"Bəzən dövlət məmurları parlament seçkiləri haqda mənfi rəy formalaşdırırlar" - Cümşüd Nuriyev
Tarix: 23-07-2024, 09:54 | Çap et
 İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar 1048 nəfərin deputatlığa namizədliyi irəli sürülüb. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib. Deputatlığa namizədliyi irəli sürülənlərdən 700 nəfərin namizədliyi təsdiqlənib: "Onlardan 609 nəfər imza vərəqələri götürüb, 57 nəfər imza vərəqələrini geri qaytarıb, 16 nəfərin namizədliyi qeydə alınıb".
Sentyabrın 1-də parlamentdə keçiriləcək növbədənkənar seçkilərdə namizədliyini irəli sürənlərdən biri siyasi elmlər doktoru, professor, sabiq millət vəkili Cümşüd Nuriyevdir.
Professor namizədliyini 90 saylı Ağsu seçki dairəsindən irəli sürüb: "Namizədliyimi müstəqil şəkildə vermişəm və artıq imza vərəqələri də təhvil verilib. Cənab Prezident andiçmə mərasimində elan etdi ki, Azərbaycanda yeni era başlayır. Budəfəki seçkilərin demokratik keçiriləcəyinə inamım olduğuna görə belə bir addım atdım. İnanıram ki, bu dəfə fərqli seçkilərin şahidi olacağıq və namizədlərə şans veriləcək. Seçki platforması dedikdə, mən ümumiyyətlə, bütün məsələlərin küçələrdən parlamentə daşınmasının tərəfdarıyam. Azərbaycanın çoxsaylı problemləri var ki, qalib bir ölkədə həmin məsələlərin qalması yaraşmır. Xüsusən, təhsil, səhiyyə və sosial sahədə kifayət qədər həllini gözləyən problemlər var. Seçki şüarım da yəqin ki, "Biz birlikdə güclüyük" olacaq. Həmin dairədən Hakim Yeni Azərbaycan Partiyası Əli Hüseynovun namizədliyini irəli sürüb. Ə.Hüseynov həkimdir, tanınmış adamdır. Eşitdiyimə görə, Vəhdət Partiyasının sədri Tahir Kərimlinin də Ağsudan yenidən namizəd olacağı deyilir. Digər namizədləri isə tanımıram. Bütün rəqiblərimə hörmətlə yanaşıram. Hələlik namizədlərin irəli sürülməsi prosesi gedir. Ağsu dairəsindən namizədlər konkret təsdiqlənəndən sonra onlar barəsində fikirlərimi daha ətraflı qeyd edəcəm".
C.Nuriyev vurğulayıb ki, o, seçki fəallığının zəif olması fikri ilə razılaşmır: "İnsanlar daha çox siyasiləşib. Mən uzun müddət seçkilərdə iştirak etməmişəm. Görürəm ki, indiki dövr tamamilə fərqlidir. Küçədə, bazarda insanlar elə suallarla müraciət edirlər ki, heç hazırda siyasilər, partiya sədrləri o dərəcədə fəallıq nümayiş etdirmirlər. Əvvəlki illərdə camaat daha çox sosial məsələləri qabardır, dolanışıqdan, yollardan, məmur özbaşınalığından və s. mövzulardan danışırdılar. İndi isə Azərbaycanın gələcəyindən, torpaqlarımızın suverenliyindən, xarici siyasətimizdən söhbət edirlər. Toplumda parlament səviyyəsində müzakirə olunacaq məsələlərin müzakirəsi göstərir ki, cəmiyyət kifayət qədər siyasiləşib. Xalqımız siyasi baxımdan çox inkişaf edib. Ona görə də seçki prosesinin və seçki fəallığının zəif olacağını düşünmürəm. Bu, Azərbaycan dövlətinin son şansıdır. Ölkəmiz haqqında müxtəlif qərəzli, yanlış informasiyalar yayılır, gözdən salmağa çalışırlar. Prezident seçkiləri göstərdi ki, Azərbaycanda həqiqətən də İlham Əliyevin alternativi yoxdur. O səbəbdən prezident seçkisi ilə bağlı dünyanın heç bir yerində mənfi yanaşma olmadı. Ancaq əfsuslar ki, bəzən dövlət məmurları parlament seçkiləri haqda mənfi rəy formalaşdırırlar. Özü də bunu bilərəkdən edirlər. İnanıram ki, Azərbaycan bu imtahandan da üzüağ çıxacaq. Mötəbər COP29 tədbiri öncəsi bu kimi hallara qətiyyən yol vermək olmaz. Kimin qabiliyyəti, ağlı, savadı var, parlamentə də onlar düşsün".


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "DİA-AZ"da texniki fasilə... - DİQQƏT!
Bu gün, 12:02 |
|
|
|
| • “907-ci düzəliş”ə SON ÇARƏ – Bakıdan MÜHÜM gözlənti
Bu gün, 08:17 |
|
|
|
| • ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb - Ağ Ev
Bu gün, 08:14 |
|
|
|
| • Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər – Fantastik məbləğ alacaqlar
Bu gün, 08:11 |
|
|
|
| • SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR - MÜRACİƏT
Bu gün, 08:07 |
|
|
|
| • Krediti olanlara müjdə: - ödənişlər təxirə salına bilər
Bu gün, 07:20 |
|
|
|
| • BDU tələbələri niyə etiraz edir? - İDDİA
Bu gün, 07:16 |
|
|
|
| • Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 06:02 |
|
|
|
| • İran Ermənistanı hücumla hədələdi – Sərt mesaj
Bu gün, 05:57 |
|
|
|
| • AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər
Bu gün, 05:55 |
|
|
|
| • "Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" - partiya sədri
Bu gün, 03:55 |
|
|
|
| • "Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..."
Bu gün, 03:44 |
|
|
|
| • ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... - Yeni dəlillər...
Bu gün, 03:36 |
|
|
|
| • Yanan Moskva... yaman Moskva... - TƏSADÜFDÜRMÜ?
Bu gün, 03:30 |
|
|
|
| • Bir dəfə də adınızı xeyirliyə çəkək... - OLMAZMI?
Bu gün, 03:24 |
|
|
|
| • İrandakı rejim nə qədər ki ayaqdadır... - AKTUAL
Bu gün, 03:17 |
|
|
|
| • "Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" - Nigar Fərhaddan ŞİKAYƏT
Bu gün, 03:04 |
|
|
|
| • Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb - KİV
Bu gün, 02:58 |
|
|
|
| • Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir - FAKT BUDUR!
Bu gün, 02:56 |
|
|
|
| • Arvadını bacısı kimi təqdim edirmiş: Bakıda film kimi dələduzluq - TƏFƏRRÜAT
Bu gün, 02:53 |
|
|
|
| • Bu, epizodik itki deyil, bu, strateji məğlubiyyətdir - İNCƏLƏMƏ
Bu gün, 02:52 |
|
|
|
| • "Nurəddinoğlu Fermer" MMC fəaliyyətini dayandırdı - Vergi borcu üzə çıxdı
Bu gün, 02:48 |
|
|
|
| • Baş verən hadisəni çəkib paylaşanları da cəza GÖZLƏYİR - ONA GÖRƏ DƏ...
Bu gün, 02:46 |
|
|
|
| • “Paşinyan özünü Azərbaycana sülhün xidmətçisi kimi təqdim edir” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 02:43 |
|
|
|
| • Sədərək Rayon İcra Hakimiyyətinin tenderi ləğv edildi... - BUNA GÖRƏ...
Bu gün, 02:39 |
|
|
|
| • "Heydər Əliyevin məzarı önündə ağlayacaq, Xocalı abidəsində diz çökəcək, Şəhidlər Xiyabanında baş əyəcək" - Alen Qulyan
Bu gün, 02:31 |
|
|
|
| • "Deyirlər arxivləri üzə çıxar, alman vətəndaşlığı al"
Bu gün, 02:26 |
|
|
|
| • İran BAEA müfəttişlərinin nüvə obyektlərinə daxil olmasına icazə verəcək - Uitkoff
Bu gün, 02:22 |
|
|
|
| • Toylarda spirtli içkilər qadağan olunacaq? - Diqqətçəkən AÇIQLAMA
Dünən, 17:46 |
|
|
|
| • Ermənilər artıq barbarlıq edirlər - Zaxarova
Dünən, 17:43 |
|
|
|
| • “Sürücü tüstülənən avtobusu güclə saxladı” – Bakıda olay
Dünən, 17:39 |
|
|
|
| • SOCAR-da yeni təyinat - ƏMR
Dünən, 17:34 |
|
|
|
| • Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı 50 minlik İDDİA
Dünən, 17:31 |
|
|
|
| • Azərbaycanda iki ödəniş təşkilatı elektron pul təşkilatına çevrilib
Dünən, 17:29 |
|
|
|
| • “XAİNLƏR, VƏTƏNİ TƏRK EDİN!” - Solovyov o görüntüləri çəkənlərə cəza istədi
Dünən, 17:25 |
|
|
|
| • Azərbaycanlı "qanuni oğru"nun iştirak etdiyi ad günü məclisinə polis BASQINI
Dünən, 17:22 |
|
|
|
| • Həbsdə olan icra başçısının maşını SATILDI - Bu qiymətə...
Dünən, 17:19 |
|
|
|
| • Türkiyədə iş adamı naməlum şəxslər tərəfindən QAÇIRILDI
Dünən, 17:15 |
|
|
|
| • 800 illik Səlcuqlu ayaqqabısı - FOTO
Dünən, 17:12 |
|
|
|
| • Əliçıraqda qanunsuz anbarlar neft torpaqlarını və qanunları “yeyir” - ÖZBAŞINA QALIBLAR...
Dünən, 17:05 |
|
|
|
| • Oğlunu namaz qılmağa məcbur edən sabiq axund cərimələndi - FOTO
Dünən, 16:53 |
|
|
|
| • Bakıda sevgilisinin 108 min manatını oğurlayan ərəb həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:50 |
|
|
|
| • Bakıda Avtomobillərə Texniki Baxış Kompleksi tikilir - 21.3 milyona
Dünən, 16:45 |
|
|
|
| • “Rusiya dayansa, Azərbaycan Ermənistana qaz verəcək” - “Hraparak”
Dünən, 16:42 |
|
|
|
| • Xalq artistinə qarşı HAQSIZLIQ - "Məni aldadaraq ərizə yazdırdılar ki..."
Dünən, 16:38 |
|
|
|
| • “Halal” sertifikatı kimlər verə bilər? - Eyyub Hüseynov deyir ki...
Dünən, 16:33 |
|
|
|
| • Azərbaycanda iki şirkət birləşdi: - “İntegra Holding” təsis edilir
Dünən, 16:30 |
|
|
|
| • Veysəloğlu Şirkətlər Qrupunda Milli Qida Texnologiyaları Platformasının nümayəndə heyəti ilə işgüzar görüş keçirilib - FOTO
Dünən, 16:28 |
|
|
|
| • İranı müharibədə məğlub olmağa qoymayan general Səfəvi KİMDİR? - Vüqar Zifəroğlu ŞƏRH EDİR
Dünən, 16:22 |
|
|
|
| • Paşinyan sözünü tutub KTMT-dən çıxacaqmı?.. - YOXSA...
Dünən, 16:21 |
|
|
|
|