Müxalifət mitinq üçün ilin sonununadək gözləyə bilər
Tarix: 18-03-2020, 08:45 | Çap et
 Dünyanı ağuşuna alan koronavirus Azərbaycanı da hərəkətə gətirib. Artıq demək olar ki, bütün sahələr üzrə dəhşətli virusun ölkə daxilində yayılmaması üçün çox ciddi addımlar atılmaqdadır.
Koronavirus Azərbaycan müxalifətinin mitinq məsələsini də gündəmə gətirib. Demokratik düşərgə yazdan etibarən kütləvi aksiyalara başlayacaqlarının anonslarını verməkdədir. Xüsusilə 9 fevraldakı növbədənkənar parlament seçkilərindən sonra bu tipli çağırışlar daha çox səslənməkdədir. Burada əsasən Əli Kərimlinin AXCP-sindən ibarət olan Milli Şura daha fəal görünür.
Belə bir şəraitdə mitinq üçün müraciət olunarsa, Azərbaycan hökumətinin hansı addımları atmalı olduğu məsələsi gündəmə gəlir. Aksiyalara icazə verilməzsə, bu, haradasa “Sərbəst toplaşmaq azadlığı”nın pozulması anlamına gələ bilər ki, müxalifət də bundan rəqibinə qarşı yararlanmağa cəhd edə bilər.
YAP-çı deputat Elman Nəsirov virusa qarşı hər iki düşərgənin birlikdə hərəkət etməsini vacib sayır: “Koronavirus artıq elə bir qlobal təhlükə mənbəyinə çevrilib ki, Antarktidadan başqa bütün qitələri əhatə edib. 19 il idi ki, dünya üçün ən çox təhlükə mənbəyi beynəlxalq terrorizm hesab olunurdu. Artıq son üç ayda beynəlxalq terrorizm deyil, koronavirus dünya üçün ən təhlükəli mənbəyə çevrilib. Bu, iqtidarı da, müxalifəti də hədəfə alır. Bütün dünya ölkələrində belədir. Bu məntiqlə çıxış edərək, hesab edirəm ki, ölkəmizdə çox ciddi siyasi islahatların əsası qoyulmaqdadır. Bu islahatları partiyalararası dialoqdan kənar təsəvvür etmək mümkün deyil. Cənab Prezident parlamentindəki çıxışında da məsələni məhz bu cür qoydu. Belə olan vəziyyətdə bu günləri iqtidar-müxalifət dialoqunun hesab edirəm ki, ən mühüm, ən vacib mövzusu koronavirus olmalıdır.
Bu günləri müxalifət ümumbəşəri bəlaya qarşı xalqımızı bu təhlükədən qorumaq üçün öz təkliflərini irəli sürməli, çıxış yollarını göstərməlidir. Eyni zamanda bu istiqamətdə iqtidarla dialoqa getməlidir. İqtidara da müxalifətlə bu istiqamətdə danışıqlar aparmaq lazımdır. İndiki vaxtda yeganə problem ölüm-qalım məsələsidir. Ona görə də bu reallıq fonunda heç bir mitinq keçirməyin mənası yoxdur. Heç bir toplanış keçirməyə də ehtiyac duyulmamalıdır. Bu gün yeganə vacib məsələ odur ki, xalqımızı bu bəladan necə qurtaraq, necə edək ki, insanlarımızın yaşamaq hüququ təmin olunsun. Belə olan vəziyyətdə hesab edirəm ki, müxalifət hazırda yazın gəlişi ilə bağlı mitinq keçirmək haqqında düşünməkdənsə, onun üzərində düşünməlidir ki, hökumətə bu bəlanın aradan qaldırılması istiqamətində gördüyü işlərdə necə öz töhfəsini, dəstəyini versin. Düşünürəm ki, məsələ məhz bu cür qoyulmalıdır”.
BAXCP sədrinin müavini Elçin Mirzəbəyli: “Koronavirus təhlükəsi tamamilə sovuşanədək bütün kütləvi tədbirlər qadağan olunmalıdır. Düşünürəm ki, ən azından bu ilin sonunadək kütləvi tədbirlərin keçirilməsinə razılıq verilməməlidir. Sərbəst toplaşmaq azadlığı, şübhəsiz ki, konstitusiya hüququdur. Amma nəzərə almaq lazımdır ki, söhbət vətəndaşların həyatlarının təhlükəsizliyindən gedir və dövlətin konstitusiyadan irəli gələn ən birinci vəzifəsi də məhz vətəndaşların həyatlarının təhlükəsizliyini təmin etməkdir. Hazırda dünyanın bir çox ölkələrində bir neçə nəfərlik iclaslar belə videokonfrans formatına keçirilib. Hətta G7 ölkələri belə öz toplantılarını videokonfrans formatında keçirdilər. Bu baxımdan, mitinqin virtual keçirilməsi də mümkündür. Əslində bu, radikal düşərgə üçün daha məqbul variantdır. Bu yolla həm təhlükəsizliklərini təmin edə, həm də prosesə trollarını cəlb etməklə virtual mitinq iştirakçılarının sayını xeyli ”artıra" bilərlər". “Yeni Müsavat”


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Həbsdəki müğənninin cəzası ARTIRILDI - QƏRAR
Bu gün, 14:04 |
|
|
|
• Fuad Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirildi, ittiham aktı yarımçıq qaldı - TƏFƏRRÜAT
Bu gün, 13:19 |
|
|
|
• “Chef Orxan” restoranın müştəriləri TƏHLÜKƏDƏ - VİDEO
Bu gün, 13:06 |
|
|
|
• Rasim Musabəyov: Artıq Azərbaycan Rusiyaya bəyanatla yox, hərəkətlə cavab verməli, Ukraynaya silah satmalıdır - ÇAĞIRIŞ
Bu gün, 12:58 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:54 |
|
|
|
• PUTİN SOCAR-ı “VURMAQLA” BAKINI NƏYƏ TƏHRİK EDİR? – Azərbaycan alçaq hücumlara adekvat cavab verə bildiyini sübut edib
Bu gün, 12:52 |
|
|
|
• Laçın yaxınlığındakı kənddə erməni itkin düşdü... - FOTO
Bu gün, 12:46 |
|
|
|
• "Azərbaycan turistik ölkədir.., AMMA..." - deputat
Bu gün, 12:42 |
|
|
|
• “İrşad” cərimələnə bilər – SƏBƏB
Bu gün, 12:35 |
|
|
|
• İran “savaş baltaları”nı BASDIRIR – Tehrandan Zəngəzurla bağlı ŞOK YANAŞMA
Bu gün, 12:31 |
|
|
|
• Ermənistan türk dünyasına daxil olacaq - Matevosyan
Bu gün, 12:28 |
|
|
|
• İranın gömrükçüləri MEYMUNLUQ EDİRLƏR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 12:25 |
|
|
|
• Zelenski bununla NƏ ETSİN AXI... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:22 |
|
|
|
• Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Bu gün, 12:18 |
|
|
|
• Şəhid ailələri adından PREZİDENTƏ MÜRACİƏT - "Cinayət Məcəlləsinə əlavə olunsun ki..."
Bu gün, 12:16 |
|
|
|
• İsraildə İrana işləyən Azərbaycan vətəndaşı kimdir?
Bu gün, 11:32 |
|
|
|
• Generalın oğluna vəzifə verildi - ƏMR
Bu gün, 11:28 |
|
|
|
• Hansı rayonda pensiyaçılar nə qədər pensiya alır? - SİYAHI
Bu gün, 11:26 |
|
|
|
• Rəqsanənin həyat yoldaşı Azərbaycan dövlətindən TƏMİNAT İSTƏDİ - "Bu olanlar qarşısında kişi susmaz!"
Bu gün, 11:19 |
|
|
|
• Etimad İsmayılovun qatili azadlıqda - BUNA GÖRƏ...
Bu gün, 11:16 |
|
|
|
• Perinatal mərkəzdə baş verən yanğınla bağlı məhkəmədə - Körpələrin sayı çox olduğu üçün otağa girmək mümkün deyildi
Bu gün, 11:10 |
|
|
|
• Şəhidlərə hörmətsizlik edənlərin Azərbaycana girişi ömürlük qadağan OLUNSUN!
Bu gün, 10:56 |
|
|
|
• İran azərbaycanlı xanım fəalı edam edəcək
Bu gün, 10:51 |
|
|
|
• Əliyevdən Moskvaya sərt mesaj – “Vaxt azalır”
Bu gün, 10:45 |
|
|
|
• Azərbaycandakı Pakistan kapitallı BOKT-nin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:41 |
|
|
|
• Bu idarə və müəssisələr nazirliyin qəzetinə nə qədər ödənişlər edir? - TƏFƏRRÜAT
Bu gün, 10:39 |
|
|
|
• ANAMA tender keçirdi, maraq göstərən şirkət olmadı - TENDER LƏĞV OLDU
Bu gün, 10:38 |
|
|
|
• "Bizim vaxtımızda belə şey olmayıb"
Bu gün, 10:33 |
|
|
|
• Moskvanın Bakıya qarşı proksi müharibəsi: SOCAR-a zərbələr, Azərbaycana hədələr - NƏ ETMƏLİ?
Bu gün, 10:27 |
|
|
|
• Metro da açdılar... qatar da çəkdilər... yolu da genişlətdilər: XEYRİ OLMADI... - FAKT BUDUR...
Bu gün, 10:25 |
|
|
|
• Balaxanı Əməliyyat Şirkətində nə baş verir? - Cərimə, torpaq alveri, yeyinti...
Bu gün, 10:16 |
|
|
|
• Əkrəm Əylisli deyir ki... - "Hətta xarici ölkələrdə çıxışlarımda demişəm ki..."
Bu gün, 10:06 |
|
|
|
• "Rusiyanın öz yeri, Azərbaycanın da öz yeri var" - Partiya sədri
Bu gün, 10:04 |
|
|
|
• İran TRAMP YOLUnu İrəvanda müzakirə edəcək - SƏFƏR VAR...
Bu gün, 09:57 |
|
|
|
• Bax, İlham Əliyev `İŞĞALLA BARIŞMAYIN` deyəndə bu fərqi ortaya qoyurdu... - DİQQƏT!
Bu gün, 09:53 |
|
|
|
• "İstismara yararsız oturacağa niyə bilet satılır?" - ETİRAZ!
Bu gün, 09:47 |
|
|
|
• Zelenski Donbasla bağlı kompromisə hazırdır
Bu gün, 09:35 |
|
|
|
• Rusiya Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurub - UNİAN
Bu gün, 09:29 |
|
|
|
• Binəva turist buralara NİYƏ GƏLSİN AXI... - BU NƏDİ BELƏ?
Bu gün, 09:25 |
|
|
|
• Nazir müavininə itki üz verib
Bu gün, 09:13 |
|
|
|
• `Dəmir Yolları`nda sözü bir yerə qoya bilmirlər? - FAKT BUDUR!
Bu gün, 09:04 |
|
|
|
• Paşinyan özü panamada, arvadı cırıq şalvarda İrəvan küçələrində sərbəst gəzir... - VİDEO
Bu gün, 08:59 |
|
|
|
• Əməyin mühafizəsi üzrə işçilər... - Ekspert danışır...
Bu gün, 08:51 |
|
|
|
• "Niyə yalan, yarımçıq məlumat verirlər?" - ETİRAZ
Bu gün, 08:47 |
|
|
|
• Burda bir səhv ən azı 90 manatını aparır... - GİLEY
Bu gün, 08:39 |
|
|
|
• Fars-molla rejiminin ABSURD DAVASI... - HEÇ DƏXLİ VAR?..
Bu gün, 08:20 |
|
|
|
• Davudoğlu DÜZMÜ BUYURUR?.. - AKTUAL
Bu gün, 08:16 |
|
|
|
• “Azəriqaz”da QAZ İTKİSİ: Getdikcə... ARTACAQ! - BU HƏLƏ HARASIDIR...
Bu gün, 08:11 |
|
|
|
• Zelenski Trampla görüşmək üçün ABŞ-dədir
Bu gün, 08:00 |
|
|
|
• İran Türkiyə üçün vacib bölgəyə zərbə endirə bilər – Dəhşətli ssenari
Bu gün, 06:47 |
|
|
|
|