“Prezidentdən başlamış bunların hamısı deyir ki, bizim heç nədən xəbərimiz yoxdur...” - Etibar Məmmədov
Tarix: 14-06-2023, 10:24 | Çap et
 1993-cü il iyunun 8-də Azərbaycan parlamentdə 4 iyunda Gəncədəki qiyamda baş verənlərin müzakirəsi zamanı o vaxtkı hakimiyyətə müxalifətdə olan deputatların çıxışlarından belə məlum olur ki, guya həmin qarşıdurmada korpus komandiri, qiyamçı polkovnik Surət Hüseynovun 69 tərəfdarı həlak olub. Bundan əlavə, guya 709-cu hərbi hissənin yerləşdiyi kazarmalar səhər saatlarında tanklarla dağıdılıb və orada yatan əsgərlər dağıntılar və tanklar altında qalaraq həlak olub. Bu barədə bəhs edilən iclasda çıxış edən deputatlar, o cümlədən Etibar Məmmədov və Tahir Əliyev də danışır. Hətta iddia edilir ki, guya deyilən faktları təsdiqləyən foto və video-sənədlər olub... DİA.AZ bildirir ki, 8 iyun 1993-cü il tarixli iclasda iştirak etmiş və öz çıxışında qeyd edilmiş rəqəmi səsləndirmiş və həlak olanlar barədə də danışmış və buna görə o vaxtkı parlament sədri İsa Qəmbəri də kəskin ittiham etmiş istiqlalçı deputat, o dövrdə AXC hakimiyyətinə müxalifətdə olan Milli İstiqlal Partiyasının keçmiş sədri Etibar Məmmədov Moderator.az-a açıqlamasında belə deyib: “O hadisələrin nəticələri barədə video, sənədlər olması haqda Tahir Əliyev danışıb, onu mən deməmişəm”. “Bəs sizin bir müxalif partiya lideri kimi özünüzün Gəncədəki 4 iyun olayları haqda daha dəqiq məlumat əldə etmək üçün özəl araşdırmanız olubmu? Axı sizin partiyanın Gəncədə mərhum Şadman Hüseynov kimi etibarlı adamlarınız da var idi” sualını istiqlalçı deputat bu cür cavablandırıb: “Hadisə olub. Təəssüf ki... Qarşılıqlı atışma da olub. Surət Hüseynovu həbs etmək cəhdi də olub, amma bu, bacarıqsız olub. Ondan sonra da həmin hadisələr baş verib. Yəni bütün bunlar AXC hakimiyyətinin bacarıqsızlığından və əhalini də özlərinə qarşı qaldırmasından xəbər verir. Bu hadisələrdən sonra vətəndaşlar, xalq həmin hakimiyyəti müdafiə etmədi. Bu da faktdır, hamısı göz qarşısında olub. Yəni o iqtidar öz etmadlarını o qədər itirmişdi ki, həm Gəncəyə göndərdiyi adamlar öz bacarıqsızlıqlarını nümayiş etdirdi və hətta bir hissəsi tabesizlik göstərərək Bakıdan gələn əmrlərə tabe olmadı. Digər hissəsi isə Gəncədə səri düşdü. Yəni çox biabırçı bir vəziyyət yarandı... Bunun qarşısına almaq üçün o zaman hakimiyyət birinci növbədə ictimaiyyətə düzgün məlumat çatdırmalıydılar. Və eyni zamanda hakimiyyətin bütün qurumlarına, eləcə də parlamentə düzgün informasiya verməliydilər. Və Milli Məclisin o günlərdəki iclaslarının stenoqramlarına baxsanız, görərsiniz ki, prezidentdən başlamış bunların hamısı deyir ki, bizim heç nədən xəbərimiz yoxdur... Yəni xəbərləri yox idisə, deməli, bunlar hakimiyyəti idarə edə bilmirdilər. Xəbərləri var idisə, bunun izahatını verməli və Gəncədəki hərəkətlərinin qanuniliyini sübuta yetirməli idilər. Bir sözlə, eyni şeyləri 30 il ərzində təkrar-təkrar müzakirəyə çıxarmağın, zənnmcə, heç bir mənası yoxdur və AXC hakimiyyətindəkilər də elədiklərini vaxtında etiraf etsəydilər, daha yaxşı olardı, nəinki 25 ildən sonra etiraf etmələri... Onu da xatırladım ki, o vaxtkı baş nazir Pənah Hüseynin nəşr etdirdiyi Gəncə olaylarından öncə keçirilmiş Təhlükəsizlik Şurasının stenoqramından da bəlli olur ki, prezident Əbülfəz Elçibəyin Gəncədə etiraza qalxan qüvvələrin məhv edilməsi haqda göstərişi də olub. Yəni bu, mənim sözüm deyil, sabiq hökumət başçısının mediada yaydığı stenoqramdandır... Bir sözlə, 4 iyunda Gəncədə deyilənlər olub. Amma AXC iqtidarı onun qarşısını ala bilməyib. Çünki öz daxillərində bir-birlərinə qarşı mübarizə aparır, bir-birlərinin işinə əngəl törədirdilər.... Və hər birinin də 4 iyun olaylarından istifadə etmək üçnü öz məqsədləri var idi...” “8 iyun iclasında, dediyiniz kimi, Tahir Əliyevin də barəsində danışdığı 4 iyun olayları zamanı Surət Hüseynovun tabeliyindəki 709-cu hərbi hissənin kazarmalarının tanklarla amansızlıqla dağıdılmasını, əsgərlərin meyitlərinin də görsəndiyi foto və video-sənədlər sonradan siz özünüz görmüşdünüzmü?” sualına keçmiş müxalifətçi partiya lideri bu cür cavab verib: “Xeyr, bunlar haqqında mənim məlumatım yoxdur. Ondan sonra yenə də dövlət istintaq komissiyası da yaradılıb. Həmin komissiyanın tərkibində AXC hakimiyyətinin təmsilçiləri də iştirak edib. O cümlədən Mirmahmud Fəttayev və Mətləb Mütəllimov da... Həmin dövlət istintaq komissiyasının rəyi də o vaxtkı mətbuatda çap olunub. Onları tapıb tanış ola bilərsiniz. Mənim də onlara şərh vermək fikrim yoxdur...”


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "DİA-AZ"da texniki fasilə... - DİQQƏT!
Bu gün, 12:02 |
|
|
|
| • “907-ci düzəliş”ə SON ÇARƏ – Bakıdan MÜHÜM gözlənti
Bu gün, 08:17 |
|
|
|
| • ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb - Ağ Ev
Bu gün, 08:14 |
|
|
|
| • Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər – Fantastik məbləğ alacaqlar
Bu gün, 08:11 |
|
|
|
| • SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR - MÜRACİƏT
Bu gün, 08:07 |
|
|
|
| • Krediti olanlara müjdə: - ödənişlər təxirə salına bilər
Bu gün, 07:20 |
|
|
|
| • BDU tələbələri niyə etiraz edir? - İDDİA
Bu gün, 07:16 |
|
|
|
| • Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 06:02 |
|
|
|
| • İran Ermənistanı hücumla hədələdi – Sərt mesaj
Bu gün, 05:57 |
|
|
|
| • AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər
Bu gün, 05:55 |
|
|
|
| • "Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" - partiya sədri
Bu gün, 03:55 |
|
|
|
| • "Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..."
Bu gün, 03:44 |
|
|
|
| • ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... - Yeni dəlillər...
Bu gün, 03:36 |
|
|
|
| • Yanan Moskva... yaman Moskva... - TƏSADÜFDÜRMÜ?
Bu gün, 03:30 |
|
|
|
| • Bir dəfə də adınızı xeyirliyə çəkək... - OLMAZMI?
Bu gün, 03:24 |
|
|
|
| • İrandakı rejim nə qədər ki ayaqdadır... - AKTUAL
Bu gün, 03:17 |
|
|
|
| • "Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" - Nigar Fərhaddan ŞİKAYƏT
Bu gün, 03:04 |
|
|
|
| • Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb - KİV
Bu gün, 02:58 |
|
|
|
| • Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir - FAKT BUDUR!
Bu gün, 02:56 |
|
|
|
| • Arvadını bacısı kimi təqdim edirmiş: Bakıda film kimi dələduzluq - TƏFƏRRÜAT
Bu gün, 02:53 |
|
|
|
| • Bu, epizodik itki deyil, bu, strateji məğlubiyyətdir - İNCƏLƏMƏ
Bu gün, 02:52 |
|
|
|
| • "Nurəddinoğlu Fermer" MMC fəaliyyətini dayandırdı - Vergi borcu üzə çıxdı
Bu gün, 02:48 |
|
|
|
| • Baş verən hadisəni çəkib paylaşanları da cəza GÖZLƏYİR - ONA GÖRƏ DƏ...
Bu gün, 02:46 |
|
|
|
| • “Paşinyan özünü Azərbaycana sülhün xidmətçisi kimi təqdim edir” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 02:43 |
|
|
|
| • Sədərək Rayon İcra Hakimiyyətinin tenderi ləğv edildi... - BUNA GÖRƏ...
Bu gün, 02:39 |
|
|
|
| • "Heydər Əliyevin məzarı önündə ağlayacaq, Xocalı abidəsində diz çökəcək, Şəhidlər Xiyabanında baş əyəcək" - Alen Qulyan
Bu gün, 02:31 |
|
|
|
| • "Deyirlər arxivləri üzə çıxar, alman vətəndaşlığı al"
Bu gün, 02:26 |
|
|
|
| • İran BAEA müfəttişlərinin nüvə obyektlərinə daxil olmasına icazə verəcək - Uitkoff
Bu gün, 02:22 |
|
|
|
| • Toylarda spirtli içkilər qadağan olunacaq? - Diqqətçəkən AÇIQLAMA
Dünən, 17:46 |
|
|
|
| • Ermənilər artıq barbarlıq edirlər - Zaxarova
Dünən, 17:43 |
|
|
|
| • “Sürücü tüstülənən avtobusu güclə saxladı” – Bakıda olay
Dünən, 17:39 |
|
|
|
| • SOCAR-da yeni təyinat - ƏMR
Dünən, 17:34 |
|
|
|
| • Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı 50 minlik İDDİA
Dünən, 17:31 |
|
|
|
| • Azərbaycanda iki ödəniş təşkilatı elektron pul təşkilatına çevrilib
Dünən, 17:29 |
|
|
|
| • “XAİNLƏR, VƏTƏNİ TƏRK EDİN!” - Solovyov o görüntüləri çəkənlərə cəza istədi
Dünən, 17:25 |
|
|
|
| • Azərbaycanlı "qanuni oğru"nun iştirak etdiyi ad günü məclisinə polis BASQINI
Dünən, 17:22 |
|
|
|
| • Həbsdə olan icra başçısının maşını SATILDI - Bu qiymətə...
Dünən, 17:19 |
|
|
|
| • Türkiyədə iş adamı naməlum şəxslər tərəfindən QAÇIRILDI
Dünən, 17:15 |
|
|
|
| • 800 illik Səlcuqlu ayaqqabısı - FOTO
Dünən, 17:12 |
|
|
|
| • Əliçıraqda qanunsuz anbarlar neft torpaqlarını və qanunları “yeyir” - ÖZBAŞINA QALIBLAR...
Dünən, 17:05 |
|
|
|
| • Oğlunu namaz qılmağa məcbur edən sabiq axund cərimələndi - FOTO
Dünən, 16:53 |
|
|
|
| • Bakıda sevgilisinin 108 min manatını oğurlayan ərəb həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:50 |
|
|
|
| • Bakıda Avtomobillərə Texniki Baxış Kompleksi tikilir - 21.3 milyona
Dünən, 16:45 |
|
|
|
| • “Rusiya dayansa, Azərbaycan Ermənistana qaz verəcək” - “Hraparak”
Dünən, 16:42 |
|
|
|
| • Xalq artistinə qarşı HAQSIZLIQ - "Məni aldadaraq ərizə yazdırdılar ki..."
Dünən, 16:38 |
|
|
|
| • “Halal” sertifikatı kimlər verə bilər? - Eyyub Hüseynov deyir ki...
Dünən, 16:33 |
|
|
|
| • Azərbaycanda iki şirkət birləşdi: - “İntegra Holding” təsis edilir
Dünən, 16:30 |
|
|
|
| • Veysəloğlu Şirkətlər Qrupunda Milli Qida Texnologiyaları Platformasının nümayəndə heyəti ilə işgüzar görüş keçirilib - FOTO
Dünən, 16:28 |
|
|
|
| • İranı müharibədə məğlub olmağa qoymayan general Səfəvi KİMDİR? - Vüqar Zifəroğlu ŞƏRH EDİR
Dünən, 16:22 |
|
|
|
| • Paşinyan sözünü tutub KTMT-dən çıxacaqmı?.. - YOXSA...
Dünən, 16:21 |
|
|
|
|