Rusiya əsgərləri insan əti yeyir? .....                     “Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” .....                     Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı .....                     Koçaryan və Tsarukyan seçilərsə... .....                     Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə .....                     “PashaPay”da yeni təyinat .....                     Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: .....                     Polkovnikin oğlunu qətlə yetirən şəxs: .....                     ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb .....                     İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? .....                     Kərim Abbasov GİLEYLƏNDİ: .....                     Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR .....                     Nazir Penitensiar xidmət rəhbəri ilə YOLLARINI AYIRIR... .....                     Zəhər dolu, partlamağa hazır "saatlı bombalar" .....                     Azərbaycan və Ermənistan arasında razılaşma Avropada sülh tarixidir .....                     Ermənistanda 7 İYUN xofu .....                     Azərbaycanlı tursitlərin getdikləri bütün ölkələrdə öz evləri var .....                     Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultay keçiriləcək .....                     ABŞ Dövlət Departamenti Pekinin Tayvanla bağlı açıqlamalarına reaksiya vermir .....                     Paşinyan 2028-ci ildə Bakıya səfər edəcəyinə ümid edir .....                     Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək .....                     Bakıda klinikadan 5000 manat oğurlamaqda şübhəli bilinən kassir saxlanılıb .....                     EYNİ müəssisə ətrafında YENİ suallar: Niyə baxan yoxdur? .....                     Kaya Kallas Azərbaycana səfər edəcək .....                     Səsləndirdiyi şeirlərdən qəribə səslər gələn aktyor və qiraətçimiz .....                     Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı qərar verəcək .....                     "Vurulan pilot" .....                     BVF-yə ən çox borcu olan ölkələr .....                     Küçədə baxmaq üstündə tanımadığı şəxsi bıçaqladı, 3 il cəza aldı .....                     Azərbaycanı İrəvanda o təmsil edəcək .....                     Okampo çirkli təbliğat kampaniyasının fəal iştirakçısı idi .....                     Azərbaycanda hamı qaza görə növbədədir .....                     Bağlandığı iddia olunan verilişin yayımı bərpa edildi .....                     Bakı Slavyan Universitetində binalarının təmirinə .....                     Xaricdə qanunsuz silahlı birləşməyə qoşulmaqda təqsirləndirilən şəxsə hökm oxunub .....                     Bakıda klassik musiqi konserti .....                     Kiyev Türkiyəyə görə Afinaya “yox” dedi: .....                     "Niyə insanların şikayətlərinə baxmırsınız?!" .....                     Türkiyənin vitse-prezidenti İrəvandadır .....                     Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edəcək .....                 

“Hakimiyyəti qəbul edən mühacirlərin cinayət işinə xitam verilməlidir ki, vətənə dönə bilsinlər” - deputat
Tarix: 22-05-2019, 08:29 | Çap et
“Hakimiyyəti qəbul edən mühacirlərin cinayət işinə xitam verilməlidir ki, vətənə dönə bilsinlər”
Bu günlərdə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov mühacirlərə bir barışıq əli uzatdı. Parlament üzvü bəyan etdi ki, o insanlar qərarlarında sərbəstdirlər, öz ölkələrinə gələ bilərlər, onları hər hansı bir təhlükə gözləmir.

Çağırışa qoşulanlar arasında həmkarı Bəxtiyar Sadıqov və başqaları da var idi. Bildirirdilər ki, mühacirlər buyursunlar, vətənə gəlsinlər, heç bir problem yoxdur.

Mühacirlərdən Emin Milli, Elnur Məcidli, Əlövsət Əliyev və digərlərinin çıxışlarında da S.Seyidovun mövqeyinə pozitiv yanaşanlar, iqtidara mesajlar verənlər var. Ancaq deputatlar dövlət rəsmisi hesab edilmirlər. Şübhəsiz ki, onların iqtidaryönlü olduğunu nəzərə alsaq, barışıq mesajlarını həm də hakimiyyətin münasibəti kimi qəbul etmək olar. Sadəcə, mühacirətdə olan bir çox azərbaycanlıların üzərində cinayət işi var, heç birinə xitam verilməyib, ölkəyə dönsələr, məsuliyyətə cəlb oluna bilərlər. Buna kim zəmanət verir?

Mühacirlərin Azərbaycana sərbəst gəlişi üçün hansı hüquqi addımlar atılmalıdır? Qanunvericilikdə dəyişiklik olunmalıdırmı?

Bu mövzuda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Çingiz Qənizadə “Yeni Müsavat”ın suallarını cavablandırıb:

- Bu məsələni ilk olaraq hörmətli Səməd Seyidov qaldırdı. Mən də bəzi dövlət rəsmilərimizlə mühacirlərin Azərbaycana dönüşünə şərait yaradılması haqda söhbətlər etmişəm və hesab edirəm ki, məsələ reallaşmalıdır. Bilirsiniz ki, soydaşlarımız arasında 10-15, hətta 20 ildir Azərbaycana gələ bilməyənlər var. Onlar illər öncə ölkədə gedən müəyyən siyasi proseslər zamanı vətəni tərk ediblər, çoxu özünə xaricdə iş, həyat qurub. Amma onlardan bəziləri haqda cinayət işi qaldırılıb. Mənim fikrim budur ki, onların işinə baxılmalıdır. Hesab edirəm ki, qanunvericiliyə dəyişiklik etməyə ehtiyac yoxdur. Sadəcə, amnistiya elan olunmalıdır. Yəni bu barədə siyasi qərar olmalıdır ki, onlar vətənə dönə bilsinlər.

- Bəs bu halda cinayət işi necə olacaq?

- Bu məsələdə söhbət xaricdə yaşayan və vətənə xəyanət edən, dövlət çevrilişi, separatçılıq fəaliyyəti göstərənlərdən getmir. Sadəcə, kiçik maddələrlə barəsində cinayət işi qaldırılan mühacirlər var. Həmin cinayət işlərinin istintaqından xeyli müddət keçib və bu halda cinayət işlərinə xitam verilməlidir, soydaşlarımıza da rəsmi şəkildə məlumat göndərilməlidir. Amma çox təəssüf ki, bu gün Avropada yerləşən marginal, kiçik qrupdan ibarət olan “söyüş müxalifəti” öz tərbiyəsiz mövqeyini nümayiş etdirməkdədir. Onlar təkcə cənab prezidenti, yaxınlarını təhqir etmirlər, eyni zamanda, Azərbaycanın dövlət idarəçiliyində olan nüfuzlu, hörmətli şəxslər, vəzifəlilər barədə heç bir məntiqə, əxlaqa sığışmayan sözlər işlədirlər. Onların elədikləri kişiliyə sığışmaz.

Ümumiyyətlə, Azərbaycan cəmiyyəti də görür ki, bu adamlar xaricdə təkləniblər, onların çağırışlarına, yığıncaqlarına 3-5 nəfər özləri kimilər gəlirlər. Həmçinin ölkəmizin uğurlarını görən mühacirlərimiz belə onlara nifrət edirlər. Bu insanlar mühacir olsalar da, ölkənin uğurlarını görür, hakimiyyəti qəbul edirlər və dövlət tərəfindən müsbət addım atılmasını gözləyirlər. Arzulayıram ki, bu istiqamətdə addımlar atılsın.

- Hesab edirsiniz ki, bununla cəmiyyətdə gərginlik azala, barış mühiti yarana bilər?

- Təbii ki. Gərginlik olduğu halda cəmiyyətdə bir narahatlıq hökm sürür. Bu qərar həm də siyasi barışa doğru atılan addım olardı. Azərbaycan cəmiyyəti də verilən qərarı müsbət dəyərləndirəcək. Bilirsiniz ki, Novruz bayramı ərəfəsində prezidentin əfv fərmanı ilə hüquq müdafiəçilərinin siyasi məhbus adlandırdığı, mübahisəli məhbuslar olan 50-dən çox şəxs azadlığa buraxıldı. Prezidentin əfv fərmanını hamı alqışladı - Avropanın təşkilatlarından da, cəmiyyətdən də təşəkkürlər gəldi. Bu mənada arzulayırdım ki, ikinci belə xoş addım mühacirlərlə bağlı olsun. Məlum məsələdir ki, Avropada yerləşmiş insanların hamısı gəlməyəcək, orada öz həyatlarını qurublar. Amma ölkədə gedən müsbət işlərlə bağlı vətəni dəstəkləyəcəklər, müəyyən işlər aparacaqlar. Ona görə də arzu edirəm ki, bu insanlar araşdırılsın, kimlərə cinayət işi qaldırılmışdısa xitam verilsin, onların ölkəyə giriş-çıxış imkanları sərbəstləşsin. Bunu arzulayan soydaşlarımız var.

Bundan başqa, bizim ağrılı problemimiz olan Qarabağ üçün mühacirlər çoxlu işlər həyata keçirə, aksiyalar təşkil edə bilərlər. Çünki Azərbaycanın milli maraqları, Qarabağ problemi nə iqtidar, nə müxalifət, nə mühacirətə getmiş şəxslərin şəxsi dərdi deyil, bütövlükdə xalqın, hər bir azərbaycanlının yaralı yeridir. Ona görə bu şəxslər Azərbaycana gəlib - gedə bilər, yaşadıqları Avropa dövlətində Qarabağ, milli maraqlar naminə layihələr həyata keçirə bilərlər.

- Bəs “söyüş müxalifəti” dediyiniz şəxslərlə bağlı hansı iş görüməlidir - məsuliyyətə cəlb olunmalıdırlar, yoxsa onlar da Bakıya digərləri kimi dəvət edilməlidirlər?

- Bu adamlar yolundan çəkinərlərmi? Buna o qədər ümidim yoxdur. Amma xaricdə yaşayanlar, olduqları ölkənin vətəndaşı öz məhkəməsinə müraciət edə bilər. Çünki bu şəxslər öz vicdanının öhdəsinə buraxılsalar, dayanmaq istəməyəcəklər. Mümkündür ki, onlarla Avropadakı vətənə qayıtmaq istəyən mühacirlər danışıqlar aparsınlar, izah eləsinlər ki, bu, mübarizə metodu deyil. Axı onların elədikləri nə insanlığa, nə kişiliyə, nə müsəlmanlığa yaraşır.

Paralel olaraq hüquq-mühafizə orqanlarımız müəyyən iddialar qaldıra bilərlər. Bəziləri İnterpola da verilib. Amma inanmıram ki, İnterpol onları Azərbaycana versin. Çünki Qərbdə bəzi dairələrin, qüvvələrin maraqları var ki, həmin şəxsləri Azərbaycana təhvil verməsinlər. Onlarla yalnız danışıqlar aparılmalıdır və ümid edirəm ki, amnistiya verilsin, siyasi qərar olsun və Azərbaycanın inkişafını görən, hakimiyyətini qəbul edən mühacirlər vətənə sərbəst gələ bilsinlər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya əsgərləri insan əti yeyir? - KİV
Bu gün, 14:35
“Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” - Etibar Məmmədov
Bu gün, 14:31
Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı
Bu gün, 14:30
Koçaryan və Tsarukyan seçilərsə... - Azərbaycanla müharibə olacaqmı?
Bu gün, 14:27
Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə 85 min manat ödəyəcək
Bu gün, 14:24
“PashaPay”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 14:19
Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: - Putin sığnağa çəkilib?
Bu gün, 14:15
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - "Dizinə zərbə vurdum, geri çəkilmədiyini görüb bıçaqladım"
Bu gün, 14:12
ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb - İran ordusu
Bu gün, 14:07
İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? - Sakinlər deyir ki...
Bu gün, 14:02
Kərim Abbasov GİLEYLƏNDİ: - “Dönər yeməyimə yüz minlərlə baxış gəlir, amma...”
Bu gün, 13:21
Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR - “EUObserver”
Bu gün, 13:19
Nazir Penitensiar xidmət rəhbəri ilə YOLLARINI AYIRIR... - GÖZLƏNTİ...
Bu gün, 13:08
Zəhər dolu, partlamağa hazır "saatlı bombalar" – Azərbaycanlılar niyə ölür?
Bu gün, 13:00
Azərbaycan və Ermənistan arasında razılaşma Avropada sülh tarixidir - Aİ lideri
Bu gün, 12:57
Ermənistanda 7 İYUN xofu – Ter-Petrosyan Paşinyana görə NARAHATDIR?
Bu gün, 12:28
Azərbaycanlı tursitlərin getdikləri bütün ölkələrdə öz evləri var - SİYAHI
Bu gün, 12:25
Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultay keçiriləcək - AÇIQLAMA
Bu gün, 12:16
ABŞ Dövlət Departamenti Pekinin Tayvanla bağlı açıqlamalarına reaksiya vermir - ÇÜNKİ...
Bu gün, 12:09
Paşinyan 2028-ci ildə Bakıya səfər edəcəyinə ümid edir
Bu gün, 12:06
Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək - MƏHKƏMƏ
Bu gün, 12:05
Bakıda klinikadan 5000 manat oğurlamaqda şübhəli bilinən kassir saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 11:59
EYNİ müəssisə ətrafında YENİ suallar: Niyə baxan yoxdur? - Görünəni odur ki...
Bu gün, 11:58
Kaya Kallas Azərbaycana səfər edəcək
Bu gün, 11:51
Səsləndirdiyi şeirlərdən qəribə səslər gələn aktyor və qiraətçimiz - Orxan Saffari yazır...
Bu gün, 11:49
Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı qərar verəcək
Bu gün, 11:44
"Vurulan pilot" - Köçəryan "səmaya" qayıda biləcəkmi?
Bu gün, 11:31
BVF-yə ən çox borcu olan ölkələr - SİYAHI
Bu gün, 11:29
Küçədə baxmaq üstündə tanımadığı şəxsi bıçaqladı, 3 il cəza aldı - MƏHKƏMƏ
Bu gün, 11:21
Azərbaycanı İrəvanda o təmsil edəcək - KİV
Bu gün, 11:17
Okampo çirkli təbliğat kampaniyasının fəal iştirakçısı idi - ŞƏRH
Bu gün, 11:14
Azərbaycanda hamı qaza görə növbədədir - Babiş
Bu gün, 11:12
Bağlandığı iddia olunan verilişin yayımı bərpa edildi - FOTO
Bu gün, 11:11
Bakı Slavyan Universitetində binalarının təmirinə 1.4 milyon manat xərclənəcək
Bu gün, 11:09
Xaricdə qanunsuz silahlı birləşməyə qoşulmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 11:07
Bakıda klassik musiqi konserti - FOTO
Bu gün, 11:05
Kiyev Türkiyəyə görə Afinaya “yox” dedi: - Plan iflasa uğradı
Bu gün, 10:56
"Niyə insanların şikayətlərinə baxmırsınız?!" - NARAZILIQ VAR...
Bu gün, 10:46
Türkiyənin vitse-prezidenti İrəvandadır
Bu gün, 10:37
Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edəcək - “Azatutyun”
Bu gün, 10:36
“İrşad BOKT”yə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:34
"Demokratiyanın dəfn mərasiminə xoş gəlmisiniz" - İrəvanda etiraz
Bu gün, 10:32
ETSN-nin ŞÜBHƏLİ ORTAQLIĞI... - BU NƏDİ BELƏ?
Bu gün, 10:23
FHN Şin çayında bəndatma işlərini niyə dayandırdı – ADSEA niyə tədbir görmür
Bu gün, 10:21
Daha bir SAXTA HƏKİM İŞ BAŞINDA... - DİQQƏT... təhlükə VAR!
Bu gün, 10:17
ŞOK: Makron “qırmızı xətti” keçmək istəyir – Bakıdan sərt cavab gözlənilir
Bu gün, 10:14
Qordon Azərbaycana və İlham Əliyevə heyranlığını açıqladı: - "Onlar bizə nümunədir"
Bu gün, 10:09
11-ci sinifdən kollec və peşə məktəblərinə qəbul olanlara hərbi möhlət VERİLSİN – Deputatlardan TƏKLİF
Bu gün, 10:04
“İnternet adamı biyabır edir, qocayam, neynirəm belə ad gününü?” - Xalq artistinin 95 yaşlı qızı
Bu gün, 10:01
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - “Əvvəl onun dizinə zərbə vuraraq uzaqlaşdırmaq istədim...”
Bu gün, 09:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru