Balaxanı Əməliyyat Şirkətində nə baş verir? .....                     Əkrəm Əylisli deyir ki... .....                     "Rusiyanın öz yeri, Azərbaycanın da öz yeri var" .....                     İran TRAMP YOLUnu İrəvanda müzakirə edəcək .....                     Bax, İlham Əliyev `İŞĞALLA BARIŞMAYIN` deyəndə bu fərqi ortaya qoyurdu... .....                     "İstismara yararsız oturacağa niyə bilet satılır?" .....                     Zelenski Donbasla bağlı kompromisə hazırdır .....                     Rusiya Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurub .....                     Binəva turist buralara NİYƏ GƏLSİN AXI... .....                     Nazir müavininə itki üz verib .....                     `Dəmir Yolları`nda sözü bir yerə qoya bilmirlər? .....                     Paşinyan özü panamada, arvadı cırıq şalvarda İrəvan küçələrində sərbəst gəzir... .....                     Əməyin mühafizəsi üzrə işçilər... .....                     "Niyə yalan, yarımçıq məlumat verirlər?" .....                     Burda bir səhv ən azı 90 manatını aparır... .....                     Fars-molla rejiminin ABSURD DAVASI... .....                     Davudoğlu DÜZMÜ BUYURUR?.. .....                     “Azəriqaz”da QAZ İTKİSİ: Getdikcə... ARTACAQ! .....                     Zelenski Trampla görüşmək üçün ABŞ-dədir .....                     İran Türkiyə üçün vacib bölgəyə zərbə endirə bilər .....                     Öz istədiklərini necə istəyirlərsə... .....                     Dövlətin müəyyən etdiyi pula qalsa... .....                     İsrail razılıq verdi, o siyahı yayıldı: ilk sırada Türkiyə var! .....                     Zelenski Krımdan və NATO üzvlüyündən imtina etməklə münaqişəyə son qoya bilər .....                     Bu karqo şirkəti müştəriləri bezdirib .....                     Nizami rayonunda hər kəs özbaşına qalıb .....                     ABŞ prezidentinin “möhtəşəm sövdələşmə” bacarığı bu dəfə işləmədi .....                     Haradakı ləzgilər çətin vəziyyətdədir: Azərbaycandakı, yoxsa Dağıstandakı? .....                     Rəqsanəyə neçə il İŞ DÜŞÜR? .....                     Pezeşkian Ermənistan yolunda .....                     Vaşinqtonda bitib, Tehranda başlayan Zəngəzur davası .....                     Belə getsə, həkim olmaq ancaq zənginlərin imtiyazına çevriləcək .....                     Ukrayna bitdi: Rusiya Cənubi Qafqaza belə qayıdacaq .....                     Pezeşkianın İrəvan səfəri öncəsi İrandan mühüm mesaj .....                     Tramp Putinlə razılığa gəlsə, ona Nobel Sülh Mükafatını təqdim edəcəyəm .....                     "Ermənistan vaxtilə bu dövlətlərin təsir dairəsində olub" .....                     Rəqsanə İsmayılovanın vəkili DANIŞDI .....                     AzTV Rəqsanə ilə bağlı süjet hazırladı .....                     Rusiyanın bu təkidinin səbəblərinə gəlincə... .....                     İranlı ekspertdən QARABAĞ ETİRAFLARI... .....                 

"Mən oliqarx deyiləm" - Deputat Madər Musayev
Tarix: 12-03-2020, 09:35 | Çap et
"Mən oliqarx deyiləm"
DİA.AZ VI çağırış Milli Məclisin deputatı Madər Musayevin “Report”a müsahibəsini təqdim edir:

- Milli Məclisə seçkilər sizin üçün necə keçdi?

- Əvvəla onu qeyd edim ki, seçki ağır bir proses olmaqla yanaşı, həm də təkrar namizədliyini irəli sürmüş deputatın seçici qarşısında imtahanıdır. Mən seçkiləri təxminən buna bənzədirəm. Yəni, hər beş ilin sonunda təkrar seçkidə iştiraka qərar veririksə, deməli, həm də seçici qarşısında imtahan veririk. İkincisi, əvvəlki seçkilərdə olduğu kimi, 9 fevral tarixində ölkəmizdə keçirilən növbədənkənar parlament seçkilərində də gərgin işlədik. İmzaların toplanılmasından tutmuş təbliğat-təşviqat dövrünün sonunadək bütün prosedurların obyektiv, qanuni həyata keçirilməsinə çalışdıq. Seçki Məcəlləsinin bütün tələblərinə qüsursuz əməl etdik. Səlahiyyətli nümayəndəm, 10 vəkilim və Seçki Qərargahımın çoxsaylı üzvləri ilə birgə ortaya nümunəvi iş qoyduq. Dedi-qodudan, “qara piar”dan uzaq, heç kimin bostanına daş atmadan öz işimizlə məşğul olduq. Gecə-gündüz demədən çalışdıq, Seçki Qərargahımız sutkanın 15-16 saatını işləyirdi. Ərazi tanış olduğu üçün o qədər də çətinlik çəkmirdik. Amma buna baxmayaraq hər yeni seçki, həm də yeni yanaşma tələb edir. Allaha şükürlər olsun ki, məqsədimizə də nail olduq. Sizin vasitənizlə bu prosesdə mənə dəstək olan hər kəsə, xüsusən də seçicilərimə bir daha təşəkkürümü bildirirəm.

- Adınız çəkiləndə qarşısında "Hacı" sözü də işlədirlər: "Hacı", "Hacı Madər" və s. İnsanlar sizi daha çox necə tanıyırlar?

- Ad insanla bərabər doğulur, titullar isə sonradan qazanılır. Titullarım dövlət və xalq qarşısında fəaliyyətimin məhsuludur. Heç zaman haqq etmədiyimə iddia etməmişəm. Ağlım kəsəndən çalışmışam, çətinliklərdən qorxmamışam. Etiraf edim ki, insanların böyük əksəriyyət məni “Hacı Madər” kimi tanıyır. Bu, onların seçimidir və hörmətlə yanaşıram.

- 1990-cı ildən indiyə kimi eyni dairədən deputat seçilirsiniz. Sizcə, bu dairədən başqa adamın deputat seçilmək imkanı yoxdurmu?

- Deputatı konkret ərazidə yaşayan, səsvermə hüququ olan insanlar seçir. "Niyə məni seçirlər?" sualına da cavabım illərdir dəyişmir: Mən hər zaman seçicimin yanında olmuşam, başda cənab Prezident İlham Əliyev olmaqla dövlətin siyasətini dəstəkləmişəm. Bu bir reallıqdır ki, heç kim tanımadığı namizədə səs vermir. Məsələn, 9 fevralda keçirilən növbədənkənar parlament seçkilərində bizim dairədən 19 nəfər namizədliyini irəli sürərək imza vərəqi götürmüşdü, onlardan 13 nəfəri qeydə alındı, 11 qeydə alınan namizədlə seçkiyə getdik. O namizədlərin bir-ikisi istisna olmaqla heç biri sözügedən dairənin ərazisində yaşamır. Əlbəttə, bu o demək deyil ki, seçkidə iştirak edə bilməzlər. Demək istəyirəm ki, beş ildən bir Binəqədiyə “qonaq” gəlirlər və iddia edirlər ki, biz deputat seçilmək istəyirik. Mən isə 70 ildən çoxdur bu ərazidə yaşayıram, atam, ulu babalarım buralarda yaşayıb, 30 ildir seçicinin yanındayam, nə dairəmi dəyişmişəm, nə də əqidəmi. Bu 30 ildə deputat seçildiyim dairə üzrə elə bir yer - ərazi, məhəllə yoxdur ki, orda olmayım, seçicinin probleminin həllinə çalışmayım. Belə olan halda seçici məndən niyə imtina etsin ki? Təəssüf ki, bəzi namizədlər bu kimi reallıqları nəzərə almır. Beş ildən bir Binəqədiyə gələn namizəd fikirləşmir ki, burda onu kim tanıyır, ona kim səs verəcək.

- 10 saylı Binəqədi üçüncü seçki dairəsindən namizədliyinizi yenidən irəli sürəndə bəzi insanlar tərəfindən sizin ünvanınıza müəyyən tənqidlər oldu. Həmin tənqidlərə münasibətiniz necədir?

- Əvvəla, heç kim tənqiddən sığortalanmayıb. Təəssüf ki, bizim cəmiyyət o həddə gəlib çatıb ki, tanıdığını da, tanımadığını da tənqid edir və adını da qoyur demokratiya. Olsun, bunu da normal hesab edirəm, amma qəbul etmədiyim məqamlar da var. Bu da səni kimin və niyə tənqid etməsidir. Bəzən məni tənqid edənlərin kimliyi ilə maraqlanıram. Baxıram ki, 30-40 yaşı var, bu qısa ömründə elə 30-40 dəfə də siyasi mənsubiyyətini, əqidəsini dəyişib. Və yaxud da ümumiyyətlə qarşısındakını tanımır, fəaliyyətilə də tanış deyil, sadəcə söz demək xatirinə, mətbuatın gündəmində qalsın deyə səhərdən-axşama kimi ağzına gələni danışır. Baxın, bu artıq demokratiya deyil, bu, demokratiyadan sui-istifadədir. Konkret mənə qarşı olan tənqidlərə gəlincə, yazırdılar ki, niyə təkrar namizədliyini irəli sürür. Mən də cavab verirdim ki, bu mənim konstitusion hüququmdur. Və yaxud da bəziləri deyirdilər ki, guya namizədliyimi irəli sürdüyüm dairədə məni heç kim tanımır. Bu, artıq ağ yalan kim bir şeydir. Bəziləri isə ümumiyyətlə Binəqədi qəsəbəsində anadan olduğumu, hazırda orda yaşadığımı belə bilmədən yazırdı ki, Hacı Madəri Binəqədi kəndində heç kim tanımır. Mən kifayət qədər səbrli və dözümlü insanam, lakin haqsız tənqidi də qəbul etmirəm. Bəzi namizədlər isə sosial şəbəkələrdə məni oliqarx adlandırır, etikadankənar hərəkətlər edirdilər. Mən oliqarx deyiləm axı... Əvvəla oliqarxın zavodu, fabriki olar. Mənim isə nə zavodum var, nə də fabrikim. Heç bir biznes fəaliyyəti ilə də məşğul deyiləm. Deməli, belə şeyləri məqsədli yayırdılar.

- Seçkilər zamanı sosial şəbəkələrdə şəxsi hesabınızı gördük. Həmin hesabdan deputat seçildikdən sonra da istifadə edəcəksiniz, yoxsa onu seçkilərə görə yaradılmışdı?

- Sosial şəbəkələrdəki səhifələr seçkidən əvvəl də var idi, hazırda da fəaliyyət göstərir. Amma etiraf edim ki, seçki dövründə daha aktiv idi. Seçki Qərərgahım tərəfindən seçicilərlə görüşlər mətbuatla yanaşı, həm də sosial şəbəkələr vasitəsilə ictimailəşdirilirdi. Bu gün isə həmin hesabları köməkçim idarə edir və ordan mənə olunan muraciətləri ümumiləşdirib cavab verməyə çalşırıq. Bundan sonra da mühüm dövlət tədbirləri, seçicilərlə görüşlərim, qəbullar, seçildiyim ərazidə cənab Prezidentin təşəbbüsü ilə görülən işlər həmin səhifələr vasitəsilə həm seçicilərimə, həm də geniş ictimaiyyətə çatdırılacaq.

- Seçki şüarınız “Etimadınızı doğruladını seçin” idi. Sizcə 30 il ərzində seçiciləriniz etimadını doğrulda bilmisiniz?

- Əgər bu gün yenidən deputat seçilmişəmsə, deməli, seçicilərimin etimadını doğrultmuşam.

- Azərbaycanın müstəqillik tarixində ilk dəfə Milli Məclis ölkədə aparılan islahatlara adekvat olmaması səbəbindən buraxıldı. İnsanlar gözləyirdilər ki, V çağırış Milli Məclisin deputatlarının çoxu yenidən namizədliyini irəli sürməyəcək. Sizi və digər deputat həmkarlarınızı yenidən deputat olmağa həvəsləndirən nədir?

- Əvvəla, diqqətinizə çatdırım ki, mən heç bir siyasi partiyanın üzvü deyiləm. Parlamentin buraxılması ilə bağlı təklifi də Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasından olan deputatlar irəli sürmüşdülər. Mən də həmkarlarım kimi həmin təklifə müsbət yanaşdım. Digər deputat həmkarlarımın adından danışa bilmərəm, amma konkret özümə gəlincə, düşünürəm ki, millət vəkili kimi bundan sonra da xalqa xidmət etməyə həm gücüm, həm də iradəm var.

- Bəzən deputatlar gileylənirlər ki, məmurlar onların irad və təkliflərinə məhəl qoymur. Siz necə düşünürsünüz?

- Konkret kim nədən gileylənir bu barədə heç nə deyə bilmərəm, amma mənim belə bir problemim yoxdur. Müraciət etdiyim məmur da bilir ki, irəli sürdüyüm təklif və ya həllinə çalışdığım problem şəxsi deyil, seçildiyim ərazi və orada yaşayan insanlar üçündür. Hər bir deputat kimi mən də çalışıram ki, cənab Prezidentin həyata keçirdiyi islahatlara ən azı seçildiyim dairənin hüdudları daxilində dəstək verim, qaldırılan problemləri yerində həll edim. Bunun üçün də məmurlarla təmasda olmaq, onlara müraciət etmək tələb olunur. Etiraf edim ki, bu prosesdə də heç bir problemlə qarşılaşmıram.

- Dostluq etdiyiniz müxalifət nümayəndələri varmı?

- Dövlətini, millətini sevən, Prezidentin siyasətini birmənalı dəstəkləyən hər kəs mənim dostumdur.

- İddia edirlər ki, şəhərdə “012” ilə olan bütün avtomobillər sizə və yaxınlarınıza məxsusdur...

- İdarə etdiyim avtomobilin nömrə nişanı “012”dir. Amma şəhərdə şütüyən bütün “012”lərin mənə və yaxınlarıma məxsus olması iddiası doğru deyil. Bu, heç fiziki cəhətdən də mümkün deyil axı. Yəni iddialar həmişə var və bundan sonra da olacaq. İnsanların ağzını tikə bilmərik, qoy yazsınlar, danışsınlar, yəni açığını deyim ki, bu söz-söhbətin mənə heç ziyanı yoxdur, əgər bu yalanları yazmaqla onlar xoşbəxt olurlarsa, qoy olsunlar, niyə mane olaq ki? Amma gəlin etiraf edək ki, ağlı başında olan adam necə deyə bilər ki, şəhərdə “012” nömrə nişanı ilə olan bütün avtomobillər Hacı Madərə məxsusdur?!

- Övladlarınız hansı işlə məşğuldur?

- Böyük oğlum heç bir yerdə işləmir, bir obyekti var, onu da dükan kimi icarəyə verib. Kiçik oğlum isə “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-də çalışır. Hər ikisi ailəlidir, kənddə yaşayırlar.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Balaxanı Əməliyyat Şirkətində nə baş verir? - Cərimə, torpaq alveri, yeyinti...
Bu gün, 10:16
Əkrəm Əylisli deyir ki... - "Hətta xarici ölkələrdə çıxışlarımda demişəm ki..."
Bu gün, 10:06
"Rusiyanın öz yeri, Azərbaycanın da öz yeri var" - Partiya sədri
Bu gün, 10:04
İran TRAMP YOLUnu İrəvanda müzakirə edəcək - SƏFƏR VAR...
Bu gün, 09:57
Bax, İlham Əliyev `İŞĞALLA BARIŞMAYIN` deyəndə bu fərqi ortaya qoyurdu... - DİQQƏT!
Bu gün, 09:53
"İstismara yararsız oturacağa niyə bilet satılır?" - ETİRAZ!
Bu gün, 09:47
Zelenski Donbasla bağlı kompromisə hazırdır
Bu gün, 09:35
Rusiya Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurub - UNİAN
Bu gün, 09:29
Binəva turist buralara NİYƏ GƏLSİN AXI... - BU NƏDİ BELƏ?
Bu gün, 09:25
Nazir müavininə itki üz verib
Bu gün, 09:13
`Dəmir Yolları`nda sözü bir yerə qoya bilmirlər? - FAKT BUDUR!
Bu gün, 09:04
Paşinyan özü panamada, arvadı cırıq şalvarda İrəvan küçələrində sərbəst gəzir... - VİDEO
Bu gün, 08:59
Əməyin mühafizəsi üzrə işçilər... - Ekspert danışır...
Bu gün, 08:51
"Niyə yalan, yarımçıq məlumat verirlər?" - ETİRAZ
Bu gün, 08:47
Burda bir səhv ən azı 90 manatını aparır... - GİLEY
Bu gün, 08:39
Fars-molla rejiminin ABSURD DAVASI... - HEÇ DƏXLİ VAR?..
Bu gün, 08:20
Davudoğlu DÜZMÜ BUYURUR?.. - AKTUAL
Bu gün, 08:16
“Azəriqaz”da QAZ İTKİSİ: Getdikcə... ARTACAQ! - BU HƏLƏ HARASIDIR...
Bu gün, 08:11
Zelenski Trampla görüşmək üçün ABŞ-dədir
Bu gün, 08:00
İran Türkiyə üçün vacib bölgəyə zərbə endirə bilər – Dəhşətli ssenari
Bu gün, 06:47
Öz istədiklərini necə istəyirlərsə... - Elə də satırlar...
Bu gün, 06:45
Dövlətin müəyyən etdiyi pula qalsa... - ARAŞDIRMA
Bu gün, 06:39
İsrail razılıq verdi, o siyahı yayıldı: ilk sırada Türkiyə var! – Azərbaycan isə…
Bu gün, 06:36
Zelenski Krımdan və NATO üzvlüyündən imtina etməklə münaqişəyə son qoya bilər - Tramp BELƏ DEYİR
Bu gün, 06:34
Bu karqo şirkəti müştəriləri bezdirib - NARAZILIQ VAR...
Bu gün, 06:31
Nizami rayonunda hər kəs özbaşına qalıb - FOTOFAKT
Bu gün, 06:24
ABŞ prezidentinin “möhtəşəm sövdələşmə” bacarığı bu dəfə işləmədi - İNCƏLƏMƏ
Bu gün, 01:40
Haradakı ləzgilər çətin vəziyyətdədir: Azərbaycandakı, yoxsa Dağıstandakı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:35
Rəqsanəyə neçə il İŞ DÜŞÜR? - TƏFƏRRÜAT
Bu gün, 01:32
Pezeşkian Ermənistan yolunda –İran prezidenti "Tramp yolu"nu müzakirə etdi
Bu gün, 01:30
Vaşinqtonda bitib, Tehranda başlayan Zəngəzur davası - NƏ BAŞ VERİR?
Dünən, 10:34
Belə getsə, həkim olmaq ancaq zənginlərin imtiyazına çevriləcək - ETİRAZ
Dünən, 10:32
Ukrayna bitdi: Rusiya Cənubi Qafqaza belə qayıdacaq – Arkovdan SENSASİYA
Dünən, 10:28
Pezeşkianın İrəvan səfəri öncəsi İrandan mühüm mesaj - KİV
Dünən, 10:24
Tramp Putinlə razılığa gəlsə, ona Nobel Sülh Mükafatını təqdim edəcəyəm - Klinton
Dünən, 02:53
"Ermənistan vaxtilə bu dövlətlərin təsir dairəsində olub" - ONA GÖRƏ DƏ...
Dünən, 02:51
Rəqsanə İsmayılovanın vəkili DANIŞDI - "Əhvalı əladır"
Dünən, 02:49
AzTV Rəqsanə ilə bağlı süjet hazırladı - VİDEO
Dünən, 02:45
Rusiyanın bu təkidinin səbəblərinə gəlincə... - ŞƏRH
16-08-2025, 13:17
İranlı ekspertdən QARABAĞ ETİRAFLARI... - “Qarabağın ermənilərdə qalması üçün heç nə etmədik”
16-08-2025, 13:12
Tramp ABŞ-Rusiya-Ukrayna üçtərəfli sammitinin təşkil edilməsini mümkün hesab edir
16-08-2025, 13:03
Tramp bu ittifaqı dağıda biləcəkmi? - İNCƏLƏMƏ
16-08-2025, 13:00
Ukraynada atəşkəslə bağlı razılıq əldə olundu - KİV
16-08-2025, 12:41
Dövlət Sərhəd Xidmətinin bir qrup hərbçiləri təltif edilib - SİYAHI
16-08-2025, 12:38
DSX-nin hərbçilərinə ali hərbi rütbələr verilib - SƏRƏNCAM
16-08-2025, 12:37
Təhsil müəssisəsi 1,4 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
16-08-2025, 12:26
Rusiyanın İnterpola verdiyi azərbaycanlı bu ölkədə TUTULDU - VİDEO
16-08-2025, 12:17
Əzrayıla dönmüş “Etalon” CAN ALMAĞA DAVAM EDİR... - BU NƏDİ BELƏ?
16-08-2025, 12:13
Putin Trampa ədalətli seçkilərin necə keçirildiyini başa salıb
16-08-2025, 12:00
Şamaxıda 15 yaşlı qız nişanlandı: Polis atanı məsuliyyətə cəlb etdi - TƏFƏRRÜAT
16-08-2025, 11:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru