QURTULUŞ GÜNÜNDƏ MÜSAVATDA TƏDBİR VAR
Tarix: 15-06-2012, 13:18 |
Çap et
PARTİYA FORUM KEÇİRİR
İyunun 15-i Müsavat Partiyasının qərargahında “Azərbaycan: demokratiya, ictimai-siyasi duruma dair dinləmələr” mövzusunda forum keçiriləcək. Saat 14:00-da başlayacaq forum 16:00-dək davam edəcək. Forumda aşağıdakı mövzular müzakirə olunacaq:
1. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Kommersiya sirri haqqında” qanunlara edilən dəyişiklik; medianın durumu, son təzyiqlər RATİ –nin foto – reportyoru Mehman Hüseynova qarşı qaldırılan cinayət işi
Məruzəçilər:
Jurnalist Xədicə İsmayılova,
“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev,
3. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri, iqtisadçı ekspert Azər Mehdiyev
Cəbhə xəttində baş verən son olaylar, əsgər ölümləri
Məruzəçilər:
Hərbi ekspertlər - Üzeyir Cəfərov, İldırım Məmmədov, Səməd Səmədzadə
Siyasi azadlıqlar, vicdan məhbusları ilə bağlı son durum; son günlərdə müxalifət fəallarına qarşı təzyiqlər, Müsavat Gənclər Təşkilatının fəalı Sakit Əmiralıyevin həbsi
Məruzəçilər:
Müsavat Partiyasının başqanı İsa Qəmbər
Siyasi Azadlıqları Müdafiə Alyansının(SAMA) koordinatoru Samir Kazımlı
Müsavat Partiyası başqanının müavini – Gülağa Aslanlı
Forumda tanınmış jurnalistlər, media ekspertləri, hərbi ekspertlər, QHT rəhbərləri, iqtisadçı ekspertlər, iştirak edəcəklər.