Lənkəranskinin qan düşməni idi .....                     Avropa Parlamentindən Ermənistanı şok edən .....                     Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb .....                     Qarabağ Qazisi öz hüquqlarından istifadə edə bilmirsə... .....                     Paşinyanın mətbuat katibi deputat olur .....                     Rusiya benzin tədarükü üçün Azərbaycana müraciət edə bilərmi? .....                     “Təyyarələrdə peşəkar oğrular peyda olub” .....                     Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib .....                     “Brent” nefti 4%-dən çox ucuzlaşıb .....                     Naxçıvan necə idarə olunur: Azərbaycan qanunları ilə, yoxsa…? .....                     Netanyahu Livan sazişini İran üçün zərbə adlandırıb .....                     Saatlı İcra Hakimiyyəti və DAİM hara baxır? .....                     Vüsal Nəsirli üçün Saleh Məmmədov simfoniyası... .....                     Səlahiyyət var, nəticə yoxdur: Qəbələdən SOS! .....                     Dəmir Yolları İdarəsinin ŞÜBHƏLİ TENDER ORTAĞI... .....                     “Mədəniyyət evində bağça və şirniyyat mağazası açırlar, mebel satırlar...” .....                     DGK sədrinin "dünyada örnəyik" İDDİASI .....                     Fermerlər çətinlikdə: Subsidiya az, pul tapılmır, gəlir yoxdur .....                     Üçtərəfli sülh olmadan heç bir dəhliz açıla bilməz .....                     Tramp yeni ABŞ pasport dizaynını təqdim edib .....                     "Hər ay eyni hal davam edir..." .....                     Dilarə Səlim vəzifəsindən azad edilib? .....                     Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı .....                     Banklarda yeni problem: pensiya kartlarını da “vurdu” .....                     SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı zərbələr endirdiyini açıqlayıb .....                     "Zəhraya yol vermədi...bu da qalsın onun vicdanına..." .....                     Səfərbərlik Xidmətinin Naxçıvan baş idarəsində xidmət edən hərbi qulluqçularına xor baxılır .....                     İllərin sanksiyalarına dözən İran ÇÖRƏK SINAĞINDA .....                     Fikrət Heybətovun vakansiya oyunu .....                     Azər müəllim bu tədarükdən XƏBƏRSİZDİR? .....                     Bu da “Kontakt Home”un QIZIL ZƏMANƏTİ .....                     “ATASI BİZDƏN 100 MİN MANAT İSTƏYİRDİ” .....                     AzəriQaz vətəndaşı rəsmən ƏLƏ SALIR .....                     Tanınmış prodüser telekanalları ələ saldı .....                     Bu istidə başımızı hara qoyaq?.. .....                     Bu gün xalqın əlinə verilənlər İranın uydurduğu bayraqlardı... .....                     “First Academy AZ” və Vüsal Qəribovun 2000 Manatlıq Şübhəli Şəbəkəsi! .....                     Lukaşenko Moskvada Putinlə görüşüb .....                     Karapetyanın adamı həbs edildi .....                     Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır .....                 

Onlara heç öz yaxın ətrafındakılar əhəmiyyət vermir, o ki qaldı onların sözü ilə dövlət nəsə etsin - deputat
Tarix: 9-04-2019, 08:36 | Çap et
Onlara heç öz yaxın ətrafındakılar əhəmiyyət vermir, o ki qaldı onların sözü ilə dövlət nəsə etsin
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlarla iş komitəsinin sədri Siyavuş Novruzovun Trend-ə müsahibəsi

- Siyavuş müəllim, son vaxtlar müxalifət düşərgəsi qalmaqalla, bir-birilərini təhqir etməklə gündəmə gəldi. Bununla bağlı Sizin fikirlərinizi öyrənmək istərdik.

- Bəli, doğru qeyd edirsiniz. Çox təəssüf doğuran mənzərədir. Azərbaycan müstəqillik qazanandan meydan hərəkatından başlayaraq həmişə separatçı mövqe tutmuş insanlar bir təşkilatdan çıxıb o birinə üzv olur və ya ayrı-ayrı təşkilatlar yaradırlar. Sanki bunlara ehtiyac var. "Xalq hərəkatı", "Milli şura" kimi hər cür bər-bəzəkli adlar tapırlar ki, insanları cəlb etsinlər. Ancaq hamısı eynidir, yəni burada kənar adamlar yoxdur, eyni insanlardır - digər partiyalardan uzaqlaşdırılmış, çıxarılmış, qovulmuş, yaxud köhnə təfəkkürdən, köhnə fikirdən uzaqlaşmamış insanlar. Bəzilərinin 70 yaşı var, lakin hələ də öz yollarını tapa bilməyiblər, nə istədiklərini özləri üçün aydın edə bilməyiblər.

Onlar cəmiyyətə hər hansı yeni ideya verməyiblər və verməkləri də mümkün deyil. Bu baxımdan da həmin insanlar arasında kəskin şəkildə fikir ayrılığı, qarşıdurmalar var və hər birində ciddi şəkildə mənəm-mənəmlik, özündənrazılıq düşüncəsi var.

Yaxşı ki, onların bu hərəkətləri internet vasitəsilə canlı yayımda göstərilir və insanlar vaxtilə Azərbaycana kimlərin rəhbərlik etdiyini və yenidən rəhbərlik etmək arzusunda olduğunu bir daha görürlər.

Bu insanlar ayrı-ayrı təşkilatların maliyyəsi hesabına Azərbaycanda təxribat yaratmaq, sabitliyi pozmaq, qanunsuzluğu təmin etmək məqsədi güdür. Onlarda şəxsi maraqlar, şəxsi iddialar o dərəcəyə çatıb ki, nəinki Vətən, xalq, dövlət haqqında, heç bir-birilərinə, yaxın ətraflarına güzəştə getmək haqqında belə düşünmürlər.

Təbii ki, Azərbaycan hüquqi dövlətdir və güclü hüquq-mühafizə orqanları var, o cümlədən Azərbaycan cəmiyyəti, Azərbaycan xalqı öz prezidenti ilə bir yerdədir və dövlət başçısının siyasətini dəstəkləyir.

- Son günlər bəzi müxalifət nümayəndələrinin də Azərbaycanda aparılan islahatları dəstəklədiyi müşahidə olundu. Sizcə, bunun səbəbi nədir?

- Onlar artıq anlayırlar ki, düzgün yolda deyillər. Nə qədər insanı çaşdırmağa çalışdılar ki, guya bunlar mitinq etdilər, nümayiş keçirdilər, hansısa bəyanat verdilər və dövlət də filan addımları atdı. Həmin müxalifət nümayəndələri ancaq söyüş, qışqır-bağır və digər oxşar vasitələrlə gündəmə gəlirlər. Onlara heç öz yaxın ətrafındakılar əhəmiyyət vermir, o ki qaldı onların sözü ilə dövlət nəsə etsin.

Dövlət ardıcıl olaraq sosial sahədə addımlar atır. Bu sosial siyasəti həyata keçirmək üçün birinci növbədə iqtisadi baza lazımdır. İkincisi, ictimai-siyasi sabitlik yaratmaq, üçüncüsü isə digər dövlətlərlə qarşılıqlı münasibət qurmaq lazımdır. Dövlət bunu edir və bütün lazımi sosial, iqtisadi islahatları həyata keçirir. Bütün bunlar bilavasitə xalqın maraqlarına xidmət edir və xalq tərəfindən, ziyalılar tərəfindən, həmçinin müxalifətdə olan ayrı-ayrı insanlar tərəfindən dəstəklənir. Bunların içində xaricdə olan da var, Azərbaycanda olan da. Onlar başa düşürlər ki, Azərbaycanda xalq-iqtidar birliyi var, ölkədə hər hansı böyük dövlətin, təşkilatın deyil, xalqın maraqları ifadə olunur.

- Siyavuş müəllim, dəfələrlə Milli Məclisdə müxalifət partiyalarının maliyyə hesabatı verməməsini və bununla bağlı qanun çərçivəsində tədbirlər görülməsini qaldırmısınız. Bununla bağlı məsələ nə yerdə qalır?

- Bəli, biz bu məsələni qaldırmışıq, yaz sessiyasında da qanunvericiliyə daxil etmək fikrimiz var və mütəmadi şəkildə bu məsələyə toxunuruq ki, şəffaflıq təmin olunsun. Şəffaflıq yoxdursa, deməli, hansısa ölkələr, təşkilatlar, qruplar o insanları maliyyələşdirir və nəticə etibarilə də onlara xüsusi tapşırıqlar verir – ictimai-siyasi sabitliyi pozmağa cəhd, qarşıdurma yaratmaq. Ona görə də hər bir siyasi partiyanın büdcəsi şəffaf olmalıdır. Mərkəzi Seçki Komissiyasına hesabat verməlidirlər, o cümlədən ictimaiyyət qarşısında. Əgər şəffaflıq tələb edirlərsə, birinci növbədə bunu özlərində göstərməlidirlər. Heç yerdə işləməyən, lakin komfort həyat yaşayan, cangüdənlərlə gəzən bu insanlar bir belə pulu haradan alır? Buna görə də bütün siyasi partiyalar hesabat verməlidir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Lənkəranskinin qan düşməni idi - Məhkəmədən bu "qanuni oğru" ilə bağlı YENİ QƏRAR
Dünən, 11:19
Avropa Parlamentindən Ermənistanı şok edən ÇAĞIRIŞ
Dünən, 11:14
Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb - "Financial Times"
Dünən, 11:11
Qarabağ Qazisi öz hüquqlarından istifadə edə bilmirsə... - ETİRAZ VAR...
Dünən, 10:34
Paşinyanın mətbuat katibi deputat olur - Yenisini gətirir
Dünən, 10:13
Rusiya benzin tədarükü üçün Azərbaycana müraciət edə bilərmi? - GƏLİŞMƏ
Dünən, 10:11
“Təyyarələrdə peşəkar oğrular peyda olub” - Azər Qəribdən sensasion xəbərdarlıq
Dünən, 09:53
Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib - UNIAN
Dünən, 09:51
“Brent” nefti 4%-dən çox ucuzlaşıb
Dünən, 09:45
Naxçıvan necə idarə olunur: Azərbaycan qanunları ilə, yoxsa…? - Muxtar Dərəbəylik...
Dünən, 09:43
Netanyahu Livan sazişini İran üçün zərbə adlandırıb - "Ynet" portalı
Dünən, 07:58
Saatlı İcra Hakimiyyəti və DAİM hara baxır? - Fermerin bir illik zəhməti məhv olur
Dünən, 07:52
Vüsal Nəsirli üçün Saleh Məmmədov simfoniyası... - Piyada keçidi zibilxanaya dönüb...
Dünən, 07:47
Səlahiyyət var, nəticə yoxdur: Qəbələdən SOS! - VİDEO
Dünən, 07:34
Dəmir Yolları İdarəsinin ŞÜBHƏLİ TENDER ORTAĞI... - ortada suallar çoxdur...
Dünən, 07:27
“Mədəniyyət evində bağça və şirniyyat mağazası açırlar, mebel satırlar...” - "Qurumlar bunu mütləq araşdırmalıdır!"
Dünən, 07:24
DGK sədrinin "dünyada örnəyik" İDDİASI - "Gömrük Komitəsinin ləğv edilməsinin tərəfdarıyam"
Dünən, 07:21
Fermerlər çətinlikdə: Subsidiya az, pul tapılmır, gəlir yoxdur - NƏ ETMƏLİ?
Dünən, 07:16
Üçtərəfli sülh olmadan heç bir dəhliz açıla bilməz - GƏLİŞMƏ
Dünən, 07:13
Tramp yeni ABŞ pasport dizaynını təqdim edib - FOTO
Dünən, 07:05
"Hər ay eyni hal davam edir..." - ETİRAZ
Dünən, 07:01
Dilarə Səlim vəzifəsindən azad edilib? - AÇIQLAMA
Dünən, 06:54
Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı - TƏFƏRRÜAT
Dünən, 06:52
Banklarda yeni problem: pensiya kartlarını da “vurdu” – Nə etmək lazımdır?
Dünən, 06:47
SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı zərbələr endirdiyini açıqlayıb - KİV
Dünən, 06:43
"Zəhraya yol vermədi...bu da qalsın onun vicdanına..." - acılı ATANIN HARAYI
Dünən, 06:37
Səfərbərlik Xidmətinin Naxçıvan baş idarəsində xidmət edən hərbi qulluqçularına xor baxılır - AXI NİYƏ?..
Dünən, 06:26
İllərin sanksiyalarına dözən İran ÇÖRƏK SINAĞINDA - NƏ BAŞ VERİR?
Dünən, 02:42
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Dünən, 02:33
Azər müəllim bu tədarükdən XƏBƏRSİZDİR? - Usta vəzifəsindən birbaşa xidmət rəisi..
Dünən, 02:23
Bu da “Kontakt Home”un QIZIL ZƏMANƏTİ - GİLEY
Dünən, 02:04
“ATASI BİZDƏN 100 MİN MANAT İSTƏYİRDİ” - “Arzum999”un ŞOK ETİRAFI
Dünən, 01:54
AzəriQaz vətəndaşı rəsmən ƏLƏ SALIR - BU NƏDİ BELƏ?
Dünən, 01:50
Tanınmış prodüser telekanalları ələ saldı - "...təkrar verilişlər gedir"
Dünən, 01:42
Bu istidə başımızı hara qoyaq?.. - AKTUAL
Dünən, 01:32
Bu gün xalqın əlinə verilənlər İranın uydurduğu bayraqlardı... - REPLİKA
Dünən, 01:19
“First Academy AZ” və Vüsal Qəribovun 2000 Manatlıq Şübhəli Şəbəkəsi! - ALMANİYA ARZUSUNU SATANLAR
Dünən, 01:14
Lukaşenko Moskvada Putinlə görüşüb
26-06-2026, 19:36
Karapetyanın adamı həbs edildi
26-06-2026, 19:34
Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır
26-06-2026, 16:56
Gəncləri evləndirmək üçün kim nə təklif edir? - ARAŞDIRMA
26-06-2026, 16:36
Balanslı siyasət Azərbaycanın qlobal nüfuzunu necə gücləndirir? – Deputatlardan AÇIQLAMA
26-06-2026, 16:32
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib
26-06-2026, 16:22
Moskvada yaşayış binalarının üzərinə HHM sistemləri yerləşdirilir - VİDEO
26-06-2026, 15:51
Pensiya yaşı 70-ə çatdırılacaq? - Deputatdan VACİB AÇIQLAMA
26-06-2026, 15:49
"AŞPA İlham Əliyevdən, Azərbaycan dövlətindən və xalqından üzr istəməlidir" - deputat
26-06-2026, 15:46
Azərbaycanlı iştirakçının rəqsi qalmaqala səbəb oldu - VİDEO
26-06-2026, 15:40
“Üzr istəyirəm, sifətləri o qədər sürtülüb ki...” - ermənilər Telli Pənahqızının mahnısını oğurladı
26-06-2026, 15:28
Ermənistanın yeni prezidenti o olacaq: - Paşinyanın yaxın dostuna yeni vəzifə
26-06-2026, 15:16
Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi - "İki-üç gündür ki..."
26-06-2026, 15:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru