“Bizə erməni dilini bilən diplomatlar lazım olacaq” .....                     “Pulunu ödədiyim internet paketindən niyə istifadə edə bilmirəm?” .....                     Mingəçevirdə MilliÖN problemi .....                     FTB Epşteynin evinə dinləmə qurğusu yerləşdirən İsrail agentini saxlayıb .....                     Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində... .....                     “Landau School”un camaatla XADİMƏ MƏZƏSİ... .....                     Şəmkirdə dövlətin ayırdığı dərmanlara KİM ƏL QOYUR? .....                     İmişlidə məscidin əmlakı mənimsənilib, icra başçısının adı çəkilir .....                     Uolts ticarət danışıqları zamanı ABŞ-nin Kanadaya qarşı tələblərini açıqlayıb .....                     Yusif Ələsgərovsayağı qohumbazlıq... .....                     Notariatda köhnə ənənələr geridə qaldı, yoxsa? .....                     Maxaçevin "Azərbaycan dosyesi": Zaqatala-Balakəndə muxtariyyət tələbi, separatizm və Moskva planı .....                     Paşinyan Qaregini də "küncə" sıxdı: Ya həbs, ya istefa .....                     İlqar Bayramlı ilə bağlı ilginc iddialar .....                     Laçındakı görüş Ermənistanda təşviş yaratdı .....                     "Heç kəsin fikri mənim üçün önəmli deyi" .....                     “Vüqarın adından istifadə edib, oğluna toy edir, qələt edir, başını daşa döyür” .....                     Telefon almaq adı ilə görüşdülər, bıçaqla hədələyərək qarət etdilər .....                     Dambrauskasın az bilinən başqa bir “oyunu” da varmış .....                     Qəzənfər Paşayevin qızından maraqlı jest .....                     Əsədi ölüm gözləyirdi, ona görə qəbul etdik... .....                     Mərkəzi Bankda departament direktoru vəzifəsindən ayrılıb .....                     “BakuBus”un Gəncə Avtoparkına yeni rəis təyin olunub .....                     Məhkəmə hakimləri üçün əba alınır .....                     Azərbaycanlı iş adamının deputatlığa namizədliyi ləğv olundu .....                     Paşinyan Köçəryanı həbs etdirdi, indi Putinin qarşısına çıxır .....                     Biləcəridə qanun hərləyən KİMDİR Kİ... .....                     “Bosniya qəssabı” Ratko Mladiç ölüb .....                     TƏBİB rəhbəri baş həkimi işdən azad etdi .....                     Ermənistanda Süni İntellekt Nazirliyi yaradıldı .....                     Ermənilər SSRİ-ni unudurlar .....                     Ermənistan Azərbaycana müharibə elan edir? .....                     İrəvan İrana qarşı sanksiyalara qoşulur? .....                     Nərimanov Tibb Mərkəzində narazılıq .....                     Azərbaycan-Rusiya birgə müəssisəsinin rəhbəri dəyişib .....                     “Oğlunuzu evləndirməzdən əvvəl ondan psixoloji olaraq boşanın!” .....                     Agentlik sədri 3 nəfərə yüksək vəzifə verdi .....                     Ruslar Azərbaycana axışır .....                     Kino Agentliyi iki filmin istehsalına görə İTV-yə .....                     Qarabağ Universiteti Şuşada 28 mənzili 1 illik kirayəyə götürüb .....                 

ABŞ AZƏRBAYCANA KİMİ GÖNDƏRƏCƏK?
Tarix: 14-06-2012, 12:59 | Çap et
ABŞ AZƏRBAYCANA KİMİ GÖNDƏRƏCƏK?

SENATDA MORNİNQSTARLA BAĞLI DİNLƏMƏLƏR KEÇİRİLİB

Prezident Obamanın Azərbaycana səfii təyin etdiyi namizəd Richard Morninqstarın ilk dinləməsi iki ölkə arasında son vaxtlar yığılıb qalmış bir sıra suallara işıq salıb.

Aydın olub ki, hətta dövlət katibi Hillari Klintonun ötən həftə regiona səfərindən sonra belə Administrasiya ölkədə baş verənlər barədə “tam təfsilatlı məlumata malik deyil”.

Turan-ın iclası izləyən müxbirinin məlumatına görə, bu bilgisizlik əsasən regional silahlanma, xüsusilə də İsraillə Azərbaycan arasında az öncə bağlanmış hərbi müqavilənin təyinatı barədə mediada yayılmış məlumatların şərhi zamanı etiraf olunub.

“Biz nəyin baş verdiyini hələ tam dəqiq bilmirik", - deyə diplomat Morninqstar bəyan edib. O, Bu və digər sahələrdə iş aparmaq üçün Bakıda rəhbərliklə “birbaşa və davamlı" təmasların vacibliyini vurğulayıb.

Obama Administrasiyasının Azərbaycanda səfir təyin etmək cəhdləri üç ildir ki, Konqres Komitəsində iflasa uğrayır. 2010-cu ili sonunda Ağ Ev prezidentin müstəsna hüququ olan “tətil təyinatından" istifadə edərək nüfuzlu diplomat Metyu Brayzanı bir il müddətinə Bakıya göndərmişdi, ancaq müddəti başa çatana qədər o,

Konqresdən təyinat ala bilmədiyi üçün geri çağırıldı. Hazırda cənab Brayza ABŞ diplomatiyasından istefa verib və SOCAR-ın payı olduğu türk neft şirkətlərindən birində yüksək vəzifə alıb.

Morninqstara gəldikdə, hələlik Konqres komitəsində onun namizədliyinə açıq şəkildə etiraz edən yoxdur.

Ermənipərəst senator Robert Menendezin dünənki iclasda səfirə ünvanladığı çətin suallara isə diplomat eyni dərəcədə ustalıqla cavab verib.

Azərbaycanın Culfa rayonunda erməni qəbiristanlığının dağıdılması barədə senatorun narahatlığı ilə bağlı Morninqstar “səfir olsam, regiona gedib vəziyyəti araşdırmaq üçün mümkün olan hər şeyi edəcəyəm” vədini verib.

1915-ci il hadisələrini sual altına alıb-almadığı barədə Menendezin ənənəvi sualına isə səfir “yox” cavabını verib. Ancaq bu dialoqda, nə diplomat, nə də senator "soyqırım" ifadəsini işlətməiblər.

Bununla yanaşı, senatorlar Morninqstarın qarşısında insan haqları və cəbhədə atəşkəs pozuntuları kimi narahatlıqları dönə-dönə qaldırıblar.

İclasa sədrlik edən Jeanne Shaheen hakimiyəti Klintonun səfəri ərəfəsində gənc fəalı azad etməklə “başladığı pozitiv tədbirləri" digər müxalifət məhbuslarına qarşı da tezliklə tətbiq etməyə səsləyib.

Öz növbəsində, Menendez prezident Əliyevi ölkədə ermənilərə qarşı nifrət toxumu səpməkdə ittiham edib və ABŞ diplomatlarını bu sahədə işləməyə çağırıb.

Morninqstar öz növbəsində deyib ki, insan haqları və regional sülh “ən vacib prioritetlərdir və hər ikisi də Azərbaycan hakimiyyətinin marağında olmalıdır".

“Biz bu istiqamətdə islahatlar naminə səylərimizi davam etdirəcəyik. Bəzi pozitiv addımlar atılıb, məsələn şəffaflıq sahəsində. Ancaq hər bir məsələyə fərdi yanaşmaq lazımdır. Səfir olsam Bakıda yetkililəri bu sahədə islahatlar üçün həvəsləndirməyə davam edəcəyəm", - o vurğulayıb.

Həmçinin ABŞ-ın Azərbaycanda həyata keçirdiyi demokratiya və vətəndaş cəmiyyətinin inkişafı layihələrinin gücləndirilməsi Morningstarın prioriteti olacaq.

Senatorlar “digər regional həssaslıqlar" fonunda İranı da müzakirəyə çıxarıblar. Morninqstara sual olunub ki, ABŞ enerji lahiyələrində nəyə üstünlük verəcək: Şahdəniz yatağının istifadəsinə, yoxsa konsorsiumda 10 faizlik payı olan İranın təcridinə?

Səfir cavabında bildirib ki, nüvə təhlükəsinə bürünmüş İranla əməkdaşlıq hamı üçün arzuolunmazdır, ancaq Şahdəniz də vacibdir. “Bu yataq Avropanın qaz tələbatının təminində kritik rola malikdir. Biz qazın ixracında TANAP kimi sərfəli və uzunmüddərli layihələri dəstəkləyirik", - o qeyd edib.

Senat komitəsi səsvermə prosesini 48 saat müddətinə açıq saxlamaq qərarına gəlib.

Morninqstar və onunla birlikdə dinlənən daha 2 namizədliyin taleyi Vaşinqton vaxtı ilə sabah günorta məlum olacaq. Komitədə təsdiqlənsə, Morninqstarın məsələsinə Senatın ümumi yığınağında baxılacaq.

Dünənki dinləmədə nüfuzlu senatorlar Richard Luqar və John Kerry Morninqstarın müdafiəsinə qalxıblar.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Bizə erməni dilini bilən diplomatlar lazım olacaq” - deputat
Bu gün, 07:42
“Pulunu ödədiyim internet paketindən niyə istifadə edə bilmirəm?” – “Azercell”dən DAHA BİR şikayət
Bu gün, 07:39
Mingəçevirdə MilliÖN problemi - Rəqəmsal ödəniş dövründə niyə insanlar hələ də növbədə dayanmalıdır?
Bu gün, 07:35
FTB Epşteynin evinə dinləmə qurğusu yerləşdirən İsrail agentini saxlayıb - TƏFƏRRÜAT
Bu gün, 07:32
Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində... - AKTUAL
Bu gün, 07:30
“Landau School”un camaatla XADİMƏ MƏZƏSİ... - yəqin MIRT VURURLAR...
Bu gün, 07:28
Şəmkirdə dövlətin ayırdığı dərmanlara KİM ƏL QOYUR? - NARAZILIQ VAR...
Bu gün, 07:07
İmişlidə məscidin əmlakı mənimsənilib, icra başçısının adı çəkilir - şok korrupsiya ittihamları
Bu gün, 07:02
Uolts ticarət danışıqları zamanı ABŞ-nin Kanadaya qarşı tələblərini açıqlayıb - KİV
Bu gün, 06:55
Yusif Ələsgərovsayağı qohumbazlıq... - İTTİHAM VAR...
Bu gün, 06:50
Notariatda köhnə ənənələr geridə qaldı, yoxsa? – Daxil Kərimovun "misilsiz xidməti"
Bu gün, 06:41
Maxaçevin "Azərbaycan dosyesi": Zaqatala-Balakəndə muxtariyyət tələbi, separatizm və Moskva planı — ŞOK FAKTLAR
Bu gün, 06:32
Paşinyan Qaregini də "küncə" sıxdı: Ya həbs, ya istefa - GƏLİŞMƏ
Bu gün, 06:30
İlqar Bayramlı ilə bağlı ilginc iddialar - “Capital Motors”dan təhsil sisteminə uzanan yol
Bu gün, 06:25
Laçındakı görüş Ermənistanda təşviş yaratdı – “Bakı işıqlarımızı söndürəcək”
Bu gün, 06:21
"Heç kəsin fikri mənim üçün önəmli deyi" - FOTO
Dünən, 18:09
“Vüqarın adından istifadə edib, oğluna toy edir, qələt edir, başını daşa döyür” -Meyxanaçının atasından SƏRT AÇIQLAMA
Dünən, 18:01
Telefon almaq adı ilə görüşdülər, bıçaqla hədələyərək qarət etdilər – QƏRAR
Dünən, 17:59
Dambrauskasın az bilinən başqa bir “oyunu” da varmış
Dünən, 17:57
Qəzənfər Paşayevin qızından maraqlı jest – 500 minlik qalmaqal gündəmi qarışdırdı
Dünən, 17:47
Əsədi ölüm gözləyirdi, ona görə qəbul etdik... - Zaxarova
Dünən, 17:42
Mərkəzi Bankda departament direktoru vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:36
“BakuBus”un Gəncə Avtoparkına yeni rəis təyin olunub - ƏMR
Dünən, 17:34
Məhkəmə hakimləri üçün əba alınır - QİYMƏT, TENDER...
Dünən, 17:30
Azərbaycanlı iş adamının deputatlığa namizədliyi ləğv olundu
Dünən, 17:24
Paşinyan Köçəryanı həbs etdirdi, indi Putinin qarşısına çıxır - Gələn həftə Kremlin sahibi baş nazirdən hesab soracaq...
Dünən, 17:20
Biləcəridə qanun hərləyən KİMDİR Kİ... - FAKT BUDUR
Dünən, 16:57
“Bosniya qəssabı” Ratko Mladiç ölüb
Dünən, 16:44
TƏBİB rəhbəri baş həkimi işdən azad etdi - FOTO
Dünən, 16:42
Ermənistanda Süni İntellekt Nazirliyi yaradıldı - KİV
Dünən, 16:40
Ermənilər SSRİ-ni unudurlar - Paşinyan belə deyir...
Dünən, 16:22
Ermənistan Azərbaycana müharibə elan edir? - Görünəni odur ki...
Dünən, 16:21
İrəvan İrana qarşı sanksiyalara qoşulur? – Paşinyan açıqladı
Dünən, 16:20
Nərimanov Tibb Mərkəzində narazılıq - “İllərlə bütün çətinliklərə bu ümidlə dözdük, amma...”
Dünən, 16:17
Azərbaycan-Rusiya birgə müəssisəsinin rəhbəri dəyişib - BUNDAN SONRA...
Dünən, 16:13
“Oğlunuzu evləndirməzdən əvvəl ondan psixoloji olaraq boşanın!” - AKTUAL
Dünən, 16:09
Agentlik sədri 3 nəfərə yüksək vəzifə verdi - ADLAR
Dünən, 16:02
Ruslar Azərbaycana axışır – səbəb nədir?
Dünən, 15:59
Kino Agentliyi iki filmin istehsalına görə İTV-yə 900 min manat ödəyəcək
Dünən, 15:36
Qarabağ Universiteti Şuşada 28 mənzili 1 illik kirayəyə götürüb – 201 min manata
Dünən, 15:34
Bakıdan keçərək Tiflisə gedən sərnişin külli miqdarda kokainlə TUTULDU
Dünən, 15:19
Paşinyan daha bir təhlükəli düşməninə "torba tikir" - Xocalı cəlladı...
Dünən, 15:16
Bakıda evli qadını şantaj edən şəxs - Həbs olundu
Dünən, 15:04
Robert Köçəryan xəstəxanadan birbaşa istintaq təcridxanasına aparıldı - KİV
Dünən, 14:58
İcra başçısının atası Bakıda dava etdi - TƏFƏRRÜAT
Dünən, 14:51
Paşinyanın bu strategiyası doğrudur... - ONA GÖRƏ DƏ...
Dünən, 14:46
Ermənistan Azərbaycandan elektrik enerjisi idxalında maraqlıdır - Paşinyan
Dünən, 14:40
“OpenAI" şirkəti Azərbaycanda vergi uçotuna alınıb
Dünən, 14:39
1:0 üstünlük, natamam heyət, zədə kabusu və “Tvente” təhlükəsi -“Qarabağ” son döyüşə çıxır
Dünən, 13:16
Ev sahibini bıçaqla hədələyərək quldurluq edən şəxsə AĞIR CƏZA
Dünən, 13:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru