MTN generalı azadlığa çıxdı .....                     Erməni nazir Əlixanova yazdı .....                     41 min manatlıq borc mübahisəsi qanla bitdi: .....                     Azərbaycan nefti 76 dollara ticarət olunur .....                     Təkcə yeməkxanaların icarəsindən aylıq 80 MİN MANAT! .....                     İtinin itməsində ustanı günahlandırdı: .....                     Qız üstündə yaranan mübahisə: məktəbli özündən 7 yaş böyük olan şəxsə ağır xəsarət yetirdi .....                     “Aztelekom” və “Azercell”də idarəetmədə nə baş verir? .....                     "Azərbaycan Nəşriyyatı"nın zərəri 6 % çox artıb .....                     ABŞ Venesuelaya zəlzələnin nəticələrinin aradan qaldırılmasında kömək edəcək .....                     Budaqov kəsmir... BUDAYIR! .....                     Brüsselin dərin legitimlik böhranı ondadır ki... .....                     Paşinyandan ağrılı HƏMLƏ .....                     Polşa Aİ yolunda maneəyə çevrilir... .....                     Hakimlərin ELEKTRON MƏHKƏMƏ fırıldağı... .....                     Azər Məmmədovdan yeni İXTİSAR DALĞASI .....                     Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” 3 cildliyinin III cildinin təqdimatı keçirilib .....                     Krım üçün 100 il sonra gələn təhlükə... .....                     İcra başçısının səyyar görüşündə gərgin anlar .....                     Turist yoxdur, amma turizm inkişaf edir... .....                     Qəbələ icra hakimiyyəti XALQA QARŞI .....                     Bakıda su qıtlığı: Sakinlər ADSEA-nı kütləvi məhkəməyə verə bilər .....                     “Pilgrim Education”un QURBANLAR SİYAHISI .....                     Xalq artistində ağır xəstəlik aşkarlandı .....                     Hər şey yenicə başlayır və ən maraqlı hadisələr qabaqdadır .....                     "Fidan Baby" dövlətə BORCLANDI .....                     "Qoy mahnılarımı hamı oxusun, mən buna qarşı deyiləm" .....                     “Putin NATO-su”ndan Zəngəzur .....                     “Yeməkləri evlərinə aparırlar” .....                     YAP-çı deputatlardan Elçibəylə bağlı maraqlı .....                     “Həmin vaxt o dünyanı görüb gəldim” .....                     Uğurlu olacağını görsək, küçə mübarizəsinə başlayacağıq .....                     Bakını susuz qoyanlar .....                     Əsas mübarizə artıq döyüş meydanında deyil, danışıqlar masasında gedir .....                     Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub .....                     Son 10 ildə Türkiyəyə 100 minə yaxın azərbaycanlı qadın köçüb .....                     Beynəlxalq axtarışda olan şəxs Bakıda həbs edildi .....                     Sənədsiz evlərlə bağlı təklif: .....                     Moskva, Pekin və Tehranın susqunluğu təsadüfi deyil .....                     Bakının bu ərazilərində torpaq qiymətləri .....                 

"Mənim o zaman da onlara iradım o idi ki..." - AKTUAL
Tarix: 3-11-2020, 08:20 | Çap et
"Mənim o zaman da onlara iradım o idi ki..."
Məlum olduğu kimi, Azərbaycan hökumətinin dəvətindən sonra bölgəyə gələrək vəziyyəti yerində izləyən “Amnesty International” və “Human Rights Watch” təşkilatları Ermənistanın Azərbaycanın Bərdə şəhərinə istifadəsi qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini təsdiqlədi. Təşkilatların yaydıqları açıqlamalarda klaster silahlardan istifadəni qadağan edən konvensiyaya istinad edilərək bildirildi ki, Ermənistan silahlı qüvvələrinin bu qadağanı pozması nəticəsində oktyabrın 28-də Bərdədə 21 mülki şəxs həyatını itirib, 70 nəfər yaralanıb. Eyni zamanda bu təşkilatların mütəxəssisləri şəhərə erməni qüvvələri tərəfindən atılan raketin markası, texniki göstəriciləri barədə detallı məlumatlar verdilər.

Onu da qeyd edək ki, bu, Azərbaycanın haqq savaşının və Ermənistanın terrorist mahiyyətinin dünyaya çatdırılması üçün mühüm hadisə olsa da, bəyanatda əksini tapmayan xeyli həqiqətlər də var. “Yeni Müsavat” olaraq bu təşkilatlarla mütəmadi əlaqədə olan QHT rəhbərləri ilə “Amnesty International” və “Human Rights Watch”un son fəaliyyətini dəyərləndirməyə çalışdıq.

Novella Cəfəroğlu: “Daha yaxşı olardı ki, artıq Qarabağ məsələsini qaldırsınlar, Qarabağın işğalı, milyonlarla insanın haqlarının pozulması haqqında danışsınlar”

Hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, beynəlxalq təşkilatların bu məsələyə reaksiyası hər zaman tələb edilirdi: “Mən hələ bu bəyanat verilməmişdən öncə də, müsahibələrimdə demişdim ki, niyə Ermənistan bizim mülki əhalimizi öldürəndə ”Amnesty İnternational" və “Human Rights Watch” insan haqları məsələsini “yadından çıxarır”. Bu təşkilatlar hansısa siyasi səbəbdən həbs olan adamın işini qabardır, Azərbaycanı anti-demokratik dövlət kimi göstərirdilər. Ancaq bu məsələdə səslərini çıxarmırdılar. Sonradan gəlib özləri də gördülər ki, artıq Azərbaycanda Ermənistanın raket hücumları nəticəsində sivil insanlar öldürülür, insan haqları pozulur. Mənim o zaman da onlara iradım o idi ki, 1 milyon insanın öz torpağından qovulması insan haqları məsələsi deyilmi? Bir dəfə də olsun Ermənistan tərəfindən vətəndaşlarımızın hüquqlarının pozulması məsələsi qaldırılmırdı. Bu gün isə bu məsələni qaldırıblar ki, sivil insanlara atəş açılıb. Həm də elə bir silahlarla bu həyata keçirilib ki, həmin silahlardan istifadə bütün dünyada qadağan edilib. Ancaq daha yaxşı olardı ki, artıq Qarabağ məsələsini qaldırsınlar və bu haqda danışsınlar. Qarabağın işğalı, milyonlarla insanın haqlarının pozulması haqqında danışmalıdırlar. Hazırda 1 milyona yaxın məcburi köçkün var. Onlar böyük bir qətnamə qəbul etməlidirlər. Niyə bütün dünyaya car çəkmirlər ki, bu insanlar öz torpaqlarına qayıtmalıdırlar".

N.Cəfəroğlunun sözlərinə görə, bu təşkilatların bəyan etmədiyi bir çox faktlar da var ki, birbaşa insan hüquqlarının, humanitar hüququn pozulmasıdır: “Minnətdarıq ki, onlar Gəncədə və Bərdədə, digər bölgələrdə sivil insanların öldürülməsi ilə bağlı faktları açıqladılar, məsələ qaldırdılar. Bəs Qarabağa köçməyi, məcburi köçkünlərin öz torpaqlarına getməsini niyə qaldırmırlar? Niyə məsələ qaldırmırlar ki, həmin torpaqları hazırda cavanlarımızın şəhid olması hesabına alırıq. Bu qədər gənclərimizi itiririk. Bu, insan haqları deyilmi? Bəyanat versinlər ki, Azərbaycan torpaqları zorakılıq yolu ilə işğal edilib, hazırda Azərbaycana qarşı terroristlər döyüşür. Bu da onların səlahiyyətinə düşür”.

QHT rəhbərinin sözlərinə görə, növbəti mərhələdə Qərbin insan hüquqları təşkilatları ilə daha intensiv işləmək vacibdir: “Bu müddət ərzində həm də onu gördük ki, Avropa ittifaqı dövlətləri bizə qarşı çox laqeyd, qərəzli münasibət bəslədilər. Ən çox da Fransa qərəzli də yox, düşmən mövqeyində dayandı və ermənilərin tərəfini tutdu. Biz Avropa dövlətləri ilə daha çox çalışmalıyıq. Qərb donor təşkilatları ölkəmizə gələndə biz onlarla bu sahədə çox faydalı işləyirdik, onları qaçqınlarımızın yaşadığı ərazilərə aparırdı, öz gözləri ilə görürdülər ki, hansı vəziyyətdə yaşayırlar. Daha sonra gedib bu haqda yazırdılar. Onların hamısının ölkədən çıxarılması bizim işimizə də təsir etdi. В«National Democratic İnstituteВ»un (NDI) Azərbaycan bölməsi Ermənistan və Gürcüstan bölməsindən də daha güclü işləyirdi. Bizim hökumətə də normal münasibətləri var idi. NDI rəhbəri Madlen Olbrayt Azərbaycana gələndə bizim prezidentlə də görüşmüşdü. O zaman Amerikada Milli Demokratiya İnstitutunda elə adamlar var idi ki, onlarla işləmək mümkün idi. Biz istəsək də, istəməsək də bu mühitdə yaşayırıq. Müharibədə bizə qarşı olan laqeydliyin bir səbəbi də o idi ki, o institutların heç biri illərdir Azərbaycana gəlib getmir. Vətəndaş cəmiyyəti olaraq bizim o dövlətlərlə, beynəlxalq təşkilatlarla əlaqələrimiz kəsildi. Tədricən bu əlaqələri bərpa etməliyik”..

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev də “Yeni Müsavat”a açıqlamasında sözügedən təşkilatların budəfəki fəaliyyəti ilə bağlı pozitiv fikirlər səsləndirdi: “Çox təəssüf ki, onlar ilkin olaraq Dağlıq Qarabağda, işğal olunmuş ərazilərdə olmuşdular, mən bilmirəm ki, kimin dəvəti ilə getmişdilər. O zaman da öz bəyanatlarını verdilər, lakin əks tərəfin, yəni bizim mövqeyimizi aydınlaşdırmamışdılar. İstənilən hesabat hazırlananda əks tərəfin də mövqeyi orada öz ifadəsini tapmalıdır. Eyni zamanda bütün beynəlxalq KİV-də Azərbaycanın da tamamilə döyüş bölgəsindən kənar olan, dinc yaşayış məskənlərinin, şəhərlərin raketlərlə atəşə tutulması haqqında məlumatlar gedirdi. Həmin təşkilatlar bu məsələyə də dərhal öz münasibətlərini bildirməli idilər. Son nəticədə əsas odur ki, onlar Azərbaycan tərəfindən dəvət olundular, prosesə başladılar və əsas etibarilə bir obyektiv rəy ortaya qoydular. Təsdiq etdilər ki, Ermənistan tərəfindən beynəlxalq müharibə qaydalarının və humanitar hüququn pozulması ilə qadağan edilmiş silahlardan, kasetli bombalardan istifadə olunub. Bu obyektiv bir nəticədir”.

Ə.Nuriyev hesab edir ki, bu proses daha geniş miqyasda davam etməlidir: “Humanitar atəşkəsin pozulması ilə bağlı erməni tərəfinin atdığı addımlar da müharibə qaydalarının pozulması deməkdir. Mülki obyektlərin atəşə tutulması, qeyri-legitim hədəflərə Ermənistan silahlı qüvvələrinin hücum etməsi diqqətə alınmalıdır. Həmçinin işğal olunmuş ərazilərdə ermənilər tərəfindən qanunsuz olaraq məskunlaşmanın aparılması ilə bağlı Ermənistan tərəfindən atılan addımlar - bunlar da beynəlxalq hüququn pozulması ilə bağlı olan məsələdir. Həmin ərazilərdə torpaqlar yandırılıb, bütün mülkiyyət məhv edilib, Azərbaycan ərazisinin yeraltı sərvətləri qanunsuz istismar edilib. Bu məsələlərə də gələcəkdə münasibət bildirilməlidir. Ermənistan tərəfdə muzdluların iştirakı, başqa bir ölkənin silahlı qüvvələrinin onların tərəfində tam iştirakı baş verir. Ermənistan Silahlı Qüvvələrinin bütün cəbhəboyu savaşda iştirakı da müharibə qaydalarının pozulmasıdır, müharibə cinayətləridir. ”Amnesty İnternational" və “Human Rights Watch”la bu məsələdə əməkdaşlıq etmək çox vacibdir. Vətəndaş cəmiyyəti olaraq bzim də yaxından əməkdaşlığımız çox vacib məsələdir. Həmçinin dövlət platforması çərçivəsində Gəncənin atəşə tutulması ilə bağlı biz də bəyanatlarımızı “Amnesty İnternational”a və bir çox beynəlxalq təşkilatlara göndərmişdik. Qadağan olunmuş fosfor maddələrindən istifadə edilməsi, Azərbaycan ərazisinin ekoloji fəlakət həddinə çatdırılması ilə bağlı məsələlər beynəlxalq humanitar hüququn, Cenevrə konvensiyasının, Haaqa Konvensiyasının pozulması deməkdir. Mədəni sərvətlərin məhv edilməsi, Zəngilanda Azərbaycan məscidində donuz saxlanılması, yaşamaq hüququndan tutmuş mülkiyyət hüququnun məhv edilməsinə qədər azərbaycanlıların bütün hüquqları pozulub. Ümid etmək istəyirik ki, digər insan hüquqları təşkilatları da məsələyə daha obyektiv yanaşmağa başlayacaqlar. Çünki hər şey göz qabağındadır. Biz media da, hökumət qurumları da, vətəndaş cəmiyyəti də beynəlxalq qurumlarla yaxından əməkdaşlığı genişləndirməliyik".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
MTN generalı azadlığa çıxdı - həbs müddətini günə-gün başa vurub
Bu gün, 10:03
Erməni nazir Əlixanova yazdı – “Xahiş edirəm, gəlməyimə icazə verin”
Bu gün, 10:02
41 min manatlıq borc mübahisəsi qanla bitdi: - Həmkəndlisini çayxana qarşısında ağır yaraladı
Bu gün, 09:44
Azərbaycan nefti 76 dollara ticarət olunur
Bu gün, 09:43
Təkcə yeməkxanaların icarəsindən aylıq 80 MİN MANAT! - YE Kİ YEYƏSƏN...
Bu gün, 09:42
İtinin itməsində ustanı günahlandırdı: - “Qapını açıq qoyub, iti Maştağada görüblər, hələ də axtarıram”
Bu gün, 09:21
Qız üstündə yaranan mübahisə: məktəbli özündən 7 yaş böyük olan şəxsə ağır xəsarət yetirdi - TƏFƏRRÜAT
Bu gün, 09:18
“Aztelekom” və “Azercell”də idarəetmədə nə baş verir? – Departament müavini niyə işdən çıxarılıb?
Bu gün, 09:17
"Azərbaycan Nəşriyyatı"nın zərəri 6 % çox artıb
Bu gün, 09:14
ABŞ Venesuelaya zəlzələnin nəticələrinin aradan qaldırılmasında kömək edəcək - Tramp
Bu gün, 08:59
Budaqov kəsmir... BUDAYIR! - "Amma obyekt tikəndə yaşıl ağacları elə kəsirlər ki..."
Bu gün, 08:49
Brüsselin dərin legitimlik böhranı ondadır ki... - İNCƏLƏMƏ
Bu gün, 08:28
Paşinyandan ağrılı HƏMLƏ – Sıra daşnaklara ÇATDI
Bu gün, 08:22
Polşa Aİ yolunda maneəyə çevrilir... - KİV
Bu gün, 07:42
Hakimlərin ELEKTRON MƏHKƏMƏ fırıldağı... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 07:26
Azər Məmmədovdan yeni İXTİSAR DALĞASI - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:18
Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” 3 cildliyinin III cildinin təqdimatı keçirilib - FOTO
Bu gün, 07:10
Krım üçün 100 il sonra gələn təhlükə... - TƏFƏRRÜAT
Bu gün, 07:03
İcra başçısının səyyar görüşündə gərgin anlar - “Bu, narkomandır”
Bu gün, 07:01
Turist yoxdur, amma turizm inkişaf edir... - Fuad Nağıyev dediyinə özü inanırmı?
Bu gün, 06:56
Qəbələ icra hakimiyyəti XALQA QARŞI - NARAZILIQ VAR...
Bu gün, 06:47
Bakıda su qıtlığı: Sakinlər ADSEA-nı kütləvi məhkəməyə verə bilər - AKTUAL
Bu gün, 06:35
“Pilgrim Education”un QURBANLAR SİYAHISI - bunu bir araşdıran olsa...
Bu gün, 06:33
Xalq artistində ağır xəstəlik aşkarlandı - “Müalicə olunmasam daha da pisləşə bilər”
Bu gün, 06:28
Hər şey yenicə başlayır və ən maraqlı hadisələr qabaqdadır - GƏLİŞMƏ
Bu gün, 06:26
"Fidan Baby" dövlətə BORCLANDI - Sahibini "QAÇQINKOM" ilə nə bağlayır?
Bu gün, 06:24
"Qoy mahnılarımı hamı oxusun, mən buna qarşı deyiləm" - Əməkdar artist
Bu gün, 06:20
“Putin NATO-su”ndan Zəngəzur XƏBƏRDARLIĞI
Dünən, 17:58
“Yeməkləri evlərinə aparırlar” - İTTİHAM VAR...
Dünən, 17:56
YAP-çı deputatlardan Elçibəylə bağlı maraqlı AÇIQLAMALAR
Dünən, 17:49
“Həmin vaxt o dünyanı görüb gəldim” - Xalq artisti
Dünən, 17:42
Uğurlu olacağını görsək, küçə mübarizəsinə başlayacağıq - Köçəryan
Dünən, 17:40
Bakını susuz qoyanlar CƏZALANDIRILACAQ?
Dünən, 17:38
Əsas mübarizə artıq döyüş meydanında deyil, danışıqlar masasında gedir - Siyasi şərhçi
Dünən, 17:32
Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub - BUNDAN SONRA...
Dünən, 17:29
Son 10 ildə Türkiyəyə 100 minə yaxın azərbaycanlı qadın köçüb - SİYAHI
Dünən, 17:26
Beynəlxalq axtarışda olan şəxs Bakıda həbs edildi - Ölkəsinə təhvil verildi
Dünən, 17:16
Sənədsiz evlərlə bağlı təklif: - Evin qiymətinin 3 faizini ödə, “kupça” al
Dünən, 17:12
Moskva, Pekin və Tehranın susqunluğu təsadüfi deyil - Matevosyan
Dünən, 17:10
Bakının bu ərazilərində torpaq qiymətləri kəskin bahalaşacaq
Dünən, 15:21
9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
Dünən, 15:18
Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? - DƏLİXANADIR, VALLAH...
Dünən, 14:45
Ermənistan və Aİ Azərbaycanla yeni yol layihələri hazırlayır - KİV
Dünən, 14:32
Lavrov Ukrayna böhranının diplomatik həllindən danışıb: - Top Rusiyada deyil..
Dünən, 14:30
Moskva İrəvanı indi də belə hədələdi – Simonyan elə şey TƏKLİF etdi ki...
Dünən, 13:19
Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisi külli miqdarda mənimsəmədə ittiham olunur, məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:16
Bakı–Naxçıvan aviareysləri ildırımlı hava şəraiti səbəbindən ləğv edilib - DİQQƏT
Dünən, 13:05
Qalibaf Bakıda açıqladı - “İran buna hazırdır”
Dünən, 12:10
XARİCDƏ TƏHSİLİN ƏSAS PROBLEMİ... - Diplomlar hansı səbəblərdən tanınmaya bilər?
Dünən, 12:05
Taxta materialları bahalaşdı – YENİ QİYMƏTLƏR
Dünən, 12:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru