Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultay keçiriləcək .....                     ABŞ Dövlət Departamenti Pekinin Tayvanla bağlı açıqlamalarına reaksiya vermir .....                     Paşinyan 2028-ci ildə Bakıya səfər edəcəyinə ümid edir .....                     Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək .....                     Bakıda klinikadan 5000 manat oğurlamaqda şübhəli bilinən kassir saxlanılıb .....                     EYNİ müəssisə ətrafında YENİ suallar: Niyə baxan yoxdur? .....                     Kaya Kallas Azərbaycana səfər edəcək .....                     Səsləndirdiyi şeirlərdən qəribə səslər gələn aktyor və qiraətçimiz .....                     Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı qərar verəcək .....                     "Vurulan pilot" .....                     BVF-yə ən çox borcu olan ölkələr .....                     Küçədə baxmaq üstündə tanımadığı şəxsi bıçaqladı, 3 il cəza aldı .....                     Azərbaycanı İrəvanda o təmsil edəcək .....                     Okampo çirkli təbliğat kampaniyasının fəal iştirakçısı idi .....                     Azərbaycanda hamı qaza görə növbədədir .....                     Bağlandığı iddia olunan verilişin yayımı bərpa edildi .....                     Bakı Slavyan Universitetində binalarının təmirinə .....                     Xaricdə qanunsuz silahlı birləşməyə qoşulmaqda təqsirləndirilən şəxsə hökm oxunub .....                     Bakıda klassik musiqi konserti .....                     Kiyev Türkiyəyə görə Afinaya “yox” dedi: .....                     "Niyə insanların şikayətlərinə baxmırsınız?!" .....                     Türkiyənin vitse-prezidenti İrəvandadır .....                     Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edəcək .....                     “İrşad BOKT”yə yeni rəhbər təyin edilib .....                     "Demokratiyanın dəfn mərasiminə xoş gəlmisiniz" .....                     ETSN-nin ŞÜBHƏLİ ORTAQLIĞI... .....                     FHN Şin çayında bəndatma işlərini niyə dayandırdı .....                     Daha bir SAXTA HƏKİM İŞ BAŞINDA... .....                     ŞOK: Makron “qırmızı xətti” keçmək istəyir .....                     Qordon Azərbaycana və İlham Əliyevə heyranlığını açıqladı: .....                     11-ci sinifdən kollec və peşə məktəblərinə qəbul olanlara hərbi möhlət VERİLSİN .....                     “İnternet adamı biyabır edir, qocayam, neynirəm belə ad gününü?” .....                     Polkovnikin oğlunu qətlə yetirən şəxs: .....                     Keçmiş nazir və universitet rəhbəri cərimələndi .....                     Rusiya Ermənistan-Aİ yaxınlaşmasından qıcıqlanıb .....                     “Kontakt Home” veteran anasına hədə-qorxu gəlib? .....                     İlham Əliyev bu gün İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitinə videoəlaqə vasitəsilə qoşulacaq .....                     Həmkəndlisini bacısına görə xüsusi amansızlıqla öldürmək istəyənə .....                     Vasif Talıbovun qohumu keçmiş sədrin YOLUNU GEDİR... .....                     Su var, bəs ədalətli bölgü olacaqmı? .....                 

“Leyla Yunus üçün siyasi məhbus problemi sadəcə biznesdir” - QALMAQAL
Tarix: 12-04-2019, 08:55 | Çap et
“Leyla Yunus üçün siyasi məhbus problemi sadəcə biznesdir”
Aprelin 9-da Strasburqda Avropa Şurasının Parlament Assambleyasının yaz sessiyası çərçivəsində AŞ PA-nın Monitorinq və Hüquqi Məsələlər və İnsan Hüquqları komitələri Azərbaycanda siyasi məhbus problemi ilə bağlı dinləmələr təşkil edib. Dinləmələr ölkəmiz adına kifayət qədər sərt keçib və bir sıra məqamlar diqqət çəkib.

Hollandiyada mühacir həyatı yaşayan hüquq müdafiəçisi Leyla Yunusun dinləmələrdə iştirak edib çıxış etməsi diqqətdən yayınmayıb. O, çıxışında deyib ki, 2013-cü ilin yanvarında AŞ PA üzvləri Ştrasserin Azərbaycanda siyasi məhbuslar haqqında məruzəsinin əleyhinə səs verib: “Bununla da onlar Azərbaycanda daha dəhşətli repressiyalara ”yaşıl işıq" yandırıblar. Hamımızı həbs etdilər, bunun nəticəsi olaraq bu gün ölkədə faktiki olaraq vətəndaş cəmiyyəti, müstəqil QHT və KİV yoxdur".

REAL Partiyasının sədri İlqar Məmmədov müzakirələrdə Skype vasitəsilə iştirak edib. O, məhkəmə qərarı olmasına baxmayaraq, hakimiyyətin ona pasport vermədiyini, buna görə Strasburqa gələ bilmədiyini bildirib: “AŞ PA üzvlərinə üz tutaraq qeyd etmək istəyirəm ki, hakimiyyətin Azərbaycanda islahatlar haqqında heç bir təminatına inanmasınlar. Siyasi məhbuslar yaradılması mexanizmi dəyişməyib. Təəssüf ki, AŞ PA qurumları Azərbaycanda siyasi məhbuslar yaranmasının qarşısını almaq üçün heç nə etməyib. ”Cəzasızlıq atmosferi" hakimiyyətə belə şeylər etməyə imkan verir".

Hüquq müdafiəçisi Rəsul Cəfərov çıxışında hakimiyyətin hüquq müdafiəçilərinin siyasi məhbuslar məsələsini qaldırmaqla Azərbaycanı biabır etməsi və onun imicinə xələl gətirməsi barədə ittihamlarını təkzib edib: “Biz ölkəmizi sevirik və məhz buna görə siyasi məhbuslar problemini həll etməyi tələb edirik”.

Müzakirələr zamanı Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov müzakirə iştirakçılarını qeyri-obyektivlikdə və siyasi ambisiyalarda ittiham edib. O, toplaşanları Azərbaycanda siyasi təqiblər barədə iddialara inanmamağa çağırıb: “Bəli, Azərbaycanda siyasi məhbuslar var-onlar Ermənistanın işğal etdiyi rayonlardan olan 1 milyon qaçqınlardır”.

Azərbaycanla Avropa İttifaqı arasında sazişin imzalanması ərəfəsində belə bir sərt dinləmələrin keçirilməsi ciddi suallar yaradıb. Ölkə daxilində və xaricində bəzi dairələrin sazişin bağlanmasının əleyhinə olduqları barədə fikirlər dolaşır.

YAP-çı deputat Aydın Mirzəzadə bildirdi ki, Azərbaycanın müstəqil xarici siyasət yeritməsi xaricdə müəyyən dairələrin heç də maraqlarına cavab vermir: “Çalışırlar ki, təbii sərvətləri zəngin olan, əlverişli geosiyasi məkanda yerləşən müstəqil dövlət onların təsiri altında olsun. Necə ki, bu gün Suriya, Liviya, Yəmən kimi ölkələrin dövlətçiliyi ciddi böhran keçirir. Onlar Azərbaycanı da bu halda görmək istəyirlər. Ancaq ulu öndər Heydər Əliyevin zamanından başlayaraq indiki prezidentin dövründə Azərbaycan xalqının maraqlarına tam cavab verən siyasət yürüdür. Təbii sərvətlərimiz dünya bazarına çıxarılır və ondan gələn gəlirlər Neft Fondunda toplanır. Azərbaycan heç kəsin forpostu olmağa imkan vermir. Bu baxımdan Azərbaycana təzyiq etmək, ölkəmizi öz müstəqil siyasətindən çəkindirməyə çalışan qüvvələr var. Bunu bəzən açıq şəkildə göstərirlər, bəzən də siyasi təzyiq edirlər.

Azərbaycan daxilində müəyyən qruplar, şəxslər tapılır ki, onlara xaricdən qrantlar verilir. Ölkəmizdən kənarda da şəxslər tapılır, onlara da müəyyən məbləğdə vəsaitlər verib özlərinin anti-Azərbaycan təbliğatlarında həmin insanlardan əsas vasitə kimi istifadə edirlər. Ən əsası isə Azərbaycana aid olmayan məsələni zorla ölkəmizin boynuna qoymağa çalışırlar. Azərbaycanda heç vaxt siyasi məhbus olmayıb. Siyasi əqidəsinə görə heç kəs tutulmayıb. Bu baxımdan ölkəmizi olmayan məsələdə ittiham etməklə beynəlxalq aləmdə Azərbaycan haqqında mənfi imic yaratmağa çalışırlar. Bu gün bu və ya digər məsələdə ölkəmizin dəstəklənməsi dairəsi daima genişlənir. Azərbaycanı küncə sıxmaq üçün belə siyasi təzyiq vasitələrindən istifadə edirlər. Ancaq bunların təzyiqləri əbəsdir. Çünki AŞ PA-nın üzvüyük, Avropa Şurasının nizamnaməsini dəqiq yerinə yetirən ölkəyik, hər zaman əməkdaşlığa açığıq. Çox təəssüflər olsun ki, bütün bunlara baxmayaraq, bu cür qüvvələr xaricdə tapılır. Hər şeyə rəğmən Azərbaycan AŞ PA və digər beynəlxalq qurumlarla əməkdaşlıqda maraqlıdır. Bundan sonra əməkdaşlığın bütün formaları daima fəaliyyət göstərəcək”.

Deputat dinləmələrin Azərbaycanla Avropa İttifaqı arasında bağlanacaq sazişə təsir etməyəcəyini düşünür: “İnanmıram ki, sazişə hər hansı bir təsiri olsun. Onlar çalışırlar ki, siyasi təzyiq göstərsinlər. Hər halda, onlar ümid edirlər ki, dinləmələrin keçirilməsi sazişin imzalanmasının qarşısını ala bilməsə də, vaxtının uzanmasına səbəb ola bilər. Sazişin imzalanması Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin daha da sıx birləşməsinə kömək edəcək, viza rejimi sadələşəcək, təhsil və digər sahələrdə ciddi əlaqələr olacaq. Bütün bunları məhdudlaşdırmağa çalışırlar. Amma Avropa Birliyinin kifayət qədər praqmatik rəhbər dairələri var. Onlar heç bir halda bu cür provokasiyalara getməyəcəklər”.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı L.Yunus barədə kifayət qədər sərt danışdı: “Məhbusun siyasi olduğunu sübut etmək üçün bütün məhkəmə proseslərinin monitorinqi aparılmalı, hakimlər tərəfindən proseslərə olunan pozuntular göstərilməlidir. Sübut edilməlidir ki, bu adamın etdiyi cinayət deyil, sadəcə, siyasi fəaliyyəti ilə əlaqədar həbs edilib. Leyla Yunus üçün siyasi məhbus problemi, sadəcə, biznesdir. Qızım Mətanəti nəzərdə tutub deyirəm. 18 il onun yanında fəaliyyət göstərdi, bütün işlərinə, maliyyələrinə bələd oldu, ona görə 18 yaşında balasını evdə qoyub getdi, Leylanın onun avtomobilinə qoydurduğu və onunla bağlı proseslərə aid sənədləri yol boyu cırdı, ona görə övladı və həyat yoldaşı xəstə oldu, özü də stressdən xəstəliyə düşdü. Amma Leyla Yunus bunun qarşılığında nə etdi? Bir forumda qızımı görəndə təhlükəsizliklə məşğul olan insanın qucağına çıxaraq qışqırmışdı ki, qoymayın KQB agenti məni öldürməyə gəlib. Belə bir insanın hazırladığı hansı sənədə inanmaq olar? Yalan, şantaj xarakteri daşıyır. Sadəcə olaraq, o, siyasi məhbuslardan biznes kimi istifadə edir. Mətanətin günahı olmuşdu ki, onun yüzə qədər layihəsini üzərinə götürməmişdi. İnsana şantaj atan birisinin hesabatına heç cür inanmaram.

Ölkə daxilində deyil, heç bir məlumatı yoxdur, ümumiyyətlə, heç vaxt məhkəmə monitorinqləri aparmayıb. Kimlərdənsə aldığı informasiyalar əsasında xaricdə oturub siyasi məhbus siyahıları hazırlayır. Düşünürəm ki, ona hökumət daxilindən kiminsə ciddi dəstəyi var. Həmin dəstəyi verənlər ölkədə gedən proseslərin qarşısını almağa çalışırlar, siyasi məhbusların azadlığa buraxılmalarını istəmirlər. Üç həftə əvvəl sərəncamı verilib. 50-dən çox siyasi məhbus azad olundu. Niyə əvvəlki dinləmələrdə siyasi məhbus məsələsi bu qədər müzakirə olunmurdu? Üç həftə əvvəl verilən və ölkənin bütün təbəqələri tərəfindən yüksək qiymətləndirilən əfv indi AŞ PA-da müzakirələrə çıxarılır? Əgər bu məsələ yanvarın əvvəllərində olsaydı, bu qədər təəccüblənməzdim, hətta deyərdim ki, bu mütləqdir, vacibdir. İndiki müzakirələrdə maraqların güdüldüyü açıq görünür. Leyla Yunus ayrı-ayrı qruplar tərəfindən hazırlanmış tezislər əsasında çıxış edir. O, ölkədən çıxa bilər, amma burada dəstəkçiləri hakimiyyət daxilində qalmaqdadır. Leyla Yunus maddi cəhətdən kifayət qədər təmin olunur. Çox arzu edərdim ki, hökumət siyasi məhbus problemini ilin axırına qədər bitirib bu qadını pulsuz qoysun. Ölkədə siyasi məhbus probleminin olduğu danılmazdır”.
“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultay keçiriləcək - AÇIQLAMA
Bu gün, 12:16
ABŞ Dövlət Departamenti Pekinin Tayvanla bağlı açıqlamalarına reaksiya vermir - ÇÜNKİ...
Bu gün, 12:09
Paşinyan 2028-ci ildə Bakıya səfər edəcəyinə ümid edir
Bu gün, 12:06
Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək - MƏHKƏMƏ
Bu gün, 12:05
Bakıda klinikadan 5000 manat oğurlamaqda şübhəli bilinən kassir saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 11:59
EYNİ müəssisə ətrafında YENİ suallar: Niyə baxan yoxdur? - Görünəni odur ki...
Bu gün, 11:58
Kaya Kallas Azərbaycana səfər edəcək
Bu gün, 11:51
Səsləndirdiyi şeirlərdən qəribə səslər gələn aktyor və qiraətçimiz - Orxan Saffari yazır...
Bu gün, 11:49
Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı qərar verəcək
Bu gün, 11:44
"Vurulan pilot" - Köçəryan "səmaya" qayıda biləcəkmi?
Bu gün, 11:31
BVF-yə ən çox borcu olan ölkələr - SİYAHI
Bu gün, 11:29
Küçədə baxmaq üstündə tanımadığı şəxsi bıçaqladı, 3 il cəza aldı - MƏHKƏMƏ
Bu gün, 11:21
Azərbaycanı İrəvanda o təmsil edəcək - KİV
Bu gün, 11:17
Okampo çirkli təbliğat kampaniyasının fəal iştirakçısı idi - ŞƏRH
Bu gün, 11:14
Azərbaycanda hamı qaza görə növbədədir - Babiş
Bu gün, 11:12
Bağlandığı iddia olunan verilişin yayımı bərpa edildi - FOTO
Bu gün, 11:11
Bakı Slavyan Universitetində binalarının təmirinə 1.4 milyon manat xərclənəcək
Bu gün, 11:09
Xaricdə qanunsuz silahlı birləşməyə qoşulmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 11:07
Bakıda klassik musiqi konserti - FOTO
Bu gün, 11:05
Kiyev Türkiyəyə görə Afinaya “yox” dedi: - Plan iflasa uğradı
Bu gün, 10:56
"Niyə insanların şikayətlərinə baxmırsınız?!" - NARAZILIQ VAR...
Bu gün, 10:46
Türkiyənin vitse-prezidenti İrəvandadır
Bu gün, 10:37
Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edəcək - “Azatutyun”
Bu gün, 10:36
“İrşad BOKT”yə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:34
"Demokratiyanın dəfn mərasiminə xoş gəlmisiniz" - İrəvanda etiraz
Bu gün, 10:32
ETSN-nin ŞÜBHƏLİ ORTAQLIĞI... - BU NƏDİ BELƏ?
Bu gün, 10:23
FHN Şin çayında bəndatma işlərini niyə dayandırdı – ADSEA niyə tədbir görmür
Bu gün, 10:21
Daha bir SAXTA HƏKİM İŞ BAŞINDA... - DİQQƏT... təhlükə VAR!
Bu gün, 10:17
ŞOK: Makron “qırmızı xətti” keçmək istəyir – Bakıdan sərt cavab gözlənilir
Bu gün, 10:14
Qordon Azərbaycana və İlham Əliyevə heyranlığını açıqladı: - "Onlar bizə nümunədir"
Bu gün, 10:09
11-ci sinifdən kollec və peşə məktəblərinə qəbul olanlara hərbi möhlət VERİLSİN – Deputatlardan TƏKLİF
Bu gün, 10:04
“İnternet adamı biyabır edir, qocayam, neynirəm belə ad gününü?” - Xalq artistinin 95 yaşlı qızı
Bu gün, 10:01
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - “Əvvəl onun dizinə zərbə vuraraq uzaqlaşdırmaq istədim...”
Bu gün, 09:59
Keçmiş nazir və universitet rəhbəri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 09:54
Rusiya Ermənistan-Aİ yaxınlaşmasından qıcıqlanıb - BBC
Bu gün, 09:52
“Kontakt Home” veteran anasına hədə-qorxu gəlib? - ÖZBAŞINALIQ!
Bu gün, 09:41
İlham Əliyev bu gün İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitinə videoəlaqə vasitəsilə qoşulacaq
Bu gün, 09:38
Həmkəndlisini bacısına görə xüsusi amansızlıqla öldürmək istəyənə AĞIR CƏZA
Bu gün, 09:34
Vasif Talıbovun qohumu keçmiş sədrin YOLUNU GEDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 09:22
Su var, bəs ədalətli bölgü olacaqmı? - Naxçıvanda fermerlər narahatdır...
Bu gün, 09:12
Hazırkı enerji böhranı pandemiyanın nəticələrini üstələyir - ADB prezidenti
Bu gün, 09:08
Anasına 13 bıçaq zərbəsi vuran şəxs: - “Onun tək yaşamasını qəbul etmirdim, davranışları xoşuma gəlmirdi”
Bu gün, 08:10
Avropa sürətlə Rusiya ilə qarşıdurmaya hazırlaşır
Bu gün, 08:07
Azərbaycanda maaşlar bu qayda ilə veriləcək – Yeni risk var
Bu gün, 08:06
"Bunlar bizim bazar üçün alışılan göstəricilər deyil" - rea
Bu gün, 07:48
ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüzdə konvoy müşayiəti həyata keçirməyəcək
Bu gün, 07:18
Putinin reytinqi düşür, Kreml narahatdır! - TƏFƏRRÜAT
Bu gün, 07:17
Dövlətin qayınata ilə bağlı qoyduğu qəribə qayda – İlk dəfə üzə çıxdı
Bu gün, 07:15
SOCAR-ın bu idarəsi TƏHLÜKƏ ALTINDADIR - MÜRACİƏT
Bu gün, 07:13
Məzuniyyət bitsə də, ödəniş verilməyib - GİLEY
Bu gün, 06:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru