Paşinyan seçkinin favoriti hesab edilsə də, parlament çoxluğu şübhə altındadır .....                     Naxçıvan hökumətinin "iməcliksevərliyi" bir ailənin faciəsi ilə nəticələndi .....                     Qızılda böyük sıçrayış: Qiymət kəskin artacaq? .....                     Prezidentin medal verdiyi FHN əməkdaşından acı xəbər .....                     Rusiya iki Ukrayna limanına zərbə endirib .....                     Azərbaycanlıların “qara günləri” başladı: SEPAH təhlükəsi .....                     Əməkhaqqı düzgün hesablanmaya bilər .....                     Rusiyanın NATO-ya hücum üçün hələ vaxtı var .....                     - "Bunu etmədən ölmək istəmərəm..." .....                     Evdə yatdığın yerdə də kartından PUL ÇIXIRLAR... .....                     Burda rüşvət artıq METASTAZ VERİR... .....                     Azərbaycanda işsizlik problemi bir az da böyüyəcək: Dünya Bankı xəbərdarlıq edir .....                     İranın son təklifi mətbuata sızıb .....                     Samuxda bu bəhanə ilə PUL YIĞIRLAR .....                     "Sağlamlığımda yaranan problemlərdən dolayı sizinlə görüşə gələ bilmirəm..." .....                     Ölkə banklarında kreditlər niyə "baha"dır? .....                     Ağsuda sosial yardım qalmaqalı .....                     AHİK-in “Kurort”unda yoxlama başlanıb .....                     Zelenski Trampın dəstəyinə ümidini itirib, strategiyanı dəyişir .....                     Daha bir keçmiş mətbuat katibinə AHİK-də vəzifə verildi .....                     Bu da yoldaş Bağırovun tender ortaqları .....                     Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? .....                     Başdan ayağa qərəz püskürən Avropa Parlamenti... .....                     “Azəristiliktəchizat” ASC-nin elan etdiyi açıq tender ləğv edilib .....                     Hakimiyyəti ələ keçirmək üçün əməliyyat keçirilir .....                     Möhbalıyevlərin Azərbaycandan OĞURLADIQLARI... .....                     Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq .....                     Vüqar Hüseynov bu qurumda mətbuat katibi oldu .....                     Naxçıvanda Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub .....                     Xalq artisti Firəngiz Mütəllimova: .....                     ABŞ-dən İrana ŞOK TƏLƏB: .....                     Bazarı bağlanan BƏSTƏKARLAR .....                     “Azər Türk Bank”da yeni təyinat .....                     AYNA-nın Sumqayıt Regional İdarəsinə yeni müdir təyin olundu .....                     "Gömrük və mülkiyyət mübahisələri məhkəməsiz həll edilə bilməz" .....                     Türkiyə hərbi xərclərini kəskin artırıb .....                     Sevgilisinin evinə girib ərinin boğazını kəsdi .....                     Erməni nazirdən SENSASİON ETİRAF .....                     Anar Əsədlinin məhkəməsində zərərçəkən ifadə verib .....                     Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş .....                 

“Afrikadan bizə nə?” - deputat
Tarix: 12-03-2019, 08:41 | Çap et
“Afrikadan bizə nə?”
Əlcəzair və Sudanı bürüyən etiraz aksiyaları Azərbaycan müxalifətini ümidləndirib. Sosial şəbəkələrdə və müxalif media orqanlarında bu aksiyaların ölkəmizə təsir edə biləcəyi, hətta burnumuzun ucuna qədər gəlib çatacağı yönündə statuslara, açıqlamalara rast gəlməkdəyik.

Ümidini hər zaman Azərbaycandan kənarda baş verən aksiyalara bağlayan müxalifət liderləri indi də Afrikanın iki ölkəsindəki prosesləri gündəmdə saxlamağa çalışır. Bununla nələrəsə nail ola biləcəklərini güman edirlər.

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev Azərbaycan müxalifətinin özlərinə aid olmayan başqa işlərlə daim məşğul olduqlarını söylədi: “Ümumiyyətlə, bizim radikal müxalifətin çox qorxunc bir xəstəliyi var. Özlərinə aid olan məsələlərdən başqa hər işlə məşğuldurlar: xarici müxalifətlə, donos yaradıcılığı ilə, ya da nə bilim mənasız inqilab təəssübkeşliyi ilə, absurd eyniləşdirmələrlə və s. Bircə Azərbaycan xalqına öz əməlləri ilə mesaj verməyin, mənsub olduqları xalqla işləməyin, onların etimadını qazanmağın yolları haqda heç nə düşünmürlər. Fikirləri-zikirləri ölkədən kənardadır. Bütün diqqətləri episentrə yox, məhz uzaq ətrafda baş verən hadisələrə fokuslanıb. Ona görə də bu gündədirlər, ona görə də dirçələ bilmirlər. Narıncı inqilablar dövrünü yəqin çoxları unutmayıb. Bizim qaragüruh müxalifət o zaman öz təbliğatlarını aparası yerdə başqasının təbliğatına aludə oldular, onların köynəklərini, libaslarını sifariş verdilər, yenə kiməsə oxşamağa çalışdılar. Anlamadılar ki, siyasət trafaret köçürməni yox, yeniliyi sevir. Daha sonra ”ərəb baharı" başladı, yenə bizim radikal müxalifət özünə əl qatdı. Oturub inqilab transferi gözlədilər. Təbii, xalqa deyil, xarici qüvvələrə bel bağlayaraq. Amma yenə də nəticə olmadı. Və bu gün həmin kəsimin “başbilənləri” növbəti dəfə adətlərindən imtina eləmirlər. İndi də sosial şəbəkələrdəki statuslarında, internet televiziyalarına verdikləri açıqlamalarında, müsahibələrində Əlcəzair, Sudan hadisələrini qabardıb təbliğat aparırlar ki, bəs filan xalq ayağa qalxdı, biz qaldıq".

Deputat Sudandakı durumun fərqli olduğunu da bildirdi: “Bu ölkədə kütləvi aclıq baş alıb gedir. Ölkə büdcəsi tarı-mardır. Hətta insanlar eynən AXCP-Müsavat hakimiyyəti dövründəki kimi çörək tapa bilmirlər. Ciddi ərzaq qıtlığı var. Qonşu ölkələr isə idxalın qarşısını alaraq Sudanı blokadaya salıblar. Təbii, bu durumda təlatüm qaçılmazdır. Əlcəzairdə isə Buteflika dövrünün bitməsi üçün ciddi, münbit zəmin var. Çünki adam faktiki idarəçilik qabiliyyətini itirib, az qala əlil arabasında da deyil, xərəkdə gəzir, ikinci insult diaqnozu ilə yenidən İsveçrədəki xəstəxanaya yerləşdirilib. Öldüsündən, qaldısından xəbər yoxdur. Heç şübhəsiz, belə olan halda Əlcəzair xalqı panikaya düşməli idi və düşüb də. Üstəlik, nəzərə alsaq ki, bir çox xarici qüvvələrin də həmin ölkələrin qarışmasında marağı var, o zaman hadisələrin bu məcrada davam etməsi əslində heç kimi təəccübləndirməməlidir. Eyni zamanda Əli Kərimlini və Milli Şuranı. AXCP sədri feysbuqda Əlcəzair xalqının periferiyalardan mərkəzə doğru gəlişini elə şövqlə paylaşıb, sanki Kürdəmir camaatı Bakıya doğru irəliləyir. Oysa adama sual verən lazım: Nə dəxli? Niyə bir yox, yarım dəfə də özünüzlə fəxr edə bilmirsiniz? Niyə bir dəfə də öz izdihamınızı paylaşmaq gücünüz yoxdur? Niyə Venesueladan, Əlcəzairdən olan videoları, fotoları bəh-bəhlə yaydığınız, tirajladığınız halda Milli Şuranın bəsit mitinqlərindəki rəsmləri fotoşop olmadan, orasına-burasına əl gəzdirmədən ortaya çıxara bilmirsiniz? Nə qədər onun-bunun gücü, mitinqi, elektoratı ilə fəxr etmək olar? Afrikadan bizə nə? Afrika inqilablarının - özü də hələ məqsədinə vara bilməyən inqilabların - bizə nə aidiyyəti var? Bir dəfə də özünüz olmağa, özünüzə oxşamağa çalışın da.

Aydın məsələdir ki, həmin inqilabların kənara sıçrama imkanı yoxdur. Çünki qeyd etdiyim kimi, spesifik xarakterdədir. Ayrıca, hər kəs bir həqiqəti də unutmasın: Zamanında “narıncı inqilab”ların estafeti məhz Azərbaycanda durdurulub. Xalqın və hakimiyyətin iradəsi ilə. İllər sonra da bəlli olub ki, Azərbaycan xalqı inqilab təəssübkeşlərinə dəstək verməməklə ən düz olanı edib. Ən azından inqilab baş verən ölkələrdəki gerigetmələr, inkişaf axsamaları, siyasi sabitliyə qamçı çəkən xaoslar bunu deməyə əsas verir. Bundan sonra da Azərbaycan xalqı əsla və əsla destruktiv qüvvələrin çağırışlarına, xaricdəki beynəlxalq ünsürlərin pulu ilə qidalananlara, məkr, qisas üzərindən siyasi plan quranlara dəstək verməz. Çünki bu millət, bu xalq yetərincə ağıllıdır, maariflənib, mükəmməl siyasi təfəkkürə sahibdir.

Əli Kərimli və onun barmaqla sayılacaq dəstəkçiləri isə nəhayət, yuxudan ayılsınlar, fantaziyalarla yaşamasınlar. Onların arzuladıqlarını heç cizgi filmlərində belə reallaşdırmaq mümkün deyil, nəinki real həyatda".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan seçkinin favoriti hesab edilsə də, parlament çoxluğu şübhə altındadır - İNCƏLƏMƏ
Bu gün, 10:34
Naxçıvan hökumətinin "iməcliksevərliyi" bir ailənin faciəsi ilə nəticələndi - MALƏSƏF...
Bu gün, 10:27
Qızılda böyük sıçrayış: Qiymət kəskin artacaq? - AKTUAL
Bu gün, 10:15
Prezidentin medal verdiyi FHN əməkdaşından acı xəbər
Bu gün, 10:11
Rusiya iki Ukrayna limanına zərbə endirib
Bu gün, 08:52
Azərbaycanlıların “qara günləri” başladı: SEPAH təhlükəsi - NƏ ETMƏLİ?
Bu gün, 08:18
Əməkhaqqı düzgün hesablanmaya bilər - DİQQƏT
Bu gün, 08:16
Rusiyanın NATO-ya hücum üçün hələ vaxtı var - General
Bu gün, 08:13
- "Bunu etmədən ölmək istəmərəm..." - Nura Suri
Bu gün, 08:12
Evdə yatdığın yerdə də kartından PUL ÇIXIRLAR... - BU NƏDİ BELƏ?
Bu gün, 07:54
Burda rüşvət artıq METASTAZ VERİR... - FAKT BUDUR!
Bu gün, 07:41
Azərbaycanda işsizlik problemi bir az da böyüyəcək: Dünya Bankı xəbərdarlıq edir - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
İranın son təklifi mətbuata sızıb - DETALLAR
Bu gün, 07:28
Samuxda bu bəhanə ilə PUL YIĞIRLAR - İTTİHAM VAR...
Bu gün, 07:27
"Sağlamlığımda yaranan problemlərdən dolayı sizinlə görüşə gələ bilmirəm..." - Xalq artisti
Bu gün, 07:22
Ölkə banklarında kreditlər niyə "baha"dır? - İqtisadçı Əkrəm Həsənov səbəbləri açıqladı
Bu gün, 07:18
Ağsuda sosial yardım qalmaqalı - NARAZILIQ VAR...
Bu gün, 07:16
AHİK-in “Kurort”unda yoxlama başlanıb - sertfikasiyasız həkim iddiaları...
Bu gün, 07:06
Zelenski Trampın dəstəyinə ümidini itirib, strategiyanı dəyişir - KİV
Bu gün, 07:02
Daha bir keçmiş mətbuat katibinə AHİK-də vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 07:00
Bu da yoldaş Bağırovun tender ortaqları - Siyahıda kimlər var...
Bu gün, 06:55
Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? - ŞƏRH
Bu gün, 06:48
Başdan ayağa qərəz püskürən Avropa Parlamenti... - AKTUAL
Bu gün, 06:45
“Azəristiliktəchizat” ASC-nin elan etdiyi açıq tender ləğv edilib - TƏFƏRRÜAT
Bu gün, 06:42
Hakimiyyəti ələ keçirmək üçün əməliyyat keçirilir - Simonyan
Bu gün, 06:36
Möhbalıyevlərin Azərbaycandan OĞURLADIQLARI... - NƏLƏR VAR... NƏLƏR...
Bu gün, 06:33
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq - "Reuters"
Bu gün, 06:21
Vüqar Hüseynov bu qurumda mətbuat katibi oldu - ƏMR
Dünən, 22:46
Naxçıvanda Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub - BUNDAN SONRA...
Dünən, 22:39
Xalq artisti Firəngiz Mütəllimova: - Şuşaya köçməyi planlaşdırıram
Dünən, 18:07
ABŞ-dən İrana ŞOK TƏLƏB: - Yeni şərtlər məlum oldu
Dünən, 18:04
Bazarı bağlanan BƏSTƏKARLAR - Duyğularımızı donduran SÜNİ MAHNILAR
Dünən, 17:46
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 17:41
AYNA-nın Sumqayıt Regional İdarəsinə yeni müdir təyin olundu - ƏMR
Dünən, 17:37
"Gömrük və mülkiyyət mübahisələri məhkəməsiz həll edilə bilməz" - Natiq Cəfərli
Dünən, 17:36
Türkiyə hərbi xərclərini kəskin artırıb – Qlobal “yarışda” 18-ci yerdədir
Dünən, 17:33
Sevgilisinin evinə girib ərinin boğazını kəsdi - Bakıda yasaq eşq CİNAYƏTİ
Dünən, 17:29
Erməni nazirdən SENSASİON ETİRAF - "Azərbaycan benzini olmasaydı..."
Dünən, 17:26
Anar Əsədlinin məhkəməsində zərərçəkən ifadə verib
Dünən, 17:20
Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 17:17
Atəşkəs dövründə İranda anti-Azərbaycan təbliğatı - VİDEO
Dünən, 17:14
“Azeronline”a yeni Baş müdir təyin edilir - BUNDAN SONRA...
Dünən, 17:11
Məsciddə iftar süfrəsi təşkil etdi, keçmiş qayınatasını öldürməyə cəhd göstərdi – CİNAYƏTİN TƏFƏRRÜATI
Dünən, 17:03
Rusiyanın 1700 km dərinliyinə zərbə: - Qırıcılar məhv edildi
Dünən, 16:56
Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat olub - FOTO
Dünən, 16:53
“Aqrar İnnovasiya və Təchizat Şirkəti”nə yeni direktor müavini təyin edilib - ƏMR
Dünən, 16:51
Naxçıvanda yolların təmirinə 13,5 milyon manatın sərf olunacağı proqnozlaşdırılıb
Dünən, 16:49
Ərdoğan İrəvana getməzsə, bu Bakı ilə tam həmrəylik mesajı olacaq - Hasan Oktaydan ŞƏRH
Dünən, 16:42
Tofiq Əsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU - ƏMR
Dünən, 16:40
Ermənistanın “yeraltı savaşı” bitmir - sülhə mina basılıb...
Dünən, 16:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru