“Toylarımızı vəhşilik elementlərindən xilas etməliyik” .....                     İttifaq sədrindən keçmiş katibin iddialarına CAVAB: .....                     Paşinyan seçkinin favoriti hesab edilsə də, parlament çoxluğu şübhə altındadır .....                     Naxçıvan hökumətinin "iməcliksevərliyi" bir ailənin faciəsi ilə nəticələndi .....                     Qızılda böyük sıçrayış: Qiymət kəskin artacaq? .....                     Prezidentin medal verdiyi FHN əməkdaşından acı xəbər .....                     Rusiya iki Ukrayna limanına zərbə endirib .....                     Azərbaycanlıların “qara günləri” başladı: SEPAH təhlükəsi .....                     Əməkhaqqı düzgün hesablanmaya bilər .....                     Rusiyanın NATO-ya hücum üçün hələ vaxtı var .....                     - "Bunu etmədən ölmək istəmərəm..." .....                     Evdə yatdığın yerdə də kartından PUL ÇIXIRLAR... .....                     Burda rüşvət artıq METASTAZ VERİR... .....                     Azərbaycanda işsizlik problemi bir az da böyüyəcək: Dünya Bankı xəbərdarlıq edir .....                     İranın son təklifi mətbuata sızıb .....                     Samuxda bu bəhanə ilə PUL YIĞIRLAR .....                     "Sağlamlığımda yaranan problemlərdən dolayı sizinlə görüşə gələ bilmirəm..." .....                     Ölkə banklarında kreditlər niyə "baha"dır? .....                     Ağsuda sosial yardım qalmaqalı .....                     AHİK-in “Kurort”unda yoxlama başlanıb .....                     Zelenski Trampın dəstəyinə ümidini itirib, strategiyanı dəyişir .....                     Daha bir keçmiş mətbuat katibinə AHİK-də vəzifə verildi .....                     Bu da yoldaş Bağırovun tender ortaqları .....                     Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? .....                     Başdan ayağa qərəz püskürən Avropa Parlamenti... .....                     “Azəristiliktəchizat” ASC-nin elan etdiyi açıq tender ləğv edilib .....                     Hakimiyyəti ələ keçirmək üçün əməliyyat keçirilir .....                     Möhbalıyevlərin Azərbaycandan OĞURLADIQLARI... .....                     Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq .....                     Vüqar Hüseynov bu qurumda mətbuat katibi oldu .....                     Naxçıvanda Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub .....                     Xalq artisti Firəngiz Mütəllimova: .....                     ABŞ-dən İrana ŞOK TƏLƏB: .....                     Bazarı bağlanan BƏSTƏKARLAR .....                     “Azər Türk Bank”da yeni təyinat .....                     AYNA-nın Sumqayıt Regional İdarəsinə yeni müdir təyin olundu .....                     "Gömrük və mülkiyyət mübahisələri məhkəməsiz həll edilə bilməz" .....                     Türkiyə hərbi xərclərini kəskin artırıb .....                     Sevgilisinin evinə girib ərinin boğazını kəsdi .....                     Erməni nazirdən SENSASİON ETİRAF .....                 

"Yaxşı olardı ki, Rusiya Ermənistandakı etnik ayrı-seçkiliyə nəzər yetirsin"
Tarix: 14-03-2019, 08:54 | Çap et
"Yaxşı olardı ki, Rusiya Ermənistandakı etnik ayrı-seçkiliyə nəzər yetirsin"
Rusiyanın Xarici İşlər Nazirliyi Azərbaycana səfər etmək niyyətində olan ölkə vətəndaşlarına xəbərdarlıq edib. Xəbərdarlıqda deyilir ki, Azərbaycanın Sərhəd Xidməti Dağlıq Qarabağ münaqişəsinin həll edilmədiyini əsas gətirərək erməni milliyyətinə mənsub olduğu birbaşa və ya dolayısı ilə bilinən şəxsləri-vətəndaşlığından asılı olmayaraq ölkəyə buraxmaqdan imtina edir. Bu, həmin şəxslərin təhlükəsizliyini təmin etməyin mümkünsüzlüyü ilə əsaslandırılır.

Bəyanatda sonra qeyd edilir ki, Rusiya tərəfi Rusiya Federasiyası vətəndaşlarını etnik mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qoymağın yolverilməzliyi barədə Azərbaycan tərəfinə dəfələrlə müraciət etsə də, bu müraciətlərə etinasız yanaşılır: “Qeyd olunan vəziyyəti nəzərə alaraq Azərbaycana səfər etməyi planlaşdıran Rusiya vətəndaşlarına mümkün riskləri dərindən götür-qoy etməyi təkidlə tövsiyə edirik”.

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a şərhində bildirdi ki, bu, Rusiya Xarici İşlər Nazirliyində hörümçək toru qurmuş tam və yarı ermənilərin növbəti təxribatıdır. Rusiyadan Azərbaycana turist axınının olması, ölkəmizə turizm və işgüzar məqsədlərlə səfər edən Rusiya vətəndaşlarının vətənimizlə bağlı xoş təəssüratlarını dilə gətirmələri Ermənistan Xarici İşlər Nazirliyi ilə sinxron rejimdə çalışan Rusiya XİN-in bəzi dairələrini narahat edir: “Azərbaycan Rusiya vətəndaşının pasportu ilə ölkəmizə səfər edən, əslində isə həm də Ermənistan vətəndaşı olan şəxsləri ölkəmizə buraxmır və bu mövqe tamamilə hüquqi əsasları olan bir mövqedir. Rusiya vətəndaşının pasportunu daşıyan əksər ermənilərin ikili vətəndaşlığı var. Rusiya qanunvericiliyi ikili vətəndaşlığı yasaq etmir, Ermənistan qanunvericiliyi isə təşviq edir. İndi Rusiya Xarici İşlər Nazirliyinin qərəzli, Azərbaycana düşmən kəsilmiş nümayəndələri bunu ”etnik əlamətə görə ayrı-seçkilik" kimi qiymətləndirirlərsə, bu onların öz problemidir. Yaxşı olardı ki, Rusiya Ermənistandakı etnik ayrı-seçkiliyə nəzər yetirsin. Ermənistanda Rusiyanın hərbi bazalarında çalışan Rusiya vətəndaşları istisna olmaqla, 1 nəfər də olsun rus və qeyri-millətin nümayəndəsi yaşamır. Bu ölkədə Rusiyaya və rus dilinə olan münasibət də ortalıqdadır. Erməni əsilli Rusiya vətəndaşlarının böyük əksəriyyətinin eyni zamanda Ermənistan vətəndaşlığı da var. Əgər təxminən 30 dəqiqə ərzində bu rəqəmləri hesablayıb nəticə çıxarmaq mümkündürsə, deməli, bunu Rusiyanın müvafiq dövlət qurumlarında kök salmış ermənilər və onların havadarları da çox yaxşı bilirlər. Onu da yaxşı bilirlər ki, Azərbaycan məhz bu amili nəzərə alıb işğalçı ölkənin vətəndaşlarını öz sərhədlərindən içəri buraxmır".

YAP-çı deputat Elman Nəsirov bildirdi ki, Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanat real həqiqətlə-Rusiya-Azərbaycan münasibətləri ilə ziddiyyət təşkil edir: “Bu cür bəyanat və çağırış Rusiya-Azərbaycan münasibətlərinin yüksək strateji tərəfdaşlıq səviyyəsi ilə daban-dabana ziddir. Rusiyanın Xarici İşlər Nazirliyi unutmamalıdır ki, Azərbaycan dövlətinin rəhbəri müstəqil xarici siyasət kursu həyata keçirir və bu səbəbdən də Qərbin anti-Rusiya sanksiyalarına Azərbaycan qoşulmayıb. Buna görə də Qərbdən çoxsaylı təzyiqlərlə üz-üzə qalmışıq. Azərbaycan dövlətinin rəhbəri qətiyyətli mövqe ortaya qoyub və Rusiya ilə mehriban qonşuluq, strateji tərəfdaşlıq münasibətlərinin fəlsəfəsindən çıxış edərək Rusiya əleyhinə olan heç bir təşəbbüsə qoşulmayıb. Azərbaycanla Rusiyanın prezidentləri arasında çox sıx dostluq münasibətləri var. Bu münasibətlər sınaqdan çıxmış münasibətlərdir. Odur ki, Rusiya XİN-in yaydığı bəyanat Azərbaycan-Rusiya münasibətlərinin səviyyəsində, ruhuna uyğun gəlmir və iki arasında münasibətlərə kölgə salmaq məqsədi güdür. Təəssüf ki, bu yeni hadisə deyil. Bir müddət əvvəl də Rusiya XİN-in sözçüsü Mariya Zaxarova oxşar bəyanatla çıxış etmişdi. Bir çox hallarda Rusiya XİN bütövlükdə dövlətinin strateji maraqlarını deyil, bu nazirlikdə işləyən bəzi məmurlar dar erməni maraqlarına xidmət edirlər”.

Deputat hesab edir ki, Azərbaycan XİN bu qərəzli bəyanatla bağlı mövqeyini ifadə eləməli və məsələ ilə bağlı Rusiya ilə təmaslar gücləndirilməlidir: “Eyni zamanda parlamentimiz də bu məsələ ilə bağlı fəallığı artırmalıdır. Azərbaycan-Rusiya parlamentlərarası işçi qrupunun da bu məsələ ilə bağlı fəaliyyəti olmalıdır. Bəyan edilməlidir ki, Rusiya XİN-in bu addımı Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərə xələl gətirir. Hər halda, bu məsələlərə aydınlıq gəlməlidir. Keçən il Azərbaycana 2 milyon 800 min turist gəlib. Onların təxminən 800 mindən çoxunu Rusiyadan gələn turistlər təşkil edib. Rusiyalı turistlər dəfələrlə bəyan ediblər ki, Azərbaycan qədər təhlükəsiz, sabit, onların özlərini rahat hiss etdikləri ölkə yoxdur. Ona görə də Rusiya XİN-də müəyyən adamların süni şəkildə problem yaratmağa çalışması yanlışdır”.

Politoloq Elxan Şahinoğlu isə bildirdi ki, Rusiya XİN-in bu bəyanatı iki ölkə arasındakı əməkdaşlığın əleyhinə yönəlib. Halbuki iki dövlət arasında iqtisadi əməkdaşlıqda problem yoxdur: “Elə bu bəyanatın yayıldığı gün Bakıda iki ölkənin ticarət əməkdaşlığı və qarşılıqlı investisiyalar barədə toplantısı keçirilirdi. Azərbaycana ən çox turist Rusiyadan gəlir. İndi isə Rusiya XİN vətəndaşlarına bildirir ki, Azərbaycana getməyin. Bu həm də ”Azərbaycanın gəlirlərini artırmayın" deməkdir. Moskva vaxtilə eyni siyasəti Türkiyəyə qarşı istifadə etmişdi. Rusiya-Türkiyə münasibətlərinin gərgin olduğu dövrdə Rusiya XİN öz vətəndaşlarına müraciət edərək Türkiyəyə getməməyi məsləhət bilmişdi.

Rusiya ilə Azərbaycan arasındakı münasibətlər süni olaraq gərginləşdirilir. Kreml erməni separatçılarının Moskvada toplantısına icazə verməyə bilərdi. Digər tərəfdən, Azərbaycana buraxılmayan bir neçə erməni mənşəli Rusiya vətəndaşına görə Rusiya XİN kəskin bəyanat yayınlamaya bilərdi.

Ermənistan Azərbaycan torpaqlarını işğal edib, Xocalı və digər soyqırımlar törədilib. Bu baxımdan Azərbaycana gələn istənilən erməni təhlükəsizlik problemləri ilə üzləşə bilər. Buna baxmayaraq, son illər ərzində Azərbaycana müxtəlif ölkələrdən ermənilər gəlib. Sadəcə, bu haqda onlar Azərbaycanın dövlət strukturlarına əvvəlcədən xəbər veriblər və səfərin məqsədini açıqlayıblar. Həmin ermənilərin gəlişinə şərait yaradılıb. Həmin ermənilər Bakıda olub, onların təhlükəsizlikləri təmin olunub, heç bir problemlə üzləşməyiblər. Bakıya xəbərsiz gəlmək istəyən istənilən erməni isə obyektiv olaraq Azərbaycanın təhlükəsizlik orqanlarında suallar yaradır. Niyə gəlib? Məqsədi nədir? Rusiyada yaşayan azərbaycanlının Ermənistana səfərini təsəvvür etmək olarmı? Belə hal olmayıb. Çünki istənilən azərbaycanlı bilir ki, bilet alıb Ermənistana getsə, ciddi problemlərlə üzləşəcək. Belə olan halda Rusiyada yaşayan erməni Ermənistanla müharibə vəziyyətində olan Azərbaycana niyə səfər etmək istəsin? Deməli, Azərbaycana əvvəlcədən məlumat vermədən gəlmək istəyən erməninin gizli niyyəti var".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Toylarımızı vəhşilik elementlərindən xilas etməliyik” - deputat
Bu gün, 10:55
İttifaq sədrindən keçmiş katibin iddialarına CAVAB: - “Gözümün içinə baxıb desin ki, Firəngiz Əlizadəyə 5 manat pul vermişəm”
Bu gün, 10:51
Paşinyan seçkinin favoriti hesab edilsə də, parlament çoxluğu şübhə altındadır - İNCƏLƏMƏ
Bu gün, 10:34
Naxçıvan hökumətinin "iməcliksevərliyi" bir ailənin faciəsi ilə nəticələndi - MALƏSƏF...
Bu gün, 10:27
Qızılda böyük sıçrayış: Qiymət kəskin artacaq? - AKTUAL
Bu gün, 10:15
Prezidentin medal verdiyi FHN əməkdaşından acı xəbər
Bu gün, 10:11
Rusiya iki Ukrayna limanına zərbə endirib
Bu gün, 08:52
Azərbaycanlıların “qara günləri” başladı: SEPAH təhlükəsi - NƏ ETMƏLİ?
Bu gün, 08:18
Əməkhaqqı düzgün hesablanmaya bilər - DİQQƏT
Bu gün, 08:16
Rusiyanın NATO-ya hücum üçün hələ vaxtı var - General
Bu gün, 08:13
- "Bunu etmədən ölmək istəmərəm..." - Nura Suri
Bu gün, 08:12
Evdə yatdığın yerdə də kartından PUL ÇIXIRLAR... - BU NƏDİ BELƏ?
Bu gün, 07:54
Burda rüşvət artıq METASTAZ VERİR... - FAKT BUDUR!
Bu gün, 07:41
Azərbaycanda işsizlik problemi bir az da böyüyəcək: Dünya Bankı xəbərdarlıq edir - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
İranın son təklifi mətbuata sızıb - DETALLAR
Bu gün, 07:28
Samuxda bu bəhanə ilə PUL YIĞIRLAR - İTTİHAM VAR...
Bu gün, 07:27
"Sağlamlığımda yaranan problemlərdən dolayı sizinlə görüşə gələ bilmirəm..." - Xalq artisti
Bu gün, 07:22
Ölkə banklarında kreditlər niyə "baha"dır? - İqtisadçı Əkrəm Həsənov səbəbləri açıqladı
Bu gün, 07:18
Ağsuda sosial yardım qalmaqalı - NARAZILIQ VAR...
Bu gün, 07:16
AHİK-in “Kurort”unda yoxlama başlanıb - sertfikasiyasız həkim iddiaları...
Bu gün, 07:06
Zelenski Trampın dəstəyinə ümidini itirib, strategiyanı dəyişir - KİV
Bu gün, 07:02
Daha bir keçmiş mətbuat katibinə AHİK-də vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 07:00
Bu da yoldaş Bağırovun tender ortaqları - Siyahıda kimlər var...
Bu gün, 06:55
Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? - ŞƏRH
Bu gün, 06:48
Başdan ayağa qərəz püskürən Avropa Parlamenti... - AKTUAL
Bu gün, 06:45
“Azəristiliktəchizat” ASC-nin elan etdiyi açıq tender ləğv edilib - TƏFƏRRÜAT
Bu gün, 06:42
Hakimiyyəti ələ keçirmək üçün əməliyyat keçirilir - Simonyan
Bu gün, 06:36
Möhbalıyevlərin Azərbaycandan OĞURLADIQLARI... - NƏLƏR VAR... NƏLƏR...
Bu gün, 06:33
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq - "Reuters"
Bu gün, 06:21
Vüqar Hüseynov bu qurumda mətbuat katibi oldu - ƏMR
Dünən, 22:46
Naxçıvanda Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub - BUNDAN SONRA...
Dünən, 22:39
Xalq artisti Firəngiz Mütəllimova: - Şuşaya köçməyi planlaşdırıram
Dünən, 18:07
ABŞ-dən İrana ŞOK TƏLƏB: - Yeni şərtlər məlum oldu
Dünən, 18:04
Bazarı bağlanan BƏSTƏKARLAR - Duyğularımızı donduran SÜNİ MAHNILAR
Dünən, 17:46
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 17:41
AYNA-nın Sumqayıt Regional İdarəsinə yeni müdir təyin olundu - ƏMR
Dünən, 17:37
"Gömrük və mülkiyyət mübahisələri məhkəməsiz həll edilə bilməz" - Natiq Cəfərli
Dünən, 17:36
Türkiyə hərbi xərclərini kəskin artırıb – Qlobal “yarışda” 18-ci yerdədir
Dünən, 17:33
Sevgilisinin evinə girib ərinin boğazını kəsdi - Bakıda yasaq eşq CİNAYƏTİ
Dünən, 17:29
Erməni nazirdən SENSASİON ETİRAF - "Azərbaycan benzini olmasaydı..."
Dünən, 17:26
Anar Əsədlinin məhkəməsində zərərçəkən ifadə verib
Dünən, 17:20
Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 17:17
Atəşkəs dövründə İranda anti-Azərbaycan təbliğatı - VİDEO
Dünən, 17:14
“Azeronline”a yeni Baş müdir təyin edilir - BUNDAN SONRA...
Dünən, 17:11
Məsciddə iftar süfrəsi təşkil etdi, keçmiş qayınatasını öldürməyə cəhd göstərdi – CİNAYƏTİN TƏFƏRRÜATI
Dünən, 17:03
Rusiyanın 1700 km dərinliyinə zərbə: - Qırıcılar məhv edildi
Dünən, 16:56
Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat olub - FOTO
Dünən, 16:53
“Aqrar İnnovasiya və Təchizat Şirkəti”nə yeni direktor müavini təyin edilib - ƏMR
Dünən, 16:51
Naxçıvanda yolların təmirinə 13,5 milyon manatın sərf olunacağı proqnozlaşdırılıb
Dünən, 16:49
Ərdoğan İrəvana getməzsə, bu Bakı ilə tam həmrəylik mesajı olacaq - Hasan Oktaydan ŞƏRH
Dünən, 16:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru