Şvabe kimin “sifarişini” yerinə yetirir? .....                     Paşinyan lazımi sözü dedi, vəziyyət sabitləşəcək .....                     Bakı üçün yeni model: İcra Hakimiyyəti ləğv oluna bilər .....                     Akif Əlizadəyə yeni VƏZİFƏ VERİLDİ .....                     AzTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar .....                     Ursula fon der Lyayen Bakıdan sonra İrəvana səfər edəcək .....                     "Mən bu sualı məhkəmədə qaldırdım, lakin cavab ala bilmədim" .....                     Tehran Hörmüzdən keçidin İranla koordinasiya olmadan təmin edilə bilməyəcəyini bildirir .....                     "Oyun başladı, xoş seyirlər!" .....                     Emin Əmrullayev Mirzə Mirzəyevi yüksək vəzifəyə təyin etdi .....                     “VLADİMİR, BİZ BUNU EDƏCƏYİK” .....                     Cənubi Qafqazda sülh və sabitlik dövrü başlayıb .....                     Robert Köçəryan məhkəmədə parlament sədrinə .....                     “Nəvəmin vəziyyəti ağırdır, xəstəxana pulunu ödəyə bilmirik” .....                     Dünya bizdən nəyi öyrənir: 5300 dollarlıq maşına 10 000 dollar rüsum almağı? .....                     Bu addım Azərbaycan-İsrail münasibətlərini də .....                     Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək .....                     Ruhani rejim böhran içində: .....                     “Yaltaqlığın başqa yollarını axtarın!” .....                     Köçəryan cəzalandırılmalıdır .....                     “Məzunlar iş tapa bilmirlər, vakansiyalar “Bravo”, “Sədərək” və “Bolt”da olur” .....                     Paşinyandan Simonyana ağır zərbə .....                     İsa Həbibbəylidən Nizaminin əlyazmasına hörmətsizlik .....                     Televiziyada da müzakirə olunan evlilik FIRILDAĞI: .....                     "Cənab nazirə demək istəyirəm ki, məni başqaları ilə qarışdırmasınlar! " .....                     ABŞ-ın SEPAH-la bağlı kiberhücuma görə axtarışa verdiyi İran vətəndaşı .....                     "Bu son olar "Paşa Sığorta" ilə əməkdaşlıq etdiyim..." .....                     Tramp onları İrana göndərmək istədi: .....                     Azərbaycan nefti bahalaşıb .....                     "Körpə uşağımız var, məcbur olub odundan istifadə edirik" .....                     Tramp istəsə də, Türkiyəyə F-35 verməkdə əli-qolu bağlıdır .....                     AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə edib .....                     Milli Ordumuzun şərəfli inkişaf yolu .....                     “Bəzən ayrı-ayrı siyasi qüvvələr tərəfindən İslam dini təhlükə mənbəyi kimi təqdim edilir” .....                     Rusiya üçün çox pis xəbər: .....                     Paşinyanın əsas rəqibinin həbsi üçün düymə basıldı .....                     Bu məhsulun ucuz satılması təhlükə yaradır: tezliklə kəskin bahalaşma ola bilər .....                     İrəvan iki ildir KTMT-yə pul ödəmir .....                     Qalibafın Azərbaycana, Hakan Fidanın Rusiyaya səfəri təsadüfi deyil .....                     Dağıstanlı yeniyetmənin üzv olduğu şəbəkə ABŞ və Avropada yanğın aktları təşkil edib .....                 

"Dedi-qodu yaratmaq, bunu ictimai rəyə yönəltmək doğru deyil" - deputat
Tarix: 4-03-2020, 08:45 | Çap et
"Dedi-qodu yaratmaq, bunu ictimai rəyə yönəltmək doğru deyil"
Bir neçə həftə əvvəl Çinin Uhan şəhərindən koronavirus xəbərləri gələndə, ölənlərin sayının artdığını oxuyanda Azərbaycan cəmiyyəti gedişatı hələ sakit qarşılayırdı. Dünyanın çinlilərə qapılarını bağlamağa başlaması, aviareyslərin dayandırılması da bizi hürkütmürdü.

Fikirləşirdik ki, uzaq Şərqi Asiyada, 1, 5 milyard əhalisi olan ölkədə yayılmış epidemiyadan bizə nə, onsuz da çox uzağıq, bura gələnə qədər havalar istiləşəcək, viruslar məhv olacaq. Amma sən saydığını say, gör koronavirus nə saydı...

İldırım sürəti ilə sərhədlərimizə yaxınlaşan bu fəlakət ən çox gediş-gəliş, tranzit, ticarət olan qonşumuz İranı yaxaladı.

Və nəinki cənub qonşumuzda virusa yoluxanlar var, artıq ölənlərin sayı 77-yə çatıb, hətta ali dini rəhbər Əli Xameneinin müşaviri koronavirusdan dünyasını dəyişib, 23 deputat da yoluxub, ölkədə isə gərginlik, panika var.

Buna qədər İraq, Küveyt ilk addımları atmışdı, sərhədləri bağlamışdı, sonra Türkiyə və digər sərhəd ölkələr də İranla əlaqəni kəsdilər. Sosial media fəalları Azərbaycan tərəfinin də bu addımı atmasını tələb edirdi.

Nəhayət, virusun arxasındakı qlobal təhlükənin miqyasını gördükdən sonra ötən həftə İranla sərhədimiz rəsmən bağlandı.

Əslində gediş-gəliş tamamilə məhdudlaşdırılmışdı, bu sətirlərin müəllifi sərhəddə olarkən özü görmüşdü.

Sadəcə, vəziyyətin getdikcə dramatikləşməsi Azərbaycanı İranla əlaqəni rəsmən dayandırmağa vadar etdi. Amma bu da yetərli olmadı: Gürcüstan və Belarus sərhədlərində Azərbaycandan gedən vətəndaşlarda koronavirus aşkarlanması, sonra 1 Rusiya, iki Azərbaycan vətəndaşında ölkəmizin hüdudlarında koronavirus tapılması, hazırda onların xüsusi karantində saxlanmaları istər rəsmi strukturları, istərsə də cəmiyyəti silkələdi.

Ona görə də martın 2-də Nazirlər Kabinetinin cəmiyyətdən gələn sosial sifarişi qulaqardı etməməsi, bütün təhsil müəssisələrində müvəqqəti dərsləri dayandırması yerində verilmiş qərar idi.

Çünki yüksək inkişaf etmiş, öz resurslarına, tibbi potensialına, texniki imkanlarına güvənən ölkələr belə koronavirus isterikası yaşamaqdadırlar.

Hazırda Yaponiya, Cənubi Koreya kimi dövlətlər, habelə Fransa, İtaliya, Almaniya kimi nəhəng Qərb ölkələri, o cümlədən ABŞ, Rusiya və s. yerlər koronavirusla bağlı bütün qabaqlayıcı tədbirləri görməkdədirlər.

Son 24 saat ərzində Ermənistan, Çexiya, Dominikan Respublikası, Lüksemburq, İslandiya və İndoneziyada koronavirus xəstəliyinə ilk yoluxma halları qeydə alınıb.

Odur ki, cənub qonşusu İranda koronavirusdan ölənlər olan Azərbaycanın da kompleks profilaktik tədbirləri görməsi, məktəblərdə dərsləri dayandırması, dezinfeksiya işləri həyata keçirilməsi qaçılmaz idi.

Yeri gəlmişkən, Azərbaycanda son illərdə ilk dəfə təhsil ocaqlarında tədris dayandırılır. Düzdür, 2019-cu ildə güclü külək səbəbindən 1-2 günlük tətil olmuşdu, amma koronavirus bütün bağça, orta və ali məktəblərin bağlanmasına səbəb oldu.

Martın 3-də verilən xəbərə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 160 ümumi təhsil müəssisəsində koronavirusa qarşı dezinfeksiya işləri aparılıb. Digər təhsil müəssisələrində isə dezinfeksiya işlərinin aparılması davam etdirilir.

Deputat Fazil Mustafanın “Yeni Müsavat”a bildirdiyinə görə, bütün bunlar Azərbaycanın iradəsi ilə ölçülmür. Onun sözlərinə görə, koronavirus beynəlxalq təhlükədir və biz özümüzdən yeni heç nə icad etməmişik, sadəcə, profilaktik tədbirlər görmək üçün dünya praktikasını tətbiq edirik.

“Əgər qonşuluqdakı Gürcüstanı, Türkiyəni, İranı bu epidemiya bürüyürsə, biz məcburi olaraq qabaqlayıcı addımlar atmalıyıq. Yəni burada qeyri-adi hər hansı ixtira həyata keçirmirik, dünya təcrübəsindən istifadə edirik.

Hesab edirəm ki, dedi-qodu yaratmaq, bunu ictimai rəyə yönəltmək doğru deyil. Biz dövlətin səhiyyə qurumlarına güvənməliyik.

Çünki Azərbaycan özündən virus icad etməyib, dünyanın üzləşdiyi təhlükə ilə hamı kimi mübarizə aparır.

Ona görə də TƏBİB və digər tibb orqanlarına etibar etmək lazımdır, irad və narahatlıq axtarmaq lazım deyil", -deyə deputat qeyd etdi.

F.Mustafa məktəblərin dayanmasını düzgün qərar kimi qiymətləndirir: “Ola bilsin ki, təhlükə üçün ciddi əsas yoxdur. Amma biz profilaktik tədbirlər görməsək, məktəblərdə dərsləri dayandırmasaq, deyəcəkdilər ki, vaxtında niyə addım atmadınız. O baxımdan düzgün qərar verilib. Biz cəmiyyət olaraq sistemli mübarizə aparmalıyıq, laqeyd qalmamalıyıq”.

Qüdrət Həsənquliyev: “Qorxu mühiti yaradıb insanlara gərginlik yaşatmayaq”

BAXCP sədri, deputat Qüdrət Həsənquliyevin sözlərinə görə, Fövqəladə Hallar və Səhiyyə nazirlikləri virusun geniş yayılmasının qarşısının alınması üçün lazımi addımları atır.

O bildirib ki, bəzi şəxslərin virusla bağlı atılan addımlara görə Çini nümunə göstərməsi doğru yanaşma deyil: “Virusun mənbəyi Çindir, bizdə o qədər yayılmayıb ki, o miqyasda tədbirlər də görülsün.

Bundan başqa, Çin dünyanın müasir texnologiyaya malik, güclü sənayesi olan, inkişaf etmiş super dövlətlərindən biridir. Ona görə də bəzi adamların siyasi məqsədlərlə bizi Çinlə müqayisə etməsi yanlışdır.

Ən başlıcası, şayiələr yaymaqla qorxu mühiti yaradıb insanların gərginlik yaşamasına imkan vermək olmaz. Stress immuniteti aşağı saldığı üçün insanların xəstəliklərə yoluxma ehtimalını da kəskin artırır. Ona görə də gigeyinik qaydalara ciddi əməl olunmalı, kənar şəxslərlə ehtiyac olmadığı təqdirdə təmaslardan qaçmaq, xarici səfərlərdən imtina etmək lazımdır".

Kamran Əsədov: “Məktəblilər fürsətdən istifadə edib əyləncə mərkəzlərinə getməməlidirlər”

Təhsil eksperti Kamran Əsədov isə Axar.az-a deyib ki, pedaqoji təcrübəyə görə, dərs günlərinin müddətinə 15 gündən artıq tətil əlavə edilərsə, yay tətili günlərində həmin tətil dərslərlə əvəz edilməlidir: “Ancaq burada məqam fərqlidir. Elan edilən tətil müddəti 15 gündən azdır, yəni cəmi dördgünlükdür. Yenə də maraqlıdır ki, bu 4 gün hansı günlərlə əvəz olunacaq? Apreldə heç bir tətil və bayram günü yoxdur. Bu səbəbdən itirilmiş günləri bərpa etmək məqsədilə həftəsonu məktəblərdə dərs günü elan edilə bilər. Başqa bir versiya isə dərslərin birləşdirilməsidir”.

Ekspert bildirib ki, məktəblilər fürsətdən istifadə edib əyləncə mərkəzlərinə getməməlidirlər. Qeyd edək ki, dünyada koronavirusdan 3043 nəfər ölüb.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şvabe kimin “sifarişini” yerinə yetirir? - AÇIQLAMA
Bu gün, 15:02
Paşinyan lazımi sözü dedi, vəziyyət sabitləşəcək - Lebedev
Bu gün, 14:58
Bakı üçün yeni model: İcra Hakimiyyəti ləğv oluna bilər - Paytaxtı bu qurum idarə edəcək
Bu gün, 14:45
Akif Əlizadəyə yeni VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Bu gün, 14:40
AzTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar - TƏFƏRRÜAT
Bu gün, 14:37
Ursula fon der Lyayen Bakıdan sonra İrəvana səfər edəcək
Bu gün, 14:35
"Mən bu sualı məhkəmədə qaldırdım, lakin cavab ala bilmədim" – sabiq deputatın həyat yoldaşının işi
Bu gün, 14:33
Tehran Hörmüzdən keçidin İranla koordinasiya olmadan təmin edilə bilməyəcəyini bildirir
Bu gün, 14:29
"Oyun başladı, xoş seyirlər!" – Tramp görün nələr dedi...
Bu gün, 13:04
Emin Əmrullayev Mirzə Mirzəyevi yüksək vəzifəyə təyin etdi - BUNDAN SONRA...
Bu gün, 13:03
“VLADİMİR, BİZ BUNU EDƏCƏYİK” - Rutte Putinə xəbərdarlıq etdi
Bu gün, 12:59
Cənubi Qafqazda sülh və sabitlik dövrü başlayıb - Qriqoryan
Bu gün, 12:58
Robert Köçəryan məhkəmədə parlament sədrinə UDUZDU
Bu gün, 12:47
“Nəvəmin vəziyyəti ağırdır, xəstəxana pulunu ödəyə bilmirik” - MÜRACİƏT
Bu gün, 12:45
Dünya bizdən nəyi öyrənir: 5300 dollarlıq maşına 10 000 dollar rüsum almağı? — DGK sədrinə SƏRT ETİRAZ
Bu gün, 12:35
Bu addım Azərbaycan-İsrail münasibətlərini də KORLAYA BİLƏR
Bu gün, 12:30
Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək - KİV
Bu gün, 12:27
Ruhani rejim böhran içində: - mollakratiyanın "İslam nizamı"nın əsl siması
Bu gün, 12:17
“Yaltaqlığın başqa yollarını axtarın!” – Yazıçıdan deputata sərt reaksiya
Bu gün, 11:57
Köçəryan cəzalandırılmalıdır - Manvazyan
Bu gün, 11:54
“Məzunlar iş tapa bilmirlər, vakansiyalar “Bravo”, “Sədərək” və “Bolt”da olur” - MALƏSƏF...
Bu gün, 11:52
Paşinyandan Simonyana ağır zərbə – Yerinə başqasını gətirir…
Bu gün, 11:48
İsa Həbibbəylidən Nizaminin əlyazmasına hörmətsizlik - Vatikan nümayəndələri şoka düşdü
Bu gün, 11:42
Televiziyada da müzakirə olunan evlilik FIRILDAĞI: - azərbaycanlı qadın həbs olundu
Bu gün, 11:36
"Cənab nazirə demək istəyirəm ki, məni başqaları ilə qarışdırmasınlar! " - QALMAQAL!
Bu gün, 11:22
ABŞ-ın SEPAH-la bağlı kiberhücuma görə axtarışa verdiyi İran vətəndaşı Monteneqroda həbs edilib
Bu gün, 11:18
"Bu son olar "Paşa Sığorta" ilə əməkdaşlıq etdiyim..." - ETİRAZ VAR!
Bu gün, 11:16
Tramp onları İrana göndərmək istədi: - Kimsə əl qaldırmadı
Bu gün, 11:00
Azərbaycan nefti bahalaşıb
Bu gün, 10:53
"Körpə uşağımız var, məcbur olub odundan istifadə edirik" - NARAZILIQ VAR...
Bu gün, 10:51
Tramp istəsə də, Türkiyəyə F-35 verməkdə əli-qolu bağlıdır - Hərbi ekspert Hüseyn Fazla
Bu gün, 10:47
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə edib - FOTO
Bu gün, 10:26
Milli Ordumuzun şərəfli inkişaf yolu - MƏQALƏ
Bu gün, 10:20
“Bəzən ayrı-ayrı siyasi qüvvələr tərəfindən İslam dini təhlükə mənbəyi kimi təqdim edilir” - deputat
Bu gün, 10:16
Rusiya üçün çox pis xəbər: - Ukrayna və Almaniya yeni “raket qalxanı” hazırlayır
Bu gün, 10:09
Paşinyanın əsas rəqibinin həbsi üçün düymə basıldı - GƏLİŞMƏ
Bu gün, 10:06
Bu məhsulun ucuz satılması təhlükə yaradır: tezliklə kəskin bahalaşma ola bilər – XƏBƏRDARLIQ
Bu gün, 10:01
İrəvan iki ildir KTMT-yə pul ödəmir - Vasilyev deyir ki...
Bu gün, 09:51
Qalibafın Azərbaycana, Hakan Fidanın Rusiyaya səfəri təsadüfi deyil - Türkiyəli generaldan ŞƏRH
Bu gün, 09:46
Dağıstanlı yeniyetmənin üzv olduğu şəbəkə ABŞ və Avropada yanğın aktları təşkil edib - Rusiya FTX
Bu gün, 09:44
Rusiyadakı benzin qıtlığının Azərbaycana təsiri var? - deputat açıqladı
Bu gün, 09:21
Rusiya Ermənistandan bütün balıq məhsullarının idxalını dayandırıb - TASS
Bu gün, 09:17
Mirsaleh Seyidovun bazarında ŞOK QİYMƏTLƏR - Bu faktları araşdıran olsa...
Bu gün, 09:07
Pentaqon hərbi hədəflərin seçilməsində süni intellektin rolunu genişləndirə bilər - "Bloomberg"
Bu gün, 08:49
"Böyük Qayıdış" Strategiyası və... - İNCƏLƏMƏ
Bu gün, 08:36
İcra başçıları üçün yaş həddi - AKTUAL
Bu gün, 08:21
TƏBİB-in mətbuat şefindən ƏCAİB ADDIM - AY MAŞALLAH...
Bu gün, 07:17
Ordumuz yeni modelə keçir, gücünü artırır - ŞƏRH
Bu gün, 07:10
Qoşqar Təhməzlinin özü tender qanunlarını pozursa... - FOTOFAKT
Bu gün, 07:06
“Buraxılış imtahanı DİM-dən alınmalıdır” - Şagirdləri qorumaq üçün...
Bu gün, 07:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru