“Tehrandakı problemimiz həll olunmamış Bakıda onların heç bir xahişi yerinə yetirilməməlidir...” - Etibar Məmmədovdan TƏLƏB
Tarix: 7-04-2023, 17:26 | Çap et
 “Azərbaycan dövlətinin İran səfirliyinin əməkdaşları barədə tədbirləri çoxdan gözlənilən idi. Çünki İran uzun müddətdir ki, Azərbaycanda əli-qolu açıq vəziyyətdə geniş fəaliyyət göstərirdi. Vətəndaşlarımız arasında həm dini təbliğat aparır, həm də tərəfdarlarını formalaşdırır, qruplaşdırır və təşkilatlatlandırırdı. Eyni zamanda bu cənub qonşumuz dövlətçiliyimizə qarşı böyük miqyasda casus əməliyyatları da həyata keçirirdi”. DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında Milli İstiqlal partiyasının lideri Etibar Məmmədov söyləyib. “Təəssüf ki, indiyədək bizim müvafiq orqanlarımız İranla münasibətlərin pozulmaması üçün bu ölkənin agentura şəbəkələrinə qarşı ciddi tədbirlər görmürdülər. Və son 30 ilə yaxın müddətdə İranla Azərbaycan arasında sanki üstüörtülü, ilk baxışdan sakit görünən münasibətlər vardı. Lakin bunların hamısı müəyyən zamana qədər müvəqqəti idi. Və nəhayət, 44 günlük savaş bu münasibətlərin gerçəklərini bütün fəsadlarıyla üzə çıxardı. Həmin günlər İran açıq-aşkar Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı fəaliyyət göstərdiyini nümayiş etdirdi. Və Azərbaycanla münasibətlər gərginləşməyə başlayanda Tehran rejimi artıq ölkəmizdəki qruplarını, şəbəkələrini işə salmağa, bu minvalla da özünün faktiki düşmən münasibətini göstərməyə başladı... Və adətən casus şəbəkəsinin fəaliyyətini koordinə edənlər səfirliklərdə diplomat adı altında işləyərək gizlənirlər... İndiki halda da Azərbaycan dövləti preventiv tədbir kimi İran səfirliyinin ifşa olunmuş 4 belə əməkdaşını ölkədən çıxarmaq qərarına gəlib. Bu, düzgün qərardır. Amma həmin istiqamətdə əlavə tədbirlər də görülməlidir” -deyə Etibar Məmmədov söhbətinin davamında bildirib. “İranın Azərbaycandakı səfirinin geri çağırılmasından sonra yeni səfirin təyin olunması haqda informasiyalarla paralel öz xahişləri ilə Bakıdakı səfirliyin yerinin dəyişdiriləcəyi barədə də məlumatlar yayılır. Sizcə, bu, nə ilə əlaqədar ola bilər?” sualını isə partiya lideri belə cavablandırıb: “Səfirliyin yerini dəyişdirmək istəyə bilərlər. Bu, onların hüququdur. Ancaq yeri verib-verməmək artıq Azərbaycan hökumətinin səlahiyyətindədir. Və inanmıram ki, tez bir zamanda onların arzuları yerinə yetirilsin. Çünki bu yandan Azərbaycanın İrandakı səfirliyinin də fəaliyyəti dondurulmuş vəziyyətdədir. Tehrandakı həmin problem həll olunmamış Bakıda onların heç bir xahişi yerinə yetirilməməlidir. Və məncə də yerinə yetirilməyəcək”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU - İcra Hakimiyyəti və Yaşıllaşdırma hara baxır?
Bu gün, 08:12 |
|
|
|
| • Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir – VACİB SİYAHI
Bu gün, 07:21 |
|
|
|
| • ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib
Bu gün, 07:18 |
|
|
|
| • Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb - Koşta
Bu gün, 07:16 |
|
|
|
| • Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... - NƏ BAŞ VERİR?
Bu gün, 07:12 |
|
|
|
| • Nədir bunların əlindən çəkdiyimiz... - "Min adama minnətçi düşdüm.."
Bu gün, 07:06 |
|
|
|
| • Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! - ÇAĞIRIŞ
Bu gün, 06:56 |
|
|
|
| • "Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" - FAKT BUDUR!
Bu gün, 06:53 |
|
|
|
| • BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:48 |
|
|
|
| • "Kartı hansı əsasla blok etmisiniz?" - MÜRACİƏT
Bu gün, 06:39 |
|
|
|
| • İmişlidə təhsil sisteminin acınacaqlı halı... - ETİRAZ VAR!
Bu gün, 06:28 |
|
|
|
| • Taxıl bazarında böhran: çörək bahalaşacaq? - GƏLİŞMƏ
Bu gün, 06:18 |
|
|
|
| • TƏBİB niyə məlhəm ola bilmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:00 |
|
|
|
| • 13 min tələbənin təhsildən kənarda qalması... VƏ...
Bu gün, 05:44 |
|
|
|
| • Özü az imiş kimi... bacanağı da qoçuluq edir - GİLEY
Bu gün, 05:36 |
|
|
|
| • Əmrullayevin BATIRDIĞI TƏHSİL... - AXI NİYƏ?..
Bu gün, 04:52 |
|
|
|
| • Yevlaxda ASFALT YEYƏNLƏR... - nuş olacaqmı?
Bu gün, 04:45 |
|
|
|
| • Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb - "AXİOS"
Bu gün, 04:40 |
|
|
|
| • Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... - AY MAŞALLAH...
Bu gün, 04:38 |
|
|
|
| • Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub -İDDİA
Bu gün, 04:29 |
|
|
|
| • İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur - DSMF əsaslandıra bilmir...
Bu gün, 04:27 |
|
|
|
| • İrəvanı hansı senarilər gözləyir? - Arzuman Muradlı ŞƏRH EDİR
Bu gün, 04:22 |
|
|
|
| • İnsanlara zəhərli və iylənmiş balıq satılır! - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 04:17 |
|
|
|
| • Kartı bloklanan vətəndaş nə etməlidir? - AKTUAL
Bu gün, 04:07 |
|
|
|
| • Dövlət Məşğulluq Agentliyinin "pulsuz" təlim tenderi: 0 manatlıq müqavilə - TƏFƏRRÜAT
Bu gün, 04:04 |
|
|
|
| • Amnistiya gəlir: Evlərə "kupça", dövlətə milyonlar - NƏ BAŞ VERİR?
Bu gün, 04:02 |
|
|
|
| • NDU rektoru heyrətləndirir... - BU NƏDİ BELƏ?
Bu gün, 03:55 |
|
|
|
| • Tramp Avropanın Ukrayna üçün silahlara görə 350 milyard dollar ödəməli olduğunu bildirib
Bu gün, 03:49 |
|
|
|
| • Siz niyə evdə oturmusunuz? – Paşinyan əsəbiləşdi
Bu gün, 03:46 |
|
|
|
| • Almaniyada Ukraynaya hərbi yardımın artırılmasına dəstək azalır - ZDF
Bu gün, 03:44 |
|
|
|
| • "DİA-AZ"da texniki fasilə... - DİQQƏT!
Dünən, 12:02 |
|
|
|
| • “907-ci düzəliş”ə SON ÇARƏ – Bakıdan MÜHÜM gözlənti
Dünən, 08:17 |
|
|
|
| • ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb - Ağ Ev
Dünən, 08:14 |
|
|
|
| • Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər – Fantastik məbləğ alacaqlar
Dünən, 08:11 |
|
|
|
| • SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR - MÜRACİƏT
Dünən, 08:07 |
|
|
|
| • Krediti olanlara müjdə: - ödənişlər təxirə salına bilər
Dünən, 07:20 |
|
|
|
| • BDU tələbələri niyə etiraz edir? - İDDİA
Dünən, 07:16 |
|
|
|
| • Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi - SƏBƏB
Dünən, 06:02 |
|
|
|
| • İran Ermənistanı hücumla hədələdi – Sərt mesaj
Dünən, 05:57 |
|
|
|
| • AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər
Dünən, 05:55 |
|
|
|
| • "Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" - partiya sədri
Dünən, 03:55 |
|
|
|
| • "Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..."
Dünən, 03:44 |
|
|
|
| • ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... - Yeni dəlillər...
Dünən, 03:36 |
|
|
|
| • Yanan Moskva... yaman Moskva... - TƏSADÜFDÜRMÜ?
Dünən, 03:30 |
|
|
|
| • Bir dəfə də adınızı xeyirliyə çəkək... - OLMAZMI?
Dünən, 03:24 |
|
|
|
| • İrandakı rejim nə qədər ki ayaqdadır... - AKTUAL
Dünən, 03:17 |
|
|
|
| • "Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" - Nigar Fərhaddan ŞİKAYƏT
Dünən, 03:04 |
|
|
|
| • Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb - KİV
Dünən, 02:58 |
|
|
|
| • Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir - FAKT BUDUR!
Dünən, 02:56 |
|
|
|
| • Arvadını bacısı kimi təqdim edirmiş: Bakıda film kimi dələduzluq - TƏFƏRRÜAT
Dünən, 02:53 |
|
|
|
|