Müxalifət indi də Rusiyadan ruhlanır - səbəb...
Tarix: 16-08-2019, 09:03 | Çap et
 Rusiyada son günlərdə artan etiraz aksiyalarından Azərbaycan müxalifəti ruhlanmağa başlayıb. Bunu müxalif liderlərin və onların tərəfdarlarının virtual məkanda şimal qonşumuzdakı mitinqlərlə əlaqədar sərgilədikləri mövqelərdə görürük.
Görünən odur ki, ölkə müxalifətinin gözü daxildən daha çox xaricə dikilib. Bunun zaman-zaman şahidi oluruq. Hansı ölkədə inqilabi proseslər başlayırsa, yaxud etiraz aksiyaları keçirilirsə, Azərbaycan müxalifəti dərhal ümidlənir. Hətta aylar öncə uzaq Venesuelada belə mitinqlər keçiriləndə demokratik düşərgə onun kölgəsinin Azərbaycana da düşəcəyini dilə gətirirdi. 2011-ci ildəki “ərəb baharı”nı da xatırlada bilərik. Ərəb ölkələrindəki aksiyaları müxalifət Bakıya daşımaq üçün dəridən-qabıqdan çıxırdı. Müxalifətin ən çox diqqətçəkən maraqlı tərəfi odur ki, özləri hadisə ya yaratmırlar, ya da yarada bilmirlər, amma xaricdəki bu tipli proseslərə daha çox diqqət ayırırlar. Rusiyada müxalifət dirənişi sayəsində Moskvanın göbəyində mitinq üçün icazə almağa nail olur, amma bir ildən çoxdur ki, mitinq icazəsi (19 yanvar mitinqi istisna olmaqla) ala bilməyən ölkə müxalifəti, sadəcə, aidiyyəti orqana mitinq icazəsi üçün məktubları ard-arda göndərməklə işini bitmiş hesab edir...
AĞ Partiya başqanı Tural Abbaslı xaricdəki hər hansı bir hadisədən ruhlanmağın tərəfdarı deyil: “Əslində bu gün qloballaşma o səviyyədə inkişaf edib ki, artıq dünyanın hər hansı bir nöqtəsində baş verən hadisə tam fərqli və uzaq məsafələrdə də öz təsirini göstərir. Yəni dünyanın hər hansı bir ölkəsində baş verən iqtisadi, sosial və siyasi proseslər domino effekti ilə digərlərinə də təsir göstərir. Buna dünyada kifayət qədər misal göstərmək olar. Amerikada baş vermiş iqtisadi böhranın bütün dünya iqtisadiyyatına təsirini və ya ”Narıncı inqilabların", “Ərəb baharı” nın öz regionlarına və dünyanın digər dövlətlərinə təsirini ən bariz nümunələr kimi göstərmək olar. Odur ki, qonşu dövlətlərdə baş verən siyasi hadisələrin Azərbaycan müxalifətini ruhlandırmasında qeyri-adi nəsə görmürəm. Ancaq, təbii ki, bütün ümidləri də belə hadisələrə bağlayaraq nələrisə gözləmək də doğru deyil. Müxalifət çalışmalıdır ki, özü siyasi proseslər yaratsın və inkişaf etdirsin. Mən şəxsən heç zaman kənardan ruhlanıb daxildə nələrisə dəyişməyin tərəfdarı olmamışam. Biz öz dövlətimizin taleyini özümüz öz fəaliyyətimizlə həll etməyi bacarmalıyıq. Əks təqdirdə, sözün həqiqi mənasında, güclü və müstəqil dövlət olmağı bacarmayacağıq. Məncə, bu məsələ yalnız müxalifətə aid edilməməlidir, Azərbaycan iqtidarı da dövlət idarəçiliyində kənardan metodlar axtarmamalı, öz xalqımıza və dəyərlərimizə uyğun idarəçilik sistemi qurmalıdır. Yoxsa, hər dövlətdən bir nümunə götürərək dövləti idarə etmək heç bir uğur gətirməz".
Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli məsələyə bu cür şərh verdi: “Azərbaycanda müxalifətin fəaliyyət dairəsi xeyli zəifdir. Bir tərəfdən hakimiyyətin qanunla qoyduğu məhdudiyyətlər, digər tərəfdən qoyulan qanunsuz məhdudiyyətlər faktiki olaraq müxalifətin fəaliyyətini xeyli zəiflədib. O cümlədən müxalifət daxilində gedən didişmələr birliklərin son nəticədə parçalanmasına gətirib çıxarır. Son dövrlərdə müxalifət daha çox virtual məkanda fəaliyyət göstərir. Bu ildəki 19 yanvar mitinqini istisna etsək, müxalifətin faktiki fəaliyyət dairəsi virtual məkandadır. Sosial şəbəkələrdə daha çox aktivlik göstərilir. Müxalifətin fəaliyyətini genişləndirmək istəyindən doğan amildir ki, xaricdə baş verən hadisələrlə daha çox maraqlanılır. Düzdür, Azərbaycanın qonşu ölkələrində, o cümlədən Rusiyada baş verən hadisələrin istər-istəməz ölkəmizə müəyyən təsirləri olur. Bu təsirlər həm iqtidara, həm də müxalifətə olur. Müxalif camiə çalışır ki, xaricdə baş verən hadisələrdən yararlansın. Bunun üçün də müəyyən cəhdlər edir. Bunları təbii qəbul etmək lazımdır. Hesab edilir ki, Rusiyadakı demokratik hərəkat, mitinqlər güclənirsə, bu, Azərbaycana da təsir göstərməli, aksiyalar yenidən başlanmalıdır. Hakimiyyətə qarşı müəyyən hadisələr baş verən kimi müxalifət düşünür ki, bundan yararlanmaq lazımdır. Bu istəkdən dolayı xaricdə gedən proseslərə yaxından diqqət ayrılır”. “Yeni Müsavat”


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Bu gün, 18:00 |
|
|
|
| • Kolleclər ləğv edilir? - AKTUAL
Bu gün, 17:58 |
|
|
|
| • 95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu - AÇIQLAMA
Bu gün, 17:56 |
|
|
|
| • Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Bu gün, 17:45 |
|
|
|
| • "Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Bu gün, 17:43 |
|
|
|
| • Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Bu gün, 17:41 |
|
|
|
| • Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Bu gün, 17:38 |
|
|
|
| • Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Bu gün, 17:32 |
|
|
|
| • Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Bu gün, 17:26 |
|
|
|
| • Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Bu gün, 17:20 |
|
|
|
| • Onların da vergi yükü artır: - ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"
Bu gün, 17:08 |
|
|
|
| • Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Bu gün, 17:06 |
|
|
|
| • Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib – Səbəb dron hücumlarıdır?
Bu gün, 17:00 |
|
|
|
| • Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var - TƏFƏRRÜAT
Bu gün, 16:58 |
|
|
|
| • Tanınmış azərbaycanlı aktrisaya ağır itki
Bu gün, 16:56 |
|
|
|
| • “Yol əhvalatı”nın ssenaristi haradadır? – 90 yaşlı sənətkar məşhur müğənninin qayınbabasıdır
Bu gün, 16:54 |
|
|
|
| • Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Bu gün, 16:52 |
|
|
|
| • Paşinyan əlini daha da gücləndirir: - Rusiyaya qarşı gediş
Bu gün, 16:28 |
|
|
|
| • Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil - ÇÜNKİ...
Bu gün, 16:21 |
|
|
|
| • Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub - İLGİNC
Bu gün, 16:11 |
|
|
|
| • Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 16:08 |
|
|
|
| • Türkiyədə inflyasiya azalsa da, hələ də dünyada 6-cı sıradadır
Bu gün, 16:06 |
|
|
|
| • “Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” - deputat
Bu gün, 16:03 |
|
|
|
| • “Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” – tanınmış memar
Bu gün, 16:00 |
|
|
|
| • İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə - TƏFƏRRÜAT
Bu gün, 15:53 |
|
|
|
| • Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... - AXI NİYƏ?
Bu gün, 15:48 |
|
|
|
| • Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - FOTO
Bu gün, 15:33 |
|
|
|
| • Vado Korovinin yerinə bu şəxs təyin edildi - BUNDAN SONRA...
Bu gün, 15:29 |
|
|
|
| • AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Bu gün, 15:23 |
|
|
|
| • Sərkisyanın partiyasından Makrona cavab: - Nikola görə ikiüzlülük edir
Bu gün, 15:22 |
|
|
|
| • Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? - AKTUAL
Bu gün, 15:21 |
|
|
|
| • Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
Bu gün, 15:14 |
|
|
|
| • “Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir
Bu gün, 15:09 |
|
|
|
| • AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Bu gün, 15:06 |
|
|
|
| • Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Bu gün, 15:03 |
|
|
|
| • “Hacı Mail hal əhli olub” - Ziyad Səmədzadə dostluqdan DANIŞIR
Bu gün, 14:58 |
|
|
|
| • Tanınmış həkim vəzifəsindən azad olundu - FOTO
Bu gün, 14:55 |
|
|
|
| • TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub - ADLAR...
Bu gün, 14:48 |
|
|
|
| • Rusiya əsgərləri insan əti yeyir? - KİV
Bu gün, 14:35 |
|
|
|
| • “Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” - Etibar Məmmədov
Bu gün, 14:31 |
|
|
|
| • Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı
Bu gün, 14:30 |
|
|
|
| • Koçaryan və Tsarukyan seçilərsə... - Azərbaycanla müharibə olacaqmı?
Bu gün, 14:27 |
|
|
|
| • Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə 85 min manat ödəyəcək
Bu gün, 14:24 |
|
|
|
| • “PashaPay”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 14:19 |
|
|
|
| • Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: - Putin sığnağa çəkilib?
Bu gün, 14:15 |
|
|
|
| • Polkovnikin oğlunu qətlə yetirən şəxs: - "Dizinə zərbə vurdum, geri çəkilmədiyini görüb bıçaqladım"
Bu gün, 14:12 |
|
|
|
| • ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb - İran ordusu
Bu gün, 14:07 |
|
|
|
| • İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? - Sakinlər deyir ki...
Bu gün, 14:02 |
|
|
|
| • Kərim Abbasov GİLEYLƏNDİ: - “Dönər yeməyimə yüz minlərlə baxış gəlir, amma...”
Bu gün, 13:21 |
|
|
|
| • Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR - “EUObserver”
Bu gün, 13:19 |
|
|
|
|