Güney Azərbaycanın azadlığı üçün siyasi təşkilatlanma... - PROSES BAŞLAYIB!
Tarix: 5-07-2023, 08:53 | Çap et
 DİA.AZ Güney Azərbaycan Cümhuriyyət Partiyasının sədri Araz Ataxanın gənclərdən ibarət yeni yaradılan təşkilat haqqında Axar.az-a müsahibəsini təqdim edir:
- İranda yeni bir partiya - Güney Azərbaycan Cümhuriyyət Partiyası yarandı. Tehran rejiminin daxilində belə bir partiyanın yaradılması çətin olmadı?
- Biz bu partiyanın yaranması üçün 23 ay çalışdıq. Əvvəlcə, daxildə və xaricdə olan qüvvələrimizlə birgə qruplar yaratdıq. Əsas hədəfimiz hərəkatımızda olan problemlərin əsl səbəbinin nə olduğunu müzakirə etmək idi. Müzakirələrdən aydın oldu ki, 11-ə yaxın Güney Azərbaycan təşkilatı hələ də millətin bəlli kəsimini təmsil edə bilməyib. İdeoloji baxımdan bəlli hədəflərimiz var. İrandakı son etirazlar da özünü göstərdi ki, Azərbaycan özünə başqa yol seçib. Lakin mövcud təşkilatlar onu təmsil edə bilmir. Millətimizin ideyası güclü olsa da, yolunda çətinliklər var. Ən böyük çətinliyimiz təşkilatlanmaqdır. Həmçinin, sosioloji məsələləri tam çözə bilməmişik. Odur ki, bir il ərzində milli hərəkatımızın alt yapısında olan problemləri araşdırmaqla məşğul olduq. Bunun üçün bir çox siyasətçilərdən, sosioloqlardan məsləhət alırdıq. Gənclərin və xanımların hərəkata zəif qatılması, Azərbaycanın daxilində istiqlalçılıq məfkurəsinin haçalanması kimi problemlərin olduğunu aydınlaşdırdıq. Bundan yola çıxaraq onları cümhuriyyət düşüncəsinin altında birləşdirməyə çalışdıq. Çətin olmadı, müxtəlif cərəyanları bir araya gətiməyə nail olduq. Kadrlarımızın gənc olması bizə bu məsələdə çox kömək etdi.
- Təşkilatın yaradılmasında əsas yol, istiqamət, məqsəd nədir?
- Məqsədimiz daxildə fəaliyyət göstərmək və millətin səsi olmaqdır. Əksər yaranan təşkilatlar xaricdən daxilə nüfuz edirdilərsə, biz əksini etdik. Elə təşkilatımız da ötən gün Babək qalasında elan olundu. Bunu təhlükəsiz şəkildə düzənləməyə çalışdıq ki, öz qüvvələrimizi itirməyək. Onları tutmasınlar, müəyyən basqılar olmasın. Başqa təşkilatlarda isə belə təhlükəsizlik tədbirləri yox idi və öz üzvlərini asanlıqla itirirdilər. Lakin bizim məqsədimiz üzvlərimizi rejimin daxildə yaratdığı basqılardan qorumaqdır.
- Qurumun idarə heyətində kimlər təmsil olunur?
- Partiyamızın siyasi qanadına Araz bəy Yurdsevən, sosial proqramlar bölməsinə Pəri xanımın qadınlardan ibarət komissiyası, ictimai əlaqələr qoluna Barış Bozqurd başçılıq edir. 10 nəfərlik bir heyətlə təmsil olunuruq. Digərlərin adları da yaxın zamanlarda açıqlanacaq.
- Partiyanızın hədəf və prinsiplərindən danışardınız…
- ACP-nin hədəfi milli dövlətin qurulması və Bütöv Azərbaycan topraqlarının birləşməsidir. 6 əsas prinsipimiz var: bütövçülük, milliyətçilik, cümhuriyyətçilik, müasirlik, azadlıq, demokratiya və bərəbarlik. 3 illik strategiyamızın məqsədi təşkilatı böyütmək və rejimə qarşı mübarizə aparmaqdır. Bunlar uzunmüddətli ideoloji hədəflərimizdir. Qısa zaman üçün məqsədimiz gənclər arasında partiyamızı tanıtmaq, təsirli, güvən mənbəyi etməkdir. Çox insan mövcud təşkilatlara güvənmirlər. Bunun da özünəxas səbəbləri var. Partiyamızın işi demokratik əsaslarla təşkil olunanacaq. Bir ildən sonra qurultay keçirəcəyik. Partiyanın cümhuriyyətçilər və Babək fədailəri qanadı var. Biri siyasi, digəri meydan hərəkatlarında fəaliyyət göstərirəcək. Təşkilat milli hərəkatı irəli aparmaq üçün töhfə verəcək.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "DİA-AZ"da texniki fasilə... - DİQQƏT!
Bu gün, 12:02 |
|
|
|
| • “907-ci düzəliş”ə SON ÇARƏ – Bakıdan MÜHÜM gözlənti
Bu gün, 08:17 |
|
|
|
| • ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb - Ağ Ev
Bu gün, 08:14 |
|
|
|
| • Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər – Fantastik məbləğ alacaqlar
Bu gün, 08:11 |
|
|
|
| • SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR - MÜRACİƏT
Bu gün, 08:07 |
|
|
|
| • Krediti olanlara müjdə: - ödənişlər təxirə salına bilər
Bu gün, 07:20 |
|
|
|
| • BDU tələbələri niyə etiraz edir? - İDDİA
Bu gün, 07:16 |
|
|
|
| • Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 06:02 |
|
|
|
| • İran Ermənistanı hücumla hədələdi – Sərt mesaj
Bu gün, 05:57 |
|
|
|
| • AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər
Bu gün, 05:55 |
|
|
|
| • "Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" - partiya sədri
Bu gün, 03:55 |
|
|
|
| • "Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..."
Bu gün, 03:44 |
|
|
|
| • ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... - Yeni dəlillər...
Bu gün, 03:36 |
|
|
|
| • Yanan Moskva... yaman Moskva... - TƏSADÜFDÜRMÜ?
Bu gün, 03:30 |
|
|
|
| • Bir dəfə də adınızı xeyirliyə çəkək... - OLMAZMI?
Bu gün, 03:24 |
|
|
|
| • İrandakı rejim nə qədər ki ayaqdadır... - AKTUAL
Bu gün, 03:17 |
|
|
|
| • "Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" - Nigar Fərhaddan ŞİKAYƏT
Bu gün, 03:04 |
|
|
|
| • Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb - KİV
Bu gün, 02:58 |
|
|
|
| • Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir - FAKT BUDUR!
Bu gün, 02:56 |
|
|
|
| • Arvadını bacısı kimi təqdim edirmiş: Bakıda film kimi dələduzluq - TƏFƏRRÜAT
Bu gün, 02:53 |
|
|
|
| • Bu, epizodik itki deyil, bu, strateji məğlubiyyətdir - İNCƏLƏMƏ
Bu gün, 02:52 |
|
|
|
| • "Nurəddinoğlu Fermer" MMC fəaliyyətini dayandırdı - Vergi borcu üzə çıxdı
Bu gün, 02:48 |
|
|
|
| • Baş verən hadisəni çəkib paylaşanları da cəza GÖZLƏYİR - ONA GÖRƏ DƏ...
Bu gün, 02:46 |
|
|
|
| • “Paşinyan özünü Azərbaycana sülhün xidmətçisi kimi təqdim edir” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 02:43 |
|
|
|
| • Sədərək Rayon İcra Hakimiyyətinin tenderi ləğv edildi... - BUNA GÖRƏ...
Bu gün, 02:39 |
|
|
|
| • "Heydər Əliyevin məzarı önündə ağlayacaq, Xocalı abidəsində diz çökəcək, Şəhidlər Xiyabanında baş əyəcək" - Alen Qulyan
Bu gün, 02:31 |
|
|
|
| • "Deyirlər arxivləri üzə çıxar, alman vətəndaşlığı al"
Bu gün, 02:26 |
|
|
|
| • İran BAEA müfəttişlərinin nüvə obyektlərinə daxil olmasına icazə verəcək - Uitkoff
Bu gün, 02:22 |
|
|
|
| • Toylarda spirtli içkilər qadağan olunacaq? - Diqqətçəkən AÇIQLAMA
Dünən, 17:46 |
|
|
|
| • Ermənilər artıq barbarlıq edirlər - Zaxarova
Dünən, 17:43 |
|
|
|
| • “Sürücü tüstülənən avtobusu güclə saxladı” – Bakıda olay
Dünən, 17:39 |
|
|
|
| • SOCAR-da yeni təyinat - ƏMR
Dünən, 17:34 |
|
|
|
| • Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı 50 minlik İDDİA
Dünən, 17:31 |
|
|
|
| • Azərbaycanda iki ödəniş təşkilatı elektron pul təşkilatına çevrilib
Dünən, 17:29 |
|
|
|
| • “XAİNLƏR, VƏTƏNİ TƏRK EDİN!” - Solovyov o görüntüləri çəkənlərə cəza istədi
Dünən, 17:25 |
|
|
|
| • Azərbaycanlı "qanuni oğru"nun iştirak etdiyi ad günü məclisinə polis BASQINI
Dünən, 17:22 |
|
|
|
| • Həbsdə olan icra başçısının maşını SATILDI - Bu qiymətə...
Dünən, 17:19 |
|
|
|
| • Türkiyədə iş adamı naməlum şəxslər tərəfindən QAÇIRILDI
Dünən, 17:15 |
|
|
|
| • 800 illik Səlcuqlu ayaqqabısı - FOTO
Dünən, 17:12 |
|
|
|
| • Əliçıraqda qanunsuz anbarlar neft torpaqlarını və qanunları “yeyir” - ÖZBAŞINA QALIBLAR...
Dünən, 17:05 |
|
|
|
| • Oğlunu namaz qılmağa məcbur edən sabiq axund cərimələndi - FOTO
Dünən, 16:53 |
|
|
|
| • Bakıda sevgilisinin 108 min manatını oğurlayan ərəb həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:50 |
|
|
|
| • Bakıda Avtomobillərə Texniki Baxış Kompleksi tikilir - 21.3 milyona
Dünən, 16:45 |
|
|
|
| • “Rusiya dayansa, Azərbaycan Ermənistana qaz verəcək” - “Hraparak”
Dünən, 16:42 |
|
|
|
| • Xalq artistinə qarşı HAQSIZLIQ - "Məni aldadaraq ərizə yazdırdılar ki..."
Dünən, 16:38 |
|
|
|
| • “Halal” sertifikatı kimlər verə bilər? - Eyyub Hüseynov deyir ki...
Dünən, 16:33 |
|
|
|
| • Azərbaycanda iki şirkət birləşdi: - “İntegra Holding” təsis edilir
Dünən, 16:30 |
|
|
|
| • Veysəloğlu Şirkətlər Qrupunda Milli Qida Texnologiyaları Platformasının nümayəndə heyəti ilə işgüzar görüş keçirilib - FOTO
Dünən, 16:28 |
|
|
|
| • İranı müharibədə məğlub olmağa qoymayan general Səfəvi KİMDİR? - Vüqar Zifəroğlu ŞƏRH EDİR
Dünən, 16:22 |
|
|
|
| • Paşinyan sözünü tutub KTMT-dən çıxacaqmı?.. - YOXSA...
Dünən, 16:21 |
|
|
|
|