Paşinyan Bakının tələbi ilə bu sənədi ləğv edəcək .....                     Ədliyyə Nazirliyi bu şirkətə 4 milyon manat ödəyəcək .....                     “Nəsiminin məzarını Azərbaycana gətirmək saxta türbə düzəltməkdir!” .....                     Tofiq Xanəliyevə cinayət işi açıldı .....                     “Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı .....                     Arabir güclənən şimal-qərb küləyi əsəcək .....                     "Baku TV"nin ilk dəfə internet televiziyası kimi yayıma başlamasından 6 il keçir .....                     Türkiyə nədən Krımın rus işğalında qalmasına razı ola bilməz? .....                     Mənəvi Dəyərlərin Təbliği Fondu rəsmi veb-portalın hazırlanmasına 8 min xərcləyəcək .....                     TƏBİB imtiyazlı şəxslərə 13 milyonluq dərman alır: Ünvanına çatacaqmı? .....                     “Gömrük Komitəsi, AQTA kimi qurumlar ləğv olunmalıdır” .....                     Yalnız Təhsil Nazirliyinin tenderlərini udan şirkət: Keçmiş müşavirlə 57 milyonluq “sirr” .....                     Moskvadakı azərbaycanlıların nəzərinə! .....                     Qonşu ölkədə “hazır ol” əmri verildi .....                     Məktəbli qızlarla cinsi əlaqədə olan azərbaycanlı saxlanıldı .....                     Azərbaycanın dostlarına hücum: Qusman xərcləndi, Markov “xarici agent” oldu .....                     Həbsdə olan Dürdanə Əliyeva qərardan şikayətçidir .....                     Aqrar Xidmətlər Agentliyinə direktor təyin edildi .....                     "Selnet" internet provideri "Servis Haqqı" tətbiq etdi .....                     Müəllimlikdə tələb-təklif pozulub: az yer, çox məzun, bitməyən şiklayətlər... .....                     “Gəncə KOB evi”nin tikinti işlərinin davamına 2.5 milyon manat ayrıldı .....                     Dövlət qurumunun təmir tenderi niyə ləğv edildi? .....                     Mənzilini məcburi köçkün zəbt etdiyinə görə I qrup əlil 30 il zavodun anbarında yaşayıb... .....                     "Məni öz xahişimlə işdən azad etmək istəyirlər" .....                     5 aylıq kursla “TİBB BACISI” olmaq: İnsanların həyatı ilə belə OYNAYIRLAR .....                     Paşinyan ötən şənbə xanımı ilə kimin toyunda oldu?.. .....                     Nənəsinin evində əxlaqsızlıq yuvaları təşkil edən qadınla bağlı .....                     Ermənistanda hərbçi güllələnib .....                     "Pitstop"a üz tutanda `STOP` desəniz, yaxşıdır... .....                     102-ci rus hərbi bazası üçün geri sayım başladı .....                     “PAŞA Bank”ın rəhbərliyinə təyinat olub .....                     “Changan Azərbaycan”dan şikayət VAR .....                     "Orbita" MTK-nın bitib-tükənməyən hazırlığı .....                     Agent çıxan dostumuz... .....                     Rusiya Türk Birliyini özünə təhdid kimi görür? .....                     Burda hansı qanunlar işləyir?.. .....                     `Azercell` hər kəsi BOĞAZA YIĞIB... .....                     Kreml başçısı Vaşinqtonda sülh sənədinə imza atan liderlərlə bir masa arxasında əyləşəcəkmi? .....                     DİN araşdırma başlatdı .....                     Tramp Pekinə səfər edəcək: .....                 

“Dəfələrlə ona demişəm ki, dayan, etmə” - deputat
Tarix: 1-08-2019, 09:00 | Çap et
“Dəfələrlə ona demişəm ki, dayan, etmə”
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafanın görkəmli dövlət xadimi Şah İsmayıl Xətainin adına olan medalın ləğv edilməsi barədə çağırışından sonra yaranan qalmaqal səngimək bilmir. BAXCP sədrinin müavini Niyaməddin Orduxanlının onun müdafiəsinə qalxmasından və Moskva Azərbaycan İcmasının rəhbəri Şamil Tağıyevin deputatı sərt tənqid etməsindən sonra gərginlik daha da artıb.

Həmkarlarının F.Mustafanın fikirləri ilə bağlı mövqelərini öyrəndik.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Yeni Müsavat”a kifayət qədər sərt danışdı: “Bir neçə il öncə Fazil bəyə bu barədə çox sərt cavab vermişəm. Tarixi faktlarla əsaslandırmışam ki, Şah İsmayıl Xətainin üzərinə bu şəkildə getmək Azərbaycan tarixini, özü də şərəfli tarixini təhqir etmək deməkdir. Belə mövqe Fazil bəy tərəfindən doğru deyil. O, təbii ki, ziyalıdır, yüksək intellekti var, məlumatlıdır. Amma tarixçi deyil. Onda tarixi təfəkkür yoxdur. Şah İsmayıl Xətaini Bütöv Azərbaycanın banisi kimi dəyərləndirmək və ona hörmət etmək lazımdır. Məncə, Fazil Mustafanın Xətaiyə münasibəti təriqətçilikdən irəli gəlir. Bəlli olduğu kimi, Fazil bəy bildiyim qədəri ilə kökü şiə olmasına baxmayaraq, Türkiyəyə gedib-gəldikdən sonra sünniliyi qəbul edib. Görünən odur ki, təriqətdən irəli gələn təriqət təəssübkeşliyidir ki, Fazil bəy hər zaman Şah İsmayıl Xətainin üzərinə gedir. Xətai Bütöv Azərbaycan dövlətinin banisidir. Müəyyən zamanda o, hakimiyyətdə olduğu illərdə Azərbaycan dilini dövlət dili elan edib. Diplomatik yazışmalarda rəsmi dil kimi dilimizdən istifadə olunub. Bu həmin dövr üçün çox ciddi bir hadisə kimi dəyərləndirilməlidir. Onunla bağlı Oqtay Əfəndiyevin, dəyərli həmkarımız, akademik Yaqub Mahmudovun ciddi araşdırmaları var. Bunu oxumaq lazımdır. Fazil bəy əgər tarixi öyrənmək istəyirsə, həmin tədqiqatlara müraciət edib, faktları öyrənə bilər. Bu, siyasət, konyunktura deyil, tarixdir. Faktiki olaraq Fazil Mustafa Şah İsmayılın üzərinə getməklə, Azərbaycan tarixinə böhtan atmaqla kifayətlənmir, onu təhqir edir. Bu yaramaz. Dəfələrlə ona demişəm ki, dayan, etmə.

Sən Xətainin Azərbaycan tarixinə, xalqına vermiş olduğu töhfələrin milyonda birini həyatın boyu bundan sonra yaşasan da, verə bilməzsən. Çox təəssüf edirəm ki, Niyaməddin Orduxanlı da ona qoşulub. Moskvadakı soydaşımızı tanımıram. Onun da yazısını oxudum. O, Şah İsmayıl Xətai haqqında xoş fikirlər söyləyirsə, nəyə görə onu İranla bağlamaq lazımdır? İranın bura nə dəxli var? Bu, Azərbaycanın tarixidir. Ölkəmizin ərazisinin böyük hissəsi İranın tərkibindədirsə, burada Xətainin nə günahı var ki? Nə üçün onu və yaratdığı dövləti İrana bağlamaq lazımdır? İrandakı etnosların da tərkibində olduğu böyük dövləti yaradan Şah İsmayıldan sonra Nadir Şah bu dövlətin sərhədlərini genişləndirdi. XX əsrin 20-ci illərinin əvvəllərinə qədər həmin İran ərazisində dövləti idarə edən türklər olublar. Sonradan böyük güclər türk dövlətlərinin bağlılığını qırmaq üçün İran dövlətini yaratdılar. Hazırda orada soydaşlarımızın hər addımbaşı hüquqları pozulmaqdadır. Bu dövlətlə Şah İsmayılı eyniləşdirməyin özü nadanlıqdır, savadsızlıqdır, tarixdən bixəbər olmaqdan irəli gəlir. Gedin tarixi öyrənin, lütfən”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin də mövqeyi birmənalıdır: “Bu məsələni qətiyyətlə pisləyirəm. Nəinki Şah İsmayılın, keçmişə gedib bir sərkərdənin üzərinə getməklə onu urvatdan salmaq cəhdləri yolverilməzdir. Xətai böyük bir Bütöv Azərbaycan qurmuş dövlət xadimidir, şairdir. İlk dəfə olaraq türk dünyasında türk imperiyaları arasında sarayda dili türk dili edən birisidir. Dünyada Azərbaycanı tanıdan bir imperiyanın qurucusudur. Ona qarşı hər tərəfdən hücumların edilməsi həm mənasızdır, həm də əhəmiyyətsizdir. Biz tariximizdən qürur duymaq, dərs götürmək əvəzinə bu cür davranmalı deyilik. Bu gün bizim üzərimizə çox ciddi vəzifələr düşür. 480 min kvadrat kilometrlik Azərbaycandan 60 min kvadrat kilometri əlimizdə saxlayıb 3 milyon erməninin işğalı altında olan torpaqlarımızı qaytara bilmiriksə, bunun haqqında danışmalıyıq. İndi biz Xətai haqqında fikir söyləyirik. Türkiyədə səfəvilər dövrünü, həmin dövləti qəbul etməyən bir çete var idi. Cəhd edirdilər ki, bu Azərbaycan dövlətini gözdən salsınlar. Hətta türk imperiyaları sırasına səfəviləri salmırdılar. Bununla bağlı rəhmətlik Nihat Çətinqaya hətta məhkəməyə müraciət etmişdi. O, ”Qızılbaşlar" əsərində də bu məsələyə toxunmuşdu. Həsən Həsənovun Şah İsmayıl haqqında əsərini oxumuşam. Ramiz Mehdiyevin bu haqda maraqlı bir təhlili var idi. Dilavər Əzimli və başqalarının da bu haqda münasibətləri mövcuddur. Görürəm ki, qərəzli şəkildə heç bir əsas olmadan qürur mənbəyimiz olan yerlərə hücum edilir. Bu təkcə Şah İsmayıl Xətaiyə aid deyil. O, dünyasını dəyişmiş bir adamdır, bizim tariximizdir. Millət öz tarixi, yaratdıqları və qələbələri ilə tanınır. Böyük dövlət qurmuş bu kişini başımız üzərində saxlamalıyıq. Onun adına nəinki medal, başqa mükafatlar da olmalıdır. Belə məsələləri bir daha bəyan edirəm ki, sərt şəkildə qınayıram.

Gələcəyə baxmalıyıq. Üzərimizə düşən problemlərin həlli yollarını axtarmalıyıq. Şah İsmayılın üzərinə gedənlər Dağlıq Qarabağın geri alınması istiqamətində təkliflərlə çıxış etməli, cəmiyyəti səfərbər etməlidirlər. Bu cür davranışların doğru olmadığı göz önündədir. Biz öz qəhrəmanlarımıza, dövlət qurucularımıza sahib çıxmadıqca, iş o yerə çatır ki, Çinin Şan dağında 300 türk piramidasının üzərinə torpaq töküb meşələr salıblar. Orada Oğuz Xaqanın heykəli var. Bir türk tarixi orada yatır. Mumiyalar da var. Hələ birinci mərtəbəyə düşməyə imkan vermirlər. Dünyanın ən hündür piramidaları olan türk piramidaları o dağlarda yatır. Çin sərhədindən tutmuş Macarıstanın sonuna qədər bir türk imperiyası qurmuş türklər haqqında beləmi danışmaq olar? Şah İsmayıl Xətai türk tarixini, ənənəsini, İslam-türk davranışlarını ortaya qoyub. Yanlışmı edib? Avropa İttifaqını xristian ənənələri ilə qurublar. Amma Şah İsmayıl türk fəlsəfəsi və İslam ənənələri ilə dövləti qurdu. İndi biz bu ideologiyanı müdafiə etməyək? Gözüqırpıq çinlilər qeyd etdiyim kimi, görün nələr edirlər. Tariximizi məhv etməməliyik. Tarix bizi elə günə qoyar ki, biz tarixə çevriləndə qəbirlərimizi nəinki axtarmazlar, axtararlar ki, dağıtsınlar. Bunları nəzərə almaq lazımdır".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan Bakının tələbi ilə bu sənədi ləğv edəcək - Matevosyan
Bu gün, 13:15
Ədliyyə Nazirliyi bu şirkətə 4 milyon manat ödəyəcək - DETALLAR
Bu gün, 13:02
“Nəsiminin məzarını Azərbaycana gətirmək saxta türbə düzəltməkdir!” - ETİRAZ
Bu gün, 12:48
Tofiq Xanəliyevə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 12:44
“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri
Bu gün, 12:22
Arabir güclənən şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:14
"Baku TV"nin ilk dəfə internet televiziyası kimi yayıma başlamasından 6 il keçir - VİDEO
Bu gün, 12:12
Türkiyə nədən Krımın rus işğalında qalmasına razı ola bilməz? - İNCƏLƏMƏ
Bu gün, 12:09
Mənəvi Dəyərlərin Təbliği Fondu rəsmi veb-portalın hazırlanmasına 8 min xərcləyəcək
Bu gün, 12:04
TƏBİB imtiyazlı şəxslərə 13 milyonluq dərman alır: Ünvanına çatacaqmı? - DETALLAR
Bu gün, 12:01
“Gömrük Komitəsi, AQTA kimi qurumlar ləğv olunmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:00
Yalnız Təhsil Nazirliyinin tenderlərini udan şirkət: Keçmiş müşavirlə 57 milyonluq “sirr” - ARAŞDIRMA
Bu gün, 11:57
Moskvadakı azərbaycanlıların nəzərinə! - miqrantların hər addımı izlənəcək
Bu gün, 11:53
Qonşu ölkədə “hazır ol” əmri verildi – Hədəf dəyişdi
Bu gün, 11:47
Məktəbli qızlarla cinsi əlaqədə olan azərbaycanlı saxlanıldı
Bu gün, 11:33
Azərbaycanın dostlarına hücum: Qusman xərcləndi, Markov “xarici agent” oldu - növbədə kimdir?
Bu gün, 11:28
Həbsdə olan Dürdanə Əliyeva qərardan şikayətçidir
Bu gün, 11:11
Aqrar Xidmətlər Agentliyinə direktor təyin edildi - ƏMR
Bu gün, 10:59
"Selnet" internet provideri "Servis Haqqı" tətbiq etdi
Bu gün, 10:54
Müəllimlikdə tələb-təklif pozulub: az yer, çox məzun, bitməyən şiklayətlər... - ARAŞDIRMA
Bu gün, 10:52
“Gəncə KOB evi”nin tikinti işlərinin davamına 2.5 milyon manat ayrıldı
Bu gün, 10:38
Dövlət qurumunun təmir tenderi niyə ləğv edildi? - TƏFƏRRÜAT
Bu gün, 10:34
Mənzilini məcburi köçkün zəbt etdiyinə görə I qrup əlil 30 il zavodun anbarında yaşayıb... - məhkəmə qərarları niyə icra olunmur?
Bu gün, 10:20
"Məni öz xahişimlə işdən azad etmək istəyirlər" - ETİRAZ VAR...
Bu gün, 10:14
5 aylıq kursla “TİBB BACISI” olmaq: İnsanların həyatı ilə belə OYNAYIRLAR - BU FAKTDIR...
Bu gün, 10:09
Paşinyan ötən şənbə xanımı ilə kimin toyunda oldu?.. - “Hraparak”
Bu gün, 09:58
Nənəsinin evində əxlaqsızlıq yuvaları təşkil edən qadınla bağlı QƏRAR
Bu gün, 09:56
Ermənistanda hərbçi güllələnib - TƏFƏRRÜAT
Bu gün, 09:49
"Pitstop"a üz tutanda `STOP` desəniz, yaxşıdır... - GİLEY
Bu gün, 09:48
102-ci rus hərbi bazası üçün geri sayım başladı - GƏLİŞMƏ
Bu gün, 09:41
“PAŞA Bank”ın rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 09:40
“Changan Azərbaycan”dan şikayət VAR - 5 aydır detalları gətirib çıxara bilmir
Bu gün, 09:37
"Orbita" MTK-nın bitib-tükənməyən hazırlığı - 8 aydır vəd edilən vaxt bitmir
Bu gün, 09:27
Agent çıxan dostumuz... - ölkəsini TƏRK EDİR?
Bu gün, 09:25
Rusiya Türk Birliyini özünə təhdid kimi görür? - AKTUAL
Bu gün, 09:21
Burda hansı qanunlar işləyir?.. - BİLƏN YOXDUR!
Bu gün, 09:14
`Azercell` hər kəsi BOĞAZA YIĞIB... - "Min hoqqadan çıxırlar..."
Bu gün, 08:57
Kreml başçısı Vaşinqtonda sülh sənədinə imza atan liderlərlə bir masa arxasında əyləşəcəkmi? - gözlənti
Bu gün, 08:47
DİN araşdırma başlatdı
Bu gün, 08:41
Tramp Pekinə səfər edəcək: - İstəsəm Çini məhv edərəm
Bu gün, 07:32
“2012-ci ildə məhkəmə öz evimdə yaşamağım üçün qərar qəbul etdi, amma icra olunmadı” - GİLEY
Bu gün, 07:30
Gəncədə TAM DƏRƏBƏYLİKDİR - qanuni torpağını belə sata bilərlər...
Bu gün, 07:29
Naxçıvanda müalicədə olan qaziyə Bakıda “sosial məhkəmə” qurulub - BU NƏDİ BELƏ?
Bu gün, 07:25
Sabunçuda başçını gör, nə istəyirsən elə... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:12
“Sədərək”də 1 sutkalıq yanğında sahibkarlara milyonlarla ziyan dəyib - “Sığorta şirkəti bundan əvvəl pulumuzu vermədi deyə...”
Bu gün, 07:10
" "Flamingo" Rusiya hərbi-sənaye kompleksinin 90%-ni zərbə altında qoyacaq..." - GƏLİŞMƏ
Bu gün, 07:07
Amerika ordusu Ukrayna ordusundan geri qalır - İDDİA
Bu gün, 07:01
Doğrudanmı, Rusiya ilə barışırıq?! - Görünəni odur ki...
Bu gün, 06:56
İcra başçısının müavini özünü niyə reklam edir? - Yeni vəzifəyə hazırlaşır
Bu gün, 06:46
Plastik cəlladlar şəbəkəsi kimə güvənir? - İTTİHAM VAR...
Bu gün, 06:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru