAĞI ZƏBT EDİLİB - Qusar sakini Pirverdiyevin qohumlarını ittiham edir
Bu gün, 15:07 |
|
|
|
• Vasitəçilər olmadan belə bir görüşün baş tutması böyük əhəmiyyətə malikdir - Sərdar Cəlaloğlu
Bu gün, 14:02 |
|
|
|
• Qalmaqallı imtahanda qalmaqallı SON
Bu gün, 14:00 |
|
|
|
• Milyardlarla vəsait Azərbaycandan xaricə belə çıxarılır – Ruslar və yəhudilər…
Bu gün, 13:58 |
|
|
|
• “Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu - FOTO
Bu gün, 13:50 |
|
|
|
• Azərbaycanlı biznesmenlərdən rüşvət alan polis rəisləri kimdir? - ŞOK TƏFƏRRÜATLAR
Bu gün, 13:42 |
|
|
|
• Bakı və İrəvan sülh sazişini mümkün qədər tez imzalamalıdır - Aİ
Bu gün, 13:39 |
|
|
|
• “Uşaqlarım da ondan qorxurdu”: İllərdir ərindən şiddət görən qadın ölümdən xilas oldu - TƏFƏRRÜAT
Bu gün, 13:23 |
|
|
|
• Daşnaklar Paşinyan üçün təhlükəyə çevrilib - İNCƏLƏMƏ
Bu gün, 13:03 |
|
|
|
• Tramp düyməyə basdı: Üç ölkə Moskva və Tehrana görə hədəfdə – İrəvandan sürpriz rol
Bu gün, 13:01 |
|
|
|
• 3 ölkə B-52 və qırıcıların iştirakı ilə təlim keçirdi
Bu gün, 12:57 |
|
|
|
• Azərbaycanda orta aylıq əməkhaqqı 1095 manatdır – Rəsmi
Bu gün, 12:55 |
|
|
|
• Məktəblərin yüksəksürətli internetlə təmin olunmasına 2,4 milyon - SƏRF OLUNACAQ
Bu gün, 12:52 |
|
|
|
• 85 yaşlı direktor aylardır ki, işı çıxmır - İLGİNC
Bu gün, 12:42 |
|
|
|
• "Oğullarım əcnəbi xanımla ailə qurublar"
Bu gün, 12:32 |
|
|
|
• "Danone" ləğv olunur
Bu gün, 12:29 |
|
|
|
• "Rusiya Azərbaycan-Ermənistan sülh prosesindən kənarda qalıb, amma..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 12:24 |
|
|
|
• Türkiyə təkcə özünün yox... regionun da ŞƏKLİNİ DƏYİŞİR... - İNCƏLƏMƏ
Bu gün, 12:20 |
|
|
|
• Havanın yağmursuz olacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:14 |
|
|
|
• ABSURD DALINCA ABSURD: nəqliyyatçıya maliyyə işləri həvalə olunur... - "Azəriqaz" şefi "GÜL VURUR"...
Bu gün, 12:08 |
|
|
|
• “Qulp”un Aşıq Yediyarının səhhətində ciddi problem yaranıb
Bu gün, 12:01 |
|
|
|
• Mehdiabadı KİM XARABA QOYUR? - BU NƏDİ BELƏ?
Bu gün, 11:58 |
|
|
|
• Ermənistanda Rusiya bazasının güllələnən hərbçisi xəstəxanaya yerləşdirilib
Bu gün, 11:49 |
|
|
|
• Agentliyin 9 ölkədə tədbir keçirmək planı baş tutmadı - TENDER LƏĞV EDİLDİ
Bu gün, 11:44 |
|
|
|
• Fazil Mustafaya sui-qəsd edən Səricanovun oğlunun həbs müddəti uzadılıb - AÇIQLAMA
Bu gün, 11:41 |
|
|
|
• Üç dövlət qəzetinin təşkilati hüquqi forması dəyişdirildi: 2 qəzet BİRLƏŞDİ - FƏRMAN
Bu gün, 11:39 |
|
|
|
• Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb - SƏRƏNCAM
Bu gün, 11:38 |
|
|
|
• Rusiyada FACİƏ: azərbaycanlı öldü - HƏSSAS GÖRÜNTÜLƏR
Bu gün, 11:34 |
|
|
|
• Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini mıəhkəmədə dindiriləcək – 14 milyon manatlıq dələduzluq
Bu gün, 11:30 |
|
|
|
• “Təhsil qərarları yalnız rəqəmlərlə ölçülməməlidir!” - Kamran Əsədov
Bu gün, 11:27 |
|
|
|
• Mavritaniya, Zimbabve, Toqo və Nigerə həsəd aparan "milli" komanda: -Reytinqdə 3 "addım" geri getdik
Bu gün, 11:26 |
|
|
|
• Liderlərin beş saatlıq görüşünün nəticəsi: sülh prosesində irəliyə daha bir addım - ŞƏRH
Bu gün, 11:24 |
|
|
|
• Jurnalistika ixtisasında qabiliyyət imtahanı LƏĞV EDİLİR?
Bu gün, 11:22 |
|
|
|
|