Qarabağda göründü, üç ölkəyə göndərildi .....                     SOCAR-ın sabiq maliyyə direktoru rus-hind neftayırma şirkətinə rəhbər təyin olunub .....                     “Tramp dəhlizi” üçün təhlükə .....                     Azərbaycanda bu şirkətə baş direktor seçiləcək .....                     Valideyn övladını məktəbə yola salmaq üçün .....                     “Rusiya anladı və geri addım atır, çünki artıq coğrafiyanın ağası deyil, bir daha da olmayacaq” .....                     Pulyeyən məmurun DASTANI... .....                     Qobu bələdiyyəsinin “mələkləri” kimdir? .....                     İran, Əməvilərin yolunu gedir .....                     Naxçıvan "canişinliyinin" siyasi reallığı .....                     Varlı və yaşlı ermənilər Azərbaycanla sülh istəyir .....                     “Layihə İstehsal Texnologiya Elektronika Xidmət” MMC vergi borcu üzə çıxdı .....                     Rusiyaya qarşı "ikinci cəbhə" aç dedilər, təhqir etdilər .....                     Paşinyanın hiyləgər planı: Təxribata əl atacaq? .....                     Deputatın borc içində üzən şirkəti TENDER UDUR .....                     “Rusiyadan hər cür təxribat gözləmək olar” .....                     Azərbaycan qanunları Zakir Quliyevin umrunda da deyil... .....                     Bakı və İrəvan 2026-cı ildə Sülh Müqaviləsi imzalaya bilər .....                     Doğrudanmı, ABŞ-la yaxınlaşma Azərbaycanda daxili siyasətə köklü təsir edəcək?! .....                     Rusiya XİN-i artıq çoxdan səyyar sirkə çevrilib .....                     Evini qızdırmaq üçün ağacları kəsdi, əvəzində özünə 5 il cəza kəsildi .....                     Şəkidə abadlıq işləri də BAMƏZƏDİR .....                     "Babamın sarayını ermənilər otel kimi istifadə ediblər" .....                     Zəngəzur dəhlizi hamının işinə yarayır... .....                     Ruslar Səfərov qardaşlarını öldürüb, cinsiyyət orqanlarını kəsiblər .....                     İrəvandan mühüm gediş: 5 ölkədən cavab gözlənilir .....                     Ermənistan məhkəməsi Serj Sarkisyanın cinayət işinin bağlanması ilə bağlı müraciətini rədd edib .....                     İŞİD terror təşkilatının qurbanıyam .....                     Narkoloji Mərkəzin həbs edilən direktorunun məhkəməsinə şahidlər məcburi gətiriləcək .....                     Azərbaycan AŞPA-ya ancaq bu halda qayıda bilər .....                     ƏÜO-nun hərbi qulluqçuları Türkiyədə keçirilən komando kursunda iştirak edirlər .....                     DİQQƏT: Təhlükəli məhsullar “Saf Ət" MMC-yə məxsusdur... .....                     İranla bağlı dəhşətli ssenari masada: 3 ölkə birləşir .....                     ABŞ hərbi qüvvələri Ermənistanı tərk etdilər .....                     Azərbaycanda iri zavodun direktoru dəyişib .....                     Laçının Zəfər salnaməsi: tariximizin şanlı səhifəsi .....                     Rəqsanənin azadlığa çıxma haqqı açıqlandı: 1 milyon 150 min manat ... .....                     Deputatın azərbaycanlı köməkçisinin "prava"sı əlindən alındı .....                     Gəncə “Asan Xidmət”də dözülməz vəziyyət .....                     Dövlət Agentliyi xarici şirkətlərlə 3 milyon manatlıq .....                 

“Final oyunu ərəfəsində Azərbaycana ləkə atmaq istəyən qüvvələr var, şou düzəldirlər” - deputat
Tarix: 23-05-2019, 08:40 | Çap et
“Final oyunu ərəfəsində Azərbaycana ləkə atmaq istəyən qüvvələr var, şou düzəldirlər”
“Ümumiyyətlə, nə Fəvvarələr meydanı, nə İstiqlal abidəsinin ətrafı, bütövlükdə şəhərin mərkəzinin bağlanmasından, vətəndaşların sərbəst hərəkətinin məhdudlaşdırılmasından söhbət gedə bilməz. Biz bir daha bildiririk ki, bu haqda heç bir qərar yoxdur. Axı necə ola bilər ki, Bakı sakini öz ailəsi ilə gəzməyə çıxır, sən onu ”Torqovı"ya girməyə qoymayasan? Sadəcə, bu məlumatlar sosial şəbəkələrin təxribatıdır, inanmayın".

Bu sözləri “Yeni Müsavat”a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov mayın 25-dən 31-dək Bakının “Torqovı” adlanan mərkəzi meydanının, yəni Nizami küçəsinin Avroliqa finalı ilə əlaqədar vətəndaşların üzünə bağlanacağı barədə yayılan məlumatlara münasibət bildirərkən dedi.

BŞİH sözçüsü qeyd etdi ki, mayın 28-i və 29-u günlərində bayram əhval-ruhiyyəsi olacaq: “Həm Respublika Günü, həm idman yarışı ilə əlaqədar şəhərdə fərqli bayram ovqatı yaşanacaq. Hətta şəhərə gələcək ingilis qonaqlara onların nağıl qəhrəmanları Şerlok Holms və s. barədə maraqlı sərgilər nümayiş etdiriləcək, parklarda, meydanlarda bayram tədbirləri keçiriləcək. Biz respublikamızın qonaqpərvərliyini, ölkəmizdəki əmin-amanlığını turistlərə göstərməliyik. Qoy gəlsinlər, ölkəmizi görsünlər. Bakıda ilk dəfə yarışlar keçirilmir, hər zaman mötəbər tədbirlər paytaxtımızda yüksək səviyyədə təşkil olunub.

Eyni zamanda kim özünü Azərbaycan vətəndaşı hesab edirsə, o da gələn xaricilərə qonaqpərvərliyimizi nümayiş etdirməlidir. Ona görə də heç bir qadağa, şəhərin mərkəzinin bağlanması söhbəti ola bilməz".

Deputat Aqil Abbas da bildirdi ki, bu, insanları əsəbiləşdirmək üçün ortaya atılıb: “Daxili İşlər Nazirliyi təkzib edib ki, belə söhbət yoxdur. Bunu haradan çıxarıblar? Necə mərkəzə getmək olmaz? Hasar çəkəcəklər, qapı qoyacaqlar, yoxsa pasportlarını yoxlayıb buraxacaqlar? Bir hoqqa atırlar ortaya, şou düzəldirlər”.

Deputatın sözlərinə görə, final oyunu ərəfəsində Azərbaycana ləkə atmaq istəyən qüvvələr var: “Mxitaryana kim qadağa qoymuşdu? Özündən bir şou düzəltdi. Məqsəd Azərbaycana təzyiq etməkdir. Bu, ingilis həyasızlığıdır. Azərbaycan tolerant ölkə kimi tanınır. Bundan əvvəl də İslam oyunları, Avropa Oyunları, ”Eurovision" ərəfəsində ölkəmizə qarşı qarayaxma kampaniyaları aparılıb".

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov qeyd edib ki, bu barədə hər hansı açıqlama yaymayıblar: “Biz belə bir məzmunda açıqlama yaymamışıq, bunu bizdən niyə soruşursunuz ki? Nə məhdudiyyət? Belə məlumat yaymamışıq”.

Jurnalist Eynulla Fətullayev də müəllif yazısında məsələyə toxunub və qeyd edib ki, hansı özünə hörmət edən hakimiyyət belə addım atar: “Bu cür boş yalana diqqət yetirməyə dəyərdimi? Ələlxüsus da prezident vəzifəsini tutmağa iddialı olan siyasətçiyə?! Lakin yeni xalq başçısı obrazında İlqar Məmmədov dərhal hakimiyyətin qərarını pisləyir və qəzəblə UEFA-ya hücuma keçir. Sən demə, özünün daha çox futbolu xatırladan REAL adlı marginal təşkilatı ilə İlqar Məmmədov yalan xəbərin yayılmasına bir gün qalmış Birinci respublikanın qurucularının memorialına doğru narazıların yürüşünün təşkili barədə tarixi qərar qəbul edibmiş. Tarixlər belə düşüb ki, oyuna bir gün qalmış Birinci respublikanın elan olunmasının 101 ili tamam olacaq. Və budur, Bakı Realı öz oyununu oynamaq qərarına gəlib. Sanki hakimiyyət bir ovuc marginalın yürüşündən ehtiyat edərək, mərkəzi prospekti bağlamaq qərarı verib”.

E.Fətullayev ardınca yazır: “İlqar Məmmədov nə edir?! O da Mxitaryan və onun tərəfdarları kimi bütün Bakının və Azərbaycanın bayramını pozmağa, Kiçik Qafqaz ölkəsi üçün bu cür əhəmiyyətli hadisəni korlamağa cəhd edir və öz hakimiyyətini əsassız günahlandırır.

Halbuki hakimiyyət siyasəti idmana qatmırsa da, Avropa Oyunları və digər nüfuzlu beynəlxalq hadisələr ərəfəsində müxalifət ən kiçik imkandan və hətta səhvdən yararlanmağa çalışır ki, təki aranı qarışdırsın və murdarlıq etsin”.

Xatırladaq ki, final oyununa tamaşa etmək üçün xarici dövlətlərdən paytaxta gələcək çoxsaylı qonaqların, azarkeşlərin və rəsmi şəxslərin nəqliyyat vasitələrinin sərbəst hərəkətinin təşkil olunması üçün Baş Dövlət Yol Polisi İdarəsi əlaqəli qurumlarla birlikdə zəruri tədbirlər həyata keçirir.

Bu barədə qurumun mətbuat xidmətindən bildirilib. Nəqliyyatın sıxlığının azaldılması, habelə avtomobillərin və piyadaların şəhər daxilində rahat, fasiləsiz hərəkətinin təşkili məqsədilə respublikanın digər şəhər və rayonlarından paytaxta gəlmək istəyən vətəndaşlarımıza mayın 27-dən 30-dək olan müddətdə ictimai nəqliyyat vasitələrindən, marşrut avtobuslardan istifadə etməyi tövsiyə edirik.

Sumqayıt sakinləri isə avtobuslarla yanaşı, Bakı-Sumqayıt marşrutu üzrə fəaliyyət göstərən sürətli elektrik qatarlarından istifadə edə bilərlər. Şəhərin giriş hissələrində lazımi şəraitlə təchiz olunmuş və mühafizə olunan ödənişsiz duracaqlar fəaliyyət göstərir. Bundan əlavə, final oyunu ilə əlaqədar azarkeşlərin bir çoxunun Gürcüstana səfər edərək oradan Bakıya gəlməsi ehtimalının böyük olduğunu nəzərə alaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) Tiflisdən Bakıya və əks istiqamətdə gedən müntəzəm marşrut xətləri üzrə avtobusların artırılmasına dair müvafiq daşıyıcılara tapşırıq verib.

Məlumata görə, həmin azarkeşlərə yüksək səviyyədə xidmət göstərilməsi məqsədilə 27-31 may tarixlərində mövcud Bakı-Tiflis-Bakı marşrut xəttinə əlavə avtobuslar buraxılacaq.

27-31 may tarixlərində regionlarımızdan Bakıya gələcək və ölkənin turistik məkanlarına istirahət üçün üz tutacaq azarkeşlərin Quba, Qusar, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Zaqatala, Qax şəhərlərinə rahat gediş-gəlişi üçün ümumilikdə əlavə olaraq 100 avtobus xəttə buraxılacaq. Mayın 29-da keçiriləcək “Arsenal” - “Çelsi” finalı saat 23:00-da baş tutacaq.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qarabağda göründü, üç ölkəyə göndərildi – Dünya bundan danışır
Bu gün, 09:23
SOCAR-ın sabiq maliyyə direktoru rus-hind neftayırma şirkətinə rəhbər təyin olunub - BUNDAN SONRA...
Bu gün, 08:58
“Tramp dəhlizi” üçün təhlükə - NƏ BAŞ VERİR?
Bu gün, 08:55
Azərbaycanda bu şirkətə baş direktor seçiləcək - TOPLANTI
Bu gün, 08:45
Valideyn övladını məktəbə yola salmaq üçün minimum 200–230 manat xərcləməlidir
Bu gün, 08:39
“Rusiya anladı və geri addım atır, çünki artıq coğrafiyanın ağası deyil, bir daha da olmayacaq” - GƏLİŞMƏ
Bu gün, 08:25
Pulyeyən məmurun DASTANI... - İTTİHAM VAR...
Bu gün, 08:15
Qobu bələdiyyəsinin “mələkləri” kimdir? - İLGİNC İDDİALAR
Bu gün, 08:05
İran, Əməvilərin yolunu gedir - FAKT BUDUR...
Bu gün, 07:56
Naxçıvan "canişinliyinin" siyasi reallığı - Axsaq atın kor da nalbəndi olar...
Bu gün, 07:54
Varlı və yaşlı ermənilər Azərbaycanla sülh istəyir - AKTUAL
Bu gün, 07:10
“Layihə İstehsal Texnologiya Elektronika Xidmət” MMC vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:08
Rusiyaya qarşı "ikinci cəbhə" aç dedilər, təhqir etdilər - Kaladze
Bu gün, 07:07
Paşinyanın hiyləgər planı: Təxribata əl atacaq? - GƏLİŞMƏ
Bu gün, 07:05
Deputatın borc içində üzən şirkəti TENDER UDUR - AXI NİYƏ?..
Bu gün, 07:01
“Rusiyadan hər cür təxribat gözləmək olar” - Qulamhüseyn Əlibəyli
Bu gün, 06:58
Azərbaycan qanunları Zakir Quliyevin umrunda da deyil... - BU DA FAKT...
Bu gün, 06:56
Bakı və İrəvan 2026-cı ildə Sülh Müqaviləsi imzalaya bilər - “Foreign Policy”
Bu gün, 06:48
Doğrudanmı, ABŞ-la yaxınlaşma Azərbaycanda daxili siyasətə köklü təsir edəcək?! - İNCƏLƏMƏ
Bu gün, 06:46
Rusiya XİN-i artıq çoxdan səyyar sirkə çevrilib - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:44
Evini qızdırmaq üçün ağacları kəsdi, əvəzində özünə 5 il cəza kəsildi - TƏFƏRRÜAT
Bu gün, 06:42
Şəkidə abadlıq işləri də BAMƏZƏDİR - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:40
"Babamın sarayını ermənilər otel kimi istifadə ediblər"
Bu gün, 06:31
Zəngəzur dəhlizi hamının işinə yarayır... - ÇÜNKİ...
Bu gün, 06:28
Ruslar Səfərov qardaşlarını öldürüb, cinsiyyət orqanlarını kəsiblər – vəhşi və əxlaqsız mesaj
Bu gün, 06:22
İrəvandan mühüm gediş: 5 ölkədən cavab gözlənilir – Azərbaycan da var
Bu gün, 06:19
Ermənistan məhkəməsi Serj Sarkisyanın cinayət işinin bağlanması ilə bağlı müraciətini rədd edib
Dünən, 18:03
İŞİD terror təşkilatının qurbanıyam - Suriya Prezidenti
Dünən, 17:55
Narkoloji Mərkəzin həbs edilən direktorunun məhkəməsinə şahidlər məcburi gətiriləcək - TƏFƏRRÜAT
Dünən, 17:54
Azərbaycan AŞPA-ya ancaq bu halda qayıda bilər - Şərtlər MƏLUM OLDU
Dünən, 17:52
ƏÜO-nun hərbi qulluqçuları Türkiyədə keçirilən komando kursunda iştirak edirlər
Dünən, 17:23
DİQQƏT: Təhlükəli məhsullar “Saf Ət" MMC-yə məxsusdur... - İTTİHAM VAR...
Dünən, 17:18
İranla bağlı dəhşətli ssenari masada: 3 ölkə birləşir – Kritik proses başladı
Dünən, 17:12
ABŞ hərbi qüvvələri Ermənistanı tərk etdilər
Dünən, 17:07
Azərbaycanda iri zavodun direktoru dəyişib - BUNDAN SONRA...
Dünən, 17:01
Laçının Zəfər salnaməsi: tariximizin şanlı səhifəsi - MƏQALƏ
Dünən, 16:58
Rəqsanənin azadlığa çıxma haqqı açıqlandı: 1 milyon 150 min manat ... - TƏFƏRRÜAT
Dünən, 16:49
Deputatın azərbaycanlı köməkçisinin "prava"sı əlindən alındı
Dünən, 16:44
Gəncə “Asan Xidmət”də dözülməz vəziyyət - GİLEY
Dünən, 16:31
Dövlət Agentliyi xarici şirkətlərlə 3 milyon manatlıq - MÜQAVİLƏLƏR BAĞLADI
Dünən, 16:27
Tramp maraqlarını Ukrayna və Rusiya vasitəsilə həyata keçirir - Cəlaloğlu
Dünən, 16:18
TƏBİB-in tabeli tibb müəssisələrinə yeri rəhbər şəxslər təyin olunub - ƏMR
Dünən, 16:07
AHİK-in vədini gözləyən işçi ağır vəziyyətdə - Sahib Məmmədova müraciət etdi
Dünən, 16:05
Bölgələrdə ət bahalaşıb: “Bakıda da qiymətlər arta bilər” - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 15:39
İş başında infarkt keçirən komandirin vəzifəsi ona tapşırıldı - FOTO
Dünən, 15:29
“Piyadaların cərimələnməsi bərpa olunsun” - Tahir Kərimli
Dünən, 15:22
İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - NARAZILIQ VAR...
Dünən, 15:12
"Avrasiya üçbucağı"nın bir çox bucağı var - İNCƏLƏMƏ
Dünən, 15:08
Sərkisyan Azərbaycanla sərhəddə - FOTO
Dünən, 14:57
“KOB evi”ni əvvəl tikib sonra müqavilə bağlayıblar? – 2,5 milyon xərclənəcək
Dünən, 14:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru