Paris Məhkəməsi Makronun xanımını kişi adlandıran jurnalistə bəraət verib .....                     Vaşinqtonun həm Zəngəzur, həm sülh sənədinə ciddi marağı bölgədə gərginliyi artıra bilər .....                     GDU rektoru nazirə qarşı CƏBHƏ AÇIB? .....                     "Terrorsuz Türkiyə" üçün kritik dönüş nöqtəsi: .....                     Pentaqon bu məhdudiyyətləri ləğv etdi: Çin və Rusiyaya qarşı... .....                     Məhbəs sisteminin SEYİDOV BƏLASI... .....                     Cənubi Qafqazda sülh gündəliyi: hazırkı danışıqların siyasi fəlsəfəsi .....                     "Biz qalib tərəf kimi öz mövqelərimizi, təkliflərimizi bəyan etmişik" .....                     Əliyev onunla görüşmədi: Moskvadan gözlənilməz etiraf .....                     Rusiyanın Ermənistandakı hərbi bazasının əsgəri özünü güllələyib .....                     Uzun danışıqların başlanğıcı və: Ukraynada müharibəyə son qoymağın açarı .....                     Əbu-Dabi görüşü: Böyük sülhə doğru mühüm addım... .....                     "Elə şeylər var ki, onları danışmaq istəmirəm" .....                     Rəsmi İrəvan yola gəlir... .....                     Rusiya Azərbaycanın daxili işlərinə BURUN SOXMAĞA HAZIRLAŞIR .....                     Əliyev-Paşinyan görüşü "vasitəçilik oyunu"nu yenə pozdu: .....                     Partiya sədrlərindən Əliyev-Paşinyan görüşünə .....                     Azərbaycanlı hərbi jurnalist Gülbəniz Arifqızı vəfat etdi .....                     130 dollara ChatGPT planı satıldı .....                     Əbu-Dabidə üç mühüm məsələ üzrə razılıq əldə edilib .....                     İrəvanda çağırış: .....                     Ermənistanda Sünikdəki yolun üçüncü tərəfə verilməsini mümkün hesab ediblər .....                     Azərbaycanın Liderliyi: Cənubi Qafqazda davamlı sülhün yeni üfüqləri .....                     Ruslar Azərbaycan səfirliyinin yanında PARTLAYIŞ TÖRƏTDİ .....                     “Dedi ki, qardaşı Kürdəxanıda rəisdir” .....                     Məhkəmə Bakıda qətl törədən 22 yaşlı gənci məcburi müalicəyə göndərib .....                     İşdən çıxarılan müəllimlərin yerinə əlavə kadr götürülməlidirmi? .....                     Niyaməddin Musayev illərdir küsülü olduğu Musadan danışdı .....                     Vətəndaşa təzyiq göstərən Elçin Bayramov kimə arxalanır? .....                     “Nar” AHK Azərbaycan tədbirində rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak edib .....                     DTX-nin saxladığı "Vaqner"də döyüşmüş iki azərbaycanlı barəsində həbs qətimkan seçilib .....                     Məhşur blogerin “Papaq” restoranları “Cart to card” sistemi işləyir? .....                     Tramp Ukrayna məsələsində daha çox tərəqqinin olmamasından məyusdur .....                     Bu, sanki Allaha rüşvət verməkdir .....                     Generalın adı ilə 2500 manatlıq dələduzluq edildi .....                     Bakcell istifadəçiləri bu tətbiqdən pulsuz istifadə edəcək .....                     Bakıda həbs edilən ruslar fərari imiş .....                     ADY-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat olub .....                     Lavrov və Rubio ikitərəfli gündəliyi və dünyadakı vəziyyəti müzakirə ediblər .....                     AYNA-nın növbəti OYUNU .....                 

"Biz bu alqoritmin içinə girsək, doğru olmaz, onların istədikləri də budur" - Natiq Cəfərli
Tarix: 22-06-2023, 09:11 | Çap et
"Biz bu alqoritmin içinə girsək, doğru olmaz, onların istədikləri də budur"
ReAl Partiyası sədrinin müavini Natiq Cəfərli Teleqraf.com-un suallarını cavablandırıb.

DİA.AZ onunla müsahibəni təqdim edir:

- Ermənilər Naxçıvan istiqamətində şərti sərhəddə - Arazdəyəndə ABŞ bayrağı qaldırdılar. Əsas iddia da budur ki, Ermənistan bununla Kərkinin qaytarılmasına mane olmağa çalışır. Bəs ABŞ bu və digər istiqamətlərdə əngəlləyici amil olacaqmı?

- Məsələnin bu dərəcədə böyüdülməsinə ehtiyac görmürəm. Orada bir investisiya layihəsinin, dağ-mədən sənayesinin yaradılması məsələsi müzakirə edilir. Bununla bağlı bir anlaşma var. ABŞ və Ermənistan şirkətləri orada bir investisiya layihəsinin həyata keçirilməsinə başlayıb. Bəli, Azərbaycan tərəfi buna haqlı olaraq etiraz edir. Sərhədlər tam dədiqləşməyənə və ekoloji məsələlər həll olunmayana qədər belə bir müəssisənin açılması və ya təməlinin qoyulması Azərbaycanın haqlı etirazlarına səbəb olur.

Amma layihədə bir Amerika şirkətinin iştirakına görə o bayraq qaldırılıb. Azərbaycanda da birgə müəssisələrin önündə iştirakçı dövlətlərin bayraqları asılır. Yəni məsələlərə qlobal yox, bir az lokal baxmağa ehtiyac var. Çünki Ermənistanın göstərmək istədiyi budur ki, guya ABŞ onun yanındadır və ona dəstək olur. Biz bu alqoritmin içinə girsək, doğru olmaz, onların istədikləri də budur.

Bu, biznes layihəsidir. Yenə deyirəm: Azərbaycan tərəfinin haqlı irad və etirazları var. Məncə, müxtəlif kanallarla Amerikanın müvafiq dövlət və özəl strukturlarına bu etirazlar çatdırılacaq. Eyni zamanda, bir az araşdıranda o da məlum olur ki, şirkət Amerika kökənli olsa da, onun sahibləri arasında erməni əsilli ABŞ vətəndaşları da var. Bələ də özləri belə təxribatlarla Azərbaycanı beynəlxalq hüquqa zidd addımlar atmağa sövq etməyə çalışırlar. Məncə, bu məsələlərə səbrlə və daha geniş pəncərədən baxmaqda yarar var.

- Bəs ABŞ-ın Rusiyanın əzəli düşməni və rəqibi olduğunu nəzərə alsaq, şimal qonşumuzun ermənilərin bu kimi addımlarına reaksiyası necə ola bilər?

- Əslində, Qərbin, xüsusən də ABŞ-ın Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə sülhlə bitməsində istəyi və məqsədi budur ki, Rusiyanın Cənubi Qafqazdakı dayaqları zəifləsin. Bu, açıqca görünür. Əlbəttə, bu da şimal qonşumuzu narahat edir, onu qıcıqlandırır. Lavrovun da ABŞ-ın, yaxud Qərbin Ermənistan-Azərbaycan münaqişəsi və Cənubi Qafqazda oynadığı rolla bağlı qəzəbli bir açıqlaması oldu. Onun fikrincə, ABŞ və ya Qərb bölgədə sülhə mane olacaq addımlar atır.

Lavrov bunu deməklə kifayətlənmədi, öz niyyətlərini də açıq mətnlə dilə gətirdi. Lavrovun açıqlamasında belə məlum oldu ki, Rusiyanın əsas işi sülh quruculuğu yox, Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmasına mane olmaqdır.

Rusiya bu münaqişədən Cənubi Qafqazda hegemon olmaq istəyi üçün istifadə etdiyini açıqca etiraf edir. Etiraf edirlər ki, onun üçün bu münaqişənin həlli yox, nə yolla olur-olsun Cənubi Qafqazda qalmaq prioritetdir, bu məqsədlə də əllərindən gələni edəcəklər. Bu baxımdan, Ermənistanın atdığı addımlar şimal qonşumuzu qıcıqlandırır, amma Azərbaycan ərazisində - Xankəndi və ətrafında yerləşən rus sülhməramlılarının davranışları da bizi qane etmir. Sanki Rusiya bu məsələdə də çıxılmaz bir duruma düşüb. Bu səbəbdən tənqidlərə məruz qalır. Buna görə də Azərbaycanın beynəlxalq hüquqa söykənən haqlı iradları var.

- Ümumiyyətlə, Ermənistandakı anklavlarımızın taleyi necə olacaq? İrəvan bu haqda danışmaq istəmir, hətta Nikol Paşinyan dedi ki, vaxtilə bu məsələnin üçtərəfli anlaşmaya daxil edilməsinə mane olub.

- Bu məsələ belədir ki, əgər sərhədlərin delimitasiya-demarkasiyası ilə məşğul olacaq birgə komissiya real işə başlasa, bu yöndə müəyyən irəliləyiş əldə olunsa, böyük ehtimalla, imzalanacaq yekun mətndə bu ərazilərin gələcəyi ilə bağlı bənd yer alacaq. Əslində, bunlar vaxtilə sovet rejiminin basdırdığı “gizli mina”lardır. Orta Asiya ölkələrində onlarla belə “gizli mina”lar var. Özbəkistan, Qırğızıstan və Tacikistan ərazilərində onlarla belə anklavlar mövcuddur.

Bu, Sovet İttifaqının prinsipi idi: bu “gizli minalar” basıdırılır, lazım gələndə həmin xalqlara və respublikalar bu yolla təsir edilir.

Eyni şey Azərbaycan və Ermənistan arasında da baş verib. Sovet dönəmində hər iki respublikada anklavlar vardı. İndi bu məsələ qarşılıqlı şəkildə həll olunmalıdır. Ya durum indiki kimi qalır və sənəd formasında imzalanır, ya da hansısa ərazi mübadiləsi vasitəsilə həllini tapır. Beynəlxalq hüquqa əsaslanan həll formulu olmalıdır. Bunun necə olacağını indidən demək çətindir, ağrılı məsələdir.

Əlbəttə, Azərbaycan Başkənd və digər əraziləri Ermənistana verməyəcək. Bunu da haqlı olaraq etməyəcək. Baxmayaraq ki, sovet dönəmində anklav olub, bunlar strateji mövqelərdir. Digər məsələlər də bu kontekstdən baxılaraq həll edilməlidir.

Amma açığını deyim ki, çox ağır danışıqlar prosesi olacaq. Burada ərazilərin miqyası, yəni eynimiqyaslı ərazi mübadiləsi məsələsi gündəmə gələcək. Yəni bu istiqamətdə gediləsi yol çox uzundur.

- Son davranışları o təəssüratı yaradır ki, Ermənistan addım-addım danışıqlar prosesini pozur. Bu durum bizi hara aparır?

- Əslində, Ermənistanın qaçacağı yer qalmayıb. Ermənistanın davranışları ziddiyyətli və qəliz görünür və haqlı olaraq da Paşinyana və komandasına suallarımız yaranır, amma çox bəsit davranırlar. Rusiya ilə danışanda güzəşt qoparmaq üçün Qərbin, Qərblə danışanda da Rusiyanın onları sıxışdırdığını, canlarını ondan qurtarmaq istədiklərini deyirlər. Bir yerə qədər belə oynamaq, obrazlı desək, artistlik etmək olar. Günün birində seçim nöqtəsinə çatacaqlar.

Qərb də anlayır ki, danışıqların uzanmasında, sülh müqaviləsinin imzalanmasının gecilməsində Ermənistan qeyri-konstruktiv rol oynayır. Əlbəttə, Qərb də süddən çıxmış ağ qaşıq deyil, belə olmayıb və olmayacaq da. Amma öz maraqları çərçivəsində bir niyyəti var. Qərbin marağı budur ki, sülh müqaviləsi tezliklə bağlansın və Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması sürətlənsin.

Rusiyanın istəyi budur ki, sülh olmasın və bu səbəbdən Cənubi Qafqazda qalaraq, söz sahibi olmaqda davam etsin. Əslində, buradakı qarşıdurma bu iki xəttin toqquşmasından irəli gəlir. Dediyim kimi, Ermənistanın qaçacağı yer yoxdur. İl ərzində müxtəlif protokol və sazişlərin imzalanması mümkündür. Ola bilsin, böyük sülh sazişi olmasın, amma növbəli şəkildə Rusiya və Qərbdə bəzi sənədlərin imzalanması mümkün ola bilər.

- Nə kimi sənədlər?

- Bunlardan ən realı Ermənistanın Qarabağ da qarışıq Azərbaycanın ərazi bütövlüyünü tanıdığını ehtiva edən protokol ola bilər. Eləcə də Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanıyar. Belə bir protokol daha asan imzalana bilər. Çünki bu məsələ artıq sözdə bəyan edilib. Bu da şahidlərin iştirakı ilə gündəmə gəlib. İndi bunun protokollaşması mümkündür.

Kommunikasiyaların açılması ilə bağlı ciddi irəliləyiş əldə olunub. Belə bir protokolun imzalanması mümkündür. Obrazlı desək, böyük sülh sazişinin qovluğu açılıb. İndi bir-bir protokolların imzalanıb bu qovluğa qoyulması, gələcəkdə böyük sülh sazişinin təməlinin yaradılması ilə bağlı məsələnin həlli mümkündür.

Ermənistan nə qədər ikili oynasa da, qaçmağa çalışsa da, artıq iş o yerə çatıb ki, müəyyən sənədləri imzalamağa məcbur etmək üçün onu hər tərəfdən sıxacaqlar. Qərbin özünün də davranışlarında bu görünür.

Azərbaycan bu günə qədər nə deyibsə, onun üstündə durub. Azərbaycanla bağlı hansısa bir problem yoxdur. Azərbaycan beynəlxalq hüquqa söykənən beş prinsip üzrə danışıqları davam etdirmək istəyir. Problem Ermənistandadır. Bunu da artıq anlayırlar.

Hesab edirəm ki, Ermənistana təzyiqlər yolu ilə ən azı il ərzində müxtəlif protokollar imzalana bilər. Bəs bu, böyük sülh sazişinə gətirib çıxaracaqmı? Burada ciddi suallar var.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paris Məhkəməsi Makronun xanımını kişi adlandıran jurnalistə bəraət verib
Bu gün, 08:52
Vaşinqtonun həm Zəngəzur, həm sülh sənədinə ciddi marağı bölgədə gərginliyi artıra bilər - hədəfdə iki region ölkəsi...
Bu gün, 08:51
GDU rektoru nazirə qarşı CƏBHƏ AÇIB? - İLGİNC İDDİALAR
Bu gün, 08:48
"Terrorsuz Türkiyə" üçün kritik dönüş nöqtəsi: - PKK bu gün silahı yerə qoyacaq
Bu gün, 08:06
Pentaqon bu məhdudiyyətləri ləğv etdi: Çin və Rusiyaya qarşı... - NƏ BAŞ VERİR?
Bu gün, 07:20
Məhbəs sisteminin SEYİDOV BƏLASI... - Məmurlar sanki sanatoriyalarda qalır...
Bu gün, 07:18
Cənubi Qafqazda sülh gündəliyi: hazırkı danışıqların siyasi fəlsəfəsi - İNCƏLƏMƏ
Bu gün, 06:29
"Biz qalib tərəf kimi öz mövqelərimizi, təkliflərimizi bəyan etmişik" - deputat
Bu gün, 06:17
Əliyev onunla görüşmədi: Moskvadan gözlənilməz etiraf – 10 il əvvəl Putin…
Bu gün, 06:12
Rusiyanın Ermənistandakı hərbi bazasının əsgəri özünü güllələyib - “Factor.am”
Bu gün, 06:09
Uzun danışıqların başlanğıcı və: Ukraynada müharibəyə son qoymağın açarı - Görünəni odur ki...
Bu gün, 01:00
Əbu-Dabi görüşü: Böyük sülhə doğru mühüm addım... - GƏLİŞMƏ
Bu gün, 00:57
"Elə şeylər var ki, onları danışmaq istəmirəm"
Bu gün, 00:52
Rəsmi İrəvan yola gəlir... - AKTUAL
Bu gün, 00:50
Rusiya Azərbaycanın daxili işlərinə BURUN SOXMAĞA HAZIRLAŞIR - BU NƏDİ BELƏ?
Bu gün, 00:46
Əliyev-Paşinyan görüşü "vasitəçilik oyunu"nu yenə pozdu: - Qafqaz Rusiya, ABŞ və Avropa Birliyinin maraqlarına "girov" düşmədi
Dünən, 21:11
Partiya sədrlərindən Əliyev-Paşinyan görüşünə REAKSİYA
Dünən, 18:00
Azərbaycanlı hərbi jurnalist Gülbəniz Arifqızı vəfat etdi
Dünən, 17:57
130 dollara ChatGPT planı satıldı - Dietoloqu hansı cəza gözləyir?
Dünən, 17:55
Əbu-Dabidə üç mühüm məsələ üzrə razılıq əldə edilib - AÇIQLAMA
Dünən, 17:51
İrəvanda çağırış: - Daşnaksütyunu terror təşkilatı etməyin vaxtıdır
Dünən, 17:48
Ermənistanda Sünikdəki yolun üçüncü tərəfə verilməsini mümkün hesab ediblər
Dünən, 17:44
Azərbaycanın Liderliyi: Cənubi Qafqazda davamlı sülhün yeni üfüqləri - İNCƏLƏMƏ
Dünən, 17:27
Ruslar Azərbaycan səfirliyinin yanında PARTLAYIŞ TÖRƏTDİ - Hücum zamanı...
Dünən, 17:23
“Dedi ki, qardaşı Kürdəxanıda rəisdir” - Restoranda ağlayan qadın aldadılıb
Dünən, 17:18
Məhkəmə Bakıda qətl törədən 22 yaşlı gənci məcburi müalicəyə göndərib - TƏFƏRRÜAT
Dünən, 17:13
İşdən çıxarılan müəllimlərin yerinə əlavə kadr götürülməlidirmi? - AKTUAL
Dünən, 17:00
Niyaməddin Musayev illərdir küsülü olduğu Musadan danışdı
Dünən, 16:55
Vətəndaşa təzyiq göstərən Elçin Bayramov kimə arxalanır? - Sumqayıt Hospitalının həkimindən ŞİKAYƏT
Dünən, 16:45
“Nar” AHK Azərbaycan tədbirində rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak edib - FOTO
Dünən, 16:36
DTX-nin saxladığı "Vaqner"də döyüşmüş iki azərbaycanlı barəsində həbs qətimkan seçilib - TƏFƏRRÜAT
Dünən, 16:30
Məhşur blogerin “Papaq” restoranları “Cart to card” sistemi işləyir? - Vergidən yayınma……
Dünən, 16:28
Tramp Ukrayna məsələsində daha çox tərəqqinin olmamasından məyusdur - Rubio
Dünən, 16:14
Bu, sanki Allaha rüşvət verməkdir - Elşad Miri
Dünən, 16:13
Generalın adı ilə 2500 manatlıq dələduzluq edildi - TƏFƏRRÜAT
Dünən, 16:12
Bakcell istifadəçiləri bu tətbiqdən pulsuz istifadə edəcək - DİQQƏT!
Dünən, 16:09
Bakıda həbs edilən ruslar fərari imiş
Dünən, 16:04
ADY-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat olub - AÇIQLAMA
Dünən, 16:00
Lavrov və Rubio ikitərəfli gündəliyi və dünyadakı vəziyyəti müzakirə ediblər - Rusiya XİN
Dünən, 15:59
AYNA-nın növbəti OYUNU – Sürücüləri zinhara gətirən parklanma sistemi NİYƏ DƏYİŞMİR?
Dünən, 15:57
Telli Pənahqızı bu TV-nin rəhbəri oldu - BUNDAN SONRA...
Dünən, 15:55
“Daşnaksütyun” Paşinyanın hədəfində: - Bu təmizləmə yox, erməni xalqını xilasetmə cəhdidir
Dünən, 15:52
Azərbaycan 103 ölkəyə ixrac, 153 ölkədən idxal edib
Dünən, 15:49
Paşinyan Əbu-Dabidə: - Manukyanın evində axtarış aparılır
Dünən, 15:48
Güney Qafqazda Əbu-Dabi yelləri... - GƏLİŞMƏ
Dünən, 15:44
Xüsusi təyinatlılar azərbaycanlılara görə şöbələrə hücum etdi - TƏFƏRRÜAT
Dünən, 15:41
Ermənistan Əbu-Dabi görüşündə yaranmış tarixi şansı əldən verməməlidir - RƏY
Dünən, 15:38
Azərbaycan-Ermənistan delimitasiya prosesinin davam etdirilməsi üçün tapşırıq verilib
Dünən, 15:23
Rəsmi İrəvan Zəngəzur dəhlizinə ABŞ şirkəti tərəfindən nəzarət oluna biləcəyini istisna etmir
Dünən, 15:21
“Polisləri görüb qışqırmağa başladım” - Qız qaçıran 3 nəfər niyə azadlığa buraxıldı?
Dünən, 14:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru